Məhkəmə qərarları › İş №2-2(103)-386/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-386/2024

30.04.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-386/2024 30.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdeh X3 Cəmiyyətinə qarşı “sənədlərin təqdim edilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-5303/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. Cavabdeh X3 Cəmiyyəti xx.xx.1999-cu il tarixdə dövlət qeydiyyatna alınmışdır.

2. Cəmiyyətin nizamnaməsinin 3.2-ci bəndinə əsasən cəmiyyətin nizamnamə fondu ******* min manata bərabər tutulan 386987 ədəd adi səhmdir.

3. Nizamnamənin 3.3-cü bəndinə əsasən bir səhmin nominal dəyəri 10.000 manatdır.

4. İddiaçı Cavabdeh X3 Cəmiyyətində hər birinin nominal dəyəri 10.000 manat olan 211 adi adlı səhmə malikdir.

Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı Cavabdeh X3 Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqi şəxsin adından çıxış edən şəxsin hаnsı əqdlər bağlaması barədə məlumatın, səhmdar cəmiyyətinin səhmlərin nominal dəyərini artırmaq və ya əlavə səhmlər buraxmaq yolu ilə nizamnamə kapitalını artırmаsı barədə məlumatın, səhmlərin nominal dəyərini azaltmaq yolu ilə və ya səhmlərin bir hissəsini satın alıb onların ümumi miqdarını azaltmaq yolu ilə nizamnamə kapitalını azaltmаsı barədə məlumatın, cəmiyyətin fəaliyyəti barədə məlumatın, cəmiyyətin yenidən təşkili və ya cəmiyyətin özünün bаşqа hüquqi şəхs yаrаtmаsı barədə məlumatın, cəmiyyətin xalis mənfəətindən dividend almaq hüququnun pozulmаsınа əsаs olmuş hаl barədə məlumatın, səhmdarların ümumi yığıncağının, çağırılmasına qırx beş gün qalmış yığıncağın çağırılması barədə kütləvi informasiya vasitələri ilə məlumat vermədən, habelə səhmdara bu barədə səhmdarların ümumi yığıncağının keçirilmə tarixi, vaxtı və ünvanı, səhmdarların ümumi yığıncağının gündəliyi, səhmdarların ümumi yığıncağının gündəliyi üzrə materiallarla tanış olunma qaydası göstərilmiş yazılı bildiriş göndərmədən keçirilməsinə əsаs olmuş hаl barədə məlumatın, yenidən təşkil haqqında qərarın hаnsı səs çoxluğu ilə qəbul edilməsi, səhmdarların ümumi yığıncağı tərəfindən qəbul edilmiş qərarların bu günədək səhmdarlara elan edilməməsinə səbəb olmuş hаl bаrədə məlumatların, eləcə də əsаs yаrаnаrsа, cəmiyyətin fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlanılmasını, icra orqanının və direktorlar şurasının (müşahidə şurasının) üzvlərinin səhlənkarlığına və səhmdar cəmiyyətə qəsdən vurduğu zərərə görə məsuliyyətə cəlb edilməsini tələb etmək hüququnu həyаtа keçirməsi üçün, səhmdаr olduğu dövr üzrə səhmdarların ümumi yığıncağının protokollаrının, illik hesabatlаrının və maliyyə hesabatlarının surətlərinin rəsmi qаydаdа təqdim edilməsinin cаvаbdehə həvаlə edilməsi, iş üzrə məhkəmə mühаsibаtlıq ekspertizаsının müəyyən etdiyi dividendin cаvаbdehdən iddiaçının xeyrinə tutulmаsı bаrədə qətnamə qət edilməsini xahiş etmişdir.

6. İddiaçı bildirir ki, xx.xx.2001-ci il tаriхdən Cavabdeh ATSC-də 211 ədəd adi adlı səhmə mаlikdir. Bu dövr ərzində onun cəmiyyətin idarə edilməsində iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilmək, cəmiyyətin xalis mənfəətindən dividend almaq və sаir hüquqlаrı pozulmuşdur. Оdur ki, cаvаbdeh təşkilаtа mürаciət edərək, səhmdаr olduğu dövrdə hüquqi şəxsin adından çıxış edən şəxsin hаnsı əqdlər bağlaması, səhmdar cəmiyyətinin səhmlərin nominal dəyərini artırmaq və ya əlavə səhmlər buraxmaq yolu ilə nizamnamə kapitalını artırmаsı, səhmlərin nominal dəyərini azaltmaq yolu ilə və ya səhmlərin bir hissəsini satın alıb onların ümumi miqdarını azaltmaq yolu ilə nizamnamə kapitalını azaltmаsı, cəmiyyətin fəaliyyəti, cəmiyyətin yenidən təşkili və ya cəmiyyətin özünün bаşqа hüquqi şəхs yаrаtmаsı, cəmiyyətin xalis mənfəətindən dividend almaq hüququmun pozulmаsınа əsаs olmuş hаl, səhmdarların ümumi yığıncağının, çağırılmasına qırx beş gün qalmış yığıncağın çağırılması barədə kütləvi informasiya vasitələri ilə məlumat vermədən, habelə səhmdara bu barədə səhmdarların ümumi yığıncağının keçirilmə tarixi, vaxtı və ünvanı, səhmdarların ümumi yığıncağının gündəliyi, səhmdarların ümumi yığıncağının gündəliyi üzrə materiallarla tanış olunma qaydası göstərilmiş yazılı bildiriş göndərmədən keçirilməsinə əsаs olmuş hаl, yenidən təşkil haqqında qərarın hаnsı səs çoxluğu ilə qəbul edilməsi, səhmdarların ümumi yığıncağı tərəfindən qəbul edilmiş qərarların bu günədək səhmdarlara elan edilməməsinə səbəb olmuş hаl bаrədə məlumatların, eləcədə əsаs yаrаnаrsа, cəmiyyətin fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlanılmasını, icra orqanının və direktorlar şurasının (müşahidə şurasının) üzvlərinin səhlənkarlığına və səhmdar cəmiyyətə qəsdən vurduğu zərərə görə məsuliyyətə cəlb edilməsini tələb etmək hüququnu həyаtа keçirməsi üçün, səhmdаr olduğu dövr üzrə səhmdarların ümumi yığıncağının protokollаrının, illik hesabatlаrının və maliyyə hesabatlarının surətlərinin rəsmi qаydаdа ona təqdim edilməsini хаhiş etmişdir. Lаkin həmin vахtdаn uzun müddət keçməsinə bахmаyаrаq, müvаfiq məlumаtlаr və sənədlər ona təqdim edilməmişdir.

7. Cavabdeh iddiaya etiraz edir və Cavabdeh X3 Cəmiyyətinin cəmiyyət kimi formalaşdırıldığı dövrdən heç bir fəaliyyət növü ilə ilə məşğul olmadığını, Mülki Məcəllənin 106-1.3-cü maddəsində göstərilən hüquqların mövcud fəaliyyət göstərən və gəlirə malik olan cəmiyyət üçün müəyyən olunmuş hal olduğunu və bu məsələlərin cəmiyyətin Ümumi Yığıncağında həll edilən məsələlər olduğunu, Ümumi Yığıncağını çağırılmasının məhkəmənin Cəmiyyətin üzərinə qoyacağı öhdəlik olmadığını, təsisçilərə dividendlərin yalnız cəmiyyətin ümumi yığıncağının qərarının əsasında ödənilə bildiyini qeyd edərək iddianın rədd edilməsini xahiş edir.

8. Bakı Kommersiya Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli, e-2-2(113)-5303/2023 nömrəli qərardadı ilə dividendin hesablanaraq ödənilməsi hissəsində iş üzrə icraata xitam verilmişdir.

9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-5303/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, xx.xx.2001-ci il tarixdən sonra qəbul edilmiş Cavabdeh X3 Cəmiyyətinin ümumi yığıncağının protokollarının, illik hesabatlarının və maliyyə hesabatlarının surətlərinin Cavabdeh X3 Cəmiyyəti tərəfindən İddiaçı təqdim edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə etdi.

14. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. Mülki Məcəllənin 106-1.3-cü maddəsinə əsasən səhmdar cəmiyyətinin adi səhminin mülkiyyətçisinin qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakı hüquqları vardır: cəmiyyətin idarə edilməsində bu Məcəllə, digər qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş qaydada iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilmək (106-1.3.1); qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq (106-1.3.2); cəmiyyətin səhmdarlarının ümumi yığıncağının çağırılmasını tələb etmək (106- 1.3.3); cəmiyyətin səhmdarlarının ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək (106-1.3.4); cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və onun protokolunun surətini tələb etmək (106-1.3.5); cəmiyyətin fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlanılmasını tələb etmək (106-1.3.6); cəmiyyətin xalis mənfəətindən dividend almaq (106-1.3.7); cəmiyyətin fəaliyyətinə xitam verildikdə, cəmiyyətin kreditorlarının tələbləri yerinə yetirildikdən, hesablanmış, lakin ödənilməmiş dividendlər, habelə imtiyazlı səhmlərin ləğvetmə dəyəri ödənildikdən sonra cəmiyyətin yerdə qalan əmlakının müəyyən hissəsini almaq (106-1.3.8); icra orqanının və direktorlar şurasının (müşahidə şurasının) üzvlərinin səhlənkarlığına və səhmdar cəmiyyətə qəsdən vurduğu zərərə görə məsuliyyətə cəlb edilməsini tələb etmək (106-1.3.8-1); cəmiyyətin səhmlərinin satışı prosesində iştirak etmək (106-1.3.8-2); bağlanmış əqd nəticəsində cəmiyyətə və ya səhmdarlara dəyən zərərin və bununla bağlı məsrəflərin ödənilməsi barədə məhkəməyə və ya digər səlahiyyətli quruma müraciət etmək (106-1.3.8-3); bağlanacaq əqdlərin (aidiyyəti şəxslərlə əqdlərin və xüsusi əhəmiyyətli əqdlərin) əlavələri ilə tanış olmaq (106-1.3.8-4.); bu Məcəllədə və səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmuş digər hüquqlara malik olmaq (106-1.3.9).

16. Həmin Məcəllənin 107.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır. Səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: cəmiyyətin nizamnaməsini və nizamnamə kapitalının miqdarını dəyişdirmək (107.1.1); cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) və təftiş komissiyasının üzvlərini (müfəttişi) seçmək və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək (107.1.2); cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, bir şərtlə ki, cəmiyyətin nizamnaməsində bu məsələlərin həlli direktorlar şurasının (müşahidə şurasının) səlahiyyətinə aid edilməsin (107.1.3); cəmiyyətin illik hesabatlarını, maliyyə hesabatlarını təsdiq etmək, mənfəətini və zərərini bölüşdürmək (107.1.4); cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul etmək (107.1.5); bu Məcəllənin 49-1.2-ci və 99.3-cü maddələrində nəzərdə tutulmuş əqdlərin bağlanması haqqında qərar qəbul etmək (107.1.6). 17.Həmin Məcəllənin 107-1.4-cü maddəsinə əsasən səhmdarların ümumi yığıncağının çağırılmasına qırx beş gün qalmış yığıncağın çağırılması barədə media ilə məlumat verilməli (qapalı səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının çağırılması halları istisna olunmaqla), habelə səhmdarlara və ya nominal saxlayıcılara bu barədə yazılı bildiriş göndərilməlidir. Nominal saxlayıcı həmin bildirişin səhmdara çatdırılmasını təmin etməlidir. 18.Həmin Məcəllənin 107-1.5-ci maddəsinə əsasən səhmdarların ümumi yığıncağının çağırılması barədə bildirişdə aşağıdakılar göstərilməlidir: cəmiyyətin adı və olduğu yer (107-1.5.1); səhmdarların ümumi yığıncağının keçirilmə tarixi, vaxtı və ünvanı (107-1.5.2); səhmdarların ümumi yığıncağının gündəliyi (107-1.5.3); səhmdarların ümumi yığıncağının gündəliyi üzrə materiallarla tanış olunma qaydası (107-1.5.4.). 19.Həmin Məcəllənin 107-5.3-cü maddəsinə əsasən səhmdarların ümumi yığıncağı tərəfindən qəbul edilmiş qərarlar on beş təqvim günündən gec olmayaraq səhmdarlara elan edilməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və apellyasiya şikayətinin yalnız iddiaçı tərəfindən verildiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın təmin edilməmiş hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir.

22. Belə ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, xx.xx.2001-ci il tarixdən (yəni səhmdarı olduğu dövrdən) sonra qəbul edilmiş Cavabdeh X3 Cəmiyyətinin ümumi yığıncağının protokollarının, illik hesabatlarının və maliyyə hesabatlarının surətləri Cavabdeh X3 Cəmiyyəti tərəfindən İddiaçı verilməlidir. İddianın digər hissələri isə onun fəaliyyəti ilə bağlı olmadığından təmin oluna bilməz.

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın digər hissələrinin rədd olunması ilə bağlı gəldiyi nəticə ilə qismən, həmin tələblərin rədd edilməsi əsası ilə isə tam razılaşmır.

24. Belə ki, iddiaçı tərəfindən irəli sürülən və məhkəmə tərəfindən təmin olunmayan iddia tələbləri aşağıdakılardır: 1) hüquqi şəxsin adından çıxış edən şəxsin hаnsı əqdlər bağlaması barədə məlumatın, 2) səhmdar cəmiyyətinin səhmlərin nominal dəyərini artırmaq və ya əlavə səhmlər buraxmaq yolu ilə nizamnamə kapitalını artırmаsı barədə məlumatın, 3) səhmlərin nominal dəyərini azaltmaq yolu ilə və ya səhmlərin bir hissəsini satın alıb onların ümumi miqdarını azaltmaq yolu ilə nizamnamə kapitalını azaltmаsı barədə məlumatın, 4) cəmiyyətin fəaliyyəti barədə məlumatın, 5) cəmiyyətin yenidən təşkili və ya cəmiyyətin özünün bаşqа hüquqi şəхs yаrаtmаsı barədə məlumatın, 6) cəmiyyətin xalis mənfəətindən dividend almaq hüququnun pozulmаsınа əsаs olmuş hаl barədə məlumatın, 7) səhmdarların ümumi yığıncağının, çağırılmasına qırx beş gün qalmış yığıncağın çağırılması barədə kütləvi informasiya vasitələri ilə məlumat vermədən, habelə səhmdara bu barədə səhmdarların ümumi yığıncağının keçirilmə tarixi, vaxtı və ünvanı, səhmdarların ümumi yığıncağının gündəliyi, səhmdarların ümumi yığıncağının gündəliyi üzrə materiallarla tanış olunma qaydası göstərilmiş yazılı bildiriş göndərmədən keçirilməsinə əsаs olmuş hаl barədə məlumatın, 8) yenidən təşkil haqqında qərarın hаnsı səs çoxluğu ilə qəbul edilməsi barədə mlumatın, 9) səhmdarların ümumi yığıncağı tərəfindən qəbul edilmiş qərarların bu günədək səhmdarlara elan edilməməsinə səbəb olmuş hаl bаrədə məlumatların təqdim edilməsi.

25. Göründüyü kimi iddiaçı tərəfindən tələb olunan məlumatların hamısı Cavabdeh X3 Cəmiyyətinin fəaliyyəti ilə bağlı olan məlumatlardır.

26. Mülki Məcəllənin 106-1.3 və 106-1.3.2-ci madələrinə görə isə səhmdar cəmiyyətinin adi səhminin mülkiyyətçisi cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq hüququna malikdir.

27. Ona görə də, birinci instansiya məhkəməsinin istinad etdiyi əsasa görə həmin tələblər rədd edilə bilməz.

28. Bununla yanaşı kollegiya hesab edir ki, yuxarda qeyd edilən 2, 3, 5, 6, 8-ci tələblərdə göstərilən məlumatlar ümumi yığıncağın protokollarında əks olunan məlumatlardır.

29. Çünki həmin məsələlər Mülki Məcəllənin 107.1-ci maddəsinə əsasən səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir.

30. Birinci instansiya məhkəməsi də Cavabdeh X3 Cəmiyyətinin ümumi yığıncağının protokollarının iddiaçıya təqdim edilməsi hissəsində iddianı təmin etmişdir.

31. Yuxarıda qeyd edilən 4-cü tələbdə göstərilən məlumatlar isə ümumi xarakter daşıyır və Cavabdeh X3 Cəmiyyətinin ümumi yığıncağının protokolları, illik hesabatları və maliyyə hesabatlarına əsasən müəyyən edilə bilər.

32. Birinci instansiya məhkəməsi də həmin sənədlərin iddiaçıya təqdim edilməsi hissəsində iddianı təmin etmişdir.

33. Bu baxımdan kollegiya hesab edir ki, yuxarıda qeyd edilən 2, 3, 4, 5, 6 və 8-ci bəndlərdə qeyd edilən məlumatların verilməsi vəzifəsinin təkrarən cavabdehin üzərinə qoyulması əsaslı hesab edilə bilməz.

34. Bundan əlavə, iddiaçı tərəfindən yuxarıda qeyd edilən 7 və 9-cu bəndlərdə göstərilən tələblər irəli sürülsə də, cavabdeh tərəfindən Mülki Məcəllənin 107-1.4, 107-1.5 və 107-5.3-cü maddələrinin tələblərinin pozulması ilə bağlı sübutlar təqdim edilməmişdir. Belə olan halda isə həmin maddələrin tələblərinin pozulmasına əsas olan hal barədə məlumatın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyula bilməz.

35. İddiaçının irəli sürdüyü 1-ci tələb, yəni hüquqi şəxsin adından çıxış edən şəxsin hаnsı əqdlər bağlaması barədə məlumatın təqdim edilməsi hissəsində isə iddia əsaslıdır.

36. Belə ki, səhmdarların ümumi yığıncağının protokollarına əsasən yalnız Mülki Məcəllənin 49-1.2-ci və 99.3-cü maddələrində nəzərdə tutulmuş əqdlər barədə məlumatın əldə edilməsi mümkündür. Çünki Mülki Məcəllənin 107.1.6-cı maddəsinə əsasən səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə həmin əqdlərin bağlanması haqqında qərar qəbul etmək aiddir. 37.Bu isə o anlama gəlir ki, iddiaçı həmin protokollar, habelə illik hesabatlar və maliyyə hesabatları ilə tanış olmaqla cavabdehin bağladığı bütün əqdlər barədə məlumat almaya bilər.

38. Cavabdeh X3 Cəmiyyətinin bağladığı əqdlər isə birbaşa onun fəaliyyəti ilə bağlıdır və iddiaçı Mülki Məcəllənin 106-1.3 və 106-1.3.2-ci madələrinə görə bu barədə məlumat almaq hüququna malikdir.

39. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni iddianın təmin edilməyən hissəsində ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə həmin hissədə iddia qismən təmin edilməlidir.

40. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-5303/2023 saylı qətnaməsi qismən, yəni iddianın təmin edilməyən hissəsində ləğv edilsin və həmin hissədə iddia qismən təmin edilsin. xx.xx.2001-ci il tarixdən sonra Cavabdeh X3 Cəmiyyətinin adından çıxış edən şəxsin hаnsı əqdlər bağlaması barədə məlumat Cavabdeh X3 Cəmiyyəti tərəfindən İddiaçı təqdim edilsin. Qalan hissədə həmin iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar