Məhkəmə qərarları › İş №2-2(103)-378/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-378/2021

09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-378/2021 09.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Cavabdeh iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-548/2021 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərardadından İddiaçı fərdi firması tərəfindən verilmiş şikayətə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı fərdi firması Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 79556 (yetmiş doqquz min beş yüz əlli altı) manat məbləğində borc pulun və ödənilmiş 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı fərdi firmasına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il 2-2(113)-548/2021 saylı qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. İddiaçı fərdi firması həmin qərardaddan şikayət vermişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, daha əvvəl kommersiya məhkəməsində işə baxılarkən bağlanmış müqavilənin Cavabdeh anası tərəfindən imzalanması və sonuncunun müqaviləni imzalamaq səlahiyyətinin olmaması müəyyən olunmuşdur. Ona görə də iddia rədd edilmişdir. Bundan sonra İddiaçı fərdi firması ilə Cavabdeh arasında hər ay bağlanmış üzləşmə aktlarına əsasən Cavabdeh firmaya borcu olduğu müəyyən edilmişdir. Yəni Cavabdeh İddiaçı fərdi firmasına olan borcunu etiraf edir. Hal-hazırda iddiaçı məhkəməyə Cavabdeh ilə bağlanmış müqaviləyə əsasən yaranmış borca görə deyil, xx xxxx 2020-ci il tarixli üzləşmə aktına əsasən müraciət etmişdir. Məhkəmə iclasında Cavabdeh şikayətə etiraz etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsaslanaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İddiaçı fərdi firması tərəflər arasında xx xxxxxx 2018-ci il tarixli müqavilənin bağlanmasına və müqaviləyə əsasən Cavabdeh 82319 manat dəyərində 193400 kq un məhsulunun satılmasına istinad edərək, Cavabdeh qarşı həmin müqavilə üzrə 81108 manat məbləğində borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş və həmin Məhkəmənin xx.xx.2019-cu il tarixli e-2-2-(82)-1091/2019 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Hazırki işdə də iddiaçı 82319 manat dəyərində 193400 kq un məhsulunun cavabdehə satdığını, lakin cavabdeh tərəfindən 79556 manat borcunun ödənilmədiyini iddia edir. Göründüyü kimi eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmə mübahisəsi olmuş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş və həmin Məhkəmənin xx.xx.2019-cu il tarixli e-2-2-(82)-1091/2019 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsində isə təsbit olunmuşdur ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iş üzrə icraata xitam verilməsi nəticəsinə gəlmişdir. Şikayətin dəlilərini isə kollegiya əsassız hesab edir. Belə ki, iddiaçının hazırki işdə təqdim etdiyi xx xxxx 2020-ci il tarixli üzləşmə aktı yeni əsas deyil, yeni sübut sayılır. Çünki iddiaçı hər iki işdə iddianın əsası kimi məhz tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə onun tərəfindən Cavabdeh 82319 manat dəyərində 193400 kq un məhsulunun satılmasına istinad etmişdir. Sadəcə olaraq əvvəlki işdən fərqli olaraq hazırki işdə başqa tarixli üzləşmə aktına - sübuta istinad etmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının həmin dəlilləri əsassızdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı fərdi firması tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-548/2021 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar