Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-394/2023 19.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “kredit borcunun tutulması” tələbinə dair Açar söz: kredit borcunun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabeh və Cavabdeh3 nümayəndəsi Cavabdeh2 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 (borcalan), Cavabdeh3 və Cavabdeh1 (zaminlər) qarşı “kredir borcunun tutulması” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)-447/2023 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 11-MZ-1-0-267- 20 nömrəli kreditin verilməsinə dair müqaviləyə əsasən iddiaçı cavabdehə 13000 manat məbləğində biznes məqsədilə kredit verməyi üzərinə götürmüşdür.
2. Müqaviləyə xx.xx.2020-ci il tarixli 1 saylı əlavədə cavabdeh tərəfindən aylar üzrə ödənilməli məbləğlər əksini tapmışdır.
3. İddiaçı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 11-MZ2-1-0-267-20 saylı kredit müqaviləsinə əsasən 12870 manat pul verilmişdir.
4. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 11-MZ2-1-0-267- 20 nömrəli zaminlik müqaviləsinə əsasən bu müqavilənin predmeti xx.xx.2020-ci il tarixli 11-MZ2-1-0-267-20 saylı kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin öz üzərinə götürməsidir.
5. İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 11-MZ2-1-0-267- 20 nömrəli zaminlik müqaviləsinə əsasən bu müqavilənin predmeti xx.xx.2020-ci il tarixli 11-MZ2-1-0-267-20 saylı kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarısında öz öhdəliklərinin tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti zaminin öz üzərinə götürməsidir.
6. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli xx.xx.2020-ci il tarixli 11-MZ-1-0-267-20 saylı kredit müqaviləsinə 1 nömrəli Əlavə sazişə əsasən müqavilə üzrə kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla 13442,56 manat təşkil edir.
7. İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli xx.xx.2020-ci il tarixli 11-MZ-1-0-267-20 saylı zaminlik müqaviləsinə 1 nömrəli Əlavə sazişə əsasən müqavilə üzrə kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla 13442,56 manat təşkil edir.
8. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli xx.xx.2020-ci il tarixli 11-MZ-1-0-267-20 saylı kredit müqaviləsinə 1 nömrəli Əlavə sazişə əsasən müqavilə üzrə kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla 14058,87 manat təşkil edir.
9. İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli xx.xx.2020-ci il tarixli 11-MZ-1-0-267-20 saylı zaminlik müqaviləsinə 1 nömrəli Əlavə sazişə əsasən müqavilə üzrə kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla 14058,87 manat təşkil edir.
10. İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh2 əsas borcu 14058,87 manat, faiz borcu 7221,89 manat, cərimə borcu isə 3558,73 manat təşkil edir. Arayışda qeyd edilmişdir ki, borcalan əsas borc üzrə 429,14 manat, faiz üzrə 805,57 manat ödəniş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı ASC cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 12 fevral 2020-ci il tarixli kredit müqaviləsi üzrə 14058,87 manat əsas borc, 7221,89 manat faiz borcu, 3558,73 manat cərimə borcu və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək illik 5 faizlə hesablanmış 109,2 manat əldən çıxmış fayda borcu olmaqla, ümumilikdə 24948,69 manat kredit borcunun və ödənilmiş 200 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 12 fevral 2020-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçıdan illik 25 faizlə 24 ay müddətinə 13000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh3 və Cavabdeh1 ilə xx.xx.2020-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli Əlavə Sazişlərə əsasən kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla 14058.87 AZN məbləğində müəyyən edilmiş, qaytarılma müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir. 2022-ci il oktyabr ayının 18-dək Cavabdeh2 banka 12 fevral 2020-ci il tarixli kredit müqaviləsi üzrə 14058.87 manat əsas, 7221.89 manat faiz borcu, 3558.73 manat cərimə borcu və kredit müqaviləsinin bitdiyi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 109.2 manat məbləğində pul olmaqla, ümumilikdə cəmi 24948.69 manat kredit borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər borcu ödəməkdən boyun qaçırırlar. İddiaçı cavabadehlərlə aralarında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş, lakin tərəflər arasında razılıq əldə olunmamışdır.
13. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-447/2023 saylı qətnaməsi ilə (hakim Ülkər Həsənova) iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 14058,87 (on dörd min əlli səkkiz manat səksən yeddi qəpik) manat məbləğində kredit bоrcu, 7221,89 (yeddi min iki yüz iyirmi bir manat səksən doqquz qəpik) manat məbləğində faiz bоrcu və 700 (yeddi yüz) manat cərimə, illik 5 faizlə hesablanmış 109,2 (bir yüz doqquz manat iyirmi qəpik) manat faiz borcu, ümumilikdə 22089,96 (iyirmi iki min səksən doqquz manat doxsan altı qəpik) manat, ödənilmiş 200 (iki yüz) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir.
14. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya kredit və zaminlik müqavilələri və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
15. Məhkəmə cavabdehlərin kredit və zaminlik müqavilərinə əsasən üzərlərinə götürdükləri öhdəlikləri tam icra etmədiklərini, nəticədə onların həmin müqavilə üzrə iddiaçıya 14058,87 manat əsas borcunun, 7221,89 manat faiz borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia həmin hissədə təmin edilməli, cavabdehlərdən 14058,87 manat əsas borc, 7221,89 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.
16. Məhkəmə hesab etmişdir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdehlər tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır.
17. Məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borcluların əsaslı mənafelərini nəzərə alaraq hesab etmişdir ki, cavabdehlərdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehlərdən tutulacaq cərimə 700 manat məbləğində müəyyən edilməlidir.
18. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014- cü il 24 dekabr tarixli qərarına istinad edərək qeyd etmişdir ki,borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan və cavabdehlərin özləri tərəfindən də təkzib edilmədiyindən, məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının tələbi illik 5 faizlə hesablanmış 109,2 manat əldən çıxmış faydanın tutulması hissəsində də əsaslıdır. Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
19. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-447/2023 saylı qətnaməsinin ləğv edilməsi və İddiaçı ASC-nin pul tələbinə dair iddiasının rədd edilməsininə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslanmışdır ki, məhkəmə iddia tələbinin qismən təmini nəticəsinə gəlsə də qətnamədə heç bir əsaslandırıcı sübut göstərməmişdir. məhkəmə işi mühasibatlıq ekspertizasına göndərməmişdir. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin kredit gecikdirmələrinin hesablanmasına dair qərarında faiz dərəcəsinin hesablanma qaydasını qeyd etmişdir. Məhkəmə kredit müqaviləsi üzrə hesablamalar apararkən 24 ay müddətinə bağlanmış müqavilədə 12 fevral 2022-ci il tarixdən xx.xx.2023-cü ilə kimi faiz və əlavə pulları hesablamaqda mühasibatlıq eksperti olmadığı görünür. Yuxarıda göstərilənlərə əsasən hesab edirik ki, Bakı Komersiya Məhkəməsi işin faktiki hallarını və qanunvericiyin tələblərini nəzərə almadan qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə göstərilən qərarın tələblərinə əməl etməyərək nəticədə cavabdehlərin hüquqlarıni pozmuşdur. Konstitusiya məhkəməsinin Bankların kredit müqaviləsi üzrə faizlər hesablamasınasına dair şərhində müqavilənin bitmə tarixnə qədər faiz hesablaması göstərilmişdir. Məhkəmə İddiaçı ASC-nin pul tələbi barədə iddiası üzrə işi araşdıarkən mühasibatlıq ekspertinin səlahiyyətlərini mənimsəmişdir.24 ay müddətinə bağlanmış müqavilə üzrə Bankın tələbi olan 33 ay faiz və əlavə hesablamaları təmin etmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Cavabdeh və Cavabdeh3 nümayəndəsi Cavabdeh2 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
22. İddiaçının nümayəndəsi X1 məhkəmə iclasında iştirak edərək apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
23. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər. 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. ... 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...” 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
24. Qətnamə Cavabdeh2 tərəfindən qismən – iddianın təmin edildiyi hissədə mübahisələndirildiyindən qismən yoxlanılır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi
25. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-447/2023 saylı qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 6.675,16 manat faiz borcu tutulmalıdır.
26. İş materiallarından görünür ki, Cavabdeh2 ilə İddiaçı ASC arasında xx.xx.2020ci il tarixdə kredit müqaviləsinə əlavə imzalanmış, kredit üzrə borc məbləği 14058,87 manat müəyyən olunmaqla yeni ödəniş qrafiki tərtib edilmiş, kredit qaytarılma müddəti xx.xx.2022-ci il tarixədək (23 ay) müəyyən edilmişdir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdəki hesabdan çıxarışa əsasən həmin tarixdən sonra borcalan tərəfindən əsas borc üzrə hər hansı ödəniş edilmədiyindən qalıq kredit borcunun hesablanması üçün xüsusi biliyə ehtiyac olmadığı üçün birinci instansiya məhkəməsi mühasibatlıq ekspertizası təyin etməməklə hər hansı pozuntuya yol verməmiş, əsas borcun məbləğini düzgün müəyyən etmişdir. Bundan əlavə işdən görünür ki, cavabdeh işə birinci instansiya qaydasında baxılarkən məhkəmə iclaslarında iştirak etmiş, məhkəməyə borcun məbləğinin düzgün hesablanmadığına dair etiraz bildirməmiş, maddi imkanı olmadığından borcu hissə-hissə ödəyəcəyini bildirmişdir.
28. Lakin məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərdən öhdəliyin icra müddəti bitdiyi tarixədək tutulmalı olan faiz borcunun məbləği məhkəmə tərəfindən düzgün müəyyən edilməmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, kredit öhdəliyinin bitmə tarixinə borclalan tərəfindən ödənilməli məbləğ 6675,16 manat olmuşdur. İddiaçı isə iddia ərizəsində cavabdehlərdən xx.xx.2022-ci il tarixə hesablanmış 7221,89 manat faiz tutulmasını tələb etmiş, məhkəmə iddiaçının eyni zamanda illik 5 faizlə faiz tələb etdiyini nəzərə almadan bu tələbi təmin etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən qətnamə faiz borcu hissəsində dəyişdirilərək cavabdehlərdən iddiaçının xeyrinə 6.675,16 manat faiz borcu tutulmalıdır.
29. Kredit müqaviləsinin 11-ci bəndində kredit öhdəliyinin icrasının gecikdirilməsinə görə cərimə nəzərdə tutulduğundan (72 faiz) və məhkəmə tərəfindən tutulmuş 700 manat cərimə məbləği (əsas borcun 5%) ağlabatan və formalaşmış məhkəmə təcrübəsinə olduğundan həmin hissədə iddianın rədd edilməsi üçün əsaslar müəyyən edilmir.
30. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, pul öhdəliyinin icrasının gecikdirilməsinə görə cavabdehlərdən illik 5 %-lə əldən çıxmış faydanın tutulması MM-nin 445.7-ci maddəsinin tələbinə uyğun olduğundan qətnamə həmin hissədə də dəyişdirilmədən saxlanılmalıdır.
31. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 447/2023 saylı qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 6.675,16 manat faiz borcu tutulmalıdır.
32. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-447/2023 saylı qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 6.675,16 manat faiz borcu tutulsun. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə cavabdehlər tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.