Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-39/2022 10.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-194/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 20.05.2021-ci il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdeh "xxxx" QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən su təchizatı xidmətlərinə görə “Dəmir yol və texniki qurğuların təmir tikinti” departamenti üzrə (abonent kodu: 020134) 2560,95 manat (iki min beş yüz altmış manat doxsan beş qəpik), Azərbaycan Dövlət Dəmir yol uşaq xəstəxanası üzrə (abonent kodu: 033018) 2606,94 manat (iki min altı yüz altı manat doxsan dörd qəpik), Keşlə depo stansiyası üzrə (abonent kodu: 040614) 114002,38 manat (yüz on dörd min iki manat otuz səkkiz qəpik), Dəmir Yolları və TQTT departamenti üzrə (abonent kodu: 041321) 1891,35 manat (min səkkiz yüz doxsan bir manat otuz beş qəpik), Azərbaycan Dövlət Dəmir yolu Fəhlə təchizatı Birliyi üzrə (abonent kodu: 050034) 74112,47 manat (yetmiş dörd min yüz on iki manat qırx yeddi qəpik), Texniki Xidmət və İstismar İdarəsi üzrə (abonent kodu: 050035) 5390103,28 manat (beş milyon üç yüz doxsan min yüz üç manat iyirmi səkkiz qəpik), Texniki Xidmət və İstismar İdarəsi üzrə (abonent kodu: 050041) 3245,7 manat (üç min iki yüz qırx beş manat yetmiş qəpik), Azərbaycan Dəmiryolunun 1 nömrəli uşaq bağçası üzrə (abonent kodu:050153) 183850,01 manat (yüz səksən üç min səkkiz yüz əlli manat bir qəpik), Keşlə stansiyası konteyner təmiri üzrə vaqon deposu N2 üzrə (abonent kodu: 090222) 111994,47 manat (yüz on bir min doqquz yüz doxsan dörd manat qırx yeddi qəpik), Texniki Xidmət və İstismar İdarəsi üzrə (abonent kodu:091076) 4264,34 manat (dörd min iki yüz altmış dörd manat otuz dörd qəpik),Texniki Xidmət və İstismar İdarəsi üzrə (abonent kodu:091107) 237595,66 manat (iki yüz otuz yeddi min beş yüz doxsan beş manat altmış altı qəpik), Keşlə Baş Stansiyası üzrə (abonent kodu:093103) 1,3 manat (bir manat otuz qəpik), Bakı Dövlət Dəmiryol FTŞ üzrə (abonent kodu: 093107) 25662,00 manat (iyirmi beş min altı yüz altmış iki manat), X4 üzrə (abonent kodu: 109013) 183223.42 manat (yüz səksən üç min iki yüz iyirmi üç manat qırx iki qəpik), Texniki Xidmət və İstismar İdarəsi üzrə (abonent kodu:109027) 82955,11 manat (səksən iki min doqquz yüz əlli beş manat on bir qəpik), 10 saylı X3 Müəssisəsi üzrə (abonent kodu:109150) 1630,29 manat (min altı yüz otuz manat iyirmi doqquz qəpik), X2 üzrə (abonent kodu:109206) 39,71 manat (otuz doqquz manat yetmiş bir qəpik), Yol Gigiyena və Epidemiologiya Mərkəzi üzrə (abonent kodu:109389) 616,1 manat (altı yüz on altı manat on qəpik), Texniki Xidmət və İstismar İdarəsi üzrə (abonent kodu:110223) 179821,28 manat (yüz yetmiş doqquz min səkkiz yüz iyirmi bir manat iyirmi səkkiz qəpik), Dəmir yol və texniki qurğuların təmir-tikinti İdarəsi üzrə (abonent kodu:130499) 25723,29 manat (iyirmi beş min yeddi yüz iyirmi üç manat iy iyirmi doqquz qəpik), Texniki Xidmət və İstismar İdarəsi üzrə (abonent kodu:150423) 333846,79 manat (üç yüz otuz üç min səkkiz yüz qırx altı manat yetmiş doqquz qəpik), Dəmir Yol və Texniki qurğuların Təmir-Tikinti departamenti üzrə (abonent kodu:440182) 2503,16 manat (iki beş yüz üç min on altı qəpik), Dəmir Yol və Texniki qurğuların Təmir-Tikinti departamenti üzrə (abonent kodu:640872) 7105,76 manat (yeddi min yüz beş manat yetmiş altı qəpik), Azərbaycan Dövlət Dəmir X13 üzrə (abonent kodu:520038) 1,53 manat (bir manat əlli üç qəpik), X8 üzrə (abonent kodu:540065) 26,10 manat (iyirmi altı manat on qəpik), Dəmir Yol və Texniki qurğuların Təmir-Tikinti departamenti üzrə (abonent kodu:550053) 1166,04 manat (min yüz altmış altı manat dörd qəpik), Dəmir Yolu QSC üzrə (abonent kodu: 720053) 154,94 manat (yüz əlli dörd manat doxsan dörd qəpik), Dəmir Yol və Texniki qurğuların Təmir-Tikinti departamenti üzrə (abonent kodu:730039) 569,44 manat (beş yüz altmış doqquz manat qırx dörd qəpik),” Dövlət Dəmiryol” üzrə (abonent kodu: 750035) 2212,52 manat (iki min iki yüz on iki manat əlli iki qəpik), Dəmir Yol və Texniki qurğuların Təmir-Tikinti departamenti üzrə (abonent kodu:770053) 390,94 manat (üç yüz doxsan manat doxsan dörd qəpik), Lokomotiv Depo üzrə (abonent kodu:800049) 49496,84 manat (qırx doqquz min dörd yüz doxsan altı manat səksən dörd qəpik), 6 saylı Yol Distansiyası üzrə (abonent kodu:800050) 12759,7 manat (on iki min yeddi yüz əlli doqquz manat yetmiş qəpik), İnfrastruktura departamentinin 5 saylı müəssisəsi üzrə (abonent kodu:800052) 7290,83 manat (yeddi min iki yüz doxsan manat səksən üç qəpik), Vaqon depo üzrə (abonent kodu: 800197) 32480,43 manat (otuz iki min dörd yüz səksən manat qırx üç qəpik), Dəmiryol Xəstəxanası üzrə (abonent kodu:800473) 15223,04 manat (on beş min iki yüz iyirmi üç manat dörd qəpik), 3 saylı MTXD üzrə (abonent kodu:802011) 33300,0 manat (otuz üç min üç yüz manat) ümumilikdə 7124368,11 (yeddi milyon yüz iyirmi dörd min üç yüz altmış səkkiz manat on bir qəpik) manat məbləğində borcların İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 20.05.2021-ci il tarixli e-2-2(113)-194/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı ASC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi Nümayəndə6 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi hallar ondan ibarətdir ki, İddiaçı ASC ilə "xxxx" QSC arasında bağlanmış "xxxx" müqavilələrə əsasən QSC-nin ayrıayrı idarələri tərəfindən su təchizatı xidmətindən istifadə olunmuşdur. Həmin müqavilələrin şərtlərinə görə istifadə edilmiş xidmətlərin haqqını ödəmək vəzifəsi müəyyən edilmişdir. Cavabdeh İddiaçı ASC tərəfindən QSC-nin ayrı-ayrı idarələrinə göstərilmiş su təchizatı xidmətinin dəyəri vaxtı-vaxtında ödənilmədiyinə və təqdim edilmiş hesab fakturada göstərilən məbləğdən az ödənildiyinə görə 01.06.2020-ci il tarixinə iddia tələbində göstərilən borclar yaranmışdır. İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdeh "xxxx" QSC-yə 22 iyul 2020-ci il tarixli, 01/3/01-2/1/9302 nömrəli pretenziya məktubu göndərilməsinə baxmayaraq borcun tam ödənilməsi təmin edilməmişdir. Cavabdeh iddiaya etiraz edir və iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət bildirir ki, iddiaçı tərəfindən iddia tələbinin əsası olaraq iddia ərizəsinə çoxsaylı “Abonent haqqında məlumat” sənədləri əlavə edilmişdir. Sözügedən sənədlər iddiaçı tərəfin özünün kompüter üsulu ilə tərtib etdiyi sənədlərdir, belə bir sənəd növü nə "xxxx" QSC tərəfindən qəbul edilmiş, nə də imzalanmış və bu sənədlər borcun yaranmasını hüquqi cəhətdən təsdiq etmir. Ona görə də, “Abonent haqqında məlumat” sənədləri iş üzrə sübutlar qismində tanınmamalıdır. Əgər şərti olaraq sözügedən sənədlər sübut növü kimi qəbul olunsa da, bu hal "xxxx" QSC-dən borcun tutulmasına əsas ola bilməz. Sənədlərin tədqiqindən görünür ki, “Abonent haqqında məlumat”larda 1998-ci ildən başlayaraq 01.06.2020-ci il tarixə kimi borcların yaranması göstərilmişdir. Lakin iş materiallarında İddiaçı ASC tərəfindən borcun tələb edilməsi ilə bağlı yeganə sənəd kimi 22.07.2020-ci il tarixli pretenziya məktubu mövcuddur və bu sənəddən başqa bu günə kimi "xxxx" QSC-yə su borcu ilə bağlı heç bir müraciət olunmamışdır. Bununla da iddiaçı tərəfindən Mülki Məcəllədə nəzərdə tutulmuş 3 illik iddia müddəti ötürülmüşdür və 2017-ci ilin iyul ayına kimi “hesablanmış borclar” üzrə iddia tələbi müddətin keçməsinə görə əsassızdır. 2017-ci ilin iyul ayından 2020-ci ilin iyul ayına kimi hesablanmış borcları təsdiq edən hər hansı sübut isə mövcud deyil. İddiaçı ASC tərəfindən su borcuna görə "xxxx" QSC-yə elektron qaimələr ünvanlayır və həmin elektron qaimələr üzrə də "xxxx" QSC tərəfindən köçürmə yolu ilə ödənişlər edilir. 2017-ci ilin iyul ayından 2020-ci ilin iyul ayına qədər dövr üzrə "xxxx" QSC-yə ünvanlanmış elektron qaimələr üzrə bütün ödənişlər tam şəkildə aparılmış və təqdim olunan elektron qaimələrdə əvvəlki illər üzrə hər hansı qalıq borcun olması göstərilməmişdir. Belə ki, 2020-ci ilin iyul ayı üzrə su borcuna görə İddiaçı ASC tərəfindən 68777 manatlıq elektron qaimə "xxxx" QSC-yə ünvanlanmış və "xxxx" QSC tərəfindən də həmin məbləğ 23.07.2020-ci il tarixdə ödənilmişdir. İddiaçı ASC tərəfindən iddia ərizəsində göstərilən bəzi qurumlar "xxxx" QSC-nin törəmə müəssisələridir və həmin müəssisələrin hər biri ayrıca hüquqi şəxs olmaqla aidiyyəti dövlət orqanlarında qeydiyyatdan keçmişlər. Belə ki, "xxxx" QSC Həkim-Sanitar Xidmətinin Yol Gigiyena və Epidemiologiya Mərkəzi (VÖEN: **********), Azərbaycan Dövlət Dəmir Yolu Mərkəzi X10 (VÖEN: **********), "xxxx" QSC Həkim-Sanitar Xidmətinin Gəncə X10 (VÖEN: **********) və "xxxx" QSC Həkim Sanitar Xidmətinin Yol Sanitar-Karantin Müfəttişliyi (VÖEN: **********) ayrı-ayrı hüquqi şəxslərdir. Sadalanan hüquqi şəxslərlə bağlı borc tələbinin "xxxx" QSCdən tələb edilməsi mülki qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 62-ci maddəsinin tələblərinə əsasən qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 4.1.3-cü bəndində də təsbit olunmuşdur ki, bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçıların vəzifələrinə daxildir. Lakin hazırki işdə cavabdehdən borcun tutulması üçün əsaslar mövcud deyildir. Belə ki, iddiaçı tərəfindən cavabdehin struktur bölmələrinə daxil olduğu iddia edilən “Dəmir yol və texniki qurğuların təmir tikinti” departamenti, Azərbaycan Dövlət Dəmir yol uşaq xəstəxanası, Keşlə depo stansiyası, Dəmir Yolları və TQTT departamenti, Azərbaycan Dövlət Dəmir yolu Fəhlə təchizatı Birliyi, Texniki Xidmət və İstismar İdarəsi, Texniki Xidmət və İstismar İdarəsi, Azərbaycan Dəmiryolunun 1 nömrəli uşaq bağçası, Keşlə stansiyası konteyner təmiri üzrə vaqon deposu N2, Texniki Xidmət və İstismar İdarəsi, Texniki Xidmət və İstismar İdarəsi, Keşlə Baş Stansiyası üzrə, Bakı Dövlət Dəmiryol FTŞ, X4, Texniki Xidmət və İstismar İdarəsi, 10 saylı X3 Müəssisəsi, X2, Yol Gigiyena və Epidemiologiya Mərkəzi, Texniki Xidmət və İstismar İdarəsi, Dəmir yol və texniki qurğuların təmir-tikinti İdarəsi, Texniki Xidmət və İstismar İdarəsi, Dəmir Yol və Texniki qurğuların Təmir-Tikinti departamenti, Dəmir Yol və Texniki qurğuların Təmir-Tikinti departamenti, Azərbaycan Dövlət Dəmir X13, X8, Dəmir Yol və Texniki qurğuların Təmir- Tikinti departamenti, Dəmir Yolu QSC, Dəmir Yol və Texniki qurğuların Təmir-Tikinti departamenti, “Dövlət Dəmiryol”, Dəmir Yol və Texniki qurğuların Təmir-Tikinti departamenti, Lokomotiv Depo, 6 saylı Yol Distansiyası, İnfrastruktura departamentinin 5 saylı müəssisəsi, Vaqon depo, Dəmiryol Xəstəxanası və 3 saylı MTXD idarələri tərəfindən istifadə edilmiş içməli su və çirkab suların axıdılması xidmətlərinin haqqının ödənilməsi tələb edilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən iddia tələbində göstərilən borc məbləğinin cavabdehdən tələb edilməsi üçün əsas götürülən hal həmin idarələrin cavabdehin balansında olmasıdır. Həmin hala dair iddiaçı tərəfindən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Bununla belə "xxxx" QSC tərəfindən məhkəməyə təqdim edilmiş sonuncunun strukturu barədə arayışdan görünür ki, Aparatın struktur bölmələri: Daxili audit İdarəsi (Əmr 08.02.2019, Nq12/S); Maliyyə və iqtisadiyyat İdarəsi (Əmr 11.08.2017, Nq90/S;) İnvestisiya İdarəsi (Əmr 19.12.2016, Nq176/S); Hərəkətin təhlükəsizliyi İdarəsi (Əmr 08.02.2019, Nq12/S); Hüquq İdarəsi (Əmr 08.02.2019, N°12/S); Xarici əlaqələr və protokol İdarəsi (Əmr 25.10.2019, Nq154/S); İnsan resursları İdarəsi (Əmr 04.10.2017, NQİ02/S); Strateji və korporativ inkişaf İdarəsi (Əmr 06.05.2020, N°4908); Marketinq İdarəsi (Əmr 19.03.2020, Ne41/S); Tikintiyə nəzarət idarəsi (Əmr 04.02.2019, Nq10/S); Katiblik şöbəsi (Əmr 21.12.2016, Nq179/S); Sənədlər və vətəndaşların müraciətləri ilə iş şöbəsi (Əmr 21.12.2016, Nq179/S); Mətbuat katibliyi şöbəsi (Əmr 29.07.2019, Ns111/S); İnnovasiyaların təhlili və tətbiqi şöbəsi (Əmr 01.02.2017, Nq10/S); Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi şöbəsi Əmr (07.03.2019, Nq27/S); İnformasiya texnologiyaları təhlükəsizliyi şöbəsi (Əmr 07.03.2019, N°27/S); Avtomatlaşdırma və rəqəmsallaşdırma şöbəsi (Əmr 30.12.2019, Nq205/S); - "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin strukturuna daxil olan hüquqi şəxs statusuna malik olmayan qurumlar: Yük daşımaları Departamenti (Əmr 02.03.2010, Nq14/N); Sərnişin daşımaları Departamenti (Əmr 02.03.2010, Nq14/N); İnfrastruktur Departamenti (Əmr 02.03.2010, Nq14/N); Texniki xidmət və istismar Departamenti (Əmr 07.03.2019, Nq27/S); Məlumat hesablama mərkəzi Departamenti (Əmr 07.03.2019, Nq27/S); Yanacaq və enerji resurslarının idarə edilməsi departament (Əmr 16.01.2021, Ne38667); Mühafizə Departamenti (Əmr 07.03.2019, Nq27/S); Təchizat Departamenti (Əmr 07.03.2019, Nq27/S); Təsərrüfat Departamenti (Əmr 07.03.2019, NQ27/S); - "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin strukturuna daxil olan hüquqi şəxslər: “X11” MMC (13.02.2004-cü il); “5 saylı X3 Müəssisəsi” MMC (20.10.2015ci il); “11 saylı X3 Müəssisəsi” MMC (20.10.2015-ci il); "xxxx" MMC (14.11.2003-cü il); "xxxx" MMC (23.06.2017-ci il); "ADY Əmlak” MMC (27.04.2017-ci il); "xxxx" MMC (01.05.2015-ci il); "xxxx" MMC (06.11.2018-ci il); "xxxx" MMC (16.03.2021-ci il); "xxxx" MMC (03.12.2020-ci il); Həkim-sanitar xidməti (ictimai birlik) (01.07.1996-cı il) -"xxxx" Qapalı Səhmdar Cəmiyyətinin filialı: "xxxx" QSC-nin Gürcüstan Filialı (Əmr 13.03.2015, Nq27/S) qurum idarə və filialları vardır. Arayışdan da göründüyü kimi iddia tələbində göstərilən bir sıra idarələr cavabdehin balansında olmamışdır. Həmin idarələrdən “Azərbaycan Dövlət Dəmir yolu Fəhlə təchizat” birliyi, Bakı Dövlət Dəmiryol FTŞ, 10 saylı X3 Müəssisəsi ləğv edilmiş, Azərbaycan Dəmiryolunun 1 nömrəli uşaq bağçası 2001-ci il tarixdən İcra Hakimiyyətinin tabeliyinə verilmişdir. Həmçinin Azərbaycan Dövlət Dəmir yolu uşaq Xəstəxanası - Həkim-Sanitar xidmətinin Uşaq X10nın törəməsi, X4 - Həkim-Sanitar xidmətinin Mərkəzi X10nın törəməsi, Dəmiryol Xəstəxanası - Həkim-Sanitar xidmətinin Bakı X10 MMC-nin törəməsi, X2 - Həkim-Sanitar xidmətinin Yol Sanitar-karantin müfəttişliyinin törəməsi, Yol Gigiyena və Epidemiologiya Mərkəzi - Həkim Sanitar xidmətinin Yol Gigiyena və Epidemiologiya Mərkəzinin törəməsi hesab edilir. Lokomotiv Depo, Vaqon Depo və 3 saylı MTXD adda qurumlar isə cavabdehin balansında mövcud olmamışdır. Eyni zamanda kommersiya qurumlarının dövlət reyestri haqqında məlumatlardan müəyyən edilir ki, "xxxx" QSC Həkim-Sanitar Xidmətinin Bakı X10, Azərbaycan Dövlət Dəmir Yolu Mərkəzi X10, "xxxx" QSC Həkim-Sanitar Xidmətinin Gəncə X10 ayrı-ayrı hüquqi şəxslərdir. Kollegiya qeyd edir ki, həm Mülki Məcəllənin 386.1-ci maddəsi, həm də “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-3-cü bəndləri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 1.6-cı maddəsinin tələblərinə görə su təchizatı və tullantı sularının axıdılması xidmətləri üzrə öhdəlik münasibətlərinin yaranması üçün istehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasında müqavilə bağlanması tələb olunur. Birinci instansiya məhkəməsində iddia tələbi üzrə göstərilən idarələrə xidmət göstərilməsi üçün bağlanmış müqavilələrin təqdim edilməsi iddiaçının nümayəndəsinə təklif edilmiş, lakin sonuncu qeyd olunan müqavilələri təqdim edə bilmədiyini və həmin müqavilələrin cavabdeh tərəfindən təqdim edilməsinin mümkün olduğunu bildirmişdir. Bununla yanaşı müvafiq müqavilə bağlanılmadan həmin xidmətlərin faktiki həyata keçirilməsi ehtimalı nəzərə alınaraq hazırki apellyasiya baxışı zamanı iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və ekspertlər qarşısında iddiaçının istinad etdiyi abonent kodları üzrə hər il üçün ayrılıqda göstərilməklə nə qədər borc hesablanması və hansı məbləğlərdə ödənişlərin edilməsi barədə suallar qoyulmuşdur. Ekspert vəsatət verərək, iddiaçının istinad etdiyi abonent kodları üzrə İddiaçı ASC tərəfindən təqdim edilmiş elektron qaimələr, abonentlər tərəfindən aparılmış ödənişləri təsdiq edən sənədlər, ödəniş tapşırıqlarının təqdim edilməsini xahiş etmişdir. Ekspert vəsatətində qeyd olunan sənədlərin təqdim edilməsi üçün İddiaçı ASC-yə sorğu verilmiş, lakin sonuncu tərəfindən heç bir sənəd məhkəməyə təqdim edilməmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 20 dekabr 2021-ci il tarixli məlumatı əsasında məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. İmtinanın əsası kimi vəsatətdə qeyd olunan sənədlərin təqdim edilməməsi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçı istinad etdiyi halları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. İddiaçı tərəfindən təqdim olunmuş abonent haqqında məlumat və hesab fakturalar isə iddiaçının əsaslandığı halları təsdiq edən sübutlar kimi qiymətləndirilə bilməz. Çünki həmin sənədlər onun özü tərəfindən tərtib edilmişdir. Eyni zamanda cavabdeh həmin sənədləri mübahisələndirmiş, lakin iddiaçı onların həqiqiliyini təsdiq edən digər sübutları (sayğacların quraşdırılması barədə aktlar, hesab fakturaların cavabdehə təqdim edilməsi və cavabdeh tərəfindən müəyyən ödənişlərin aparılması barədə sənədlər) təqdim etməmişdir. Kollegiya izah edir ki, analoji işlər üzrə abonent haqqında məlumat mötəbər sübut kimi qəbul edilsə də, hazırki işdə sübut kimi qəbul edilə bilməz. Çünki analoji işlərdən fərqli olaraq cavabdeh həmin sənədləri mübahisələndirmiş, iddiaçı isə qeyd olunduğu kimi onların həqiqiliyini təsdiq edən digər sübutları təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddia ərizəsində cavabdeh kimi göstərilmiş "xxxx" QSC-nin iddia ərizəsində irəli sürülmüş tələblər üzrə cavabdeh (borclu) hesab edilməsi üçün əsaslar mövcud deyil və ona görə də, iddia tələbləri rədd edilməlidir. Eyni zamanda iddia əsassız olduğu üçün cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə qiymət verilməsinə lüzum yoxdur. Çünki Mülki Məcəllənin 372, 375 və 377-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, iddia müddəti yalnız pozulmuş hüquqların bərpa edilməsi üçün qanunla müəyyən edilən müddətdir. Hüquqların pozulması müəyyən edilmədiyi təqdirdə isə müddətin axımının başlanması, hesablanması, bitməsini müəyyən etmək və ümumiyyətlə iddia müddətinin tətbiq etmək mümkün deyil. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-194/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 20.05.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-39/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-39/2022
10.03.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver