Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-388/2021 25.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi vəkil Nümayəndə3, cavabdehin nümayəndəsi vəkil Nümayəndə2 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1515/2020 saylı 31.08.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında nəzərdən keçirib müəyyən e t d i: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı cavabdehdən iddiaçının xeyrinə GSM müqaviləsinə əsasən üzrə 11.523,26 manat xidmət haqqının və ödənilmiş 20.40 manat dövlət rüsumunun, cəmi, 11.553,66 manat tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə cavabdehin tərəflər arasında bağlanmış GSM müqaviləsinə əsasən cəmiyyətin rabitə xidmətlərindən istifadə edərək danışıqlar aparması nəticəsində iddiaçıya 11.523.26 manat məbləğində borcu yaranmışdır. Müqavilə şərtlərinə əsasən abonent ona göstərilən rabitə xidmətlərinə görə xidmət haqqını İddiaçı MMC-nin müəyyən etdiyi son ödəmə tarixinədək ödəməlidir. Hesab-fakturada göstərilən ödəniş şərtləri abonent tərəfindən pozularsa, İddiaçı MMC gecikdirilən hər gün üçün gecikmə faizi tətbiq edir. Beləliklə, borcluya aid GSM fakturalarından göründüyü kimi borclu müqavilənin şərtlərini pozaraq, göstərilən borcun ödənilməsini təmin etməmişdir (Mülkii Məcəllənin 448.1, 445.1-ci maddəsinə istinad olunur). Bakı Kommersiya Məhkəməsinin 31.08.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh MMC-dən GSM müqaviləsinə əsasən 11.523,26 manat xidmət haqqı və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20.40 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi qət olunmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair qətnamə çıxarımasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, keçirilmiş məhkəmə prosesindən ümumiyyətlə xəbərsiz olmuşdur. Bakı Kommersiya Məhkəməsinin qeyd olunan qətnaməsindən cavabdeh yalnız icra vərəqəsi göndərildiyi zaman xəbərdar olmuşuq. Bundan sonra məhkəməyə qətnamənin təqdim edilməsi ərizə ilə müraciət olunmuş və 28 yanvar 2021-ci il tarixində qətnamə rəsmi surətdə bizə təqdim edilmişdir.Qətnamə rəsmi surətdə təqdim olunmadan birbaşa olaraq icra olunması üçün icra orqanına göndərilmişdir. Apellyasiya qaydasında işə baxılarkən, cavabdehin hazırkı məhkəmə iclasında iştirak edən nümayəndəsi vəkil Nümayəndə2: -iddiaçı tərəfindən danışıq limiti nəzərə alınmadan və rominq xidmətlərindən istifadə edilmədiyi və müəssisənin fəaliyyəti olmadığı halda, cavabdehə birtərəfli qaydada tərtib olunmuş sənədələrə əsasən borc hesablandığını bildirmiş; -eyni zamanda, iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən istinad etdiyi abunə müqaviləsi üzrə borc tələbi üzrə Mülki Məcəllənin 373.2-ci maddəsi ilə müəyyən edilən üç illik iddia müddətinin ötürüldüyünü bildirərək həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən iddia müddətinin tətbiq edilərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə3 onunla razılaşmamış: -hesablanmış borcun proqram sistemi vasitəsilə hesablandığını və limit həddinin müqavilə şərtinə əsasən aşılmasına yol verildiyi və cavabdehin 2016-cı ilin iyul ayından sonra ödənişlərinin olmadığını və ona gecikməyə görə müqaviləyə uyğun olaraq 0,1 faiz cərimə hesablandığını bildirərək, bununla bağlı məhkəməyə maliyyə arayışı və hesab cədvəlləri təqdim edildiyini bildirmiş; -eyni zamanda, birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehin ünvanına məhkəmə bildirşləri göndərildiyini, həmin bildirişlərin geri qaytarılması iddia müddətinin tətbiq edilməsi üçün əsas olmadığını qeyd edərək birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvəsində saxlanılmasını məhkəmədən xahiş edir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir. İş materiallarına əsasən müəyyən olunur ki, tərəflər arasında 04.07.2013-cü il tarixində mobil Abunə müqaviləsi bağlanmış və həmin müqavilənin 3-cü maddəsində tərəflər belə razılığa gəlmişlər ki, İddiaçı abunəçiCavabdeh MMC-ni mobil nömrələrlə təmin edir, açıq rabitə xətti ayırır və xidmətlərin göstərilməsini təmin edir, abunəçi isə öz növbəsində bu müqavilə və müvafiq tarif planı üzrə nəzərdə tutulmuş qaydada təqdim olunan xidmətlərdən istifadə edir və xidmətlərdən istifadəyə görə müvafiq ödənişləri həyata keçirir. İşdən görünür ki, cavabdeh müqavilə üzrə öhdəliyinə dair 04.07.2013-cü il tarixli təminat məktubu ilə ayrılan 30 ədəd nömrə üzrə göstərilən xidmətlərə görə ödənişlərin təyin olunmuş müddətdə ödənilməsinə dair zəmanət vermişdir. Eyni zamanda, işə əlavə olunmuş 01.07.2019-cu il tarixli hesab-fakturadan görünür ki, cavabdehin faktura müddətinin əvvəlinə 11.523,26 manat məbləğində qalıq borcu mövcud olmuşdur. İşdən görünür ki, iddiaçı 08 avqust 2019-cu il tarixli pretenziya məktubu ünvanlayaraq, məktubu aldıqdan 10 iş günü müddətində, həmin borcun ödənilməsini abunəçidən (cavabdehdən) tələb emiş, lakin nəticəsiz qalmışdır. İşin apellyasiya qaydasında araşdırılması zamanı müəyyən olunmuşdur ki, birinci instansiya məhkəməsində işə cavabdeh tərfin iştirakı olmadan baxılmışdır. Belə ki, bütün məhkəmə çağırışları “qapı bağlıdır” qeydi ilə geri qaytarılmışdır. İşə cavabdehin iştirakı olmadan baxıldığını nəzərə alan məhkəmə kollegiyası tərəfindən cavabdehin iddia olunan borcun yaranması ilə bağlı iddiaçı tərəfindən məhkəməyə açıqlama təqdim edilməsinə dair vəsatəti nəzərə alınmaqla, iddiaçıya borcla bağlı maliyyə arayışı və müvafiq hesabat sənədlərinin məhkəməyə təqdim edilməsi təklif olunmuşdur. Məhkəmənin həmin təklifi ilə bağlı iddiaçı tərəfindən məhkəməyə cavabdehin yaranmış borcun dair 18.5.2021-ci il tarixli Azf/Gr-18304/21 saylı maliyyə arayışı və ona əlavə olunmuş 108 vərəqdə açıçqlama və hesablama cədvəlləri təqdim olunmuşdur. Maliyyə arayışına əsasən təqdim edilmiş (30 ədəd) mobil nömrələr üzrə Azərfon» MMC-nin telekommunikasiya xidmətlərinə görə abunəçinin (javabdehin) 10.026,33 manat məbləğində borcu yaramış, həmin borcundan 915,33 manat ödəniş həyata keçirildikdən sonra onun iddiaçıya olan borcu 9.111,00 manat təşkil etmiş, bundan başqa ödəmənin gecikdirilməsinə görə ona Abunə müqaviləsinin 5.3-cü maddəsinə əsasən 1.686,07 manat məbləğində cərimə hesablanmışdır. Maliyyə arayışında qeyd olunur ki, mobil nömrələr üzrə borcun tərkibi və ödənişlər barədə məlumatlar arayışa əlavə edilmiş, cədvəllərdə əks olunmuş və həmin cədvəllərdə abunəçinin ödənişləri nəzərə alınmışdır. Borcun tərkibinə dair həmin cədvəllər araşdırıldıqda isə müəyyən edilir ki, cavabdehin borcla bağlı sonuncu ödənişləri 2016-cı ilin iyul ayında (27.07.2016-cı il tarixdə 2 manat, 30.07.2016-cı il tarixində 5 manat) həyata keçirilmişdir. İş materiallarından görünür ki, cavabdeh birinci instansiya məhkəməsində işə baxılmasında iştirak etməmiş, onun elektron kabineti mövcud olmamış, ünvanına göndərilmiş bütün məhkəmə bildirişləri geri qayıtmış, qətnamə onun iştirakı olmadan çıxarılmışdır. Cavabdehin nümayəndəsi vəkil Nümayəndə2 qeyd olunan izahatından və onun məhkəməyə təqdim etdiyi iddia müddətinin tətbiqi barədə ərizəsindən görünür ki, iddiaçı tərəfindən abunə müqaviləsi üzrə yaranımış borcun məhkəmə qaydasında mübahisələndirilməsi üçün Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərədə tutulan iddia müddətinin ötürüldüyü mübahisələndirərək həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən iddia mddətinin tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə kollegiyası hesab edir cavabdeh iddia müddətinin tətbiqi barədə ərizəsində haqlıdır. Belə ki, 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Abunə müqaviləsinin 5.2-ci və 5.8-5.9-cu bəndlərinə, habelə, mobil nömrələr üzrə borcun tərkibini və ödənişləri özündə əks etdirən cədvəllərə əsasən müəyyən olunur ki, tərəflər arasında hesablaşma aylar üzrə aparılır. “Azərfon” tərəfindən hesab-aktura tərtib edilərək növbəti hesablaşma dövorünün əvvəlində abunəçiyə təqdim olunur və abunəçi həmin akturada göstərilən son ödəmə tarixinə qədər ödəməni həyata keçirməyə borcludur. İddiaçı tərəfin təqdim etdiyi borcun tərkibini və ödənişləri özündə əks etdirən cədvəllərdən isə görünür ki, mübahisələndirilən borc məbləği 2013-cü ildən 2017-cı ilin may ayına kimi yaranmış, həmin borc üzrə cavabdehin borcunu etiraf edən hərəkətləri yəni, son ödənişi - 30.07.2016-cı il tarixində (5 manat məbləğində) olmuş, bundan sonrakı aylarda onun ödənişləri və ya borcunu etiraf edən hər hansı digər hərəkətləri mövcud olmamışdır. İddiaçının nümayəndəsinin (vəkilinin) qeyd olunan izahatından da göründüyü kimi, borcla bağlı son ödənişləri 2016-cı ilin iyul ayında olduğu təsdiq olunur (Onu da qeyd etmək lazımdır ki, işə əlavə olunmuş vergi ödəyicilərinin uçotu idarəsinin məlumatlarına (fəaliyyətin dayandırılması bildirişinə) əsasən müəyyən olunur ki, cavabdeh 22.09.2014 – 22.09.2019-cu ilədək fəaliyyətini müvəqqəti olaraq dayandırmışdır). Beləliklə də, müəyyən olunur ki, tutulması tələb olunan borc məbləği 2013-cü ildən 2017-cı ilin may ayına kimi yaranmış borc məbləğidir. Yəni, iddiaçının məhkəməyə müraciət etdiyi 19.05.2020-ci il tarixindən üç il əvvəlki dövrə - 19.05.2020-ci il tarixinə qədər yaranmış olan borcu özündə əks etdirir. Belə olan halda iddiaçı tərəfindən həmin borcun məhkəmə qaydasında tələb edilməsi üçün Mülki Məcəllənin 373.2 və 377.2-ci maddələrinə müvafiq hesablanan üç illik iddia müddəti ötürülmüş olur. Mülki Məcəllənin 375.2-ci maddəsi isə nəzərdə tutur ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Ona görə də gəstərilənləri nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin və onun iddia müddətinin tətbiqi barədə ərizəsinin, birinci instansiya məhkəməsində işə baxılarkən onun məhkəmə çağırışlarını almadığını, bu baxımdan, hazırkı mərhələdə iddiaçı tərəfindən Mülki Məcəllənin 373.2-ci maddəsi ilə müəyyən edilən iddia müddəti ötürüldüyünə Mülki Məcəllənin 375.2-ci maddəsinin tələb qaydasında iddia müddtəinin tətbiq edilməsini tələb edən dəlilləri ilə razılaşır və yekunda beələ qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1515/2020 saylı 31.08.2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392 və 402 - 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1515/2020 saylı 31.08.2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı MMC-nin iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-388/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-388/2021
25.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver