Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-390/2023 18.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MTK-ya, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı kredit xətti müqaviləsinə, kredit razılaşmalarına xitam verilməsi, kredit borcunun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-650/2022 saylı qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İşin mübahisəsiz halları ondan ibarətdir ki, "xxxx" QSC ilə Cavabdeh5 arasında xx.xx.2014-cü il tarixli 17L000004466 saylı kredit xətti müqaviləsi bağlanmış və müqaviləyə əsasən cavabdehə 120 ay müddətinə 10.000.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur.
2. Kredit xətti müqaviləsi üzrə həmin tərəflər arasında xx.xx.2014-cü il tarixli 17R000007524 saylı krеdit razılaşması bağlanmış və müqaviləyə əsasən cavabdehə 60 ay müddətinə, aylıq faiz dərəcəsi 1.25% оlmaqla, 500.000 ABŞ dolları məbləğində krеdit verilmişdir.
3. Kredit xətti müqaviləsi üzrə həmin tərəflər arasında xx.xx.2015-ci il tarixli 017R********** saylı krеdit razılaşması bağlanmış və müqaviləyə əsasən cavabdehə 60 ay müddətinə, aylıq faiz dərəcəsi 1.25% оlmaqla, 200.000 ABŞ dolları məbləğində krеdit verilmişdir.
4. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 17R000007524S saylı, xx.xx.2016-cı il tarixli 17R000007524SA saylı, xx.xx.2017-ci il tarixli 17R000007524SB saylı, xx.xx.2017-ci il tarixli 17R000007524SC saylı, xx.xx.2017-ci il tarixli 17R000007524SD saylı, xx.xx.2019-cu il tarixli 17R000007524SF saylı, xx.xx.2020-ci il tarixli 17R000007524SH saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir.
5. Kredit xətti müqaviləsinin təminatı kimi «AccеssBank” QSC (kreditor) ilə Çinar- AN” MTK, Cavabdeh4, Cavabdeh6, Cavabdeh8, Cavabdeh1 (zaminlər) arasında 25 avqust 2014-cü il tarixli zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən zaminlər borclu Cavabdeh5 bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyırlar.
6. Həmçinin kredit xətti müqaviləsinin təminatı kimi "xxxx" QSC, Cavabdeh5 və Cavabdeh1 arasında ayrı-ayrılıqda müvafiq olaraq 20 avqust 2014-cü il tarixli, 17M000000768 saylı, 09 fevral 2015-ci il tarixli, 017M**********01 saylı və 21 avqust 2014-cü il tarixli, 17M000000769 saylı ipoteka müqavilələri bağlanmış və müqavilələrə əsasən Cavabdeh5 məxsus Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsində 57 nömrəli evin 4 otaqlı 98a saylı mənzil və Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsində yerləşən 177.6 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi və Cavabdeh1 məxsus Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,70 ha olan torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetləri dəyəri tərəflərin qarşılıqlı razılığı ilvafiq olaraq 201.382, 56 manat, 124000 ABŞ dolları (97265,60 manat ekvivalentində) və 307.406, 40 manat məbləğində müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MTK-ya, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixli 17L000004466 saylı krеdit xətti müqaviləsinə, xx.xx.2014-cü il tarixli 17R000007524 saylı krеdit razılaşmasına və xx.xx.2015-ci il tarixli 017R********** saylı krеdit razılaşmasına xitam verilməsi, cavabdеhlər Cavabdeh5, Cavabdeh8, Cavabdeh6, Cavabdeh3 MTK-dan, Cavabdeh4, Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 17R000007524 saylı krеdit razılaşması üzrə 326.064,39 ABŞ dolları məbləğində krеdit bоrcu, 219.419,88 ABŞ dolları məbləğində faiz bоrcu və 30.000 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 575.484,27 ABŞ dolları borcun, 017R********** saylı krеdit razılaşması üzrə 131.038,44 ABŞ dolları məbləğində krеdit bоrcu, 82.949,14 ABŞ dolları məbləğində faiz bоrcu və 10.000 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 223.987,58 ABŞ dolları borcun, hər iki kredit razılaşması üzrə ümumilikdə cəmi 799.471,85 ABŞ dolları məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 1060 manat dövlət rüsumunun, mediasiya prosesi ilə bağlı ödənilmiş 410 manat xərcin, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 30 manat rüsum və 180 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh5 məxsus Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi 57 nömrəli evin 98a saylı mənzilinə, ünvan 1 ünvanında yerləşən 177,6 m2 ümumi sahədən ibarət qeyri -yaşayış sahəsinə və Cavabdeh1 məxsus olan Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyalı 0,70 ha sahədən ibarət torpaq sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 799.471,85 ABŞ dolları borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 1060 manat dövlət rüsumunun, mediasiya prosesi ilə bağlı ödənilmiş 410 manat xərcin, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 30 manat rüsumun və 180 manat xidmət haqqının bankın xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh5, Cavabdeh8, Cavabdeh6, Cavabdeh3 MTK-dan, Cavabdeh4, Cavabdeh1 müştərək qaydada "xxxx" QSC-nin xeyrinə tutulması, Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi 57 nömrəli evin 98a saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh5 və Cavabdeh7 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, ünvan 1 ünvanında yerləşən 177,6 m2 ümumi sahədən ibarət qeyri yaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra qeyri yaşayış sahəsinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyalı 0,70 ha sahədən ibarət torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıхarılmasını xahiş etmişdir.
8. İddiaçı bildirir ki, Cavabdeh5 müqavilə və razılaşmalar üzrə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin 17R000007524 saylı krеdit razılaşması üzrə 326.064,39 ABŞ dolları məbləğində krеdit bоrcu, 219.419,88 ABŞ dolları məbləğində faiz bоrcu və 30.000 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 575.484,27 ABŞ dolları borcu, 017R********** saylı krеdit razılaşması üzrə 131.038,44 ABŞ dolları məbləğində krеdit bоrcu, 82.949,14 ABŞ dolları məbləğində faiz bоrcu və 10.000 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 223.987,58 ABŞ dolları borcu, hər iki kredit razılaşması üzrə ümumilikdə cəmi 799.471,85 ABŞ dolları məbləğində bоrcu mövcuddur.
9. Cavabdeh5 birinci instansiya məhkəməsində faiz və cərimə borcu şişirdildiyini bildirmiş və iş üzrə məhkəmə-mühasibatlıq və ipoteka predmetlərinin bazar və likvid dəyərini müəyyən etmək üçün əmlakın qiymətləndirmə ekspertizasının təyin edilməsini xahiş etmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-650/2022 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı QSC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 17L000004466 saylı krеdit xətti müqaviləsi, xx.xx.2014-cü il tarixli 17R000007524 saylı krеdit razılaşması və xx.xx.2015-ci il tarixli 017R********** saylı krеdit razılaşmasının ləğv edilməsi, cavabdеhlər Cavabdeh5, Cavabdeh8, Cavabdeh6, Cavabdeh3 MTK-dan, Cavabdeh4, Cavabdeh1 müştərək qaydada - 17R000007524 saylı krеdit razılaşması üzrə 326.064,39 ABŞ dolları məbləğində əsas bоrc, 173.718,94 ABŞ dolları məbləğində faiz bоrcu və 15.000 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla, cəmi 514.783,33 ABŞ dolları; 017R********** saylı krеdit razılaşması üzrə 131.038,44 ABŞ dolları məbləğində əsas borc, 64.541,74 ABŞ dolları məbləğində faiz bоrcu və 6.500 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla, cəmi 202.080,18 ABŞ dolları; hər iki kredit razılşması üzrə ümumilikdə 716.863,51 ABŞ dolları məbləğində pul vəsaiti, ödəniş günü Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 960 manat dövlət rüsumu, mediasiya prosesi ilə bağlı ödənilmiş 360 manat xərc, işə baxılması ilə əlaqədar olan məsrəflərin əvəzi olaraq 190 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, tələb üzrə tutmanın Cavabdeh5 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu İbrahimpaşa Dadaşov küçəsi 57 nömrəli evin 98a saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 230.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına "xxxx" QSC-nin borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh5 qaytarılması, tələb üzrə tutmanın Cavabdeh5 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 177,6 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 145.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına "xxxx" QSC-nin borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh5 qaytarılması, tələb üzrə tutmanın Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhərində yerləşən 0,70 ha sahədən ibarət torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 315.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına "xxxx" QSC-nin borc tələbi ödənilsin. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh1 qaytarılması, satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin Cavabdeh5, Cavabdeh8, Cavabdeh6, Cavabdeh3 MTK-dan, Cavabdeh4, Cavabdeh1 müştərək qaydada tutulması, Bakı şəhəri Nərimanov rayonu İbrahimpaşa Dadaşov küçəsi 57 nömrəli evin 98a saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh5 və Cavabdeh7 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, ünvan 2 ünvanında yerləşən 177.6 m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra qeyri-yaşayış sahəsinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Abşeron rayonu Xırdalan şəhərində yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyalı 0.70 ha sahədən ibarət torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, qalan hissədə iddianın rədd edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 145 manat məbləğində pul vəsaitinin 130 manat hissəsinin cavabdehlərdən müştərək qaydada, 15 manat hissəsinin isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
11. Cavabdeh5 apellyasiya şikayəti verərək, həmin qətnmənin qismən, yəni iddia tələblərinin təmin edilməsi hissəsində ləğv edilməsi və iddia tələblərinin tam şəkildə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə bankın əsas kredit müqaviləsinə edilmiş dəyişikliklər zamanı restrukrizasiya edərkən, cərimə və faiz məbləğlərini əsas borca hesablamasını və bununla da əsas məbləği şişirtməsini nəzərə almamış, əsas məbləğin reallıqda tam şəkildə ödənildiyini, zaminlərlə və ipoteka qoyan Cavabdeh1la olan ipoteka müqaviləsinin faiz və dəbbə məbləğləri göstərilmədən bağlandığına diqqət yetirməmiş və bununla da düzgün olmayan qətnamə qəbul etmişdir. 19 avqust 2014-cü il tarixli, 17L000004466 saylı kredit xətti müqaviləsində kreditin faizləri əks edilməmişdir. Sonradan bu müqavilə çərçivəsində çoxsaylı dəyişiklik və əlavələr edilmiş, həmin dəyişiklik və əlavələrdə kreditin faiz dərəcəsi və dəbbə müəyyənləşdirilmişdir. İş üzrə bütün zamin və ipoteka qoyan Cavabdeh1 razılığı alınmamış, həmin şəxslər yalnız ödəniş planı adlanan sənədə imza atmışlar ki, buradan da faiz və dəbbənin nə qədər olduğunu müəyyən etmək mümkün deyildir. Halbuki, işdən aşkar şəkildə görünür ki, Cavabdeh5 başqa digər cavabdehlərin kreditin fazilərindən və dəbbədən məlumatları olmamışdır. Onlarla zaminlik müqavilələri bağlanılan zaman kredit üzrə faizlər müəyyən edilməmiş, yalnız zaminlik müqaviləsindən sonra kredit üzrə 1,25 həcmində faiz dərəcəsi müəyyən edilmiş və bu barədə zaminlərə məlumat verilməmiş və onların razılığı alınmamışdır. Bu hal zaminlərin razılığı olmadan öhdəliyin dəyişdirildiyini və bu dəyişmənin zaminlərin məsuliyyətinin artdığını, bu səbəbdən onlarla bağlanmış müqavilənin xitam olunduğunu birbaşa təsdiq etsə də, məhkəmə bu hala diqqət yetirməmişdir. Həmçinin Cavabdeh1la bağlanmış ipoteka müqavilələrində kreditin faiz dərəcəsi, başqa sözlərlə əsas öhdəlik tam şəkildə göstərilməmişdir. Belə olan halda hesab edir ki, müqavilə bağlanmamış hesab edilməli və ipoteka predmetinə tutma yönəldilməməlidir. Məhkəmə iş üçün mühüm əhəmiyyət kəsb edən faktları – kreditin dəqiq məbləğini düzgün müəyyən etməmişdir. Belə ki, məhkəmə krdit üzrə külli miqdarda ödəniş edilməsini nəzərə almayaraq, yalnız əsassız ekspert rəyi ilə kifayətlənmiş, təkrar ekspertiza keçirməli olduğu halda bunu etməmişdir. Məhkəmə həm də ipoteka predmeti olan əmlakların real bazar dəyərini də çox aşağı müəyyən etmişdir. Halbuki, məhkəmə bir neçə qiymətləndiricinin xidmətlərindən istifadə edərək, əmlakların real bazar dəyərini düzgün yoxlaya bilərdi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz etdi.
15. Cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
16. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
17. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
18. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
19. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
20. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
21. Həmin Məcəllənin 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur.
22. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
23. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
24. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3-cü maddələrinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
25. Həmin Qanunun 34.1 və 34.1.1-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir.
26. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli 01 saylı qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.
27. Mülki Prosessual Məcəllənin 102-ci maddəsinə əsasən ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.
28. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin yalnız Cavabdeh5 tərəfindən verildiyini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız kredit xətti müqaviləsi və kredit razılaşmalarına xitam verilməsi, kredit borcunun məbləği, tutmanın ipoteka qoyan Cavabdeh1 məxsus olan ipoteka predmetinə yönəldilməsi və ipoteka predmeti olan əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Apellyasiya baxışının həddinə aid iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 421.2, 739.1, 741, 462 və 467-ci maddələri təşkil edir.
31. Hazırki işdə də müəyyən edilir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi və kredit razılaşmaları üzrə cavabdeh öz öhdəliklərini pozmuş və kredit müqaviləsi üzrə ödənişləri vaxtında həyata keçirməmişdir.
32. Belə ki, kredit borcunun məbləğinin müəyyən edilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 31 avqust 2022-ci il tarixli, 9/4986 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən Cavabdeh5 "xxxx" QSC-yə 26 avqust 2014-cü il tarixli 17R000007524 saylı kredit razılaşması üzrə xx.xx.2021-ci il tarixə əsas kredit borcu 326.064,39 ABŞ dolları, faiz borcu 173.718,94 ABŞ dolları, xx.xx.2015-ci il tarixli 017R********** saylı kredit razılaşması üzrə xx.xx.2021-ci il tarixə əsas kredit borcu 131.038,44 ABŞ dolları, faiz borcunun 64.541,74 ABŞ dolları təşkil etməsi müəyyən edilmişdir.
33. Birinci instansiya məhkəməsi əsas borcun tutulması hissəsində iddianı tam təmin etmiş, ekspert rəyinə uyğun olaraq faiz borcunun tutulması hissəsində iddianı qismən təmin etmiş, dəbbə pulunu isə azaldaraq həmin hissədə də iddianı qismən təmin etmişdir.
34. Tərəflər arasında bağlanmış kredit müqavilələrinin şərtlərini, kredit müqavilələrinə aid ödəniş cədvəllərini, hesabdan çıxarışı, kredit borcunun hesablanması barədə maliyyə arayışını, qeyd olunan ekspert rəyini araşdıraraq və Mülki Məcəllənin 421.2, 739, 741, 462 və 467-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, kredit xətti müqaviləsi və kredit razılaşmalarına xitam verilməsi o cümlədən kredit borcunun məbləğinə aid hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
35. Eyni zamanda Cavabdeh1la bağlanmış ipoteka müqaviləsinin şərtlərini və Mülki Məcəllənin 269.5, 317-ci maddələri və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsaslanaraq kollegiya hesab edir ki, Cavabdeh5 kredit müqaviləsi və razılaşmalarından irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı həmin müqavilələrdən yaranan borcun Cavabdeh1la bağlanmış ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan torpaq sahəsinə yönəldilməsini tələb etməkdə haqlıdır və məhkəmə bu hissələrdə də düzgün nəticəyə gəlmişdir.
36. İpoteka predmetlərinin ilkin satış qiymətinə aid hissədə də birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır.
37. Belə ki, tərəflər arasında bağlanmış ipoteka müqavilələrinə əsasən ipoteka predmetlərinin dəyəri yuxarıda qeyd olunan qaydada müəyyən edilmişdir.
38. İlkin satış qiyməti ilə bağlı tərəflər əsasında mübahisə olduğu və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3-cü maddəsinin tələbləri nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərardadı əsasında aşağıda qeyd olunan mütəxəssis rəyləri təqdim edilmişdir:
39. "xxxx" MMC-nin 10 oktyabr 2022-ci il tarixli, LP-142/2022, LP-141/2022, LP140/2022 saylı mütəxəssis rəylərinə əsasən müvafiq olaraq Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi ev 57, mənzil 98A mənzil hazırkı bazar dəyəri 250.000 manat, likvid qiyməti 230.000 manat dəyərində; ünvan 1 qeyri-yaşayış sahəsinin hazırkı bazar dəyəri 160.000 manat, likvid qiyməti 145.000 manat dəyərində və Abşeron rayonu, Xırdalan şəhərində yerləşən sahəsi 0.70 ha torpaq sahəsinin hazırkı bazar dəyəri 335.000 manat, likvid qiyməti 315.000 manat dəyərində müəyyən edilmişdir.
40. İpoteka müqavilələrinin bağlandığı tarixdən 8-9 ilə yaxın müddət keçdiyini, keçən müddət ərzində daşınmaz əmlak bazarında qiymətlərin kifayət qədər dəyişdiyini və artdığını, yuxarıda qeyd olunan mütəxəssis rəylərini, eyni zamanda “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli 01 saylı qərardadına əsasən əmlakın ilkin satış qiymətinin məhz likvid qiyməti ilə müəyyən edilməli olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq ipoteka predmetlərinin ilkin satış qiyməti kimi mütəxəssis rəylərini əsas götürərək, müəyyən etmişdir.
41. Apellyasiya şikayətinin dəlilləri isə əsaslı hesab edilə bilməz. Belə ki, borcun şişirdilməsi ilə bağlı dəlillər əsaslandırılmayıb. Eyni zamanda iddiaçının istinad etdiyi hallar kredit müqaviləsinə aid ödəniş cədvəli, hesabdan çıxarış, maliyyə arayışında olan məlumatlar və ekspert rəyi ilə təsdiq olunur. Cavabdeh isə borcun düzgün hesablanmadığını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu, o cümlədən iddiaçının təqdim etdiyi sənədlərin şübhə altına alınmasına əsas verən ilkin sübutları təqdim etməmişdir. Həmçinin ekspert rəyinin düzgün olmaması qənaətinə gəlmək üçün heç bir əsas yoxdur. Belə ki, əlavə və təkrar məhkəmə ekspertizasının təyin edilməsi əsasları Mülki Prosessual Məcəllənin 102-ci maddəsində göstərilmişdir. Lakin hazırkı işdə qeyd olunan əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə verilmiş rəy mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, həmin rəy birinci instansiya məhkəməsinin qərardadı əsasında verilmiş, ekspert tərəfindən tam və hərtərəfli tədqiqat aparılmışdır. Cavabdeh isə ekspert rəyinin qeyri-dəqiq olmasını bildirsə də, bununla bağlı sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. İpoteka müqaviləsində əsas öhdəliyin tam şəkildə göstərilməməsi və ona görə də, ipotekanın qüvvəyə minməməsi ilə bağlı Cavabdeh5 dəlilləri də əsassızdır. Belə ki, kredit müqaviləsinə əlavə olunan ödəniş planı “tanış oldum və razıyam” qeydi ilə ipoteka qoyan Cavabdeh1 tərəfindən imzalanmışdır. Həmin ödəniş planında isə əsas borc, faiz borcunun məbləği, faiz dərəcəsi və kreditin verilmə müddəti aydın şəkildə göstərilmişdir. Zaminliklərə xitam verilməsi ilə bağlı dəlillərə dair kollegiya qeyd edir ki, bu dəlilləri irəli sürmək hüququ borclu Cavabdeh5 deyil, zaminlərin özünə məxsusdur. Lakin onlara aid hissədə iddianın təmin edilməsinə baxmayaraq, zaminlər qətnamədən apellyasiya şikayəti verməmişlər. Buna görə də, zaminlərə aid hissədə iddianın əsaslı olub-olmamasının yoxlanılması hazırki apellyasiya baxışının predmetinə aid deyildir. Bu baxımdan da, həmin dəlillərə qiymət verilməsinə zərurət yoxdur.
42. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
43. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-650/2022 saylı qətnaməsi kredit xətti müqaviləsi və kredit razılaşmalarına xitam verilməsi, kredit borcunun məbləği, tutmanın ipoteka qoyan Cavabdeh1 məxsus olan ipoteka predmetinə yönəldilməsi və ipoteka predmeti olan əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn