Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-396/2025 13.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, Elnur Məmmədsaat oğlu Həsənov və X4 ibarət tərkibdə, Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 X1 cavabdehlər İddiaçı MMC, "xxxx" MMC və “Temp" MMC-yə qarşı “öhdəliyin qoyulması və sazişin təsdiqi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(113)-144/2025 saylı qərardadından iddiaçı Cavabdeh1 X3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh1 X2 (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ******* manat maddi ziyan, 400 manat mediasiya xərci və 2890 manat dövlət rüsumunun, məhkəmə qətnaməsi qəbul edilib icra olunanadək hər ay üçün əlavə 100000 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı MMC iddia tələbinin həcminin artırılması barədə ərizə verib Cavabdeh1 İKF-dən 5.000.000 manat maddi ziyan, 400 manat mediasiya xərci və 2890 manat dövlət rüsumunun, məhkəmə qətnaməsi qəbul edilən zaman 800.000 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh1 İKF iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMCdən almış olduğu maye qazlara görə cəmi 239.861,444 manat pulun onun xeyrinə tutulması, cavabdeh "xxxx" MMC-dən 21 yanvar 2023-cü il tarixdən 01 mart 2023-ci il tarixədək olan dövrdə aldığı 153,3 ton maye oksigenin dəyəri olan 54.268,20 manat gecikdirilmiş borcuna 01 mart 2023-cü il tarixdən başļayaraq qətnamə icra edilən günədək gecikdirilmiş məbləğə illik 5 faiz pulun Cavabdeh1 İKF-nin xeyrinə tutulması, cavabdeh "xxxx" MMC-nin 03 sentyabr 2023-cü il tarixdən 01 iyul 2024- cü il tarixədək olan dövrdə aldığı maye oksigenə görə 185.593,444 manat gecikdirilmiş borcuna 03 sentyabr 2023-cü il tarixdən başlayaraq qətnamə icra edilən günədək gecikdirilmiş məbləğə illik 5 faiz pulun “Çinar Servis” İKF-nin xeyrinə tutulması, cavabdeh İddiaçı MMC-dən mənfəət olaraq 50.000 manatın onun xeyrinə tutulması, "xxxx" MMC-dən gecikdirdiyi 346.427,35 manat borcuna 01 oktyabr 2021-ci il tarixdən başlayaraq qətnamə icra edilən günədək gecikdirilmiş məbləğə illik 5 faiz pulun tutulması, sazişin 13-cü bəndində qeyd edilən ərizələrin verilməsinin cavabdehlər "xxxx" MMC, Cavabdeh3 MMC və "xxxx" MMC-nin üzərinə qoyulması, cavabdehlər "xxxx" MMC, Cavabdeh3 MMC və "xxxx" MMC-dən müştərək qaydada 5.000.000 manat pulun tutulması, məhkəmə xərclərinə görə 8830 manat və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 5590 manat məbləğində pul vəsaitinin Cavabdeh1 İKF-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-6055/2024 saylı qərardadı ilə iddiaçı Cavabdeh1 İKF-nin cavabdehlər İddiaçı MMC-yə, "xxxx" MMC-yə və Cavabdeh3 MMC-yə qarşı “pul” tələbinə dair e-2-2(113)-6055/2024 saylı iş baxılması üçün hazırkı işlə bir icraatda birləşdirilmişdir. İddiaçı Cavabdeh1 İKF iddia tələbinin həcminin artırılması barədə ərizə verib "xxxx" MMC-dən almış olduğu maye qazlara görə cəmi 294857,60 manatın Cavabdeh1 İKF-nin xeyrinə tutulması, cavabdeh İddiaçı MMC-dən 21 yanvar 2023-cü il tarixdən 01 mart 2023ci il tarixədək olan dövrdə aldığı 153,3 ton maye oksigenin dəyəri olan 54268,20 manat gecikdirilmiş borcuna 01 mart 2023-cü il tarixdən başlayaraq 01 noyabr 2024-cü il tarixədək gecikdirilmiş məbləğə illik 5 faiz olmaqla 4522 manat pulun Cavabdeh1 İKF-nin xeyrinə tutulması, cavabdeh İddiaçı MMC 03 sentyabr 2023-cü il tarixdən 01 iyul 2024-cü il tarixədək olan dövrdə aldığı maye oksigenə görə 185593,40 manat gecikdirilmiş borcuna 03 sentyabr 2023-cü il tarixdən başlayaraq 01 noyabr 2024-cü il tarixədək gecikdirilmiş məbləğə illik 5 faiz olmaqla 10826 manat pulun Cavabdeh1 İKF-nin xeyrinə tutulması, cavabdeh İddiaçı MMC-dən mənfəətin ½ hissəsi olaraq 50.000 manatın Cavabdeh1 İKFnin xeyrinə tutulması, "xxxx" MMC-dən gecikdirdiyi 346427,35 manat borcuna 01 oktyabr 2021-ci il tarixdən başlayaraq 01 noyabr 2024-cü il tarixədək gecikdirilmiş məbləğə illik 5 faiz olmaqla 53407 manat pulun Cavabdeh1 İKF-nin xeyrinə tutulması, tərəflər arasında bağlanmış 01 sentyabr 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməklə, sazişin məcburi icraya yönəldilməsi və sazişin 13-cü bəndində qeyd edilən ərizələrin verilməsinin cavabdehlər "xxxx" MMC, Cavabdeh3 MMC və "xxxx" MMC-nin üzərinə qoyulması, cavabdehlər İddiaçı MMC, Cavabdeh3 MMC və "xxxx" MMC-dən müştərək qaydada ******* manat pulun tutulması, məhkəmə xərclərinə görə 8830 manatın və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 5590 manat məbləğində pul vəsaitinin Cavabdeh1 İKFnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-144/2025 saylı qərardadı ilə birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 X1 cavabdehlər İddiaçı MMC, "xxxx" MMC və “Temp" MMC-yə qarşı “sazişin 13- cü bəndində qeyd edilən ərizələrin verilməsinin cavabdehlər "xxxx" MMC, Cavabdeh3 MMC və "xxxx" MMC-nin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə iş üzrə icraata xitam verilmişdir. İddiaçı Cavabdeh1 X3 Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(113)-144/2025 saylı qərardadından şikayət ilə məhkəməyə müraciət edərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-144/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya hesab edir ki, iş apellyasiya baxışından çıxarılaraq Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, “AZEMİS” elektron məhkəmə informasiya sisteminə xx.xx.2025-ci il tarixində Bakı Kommersiya Məhkəməsi tərəfindən daxil olan məktuba əsasən, xx.xx.2025-ci il tarixli, e-2-2(113)-144/2025 saylı qərardadda yol verilmiş yanlışlığın aradan qaldırılması məqsədi ilə iş materiallarının Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə göstəriş verilməsi xahiş edilmişdir. Bu baxımdan kollegiya hesab edir ki, yanlışlıq məsələsinin həll edilməsi üçün iş apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin yuxarıda qeyd olunan maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı Cavabdeh1 X1 cavabdehlər İddiaçı MMC, "xxxx" MMC və “Temp" MMC-yə qarşı “öhdəliyin qoyulması və sazişin təsdiqi” tələbinə dair iş apellyasiya baxışından çıxarılsın. Kommersiya mübahisəsi üzrə iş materialları Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Prosessual zərurət aradan qalxdıqdan sonra işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş olunur.
Məhkəmə qərarları › İş №2-2(103)-396/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-396/2025
13.03.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver