Məhkəmə qərarları › İş №2-2(103)-382/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-382/2023

07.03.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-382/2023 07.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 5010/2022 nömrəli qərardadından iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən İddiaçı məxsus abonent koduna əsassız hesablanmış 574 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-5010/2022 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən xx.xx.2023-cü il tarixdə cavabdeh "xxxx" ASC elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti vermiş, eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-5010/2022 nömrəli qərardadı ilə adıçəkilən ərizə təmin edilmiş və buraxılmış prosessual müddət üzrlü hesab edilərək bərpa edilmişdir. Həmin qərardaddan iddiaçının nümayəndəsi və vəkili Vəkil “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən dövlət rüsumunun 21 dekabr 2022-ci il tarixdə ödənilməsi, həmçinin 21-27 dekabr 2022-ci il tarixləri arasında qətnamədən verilmiş apellyasiya şikayətinin elektron portalında təsdiq edilmiş statusda olmasını prosessual müddətin buraxılmasının üzrlü olmasının əsası kimi götürmüşdür. Halbuki dövlət rüsumunun qabaqcadan ödənilməsinin sonradan müddətin buraxılmasının üzrlü olmasını sübut edən hal kimi götürülməsi əsassızdır. Həmçinin “Elektron məhkəmə” informasiya sistemi ilə apellyasiya şikayəti göndərilərkən elektron portala yüklənmiş şikayətin göndərilməsi üçün “imzala və göndər” düyməsindən istifadə edilir, bundan sonra göndərməni təsdiq etmək üçün xüsusi kod şifrəsi gəlir və həmin kod şifrəsi PİN 2 ilə təsdiq edilir və şikayət göndərilir. Şikayətin göndərilməsi təsdiq edilir və məhkəmənin portalına daxil edilməsi yoxlanılır, şikayətin portalda olduğuna əmin olduqdan sonra sistemin bağlanılması həyata keçirilir. Hazırkı mübahisədə qeyd edilən funksiyanın həyata keçirilməsində yol verilmiş səhlənkarlıq üzrlü hal kimi qəbul edilə bilməz. Bakı Kommersiya Məhkəməsinin 17 fevral 2023-cü il tarixli, e-2-2(113)-5010/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-5010/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.8-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. İş materiallarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-5010/2022 saylı qətnaməsi cavabdeh "xxxx" ASC-nə rəsmi qaydada “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən istifadə edilməklə, elektron kabinetinə xx.xx.2022-ci il tarixdə yerləşdirilməklə verilmiş, qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş prosessual müddətinin sonuncu günü xx.xx.2023-cü il tarixi olmuş, cavabdeh xx.xx.2023-cü il tarixdə qətnamədən apellyasiya şikayəti vermiş, bununla da qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş prosessual müddəti 18 gün ötürmüşdür. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunmuş “eməhkəmə.gov.az” portalında yaradılmış "xxxx" ASC-nin elektron kabinetindən çıxarışdan görünür ki, "xxxx" ASC tərəfindən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-5010/2022 saylı qətnaməsindən 21-27 dekabr 2022-ci il tarixləri arasında verilmiş apellyasiya şikayəti təsdiqlənmiş statusundadır. Məhkəmə birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-5010/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş prosessual müddətinin axımının başa çatdığı xx.xx.2023-cü il tarixədək cavabdeh tərəfindən 21-27 dekabr 2022-ci il tarixləri arasında apellyasiya şikayətinin məhkəməyə təqdim olunması üçün təsdiqləndiyi, lakin apellyasiya şikayəti təsdiqləndiyi halda sistemdə olan texniki problemlə bağlı göndərilməsi prosesinin başa çatmadığı nəzərə alınaraq müddətin buraxılması səbəbi üzürlü hesab edilə bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Sovtransavto Holdinq”in Ukraynaya qarşı şikayəti üzrə xx.xx.2002-ci il tarixli qərarında şikayətin qanunda nəzərdə tutulmuş müəyyən formallıqlara riayət edilmədiyinə görə qəbul edilməsindən imtina olunmasını “artıq formalizm” kimi qiymətləndirmişdir. Həmin qərarda qeyd edilmişdir ki, şəxs vaxtında məhkəməyə müraciət etmək üçün iradəsini ifadə etmişdirsə, şikayətin formal səbəblərdən geri qaytarılmış olması şikayət hüququnu məhdudlaşdırmamalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-5010/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-5010/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar