Məhkəmə qərarları › İş №2-2(103)-386/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-386/2020

16.06.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-386/2020 16.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “məlumatın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-182/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən (hakim Fərrux Qasımov) iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında yoxlayaraq M ü ə y y ə n e t d i: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Şəki Apellyasiya Məhkəməsinin 14 sentyabr 2018ci il tarixli qərardadı ilə borclu “Nikitin” adına kolxozun həbsdə olan bank hesabından pul vəsaitinin silinməsinə dair borclunun sərəncamı barədə, “Nikitin” adına kolxozun hesabındakı pul və saitinə dair sərəncam vermək hüququ məhdudlaşdırıldığı halda bank əməliyyatının hansı əsasda aparılması ilə bağlı məlumatın verilməsinin “xxxx” ASC-nin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-182/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-182/2020 saylı, xx xxx 2020-ci il tarixli qərardadı ilə iddiaçı “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti dövlət rüsumu ödənilmədiyi üçün geri qaytarılmışdır. Bundan sonra iddiaçı “xxxx” MMC xx.xx.2020-ci il tarixdə dövlət rüsumu ödəməklə Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-182/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən yenidən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası apelyasiyanın mümkünlüyünü yoxlayaraq hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-182/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə ərizəyə baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. İş materiallarından görünür ki, məhkəmə qətnaməsi xx.xx.2020-ci il tarixdə elektron imza ilə imzalanmış, işdəki poçt xəbərnamələrinin üzərində olan möhürə əsasən xx.xx.2020-ci il tarixli məktubla işdə iştirak edən şəxslərə poçt vasitəsi ilə göndərilmiş, lakin qətnamənin iddiaçıya hansı tarixdə təqdim edilməsi barədə xəbərnamə iş materiallarına əlavə edilməmişdir. İddiaçı ilk dəfə xx.xx.2020-ci il tarixdə qətnamədən dövlət rüsumu ödənilmədən apellyasiya şikayəti vermiş, həmin apellyasiya şikayəti geri qaytarılmış, bundan sonra iddiaçı xx.xx.2020-ci il tarixdə 10 manat dövlət rüsumu ödəməklə yenidən qətnamədən 04.0.2020-ci il tarixdə apellyasiya şikayəti vermiş və qanunla nəzərdə tutulmuş 1 aylıq prosessual müddəti ötürüldüyü üçün prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi isə müddətin bərpa edilməsi barədə ərizəyə baxmadan işi apellyasiya şikayətinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-182/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə ərizəyə baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 363, 366-cı, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qər а r а а ldı : Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-182/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. İddiaçının apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə ərizəsinə baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Azərbaycan Respublikası Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar