Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-382/2025 24.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, Elnur Məmmədsaat oğlu Həsənov və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı əmlakın qaytarılması və ya dəyərinin ödənilməsi tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-4077/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus 330 KVA gücündə “AKSA” markalı generatorun saz vəziyyətdə Cavabdehndən alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi və 240 manat məbləğində ödənilmiş dövlət rüsumunun, hüquqi xidmətə görə vəkilə ödənilmiş 320 manat məbləğində pulun Cavabdehndən tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia ərizəsinə əlavə” barədə ərizə verərək, iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin predmeti olan 330 KVA gücündə “AKSA” markalı generator saz və işlək vəziyyətdə, həmin əmlakın qaytarılması mümkün olmadıqda onun dəyərini təşkil edən 49147 (qırx doqquz min yüz qırx yeddi min) manat məbləğində pulun cavabdeh “Bakinity Distribution" MMC-dən alınaraq iddiaçı "xxxx" MMC-yə verilməsi, hazırkı iş üzrə iddia ərizəsinin və “iddianın dəyişdirilməsi barədə” ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 238 manat məbləğində pulun Cavabdeh MMC-dən alınaraq "xxxx" MMC-yə ödənilməsi, hüquqi xidmətə görə vəkilə çəkilmiş xərcin əvəzi olaraq 320 manat məbləğində pulun Cavabdeh MMC-dən alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-4077/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdehndən xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin predmeti olan 330 KVA gücündə generator iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılması, Cavabdehndən 320 (üç yüz iyirmi) manat məbləğində hüquqi yardım xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
4. Cavabdeh “Bakinity Distribution MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən – iddia tələbinin təmin olunması hissəsində ləğv edilməsini, iddiaçı "xxxx" MMC-nin iddia tələbinin tam rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apelyasiya şikayətinin dəlilləri
5. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdeh tərəfindən 23 may 2019-cu il tarixli, 19/2305 nömrəli alqı-satqı müqaviləsi üzrə öhdəliklər tam icra edilsə də, iddiaçı müqavilə öhdəliklərini lazımi qaydada və vicdanla yerinə yetirməmişdir. Belə ki, həmin müqavilə əsasında iddiaçının Cəmiyyətə satdığı 330 KVA gücündə “AKSA” markalı generator keyfiyyətsiz olmuşdur. Sözügedən generator Cəmiyyətin Ədliyyə Nazirliyi ilə bağlanılan Satınalma müqaviləsinə əsasında Ədliyyə Nazirliyinə satılmışdır və həmin iş üzrə icraatda məhkəməyə təqdim edilmiş Ədliyyə Nazirliyi ilə Cavabdeh MMC arasında olan 02 avqust 2019-cu il tarixli aktdan da məlum olduğu kimi mübahisə predmeti olan generator Ədliyyə Nazirliyinə təhvil verilmişdir. Generatorun keyfiyyətsiz olması ilə bağlı Ədliyyə Nazirliyindən Cəmiyyətə 23 fevral 2020-ci il tarixli, 8/125 saylı məktub daxil olmuşdur. Məlum olmuşdur ki, göstərilən generatorun işində tez-tez dayanmalar, qısa qapanmalar, bəzi hissələrində çatlar müşahidə edilmişdir. Həmçinin, generatoru yoxlayarkən təyin edilmişdir ki, həmin generatorun üzərində “AKSA” əmtəə nişanı göstərilsə də, generator hissələri “AKSA” tərəfindən istehsal edilməmişdir və “AKSA” əmtəə nişanı ilə əlaqəsi yoxdur. Yəni iddiaçı nəinki göstərilən alqı-satqı müqaviləsi üzrə mülki öhdəliklərini lazımi qaydada və vicdanla yerinə yetirməmişdir, hətta keyfiyyətsiz generatoru “AKSA” markalı keyfiyyətli generator kimi satmışdır, “AKSA” əmtəə nişanından saxtakarlıqla istifadə edərək Cəmiyyəti aldatmış, ciddi hüquq pozuntusuna yol vermiş və qanunsuz gəlir əldə etmişdir. Cavabdeh 330 KVA gücündə olan generatorda üzə çıxan və daha əvvəldən bilmədiyi nöqsanlar barədə iddiaçıya vaxtında və bir neçə dəfə şifahi məlumat verilmişdir. Bundan başqa, iddiaçıya 12 iyul 2021-ci il tarixli və 09 avqust 2021-ci il tarixli pretenziya məktubları göndərilsə də, iddiaçı tərəfdən məsələnin müsbət həlli istiqamətində heç bir addım atılmamışdır. Halbuki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 23 may 2019-cu il tarixli, 19/2305 nömrəli alqı-satqı müqaviləsinin 7-ci maddəsinə görə, bu müqavilə üzrə vəzifələrini icra etməyən və ya lazımi qaydada icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Mübahisənin məhkəmədənkənar həlli mümkün olmadığından generatorun dəyərinin qaytarılması tələbi ilə məhkəməyə müraciət etməyə məcbur olduq. Sözügedən iş üzrə qanuni qüvvəyə minmiş və hal-hazırda icra mərhələsində olan Bakı Kommersiya Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixli, e-2- (113)-253/2022 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh MMC-nin iddia tələbi təmin edilmiş və "xxxx" MMCdən 49.147 manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti və dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Cavabdeh MMC-ə qaytarılması qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh MMC ilə cavabdeh "xxxx" MMC aralarında “Aksa” markalı, mühərriki “Doosan” markalı, alternatoru “Aksa” markalı olan 330 kVa-lıq generatorun alğı-satqısı barədə razılığa gəldikləri halda, cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş generator tərəflərin barəsində razılığa gəldikləri göstərilən keyfiyyət tələblərinə cavab verməmişdir. Bundan əlavə təqdim edildiyi tarixdən bir neçə ay sonra (2020-ci ilin mart ayında) generatorda digər qüsurlar (mühərrikində (çatlar)) aşkarlanmış, habelə cavabdeh (satıcı) tərəfindən təqdim edilmiş generatora aid texniki sənədlər (texniki pasport, istifadə təlimatları və s.) iddiaçıya (alıcıya) təqdim edilməmişdir. Sonradan "xxxx" MMC-dən alınmış həmin generator hazırki iş üzrə üçüncü şəxs Ədliyyə Nazirliyinin Maliyyə və təminat İdarəsinə satılmış, cəmi 4 saat işlədikdən sonra sıradan çıxmışdır. Yəni qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə təsdiq olunur ki, həmin generator real olaraq Cəmiyyətin istifadəsində və sahibliyində deyil, onun özgəninkiləşdirilməsi, özgəninkiləşdirilməsinin qarşısının alınması, üçüncü şəxslərə, o cümlədən iddiaçı "xxxx" MMC-yə qaytarılması ilə bağlı cavabdehin hər hansı hüquq və səlahiyyəti mövcud deyil. Sözügedən məhkəmə icraatının gedişində hazırki iş üzrə iddiaçı "xxxx" MMC generatorun qaytarılması ilə bağlı qarşılıqlı iddia ilə məhkəməyə müraciət etməmiş, məhkəmə qətnaməsinin çıxarılmasından iki ildən çox vaxt keçdikdən sonra, sadəcə qətnamənin icrasını gecikdirmək məqsədilə hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Habelə, cavabdeh generatorun dəyərinin Cəmiyyətə ödənildiyini iddia etsə də, buna dair hər hansı sübut təqdim etməmişdir. Məhkəmə isə bu halı ümumiyyətlə araşdırmamış, iddia tələbinə iddiaçının alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərinə münasibətdə davranışlarını nəzərə almadan birtərəfli qaydada qiymət verməyə çalışmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-(113)-253/2022 saylı qətnaməsi borclu "xxxx" MMC tərəfindən bu günədək icra edilməmiş və pul vəsaiti Cəmiyyətə ödənilməmişdir. Qətnamənin icrası təmin edilmədiyindən "xxxx" MMC-nin direktoru X2 inzibati xəta haqqında qanunvericiliyə müvafiq olaraq məsuliyyətə cəlb edilmiş, Nərimanov Rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli, 3(005)-999/2024 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməklə, barəsində 1200 (min iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərar Bakı Apellyasiya Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, 3(103)-1165/2024 saylı qərarı ilə qüvvəsində saxlanılmışdır. Birinci instansiya məhkəməsinin mübahisəli əmlakın cavabdehdə qalması üçün əsaslar aradan qalxmışdır və cavabdeh qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Qüsurlu əşyaya görə ödənilmiş pul vəsaitinin hazırkı cavabdehə qaytarılmasnı qət edən qanuni qüvvəyə minmiş və icra mərhələsində olan məhkəmə qərarı olduğundan iddiaçı həmin əşyanın geri qaytarılmasını tələb etmək hüququna malik olduğundan, cavabdeh isə həmin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 581.1-ci maddəsinə əsasən, satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur "xxxx" MMC tərəfindən 23 may 2019-cu il tarixli, 19/2305 nömrəli alqı-satqı müqaviləsi üzrə öhdəliklər tam icra edilsə də, iddiaçımüqavilə öhdəliklərini lazımi qaydada və vicdanla yerinə yetirməmişdir. Belə ki, həmin müqavilə əsasında iddiaçının Cəmiyyətə satdığı 330 KVA gücündə generator “AKSA” markalı olmamış və keyfiyyətsiz olmuşdur. Belə olan halda, iddiaçı həmin malı yenisi ilə əvəz etməli və ya onun dəyərini cavabdehə ödəməli idi. Nə qədər ki qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur, belə olan halda, həmin qətnamə icra edildikdən sonra iddiaçı hazırki tələblə çıxış edə bilərdi. Azərbaycan Respublikası Mülki Məcəllənin 587.5-ci maddəsinin məzmununa görə, əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alqısatqımüqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Məhkəmənin istinad etdiyi Mülki Məcəllənin 587.5-ci maddəsinin məzmununa görə, əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alqı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Cavabdeh-alıcı alqı-satqı müqaviləsinin ləğvini və əşyanın yeni əşya ilə əvəz edilməsini tələb etməmiş, belə məzmunda hər hansı məhkəmə qətnaməsi çıxarılmamışdır. Belə olan halda maddənin dispozisiyasında göstərilən qüsurla əşyanın satıcıya qaytarılması öhdəliyinin yaranması üçün əsas olan şərt mövcud olmadığından həmin maddəyə istinad edilərək hazırki iddia tələbi təmin edilə bilməz. əşyanı geri qaytarılmaq vəzifəsi daşıdığından iddiaçı hazırkı tələbi irəli sürməkdə qismən (təmin olunan hissədə) haqlıdır” kimi mövqeyinin hüquqi əsası müəmmalıdır. İddiaçı marka və keyfiyyət tələblərinə cavab verməyən əşyanı yenisi ilə əvəz etməmiş, onun dəyərini cavabdehə ödəməmişdir. Cavabdeh əlavə xərc çəkərək öz hesabına Ədliyyə Nazirliyini yeni generatorla təmin etmiş, nəticədə generatorun alınmasından ötrü iki dəfə ödəniş etməyə məcbur olmuşdur. Bununla belə, yuxarıda istinad olunduğu kimi, iddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qərarını qərəzli olaraq icra etmir, hətta icradan yayınmaq məqsədilə şirkətin fəaliyyəti dayandırılmış, tələbin yönəldilə biləcəyi yeganə əmlak olan “Jaguar” markalı nəqliyyat vasitəsinin də icra qurumlarına təhvil verilməsindən imtina edilmişdir. Yəni qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olması iddiaçının cavabdehdən generatorun qaytarılmasını tələb etmək hüququnun olması anlamına gələ bilməz. İddiaçı-satıcı yalnız cavabdehin-alıcının pozulmuş hüquqlarını bərpa etdiyi, məruz qaldığı zərərin qarşısını aldığı təqdirdə belə tələb irəlisürmək hüququna malik ola bilərdi. Lakin hazırki iş üzrə belə hal müəyyən edilmir. Məhkəmənin “cavabdehin nümayəndəsi son etiraz ərizəsində generatorun qaytarılmasının mümkün olmadığını bildirməmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-(113)-253/2022 saylı qətnaməsi iddiaçı tərəfindən icra edildikdən sonra həmin generatorun olduğu vəziyyətdə qaytarılması ilə bağlı tədbirlər həyata keçirə biləcəyini qeyd etmişdir” kimi mövqeyinin hansı məna kəsb etməsi və məhkəmənin hansı əsasla bu qənaətə gəlib iddia tələbini bu hissədə təmin etməsi də anlaşılan deyil. Görünən odur ki, məhkəmə cavabdehin nümayəndəsinin iddiaçı tərəfindən generatorun yenisi ilə əvəz edilmədiyini və könüllü və ya məhkəmə qərarına əsasən onun dəyərinin ödənilmədiyini bildirməsinə heç bir əhəmiyyət vermədən sadəcə generatorun qaytarılmasının mümkün olmamasına dair mövqe ifadə olunmadığını qeyd etməklə ədalət mühakiməsi orqanı rolundan çıxaraq iddiaçının hüquq müdafiəçisinə çevrilmişdir. Məhkəmənin əsassız mövqeyinə hüquqi don geydirmək üçün istinad etdiyi Mülki Məcəllənin 152.1-ci, 157.2-ci, 587.5-ci maddələrinə istinadı qanunauyğun hesab edilə bilməz. Hazırki iş üzrə mülkiyyət hüququndan, mülkiyyətin qanunsuz sahiblikdən qaytarılmasından söhbət getmədiyindən Mülki Məcəllənin 152.1-ci, 157.2-ci maddələrinə istinad olunması sadəcə görünüş xarakterli olmaqla, mübahisənin mahiyyəti üzrə tətbiq edilməli olmayan maddi hüquq normasının tətbiq edilməsi halına dəlalət edir. Məhkəmənin istinad etdiyi Mülki Məcəllənin 587.5-ci maddəsinin məzmununa görə əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alqı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Cavabdeh alıcı alqı-satqı müqaviləsinin ləğvini və əşyanın yeni əşya ilə əvəz edilməsini tələb etməmiş, belə məzmunda hər hansı məhkəmə qətnaməsi çıxarılmamışdır. Belə olan halda maddənin dispozisiyasında göstərilən qüsurla əşyanın satıcıya qaytarılması öhdəliyinin yaranması üçün əsas olan şərt mövcud olmadığından həmin maddəyə istinad edilərək hazırki iddia tələbi təmin edilə bilməz. Habelə, cavabdehin-alıcının iddiaçı Zamanlı MMC tərəfindən qüsurlu və saxta mal təqdim edilməsi nəticəsində zərərə məruz qalması, əlavə xərcə düçar olaraq Ədliyyə Nazirliyinin Maliyyə və Təchizat İdarəsini generatorla təmin etməsi işin mübahisəsiz halı olduğu halda, məhkəmənin hüquqi yardıma görə iddiaçının ödədiyi 320 manat hüquqi yardım haqqını və dövlət rüsumunun 50 manat hissəsinin cavabdehdən tutulmasına dair mövqeyi də qəbuledilən və məntiqə uyğun deyil. Məhkəmənin belə mövqeyi özünün istinad etdiyi 587.5-ci maddənin də məzmununa uyğun olmamaqla alıcının əlavə xərclərə məruz qalmasına şərait yaradır.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
6. Apelyasiya şikayətinə qarşı iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə Elektron Məhkəmə sistemi vasitəsi ilə etiraz daxil olmuş və apellyasiya şikayətinin təmin edilməməsi xahiş edilmişdir.
7. Etiraz belə əsaslandırılmışdır: “Bakinity Distribution"xxxx"Zamanlı MMC arasında 23 may 2019-cu il tarixdə ******* saylı alqı-satqı müqaviləsi bağlanmışdır, Həmin müqaviləyə əsasən "xxxx" MMC "xxxx" MMC-yə digər mallarla yanaşı, 1 ədəd 330 KVAlıq generator təqdim etmiş və “Bakinity Distribution" MMC tərəfindən həmin generatorun dəyəri olan ƏDV daxil 49147 manat məbləğində pul vəsaiti "xxxx" MMC-yə ödənilmişdir. Daha sonra keyfiyyət tələblərinə uyğun olmayan generator üçün ödənilmiş pulun geri qaytarılması tələbinə dair iddia irəli sürülmüş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)- 253/2022 saylı qətnaməsi ilə iddia təmin edilərək, mübahisəli generator üçün ödənilmiş 49147 manat məbləğində pul vəsaitinin hazırkı cavabdehə qaytarılması qərara alınmışdır. Ona görə də məhkəmənin qənaətinə əsasən mübahisəli əmlakın cavabdehdə qalması üçün əsaslar aradan qalxmışdır və cavabdeh qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Qüsurlu əşyaya görə ödənilmiş pul vəsaitinin hazırkı cavabdehə qaytarılmasnı qət edən qanuni qüvvəyə minmiş və icra mərhələsində olan məhkəmə qərarı olduğundan məhkəmə belə nəticəyə gəiir ki, iddiaçı həmin əşyanın geri qaytarılmasını tələb etmək hüququna malik olduğundan, cavabdeh isə həmin əşyanı geri qaytarılmaq vəzifəsi daşıdığından, iddiaçı haqlı olaraq tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin predmeti olan 330 KVA gücündə “AKSA" markalı generatorun saz və işlək vəziyyətdə qaytarılması, həmin əmlakın qaytarılması mümkün olmadıqda onun dəyərini təşkil edən 49.147 manat məbləğində pulun Cavabdeh MMC-dən alınaraq iddiaçı "xxxx" MMC-yə verilməsini tələb etmişdir. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan İstifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 587.5-cl maddəsinə əsasən əgər alıcı əşyanın qüsurları ılo əlaqədar alqı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsim tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Göstərilənlərə əsasən hesab edilir ki, iddiaçının, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin predmeti olan 330 KVA gücündə “AKSA" markalı generatoru cavabdehdən tələb edilməsi barədə iddiası əsaslıdır və birinci instansiyası məhkəməsi həmin tələbi təmin etməklə iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Onu da qeyd etmək lazımdır ki, hazırda, iddiaçı tərəfindən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2- 2(113)-253/2022 saylı qətnaməsinin icra olunmaması və 49.147 manat məbləğində pulun Cavabdeh MMC-yə qaytarılmaması faktı da, hazırki iddianın əsaslılığını aradan qaldırmır. Çünki, mülki qanunvericilik alqı-satqı müqaviləsinin predmetinin qüsurlu olduğu halda, alıcıya onun ödənilmiş dəyərinin geri qaytarılması hüququnu verməklə yanaşı, həmin predmetin özünün qaytarılmasını tələb etmək hüququnu alıcıya qeyd şərtsiz olaraq tanımışdır. İşə baxan Bakı Kommersiya Məhkəməsi də mülki qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçının iddiasını mübahisələndirilən hissədə təmin etmiş və bununla da mübahisələndirilən hissədə iş üzrə gəldiyi düzgün nəticəyə gəlmişdir. Baxılan iş üzrə Bakı Kommersiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77.1, 80,88, 217-ci maddələrinin tələblərinə əməl edilmiş, işdəki sübutlar ətraflı araşdırılmış, prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.
9. İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
11. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
12. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
13. Həmin Məcəllənin 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə:
14. 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin;
15. 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin.
16. Həmin Məcəllənin 587.5-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alqı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
20. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
APELYASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı yalnız iddianın təmin edilən hissəsində yoxlanılır.
APELYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
23. Hazırki işin qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən olunmuş halları ondan ibarətdir ki, Cavabdeh MMC ilə "xxxx" MMC arasında 23 may 2019-cu il tarixdə 19/2305 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh MMC-yə digər mallarla yanaşı, 1 ədəd 330 KVA-lıq generator təqdim etmiş və Cavabdeh MMC tərəfindən həmin generatorun dəyəri olan ƏDV daxil 49147 manat məbləğində pul vəsaiti "xxxx" MMC-yə ödənilmişdir. Cavabdeh MMC "xxxx" MMC ilə aralarında sözügedən müqaviləyə əsasən təqdim ediləcək 330 KVA–lıq generatorun “AKSA” markalı olması barədə razılığa gəldiklərini, sonradan "xxxx" MMC-dən alınmış həmin generatorun tərəflərindən iş üzrə üçüncü şəxs Ədliyyə Nazirliyinin Maliyyə və Təminat İdarəsinə satıldığını, generatorun cəmi 4 saat işlədikdən sonra sıradan çıxdığını, generatorda aşkar edilmiş qüsurun aradan qaldırılması üçün servis şirkətinə müraciət etdikdə generatorun “AKSA” markasına aid olmamasının, üzərinə saxta etiketlərinin vurulmasının aşkar edildiyini əsas göstərərək keyfiyyət tələblərinə uyğun olmayan generator üçün ödənilmiş pulun geri qaytarılması tələbinə dair iddia irəli sürmüş, Bakı Kommersiya Məhkəməsi xx.xx.2022-ci il tarixli, e-2-2(113)-253/2022 saylı qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh "xxxx" MMC-dən 49147 manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti və dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı Cavabdehnə qaytarılması qərara alınmışdır. Sözügedən qətnamə ilə müəyyən edilmişdir ki, cavabdeh iddiaçı Cavabdeh MMC "xxxx" MMC ilə aralarında “Aksa” markalı, mühərriki “Doosan” markalı, alternatoru “Aksa” markalı olan 330 KVA-lıq generatorun alqı-satqısı barədə razılığa gəldikləri halda, cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş generator tərəflərin barəsində razılığa gəldikləri göstərilən keyfiyyət tələblərinə cavab verməmişdir. Bundan əlavə təqdim edildiyi tarixdən bir neçə ay sonra (2020-ci ilin mart ayında) generatorda digər qüsurlar (mühərrikində (çatlar)) aşkarlanmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)- 253/2022 saylı qətnaməsindən cavabdeh apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 2(103)-550/2022 saylı qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)- 253/2022 nömrəli iş üzrə 16 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 2(103)- 550/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-2(102)-684/2022 saylı qərarı ilə cavabdeh "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 4 iyul 2022-ci il tarixli, 2-2(103)-550/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
24. İddiaçının iddia tələbini tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin predmeti olan 330 KVA gücündə “AKSA” markalı generatorun saz və işlək vəziyyətdə qaytarılması, həmin əmlakın qaytarılması mümkün olmadıqda onun dəyərini təşkil edən 49147 (qırx doqquz min yüz qırx yeddi min) manat məbləğində pulun cavabdeh “Bakinity Distribution" MMC-dən alınaraq iddiaçı "xxxx" MMC-yə verilməsi təşkil etmişdir.
25. Məhkəmə qeyd etmişdir ki, işin hallarından göründüyü kimi, keyfiyyət tələblərinə uyğun olmayan generator üçün ödənilmiş pulun geri qaytarılması tələbinə dair iddia irəli sürülmüş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)- 253/2022 saylı qətnaməsi ilə iddia təmin edilərək, mübahisəli generator üçün ödənilmiş 49147 manat məbləğində pul vəsaitinin hazırkı cavabdehə qaytarılması qərara alınmışdır. Ona görə də məhkəmənin qənaətinə əsasən mübahisəli əmlakın cavabdehdə qalması üçün əsaslar aradan qalxmışdır və cavabdeh qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur.
26. Qüsurlu əşyaya görə ödənilmiş pul vəsaitinin hazırkı cavabdehə qaytarılmasnı qət edən qanuni qüvvəyə minmiş və icra mərhələsində olan məhkəmə qərarı olduğundan məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı həmin əşyanın geri qaytarılmasını tələb etmək hüququna malik olduğundan, cavabdeh isə həmin əşyanı geri qaytarılmaq vəzifəsi daşıdığından iddiaçı hazırkı tələbi irəli sürməkdə qismən (təmin olunan hissədə) haqlıdır.
27. Həmçinin cavabdehin nümayəndəsi son etiraz ərizəsində generatorun qaytarılmasının mümkün olmadığını bildirməmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-253/2022 saylı qətnaməsi iddiaçı tərəfindən icra edildikdən sonra həmin generatorun olduğu vəziyyətdə qaytarılması ilə bağlı tədbirlər həyata keçirə biləcəyini qeyd etmişdir.
28. Cavabdehin mövqeyindən görünür ki, əşyanın geri qaytarılmasından imtina etməyin səbəbi xeyirlərinə qəbul olunmuş qətnamənin icrasının təmin edilməsidir. Halbuki saxlama öhdəliyin icrasının təmini üsuludur. Qətnamənin icrasının təmin edilməsi üsulu kimi saxlama mülki qanunvericilikdə nəzərdə tutulmamışdır. Yəni cavabdehin əşyanın sahibliyini davam etdirməsinə dair hərəkətinin hüquqi əsası yoxdur.
29. Bundan başqa Mülki Məcəllənin 587.5-ci maddəsinə əsasən cavabdeh alqı-satqı müqaviləsindən imtina etdiyi üçün əşyanı satıcıya qaytarmağa borcludur. Belə ki, qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmişdir ki, cavabdeh iddiaçıya qarşı iddia qaldıraraq əşya üçün ödədiyi pulu tamamilə geri istəmiş və məhkəmələr iddianı təmin etmişlər. Cavabdeh Mülki Məcəllənin 587.2.1-ci maddəsinə əsasən müqavilədən imtina etmiş və ödədiyi pulu geri istəmişdir. Bu isə cavabdehin müqavilədən imtina etməsini göstərir və bu müqavilənin ləğvi deməkdir. Odur ki, məhkəmə haqlı olaraq Mülki Məcəllənin 587.5-ci maddəsini tətbiq etmişdir.
30. Cavabdehin eyni zamanda həm pulu tələb etməsi, həm də əşyanı özündə saxlaması cavabdehin əşya hüququndan imtina etməsini göstərir və hər iki hərəkətin eyni zamanda edilməsi üçün hüquqi əsas mülki qanunvericilikdə nəzərdə tutulmamış və bu hal cavabdehin əsassız varlanması və iddiaçının mülkiyyət hüququnun sahiblikdən məhrum edilməklə pozulmasına səbəb olmuşdur.
31. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə tam əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
32. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
33. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-4077/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyatorun ödədiyi dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.