Məhkəmə qərarları › İş №2-2(103)-375/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-375/2024

21.06.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-375/2024 21.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Şirinovun sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İlkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil, ilkin iddia üzrə cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, X12 cavabdehlər Özdeyer Toksözə və Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair ilkin, Özdeyer X2 qarşı “pulun tutulması” qarşılıqlı iddia tələblərinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-4880/2023 nömrəli qətnaməsindən ilkin iddia üzrə cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı X12 cavabdehlər X8 və Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Toksöz Ozdeyer və Cavabdeh MMC-dən 45.500 ABŞ dolları məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun iddiaçı X15 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Cavabdeh X13 xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh X10 34.000 ABŞ dolları və 10.000 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması baradə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-4880/2023 nömrəli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, ilkin cavabdeh Narteks” MMC-dən 27.000 ABŞ dolları və ilkin cavabdeh Özdeyer Toksözdən 18.500 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq ilkin iddiaçı X15 ödənilməsi, ilkin iddia verilərkən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 250 manat hissəsi ilkin Cavabdeh MMC-dən, 150 manat hissəsi isə ilkin cavabdeh Özdeyer Toksözdən tutularaq ilkin iddiaçıya ödənilməsi, qalan hissədə ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddiaçı Özdeyer Toksözün qarşılıqlı cavabdeh X15 qarşı pul tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi, həmçinin qarşılıqlı iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçıya aid edilməsi qət edilmişdir.

4. İlkin iddia tələbi üzrə cavabdehlərin nümayəndəsi və vəkili qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2- 2(113)-4880/2023 nömrəli qətnaməsinin ləğv edilib ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır: Toksöz Ozdeyer verdiyi iltizamın qanunsuz şəkildə və iradəsinin ziddinə olaraq yazdığını bildirib. Əslində məhkəməyə təqdim edilən sübutlarla birlikdə təhlil etdikdə iltizamın tərəflər arasında yaranmış borc münasibətlərini düzgün əks etdirmədiyi məlum olur. Belə ki, iş materialları ilə müəyyən olunur ki, 18500 manat məbləğində pul Şahin Umudov tərəfindən Toksözə verilmişdir. Belə X32 RPİ-nin 12-ci Polis Şöbəsinə yazdığı izahatında göstərir ki, “mən Cavabdeh MMC şirkətinə ortağam. Ozdeyer ilə mən birgə alver edirik. Ozdeyer ilk dəfə Türkiyəyə gedəndə məndən xx.xx.2022-ci il tarixdə 10.000 ABŞ dolları aldı. Sonra Türkiyəyə gedəndə ordan mənə zəng vurdu ki, 27.000 ABŞ dolları pul vurmaq lazımdır. Mən bildirdim ki, 10.000 ABŞ dolları vermişəm, o isə mənə bildirdi ki, bu rəsmi deyil, 10.000 dolları özümlə gətirəcəyəm ki, gömrüyə verəcəm. Mən isə xx.xx.2022-ci il tarixdə Türkiyəyə 27.000 ABŞ dolları vurdum. Ozdeyer Türkiyədən qayıtdıqdan sonra mənə bildirdi ki, gömrüyə 8500 ABŞ dolları verməliyik. Mən də xx.xx.2022-ci il tarixdə 8500 ABŞ dolları verdim”. Həmçinin Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin baş təhqiqatçısı, polis kapitanı Əsədov Ruslan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Umudov Şahin ondan 45.500 AVŞ dolları pul alıb dələduzluq etməsi barədə Toksöz Ozdeyerdən şikayət verib. Qərara əsasən Umudov Şahinin verdiyi izahatdan məlum olur ki, o, xx.xx.2023-cü il tarixdə Toksözə 10000 ABŞ dolları, xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-nin hesabına 27000 ABŞ dolları, xx.xx.2023-cü il tarixdə isə 10000 ABŞ dolları vermişdir. Umudov Şahinin oxşar izahatı Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin təhqiqatçısı, polis kapitanı Namiq İsmayılov tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərarda da öz əksini tapmışdır. X27 Toksöz Ozdeyeri məhkəməyə verərək ondan 45.500 ABŞ dollarının tələb edilməsi barədə iddia qaldırmışdır, iş materiallarında olan iddia ərizəsində də eyni sözləri yazmışdır. Bundan başqa X39 Ozdeyeri məhkəməyə verərək ondan 45.500 ABŞ dollarının tələb edilməsi barədə iddia qaldırmışdır, iş materiallarında olan iddia ərizəsində də eyni sözləri yazmışdır. Lakin iltizamda X28 Umudovdan 45.500 ABŞ dolları alması qeyd olunur ki, bu da yuxarıda göstərilən və təkzibedilməz sübutlarla ziddiyyət təşkil edir. İndi sual yaranır: iltizam real faktlara və baş vermiş hadisələrə uyğun gəlirmi? Əlbəttə ki, heç bir halda uyğun gəlmir. Digər tərəfdən Toksöz Ozdeyer iltizam verdikdən sonra zorakılıqla iltizam yazması barədə Şair Umudov, Şahin Umudov və digər şəxslərdən polisə şikayət etmişdir. Ən vacib isə X34 Ozdeyerə icarəyə verdiyi Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şəhər şossesi 50 ünvanda yerləşən obyektə gedərək ordakı ambarın qıfılını dəyişmiş, yeni qıfıl qoydurmuş və Toksözə aid malları qanunsuz saxlamışdır. Bu barədə X31 RPİ-nin 12-ci Polis Şöbəsinə yazdığı izahatında göstərir ki, həmin ambarın qapısını bağlayıb. Həmçinin xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktla malların Şahin tərəfindən Toksöz Ozdeyerə verilməsi öz əksini tapmışdır. Beləliklə iltizamın yazıldığı ərəfələrdə Toksöz Ozdeyerə zorakılıq edilməsi öz təsdini tapmışdır. Yəni iş materiallarında onun icarəyə götürdüyü ambarın müvəqqəti olaraq əlindən alınmasını təsdiq edən sənədlər mövcuddur. Lakin məhkəmə bunlara da əhəmiyyət verməyərək ciddi təhqiqat aparmamış, sübutlara doğru qiymət verməmiş və nəticədə prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul edilmişdir. İşin hallarından göründüyü kimi Umudov Şair ilə Toksöz Ozdeyer arasında Toksöz Ozdeyer tərəfindən Türkiyədən malların sifariş edilərək Rusiyaya göndərilməsi, Umudov Şair tərəfindən göndərilən malların satılaraq xərclər çıxıldıqdan sonra əldə olunmuş gəlirin 20 faizinin yarı bölünməsi barədə razılıq əldə olunmuşdur. Toksöz Ozdeyer malların göndərilməsini təsdiq edən hesab-fakturaları məhkəməyə təqdim etmişdir. Ən əsası malların göndərilməsini təsdiq edən çox saylı səs yazılarını və videoları təqdim etmişdir. Səs yazıları və videolarda Umudov Şair ilə Toksöz Ozdeyer arasında göndəriləcək malların adları, qiyməti, sənədləri, malların göndərilməsi, təhvil alınması, sənədlərin tərtib edilməsi barədə uzun-uzadı söhbətlər gedir, Rusiyaya çatmış malların görüntülərini əks etdirən videolar göndərilir. Ən vacibi isə səs yazılarında Umudov Şair bildirir ki, “özü də yenə deyirəm, bunu nəyə görə uzadırsan, səni başa düşmürəm, mən sənə dedim ki, onu türklər gətirir verir buna, ta necə verir, nə təhər verir onların öz şəxsi işidir, özü də bu uşaqlar mən sənə bayaq dedim, mənim qardaşım kimi uşaqlardır. Mən sən göndərdiyin nakladnoyu verirəm onlara, onlar baxırlar, mənə 20 faiz verirdilər, indi bu artıqdır, ayıbdımənim qardaşım, bunlar qardaşdırlar”. Bu səs yazısında Türkiyədən göndərilən malların satışından 20 faiz qazanc verilməsinin razılaşdırılması öz təsdiqini tapır. Digər səs yazısında Umudov Şair bildirir ki, “özü də bu da səninlə mənim birinci dəfə vurduğumuz maldı, hamısını sən özün bilirsən, mən həmişə çörəyo təmiz yemişəm, çörəyi həmişə murdar yeyən sən olmusan, görürsən neynəmisən, nə biabırçılıq edibsən? Özün sayarsan, gör xeyir nə qədər qalıb, deyərsən mən sənə göndərərəm o xeyiri. Biz səninlə əlli əlliyə xeyirə də şərə əlli əlliyəyik. Mən üç nəfərə demişdim, amma sən getdin o banditlərinə demişdin ki, mən əlli əlliyəm. Mən istəyirəm əlli əlliyə olaq. Amma üç nəfərə birinci gündən səninlə danışığım olub, onu eləmişdim mən”. Göründüyü kimi bu qeydlərdə hər iki şəxs arasında Türkiyədən malların göndərilməsi, Toksöz tərəfindən mallara dair nakladnoyun Rusiyaya göndərilməsi, əldə olunmuş gəlirdən 20 faizin verilməsinin və həmin gəlirin yarı bölünməsinin razılaşdırılması barədə razılıqdan danışılır. Yəni belə bir razılıq hər iki şəxs arasında olub. Onlar gəliri necə böləcəklərini da aralarında razılaşdırıblar. Artıq qabaqcadan öz üzərlərinə öhdəlik götürüblər ki, Toksöz Türkiyədən mal göndərir, Rusiyada mallar satılır, xərclər çıxıldıqdan sonra əldə olunmuş gəlirdən 20 faiz onlar arasında bölünür. Odur ki, Toksöz Ozdeyer məhkəməyə xeyli sayda malların hesab-fakturasını təqdim edib. Həmçinin səs yazılarında və videolarda bu malların adları, qiyməti, sənədləri, malların göndərilməsi, təhvil alınması, sənədlərin tərtib edilməsi barədə uzun-uzadı söhbətlər gedir, Rusiyaya çatmış malların görüntülərini əks etdirən videolar göndərilir. Digər səs yazısında isə Umudov Şair göndərilmiş malların nə qədər olması və nə qədər gəlir əldə olunması barədə Toksöz Ozdeyerə tapşırıq verir, əldə olunmuş gəlirin əlli əlliyə bölünməsini bildirir. Bununla həmin malların satılmasından əldə olunan pulların bölüşdürülməsi və gəlirin iki yerə bölünməsi öz təsdiqini tapmışdır. Buna baxmayaraq hakim hesab etmişdir ki, “Türkiyədən RF-ə göndərilmiş mallara dair məhkəməyə təqdim edilmiş invoyslara münasibətdə qeyd edilməlidir ki, sözügedən invoyslarda tərəflərin heç birinin adı göstərilməməklə yanaşı həmin invoysların tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla bağlı olması müəyyən edilmir”. Halbuki artıq səs yazılarında malların Türkiyədən Rusiyaya göndərilməsi, bu işin Toksöz Ozdeyer tərəfindən birbaşa təşkil edilməsi, həmin malların Umudov Şair tərəfindən sifariş verilməsi, təhvil alınması, malların videolarının çəkilib Toksöz Ozdeyerə göndərilməsi tam təsdiq edilir. Göründüyü kimi məhkəmə bu sübutları ümumiyyətlə araşdırmamış, onlara doğru-dürüst, obyektiv qiymət verməmişdir. Halbuki Məhkəmə qətnamədə qeyd etmişdir ki, “məhkəmə iclasında iş materiallarında olan foto-şəkillərin, səsli danışıqların və video görüntünün qeyd edildiyi CD-diskə baxış keçirilərkən foto şəkillərdən və video görüntülərdən müəyyən edilmişdir ki, “Pringles”, “Ülker Dido”, “Kinder Bueno”, “Nutella”, “Redbull” və s. məhsullar çoxlu sayda qablaşdırma şəklində anbarlarda saxlanılır, həmin məhsullar yük avtomobillərinə (TİR) yüklənir, bundan başqa foto şəkillərdən və video görüntülərdən müəyyən edilir ki, Özdeyer Toksöz və X23 birlikdə müxtəlif (evdə, ictimai iaşə obyektlərində bir masa arxasında, təyyarədə və digər) yerlərdə birlikdədirlər, eləcə də “X35 tür. X11 Sanayi Ticaret Ltd.Şti”nin binasının da video görüntüsü qeyd edilmişdir. Həmçinin CD-diskə əlavə olunan səsli fayl dinlənərkən müəyyən edilmişdir ki, X29 Toksöz arasında danışıqlar olmuş, danışıqlardan məlum olur ki, tərəflər arasında şərikli biznes əməkdaşlığı qurulmuş, malların Türkiyə Respublikasından Rusiya Federasiyasına göndərilməsi, məhsulların qiyməti, çəkisi, çeşidi, adı, malların hesab-fakturası, Rusiya Federasiyasından Özdeyer Toksözə göndəriləcək müqavilənin şərtləri barədə söhbətlər aparılmışdır. Həmçinin danışıq zamanıX4 Toksözə müraciət edərək, Özdeyer Toksözdən 45500 ABŞ dolları borcun qaytarılmasını tələb etmiş, şərikli əməkdaşlıqda əldə olunan gəlirin 50-50-yə bölünməsinə razı olduğunu, əməkdaşlıq çərçivəsində bütün xərclərin X23 tərəfindən çəkildiyini, Özdeyer Toksöz tərəfindən heç bir vəsaitin yatırılmadığını, eləcə də Özdeyer Toksöz tərəfindən yeyinti edildiyi və tərəflər arasında hesablaşma, hesabat aparılması Özdeyer Toksözdən tələb edilmişdir”. Lakin bu qədər sübutlara hər hansı qiymətin verilməsinin şahidi olmuruq. İş materialları ilə müəyyən olunur ki, 18500 manat məbləğində pul Şahin Umudov tərəfindən Toksözə verilmişdir. Belə ki, X32 RPİ-nin 12-ci Polis Şöbəsinə yazdığı izahatında göstərir ki, “mən Cavabdeh MMC şirkətinə ortağam. Ozdeyer ilə mən birgə alver edirik. Ozdeyer ilk dəfə Türkiyəyə gedəndə məndən xx.xx.2022-ci il tarixdə 10.000 ABŞ dolları aldı. Sonra Türkiyəyə gedəndə ordan mənə zəng vurdu ki, 27.000 ABŞ dolları pul vurmaq lazımdır. Mən bildirdim ki, 10.000 ABŞ dolları vermişəm, o isə mənə bildirdi ki, bu rəsmi deyil, 10.000 dolları özümlə gətirəcəyəm ki, gömrüyə verəcəm. Mən isə xx.xx.2022-ci il tarixdə Türkiyəyə 27.000 ABŞ dolları vurdum. Ozdeyer Türkiyədən qayıtdıqdan sonra mənə bildirdi ki, gömrüyə 8500 ABŞ dolları verməliyik. Mən də xx.xx.2022-ci il tarixdə 8500 ABŞ dolları verdim”. Həmçinin Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin baş təhqiqatçısı, polis kapitanı Əsədov Ruslanın cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Umudov Şahin ondan 45.500 ABŞ dolları pul alıb dələduzluq etməsi barədə Toksöz Ozdeyerdən şikayət verib. Qərara əsasən Umudov Şahinin verdiyi izahatdan məlum olur ki, o, xx.xx.2023-cü il tarixdə Toksözə 10000 ABŞ dolları, xx.xx.2023- cü il tarixdə Cavabdeh MMC-nin hesabına 27000 ABŞ dolları, xx.xx.2023-cü il tarixdə isə 10000 ABŞ dolları vermişdir. Umudov Şahinin oxşar izahatı Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin təhqiqatçısı, polis kapitanı Namiq İsmayılov tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərarda da öz əksini tapmışdır. X27 Toksöz Ozdeyeri məhkəməyə verərək ondan 45.500 ABŞ dollarının tələb edilməsi barədə iddia qaldırmışdır, iş materiallarında olan iddia ərizəsində də eyni sözləri yazmışdır. Bundan başqa X39 Ozdeyeri məhkəməyə verərək ondan 45.500 ABŞ dollarının tələb edilməsi barədə iddia qaldırmışdır, iş materiallarında olan iddia ərizəsində də eyni sözləri yazmışdır. Belə olan halda hakim hansı əsasla hesab etmişdir ki, “birinci dəlillə bağlı məhkəmə qeyd edir ki, O.Toksöz ona verilmiş 18.500 ABŞ dolları məbləğində borc məbləğinin iddiaçı Şair Umudov tərəfindən deyil, Şahin Umudov tərəfindən verilməsini iddia etsə də, O.Toksözün imzası ilə təsdiq edilmiş iltizamla sözügedən məbləği məhz Şair Umudovdan aldığı öz təsdiqini tapır”. Lakin məhkəməyə təqdim edilən iltizamda 18.500 ABŞ dollarından söhbət belə getmir. Həmin iltizamda X36 45.500 ABŞ dolları borcunu 3 ay ərzində ödəyəcəyini göstərmişdir. Belə olan halda iddia ərizəsi ilə tələb olunan 18.500 ABŞ dolları məbləğində pulun Şair Umudov tərəfindən deyil, Şahin Umudov tərəfindən verilməsi sübut olunur. X30 Toksöz Ozdeyerdən 18.500 ABŞ dollarını tələb etməkdə haqlı olmamışdır. Yəni onun belə bir subyektiv hüququnun olmaması öz təsdiqi tapır. Lakin məhkəmə göstədiyim sübutlara düzgün qiymət verməmişdir. Beləliklə məhkəmə təqdim edilmiş sübutları araşdırmamışdır. Şair Umudov məhkəməyə təqdim etdiyi kassa kitabçasından çıxarışı (Toksözun əl yazısını) təqdim edərək Toksözə 18.500 ABŞ dollarını verməsini sübut etməyə çalışır. Bu zaman Şahin tərəfindən Töksözə verilməsini təsdiq edən hər hansı imzanın olmadığını görünür. Bu qeydlərdə yalnız Toksözün əl yazısı ilə borc alması göstərilir. Əgər bununla 18500 ABŞ dollarının verilməsi təsdiq olunursa, onda Toksöz Ozdeyerin məhkəməyə təqdim etdiyi digər kitabdakı aparılmış əl yazılarından həmin borcun hissə-hissə ödənilməsi öz təsdiqini tapır. Belə ki, iş materiallarında olan sənədlərdən (əlyazma olan kağızlardan) görünür ki, həmin kağızlarda “10000 manat borcdan Şahinə verdim”, “600 manat Şairin kurtkası üçün Şahinə verdim”, “500 manat borcdan Şahinə verdim”, “(Şair dedi) 10000 manat Şahinə verdim”, “5000 manat borcdan Şahinə verildi”, “1000 manat borcdan Şahinə verdim”, “1350 manat Şahinə qalan borc verildi”, “200 manat borcdan Şahinə verdim”, “3000 manat borcdan Şahinə verdim” kimi sözlər (cümlələr) qeyd edilmişdir. Lakin hakim işin bu halını da araşdırıb qiymət verməmişdir. Artıq qeyd etdiyimiz kimi X34 Ozdeyerə icarəyə verdiyi Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şəhər şossesi 50 ünvanda yerləşən obyektə gedərək ordakı ambarın qıfılını dəyişmiş, yeni qıfıl qoydurmuş və Toksözə aid malları qanunsuz saxlamışdır. Bu barədə X31 RPİ-nin 12-ci Polis Şöbəsinə yazdığı izahatında göstərir ki, həmin ambarın qapısını bağlayıb. Həmçinin xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktla Şahin tərəfindən malların Toksöz Ozdeyerə verilməsi öz əksini tapmışdır. Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin baş təhqiqatçısı, polis kapitanı Əsədov Ruslanın cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, X34 Ozdeyerin 20.000 manat məbləğində malını saxlayıb, sonra təhvil verib, həmçinin verdiyi izahatda göstərib ki, Azərbaycan mülki qanunvericiliyinin tələbinə əsasən ona dəymiş ziyanı ödəyənədək onun həmin malları saxlamaq hüququ vardır. Əgər doğurdan da iddia edildiyi kimi 45.500 dolları məbləğində pul Toksöz tərəfindən mənimsənilmişdirsə, nə üçün onun mallarını əvəz kimi saxlamamışlar. X33 və Şair Umudov qardaşlarının buna tam hüququ vardır. Deməli, məsələ onların iddia etdikləri kimi olmamışdır. Lakin hakim işin bu halına da qiymət verməmişdir. Şahin Umudov və Şair Umudov qardaşları Toksöz Ozdeyerin icarəyə götürdüyü ambarı qanunsuz şəkildə ələ keçirə bilir, qapısının qıfıllarını dəyişə bilir və bunlardan qorxmur, amma malı sonda qaytarırlar. Halbuki onlar özlərinin yazdığı kimi malları qaytarmaya da bilərdilər. Toksöz Ozdeyer 2021-ci ildə direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus malların daşınaraq mağazalara təhvil verilməsi və digər işlərin icrası ilə bağlı avtomaşın almaq qərarına gəlib. Bu məqsədlə Bakı şəhər sakini X9 ilə ona məxsus “FİAT DOBLA” markalı, ** XA *** dövlət qeydiyyat nişanlı avtomaşını almağa 10.000 manata razılaşmışdır. Toksöz X1 ilə aralarında olan razılaşmaya görə həmin avtomaşına görə əvvəlcə ona 3.400 manat pul vermiş, qalan 6.600 manat pulun 3.200 manatını ayda 400 manat ödəməklə, qalan 3.400 manat pulu isə sonda birdəfəlik vermişdir. Toksöz Ozdeyer “FİAT DOBLA” markalı, ** XA *** dövlət qeydiyyat nişanlı avtomaşının pulunu X5 ödədikdən sonra avtomaşını öz adına rəsmləşdirmək istəmiş, həmin vaxtı Türkiyə Respublikasının Vətəndaşı olduğuna görə ona bildirilmişdir ki, o, hər il həmin avtomaşını yenidən qeydiyyatdan keçirməlidir, belə olduqda o, hər il avtomaşını yenidən qeydiyyatdan keçirməmək üçün qərara gəlib ki, avtomaşını Azərbaycan Respublikası Vətəndaşının adına alıb rəsmləşdirsin. Bu barədə Şahin Umudovla söhbət edərkən, sonuncu həmin avtomaşını onun adına rəsmləşdirməyi təklif etmiş, Toksöz də ona inanaraq həmin avtomaşını Şahin Umudovun adına rəsmləşdirmişdir və ona avtomaşını idarə etmək üçün etibarnamə vermişdir. 24 yanvar 2023-cü il tarixdə X23 qardaşları-X20, X24 və 2 qardaşı oğlanları ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat şossesi 50 ünvanında yerləşən anbarın nəzdində olan ofisə gələrək onu öldürəcəkləri ilə hədə-qorxu gələrək ondan 45.000 ABŞ dolları məbləğində pul tələb etdikdən sonra Şair Umudov ondan “FİAT DOBLA” markalı, ** XA *** dövlət qeydiyyat nişanlı avtomaşını tələb edərək həmin avtomaşını qardaşı Şahin Umudova təhvil verməsini, əks halda hüquq mühafizə orqanlarına guya həmin avtomobili oğurlaması barədə ərizə verib onu tutduracağı ilə hədəqorxu gəldiyinə görə həmin “FİAT DOBLA” markalı, ** XA *** dövlət qeydiyyat nişanlı avtomaşını xx.xx.2023-cü il tarixdə Şahin Umudova təhvil vermişdir. Həmin avtomaşının 10.000 manat pulunu X5 ödəməsi göndərilən pul köçürmələrinə dair arayışla təsdiq olunur. Həmin avtomobilin sahibi X19 Ozdeyerə avtomobili etibarnamə ilə idarə etməyə verməsini təsdiq edən etibarnaməni və həmin avtomobilin qiymətinin 3200 manat ödənilməsini təsdiq edən rəsmi poçt arayışı məhkəməyə təqdim edilib. Buna baxmayaraq məhkəmə hesab edib ki, “eləcə də özü üçün V.İsmayılov adlı şəxsdən avtomobil aldığını, həmin avtomobili Şahin Umudovun adına rəsmiləşdirilməsini və sonradan Şair və Şahin Umudovların hədə-qorxu ilə həmin avtomobili onun əlindən almalarını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.” Halbuki bu barədə sübutlara hakim qiymət verməyi belə yaddan çıxarmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

7. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, qarşılıqlı iddianın təmin edilməsinəvə ilkin iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

10. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

11. Həmin Məcəllənin 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir.

12. Həmin Məcəllənin 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir.

13. Həmin Məcəllənin 491.3-cü maddəsinə əsasən müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır.

14. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

19. İşdə olan xx.xx.2022-ci il tarixli hesab-fakturadan (e-fatura) görünür ki, “X35 tür. X11 Sanayi Ticaret Ltd.Şti” tərəfindən təqdim edilmiş malların (“Redbull”) ümumi dəyəri 53.530,88 ABŞ dolları təşkil edir (göndərən – “X35 tür. X11 Sanayi Ticaret Ltd.Şti” (Türkiyə/İstanbul), idxalçı “KLK” LLC-dir (Rusiya/Moskva)).

20. İşdə olan xx.xx.2022-ci il tarixli hesab-fakturadan (proforma invoice) görünür ki, “X35 tür. X11 Sanayi Ticaret Ltd.Şti” tərəfindən təqdim edilmiş malların (“Pringles”, “Ülker Dido”, “Kitkat”, “Nutella” “24 Palet”) ümumi dəyəri 98544 ABŞ dolları təşkil edir (göndərən – “X35 tür. X11 Sanayi Ticaret Ltd.Şti” (Türkiyə/İstanbul), idxalçı - “KLK” LLC-dir (Rusiya/Moskva)).

21. İşdə olan xx.xx.2022-ci il tarixli hesab-fakturadan (proforma invoice) görünür ki, “X35 tür. X11 Sanayi Ticaret Ltd.Şti” tərəfindən təqdim edilmiş malların (“Kinder Bueno”, “Nutella”, “Kinder Chocolate T8”, “Palet”) ümumi dəyəri 128436 ABŞ dolları təşkil edir (göndərən – “X35 tür. X11 Sanayi Ticaret Ltd.Şti” (Türkiyə/İstanbul), idxalçı – Rusiya/Moskva).

22. İşdə olan xx.xx.2022-ci il tarixli hesab-fakturadan (e-fatura) görünür ki, “X35 tür. X11 Sanayi Ticaret Ltd.Şti” tərəfindən təqdim edilmiş malların (“Pringles”, “Ülker Dido”, “Kitkat”, “Nutella”) ümumi dəyəri 88684 ABŞ dolları təşkil edir (göndərən – “X35 tür. X11 Sanayi Ticaret Ltd.Şti” (Türkiyə/İstanbul), idxalçı - “TİO” LTD-dir (Rusiya/Moskva)).

23. İşdə olan xx.xx.2022-ci il tarixli hesab-fakturadan (proforma invoice) görünür ki, “X35 tür. X11 Sanayi Ticaret Ltd.Şti” tərəfindən təqdim edilmiş malların (“Kinder Bueno”, “Nutella”, “Kinder Chocolate T8”, “Palet”) ümumi dəyəri 111858 ABŞ dolları təşkil edir (göndərən – “X35 tür. X11 Sanayi Ticaret Ltd.Şti” (Türkiyə/İstanbul), idxalçı - “TİO” LTD-dir (Rusiya/Moskva)). Ödəniş tapşırıqlarından ğörünür ki, “TİO” LTD tərəfindən “X35 tür. X11 Sanayi Ticaret Ltd.Şti”nin bak hesabına noyabr 2022-ciil tarixində ödənişlər edilmişdir.

24. İşdə olan "xxxx" MMC-nin ödəniş xidmətləri şöbəsinin pul köçürmələri barədə siyahısından (arayışından) görünür ki, xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixədək Özdeyer Toksöz tərəfindən (alan) X5 ümumilikdə 3200 manat məbləğində pul vəsaiti göndərilmişdir.

25. İşdə olan xx.xx.2023-cü il tarixdə Özdeyer Toksöz iltizam imzalayaraq X15 həqiqətən 45500 ABŞ dolları məbləğində borcunun olduğunu təsdiq etmiş və həmin borc məbləğini 3 ay müdətinə qaytaracağına söz vermişdir.

26. İşdə olan sənədlərdən (məktublardan) görünür ki, Özdeyer Toksöz tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinə, Nizami Rayon Polis İdarəsinə və Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə çoxsaylı müraciətlər edilmişdir.

27. İş materiallarında olan sənədlərdən (əlyazma olan kağızlardan) görünür ki, həmin kağızlarda “10000 manat borcdan Şahinə verdim”, “600 manat Şairin kurtkası üçün Şahinə verdim”, “500 manat borcdan Şahinə verdim”, “(Şair dedi) 10000 manat Şahinə verdim”, “5000 manat borcdan Şahinə verildi”, “1000 manat borcdan Şahinə verdim”, “1350 manat Şahinə qalan borc verildi”, “200 manat borcdan Şahinə verdim”, “3000 manat borcdan Şahinə verdim” kimi sözlər (cümlələr) qeyd edilmişdir.

28. İşdə olan Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin (X7) xx.xx.2023-cü il tarixli qərarı ilə Özdeyer X3, X20 və X25 barəsində müraciəti əsasında toplanmış 1 saylı HK-484 nömrə ilə qeydə alınmış təhqiqat materialı üzrə cinayət işinin başlanması rədd edilmişdir. X7 qərarından görünür ki, Özdeyer Toksözün müraciəti əsasında aparılmış araşdırma nəticəsində X23, X20 və X14 əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə adlı) 134-cü maddəsinin (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, hədənin icra ediləcəyi üçün real əsaslar olduqda) tərkibi yaranmadığından cinayət tərkibi yaradacaq səbəb və əsas müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir.

29. İşdə olan X20 (icarəyə verən) ilə Özdeyer Toksöz (icarədar) arasında bağlanmış 01 sentyabr 2022-ci il tarixli 01-0109/2022 saylı icarə müqaviləsinə əsasən icarəyə verən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şəhər şosesi 50 ünvanında yerləşən ümumi sahəsi 713,7 kv.m torpaq sahəsini 0,0821 yerləşən qeyri-yaşayış binasını ayda 250 manat icarə haqqı qarşılığında anbar sahəsi kimi icarədarın istifadəsinə verir.

30. Birinci instansiya məhkəməsinin iclasında iş materiallarında olan foto-şəkillərin, səsli danışıqların və video görüntünün qeyd edildiyi CD-diskə baxış keçirilərkən foto şəkillərdən və video görüntülərdən müəyyən edilmişdir ki, “Pringles”, “Ülker Dido”, “Kinder Bueno”, “Nutella”, “Redbull” və s. məhsullar çoxlu sayda qablaşdırma şəklində anbarlarda saxlanılır, həmin məhsullar yük avtomobillərinə (TİR) yüklənir, bundan başqa foto şəkillərdən və video görüntülərdən müəyyən edilir ki, Özdeyer Toksöz və X23 birlikdə müxtəlif (evdə, ictimai iaşə obyektlərində bir masa arxasında, təyyarədə və digər) yerlərdə birlikdədirlər, eləcə də “X35 tür. X11 Sanayi Ticaret Ltd.Şti”nin binasının da video görüntüsü qeyd edilmişdir. Həmçinin CD-diskə əlavə olunan səsli fayl dinlənərkən müəyyən edilmişdir ki, X29 Toksöz arasında danışıqlar olmuş, danışıqlardan məlum olur ki, tərəflər arasında şərikli biznes əməkdaşlığı qurulmuş, malların Türkiyə Respublikasından Rusiya Federasiyasına göndərilməsi, məhsulların qiyməti, çəkisi, çeşidi, adı, malların hesab-fakturası, Rusiya Federasiyasından Özdeyer Toksözə göndəriləcək müqavilənin şərtləri barədə söhbətlər aparılmışdır. Həmçinin danışıq zamanı X4 Toksözə müraciət edərək, Özdeyer Toksözdən 45500 ABŞ dolları borcun qaytarılmasını tələb etmiş, şərikli əməkdaşlıqda əldə olunan gəlirin 50-50-yə bölünməsinə razı olduğunu, əməkdaşlıq çərçivəsində bütün xərclərin X23 tərəfindən çəkildiyini, Özdeyer Toksöz tərəfindən heç bir vəsaitin yatırılmadığını, eləcə də Özdeyer Toksöz tərəfindən yeyinti edildiyi və tərəflər arasında hesablaşma, hesabat aparılması Özdeyer Toksözdən tələb edilmişdir.

31. Hazırki işin müəyyən edilmiş halları ondan ibarətdir ki, ilkin iddiaçı X23 ilkin cavabdeh Özdeyer Toksözün ona təsisçisi olduğu Cavabdeh MMC-yə pul qoyacağı təqdirdə, hər ay 10.000-12.000 manat pul qazanmağı vəd etdiyini, bundan sonra Toksoz Özdeyerlə birgə sahibkarlıq fəaliyyəti həyata keçirəcəkləri barədə razılığa gəldiklərini, xx.xx.2022-ci il tarixdə Türkiyə Respublikasından gətiriləcək mal üçün beh adı ilə cavabdeh Özdeyer Toksözə 10.000 ABŞ dolları pul vəsaiti verdiyini, bundan sonra 27.000 ABŞ dolları məbləğində pul vəsaitini Cavabdeh MMC-nin bank hesabına köçürdüyünü, daha sonra onun adından qardaşı Şahin Umudov tərəfindən 8500 ABŞ dolları məbləğində pul vəsaitinin gömrük rüsumlarının ödənilməsi üçün Özdeyer Toksozə verildiyini, lakin Özdeyer Toksözün onun tərəfindən ödənilmiş cəmi 45.500 manat pul vəsaitini qaytarmadığını, eləcə də malların satışından əldə edilmiş gəlirin aralarındakı razılaşmaya uyğun olaraq ona çatmalı olan hissəsini ödəmədiyini əsas göstərərək 45.500 ABŞ dolları məbləğində pulun ilkin cavabdehlər Cavabdeh MMC-dən və Özdeyer Toksozdən tutulmasını tələb edir.

32. Qarşılıqlı iddiaçı Özdeyer Toksoz isə 27.000 ABŞ dolları məbləğində pul vəsaitinin Şair Umudov tərəfindən Cavabdeh MMC-yə Türkiyə Respublikasından Rusiya Federasiyasına göndəriləcək mallara görə avans olaraq köçürüldüyünü, lakin razılaşmaya uyğun olaraq onun tərəfindən Türkiyə Respublikasından Rusiya Federasiyasına müxtəlif mallar göndərilsə də, Şair Umudov həmin malların satışından əldə etdiyi gəlirin 50%-ni 34.000 ABŞ dolları məbləğində pul vəsaitini ona ödəmədiyini, eləcə də Fiat Doblo” markalı, ** XA *** dövlət qeydiyyat nişanlı avtomaşını Vüqar İsmayılov adlı şəxsdən 10.000 manata aldığını, lakin həmin avtomobili qarşılıqlı cavabdehin qardaşı Şahin Umudovun adına rəsmiləşdirdiyini, sonradan Şair və Şahin Umudovların həmin avtomobili hədə-qorxu ilə əlindən aldıqlarını əsas göstərərək 34.000 ABŞ dolları və 10.000 manat məbləğində pul vəsaitinin qarşılıqlı cavabdeh Şair Umudovdan tutulmasını tələb edir.

33. Məhkəmə qeyd etmişdir ki, ilkin iddiaçı Şair Umudov tərəfindən ilkin Cavabdeh MMC-nin bank hesabına 27.000 ABŞ dolları pul vəsaitinin köçürülməsi işin mübahisəsiz haldır. Tərəflər arasında mübahisə predmeti olan hal isə sözügedən məbləğin ödənilməsinin məqsədi ilə bağlıdır. Belə ki, hər iki tərəf həmin pul vəsaitinin tərəflərin həyata keçirilməsi barədə razılığa gəldikləri birgə sahibkarlıq fəaliyyəti ilə bağlı ödənildiyini təsdiq etsə də, Şair Umudov pulun Türkiyədən AR-ə malların gətirilməsi üçün beh olaraq, Cavabdeh MMC-nin qanuni təmsilçisi Ö.Toksoz isə Türkiyədən RF-a göndərilmiş mallardan əldə ediləcək gəlirinə görə avans olaraq ödənildiyini bildirir.

34. Məhkəmə qeyd etmişdir ki, tərəflərin məhkəməyə təqdim etdiyi sübutlara əsasən tərəflər arasındakı razılaşmanın şərtləri barədə əsaslı nəticəyə gəlmək mümkün olmadığından hazırkı halda 27.000 manat məbləğində pul vəsaiti Mülki Məcəllənin 491.3cü maddəsinə əsasən avans kimi ödənilmiş hesab edilir. Digər tərəfdən ilkin iddiaçı Ş.Umudov tərəfindən ilkin Cavabdeh MMC-yə köçürülmüş 27.000 manat məbləğində avansın müqabilində Cavabdeh MMC tərəfindən hər hansı qarşılıqlı icranın həyata keçirildiyi, yəni ilkin iddiaçının iddia etdiyi kimi MMC tərəfindən malların Türkiyədən AR-ə gətirilməsi, satışdan əldə edilmiş gəlirdən Ş.Umudovun payının ödənilməsi və ya ilkin cavabdehin iddia etdiyi kimi MMC tərəfindən malların Türkiyədən RF-ə gətirilərək Şair Umudova təqdim edilməsi iş materialları ilə öz təsdiqini tapmır. Bununla bağlı Türkiyədən RF-ə göndərilmiş mallara dair məhkəməyə təqdim edilmiş invoyslara münasibətdə qeyd edilməlidir ki, sözügedən invoyslarda tərəflərin heç birinin adı göstərilməməklə yanaşı həmin invoysların tərəflərin tələblərini meəyyən edən faktlarla və hallarla bağlı olması müəyyən edilmir. Odur ki, ilkin iddiaçı Şair Umudov tərəfindən Cavabdeh MMC-yə ödənilmiş 27.000 ABŞ dolları məbləğində avansın qaytarılmasını Cavabdeh MMC-dən tələb etməkdə haqlıdır. Tələbin Qanuni nümayəndəə qarşı olan hissəsinə münasibətdə isə qeyd edilməlidir ki, Qanuni nümayəndə həmin pulu qaytarmaq öhdəliyinin yaranması üçün qanunda nəzərdə tutulmuş əsasların mövcudluğu (müqavilə, əsassız varlanma və s.) iş materialları ilə öz təsdiqini tapmır. Odur ki, Qanuni nümayəndəə münasibətdə iddia rədd edilməlidir.

35. İlkin iddia tələbinin 18.500 ABŞ dolları məbləğində pulun qaytarılması hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, ilkin cavabdeh Ö.Toksöz həmin pulun ona ödənilməsini inkar etməsə də, həmin hissədə iddiaya etirazını pulun ona Şair Umudov tərəfindən deyil, Şahin Umudov tərəfindən şəxsi borc kimi verilməsi və həmin borcun sonradan qaytarılması ilə əsaslandırır.

36. Birinci dəlillə bağlı məhkəmə qeyd etmişdir ki, O.Toksöz ona verilmiş 18.500 ABŞ dolları məbləğində borc məbləğinin iddiaçı Şair Umudov tərəfindən deyil, Şahin Umudov tərəfindən verilməsini iddia etsə də, O.Toksözün imzası ilə təsdiq edilmiş iltizamla sözügedən məbləği məhz Şair Umudovdan aldığı öz təsdiqini tapır.

37. İltizamı hədə-qorxu altında imzalaması barədə O.Toksözün dəlillərinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, göstərilən məsələ ilə bağlı Bakı şəhəri Nizami RPİ tərəfindən araşdırma aparılmış və Qanuni nümayəndə istinad etdiyi yuxarıda göstərilən hallar öz təsdiqini tapmadığından fakt üzrə cinayət işinin başlanılması rədd edilmişdir. 18.500 ABŞ dolları məbləğində borcun qaytarılması barədə ilkin cavabdehin istinad etdiyi dəlillərə münasibətdə isə qeyd edilməlidir ki, həmin halı təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Odur ki, 18.500 manat məbləğində pul vəsaitinin qaytarılması hissəsində iddia qismən təmin edilməli, sözügedən pul məbləği cavabdeh Ö.Toksozdən tutularaq iddiaçı Şair Umudova ödənilməli, sözügedən borcun Cavabdeh MMC-yə hər hansı aidiyyətinin olması iş materialları ilə öz təsdiqini tapmadığından Cavabdeh MMC-yə münasibətdə həmin iddia tələbi rədd edilməlidir.

38. Qarşılıqlı iddiaya münasibətdə isə məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddiaçı Özdeyer Toksoz qarşılıqlı iddiasını əsaslandırmaq üçün istinad etdiyi halları, yəni qarşılıqlı cavabdehin həyata keçirdikləri birgə sahibkarlıq fəaliyyətindən 68.000 ABŞ dolları gəlir əldə etməsini, eləcə də özü üçün V.İsmayılov adlı şəxsdən avtomobil aldığını, həmin avtomobili Şahin Umudovun adına rəsmiləşdirilməsini və sonradan Şair və Şahin Umudovların hədə-qorxu ilə həmin avtomobili onun əlindən almalarını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

39. Göründüyü kimi məhkəmə apellyasiya şikayətində qaldırılan məsələləri araşdırmış və hüquqi qiymət vermişdir.

40. Apellyator apellyasiya icraatı zamanı mübahisələndirdiyi iltizamın mötəbər sübut olmamasına dair yeni sübutlar təqdim etmişdir. Bunlar Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinə müraciət, həkimə müraciət və tibbi arayışdır. Bu məsələlər birinci instansiya məhkəməsində qaldırılmamışdır.

41. Mülki Prosessual Məcəllənin 361.4-cü maddəsinə əsasən apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın.

42. Məhkəmə kollegiyası qeyd edir ki, bu sübutlar birinci instansiya məhkəməsinə təqdim edilməmiş, tibb müəssisəsinə müraciətin xx.xx.2023-cü il tarixdə olmasını, səfirliyə müraciətin xx.xx.2024-cü il tarixdə olmasını nəzərə alaraq həmin məhkəmədə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırmamışdır. Həmçinin qeyd olunmalıdır ki, səfirliyə e-mailla müraciət olunsa da, məzmununda hədə-qorxu gəlinməsi görünmür. Qarşılıqlı iddiaçı özü iddia ərizəsində qeyd edir ki, iltizamı iki dəfə yazıb, 24 və 25 yanvar tarixlərində. Birinci dəfə şəxsiyyət vəsiqəsinin məlumatları qeyd edilmədiyi üçün ikinci dəfə ilkin iddiaçının təkidi ilə 25 yanvar 2023-cü il tarixdə iltizama imza edib. Bundan başqa cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarda qarşılıqlı iddiaçının xx.xx.2023-cü il tarixdə hədələnməsi ilə bağlı polis orqanına müraciət etməsi qeyd edilmişdir. Qeyd edilənlərdən aydın olur ki, qarşılıqlı iddiaçı tərəfindən iltizamın iki dəfə yazılmasından dərhal sonra müraciət etməməsi, bəzi sübutların sonradan apellyasiya icraatı zamanı üzə çıxması 25 yanvar 2023-cü il tarixli iltizamın mötəbər sübut kimi qəbul edilməsinə xələl gətirməmişdir. Odur ki, şikayətin müvafiq dəlili əsassızdır.

43. Qarşılıqlı iddiaçı tərəfindən təqdim edilmiş və diskdə olan danışıqların yazılı forması olan stenoqrama kollegiya baxış keçirmiş və müəyyən etmişdir ki, ilkin iddiaçı mübahisə predmeti olan pulu qarşılıqlı iddiaçıdan tələb etmişdir. Qarşılıqlı iddianın əsaslılığına dair heç bir danışıq qeydə alınmamışdır. Həmin sübut disk şəklində birinci instansiya məhkəməsində təqdim edilmişdir.

44. Apellyator məhkəmənin hakimi barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Əsas kimi iclas protokolunun audio-video yazıya uyğun aparılmaması qeyd edilmişdir. Bununla əlaqədar kollegiya qeyd edir ki, uyğunsuz halında qanunvericilik audiovideo yazıya üstünlük verir və apellyasiya məhkəməsinin elektron məhkəmə sistemi vasitəsilə bu yazıya texniki cəhətdən baxmaq imkanı vardır. Belə vəziyyətdə bu uyğunsuzluq olsaydı kobud prosessual pozuntu hesab edilə bilməzdi. Protokola qeyd verilmədiyinə görə kollegiya hesab edir ki, uyğunsuzluq müəyyən edilməmişdir.

45. Qeyd edilən əsasları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddiaçının nümayəndəsi tərəfindən işə baxan hakim barəsində xüsusi qərardadın çıxarılması haqqında verilmiş vəsatət ona görə əsassızdır ki, hakimin hərəkətlərində prosessual pozuntular aşkar edilməmiş və mülki işin obyektiv araşdırılmasına xidmət edən qanunvericiliyə uyğun olaraq məhkəmə icraatı aparılmışdır. Odur ki, vəsatət əsassız olduğundan təmin edilməməlidir.

46. İlkin iddia üzrə cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətində qeyd etdiyi digər dəlilləri qarşılıqlı iddiada irəli sürüldüyündən, eləcə də məhkəmə bu dəlillərə münasibət bildirdiyindən və məhkəmə kollegiyası məhkəmənin arqumentasiyasını əsaslı və qanuni hesab etdiyindən yenidən həmin dəlillərə münasibət bildirilməsinə zərurət görmür.

47. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

48. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən qarşılıqlı iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

49. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İlkin iddia üzrə cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-4880/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar