Məhkəmə qərarları › İş №2-2(103)-396/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-396/2023

11.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-396/2023 11.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2nə və Qanuni nümayəndə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-172/2023 saylı qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2020-ci il tarixində EXPF0156 saylı Faktorinq limiti müqaviləsi və həmin müqaviləyə xx.xx.2020-ci il tarixli 01 №-li, xx.xx.2021-ci il tarixli 02 №-li əlavə imzalanmış, Bank tərəfindən borcalana 01 №-li əlavəyə əsasən 116 000 manat, 02 №-li əlavəyə əsasən 190000 manat məbləğində faktorinq limiti ayrılmışdır. Sonradan tərəflər arasında EXPF0156 saylı faktorinq limiti müqaviləsi çərçivəsində xx.xx.2021-ci il tarixli EXPF0156/18 saylı maliyyələşdirmə üçün ərizə (faktorinq əməliyyatı üzrə) imzalanmış, Bank tərəfindən Borcalana xx.xx.2021-ci il tarixinədək, illik faiz dərəcəsi 12,5%, müddətin bitmə tarixindən sonra gecikdirilmiş əsas məbləğə hesablanan illik cərimə faizi 27,5%, günlük cərimə faizi 0,0763% olmaqla, 53504,76 manat məbləğində vəsait ayrılmış, xx.xx.2021-ci il tarixli EXPF0156/19 saylı maliyyələşdirmə üçün ərizə (faktorinq əməliyyatı üzrə) imzalanmış, Bank tərəfindən Borcalana xx.xx.2021-ci il tarixinədək, illik faiz dərəcəsi 13,5%, müddətin bitmə tarixindən sonra gecikdirilmiş əsas məbləğə hesablanan illik cərimə faizi 28,5%, günlük cərimə faizi 0,0792% olmaqla, 48187,15 manat məbləğində vəsait ayrılmış, xx.xx.2021-ci il tarixli EXPF0156/20 saylı maliyyələşdirmə üçün ərizə (faktorinq əməliyyatı üzrə) imzalanmış, Bank tərəfindən Borcalana xx.xx.2021-ci il tarixinədək, illik faiz dərəcəsi 13,5%, müddətin bitmə tarixindən sonra gecikdirilmiş əsas məbləğə hesablanan illik cərimə faizi 28,5%, günlük cərimə faizi 0,0792% olmaqla, 49048,87 manat məbləğində vəsait ayrılmışdır.

2. İddiaçı ASC ilə borcalan Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli EXPF0156 saylı faktorinq limiti müqaviləsindən və ona edilmiş əlavələrdən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədilə Bank ilə Qanuni nümayəndə arasında xx.xx.2021-ci il tarixli ZF0447 saylı zaminlik müqaviləsi və ona edilmiş xx.xx.2021-ci i tarixli 1 nömrəli əlavə bağlanmışdır.

3. Faktorinq limiti müqaviləsi və ona edilmiş əlavələrin təminatı kimi İddiaçı ASC ilə Qanuni nümayəndə arasında xx.xx.2021-ci il tarixli ZF0447 saylı zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən zamin borclu Cavabdeh2 MMC-nin bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyır. Həmin tərəflər arasında zaminlik müqaviləsinə xx.xx.2021-ci i tarixli 1 nömrəli əlavə bağlanmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı ASC cavabdehlər Qanuni nümayəndə və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC-dən va Qanuni nümayəndə birgə qaydada EXPF0156/18 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 11688,17 manat əsas borc, 517,93 manat cərimə borcu olmaqla, cəmi 12206,10 manat borcun, EXPF0156/19 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 48187,15 manat əsas borc, 2132,28 manat faiz borcu, 17123,48 manat cərimə borcu olmaqla, cəmi 67442,91 manat borcun, EXPF0156/20 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 49048,87 manat asas borc, 2170,41 manat faiz borcu, 16269,92 manat cərimə borcu olmaqla, cəmi 67489,20 manat borcun, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 404 manat məbləğində pulun və ödənilmiş 97 manat dövlat rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı EXPF0156/18 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 517,93 manat, EXPF0156/19 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 17123,48 manat, EXPF0156/20 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 16269,92 manat cərimənin cavabdehlər Cavabdeh2 MMC-dən və Qanuni nümayəndə birgə qaydada tutulmasını xahiş etmişdir.

6. Cavabdeh eyni zamanda Cavabdeh2 MMC-nin nümayəndəsi (qanuni təmsilçi) Qanuni nümayəndə həmin hissədə iddiaya etiraz edir.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-172/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Qanuni nümayəndə və Cavabdeh2ndən birgə qaydada EXPF0156/18 saylı maliyyələşdirmə üçün ərizə üzrə 11688 (on bir min altı yüz səksən səkkiz) manat 17 (on yeddi) qəpik əsas borc, 517 (beş yüz on yeddi) manat 93 (doxsan üç) qəpik cərimə borcu olmaqla, cəmi 12206 (on iki min iki yüz altı) manat 10 (on) qəpik məbləğində pulun “Paşa Bank» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, Qanuni nümayəndə və Cavabdeh2ndən birgə qaydada EXPF0156/19 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 48187 (qırx səkkiz min yüz səksən yeddi) manat 15 (on beş) qəpik əsas borc, 2132 (iki min yüz otuz iki) manat 28 (iyirmi səkkiz) qəpik faiz borcu, 2400 (iki min dörd yüz) manat cərimə borcu olmaqla, cəmi 52719 (əlli iki min yeddi yüz on doqquz) manat 43 (qırx üç) qəpik məbləğində pulun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, Qanuni nümayəndə və Cavabdeh2ndən birgə qaydada EXPF0156/20 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 49048 (qırx doqquz min qırx səkkiz) manat 87 (səksən yeddi) qəpik əsas borc, 2170 (iki min yüz yetmiş) manat 41 (qırx bir) qəpik faiz borcu, 2450 (iki min dörd yüz əlli) manat cərimə borcu olmaqla, cəmi 53669 (əlli üç min altı yüz altmış doqquz) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində pulun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 404 (dörd yüz dörd) manat və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 97 (doxsan yeddi) manat məbləğində pulun Qanuni nümayəndə və Cavabdeh2ndən birgə qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. İddiaçı ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin cərimənin tutulması hissəsində ləğv edilməsi və həmin hissədə iddianın tam təmin edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

9. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə etdi.

12. Cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

14. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

15. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və cavabdehlər tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız cərimə borcunun tutulması barədə tələblərin təmin edilməyən hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. Məhkəmə kollegiyası hesab edir ki, cərimə pulunun tutulması barədə tələblərin təmin edilməyən hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgündür.

17. Belə ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.

18. İşin hallarını, yəni cavabdehin müqavilə üzrə ödəniş etmədiyi halda iddiaçının uzun müddət iddia ilə məhkəməyə müraciət etməməsini və bununla da, dəbbə pulunun artmasına şərait yaratmasını, cavabdeh tərəfin birinci instansiya məhkəmə icraatının gedişində ödənişlər etməsini, eyni zamanda əsas və faiz borcu hissəsində iddianı etiraf etməsini, habelə müəyyən olunmuş cərimə məbləğlərinin əsas borcun 5 %-i həddində olmasını və bu tələblərlə bağlı məhkəmə təcrübəsini nəzərə alaraq kollegiya hesab edir ki, cərimə borcunun tutulması barədə tələblərin təmin edilməyən hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

19. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

20. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-172/2023 saylı qətnaməsi cərimə borcunun tutulması barədə tələblərin təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar