Məhkəmə qərarları › İş №2-2(103)-376/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-376/2020

13.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-376/2020 13.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı «icarə müqaviləsinə xitam verilməsi tələbinə dair» ilkin iddia ərizəsi, Bakı şəhər İcra Hakimiyyətinin isə İddiaçı MMC-yə qarşı icarə haqqı borcunun ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə kommersiya mübahisəsinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (81)- 140/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı ilkin iddia ərizəsi və tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, xx xxxxxx 2005-ci il tarixdə Bakı şəhəri İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında “torpaq sahəsinin icarəyə verilməsi” haqqında 0641 saylı müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddianın əsaslarına görə xx xxxxxx 2005-ci il tarixdə tərəflər arasında bağlanmış “torpaq sahəsinin icarəyə verilməsi” haqqında 0641 saylı müqaviləyə əsasən Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, dənizkənarı istirahət-çimərlik zonalarının cənub hissəsində ayrılmış 11 ha torpaq sahəsi mehmanxana və istirahət kompleksinin tikintisi üçün 49 il müddətinə İddiaçı MMC-yə icarəyə verilmişdir (Müqavilənin 1.1;1.3-cü bəndləri).Həmin ərazidə mehmanxana və istirahət kompleksi 2010-cu ildə artıq inşa edilərək istismara verilmiş, elə həmin ildə də məhkəmə mübahisələri nəticəsində həmin kompleks başqa şirkətə, sonradan isə müxtəlif fiziki şəxslərə satılmış və artıq 5 ildir onların mülkiyyətindədir. İddiaçı MMC bir neçə ildir ki, öz fəaliyyətini dayandırmış və 6 ilə yaxındır ki, cəmiyyət İcarə müqaviləsinin predmeti olan torpaq sahəsindən istifadə etmir. Bununla yanaşı Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli Sərəncamı ilə İddiaçı MMC-yə ayrılmış 11.0 ha ərazidən 7.0 ha torpaq sahəsi “xxxxx” MMC-yə aid edilmişdir. Odur ki, dəfələrlə cavabdehə müraciət edilərək, xx xxxxxx 2005-ci il tarixdə Bakı Şəhər İcra Hakimiyyəti ilə "İddiaçı” MMC arasında “Torpaq sahəsinin icarəyə verilməsi” haqqında 0641 nömrəli müqavilədə göstərilən torpaq sahəsindən imtina etdikləri bildirilmiş, lakin həmin müraciətə cavab olaraq 88 saylı, xx xxxxxx 2016-cı il tarixli məktubla “məhkəmə qərarları və tikinti kompleksinin başqa fiziki şəxslərin mülkiyyətinə verilməsi barədə sənədlər təqdim edildikdən sonra məsələyə baxıla biləcəyi” göstərilmişdir. Məhkəmə qərarları və müvafiq sənədlər cavabdehə təqdim edildikdən sonra xx.xx.2017-ci il tarixli məktubla onlara cavab verilmiş və icarə müqaviləsinə xitam verilməsi barədə iddia ilə məhkəmə orqanlarına müraciət edilməsi göstərilmişdir. İddiaçı qeyd edilənlərə və Torpaq Məcəlləsinin 73-cü və 75.2-ci maddələrinə istinadən hesab edir ki, iddiası təmin olunmalı, tərəflər arasında bağlanmış “torpaq sahəsinin icarəyə verilməsi” haqqında 0641 nömrəli müqaviləyə xitam verilməlidir. Eyni zamanda, Bakı şəhər İcra Hakimiyyəti qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd olunmasını və onun qarşılıqlı iddia tələbinin təmin olunması, İddiaçı MMC-dən 490.087 manat əsas icarə haqqı borcunun və 4.651.049 manat cərimənin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddianın əsaslarına görə ilkin iddia tələbi qanunsuz və əsassızdır. Belə ki, tərəflər arasında həqiqətən də xx xxxxxx 2005-ci il tarixdə (Bakı şəhər İcra Hakimiyyəti Başçısının 305 saylı, xx.xx.2004-cü il tarixli sərəncamı və xx.xx.2005-ci il tarixli, 11838 saylı inşaat pasportu əsasında) Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, dənizkənarı istirahət-çimərlik zonalarının cənub hissəsində ayrılmış torpaq sahəsinə dair 0641 saylı icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsinin: -1.1-ci bəndinə əsasən icarə sahəsi 110 000 (yüz on min) kv.m. (11.0 ha), icarə müddəti isə 49 il müəyyən edilmiş; -7.3-cü bəndinə əsasən icarə haqqının xx xxxxxx 2005-ci il tarixdən hesablanması müəyyən edilmiş; -7.4-cü bəndinə əsasən “icarəçi” hər il 188.496.000 AZM icarə haqqı ödəməyi öhdəsinə götürmüş; -7.5-cibəndinə əsasən müəyyən edilmiş müddətdə icarə haqqı ödənilməzsə, hesablama günündən başlayaraq hər gün üçün 0,2 faiz miqdarında cərimə ödənilməli; -7.7-ci bəndinin tələbinə görə icarı haqqı hər rübün birinci ayının 5-dən gec olmayaraq ödənilməlidir. Eyni zamanda, Bakı şəhər İcra Hakimiyəti Başçısının xx xxxx 2007-ci il tarixli, 287 saylı sərəncamı ilə Əzizbəyov rayon İcra Hakimiyyətinin məktubu, “xxxxx” MMC-nin xx.xx.2007-ci il tarixli müraciəti, İddiaçı MMC-nin xx.xx.2007-ci il tarixli razılıq məktubu nəzərə alınaraq Bakı ŞİHB-nın xx.xx.2004-cü il tarixli, 305 saylı sərəncamının 40-cı bəndində “xxxxxxxxxx” MMC-yə ayrılmış 11.0 ha ərazidən 7.0 ha torpaq sahəsi həmin məqsədlə “xxxxx”MMC-yə aid edilmişdir. Göründüyü kimi, xx.xx.2005-ci il tarixdən xx xxxx 2007-ci il tarixədək (1 il 7 ay) Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, dənizkənarı istirahət-çimərlik zonalarının cənub hissəsində 11.0 ha torpaq sahəsi İddiaçı MMC-nin icarəsində olmuş və 21 06.2007-ci il tarixdən bu günədək həmin ərazidə 4.0 ha torpaq sahəsi İddiaçı MMC-nin icarəsindədir. Buna baxmayaraq, İddiaçı MMC qeyd edilən torpaq sahəsinə görə müqavilə ilə müəyyən edilmiş icarə haqqını ödəməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. xx xxxxxx 2005-ci il tarixli müqavilə ilə tərəflər razılığa gəlmişlər ki, icarəçi hər il icarəyə götürdüyü torpaq sahəsinə görə həmin dövrün məzənnəsi ilə 188.496.000 AZM icarə haqqı ödəməlidir. Hər hansı bir miqdarda icarə haqqı ödənmədiyi halda, iddiaçı icarə müqaviləsinə xitam verilmiş hesab edilməsini tələb edir və bunu onunla əsaslandırır ki, artıq fəaliyyətini dayandırmış, icarə sahəsində inşa olunan iaşə obyekti ilə kənar fiziki şəxsin mülkiyyətinə keçmişdir. Hər bir halda bu faktın mövcudluğu icarəçi kimi İddiaçı MMC-ni icarə haqqını ödəmək öhdəliyindən azad etmir. Bu baxımdan İddiaçı MMC-nin 23.11 2005-ci il tarixli icarə müqaviləsi üzrə dövlət büdcəsinə yaranmış borcunun həcmi 188 496 000 : 5 = 37699 x 13=490 087,0 AZN manat təşkil edir. Həmçinin nəzərə alınmalıdır ki, icarəçi “müəyyən edilmiş müddətdə icarə haqqı ödənilməzsə, hesablama günündən başlayaraq hər gün üçün 0,2 faiz miqdarında cərimə ödənilməlidir. Bu baxımdan icarəçidən 0,2 faiz cərimə hesabı ilə 490087 x 0,2%=980,2 x 4745 gün=4.651.049 AZN pul tutulmalıdır. Həmçinin, ona ayrılmış 11.0 ha torpaq sahəsindən 2007-ci ilin iyun ayında 7.0 ha torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısının sərəncamı ilə alınıb eyni məqsədlə “xxxxx” MMC-yə verilmişdir. Buna baxmayaraq iddiaçı bu faktın həqiqiliyini təsdiq edəcək mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.Bu baxımdan iddiaçıya ayrılmış torpaq sahəsindən 7.0 ha alınaraq “xxxxx” MMC-yə verilməsi barədə faktiki olaraq Bakı şəhər İcra Hakimiyyəti Başçısının sərəncamı olsa da, həmin ölçüdə torpaq sahəsinin İddiaçı MMC-dən alınıb “xxxxx” MMC-yə verilməsi barədə hər hansı bir sənəd Bakı şəhər İH-də mövcud deyildir. Bu da onu deməyə əsas verir ki, qeyd edilən həcmdə, yəni 11.0 ha torpaq sahəsinin əsil icarədarı bütün dövr ərzində İddiaçı MMC-də qalmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (81)-140/19 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia təmin edilmiş, qarşılıqlı iddia rədd olunmuşdur. Həmin qətnamədən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Bakı şəhər İcra Hakimiyəti apellyasiya şikayəti verərək, ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, faktlara düzgün hüquqi qiymət verməmiş, qanunsuz və əsassız nəticəyə gəlmişdir. Belə ki, torpaq sahəsi "İddiaçı” MMC-yə icarəyə əvəzi ödənilməklə verilmiş və bu baxımdan sonrakı "istifadəçilərin” torpaqdan istifadəsi iddiaçının hüququndan törəmə, yəni əvəzli olmalıdır. Lakin məhkəmənin təbirincə yanaşılsa dövlət mülkiyyətində olan torpaq sahələri ayrı-ayrı şəxslərə bağışlanılmış, məhkəmələr isə buna "yardımçı” olmuşlar. Bu baxımdan məhkəmə belə qənaətə gəlmişdir ki, “hal-hazırda 11 ha torpaq sahəsi barədə İddiaçı MMC ilə icarə müqaviləsi mövcud olsa da, faktiki olaraq 2010-cu, torpaq sahəsinin bəzi hissələri üzrə iş materiallarına əlavə olunmuş çıxarışlara əsasən xx.xx.2013-cü ildən sonra həmin torpaq sahəsi onun istifadəsində olmamışdır. İcarə müqaviləsinin isə əsas məqsədi icarəçinin dövlət torpağından istifadə etmək, ondan bəhər əldə etməkdir. Lakin İddiaçı MMC bu səlahiyyətlərə malik olmamışdır”. Bununla əlaqədar məhkəmə yanlış olaraq qeyd edir ki, guya "qeyd edilən hallar cavabdeh tərəfindən də mübahisələndirilməmişdir. Belə ki, cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin qarşılıqlı iddiasında da bu halları qeyd etmiş, lakin digərləri ilə icarə müqaviləsinin bağlanmaması, İddiaçı MMC ilə müqavilənin qüvvədə olması səbəbindən icarə haqlarını tələb etmişdir”. Qeyd edilən xüsusatlara hüquqi qiymət verən məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2005-ci il tarixli müqavilə 7 ha torpaq sahəsinə münasibətdə 2007-ci ildən, qalan hissəyə münasibətdə isə 2010-cu ildən faktiki olaraq mövcud olmamışdır. Məhkəmə Mülki Məcəllənin 422.1-ci maddəsinə əsasən iddiaçının xx.xx.2005-ci il tarixli müqavilənin ləğv edilməsini tələb etməkdə haqlı olduğu qənətin o əsaslı gəlmişdir ki, “ilk öncə 2007-ci ildən, daha sonra isə 2010-cu ildən şərait əhəmiyyətli dərəcədə dəyişmişdir”. Sanki iddiaçının istifadəsinə icarə əsasında ayrılmış torpaq sahəsi onun iradəsindən asılı olmayan səbəblərdən əlindən alınmış, o, həmin torpaq sahəsindən istifadə edə bilməmiş və uzun bir dövr ərzində o, onunla bağlanmış icarə müqaviləsinin ləğv edilməsini, xitam verilməsini və s.i.a. tələb edə bilməmiş, susmuşdur. İddiaçının məhz bu hərəkəti, yəni susması qanunvericiliyin tələbinə əsasən onun məsuliyyətini yaradır, yəni iddiaçı inanılıb ona istifadə üçün verilmiş dövlət əmlakının talan edilməsinə şərait yaratmış və göz yummuşdur. Hazırkı halda isə məhkəmə iddiaçının bu hərəkətlərinə bəraət qazandırmağa çalışmışdır. Sual yaranır dövlət mülkiyətində olan 11 ha torpaq sahəsi hazırda hansı əsasla kimin istifadəsində, icarəsində və ya mülkiyyətindədir? Məhkəmə qətnaməsində cavabdehin qarşılıqlı iddiasını qismən təmin etmiş, xx xxxxxx 2005-ci il tarixli icarə müqaviləsi üzrə yalnız 2007-ci ilə kimi tam icarə haqqı və 2007-ci ildən 2010-cu ilə kimi 4.0 ha torpaq sahəsi üçün icarə haqqı tələbi hissəsində əsaslı hesab etmiş, bununla belə iddiaçının, qarşılıqlı iddiasını cavabdehin iddia müddətini mübahisələndirdiyini qeyd etməklə, iddia müddətinə görə deyil, müddətin keçməsinə görə Mülki Məcəlləsinin 550-ci maddəsinə əsasən (tələb etmək hüququnun keçməsi əsası ilə) qarşılıqlı iddianı isə rədd etmişdir. Halbuki, İddiaçı MMC uzun müddət, yəni 2007-ci ildən 2017-cı ilədək "hüquqlarının pozulması” barədə susmuş və yalnız 2016-cı ilin dekabr ayında cavabdehə müraciət etmişdir. Digər tərəfdən, Mülki Məcəllənin 425.1-ci maddəsinin tələbinə görə müqavilə üzrə tərəflər öz hüquqlarını və öhdəliklərini yerinə yetirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməli, verəcəklərini və alacaqlarını şərtləşdirilmiş vaxtda, qaydada və həddə etməli, biri-birinə ziyan vurmaqdan çəkinməlidirlər. Bununla belə xüsusi olaraq qeyd edilməlidir ki, tərəflər arasında xx.xx.2005-ci il tarixdə bağlanmış “torpaq icarəsi haqqında” müqavilədə tərəflər razılığa gəlmişlər ki, icarəçi icarə haqqını hər il dövlət büdcəsinə ödəyəcəkdir, yəni hazırkı halda cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin icarəçi İddiaçı MMC tərəfindən hər il icarə haqqının ödənilməsini təmin etməsinə nəzarət etmək səlahiyyəti olmamış və bu baxımdan müddətin ötməsinə görə öhdəliyə xitam verilməsinin hüquqi əsası da olmamışdır. Bakı Apellyasiya Məhkəməsinin X1 xx xxxx 2019-cü il tarixli 2-2(103)-438/2019 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddianın təmin edilən hissəsində ləğv edilərək, həmin hissədə iddia rədd olunmuş, qalan (qarşılıqlı iddianın rədd edilən) hissəsində isə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən ilkin İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-8/20 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ilə qismən təmin edilərək qətnamə ləğv edilmiş və iş yenidən apellyasiya qaydasında baxılmaq üçün göndərilmişdir. İşə apellyasiya qaydasında baxılmasında iştirak edən ilkin iddia üzrə iddiaçının nümayəndəsi A.Səfərov cavabdehin dəlilləri ilə razılaşmamış, icarəyə götürlən torpaq sahələrinin faktiki olaraq başqa şəxslər tərəfindən istifadə olunduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegyiasının hazırkı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş ilkin iddia üzrə cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş, əvvəlki (xx.xx.2020) məhkəmə iclasında iştirak edən nümayəndəsi M.Ələkbərov şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası, MPM-in 420-ci maddəsinin tələblərinə müvafiq Ali Məhkəmənin qərarından irəli gələn göstərişləri nəzərə alıb, iş materiallarını yenidən araşdırıb belə hesab edir ki, aşağıdakılara görə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının apellyasiyaşikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, ilkin iddia qismən təmin edilməli, tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə 7 (yeddi) ha torpaq sahəsinin icarəyə verilməsinə münasibətdə hissəsində öhdəliklərə xitam verilməli, ilkin iddia qalan hissəsində, habelə, qarşılıqlı iddia tam rədd olunmalıdır. İş materiallarına əsasən müəyyən olunan faktiki hallar təhlil olunduqda aşağıdakılar işin mübahisələndirilməyən hallarını təşkil edir:

1. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 305 saylı, xx.xx.2004-cü il tarixli sərəncamı və xx.xx.2005-ci il tarixli, 11838 saylı inşaat pasportu əsasında – tərəflər arasında xx xxxxxx 2005-ci il tarixdə 0641 saylı icarə müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, dənizkənarı istirahət-çimərlik zonalarının cənub hissəsində ilkin İddiaçı MMC-yə mehmanxana və istirahət kompleksinin tikintisi üçün 49 il müddətinə 11 ha torpaq sahəsinin icarəyə verilmişdir;

2. Həmin kompleksinin tikintisi 2007-ci ildə başa çatmış və Daşınmaz Əmlakın Dövlət Reyestrindən (DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinin) xx.xx.2007-ci il tarixli, 008952 saylı MH seriyalı çıxarışa əsasən «xxxxxxx MMC-nin mülkiyyət hüququnun qeydə alınmışdır.

3. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx xxxx 2007-ci il tarixli, 287 saylı sərəncamı ilə - Əzizbəyov rayon İH-nin məktubu, “xxxxx” MMC-nin xx.xx.2007-ci il tarixli müraciəti və İddiaçı MMC-nin xx.xx.2007-ci il tarixli razılıq məktubu nəzərə alınaraq Bakı ŞİHB-nın xx.xx.2004-cü il tarixli, 305 saylı sərəncamının 40-cı bəndində “xxxxxxxxxx” MMC-yə ayrılmış 11.0 ha ərazidən 7.0 ha torpaq sahəsi, eyni məqsədlə, “xxxxx”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx«xxxxxxx MMC-nin mülkiyyətində olan əmlak kompleksinin ayr-ayrı qeyri-yaşayış və digər təyinatlı tiklili sahələri özgəninkiləşdirilmiş və ayrı-ayrı şəxslərin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

5. İcarə müqaviləsinin bağlandığı xx xxxxxx 2005-ci il tarixdən iddia qaldırılan xx.xx.2018-ci il tarixinədək olan dövrlərdə İddiaçı MMC-nin icarə haqqına görə ödənilməyən borcu vardır. İşin mübaahisələndirilən halları isə aşağıdakılardan ibarətdir: -ilkin iddiaçı icarəsinə verilmiş 11 ha torpaq saəhəsinin 7 ha hissəsinin Bakı şəhər İHnin xx xxxx 2007-ci il tarixli, 287 saylı sərəncamı ilə «xxxxx» MMC-yə verildiyini, qalan torpaq sahəsində isə 2007-2013-cü illərdə tikilmiş əmlak kompleksinin ayrı-ayrı şəxslərin adına özgəninkilədirildiyiiini və 5 ildən artıq həmin şəxslərin istifadəsində olduğunu, cəmiyyətin isə 6 ildən artıq fəaliyyətini dayandırıdığını mübahisələndirərək hesab edir ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2005-ci il tarixli “torpaq sahəsinin icarəyə verilməsi haqqında» müqavilə ləğv olunmalıdır. Cavabdeh Bakı şəhər İcra Hakimiyyəti isə torpaq sahəsinin dövlətin mülkiyyəti olduğunu və ilkin iddiaçı tərəfindən icarə haqqı borcunun ödənilmədiyini əsas gətirərək mübahisələndirir ki, icarə müqaviləsinin ləğv edilməsi mümkünsüzdür. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri İcra Hakimiyyətinin apellyasiya şikayətinin qeyd olunan dəlilləri ilə qismən, 4 ha torpaq sahəsinin icarəyə verilməsinə münasibətdə hissəsində əsaslı hesab etsə də 7 ha torpaq sahəsinə münasibətdə əsassız sayır. Belə ki, işin yuxarıda qeyd olunan faktiki hallarından göründüyü kimi, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx xxxx 2007-ci il tarixli, 287 saylı sərəncamı ilə - Əzizbəyov rayon İH-nin məktubu, “xxxxx” MMC-nin xx.xx.2007-ci il tarixli müraciəti və İddiaçı MMC-nin xx.xx.2007-ci il tarixli razılıq məktubu nəzərə alınaraq Bakı ŞİHB-nın xx.xx.2004-cü il tarixli, 305 saylı sərəncamının 40-cı bəndində “xxxxxxxxxx” MMC-yə ayrılmış 11.0 ha ərazidən 7.0 ha torpaq sahəsinin“xxxxx”MMC-yə aid edildiyi, işin mübahisələndirilməyən halıdır. Göründüyü kimi, iddiaçıya ayrılmış 11 ha torpaq sahəsinin 7 ha hissəsinə münasibətdə şərait dəyişmiş və faktiki olaraq iddiaçının istifadəsində torpağın 4 ha olan hissəsi istifadə qalmışdır. Mülki Məcəllənin 422.1-ci maddəsinin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Həmin Məcəllənin 717.1-ci maddəsinin tələbinə görə əgər müqavilə öhdəliklərinin müəyyənləşdirilməsi üçün əsas götürülmüş şərtlər müqavilə bağlandıqdan sonra qarşılıqlı öhdəliklər arasında böyük tənasübsüzlük yaranmasına səbəb olan dərəcədə dəyişərsə, müqavilənin istənilən iştirakçısı, icarə müddətindən başqa, müqavilə şərtlərinin dəyişdirilməsini tələb edə bilər. Bakı şəhər İcra Hakimiyyəti xx xxxx 2007-ci il tarixli, 287 saylı sərəncamı ilə xx.xx.2004-cü il tarixli, 305 saylı sərəncama dəyişiklik edilərək İddiaçı MMC-yə ayrılmış 11.0 ha ərazidən 7.0 ha hissəsi “xxxxx”MMC-yə aid etsə də, xx.xx.2005-ci il tarixli icarə müqaviləsinə müvafiq dəyişiklik edilməsində təşəbbüskar olmamışdır. Halbuki, sözügedən torpaq sahəsinin iddiaçıdan alıb başqa şəxsə verdiyi halda, tərəflər arasındakı torpaq icarəs i haqqında müqaviləyə də düzəlişlər etmək vəzifəsi məhz onun üzərinə düşürdü. Belə olan halda, yəni, 7 ha torpaq sahəsi faktiki olaraq İddiaçı MMC-dən alındığı və faktiki olaraq onun tərəfindən istifadə olunmadığı və ondan gəlir əldə etmək imkanından məhrum olduğu halda, həmin sahəyə münasibətdə xx.xx.2005-ci il tarixdə bağlanmış icarə müqaviləsi üzrə tərəflərin öhdəliklərinə xitam verilməlidir. İcarə müqaviləsinin Mülki Məcəllənin 700-cü maddəsində nəzərdə tutulan aenlayışına görə - icarəyə verən icarəçiyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüqüqu verir və bunun müqabilində icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqını ödəməyə borcludur. Konkret halda, icarəçi «xxxxxxx» MMC onun icarəsində olan torpaq sahəsinin 7 ha hissəsini cavabdeh başqasına icarəyə verdiyi halda, həmin hissəyə münasibətdə birinci icarəçinin ondan istifadə etmək və gəlir götürmək kimi imkanları istisna olunur və onun tərəfindən icarə haqqı ödəmək öhdəliyi aradan qaxmış olur. Mülki Məcəllənin 557.1-ci maddəsinin tələbindən görünür ki, dövlət və ya bəldiyyə orqanının qəbul etdiyi akt nəticəsində öhdəliyin icrası tamamilə və ya qismən qeyrimümükün olduqda öhdəliyə tamamilə və ya müvafiq hissədə xitam verilir. Beləliklə də, işin sübutlarla müəyyən edilən hallarını və mülki qanunvericiliyin göstərilən tələblərini nəzərə alan məhkəmə kolleiyası hesab edir ki, tərəflər arasında xx.xx.2005-ci il tarixdə bağlanmış «Torpağın icarəyə verilməsi haqqında» müqaviləyə - 7(yeddi) ha hissəsinin icarəyə verilməsinə münasibətdə tərəflərin müqavilə öhdəliklərinə xitam verilməsini zəruri edən faktiki və hüquqi şərtlərin mövcudluğu sübuta yetirilir. Həmin (11 ha) torpaq sahəsinin yerdə qalan 4 ha sahisinə münasibətdə isə müqavilə öhdəliklərinə xitam verilməsi mümkün deyil. Çünki, həmin sahə 2007-ci ildən etibarən xxxxxxx MMC-nin qanuni icarəçisidir. Qeyd olunmalıdır ki, həmin (4 ha) sahədə ilkin iddiaçı tərəfindən inşa edilən əmlak kompleksinin ayrı-ayrı şəxslərə özgənikiləşdirməsi də vəziyyəti dəyişmir. Çünki, iş materiallarına əlavə edilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, həmin şəxslərin əldə etdikləri əmlak komplekinin yerləşdiyi yerləşdiyi torpaq sahələri dövlətə məxsusdur. Dövlətə məxsus həmin torpaq sahəsi isə işin qeyd olunan hallarından göründüyü kimi,məhz, xxxxxxx–M İİC-nin qanuni şəkildə sərəncam və müqavilə əsasları ilə isarəsində olan torpaq sahisinə aiddir və həmin (4 ha) sahyə münasibətdə müqəvilədən irəli gələn öhdəliklər müqavilə tərəfrinin, o cümlədən ilkin iddiaçının üzərində qalır. Ən azından həmin sahə icarə münaviləsinə əsasən iddiaçının sahibliyindədir. Həmin sahədə başqa şəxsələrin adına tikili sahələri mövcud olsa da, dövlətə aid iddiaçının icarəsinə verilmiş həmin torpaq sahəsinin qeyd olunan başqa şəxslər tərəfindən özününküləşdirməsinə dair onların iradə ifadələrinin bəyan edilməsi gərəklidir. Həm də «Normativ hüquqi aktlar haqqında» Konstitusiya Qanunun 2.5-ci maddəsinin tələbi baxımından, konkret halda, Mülki Məcəllənin 719.4-cü maddəsinin tətbiq olunmasını zəruri hesab edərək məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin qeyd olunan 719.4-cü maddəsinin tələbində nəzərdə tutulur ki, icarə mqaviləsi 30 ildən çox müddətə bağlandıqda müqavilənin istənilən iştirakçısı 30 ildən sonra müqavilənin ləğvinə dair bildirişi icarənin növbəti ilinin sonu üçün qüvvəyə minməklə, icarənin hər hansı ilinin növbəti ilinin üçüncü iş günündən gec olmayaraq verə bilər. Əgər müqavilə icarəyə verənin və ya icarəçinin bütün ömrü üçün bağlanmışdırsa ləğvetməyə yol verilmir. Məcəllənin sözügedən normasının mənasından göründüyü kimi, icarə müqaviləsi 30 ildən çox müddətə bağlanmışdırsa, müqavilənin ləğvinə dair bir müqavilə iştikçısı tərəfindən digər tərəfə həmin müddətdən tez bildiriş verilməsinə yol verilmir. Göründüyü kimi, mülki qanunvericilyin qeyd olunan tələbi baxımından, tərəflər arasında icarə müqaviləsinin 49 il müddətinə bağlandığı nəzərə alındıqda, qanunun qeyd olunan tələbi baxımından 4 ha torpaq sahəsinin icarəçisi olan İddiaçı MMC icarəyə verən digər tərəfə 30 il keçdikdən sonra, yalnız müqavilənin ləğvi barədə bildiriş göndərməkdə haqlı ola bilərdi. Beləliklə də qeyd olunanlardan göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilənin 4 ha sahəsinə münasibətdə hissəsində tərəflərin öhdəliklərinə xitam verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. Bakı şəhər İcra Hakimiyyətinin icarə haqqının ödənilməsi tələbinə dair qarşılıqılı iddiasına gəldikdə isə qanunvericiliyə əsasən icarəçidən icarə haqqını tələb etməkdə onun subyektiv hüququnun mövcudluğu müəyyən edilmir. Belə ki, «Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 10-cu abzasına əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” xx xxxxxx 2006-cı il tarixdən qüvvəyə minən Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2005-ci tarixli Fərmanına əsasən həmin Qanunun 14-cü maddəsinin 10-cu abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət müəssisələri, özəlləşdirilməyə açıq elan edilmiş və özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqlara münasibətdə Azərbaycan Respublikasının Dövlət X3 üzrə Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2010-cu il tarixli 291 saylı Fərmanı ilə (Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına və sərəncamlarına dəyişikliklər və əlavələr edilməsi və “Azərbaycan Respublikasının daşınmaz əmlakın dövlət reyestri xidmətinin bəzi məsələləri haqqında” 2005-ci il 26 oktyabr tarixli, 1065 saylı sərəncamının qüvvədən düşmüş hesab edilməsi barədə) “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il Fərmanına dəyişiklik edilərək, həmin Qanunun 14-cü maddəsinin 10-cu abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət müəssisəsi, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir (Fərman xx.xx.2010-cu il tarixdə dərc edilmişdir). Göründüyü kimi, torpaq icarəsi haqqında qanunvericiliyin tələblərinə əsasən üzərində fiziki və hüquqi şəxslərə məxsus daşınmaz əmlakın yerləşdiyi dövlət torpaq sahələrinin icarəyə verilməsindən daxilolmalara nəzarət Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə məxsusdur. İşin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, 0641 saylı, xx xxxxxx 2005-ci il tarixli torpaq icarəsi müqaviləsinə əsasən iddiaçının icarəsinə verilmiş torpaq sahəsi üzərində əmlak kompleksi inşa edilmiş, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Göründüyü kimi, qarşılıqlı iddianın təmin edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, qanunla müvafiq səlahiyyət verilmiş dövlət orqanı tərəfindən icarə haqqının ödənilməsi tələbinə dair iddianın qaldırılmaması, icarəçini müqavilə öhdəliklərinə əməl etmək vəzifəsindən azad etmir. Birinci instansiya məhkəməsinin qətnaməsindən isə görünür ki, məhkəmə işi tam və hərtərəfli araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Ona görə də MPM-in 385.1-ci maddəsinin tələbləri baxımından məhkəmə kollegiyası Bakı şəhər İcra Hakimiyyətinin apellyasiya şikayətinin qətnamənin əsassız olduğunu mübahisələndirən dəlilləri ilə qismən razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (81)-140/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və ilkin iddia qismən təmin edilməli, xx xxxxxx 2005-ci il tarixdə Bakı şəhəri İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında “torpaq sahəsinin icarəyə verilməsi” haqqında 0641 saylı müqaviləsinin 7 (yeddi) ha torpaq sahəsinin icarəyə verilməsinə münasibətdə hissəsində tərəflərin öhdəliklərinə xitam verilməli, ilkin iddia qalan hissəsində, qarşılıqlı iddia isə tam rədd edilməlidir. Qeyd edilənlərə əsasən və MPM-in 382, 384, 392 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Bakı şəhər İcra Hakimiyətinin apellyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-140/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İlkin iddia qismən təmin edilsin. Bakı şəhəri İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında xx xxxxxx 2005-ci il tarixdə bağlanmış “torpaq sahəsinin icarəyə verilməsi” haqqında 0641 saylı müqaviləsinin 7 (yeddi) ha torpaq sahəsinin icarəyə verilməsinə münasibətdə hissəsində tərəflərin müqavilə öhdəliklərinə xitam verilsin. İlkin iddia qalan hissədə, habelə, qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına(Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə)kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov

Hakimlər: Raqib Qurbanov

Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar