Məhkəmə qərarları › İş №2-2(103)-388/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-388/2022

18.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-388/2022 18.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-166/2021 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi 16 noyabr 2021-ci il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh3 MMC, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Yunika “MMC-dən və Cavabdeh2 İddiaçıASC-nin xeyrinə 20 avqust 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 1822544,69 manat əsas, 566704,11 manat faiz, 267385,93 manat cərimə və kredit müqaviləsi üzrə 20 avqust 2019-ci il tarixdən 16 mart 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 52147,15 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 2708781,88 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, borcun əvəzi Cavabdeh1 mülkiyyətindəki “Makina Sanayi və Ticarət LTD” ŞTİ tərəfindən istehsal olunmuş fındıq təmizləyici qurğuya (seriya nömrəsi 002747), “Makina Sanayi və Ticarət LTD” ŞTİ tərəfindən istehsal olunmuş fındıq təmizləyici qurğuya (seriya nömrəsi 002744), **-BD-*** dövlət qeydiyyat nişanlı, 2006-cı il buraxılışlı “QAZ-322131- 95”, **-OH-*** dövlət qeydiyyat nişanlı, 2001-ci il buraxılışlı “QAZ-33021”, **-DH-*** dövlət qeydiyyat nişanlı, 1996-cı il buraxılışlı “QAZ33021”, 4552 AQX dövlət qeydiyyat nişanlı, 1986-cı il buraxılışlı “QAZ-53” və “QAZ-33021” avtomobillərə, Cavabdeh4 mülkiyyətindəki “X3 İTH.İHR.SAN.TİC.LTD.ŞTİ” tərəfindən istehsal olunmuş qoz-fındıq və ya tərəvəzlərin emalı üçün avadanlıqlar çeşidləyici-xırdalayıcı maşına, elektrik və ya qeyri elektrik isitmə ilə peçlərinə, kameralara, məhsul qovuran cihaza yönəldilməsi və açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin iddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 mülkiyyətində olan Qəbələ rayonu, Mirzəbəyli kəndində 0,7155 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Qəbələ rayonu, Mirzəbəyli kəndində 0,1058 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Qəbələ rayonu, Mirzəbəyli kəndində ümumbirgə paylı 1,30 ha həyətyanı torpaq sahəsinin, Qəbələ rayonu, Mirzəbəyli kəndində ümumbirgə paylı 0,54 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-0052 KOD 40613018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı üzrə torpağının, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, “V” yaşayış sahəsi, 19 saylı evin 97 saylı mənzilinin və Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 48 “B” saylı evin 44 saylı mənzilinin, Qəbələ rayonu, Corlu kəndində 0,80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Qəbələ rayonu, Corlu kəndində 0,40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Qəbələ rayonu, Mirzəbəyli kəndində 0,3008 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Qəbələ rayonu, Mirzəbəyli kəndində 0,588 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Qəbələ rayonu, Mirzəbəyli kəndində ümumi birgə paylı 1,30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Qəbələ rayonu, Mirzəbəyli kəndində ümumi birgə paylı 0,54 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Qəbələ rayonu, Mirzəbəyli kəndində ümumi birgə paylı 0,54 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-0052 KOD 40613018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı üzrə torpağın üzərinə həbs qoyulmaqla özgəninkiləşdirilməsinə qadağa qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 09 avqust 2021-ci il tarixli e-2-2(113)-166/2021 nömrəli qərardadına əsasən ərizə təmin olunmuş, həmin Məhkəmənin 11 avqust 2021-ci il tarixli, e2-2(113)-166/2021 saylı qərardadına əsasən qərardada düzəliş olunmuşdur. Cavabdehlər Cavabdeh4 və Cavabdeh1 şikayət verərək Bakı Kommersiya Məhkəməsinin 09 avqust 2021-ci il tarixli e-2-2(113)-166/2021 nömrəli qərardadının ləğv olunmasını xahiş etmişlər. Bakı Kommersiya Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, e-2-2(113)-166/2021 nömrəli qərardadı ilə cavabdehlər Cavabdeh4 və Cavabdeh1 tərəfindən verilmiş şikayətlər təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 09 avqust 2021-ci il tarixli, e-2-2(113)- 166/2021 saylı qərardadı qismən ləğv edilmiş, Bakı Kommersiya Məhkəməsinin qərardada düzəliş olunması barədə 11 avqust 2021-ci il tarixli, e-2-2(113)-166/2021 saylı qərardadı ləğv edilmiş və iddianı təmin etmə tədbiri barədə ərizə – “Cavabdeh1 mülkiyyətində olan Qəbələ rayonu, Mirzəbəyli kəndində yerləşən 0,7155 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Qəbələ rayonu, Mirzəbəyli kəndində yerləşən 0,1058 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Qəbələ rayonu, Mirzəbəyli kəndində yerləşən ümumi birgə paylı 1,30 ha həyətyanı torpaq sahəsinin, JN-0052 KOD 40613018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Qəbələ rayonu, Mirzəbəyli kəndində yerləşən ümumi birgə paylı 0,54 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 48 “B” saylı evin 44 saylı mənzilinin, Qəbələ rayonu, Corlu kəndində yerləşən 0,80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Qəbələ rayonu, Corlu kəndində yerləşən 0,48 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Qəbələ rayonu, Corlu kəndində yerləşən 0,40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Qəbələ rayonu, Mirzəbəyli kəndində yerləşən 0,3008 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Qəbələ rayonu, Mirzəbəyli kəndində yerləşən 0,588 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Qəbələ rayonu, Mirzəbəyli kəndində yerləşən ümumi birgə paylı 1,30 ha həyətyanı torpaq sahəsinin, JN-0052 KOD 40613018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Qəbələ rayonu, Mirzəbəyli kəndində yerləşən ümumi birgə paylı 0,54 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulması” hissəsində təmin edilməmiş və Bakı Kommersiya Məhkəməsinin 09 avqust 2021-ci il tarixli, e-2-2(113)-166/2021 saylı qərardadı “Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, “V” yaşayış sahəsi, 19 saylı evin 97 saylı mənzilinin üzərinə həbs qoyulmaqla özgəninkiləşdirilməsi qadağan edilməsi” hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı "xxxx" ASC şikayət verərək həmin qərardadın ləğv olunmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, e-2-2(113)-166/2021 nömrəli qərardadına əsasən şikayət təmin olunmamış, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin şikayəti təmin edilməmiş və Bakı Kommersiya Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, e-2-2(113)-166/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Daha sonra Ərizəçi həbsin götürülməsi barədə 01 oktyabr 2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 64,92 kv.m olan mənzilin üzərindən həbsin götürülməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, e-2-2(113)-166/2021 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. Ərizəçi həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin 21.02.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 162.1-ci maddəsinin tələblərinə görə müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Kollegiya hesab edir ki, hazırkı işdə həmin maddənin tətbiq edilməsi və ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 64,92 kv.m olan mənzilin üzərindən həbsin götürülməsi üçün əsaslar mövcuddur. Belə ki, Bakı Kommersiya Məhkəməsinin Bakı şəhəri, Suraxanı rayonu, “V” yaşayış sahəsi, 19 saylı evin 97 saylı mənzilinin üzərinə həbs qoyulmaqla özgəninkiləşdirilməsi qadağan edilməsi barədə e-2-2(113)-166/2021 nömrəli qərardadı 09 avqust 2021-ci il tarixdə qəbul edilmişdir. Eyni zamanda iş materiallarından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, “V” yaşayış sahəsi, 19 saylı evin 97 saylı mənzili 24 avqust 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 tərəfindən Ərizəçi satılıb və hazırda mənzil Cavabdeh2 mülkiyyətindədir. Göründüyü kimi hazırda həmin mənzil Cavabdeh2 deyil, Ərizəçi mülkiyyətindədir və o, hazırki iş üzrə cavabdeh deyil. Halbuki, Mülki Prosessual Məcəllənin 158.1.1-ci maddəsinin tələblərinə görə yalnız cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər. Eyni zamanda, həmin mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilməmiş və hazırki mübahisənin predmetinə aid deyil. Belə olan halda isə hazırki işdə Mülki Prosessual Məcəllənin 158.1.3-cü maddəsində müəyyən edilən tədbirlərin də tətbiq edilməsi qeyri-mümkündür. Bu baxımdan kollegiya hesab edir ki, ərizə təmin edilməli və müvəqqəti təminat tədbirləri ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 64,92 kv.m olan mənzilinə aid hissədə ləğv edilməlidir. Ərizənin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin istinad etdiyi dəlillər isə əsassızdır. Belə ki, hazırda həmin mənzil 24 avqust 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 xüsusi mülkiyyətindədir. Həmin alqısatqı müqaviləsinin qanuni əsaslarla bağlanılıb-bağlanılmaması isə hazırki mübahisənin predmeti aid deyil. Əgər işdə iştirak edən şəxslərdən biri həmin haldan narazıdırsa bunu ayrıca məhkəmə qaydasında mübahisələndirə bilər. Hal-hazırda isə mənzilin üzərində həbsin olması işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardadın mülkiyyətçi kimi Cavabdeh2 hüquq və vəzifələrinə toxunması aşkardır. Qeyd olunanları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və müvəqqəti təminat tədbirinin qismən ləğvi barədə Ərizəçi tərəfindən verilmiş ərizə təmin edilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-166/2021 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi 16 noyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin. Ərizəçi tərəfindən verilmiş müvəqqəti təminat tədbirinin qismən ləğv edilməsi barədə ərizə təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 09 avqust 2021-ci il tarixli e-2-2(113)-166/2021 nömrəli qərardadı ilə ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 64,92 kv.m olan mənzilin üzərinə həbsin qoyulması ilə bağlı müvəqqəti təminat tədbiri ləğv edilsin və həmin mənzil üzərindən həbs götürülsün. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar