Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-393/2025 04.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 Məhud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2030/2024 saylı qətnaməsindən İddiaçı ASC və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, TZM0022010 nömrəli Maliyyələşdirmə limiti müqaviləsindən görünür ki, Cavabdeh1 MMCyə 60 ay müddətinə, illik faiz dərəcəsi 8% olmaqla, ******* ABŞ dolları məbləğində kredit limiti müəyyənləşdirilmişdir.
2. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, TZM0022010/1 nömrəli Maliyyələşdirmə limiti müqaviləsi üzrə sifariş maliyyələşdirilməsinə və tələbin güzəştinə dair razılaşmaya əsasən Cavabdeh1 MMC-yə İllik faiz dərəcəsi 5% olmaqla 950000 ABŞ dolları kredit verilmişdir. Kreditin son ödəniş tarixi xx.xx.2023-cü ildir. Razılaşmanın 11-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişin gecikdirildiyi hər gün üçün 0,1% cərimə ödəniləcəkdir.
3. xx.xx.2023-cü il tarixli “xx.xx.2022-ci il tarixli, TZM0022017 nömrəli maliyyələşdirmə limiti müqaviləsi üzrə sifariş maliyyələşdirilməsi və tələbin güzəştinə dair TZM0022017/1 nömrəli razılaşmaya” 1 saylı Əlavənin 1.1-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli TZM0022017/1 saylı sifariş maliyyələşdirilməsi və tələbin güzəştinə dair razılaşma üzrə faiz ödənişləri müddətin sonuna keçirilmiş, razılaşmanın digər şərtləri dəyişdirilmədən saxlanılmışdır.
4. xx.xx.2023-cü il tarixli “xx.xx.2022-ci il tarixli, TZM0022010 nömrəli maliyyələşdirmə limiti müqaviləsi üzrə sifariş maliyyələşdirilməsi və tələbin güzəştinə dair TZM0022010/1 nömrəli razılaşmaya” 1 saylı Əlavənin 1.1-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli, TZM0022010/1 saylı sifariş maliyyələşdirilməsi və tələbin güzəştinə dair razılaşma üzrə faiz ödənişlərinin müddətin sonuna keçirilməsi şərti ilə və Razılaşmanın müddəti xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə kimi uzadılmış, razılaşmanın digər şərtləri dəyişdirilmədən saxlanılmışdır.
5. xx.xx.2022-ci il tarixli TZM0022010 nömrəli tələb hüququnun girov müqaviləsinin 1.1-ci maddəsinə əsasən İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, TZM0022010 saylı Maliyyələdirmə limiti müqaviləsi üzryaranmış öhdəliklərinin təminatı olaraq yüklülük sahibinin xeyrinə girov qoyur. Yüklülük verən eyni zamanda kredit müqaviləsi üzrə borc alandır. Həmin müqavilənin: 2.1-ci maddəsinə əsasən girov predmeti yüklülük verən ilə borcalanın tərəfdaşı arasında bağlanmış xx.xx.2022-ci il tarixli KOL-SY-SC-268 saylı müqavilə üzrə borcalanın tərəfdaşının borcalan qarşısında yaranmış debitor borcunun maliyyələşdirilməsi məqsədilə verilir. 3-cü maddəsinə əsasən yüklülük sahibinin girovla təmin edilən tələblərinə 950000 USD təşkil edən kredit limiti məbləği, 7 ayadək, 6 ay güzəşt müddəti təşkil edən kreditin qaytarılma müddəti, 5% təşkil edən kredit üzrə ödəniləcək faiz dərəcəsi, 0,5% təşkil edən kreditin qaytarılmasının gecikdirildiyi halda dəbbə pulu kimi ödəniləcək gündəlik faiz dərəcəsi, müqavilənin 3.1.3-cü maddəsində göstərilən faiz dərəcəsinin 2 qatı həcmində, yəni 10% təşkil edən kreditin qaytarılmasının gecikdirildiyi halda ödəniləcək illik faiz dərəcəsi daxildir.
6. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, TZM0022010 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, TZM0022010 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.
7. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, TZM0022017 nömrəli Maliyyələşdirmə limiti müqaviləsindən görünür ki, Cavabdeh1 MMCyə bankdan 60 ay müddətinə, illik faiz dərəcəsi 8% olmaqla, 950000 ABŞ dolları məbləğində kredit limiti müəyyənləşdirilmişdir.
8. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, TZM0022017/1 nömrəli Maliyyələşdirmə limiti müqaviləsi üzrə sifariş maliyyələşdirilməsinə və tələbin güzəştinə dair razılaşmaya əsasən Cavabdeh1 MMC-yə İllik faiz dərəcəsi 5% olmaqla 950000 ABŞ dolları kredit verilmişdir. Kreditin son ödəniş tarixi xx.xx.2023-cü ildir. Razılaşmanın: 11-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişin gecikdirildiyi hər gün üçün 0,1% cərimə ödəniləcəkdir.
9. xx.xx.2022-ci il tarixli TZM0022017/1 nömrəli tələb hüququnun girov müqaviləsinin 1.1-ci maddəsinə əsasən İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, TZM0022017 saylı Maliyyələdirmə limiti müqaviləsi üzrə yaranmış öhdəliklərinin təminatı olaraq yüklülük sahibinin xeyrinə girov qoyur. Yüklülük verən eyni zamanda kredit müqaviləsi üzrə borc alandır. Həmin müqavilənin: 2.1-ci maddəsinə əsasən girov predmeti yüklülük verən ilə borcalanın tərəfdaşı arasında bağlanmış xx.xx.2022-ci il tarixli KOL-SY-SC-268 saylı müqavilə üzrə borcalanın tərəfdaşənən borcalan qarşısında yaranmış debitor borcunun maliyyələşdirilməsi məqsədilə verilir. 3-cü maddəsinə əsasən yüklülük sahibinin girovla təmin edilən tələblərinə 950000 USD təşkil edən kredit limiti məbləği, 6 ayadək, 5 ay güzəşt müddəti təşkil edən kreditin qaytarılma müddəti, 5% təşkil edən kredit üzrə ödəniləcək faiz dərəcəsi, 0,5% təşkil edən kreditin qaytarılmasının gecikdirildiyi halda dəbbə pulu kimi ödəniləcək gündəlik faiz dərəcəsi, müqavilənin 3.1.3-cü maddəsində göstərilən faiz dərəcəsinin 2 qatı həcmində, yəni 10% təşkil edən kreditin qaytarılmasının gecikdirildiyi halda ödəniləcək illik faiz dərəcəsi daxildir.
10. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, TZM0022017 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, TZM0022017 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.
11. İddiaçı ASC-nin Cavabdeh1 MMC və Cavabdeh2 ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, borcun 3 (üç) iş gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə borcun tutulması üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/3860 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 MMC-nin banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2022- ci il tarixli, TZM0022010/1 saylı sifariş maliyyələşdirilməsinə və tələbin güzəştinə dair razılaşmanın və xx.xx.2023-cü il tarixli 1 saylı Əlavənin şərtləri nəzərə alınmaqla "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixə 950000 ABŞ dolları əsas borc, 15691,37 faiz borcu olmaqla, ümumilikdə 965691,37 ABŞ dolları, xx.xx.2024-cü il tarixə və xx.xx.2024-cü il tarixə banka olan borcu 200976,66 ABŞ dolları təşkil edir. Ekspert rəyindən müəyyən olunur ki, Cavabdeh1 MMC-nin banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2022-ci il tarixli, TZM0022017/1 saylı sifariş maliyyələşdirilməsinə və tələbin güzəştinə dair razılaşmanın və xx.xx.2023-cü il tarixli 1 saylı Əlavənin şərtləri nəzərə alınmaqla Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixə 950000 ABŞ dolları əsas borc, 15827,48 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 965827,48 ABŞ dolları, xx.xx.2024-cü il tarixə və xx.xx.2024-cü il tarixə 205555,32 ABŞ dolları təşkil edir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, TZM0022017/1 saylı sifariş maliyyələşdirilməsinə və tələbin güzəştinə dair razılaşmanın və xx.xx.2023-cü il tarixli 1 saylı Əlavənin şərtlərində cərimə faizlərinin hesablanması qaydaları və təqdim edilmiş hesabdan çıxarış məlumatlarında bank tərəfindən cərimənin hesablanması öz əksini tapmadığından cərimə borcu müəyyən edilməmişdir.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/7377 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 MMC-nin banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2022- ci il tarixli, TZM0022010/1 saylı sifariş maliyyələşdirilməsinə və tələbin güzəştinə dair razılaşmanın və xx.xx.2023-cü il tarixli 1 saylı Əlavənin şərtləri nəzərə alınmaqla "xxxx" MMC-nin banka olan borcu xx.xx.2024-cü il tarixə 200976,66 ABŞ dolları əsas borc, əldən çıxmış fayda borcu illik 5%-lə 34390,72 ABŞ dolları, xx.xx.2024- cü il tarixə banka olan borcu 200976,66 ABŞ dolları əsas borc, əldən çıxmış fayda borcu illik 5%-lə 36344,66 ABŞ dolları təşkil edir. Ekspert rəyindən müəyyən olunur ki, "xxxx" MMC-nin banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2022-ci il tarixli, TZM0022017/1 saylı sifariş maliyyələşdirilməsinə və tələbin güzəştinə dair razılaşmanın və xx.xx.2023-cü il tarixli 1 saylı Əlavənin şərtləri nəzərə alınmaqla Cavabdeh1 MMC-nin xx.xx.2024-cü il tarixə 205555,32 ABŞ dolları əsas borc, əldən çıxmış fayda borcu illik 5%-lə 34901,35 ABŞ dolları, xx.xx.2024-cü il tarixə 205555,32 ABŞ dolları əsas borc, əldən çıxmış fayda borcu illik 5%- lə 36899,8 ABŞ dolları təşkil edir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, TZM0022017/1 saylı sifariş maliyyələşdirilməsinə və tələbin güzəştinə dair razılaşmanın və xx.xx.2023-cü il tarixli 1 saylı Əlavənin şərtlərində cərimə fazilərinin hesablanması qaydaları və təqdim edilmiş hesabdan çıxarış məlumatlarında bank tərəfindən cərimənin hesablanması öz əksini tapmadığından cərimə borcu müəyyən edilməmişdir.
14. Birinci instansiya məhkəməsindəki icraat:
15. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 Məhud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh2 29 iyun 2022-ci il tarixli, TZM0022010/1 saylı kredit müqaviləsi üzrə əsas borca görə 250903,35 ABŞ dolları, faiz borcuna görə 2927,4 ABŞ dolları, dəbbə pulu borcuna görə 45359,09 ABŞ dolları, cəmi 299189,84 ABŞ dolları, 28 sentyabr 2022-ci il tarixli, TZM0022017/1 saylı kredit müqaviləsi üzrə əsas borca görə 250903,36 ABŞ dolları, faiz borcuna görə 2927,4 ABŞ dolları, dəbbə pulu borcuna görə 47509,17 ABŞ dolları, cəmi 301339,93 ABŞ dolları və dövlət rüsumu kimi ödənilmiş 1301 manat pulun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdeh "xxxx" MMC (əvvəlki "xxxx" MMC) arasında bağlanmış 23 iyun 2022-ci il tarixli, TZM0022010 saylı, 60 ay müddətinə bağlanmış maliyyələşdirmə limiti müqaviləsi çərçivəsində xx.xx.2022-ci il tarixdə imzalanmış TZM0022010/1 saylı sifariş maliyyələşdirilməsinə və tələbin güzəştinə dair Razılaşmaya əsasən illik 5% dərəcəsi olmaqla xx.xx.2023-cü il tarixində son icra müddəti göstərilməklə 950000 ABŞ dolları məbləğində Bank vəsaiti vasitəsilə cavabdehin sifarişi maliyyələşdirilmişdir (Razılaşmanın 3,4,5-cimaddələri). Həmin Razılaşma üzrə öhdəliklərin son icra müddətinin vaxtı tərəflərin razılığı ilə xx.xx.2023-cü ilə qədər uzadılmışdır. İddiaçı ASC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 27 sentyabr 2022-ci il tarixli, TZM0022017 saylı, 60 ay müddətinə bağlanmış maliyyələşdirmə limiti müqaviləsi çərçivəsində xx.xx.2022-ci il tarixdə imzalanmış TZM0022017/1 saylı sifariş maliyyələşdirilməsinə və tələbin güzəştinə dair Razılaşmaya əsasən illik 5 % dərəcəsi olmaqla xx.xx.2023-cü il tarixində son icra müddəti göstərilməklə 950000 ABŞ dolları məbləğində Bank vəsaiti vasitəsilə cavabdehin sifarişi maliyyələşdirilmişdir. Həmin müqavilələr üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq İddiaçı ASC ilə digər Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələr üzrə zamin 29 iyun 2022-ci il tarixli, TZM0022010/1 saylı və xx.xx.2022-ci il tarixli, TZM0022017/1 saylı Razılaşmalar üzrə öhdəliklər tam icra olunana qədər borclu ilə birlikdə məsuliyyət daşıyır. 29 iyun 2022- ci il tarixli, TZM0022010/1 saylı və xx.xx.2022-ci il tarixli, TZM0022017/1 saylı Razılaşma müqaviləsinin şərtlərinə görə cavabdehlər kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə "xxxx" MMC-yə və Cavabdeh2 dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışlar. Sonuncu dəfə xəbərdarlıq edilməklə xx.xx.2024-cü il tarixdə cavabdehlərə müvafiq qaydada bildiriş çatdırılmışdır. Təqdim olunan maliyyə arayışına əsasən cavabdehlərin xx.xx.2024-cü il tarixinə 29 iyun 2022-ci il tarixli, TZM0022010/1 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borca görə 250903,35 ABŞ dolları, faiz borcuna görə 2927,4 ABŞ dolları, dəbbə pulu borcuna görə 45359,09 ABŞ dolları, borcun cəmi məbləği 299189,84 ABŞ dolları təşkil edir. Təqdim olunan maliyyə arayışına əsasən cavabdehlərin xx.xx.2024-cü il tarixinə 28 sentyabr 2022-ci il tarixli, TZM0022017/1 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borca görə 250903,36 ABŞ dolları, faiz borcuna görə 2927,4 ABŞ dolları, dəbbə pulu borcuna görə 47509,17 ABŞ dolları, borcun cəmi məbləği 301339,93 ABŞ dolları təşkil edir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 279, 295, 385.1, 427.3, 442, 445.1, 445.2.1, 449.1, 449.2, 449.3, 472.1-ci maddələrinə istinad olunmuşdur.
17. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada, 29 iyun 2022-ci il tarixli TZM0022010/1 saylı kredit müqaviləsi üzrə əsas borca görə 229406,48 ABŞ dolları, illik 5%-lə faiz borcuna görə 36974,27 ABŞ dolları, dəbbə pulu borcuna görə 45359,09 ABŞ dolları, cəmi 311739,84 ABŞ dolları, 28 sentyabr 2022-ci il tarixli, TZM0022017/1 saylı kredit müqaviləsi üzrə əsas borca görə 229756,57 ABŞ dolları, illik 5%-lə faiz borcuna görə 36974,27 ABŞ dolları, dəbbə pulu borcuna görə 47509,17 ABŞ dolları, cəmi 314240,01 ABŞ dolları və dövlət rüsumu kimi ödənilmiş 1301 manat pulun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 2418/2024 saylı qətnaməsi ilə iddia qismən edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2022-ci il tarixli, TZM0022010/1 saylı kredit müqaviləsi üzrə 200976,66 ABŞ dolları əsas borc, illik 5 faizlə hesablanan 36344,66 ABŞ dolları, 10000 ABŞ dolları cərimə olmaqla, cəmi 247321,32 ABŞ dolları ; xx.xx.2022-ci il tarixli, TZM0022017/1 saylı kredit müqaviləsi üzrə 205555,32 ABŞ dolları əsas borc, illik 5 faizlə hesablanan 36899,80 ABŞ dolları, 10000 ABŞ dolları cərimə olmaqla, cəmi 252455,12 ABŞ dolları, ümumilikdə 499776,44 ABŞ dolları məbləğində pul vəsaiti manatın ödəniş gününə məzənnə nisbəti ilə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1042 manat İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
19. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbinin bir hissəsini cavabdеhlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada iddiaçının хеyrinə 29 iyun 2022-ci il tarixli, TZM0022010/1 saylı kredit müqaviləsi üzrə əsas borca görə 229406,48 ABŞ dolları, 28 sentyabr 2022-ci il tarixli, TZM0022017/1 saylı kredit müqaviləsi üzrə əsas borca görə 229756,57 ABŞ dolları məbləğində pulun tutulması təşkil edir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zamin) müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/3860 saylı ekspert rəyini nəzərə alaraq hesab etmişdirr ki, iddia tələbi əsas borcun tutulması hissəsində qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 birgə qaydada xx.xx.2022-ci il tarixli, TZM0022010/1 saylı kredit müqaviləsi üzrə 200976,66 ABŞ dolları əsas borc, xx.xx.2022-ci il tarixli, TZM0022017/1 saylı kredit müqaviləsi üzrə 205555,32 ABŞ dolları (iki yüz beş min beş yüz əlli beş dollar otuz iki sent) əsas borc məbləği iddiaçının xeyrinə tutulmalı, əsas borcun tutulmasına dair iddia tələbi qalan hissədə təmin olunmamalıdır. İddia tələbinin bir hissəsini də 29 iyun 2022-ci il tarixli TZM0022010/1 saylı kredit müqaviləsi üzrə illik 5 (beş) faizlə hesablanan 36974,27 ABŞ dolları, 28 sentyabr 2022-ci il tarixli, TZM0022017/1 saylı kredit müqaviləsi üzrə illik 5 faizlə hesablanan 36974,27 ABŞ dolları məbləğində pulun tutulması təşkil edir. Məhkəmə ekspert rəyini nəzərə alaraq hesab etmişdir ki, iddia həmin hissədə qismən təmin olunmalı, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 birgə qaydada 29 iyun 2022-ci il tarixli TZM0022010/1 saylı kredit müqaviləsi üzrə illik 5 (beş) faizlə hesablanan 36344,66 ABŞ dolları, 28 sentyabr 2022-ci il tarixli, TZM0022017/1 saylı kredit müqaviləsi üzrə illik 5 (beş) faizlə hesablanan 36899,80 ABŞ dolları məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, qalan hissədə təmin olunmamalıdır. İddia tələbinin digər hissəsini cavabdеhlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada 29 iyun 2022-ci il tarixli, TZM0022010/1 saylı kredit müqaviləsi üzrə dəbbə pulu borcuna görə 45359,09 ABŞ dolları, 28 sentyabr 2022-ci il tarixli, TZM0022017/1 saylı kredit müqaviləsi üzrə dəbbə pulu borcuna görə 47509,17 ABŞ dolları manat məbləğində cərimə borcunun tutulması təşkil edir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab etmişdir ki, cavabdehlər tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən müştərək qaydada tutulacaq cərimə məbləği azaldılaraq cavabdehlərdən birgə qaydada xx.xx.2022- ci il tarixli, TZM0022010/1 saylı kredit müqaviləsi üzrə 10000 ABŞ dolları cərimə olmaqla, xx.xx.2022-ci il tarixli, TZM0022017/1 saylı kredit müqaviləsi üzrə 10000 ABŞ dolları məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. Eləcə də, iddiaçı dövlət rüsumu kimi ödənilmiş 1301 manatın cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir. Məhkəmə hesab etmişdir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq dövlət rüsumunun əvəzi olaraq 1042 manat iddiaçının xeyrinə cavabdehlərdən tutulmalıdır. Həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 400 manat məbləğində pulun 320,40 manat manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, 79,60 manat hissəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir
20. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
21. İddiaçı ASC həmin qətnamədən apellyasiya şikayəti verərək iddia tələbinin təmin edilmədiyi hissədə dəyişdirilməsini, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
22. Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin qətnaməsi ilə iddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsi və Mülki Prosessual Məcəlləsindən irəli gələn maddi və prosessual hüquqları pozulmuş, həmçinin iş üzrə həqiqi hallar və tərəflərin qarşılıqlı münasibətləri hərtərəfli araşdırılmamışdır Belə ki, iddiaçı tərəfindən borc məbləğlərinin hansı qaydada hesablandığı, həqiqətən də məbləğlərin düzgün olub-olmaması faktı aydınlaşdırılmamışdır. Odur ki, iddia verilərkən iddiaçı tərəfindən borc məbləğlərinin hansı qaydada hesablandığı, həqiqətən də məbləğlərin düzgün olub-olmaması faktı sübuta yetirilmir. Belə olan halda isə işdə cavabdeh olan Cavabdeh2 hüquqları kobud şəkildə pozulmuşdur.
23. İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqdim olunan maliyyə arayışına əsasən cavabdehlərin xx.xx.2024-cü il tarixinə 28 sentyabr 2022-ci il tarixli, TZM0022017/1 saylı kredit müqaviləsi üzrəborcunun məbləği əsas borca görə 250903,36 ABŞ dolları, faiz borcuna görə 2927,4 ABŞ dolları, dəbbə borcuna görə 47509,17 ABŞ dolları, borcun cəmi məbləği 301339,93 ABŞ dollarıtəşkiledirdi. Lakin sonradaniş üzrə Məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertin xx.xx.2024-cü iş tarixli rəyinə əsasən hər iki razılaşma üzrə əsas borc azaldılmış, faiz borcları isə silinmişdir. Ekspertin rəyi ilə razı deyillər və hesab edirlər ki, məhkəməyə təqdim etdikləri son ərizə əsasında 29 iyun 2022-ci il tarixli, TZM0022010/1 saylı kredit müqaviləsi üzrə əsas borca görə 229406,48 ABŞ dolları, illik 5%-lə faiz borcuna görə 36974,27 ABŞdolları, dəbbə borcuna görə 45359,09 ABŞ dolları, cəmi 311739,84 ABŞ dolları, 28 sentyabr 2022-ci il tarixli, TZM0022017/1 saylı kredit müqaviləsiüzrə əsas borca görə 229756,57 ABŞ dolları, illik 5%-lə faiz borcuna görə 36974,27 ABŞ dolları, dəbbə borcuna görə 47509,17 ABŞ dolları, cəmi 314240,01 ABŞ dolları və dövlət rüsumu kimi ödənilmiş 1301 manat pul cavabdehlərdən tutularaq İddiaçıASC-yə verilməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
24. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
25. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq:
26. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -445.7-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. -470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. -mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. -mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.
27. Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Apellyasiya baxışının hədləri:
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
30. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamə iddianın təmin edilmiş hissəsində, iddiaçı tərəfindən isə iddianın rədd edilmiş hissəsində mübahisələndirilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslılığı tam olaraq yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
32. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, TZM0022010 nömrəli Maliyyələşdirmə limiti müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 MMC-yə 60 ay müddətinə, illik faiz dərəcəsi 8% olmaqla, 1.520.000 ABŞ dolları məbləğində kredit limiti açılmışdır. Həmin müqavilə çərçivəsində bağlanmış xx.xx.2022-ci il tarixli, TZM0022010/1 nömrəli sifariş maliyyələşdirilməsinə və tələbin güzəştinə dair razılaşmaya əsasən iddiaçı tərəfindən Cavabdeh1 MMC-yə illik faiz dərəcəsi 5% olmaqla 950.000 ABŞ dolları kredit verilmişdir. Bundan əlavə İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, TZM0022017 nömrəli Maliyyələşdirmə limiti müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 MMC-yə 60 ay müddətinə, illik faiz dərəcəsi 8% olmaqla, 950.000 ABŞ dolları məbləğində kredit limiti ayrılmışdır. Həmin müqavilə çərçivəsində bağlanmış xx.xx.2022-ci il tarixli, TZM0022017/1 saylı sifariş maliyyələşdirilməsinə və tələbin güzəştinə dair razılaşmaya əsasən iddiaçı tərəfindən Cavabdeh1 MMC-yə illik faiz dərəcəsi 5% olmaqla 950000 ABŞ dolları kredit verilmişdir. Sözügedəm maliyyələşdirmə limiti müqavilələri üzrə kredit alanın öhdəliklərinin təminatı olaraq digər Cavabdeh2 ilə zaminlik müqavilələri bağlanmışdır.
33. Hazırkı halda iddiaçı xx.xx.2022-ci il tarixli, TZM0022010/1 nömrəli və xx.xx.2022-ci il tarixli, TZM0022017/1 saylı maliyyələşdirməyə dair razılaşmalara əsasən borcun (əsas, dəbbə pulu və beş faiz) cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada tutulmasını tələb edir.
34. Kollegiya ilk növbədə qeyd edir ki, tərəflər arasında bağlanmış maliyyələşdirməyə dair razılaşmalarda iddiaçı tərəfindən cavabdehə kreditdən istifadəsinə görə faizlər ödənilməsi şərtilə kredit verilməsi, cavabdeh tərəfindən isə kredit məbləğinin faizlərlə birlikdə ödəniş qrafiki uyğun qaytarılması nəzərdə tutulduğundan həmin razılaşmalar həmin mahiyyət etibarilə kredit müqavilələridir. Odur ki, həmin müqavilələr üzrə borcun tutulması tələbinə Mülki Məcəllənin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş borc və kredit müqavilələrini tənzimləyən normaları tətbiq edilməlidir.
35. Hazırda işin mübahisəli halı kredit müqavilələri üzrə borcun (əsas, 5 faiz və dəbbə pulunun) məbləği ilə bağlıdır. Belə ki, hər iki tərəf birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş borc məbləğləri ilə razılaşmadığını bildirir.
36. Kollegiya qeyd edir ki, kredit müqavilələri üzrə borcun məbləğinin müəyyən edilməsi məqsədilə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və ekspert rəyi ilə xx.xx.2022- ci il tarixli, TZM0022010/1 saylı sifariş maliyyələşdirilməsinə və tələbin güzəştinə dair razılaşmanın və xx.xx.2023-cü il tarixli 1 saylı Əlavənin şərtləri nəzərə alınmaqla "xxxx" MMC-nin banka olan əsas borcunun xx.xx.2024-cü il tarixə 200976,66 ABŞ dolları, əldən çıxmış fayda borcunun illik 5%-lə 36344,66 ABŞ dolları təşkil etməsi, xx.xx.2022- ci il tarixli, xx.xx.2022ci il tarixli, TZM0022017/1 saylı sifariş maliyyələşdirilməsinə və tələbin güzəştinə dair razılaşmanın və xx.xx.2023-cü il tarixli 1 saylı Əlavənin şərtləri nəzərə alınmaqla "xxxx" MMC-nin banka olan əsas borcunun xx.xx.2024-cü il tarixə 205555,32 ABŞ dolları, əldən çıxmış fayda borcu illik 5%-lə 36899,8 ABŞ dollarının təşkil etməsi müəyyən etmişdir.
37. Məhkəmə kollegiyası hesab edir ki, hər iki tərəf məhkəmənin müəyyənləşdirdiyi borc məbləğləri ilə razılaşmamaqla faktiki olaraq həmin borc məbləğlərinin əsasında müəyyən edildiyi ekspert rəyini mübahisələndirmiş, lakin həmin rəyin əsassızlığına dəlalət edən konkret hallara (məsələn, bəzi ödənişlərin nəzərə alınmamasına, ödənişlərin borclardan düzgün silinməməsinə və s.) istinad etməmişdir. Odur ki, kollegiya hesab edir ki, məhkəmənin həmin rəylə razılaşmaması üçün əsas olmadığından birinci instansiya məhkəməsi əsas borcun və müqavilə müddəti bitdiyi tarixdən sonrakı müddət üçün illik 5% məbləğində faizləri həmin rəy əsasında müəyyənləşdirməkdə haqlı olmuşdur. İddianın dəbbə pulu tutulması hissəsinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi kreditin qaytarılması öhdəliyinin gecikdirilməsinə görə mübahisəli müqavilələrin hər biri üzrə cavabdehlərən tutulacaq dəbbə pulu məbləğini 10.000 ABŞ dolları məbləğində müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri, əsas borcun məbləğini nəzərə almışdır. Odur ki, həmin hissədə də məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır.
38. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə söykənməklə qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas vermir.
39. Beləliklə, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Apellyasiya şikayətləri təmin edilmədiyindən MPM-in 119.5-ci maddəsinin tələblərinə əsasən həmin şikayətlər verilməsinə görə ödənilmiş dövlət rüsumları apellyatorlara özünə aid edilməlidir.
41. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı ASC və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2030/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsinə görə ödənilmiş dövlət rüsumları apellyatorlara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov