Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-392/2023 12.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X10 Hüseynin sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə, Məmmədli Aytac Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil2 və cavabdehlər Cavabdeh2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh2, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh4, Cavabdeh5 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinə qarşı “icarə haqqının ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2- 2(113)-133/2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2 MMC və "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. "xxxx" MMC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli icarə müqavilələrinə əsasən 52 ədəd nəqliyyat vasitəsi 10 il müddətinə aylıq icarə haqqı 500 manat olmaqla Cavabdeh2 MMC-yə icarəyə verilmişdir.
2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli, 016-35274-1220 nömrəli məktubla cavab verilərək bildirilmişdir ki, qeyd olunan nəqliyyat vasitələri Cavabdeh1 MMC-nin adına rəsmiləşdirilmişdir.
3. İddiaçı digər iddia tələbləri ilə yanaşı aylıq 500 manat icarə haqqı müqabilində verilmiş 52 ədəd avtomobilə görə 60 ay müddətində yaranmış icarə haqqının, yəni 1.560.000 manat icarə haqqı və 280.800 manat ƏDV olmaqla, ümumilikdə 1.840.800 manat pul vəsaitinin Cavabdeh2 MMC-dən alınaraq iddiaçıya ödənilməsini xahiş etmişdir.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(103)- 143/2022 saylı qərarına əsasən iddia tələbinin Cavabdeh2 MMC-dən 1.840.800 manat məbləğində icarə haqqının tutulması hissəsinə yenidən baxılmalı olması müəyyən edilmişdir. Hazırda da Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-2(102)-50/2023 saylı qərarı ilə iş iddia tələbinə həmin hissədə yenidən baxılması üçün geri qaytarılmışdır.
a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı "xxxx" MMC 2020-ci il 22 may tarixində Cavabdeh2 MMC, Cavabdeh1 MMC, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsi, Cavabdeh4 və Mənuçehr X5 qarşı iddia ərizəsi, daha sonra “iddia tələbinin həcminin artırılması”, “iddia tələbinin həcmin artırılması ərizəsinin dəqiqləşdirilməsi”nə dair ərizələrlə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 2015-ci il 18 fevral tarixli icarə müqaviləsinə əsasən, aylıq 500 manat icarə haqqı müqabilində verilmiş 52 ədəd avtomobilə görə 60 ay müddətində yaranmış icarə haqqının, yəni 1.560.000 manat (500x52x60) icarə haqqı və 280.800 manat ƏDV olmaqla, ümumilikdə 1.840.800 manat pul vəsaitinin Cavabdeh2 MMC-dən alınaraq iddiaçıya ödənilməsi, iddiaçıya məxsus olmuş 35 ədəd “Volvo” markalı ** JA *** ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JG ***, ** JF ***, ** JF ***, ** JF ***, ** JF ***, ** JF ***, ** JA ***, ** JF ***, ** JA ***, ** JF ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin Cavabdeh1 MMC-yə satılmasına dair alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, qeyd olunan 35 ədəd avtomobilə dair verilmiş texniki şəhadətnamələrin ləğv olunması, həmin 35 ədəd avtomobilin iddiaçının mülkiyyətində olması barədə verilmiş texniki şəhadətnamələrin bərpa edilməsi və həmin yük avtomobillərinin mülkiyyətçiiddiaçıya qaytarılması, 2020-ci ilin aprel ayından noyabr ayınadək keçən 8 aylıq müddətdə mülkiyyətçinin 35 ədəd yük avtomobilindən məhrum olması və nəticədə bu müddət ərzində icarə haqlarından əldə edəcəyi faydanın əldən çıxması nəticəsində ona dəymiş 1.400.000 manat (5.000x35x8) məbləğində ziyanın müştərək qaydada cavabdehlər Mənuçehr X8 və Cavabdeh4 alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh2 MMC arasında xx.xx.2015-ci il tarixdə bağlanmış icarə müqavilələrinə əsasən aylıq 500 manat icarə haqqı müqabilində 52 ədəd yük maşını təhvil verilmişdir. Cavabdeh iddiaçının 2020-ci il 13 mart tarixli pretenziya məktubunu 16 mart tarixində qəbul etməsinə baxmayaraq, icarə borcu ödənilməmiş, nəqliyyat vasitələri geri qaytarılmamışdır. Bu səbəbdən iddiaçı 2020-ci il 8 aprel tarixli məktubla Cavabdeh2 MMC-yə yenidən məktubla müraciət edərək, tərəflər arasında bağlanmış 2015-ci il 18 fevral tarixli icarə müqaviləsinin 7.2-ci bəndinə əsasən məktub təqdim edildiyi tarixdən 10 gün sonra müqaviləyə birtərəfli xitam veriləcəyini bildirmişdir. İcarə müqaviləsinin 10 il müddətinə bağlanmasına baxmayaraq, 2020-ci ilin may ayında "xxxx" MMC-nin məhkəməyə müraciət etməsini nəzərə almaqla, 2015-ci ilin fevral ayından 2020-ci ilin may ayına qədər keçən 60 ay müddəti nəzərə almaqla, 500 (aylıq icarə haqqı) x 52 (nəqliyyat vasitələrinin sayı) x 60 (ay) = 500x52x60=1.560.000 (bir milyon beş yüz altmış min) manat icarə haqqı və 280.000 manat ƏDV Cavabdeh2 MMCdən alınaraq iddiaçı ”Aztexnika LTD” MMC-yə ödənilməlidir.
7. Cavabdehlər tərəfindən iddia tələbinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 13 aprel tarixli e-2-2(113)-133/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 MMC-dən 1.560.000 manat icarə haqqı və 280.800 manat ƏDV olmaqla, ümumilikdə 1.840.800 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması, iddiaçıya məxsus olmuş 35 ədəd “Volvo” markalı ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JG ***, ** JF ***, ** JF ***, ** JF ***, ** JF ***, ** JF ***, ** JA ***, ** JF ***, ** JA ***, ** JF ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin Cavabdeh1 MMC-yə satılmasına dair alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında nəqliyyat vasitələrinə verilmiş texniki şəhadətnamələrin ləğv olunması, 35 ədəd avtomobilin iddiaçının mülkiyyətində olması barədə verilmiş texniki şəhadətnamələrin bərpa edilməsi, nəqliyyat vasitələrinin mülkiyyətçiyə (iddiaçı) qaytarılmasının nəzərə alınması, cavabdeh Mənuçehr X2 vurulmuş ziyana görə 70.000 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni MM-in 21.1, 21.2, 21.3, 43.1, 44.1, 48.1, 337.1, 337.3, 337.4, 337.5, 359.1, 362.5, 385.1, 386.1, 442, 443.4, 448.1, 700.1, 700.2, 700.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
10. Həmin qətnamədən iddiaçı "xxxx" MMC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-133/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin qismən, iddia tələbinin təmin edilmədiyi hissədə ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Həmçinin cavabdehlər Cavabdeh2 MMC və "xxxx" MMC həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-133/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya instansiya məhkəməsindəki birinci icraat
11. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-2(103)-872/2021 saylı qətnaməsi ilə iddiaçı "xxxx" LTD MMC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-133/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsinin qismən, yəni Cavabdeh2 MMC-dən cəmi 1.840.800 manat məbləğində pul vəsaitinin tutulması hissəsində ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməməsi, qətnamənin digər mübahisələndirilən hissəsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi iddiaçının icarə haqqının tutulması tələbini əsassız hesab edərkən mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh tərəf müqavilələrin imzalanmasına baxmayaraq, nəqliyyat vasitələrinin faktiki olaraq onlara təhvil verilmədiyini və tərəflər arasında faktiki icarə hüquq münasibətləri yaranmadığını bildirmişdir. Belə olan halda həmin halları sübutetmə vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən 3 ədəd elektron qaimə isə bunu təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Belə ki, 2019-cu il 6 fevral tarixli 082173 nömrəli və 2019-cu il 2 aprel tarixli 400144 nömrəli elektron qaimələr icarə haqqı ilə əlaqədar deyil, göstərilmiş servis xidməti ilə əlaqədar göndərilmişdir. Yalnız 1 ədəd 2020-ci il 2 mart tarixli 072021 nömrəli elektron qaimə 35.400 manat məbləğində icarə haqqı ilə əlaqədar göndərilmişdir. Lakin həmin qaimənin görünüş üçün tərtib olunub göndərilməsi nəticəsinə gəlmək üçün kifayət qədər əsaslar mövcuddur. Çünki, həmin qaimə icarə müqavilələrinin tərtib edildiyi tarixdən 5 il sonrakı tarixə aiddir və məhz iddiaçının pretenziya məktubu ilə cavabdehə və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixdən qısa müddət - 14 gün əvvəl tərtib edilmişdir.
13. Bundan əlavə, tərəflərin tərtib edib imzaladığı icarə müqavilələrinin 5.2-ci bəndində göstərilmişdir ki, icarə haqqı növbəti ayın 15-ci günündən gec olmayaraq icarəyə verənə ödənilməlidir. Lakin həmin müqavilələrinin imzalanmasından 5 il müddət keçməsinə baxmayaraq, iddiaçı cavabdehdən icarə haqqının ödənilməsini tələb etməmiş, bu müddətdə pretenziya göndərməmiş və ya məhkəmədə iddia qaldırmamışdır. Bu hallar isə icarə müqavilələrindən irəli gələn münasibətlər üzrə işgüzar adətlərə ziddir.
14. Bundan başqa, həmin icarə müqavilələrindən görünür ki, müqavilələri icarəyə verənin (iddiaçı) adından Cavabdeh5, icarəçi Cavabdeh2 MMC-nin adından isə P.Cavabdeh5 imzalamışdır. Məhkəmə iclasında Cavabdeh2 MMC-nin nümayəndəsi bildirmişdir ki, onlar ata və oğuldur və icarə müqavilələri formal olaraq bağlamışlar. Həmçinin, mübahisəli nəqliyyat vasitələrinin Cavabdeh5 oğlu tərəfindən 2020-ci il 5 avqust tarixli təhvil-təslim aktı ilə iddiaçının nümayəndəsinə təhvil verilməsi də mübahisənin həllinə təsir etmir. Çünki, işin mübahisəsiz halları ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən etibarsız hesab edilən və hazırkı apellyasiya baxışının predmetinə aid olmayan iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış və Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinə rəsmiləşdirilmiş 2020-ci il 19 mart və 2020-ci il 8 aprel tarixli alqı-satqı müqavilələrinə əsasən mübahisəli nəqliyyat vasitələri həmin cavabdehin mülkiyyətinə keçmişdir. Ona görə də mübahisəli nəqliyyat vasitələrinin həmin müqavilələr əsasında Cavabdeh1 MMC-nin rəhbəri olmuş Cavabdeh5 oğlunun sahibliyinə keçməsi istisna deyil. Bu baxımdan, habelə iddiaçı tərəfindən mübahisəli nəqliyyat vasitələrinin cavabdehə təhvil verilməsi ilə bağlı hər hansı mötəbər sübut təqdim edilmədiyinə görə kollegiya hesab etmişdir ki, mübahisəli nəqliyyat vasitələrinin Cavabdeh5 oğlu tərəfindən təhvil verilməsi icarə müqavilələrinin real icra olunması və həmin nəqliyyat vasitələrinin məhz icarə müqavilələri əsasında Cavabdeh1 MMC-nin sahibliyində olması anlamına gəlmir. Beləliklə, kollegiya hesab etmişdir ki, icarə müqavilələrinin real olması və tərəflər arasında faktiki olaraq icarə hüquq münasibətlərinin yaranması öz təsdiqini tapmır. Belə olan halda isə iddiaçı heç bir şərti icra olunmayan icarə müqavilələri üzrə icarə haqqının ödənilməsini tələb edə bilməz.
15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 21.2, 443.4, 700.1, MPM-in 77.1, 372.2, 372.6, 376.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
16. Həmin qətnamədən iddiaçı "xxxx" MMC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-872/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilərək iddianın təmin olunması barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2022-ci il 15 mart tarixli 2-2(102)- 143/2022 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 28 sentyabr tarixli 2-2(103)-872/2021 saylı qətnaməsi qismən cavabdehdən 1.840.800 manat məbləğində icarə haqqının tutulması barədə - iddiaçının iddia tələbinin təmin olunmaması hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, qətnamənin qalan mübahisələndirilən hissəsi dəyişdirilmədən saxlanılmışdır.
18. Ali Məhkəmə qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının icarə haqqının tutulması tələbini əsassız hesab etmiş, mövqeyini belə əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 2015-ci il 18 fevral tarixli icarə müqavilələrinin 4.1-ci bəndində müqavilənin qüvvəyə mindiyi gündən sonra 2 (iki) gün müddətində icarə obyektinin icarəyəverən tərəfindən icarəçiyə təhvil verilməsi nəzərdə tutulmuşdur. Lakin müqavilələrin həmin bəndinin tələblərinə uyğun olaraq, icarə obyekti olan nəqliyyat vasitələrinin cavabdehə təhvil verilməsi ilə bağlı mötəbər sübutlar olmadığına görə, icarə müqavilələrinin real olması və tərəflər arasında faktiki olaraq icarə hüquq münasibətlərinin yaranması öz təsdiqini tapmır.
19. Məhkəmənin həmin nəticəsini mübahisələndirən iddiaçı kassasiya şikayətində göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış və bu günədək etibarsızlığı ilə bağlı mübahisə qaldırılmamış icarə müqaviləsini real hesab etməməklə və müqavilələrin şərtlərini düzgün təfsir etməməklə MM-nin 6.2, 324.1, 324.4 və 404-cü maddələrinin tələblərini pozmuşdur.
20. Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 16 mart tarixli qərarında tərəflər arasında 2015-ci il 18 fevral tarixli icarə müqavilələrinin bağlanmasının, başqa sözlə real icarə münasibətlərinin mövcudluğu, iddiaçıya məxsus 71 ədəd nəqliyyat vasitəsi, qoşqu vasitəsi və ağır texnikanın cavabdehin istifadəsində olması və hər hansı icarə haqqının ödənilməməsinin aparılmış istintaqla müəyyən edildiyi göstərilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində iddiaçının xüsusi qərardad çıxarılması barədə vəsatəti üzrə qiymətləndirmə apararkən Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 16 mart tarixli qərarına istinad etsə də, tərəflərin mübahisəli hüquq münasibətlərinin aydınlaşdırılması baxımından əhəmiyyət kəsb edən, istintaqla müəyyən edilmiş, yuxarıda qeyd olunan hallara ümumiyyətlə toxunmamış, bununla da işin hallarının hərtərəfli, tam araşdırılması prinsipi və sübutların qiymətləndirilməsinə dair MPM-nin 88-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə nəzərə almamışdır ki, sözügedən qərarın cavabdeh - Cavabdeh2 MMC tərəfindən mübahisələndirilməsinə dair işin materiallarında hər hansı sübut mövcud deyildir. Həmin qərar işdə olan sübutlardan biridir və prosessual qanunvericiliyin tələblərinə əsasən işdə olan digər sübutlarla birgə qiymətləndirilməlidir.
22. Baxılan işin müəyyən edilmiş hallarına görə icarə müqavilələrini icarəyə verən (iddiaçının) adından Cavabdeh5, icarəçi (cavabdehin) adından isə P.Cavabdeh5 imzalamış, onlar ata və oğuldur. Belə olan halda, müvafiq təhvil-təslim aktı tərtib edilmədən də müvafiq nəqliyyat vasitələrinin cavabdehin icarəsinə verilməsi, dövrü olaraq icarə haqqının tələb edilməməsi istisna olunmur. Bu baxımdan tərəflərin dəlillərinə qiymət verilərkən məhkəmə, tərəflərin icarə münasibətləri sahəsindəki formalaşmış işgüzar adətlərini, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktikanı, tərəflərin sonrakı hərəkətlərini nəzərə almalıdır. İşgüzar adətlərin nəzərə alınması, müqavilə şərtlərinin təfsir edilərək qiymətləndirilməsi MM-in 10.1 və 404.2-ci maddələrinin tələblərindən irəli gəlir. Lakin baxılan iş üzrə məhkəmə tərəfindən müqavilənin təfsiri zamanı MM-nin 404-cü maddəsində göstərilən halların nəzərə alınması və qiymətləndirilməsi müəyyən edilmir. Bu baxımdan məhkəmə kollegiyası MM-nin 404-cü maddəsinin pozulmasına dair kassasiya şikayətinin dəlillərini əsaslı hesab edir.
23. Digər tərəfdən MM-nin 433.1 və 433.2-ci maddələrinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Əgər öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır.
24. Öhdəliyin icrasını tənzimləyən, qeyd olunan ümumi normaların hazırkı mübahisəyə tətbiqi belə qənaətə gəlməyə əsas verir ki, hətta nəqliyyat vasitələrinin təhviltəslim aktı tərtib edilməsə belə, əgər həmin nəqliyyat vasitəsindən cavabdeh real olaraq istifadə etmişsə, icarə obyektinin təhvil verilməsi öhdəliyi icarəyə verən ixtiyarlı şəxsə (kreditora, bu hal üçün icarəçiyə) icra edilmiş sayılır. Bu mənada, məhkəmənin araşdırmalı olduğu məsələ təhvil-təslim aktının formal olaraq tərtib edilməməsindən daha çox, real olaraq cavabdehin həmin nəqliyyat vasitəsindən istifadə edib-etməməsidir.
25. Bununla bağlı Kollegiya qeyd edilməsini zəruri hesab edir ki, iddiaçının zərərçəkən şəxs qismində tanındığı cinayət işi üzrə istintaq dövründə iddiaçıya məxsus 71 ədəd nəqliyyat vasitəsi, qoşqu vasitələri və ağır texnika 2020-ci il 05 avqust tarixli təhviltəslim aktına əsasən, iddiaçının nümayəndəsinə təhvil verilmişdir. Belə olan halda, həmin texnikaların hansı hüquqi əsasla və icarə müqaviləsinin bağlandığı 2015-ci il 18 fevral tarixindən deyil, başqa vaxtdan cavabdehin istifadəsində olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür.
26. Məhkəmə kollegiyası qeyd olunan akt əsasında iddiaçıya təhvil verilmiş nəqliyyat vasitələrinin həm də sözügedən icarə müqavilələrinin predmeti olmasını nəzərə alaraq, həmin aktla bağlı apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsini MPM-nin 88 və 217-ci maddəsinin tələblərinə uyğun hesab etmir.
27. Bundan əlavə, nəzərə alınmalıdır ki, icarə obyekti olan nəqliyyat vasitələri dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakdır və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 27-ci maddəsinin tələblərinə əsasən icarə üzrə istifadə hüquqlarının səlahiyyətli dövlət orqanında qeydiyyatı tələb olunur.
28. İşin materiallarından göründüyü kimi, icarə müqavilələrinin Abşeron rayonu 1 saylı Notariat Kontorunın notriusu X3 tərəfindən təsdiq edilmişdir.
29. Göründüyü kimi, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 27ci maddəsinin tələblərinə əməl edilib-edilməməsinin aydınlaşdırılması, icarə haqqının tutulmalı olduğu dövrün dəqiqləşdirilməsi baxımından əhəmiyyətlidir. Apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilən halları nəzərə almamış, sadalanan maddi hüquq normalarını tətbiq etməmiş, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasına, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl etməmişdir.
30. Məhkəmə kollegiyası yuxarıda gösərilənləri və qanunvericiliyin istinad olunan normalarının tələblərini nəzərə alaraq hesab edir ki, işin yeni apellyasiya baxışı zamanı cavabdehin apellyasiya şikayətinin həmin dəlilləri üzrə tam və hərtərəfli araşdırma aparılmalı, iddia olunan dövr üzrə mübahisəli nəqliyyat vasitələrinin cavabdehin icarəsində olduğu dövr mötəbər sübutlarla müəyyən edilməli və Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 16 mart tarixli qərarı ilə birgə mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirilməlidir.
31. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 10.1, 14.1, 14.2.1, 21, 337.1, 337.2, 337.4, 337.5, 359.1, 386.1, 404.1, 404.2, 442, 443.4, 448.1, 700-cü, MPM-in 14.2, 77.1, 77.3, 78.1, 82.3, 88-ci maddələrinə, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinin 6-1, 13, 13-1-ci bəndlərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “X6rşı” iş üzrə 1994-cü il 9 dekabr və “Buzescu Rumıniyaya qarşı” iş üzrə 2005-ci il 24 may tarixli qərarlarına istinad etməklə əsaslandırmışdır.
ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
32. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-2(103)-602/2021 saylı qətnaməsi ilə Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, hazırkı iş üzrə Bakı Kommersiya Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, e-2-2(113)-133/2021 nömrəli qətnaməsi qismən, cavabdeh "xxxx" MMC-dən ümumilikdə ******* (bir milyon səkkiz yüz qırx min səkkiz yüz) manat pul vəsaitinin tutulması hissəsində dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
33. Apellyasiya instansiyası məhkəməsi mübahisə predmeti olan icarə haqqının tutulması ilə bağlı qeyd etmişdir ki, hazırkı iş üzrə icarə haqqının tutulmalı olduğu dövrün dəqiqləşdirilməsi vacib əhəmiyyət daşıyır. Xəzər Rayon Məhkəməsinin 2020-ci il 23 iyul tarixli 5(003)-190/2020 saylı qərarına əsasən, ********* saylı cinayət işi üzrə Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin 2020-ci il 21 iyul tarixli vəsatəti təmin edilmiş və cinayət işi üzrə qeyd olunan avtomobillərin olduqları yerlər müəyyən edilərək, müəyyən istintaq hərəkətləri keçirildikdən sonra mülkiyyətçisi olan iddiaçıya qaytarılmasından ötrü saxlanılaraq Xəzər Rayon Polis İdarəsinin müvəqqəti avtomobil duracağına yerləşdirilməsi qərara alınmışdır.
34. Öhdəliyin icrasını tənzimləyən MM-in 433.1 və 433.2-ci maddələrinin (ümumi normaların) hazırkı mübahisəyə tətbiqi belə qənaətə gəlməyə əsas verir ki, hətta nəqliyyat vasitələrinin təhvil-təslim aktı tərtib edilməsə belə, əgər həmin nəqliyyat vasitəsindən cavabdeh real olaraq istifadə etmişsə, icarə obyektinin təhvil verilməsi öhdəliyi icarəyə verən ixtiyarlı şəxsə (kreditora, bu hal üçün icarəçiyə) icra olunmuş sayılır. Bu mənada, məhkəmənin araşdırmalı olduğu məsələ təhvil-təslim aktının formal olaraq tərtib edilməməsindən daha çox, real olaraq cavabdehin həmin nəqliyyat vasitəsindən istifadə edib-etməməsidir.
35. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının zərərçəkən şəxs qismində tanındığı cinayət işi üzrə istintaq dövründə iddiaçıya məxsus 71 ədəd nəqliyyat vasitəsi, qoşqu vasitələri və ağır texnika 2020-ci il 5 avqust tarixli təhviltəslim aktına əsasən, iddiaçının nümayəndəsinə təhvil verilmişdir. Belə olan halda, həmin texnikaların hansı hüquqi əsasla və icarə müqaviləsinin bağlandığı 2015-ci il 18 fevral tarixindən deyil, başqa vaxtdan cavabdehin istifadəsində olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür.
36. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan akt əsasında iddiaçıya təhvil verilmiş nəqliyyat vasitələrinin həm də sözügedən icarə müqavilələrinin predmeti olmasını nəzərə alaraq qeyd etmişdir ki, iddiaçının zərərçəkən şəxs qismində tanındığı cinayət işi üzrə istintaq dövründə iddiaçıya məxsus 71 ədəd nəqliyyat vasitəsi, qoşqu vasitələri və ağır texnika 2020-ci il 5 avqust tarixli təhvil-təslim aktına əsasən iddiaçının nümayəndəsinə təhvil verilmişdir.
37. Göründüyü kimi, birinci instansiya məhkəməsi haqlı olaraq icarə haqqının icarə müqavilələrinin bağlandığı tarixdən hesablanması ilə bağlı iddiaçının dəlillərinə əsaslanmış, yuxarıda qeyd olunanlara əsasən, Cavabdeh2 MMC-dən 1.560.000 manat (52x60ayx500) icarə haqqı və 280.800 manat ƏDV olmaqla, ümumilikdə 1.840.800 manat məbləğində pul iddiaçının xeyrinə tutulmasına dair gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
38. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 433.1, 433.2, 442, 448.1, 700.1, 700.2, 700.3-cü, MPM-in 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
39. Cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MMC 2022-ci il 2 dekabr tarixində kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 2(103)-602/2022 saylı qətnaməsinin ləğv edilməsini, şikayətin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
c) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
40. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(102)- 50/2023 saylı qərarı ilə cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MMC-nin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 26 sentyabr tarixli 2-2(103)-602/2022 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır.
41. Ali Məhkəmə qərarında qeyd etmişdir ki, işin əvvəlki icraat mərhələlərində məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının zərərçəkən şəxs qismində tanındığı cinayət işi üzrə istintaq dövründə iddiaçıya məxsus 71 ədəd nəqliyyat vasitəsi, qoşqu vasitələri və ağır texnika 2020-ci il 5 avqust tarixli təhvil-təslim aktına əsasən, Mənuçehr X8 tərəfindən iddiaçının nümayəndəsinə təhvil verilmişdir.
42. Həmçinin iş materiallatından o da məlum olur ki, sözügedən nəqliyyat vasitələri ilə əlaqədar mübahisə tərəfləri arasında həm icarə müqavilələri, sonradan isə həm də alqısatqı müqavilələri bağlanmış, bu alqı-satqı müqavilələri hazırkı iş üzrə işə baxan məhkəmələr tərəfindən etibarsız hesab edilmişdir.
43. Hazırda mübahisələndirilən iddia tələbini nəqliyyat vasitələrinin icarə müqavilələri üzrə icarə haqqının ödənilməsi təşkil etdiyindən məhkəmə tərəfindən iş üzrə əsas müəyyənləşdirilməli məsələ sözügedən nəqliyyat vasitələrinin cavabdeh tərəfindən hansı hüquqi əsasla (icarə müqavilələri və ya alqı-satqı müqavilələri əsasında) istifadə edilməsi, o cümlədən cavabdehin məhz icarə əsasında həmin nəqliyyat vasitələrindən real olaraq istifadə etmək imkanının olub-olmamasıdır. Çünki real icarə münasibətləri mövcud olmadan icarə haqqının tələb edilməsi hüquqi baxımdan əsaslı hesab edilə bilməz.
44. İş materiallarından mübahisəli nəqliyyat vasitələrinin cavabdehlər tərəfindən konkret olaraq hansı müqavilələr, yəni icarə və ya alqı-satqı müqavilələri əsasında istifadə edilməsi aydın olmur. Belə ki, yuxarıda qeyd edildiyi kimi, hazırkı halda tərəflər arasında həm icarə, həm də alqı-satqı müqavilələri mövcud olduğundan, prinsip etibarilə bu variantların hər ikisi də mümkündür. Lakin bu alternativlik mübahisənin düzgün həllinə imkan vermir.
45. Qanunvericiliyin təhlili onu deməyə əsas verir ki, icarə obyekti olan nəqliyyat vasitələri dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakdır və onların üzərində icarə hüquqlarının yaranması üçün səlahiyyətli dövlət orqanında müvafiq rəsmiləşdirilmə aparılmaqla təkrar dövlət qeydiyyatının həyata keçirilməsi tələb olunur.
46. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 27-ci maddəsinin 13, 13-1 və 17-ci bəndlərinin tələblərinə əsasən, dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi icarə hüququna dair müqavilə, etibarnamə əsasında başqa şəxsə verildikdə, on gün müddətində göstərilən sənədlər əsasında müvafiq orqanlarda təkrar dövlət qeydiyyatından keçirilməlidir. Nəqliyyat vasitəsinin icarə və ya digər əşya hüquqlarına dair müqaviləni, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnaməni təsdiq edərkən notarius müqavilənin və ya etibarnamənin təsdiq edilməsi barədə məlumatı dərhal müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı texniki vasitələrdən istifadə etməklə həmin məlumatı bir gün müddətində müvafiq icra hakimiyyəti orqanına göndərir. Daxil olmuş məlumat əsasında müvafiq icra hakimiyyəti orqanı üç gün müddətində nəqliyyat vasitəsinin təkrar dövlət qeydiyyatını həyata keçirir və müvafiq məlumatı daşınar əmlakın rəsmi reyestrinə daxil edir. Dövlət qeydiyyatından keçməyən nəqliyyat vasitələrini idarə edən şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
47. İş materiallarından göründüyü kimi, icarə müqavilələri Abşeron rayonu 1 saylı Notariat Kontorunun notariusu tərəfindən təsdiq edilmişdir (İV cild, i/v 77).
48. Göründüyü kimi, hazırkı mübahisənin düzgün həlli üçün mübahisə predmeti olan nəqliyyat vasitələrinin icarəsinə dair müqavilələr və/və ya nəqliyyat sahibinin verdiyi müvafiq etibarnamələr əsasında həmin nəqliyyat vasitələri üzrə səlahiyyətli dövlət orqanında cavabdehlərin adına rəsmiləşdirmə aparmaqla təkrar dövlət qeydiyyatının həyata keçirilib-keçirilməməsinin müəyyən edilməsi, əgər nəticə müsbət olarsa, cavabdehdən tutulmalı icarə haqqının məhz həmin dövrdən, yəni təkrar qeydiyyatın aparıldığı tarixdən hesablanması mühüm əhəmiyyət kəsb edir.
49. Qeyd etmək lazımdır ki, hazırkı iş üzrə keçirilmiş ilk kassasiya icraatı nəticəsində qəbul edilmiş qərarda Ali Məhkəmənin verdiyi göstərişlərdən biri məhz bu istiqamətdə olmuşdur.
50. Lakin iş materiallarından görünür ki, son apellyasiya baxışında məhkəmə MPMin 420-ci maddəsinin tələblərini pozaraq, sözügedən istiqamətdə hüquqi qiymətləndirmə aparılması üçün heç bir tədbir görməmişdir.
51. İş materiallarından görünür ki, son apellyasiya icraatında cavabdeh tərəf Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsinə sorğu verərək, mübahisəli nəqliyyat vasitələrinin təkrar dövlət qeydiyyatından keçirilib-keçirilməməsini təsdiq edən sənədlərin əldə edilməsi, notariat orqanı tərəfindən nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair müqavilənin və ya nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnamənin təsdiq edilməsi barədə məlumatın həmin İdarəyə daxil olubolmamasını dəqiqləşdirmək zərurətinin yarandığını bildirmiş, müvafiq nəqliyyat vasitələrinin icarəyə verilməsi barədə İdarədə hər hansı rəsmiləşdirmənin aparılıbaparılmaması, icarə ilə bağlı təkrar dövlət qeydiyyatının keçirilib-keçirilməməsi barədə məlumat verilməsini xahiş etmişdir (V cild, i/v 8-9).
52. Cavabdeh tərəfin sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsindən alınmış məktubundan məlum olur ki, mübahisə predmeti olan nəqliyyat vasitələrinin icarəyə verilməsi barədə Baş X13 İdarəsində rəsmiləşdirmə aparılmamışdır və bununla bağlı hər hansı məlumat mövcud deyildir (V cild, i/v 15).
53. Lakin Baş X13 İdarəsinin məlumatından mübahisəli nəqliyyat vasitələrindən istifadə edilməsi və ya onlara dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnamələrin verilib-verilməməsi görünmür. Halbuki işin düzgün həlli üçün bu xüsusat da mühüm əhəmiyyət kəsb edir.
54. Apellyasiya instansiya məhkəməsi isə, ən azından, Baş X13 İdarəsinin rəsmi məlumatına da heç bir qiymət verməmiş, hətta öz qətnaməsində həmin məktuba istinad belə etməmişdir.
55. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə predmeti olan icarə müqavilələri bağlandıqdan sonra yuxarıda istinad olunan qanunla müəyyən edilmiş imperativ rəsmiləşdirmə və təkrar qeydiyyat prosedurlarına əməl etmədən müvafiq nəqliyyat vasitələrinin illər ərzində faktiki istifadə olunması praktiki baxımdan qeyri-mümkündür.
56. Bu səbəbdəndir ki, hazırkı vəziyyətdə iş üzrə birmənalı nəticəyə gəlmək qeyrimümkündür.
57. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi MPM-in 420-ci maddəsini pozaraq işə ilk dəfə baxan Ali Məhkəmənin qərarında verilmiş və yuxarıda istinad olunan göstərişləri yerinə yetirməmiş, nəticədə MPM-in 88-ci maddəsinin tələblərini pozaraq işdə olan sübutları əlaqəli şəkildə düzgün qiymətləndirməmiş, MPM-in 217.1-ci maddəsinə zidd olaraq əsassız qətnamə qəbul etmişdir. Odur ki, həmin qətnamə ləğv edilməlidir.
58. Yeni apellyasiya baxışı zamanı məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmalı, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməlidir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
59. Cavabdeh2 MMC və "xxxx" MMC apellyasiya şikayətini onunla əsaslandırılmışlar ki, icarə müqavilələri real müqavilə münasibətini əks etdirmir. Tərəflər arasında icarə müqavilələri bağlansa da, faktiki olaraq tərəflər arasında icarə münasibətləri mövcud olmamışdır. Həmçinin nəqliyyat vasitələrinin təhvil-təslim aktları da mövcud deyildir. Bundan başqa iddiaçı tərəf icarə müqavilələri üzrə icarə haqqının tutulma tarixini icarə müqavilələri bağlandığı tarixdən, yəni xx.xx.2015-ci il tarixdən müqaviləyə birtərəfli xitam verildiyi tarixə (2020-ci ilin aprel ayı) qədər hesablamışdır. Əlavə olaraq iddiaçı icarə müqavilələri üzrə ödənilməli olan məbləği elektron qaimə formasında "xxxx" MMC-yə göndərməli olduğu halda bunu etməmişdir. Mövcud təcrübədə isə pul məbləğləri bir şirkətdən digər şirkətin hesabına elektron qaimə vasitəsilə köçürülür.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
60. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
61. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh2 MMC və "xxxx" MMCnin nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, nəqliyyat vasitələri iddiaçıya, qoşqu onlara məxsus olmuşdur. Yüklər məhz qoşqu vasitəsilə daşınmış, yüklər də onlara məxsus olmuşdur. Tərəflər arasında müqavilə 2015-ci ildə bağlansa da iddiaçı tərəfin təqdim etdiyi etibarnamələr 2018-ci ilə aiddir. Həmçinin, nəqliyyat vasitələrinin Cavabdeh2 MMC-yə verilməsinə dair hər hansı sübut əlavə etməmiş, Əliyev Samir adlı şəxsə vermişlər. Həmin nəqliyyat vasitələrinə məxsus qoşquların bizə məxsus olması, avtomobillərin bizdə olması faktını təsdiqləmir. "xxxx" MMC-yə məxsus nəqliyyat vasitələri öndə, qoşqular arxada olmuşdur və yüklər məhz onların qoşqularına əlavə edilmişdir. Onlara məxsus möhür olması faktı ilə bağlı qoşqu onlara məxsus idi, yüklər onlara aid idi və yükü aparan möhür vurmalı idi, çünki gömrük məntəqəsindən keçən zaman yüklərin kimə məxsus olmasına baxılır. Etibarnamələrlə bağlı mövqeləri ondan ibarətdir ki, bu etibarnamələrin məhz Cavabdeh2 MMC-yə verilməsini təsdiq edən bir sənəd yoxdur. Cavabdeh2 MMC ilə Paşa Sığorta arasında bağlanmış müqaviləyə əsasən verilmiş hesab faktura ilə hazırkı məhkəmə iclasında tanış olmuşlar. 8865 manat hesab faktura da və digər ödəniş sənədində də avtomobillərlə əlaqəli xüsusi qeyd yoxdur. Həmçinin hesab fakturaya dair sənədin qoşmasında imza və möhür də yoxdur. Bundan əlavə, avtomobillərin sayı təsdiq olunan siyahıda imza və möhür yoxdur. Müdafiə etdiyi tərəfə məxsus sənədlərin hamısı iddiaçı tərəfindən qanunsuz olaraq götürülmüşdür. Müqavilənin əsas şərti təhvil-təslim aktı olmalı idi, lakin tərəflər arasında təhvil-təslimə dair heç nə yoxdur. Elektron qaimələr məhkəmədən 1 ay əvvəl vurulmuşdur.
62. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, AR Ali Məhkəməsinin göstərişlərinə uyğun olaraq, nəqliyyat vasitələrinin cavabdehin istifadəsində olub-olmamasını araşdırırlar. Hazırda sözügedən nəqliyyat vasitələrinin cavabdeh tərəfin istifadəsində olmasına dair sübutlar təqdim etmişlər. Belə ki, cavabdeh tərəfə nəqliyyat vasitəsinin verilməsi ilə bağlı etibarnamələr, cavabdeh tərəfin istifadələrində olması ilə əlaqədar ödədikləri icbari sığorta ödənişləri, avtomobillərin sayını təsdiq etdikləri siyahı və ən əsası CMR (international consignment note) beynəlxalq yük daşımalarına dair qaimələrdir. CMR beynəlxalq yük daşımalarına dair sənəd 4 əsas hissədən ibarətdir: ilkin olaraq avtomobilin nömrəsi, tarixi qeyd olunub, ikinci alan tərəf, üçüncü yük boşaldılma yeri və həmin qaimənin 16-cı bəndinə nəzər salsaq görəcəyik ki, yük daşıyıcı şirkətin Cavabdeh2 MMC-nin möhürü (ştampı) var. Qaimənin 18-ci bəndində isə daşıyıcının qeyd şərtlərinin hissəsində avtomobilin nömrəsi qeyd olunmuşdur. Bütün bunlar sübut edir ki, cavabdeh tərəf yük daşımalarında nəqliyyat vasitələrindən istifadə etmişdir. Bu sənədləri birinci instansiya məhkəməsində və apellyasiya baxışları zamanı o səbəbdən təqdim etməmişlər ki, araşdırma zamanı bu məqamlara diqqət çəkilməmişdir. Tərəflər arasında 2015-ci ilin fevral ayında müqavilə imzalanmış, 72 ədəd avtomobil icarə müqaviləsi əsasında qarşı tərəfə verilmişdir. İcarə müqaviləsi əsasında hər nəqliyyat vasitəsi 500 manat icarə haqqı olmaqla 10 il müddətinə müəyyənləşdirilmişdir. Bu müddət ərzində cavabdeh tərəf avtomobillərdən 52 ədədini saxta etibarnamə əsasında öz mülkiyyətinə keçirmişlər. Cavabdeh tərəf iddia edir ki, avtomobillər onların istifadəsində olmamışdır. Lakin "xxxx" MMC Cavabdeh2 MMC (ata və oğul) etibarnamə verərək öz aralarında müqavilə bağlamışlar. Qarşı tərəf bildirir ki, müqavilə bağlansa da avtomobillər verilməmişdir. Onlar da öz növbəsində sənədlər təqdim edirlər ki, avtomobillər onların istifadəsində olmuş, yük daşınmalarını həyata keçirmişlər. 52 avtomobilin hər birinə dair sənəd var. Ola bilsin ki, bir-ikisi yük daşınmasında istifadə edilməmişdir, lakin bu cavabdeh tərəfindən istifadə edilməsini istisna etmir. Hər birinə dair icarə müqaviləsi var. Ali Məhkəmənin göstərişinə uyğun olaraq, araşdırma məsələsi daha əvvəl Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsində qeydiyyata alınıb-alınmaması idi. Apellyasiya Məhkəməsi bu məsələni araşdırmamışdır. Yalnız cavabdeh tərəf kassasiya şikayətində bu barədə qeyd etmişdir. Nəticədə AR Ali Məhkəməsinin göstərişində qeyd etdiyi istifadələrində olmalarına dair sənəd təqdim etmişlər. Nəqliyyat vasitələrinin təkrar qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinə müraciət eləmiş, lakin ətraflı cavab verilməmişdir. AR Ali Məhkəməsinin qərarından sonra "xxxx" MMC-nin hazırkı direktoru Nümayəndə1la görüş keçirmişlər, bu sənədləri təqdim etmişlər. Sənədləri haradan əldə etmələri barədə məlumatı yoxdur. Tərəflər arasında 2015-ci ildə müqavilə bağlanmışdır. Hər bir halda 2015, 2016, 2017-ci illərə dair etibarnamələr verilmişdir, lakin hazırda onlarda olan nüsxələr 2018-ci ilə aiddirlər. Etibarnamələrin əslləri qarşı tərəfdə olub ki, istifadə etsinlər. Avtomobillərin qoşquları cavabdeh tərəfə məxsus olmuşdur. Etibarnəmələri qəbul edən şəxs Cavabdeh2 MMC-nin işçisi Əliyev Samirdir. Sürücü sayı çox ola bilər, lakin bir nəfərə etibarnamə vermişik o digər şəxslərə avtomobilləri təqdim etmişdir. Əliyev Samirə verilməsinə dair lazımi sübutları təqdim edə bilər. Yükü daşıyan şəxslə yükü yükləyən şəxs anlayışları tamamilə fərqlidir. Daşıyıcı yükləyəndir. Avtobusun nömrələri icarə müqaviləsində, etibarnamələrdə, beynəlxalq qaimələrdəki nömrələrlə eynidir. 2019-cu ildə Cavabdeh2 MMC Paşa Sığorta ASC-yə müraciət edərək, avtomobillərin sığorta olunmasını təmin etmişdir. Hesab-faktura göndərilmiş cavabdeh tərəfindən Ziraat Bank vasitəsilə ödənişlər edilmişdir. Əgər avtomobillər istifadələrində olmamışsa nə üçün sığorta ödənişi etmişlər. Bu şirkətlər ata və oğulun olmuş, şirkətləri Cavabdeh5 idarə etmişdir. Tərəflər arasında icarə müqaviləsi olmuşdur. Hazırkı iş üzrə “ata və oğul” yəni fiziki şəxs aspektindən yanaşmaq düzgün deyil, iddia tələbinin tərəfləri 2 hüquqi şəxsdir və onlar müstəqil fəaliyyət göstərmişlər. Faktiki istifadələrində olan zaman nəqliyyat vasitələrinin qeydiyyata alınmaması uzun müddət etibarnamə əsasında istifadə etmələrini təkzib etmir.
63. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakları olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
64. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 10. İşgüzar adətlər 10.1. Sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilibedilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. ...”
“Maddə 14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. (2021-ci il 23 fevral tarixli 277-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 14.2.1-ci maddəsinə birinci halda “müqavilələr” sözündən sonra “(əmək müqavilələri istisna olmaqla)” sözləri əlavə edilmişdir.) ...”
“Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.”
“Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. ... 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.”
“Maddə 359. Əqdlərdə təmsilçilik anlayışı 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. ...”
“Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ...”
“Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. ...”
“Maddə 404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. ...”
“Maddə 433. Tələbin ixtiyarlı şəxsə icra edilməsi 433.1. Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 433.2. Əgər öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır. ...”
“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”
“Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi ... 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. ...”
“Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. ...”
“Maddə 700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.”
65. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 27. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatı ...
Vİ-İ. Bu Qanunun 27-ci maddəsinin İİ hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitəsini dövlət qeydiyyatından (həmçinin təkrar dövlət qeydiyyatından) keçirərkən fiziki şəxslər qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsini və olduğu halda elektron ünvanını və sürücülük vəsiqəsinin nömrəsini, hüquqi şəxslər (dövlət qurumları) isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin (nəqliyyat vasitəsinin sürücüsünün) müvafiq məlumatlarını dövlət qeydiyyatını həyata keçirən orqana verməli və həmin məlumatlar dəyişdikdə onları üç gün ərzində yeniləməlidirlər. Həmin məlumatlar verilmədiyi halda nəqliyyat vasitəsi dövlət qeydiyyatına alına bilməz. Müvafiq icra hakimiyyəti orqanı məlumatların telefon, poçt və internet vasitəsilə elektron qaydada verilməsi və yenilənməsi üçün müvafiq imkanların olmasını təmin etməlidir. (2014-cü il 2 may tarixli 953-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 27-ci maddəyə Vİ-İ hissə əlavə edilmişdir. 2017-ci il 15 dekabr tarixli 928-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 27-ci maddənin Vİ-İ hissənin birinci cümləsinə “həvalə etdiyi şəxsin” sözlərindən sonra “(nəqliyyat vasitəsinin sürücüsünün)” sözləri əlavə edilmişdir. 2019-cu il 17 may tarixli 1594-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 27-ci maddənin Vİ-İ hissəsinin birinci cümləsinə “hüquqi şəxslər” sözlərindən sonra “(dövlət qurumları)” sözləri əlavə edilmişdir.) ...
Xİİİ. Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə, etibarnamə əsasında başqa şəxsə verildikdə, on gün müddətində göstərilən sənədlər əsasında bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq orqanlarda təkrar dövlət qeydiyyatından keçirilməlidir. ( 2016-cı il 30 dekabr tarixli 491-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 27-ci maddənin Xİİİ hissəsində “icarə müqaviləsi” sözləri “icarə və ya digər əşya hüquqlarına dair müqavilə” sözləri ilə əvəz edilmişdir.)
Xİİİ-İ. Nəqliyyat vasitəsinin icarə və ya digər əşya hüquqlarına dair müqaviləni, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnaməni təsdiq edərkən notarius müqavilənin və ya etibarnamənin təsdiq edilməsi barədə məlumatı, habelə bu Qanunun 27-ci maddəsinin Vİ-İ hissəsində nəzərdə tutulmuş məlumatları dərhal müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı texniki vasitələrdən istifadə etməklə həmin məlumatı bir gün müddətində müvafiq icra hakimiyyəti orqanına göndərir. Daxil olmuş məlumat əsasında müvafiq icra hakimiyyəti orqanı üç gün müddətində nəqliyyat vasitəsinin təkrar dövlət qeydiyyatını həyata keçirir və müvafiq məlumatı daşınar əmlakın rəsmi reyestrinə daxil edir. ...
XVİİ. Azərbaycan Respublikasının ərazisində: 1) dövlət qeydiyyatından keçməyən və yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməyən; 2) dövlət qeydiyyat nişanı və ya onlardan biri yerində olmayan, eləcə də saxta və ya başqa nəqliyyat vasitələrinə verilmiş və ya dövlət standartına uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə edən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. ...”
66. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarında nəzərdə tutulmuşdur ki: “... Mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. ...”
67. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Torija İspaniyaya qarşı” iş üzrə 1994-cü il 9 dekabr tarixli, “Buzescu Rumıniyaya qarşı” iş üzrə 2005-ci il 24 may tarixli Qərarlarında aşağıdakılar nəzərdə tutulmuşdur ki, tərəflərdən birinin təqdim etdiyi sübut prosesin nəticəsi üçün həlledici olduqda, məhkəmə ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verməlidir. Buna müvafiq olaraq, məhkəmələr tərəflərin əsas arqumentlərini diqqətlə araşdırmalıdırlar.
68. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”
“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ... 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.”
“Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar ... 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”
“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. ...”
“Maddə 420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.”
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
69. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin qanuniliyi və əsaslılığı iddia tələbinin “icarə haqqının tutulması” hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
70. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi “icarə haqqına görə pul məbləğinin tutulması” hissəsində əsaslıdır.
71. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki,
72. İcarəyə verən "xxxx" MMC ilə icarəçi Cavabdeh2 MMC arasında 2015-ci il 18 fevral 2015-ci il tarixli icarə müqavilələri bağlanmışdır. Həmin müqavilələrin predmetini icarəyə verənin mülkiyyətində olan 52 ədəd nəqliyyat vasitəsini müqavilədə nəzərdə tutulan şərtlərlə və müddətə icarəçiyə icarəyə verilməsi, icarəçinin icarə obyektini müqavilədə nəzərdə tutulan şərtlərlə və müddətə icarəyə götürməsi və ona sahiblik etməsi təşkil edir. Müqavilənin qüvvədə olma müddəti 10 il, hər bir nəqliyyat vasitəsi üzrə aylıq icarə haqqı isə 500 manat məbləğində müəyyən edilmişdir.
73. Qeyd edilən icarə müqavilələri aşağıdakılardır: - İcarədar qismində "xxxx" MMC ilə icarəçi qismində Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli icarə müqavilələrinə əsasən icarədar ** JA ***, ** JA ***, ** JF ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JF ***, ** JA ***, ** JF ***, ** JF ***, ** JF ***, ** JF ***, ** JF ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JF ***, ** JA ***, ** JG ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JF ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JG ***, ** JG ***, ** JA ***, ** JA ***, ** JA ***, ** JA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrini aylıq icarə haqqı 500 manat olmaqla 10 il müddətinə icarəçiyə icarəyə vermişdir.
74. İddiaçı hazırkı iddiasında qeyd edilən icarə müqavilələri üzrə cavabdehdən 1.560.000 manat icarə haqqı və 280.800 manat ƏDV olmaqla, ümumilikdə 1.840.800 manat məbləğində borcun tutulmasını xahiş edir və ona əsaslanır ki, mübahisənin məhkəməyə qədər nizama salınması üçün cavabdehdən dəfələrlə pulun ödənilməsi tələb olunmuş, bundan əlavə borcun ödənilməsi, eləcə də icarə müqaviləsinə əsasən cavabdehin istifadəsində olan 52 ədəd “Volvo” markalı nəqliyyat vasitəsinin "xxxx" MMCyə qaytarılması barədə 2020-ci il 13 mart tarixində müvafiq pretenziya məktubu göndərilmişdir. Cavabdeh pretenziya məktubunu 2020-ci il 16 mart tarixində qəbul etməsinə baxmayaraq, hər hansı bir tədbir görməmiş və "xxxx" MMC-yə olan icarə borcu ödənilməmiş və nəqliyyat vasitələri geri qaytarılmamışdır. Bu səbəbdən "xxxx" MMC 2020ci il 08 aprel tarixli məktubla cavabdehə yenidən məktubla müraciət edərək, tərəflər arasında bağlanmış 18 fevral 2015-ci il tarixli icarə müqavilələrinin 7.2-ci bəndinə əsasən məktub təqdim edildiyi tarixdən 10 gün sonra müqaviləyə birtərəfli xitam veriləcəyini bildirmişdir.
75. Həmin iddia tələbinə etiraz edən cavabdeh, müqavilələrin real olmadığına, faktiki olaraq tərəflər arasında icarə münasibətlərinin və nəqliyyat vasitələrinin təhvil-təslim aktlarının mövcud olmadığına istinad edir.
76. İş materiallarında olan "xxxx" MMC tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, icarəyə verilmiş nəqliyyat vasitələrinin icarə haqqı üzrə Cavabdeh2 MMC-nin "xxxx" MMC-yə ******* manat icarə haqqı və 280800 manat ƏDV olmaqla borcu yaranmışdır.
77. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(103)-143/2022 saylı və xx.xx.2023-cü il tarixli 2-2(102)-50/2023 saylı qərarlarında şərh etdiyi göstərişləri nəzərə alaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
78. "xxxx" MMC ilə Cavabdeh2 MMC arasında tərtib edilmiş və imzalanmış xx.xx.2015-ci il tarixli icarə müqavilələrinin 4-cü bəndində müəyyən edilmişdir ki, müqavilənin qüvvəyə mindiyi gündən sonra 2 gün müddətində icarə obyekti icarəyə verən tərəfindən icarəçiyə təhvil verilir. İcarə obyekti təhvil verilərkən tərəflər arasında təhvilqəbul aktı tərtib edilməli və həmin aktda icarə obyektinin təsviri (təhvil verilən günə texniki vəziyyəti) əks edilməlidir.
79. Müqavilələrin 6.1 və 6.1.1-ci bəndlərində isə göstərilmişdir ki, icarəyə verən müqavilənin 4.1-ci bəndində göstərilən müddətdə texniki cəhətdən saz vəziyyətdə icarə obyektini icarəçiyə təhvil verməyi öhdəsinə götürür.
80. İddiaçı bildirir ki, üzərinə götürən öhdəliyi yerinə yetirmiş və icarə obyekti olan nəqliyyat vasitələrini cavabdehə təhvil vermişdir.
81. Hazırkı mübahisənin düzgün həlli üçün Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarlarında şərh etdiyi göstərişlərə uyğun ilk öncə tərəflər arasında imzalanmış xx.xx.2015-ci il tarixli icarə müqavilələrinin real olub-olmaması, həmin müqavilələrə əsasən icarə obyekti nəqliyyat vasitəsi, qoşqu vasitəsi və ağır texnikanın təhvil verilib-verilməməsi, həmin nəqliyyat vasitələrinin Cavabdeh2 MMC tərəfindən istifadə edilib-edilməməsi aydınlaşdırılmalıdır.
82. Xəzər rayon prokurorunun xx.xx.2020-ci il tarixli qərarından görünür ki, vətəndaş Cavabdeh5 tərəfindən özbaşınalıq edilməsi faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə cinayət işinin başlanması, cinayət işinin istintaq aparılmasından ötrü aidiyyəti üzrə Xəzər RPİ-nin İŞ-nə göndərilməsi qərara alınmışdır.
83. Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarında tərəflər arasında 2015-ci il 18 fevral tarixli icarə müqavilələrinin bağlanması, başqa sözlə real icarə münasibətlərinin mövcudluğu, iddiaçıya məxsus 71 ədəd nəqliyyat vasitəsi, qoşqu vasitəsi və ağır texnikanın cavabdehin istifadəsində olması və hər hansı icarə haqqının ödənilməməsinin aparılmış istintaqla müəyyən edildiyi göstərilmişdir.
84. Həmin qərarda həmçinin xx.xx.2020-ci il tarixdə Xəzər Rayon Məhkəməsinin əmlak üzərinə həbs qoyulması və sənədlərin götürülməsi barədə qərarı ilə avtomobillərə aid sənədlərin, eləcə də avtomibillər və yük texnikalarının götürüldüyü və saxlanılması üçün xx.xx.2020-ci il tarixli təhvil-təslim aktı ilə avtomobillərin eləcə də yük texnikalarının "xxxx" MMC-nin nümayəndəsi qismində iştirak edən Nümayəndə1 təhvil verildiyi qeyd edilmişdir.
85. Qeyd edilən qərarın cavabdeh - Cavabdeh2 MMC tərəfindən mübahisələndirilməsinə dair iş materiallarında hər hansı sübut mövcud deyildir. Bu səbəbdən də MPM-nin 82.4-cü maddəsinə əsasən sübut növlərindən biri kimi qəbul edilməlidir.
86. Kollegiya hesab edir ki, öhdəliyin icrasını tənzimləyən Mülki Məcəllənin 433.1 və 433.2-ci maddələrinin hazırkı mübahisəyə tətbiqi ilə bağlı qeyd edilməlidir ki, nəqliyyat vasitələrinin təhvil-təslim aktı tərtib edilməsə belə, əgər həmin nəqliyyat vasitəsindən cavabdeh real olaraq istifadə etmişsə, icarə obyektinin təhvil verilməsi öhdəliyi icarəyə verən ixtiyarlı şəxsə (kreditora, bu hal üçün icarəçiyə) icra edilmiş sayılır. Bu mənada, təhvil-təslim aktının formal olaraq tərtib edilməməsindən daha çox, real olaraq cavabdehin həmin nəqliyyat vasitəsindən istifadə edib-etməməsi aydınlaşdırılmalıdır.
87. Bundan əlavə, icarə obyekti olan nəqliyyat vasitələri dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakdır və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 27-ci maddəsinin tələblərinə əsasən icarə üzrə istifadə hüquqlarının səlahiyyətli dövlət orqanında qeydiyyatı tələb olunur.
88. İş materiallarından görünür ki, əvvəlki apellyasiya icraatında cavabdeh tərəf Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsinə sorğu verərək, mübahisəli nəqliyyat vasitələrinin təkrar dövlət qeydiyyatından keçirilib-keçirilməməsini təsdiq edən sənədlərin əldə edilməsi, notariat orqanı tərəfindən nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair müqavilənin və ya nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnamənin təsdiq edilməsi barədə məlumatın həmin İdarəyə daxil olubolmamasını dəqiqləşdirmək zərurətinin yarandığını bildirmiş, müvafiq nəqliyyat vasitələrinin icarəyə verilməsi barədə İdarədə hər hansı rəsmiləşdirmənin aparılıbaparılmaması, icarə ilə bağlı təkrar dövlət qeydiyyatının keçirilib-keçirilməməsi barədə məlumat verilməsini xahiş etmişdir.
89. Cavabdeh tərəfin sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsindən alınmış məktubundan məlum olur ki, mübahisə predmeti olan nəqliyyat vasitələrinin icarəyə verilməsi barədə Baş X13 İdarəsində rəsmiləşdirmə aparılmamışdır və bununla bağlı hər hansı məlumat mövcud deyildir.
90. Ali Məhkəmənin bu istiqamətdə olan göstərişlərinin tam yerinə yetirilməsi məqsədilə məhkəmə tərəfindən Azərbaycan Respublikası DİN Baş X13 İdarəsinə xx.xx.2023-cü il tarixli 2-2(103)-392/2023 saylı sorğu göndərilərək, mübahisə predmeti olan 52 ədəd nəqliyyat vasitəsinə dair bağlanmış icarə müqavilələrinin dövlət qeydiyyatından keçib-keçməməsi, eyni zamanda həmin nəqliyyat vasitələrinin idarə edilməsi üçün etibarnamələrin, yol vərəqələrinin verilib-verilməməsi barədə məlumatların qısa müddət ərzində Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş olunmuş, lakin məhkəmənin qeyd edilən sorğusuna hər hansı cavab daxil olmamışdır.
91. Apellyasiya baxışı dövründə iddiaçının nümayəndəsi tərəfindən Ali Məhkəmənin sonuncu qərarında qeyd edilən göstərişlərə uyğun olaraq iş üzrə etibarnamələr, beynəlxalq qaimələr, sığorta ödənişi və siyahıları təqdim etmişdir.
92. Təqdim olunan 106192, 107631,107021, 106203, 104705, 107029, 107042, 104759, 104779, 106147, 107023, 106158, 106180, 107037, 104795, 106117, 106186, 104718, 104781, 106129, 106197, 106131, 106201 nömrəli CMR (international consignment note) - beynəlxalq qaimələrdən görünür ki, 99JA191, 99JA322, 99JA353, 99JA363, 99JA355, 99JA383, 99JA373, 99JA377, 99JA455, 99JA393, 99JA433, 99JA445, 99JA455, 99JA535, 99JA488, 99JF452, 99JA494, 99JA533 qeydiyyat nişanlı yəhərli dartıcılar vasitəsilə 2015-2016-cı illərdə (icarə müqaviləsi bağlandıqdan sonra) Azərbaycan Respublikasının gömrük sərhəddindən müxtəlif istiqamətlərdə yüklər daşınmışdır.
93. Qeyd edilən beynəlxalq qaimələrin 16-cı bəndindən görünür ki, yük daşıyıcı şirkət kimi Cavabdeh2 MMC-nin möhürü (ştampı) var. Qaimənin 18-ci bəndində isə daşıyıcının qeyd şərtlərinin hissəsində avtomobilin nömrəsi qeyd olunmuşdur.
94. Bundan əlavə təqdim edilmiş xx.xx.2019-cu il tarixli A 1662 saylı hesab-faktura və həmin hesab-fakturaya əlavədən görünür ki, Cavabdeh2 MMC "xxxx" ASC-yə müraciət edərək, "xxxx" MMC-nin mülkiyyətində olan 99JG996. 99JF462, 99JF459, 99JF458, 99JF457, 99JF456, 99JF455, 99JF454, 99JF453, 99JF452, 99JF451, 99JA589, 99JA588, 99JA557, 99JA556, 99JA554, 99JA553, 99JA535, 99JA533, 99JA494, 99JA488, 99JA477, 99JA474, 99JA470, 99JA464, 99JA455 nəqliyyat vasitələrinin sığorta olunmasını təmin etmişdir.
95. 17.04.2019-cu il tarixli, 01 nömrəli ödəniş tapşırığından görünür ki, cavabdeh Hesab-faktura göndərilmiş Cavabdeh2 MMC tərəfindən Ziraat Bank vasitəsilə 8865 manat ödəniş edilmişdir.
96. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 27-ci maddəsinin tələblərinə əməl edilib-edilməməsinin aydınlaşdırılması baxımından Ali Məhkəmənin göstərişinə uyğun olaraq kollegiya qeyd edir ki, qanuncericilikdə təkrar qeydiyyatın aparılması imperativ qaydada müəyyən edilmiş olsa da, yuxarıda sadalanan sənədlərdən görünür ki, Cavabdeh2 MMC reyestrdə təkrar qeydiyyat aparılmamış olsa belə icarəyə götürdüyü nəqliyyat vasitələrindən istifadə edərək yük daşınması həyata keçirmişdir.
97. Həmçinin iddiaçının nümayəndəsi tərəfindən Cavabdeh2 MMC tərəfindən tərtib edilmiş istifadə etdiyi avtonəqliyyat vasitələrinin siyahısından görünür ki, iddiaçıdan icarəyə götürdüyü nəqliyyat vasitələri qeyd edilmiş və Cavabdeh2 MMC-nin möhürü ilə təsdiq edilmişdir.
98. Beləliklə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Ali Məhkəmənin göstərişlərinə uyğun olaraq aparılmış araşdırma sonunda iş materiallarının qanunvericiliyin istinad olunan normalarının tələblərinə uyğun tədqiqi nəticəsində iddia olunan dövr üzrə mübahisəli nəqliyyat vasitələrinin Cavabdeh2 MMC tərəfindən istifadə olunduğu öz təsdiqini tapmışdır.
99. Qeyd olunanlara əsasən kolegiya hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2- 2(113)-133/2021 saylı qətnaməsi “icarə haqqının tutulması” hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
100. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdehlər Cavabdeh2 MMC və "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-133/2021 saylı qətnaməsi Cavabdeh2 MMC-dən 1.560.000 (bir milyon beş yüz altmış min) manat icarə haqqı və 280.800 (iki yüz səksən min səkkiz yüz) manat ƏDV olmaqla, ümumilikdə 1.840.800 (bir milyon səkkiz yüz qirx min səkkiz yüz) manat məbləğində pulun "xxxx" MMC-nin xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasısı vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aida Hüseyn Hakimlər: Fuad Abdiyev Pərviz Hüseynov