Məhkəmə qərarları › İş №2-2(103)-4/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-4/2024

13.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-4/2024 13.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh9 MMC-yə, Cavabdeh4 MMCyə, "xxxx" MMC-yə, Cavabdeh1 MMC-yə, Cavabdeh10, Cavabdeh6, Cavabdeh8, Cavabdeh2, Cavabdeh7 və Əliyeva (Lahıczadə) Günel Elçin qızına qarşı kommersiya işi Açar söz: kredit müqaviləsi, tutmanın ipoteka predmetlərinə yönəldilməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh10, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh9 MMC-yə, Cavabdeh4 MMCyə, "xxxx" MMC-yə, Cavabdeh1 MMC-yə, Cavabdeh10, Cavabdeh6, Cavabdeh8, Cavabdeh2, Cavabdeh7 və Əliyeva (Lahıczadə) Günel Elçin qızına qarşı “kreditlər və qarantiyalar üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimələrin cavabdehlərdən tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi” tələbinə dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-33/2022 nömrəli qətnaməsindən "xxxx" MMC, Cavabdeh10 və Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İddiaçı ASC “kredit verən” Cavabdeh9 MMC, "xxxx" MMC, Cavabdeh1 MMC, Cavabdeh4 MMC “kredit alan” olmaqla imzalanmış 28 noyabr 2018-ci il tarixli GL2912 saylı kredit limiti müqaviləsinə əsasən kredit alanlara borclanma limitinin məbləği 10.000.000 manat olmaqla illik 25%-lə xx.xx.2021-ci il tarixədək kredit xətti açılması razılaşdırılmışdır.

2. İddiaçı ASC “kredit verən” Cavabdeh9 MMC, "xxxx" MMC, Cavabdeh1 MMC, Cavabdeh4 MMC “kredit alan” olmaqla imzalanmış 03 dekabr 2018-ci il tarixli K2912 saylı kredit xətti müqaviləsinə əsasən kredit alanlara borclanma limitinin məbləği 4.000.000 manat kredit məbləği, illik 25%-lə olmaqla xx.xx.2021-ci il tarixədək kredit xətti açılması razılaşdırılmışdır.

3. xx.xx.2020-ci il tarixdə bu müqaviləyə əlavə imzalanaraq kredit limitinin məbləği 5.000.000 manat müəyyən edilmişdir. Müqavilənin şərtlərində nəzərdə tutulmuşdur ki, kreditlər tərəflər arasında yalnız bir kredit alan olmaqla bağlanmış ayrıca “Maliyyələşdirmə üçün Ərizə” və ya birdən çox kredit alanla imzalandıqda razılaşma (bundan sonra “Kredit Razılaşması”) əsasında veriləcək. 2.4-cü bəndə əsasən müqavilə üzrə kredit alana dair öhdəlik ümumidir. Yəni Kredit Razılaşmasının bir kredit alan tərəfindən imzalanmasından asılı olmayaraq, həmin öhdəlik bütün kredit alanlar üçün yaranır və heç birini öhdəliyin icrasından azad etmir.

4. İddiaçı ASC “kredit verən” Cavabdeh9 “kredit alan” olmaqla imzalanmış 21 iyun 2019-cu il tarixli 03 dekabr 2018-ci il tarixli tarixli K2912 №-li kredit xətti müqaviləsi üzrə kredit razılaşması № 01-ə əsasən 1.000.000 manat məbləğində kredit illik 13 faiz olmaqla Kareliya şəhərində yerləşən DSP zavodunun əsas vəsaitlərinin artırılması məqsədilə imzalanmışdır.

5. İddiaçı ASC “kredit verən” Cavabdeh9 “kredit alan” olmaqla imzalanmış 29 yanvar 2020-ci il tarixli 03 dekabr 2018-ci il tarixli tarixli K2912 №-li Kredit xətti müqaviləsi üzrə kredit razılaşması № 02-ə əsasən 3.000.000 manat məbləğində kredit illik 13 faiz olmaqla dövriyyə vəsaitlərinin artırılması (kredit alanın malgöndərəni qarşısında öhdəliklərinin icrası) məqsədilə imzalanmışdır.

6. K2912 nömrəli Kredit Xətti (maksimal borclanma limiti) müqaviləsi çərçivəsində Cavabdeh9 MMC ilə “Bank” arasında imzalanmış xx.xx.2019-cu il tarixli 2019- 1051LG saylı maliyyələşdirmə üçün ərizə formasına əsasən Bank Borcalana ticarətin maliyyələşdirilməsi əməliyyatının müddəti xx.xx.2020-ci ilədək illik faiz dərəcəsi 3%, (ticarətin maliyyələşdirilməsi əməliyyatı üzrə kreditin illik faiz dərəcəsi 18%, illik cərimə faizi 33%, gündəlik dəbbə pulu 0.0917%) olmaqla 50.000 (əlli min) manat məbləğində bank qarantiyası vermişdir.

7. "xxxx" Bank ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış, K2912 nömrəli Kredit Xətti (maksimal borclanma limiti) Müqaviləsi çərçivəsində Cavabdeh1 MMC-yə aşağıdakı Bank qarantiyaları verilmişdir: - xx.xx.2019-cu il tarixli 2019-547LG saylı Maliyyələşdirmə üçün ərizə formasına əsasən Bank Borcalana ticarətin maliyyələşdirilməsi əməliyyatının müddəti xx.xx.2020-ci ilədək illik faiz dərəcəsi 2%, (ticarətin maliyyələşdirilməsi əməliyyatı üzrə kreditin illik faiz dərəcəsi 3%, illik cərimə faizi 18%) olmaqla 200,000 (iki yüz min) manat məbləğində bank qarantiyası, - xx.xx.2019-cu il tarixli 2019-548LG saylı Maliyyələşdirmə üçün ərizə formasına əsasən ticarətin maliyyələşdirilməsi əməliyyatının müddəti xx.xx.2020-ci ilədək illik faiz dərəcəsi 2%, ticarətin maliyyələşdirilməsi əməliyyatı üzrə kreditin illik faiz dərəcəsi 3% (ticarətin maliyyələşdirilməsi əməliyyatı üzrə kreditin illik cərimə faizi 18%) olmaqla 200,000 (iki yüz min) manat məbləğində bank qarantiyası, - xx.xx.2019-cu il tarixli 2019-549LG saylı Maliyyələşdirmə üçün ərizə formasına əsasən ticarətin maliyyələşdirilməsi əməliyyatının müddəti xx.xx.2019-cu ilədək illik faiz dərəcəsi 2 % (ticarətin maliyyələşdirilməsi əməliyyatı üzrə kreditin illik faiz dərəcəsi 3% kreditin illik cərimə faizi 18%) olmaqla 300.000 (üç yüz min) manat məbləğində bank qarantiyası vermiş, sonradan 2019-549LG saylı Maliyyələşdirmə üçün ərizə formasına xx.xx.2019-cu il tarixli 1 saylı əlavə imzalanaraq, ticarətin maliyyələşdirilməsi əməliyyatının müddəti isə xx.xx.2020-ci il tarixədək uzadılmışdır.

8. İddiaçı ASC “bank” Cavabdeh10 “zamin” olmaqla imzalanmış 28 noyabr 2018-ci il tarixli Z3011 saylı zaminlik müqaviləsinə, İddiaçı ASC “bank” Cavabdeh6 “zamin” olmaqla imzalanmış 03 dekabr 2018-ci il tarixli Z3012 saylı zaminlik müqaviləsinə, İddiaçı ASC “bank” Cavabdeh7 Əziz oğlu “zamin” olmaqla imzalanmış 07 aprel 2020-ci il tarixli Z3946 saylı zaminlik müqaviləsinə, İddiaçı ASC “bank” Cavabdeh2 “zamin” olmaqla imzalanmış 03 dekabr 2018-ci il tarixli Z3022 saylı zaminlik müqaviləsinə, İddiaçı ASC “bank” Cavabdeh8 “zamin” olmaqla imzalanmış 03 dekabr 2018-ci il tarixli Z3013 saylı zaminlik müqavilərinə əsasən bank ilə bu müqavilənin 2.3. bəndində göstərilən şəxs (bundan sonra “Borcalan” adlanacaq) arasında müqavilənin 2.1. bəndində göstərilən kredit müqaviləsi (xx.xx.2018-ci il tarixli GL2912 saylı kredit limiti) əsasında Borcalana veriləcək müqavilənin 2.2. bəndində göstərilən məbləğdə kreditlə əlaqədar olaraq borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin, borcalan ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür. 3-cü bəndə əsasən zamin, bank qarşısında borcalanın müqavilənin 2.1. bəndində göstərilən öhdəliyi üzrə banka olan borclan, həmçinin bu öhdəliklə əlaqədar yaranan və yarana biləcək hər cür faiz, zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s. məbləği həcmində məsuliyyət daşıyır. Bu müqavilə ilə təmin edilən öhdəliklərin mahiyyətini Kredit Xətti (Maksimal borclanma limiti və mahiyyəti buna bərabər olan digər müqavilələr) təşkil etdikdə zaminlik sözügedən Kredit Xətti çərçivəsində gələcəkdə yaranacaq bütün öhdəliklərə də şamil edilir.

9. İddiaçı ASC “ipoteka saxlayan” Cavabdeh3, Cavabdeh1 MMC, Cavabdeh4 MMC, Cavabdeh9 MMC, "xxxx" MMC “borcalan” olmaqla imzalanmış 24 iyun 2019-cu il tarixli İ2917 saylı ipoteka müqaviləsinə əsasən bu müqavilə “Kredit alan”ın “ipoteka saxlayan” qarşısında olan pul öhdəliyinin icrasının təmin edilməsi məqsədilə “ipoteka qoyan”ın müqavilənin 2-ci bəndində göstərilən əmlakının ipoteka ilə yüklü edilməsinin və ipoteka ilə təmin olunmuş pul öhdəliyi “Kredit alan” tərəfindən müqavilənin 2.8. bəndində müəyyən olunan şərtlərlə və qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, habelə 5.1. bəndilə müəyyənləşdirilən hallarda “ipoteka saxlayan"nın “Kredit aian”a qarşı olan tələbinin ipoteka ilə yüklü edilmiş əşya hesabına ödənilməsinin hüquqi əsasını, tərəflərin hüquq və vəzifələrini müəyyən edir. 1.2 bəndə əsasən ipoteka predmeti “İpoteka qoyan”ın mülkiyyətindədir, üçüncü şəxslərin hüquqları ilə yüklü, həbs və müsadirə altında deyil. 2-ci bəndə əsasən ipoteka predmeti ünvan 1 ünvanında fərdi yaşayış evidir. 2.3-cü bəndə əsasən AR ƏMDK vanında DƏDRX tərəfindən xx.xx.2018-ci il tarixində qeydiyyata alınmış Çıxarış (Seriya RX № 1242927, Qeydiyyat nömrəsi: **********, Reyestr nömrəsi: **********86-10301) təsdiqləyici sənəddir.

10. İddiaçı ASC “ipoteka saxlayan”, "xxxx" MMC "ipoteka qoyan", Cavabdeh1 MMC, Cavabdeh4 MMC, Cavabdeh9 MMC, "xxxx" MMC “borcalan” olmaqla imzalanmış 03 dekabr 2018-ci il tarixli İ2657 saylı ipoteka müqaviləsinə əsasən bu müqavilə “Kredit alan”ın “ipoteka saxlayan” qarşısında olan pul öhdəliyinin icrasının təmin edilməsi məqsədilə “ipoteka qoyan”ın müqavilənin 2-ci bəndində göstərilən əmlakının ipoteka ilə yüklü edilməsinin və ipoteka ilə təmin olunmuş pul öhdəliyi “Kredit alan” tərəfindən müqavilənin 2.8. bəndində müəyyən olunan şərtlərlə və qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, habelə 5.1. bəndilə müəyyənləşdirilən hallarda “ipoteka saxlayan"nın “Kredit aian”a qarşı olan tələbinin ipoteka ilə yüklü edilmiş əşya hesabına ödənilməsinin hüquqi əsasını, tərəflərin hüquq və vəzifələrini müəyyən edir. 1.2 bəndə əsasən ipoteka predmeti “İpoteka qoyan”ın mülkiyyətindədir, üçüncü şəxslərin hüquqları ilə yüklü, həbs və müsadirə altında deyil. 2- ci bəndə əsasən ipoteka predmeti ünvan 2 ünvanında əmlak kompleksidir. 2.3-cü bəndə əsasən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2010-cu il tarixində qeydiyyata alınmış Çıxarış (Seriya MA № 0027100, Qeydiyyat nömrəsi: **********, Reyestr nömrəsi: **********14-12301) təsdiqləyici sənəddir.

11. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin portalından “Müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə” çıxarışa əsasən ********** saylı ərizə üzrə 10 manat məbləğində dövlət rüsumu, 20 manat məbləğində xidmət haqqı ödənilmişdir.

12. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında fərdi yaşayış evi xx.xx.2021-ci il tarixinədək İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

13. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən "xxxx" MMC-yə məxsus ünvan 4/ Əmlak kompleksi kimi müəssisə Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, ev 253 ünvanında fərdi yaşayış evi xx.xx.2021-ci il tarixinədək İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

14. № PB/PBL-OUT-01994-2021 saylı xx.xx.2021-ci il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh1 MMC-nin 17 dekabr 2021-ci il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri aşağıdakı kimidir; - K2019-547LG .01 saylı kreditə çevrilmiş bank qarantiyasına əsasən 23,379.89 (iyirmi üç min üç yüz yetmiş doqquz manat səksən doqquz qəpik) manat əsas borc, 194.83 (yüz doxsan dörd manat səksən üç qəpik) manat faiz borcu, 7,111.38 (yeddi min yüz on bir manat otuz səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 30,686.10 (otuz min altı yüz səksən altı manat on qəpik) manat, gecikmə gününün sayı - 654 gün. - K2019-547LG_02 saylı kreditə çevrilmiş bank qarantiyasına əsasən 4,035.60 (dörd min otuz beş manat altmış qəpik) manat əsas borc, 10.43 (on manat qırx üç qəpik) manat faiz borcu, 889.94 (səkkiz yüz səksən doqquz manat doxsan dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 4,935.97 (dörd min doqquz yüz otuz beş manat doxsan yeddi qəpik) manat, gecikmə günün sayı - 613 gün. - 2019-549LG saylı bank qarantiyasına əsasən faiz borcu üzrə 393.31 (üç yüz doxsan üç manat otuz bir qəpik) manat, gecikmə günün sayı - 803 gün. - K2019-549LG_01 saylı kreditə çevrilmiş bank qarantiyasına əsasən 300.000 (üç yüz min) manat əsas borc, 2,500 (iki min beş yüz) manat faiz borcu, 116,458.33 (bir yüz on altı min dörd yüz əlli səkkiz manat otuz üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 418,958.33 (dörd yüz on səkkiz min doqquz yüz əlli səkkiz manat otuz üç qəpik) manat təşkil edir, gecikmə gününün sayı - 564 gün.

15. № PB/PBL-OUT-01994-2021/2 saylı, xx.xx.2021-ci il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh9 MMC-nin 17 dekabr 2021-ci il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri aşağıdakı kimidir: - K2912/01 saylı kredit müqaviləsinə əsasən 693.436,24 manat əsas borc, 110.391,55 manat faiz borcu (müqavilə müddəti bitən tarixə), 53.076,33 manat cərimə borcu olmaqla, cəmi 856,904.12 (səkkiz yüz əlli altı min doqquz yüz dörd manat on iki qəpik) manat təşkil edir, gecikmə günün sayı - 628 gün. - K2912/02 saylı kredit müqaviləsinə əsasən 3.000.000 manat əsas borc, 379,978.13 (üç yüz yetmiş doqquz min doqquz yüz yetmiş səkkiz manat on üç qəpik) manat faiz borcu (müqavilə müddəti bitən tarixə), 176.674,21 manat cərimə borcu olmaqla, cəmi 3.556.652,34 manat təşkil edir, gecikmə günün sayı - 627 gün. - 2019-1051LG saylı bank qarantiyasına əsasən faiz borcu üzrə 1.100 manat təşkil edir, gecikmə günün sayı - 803 gün.

Birinci instansiya məhkəməsində icraat

16. İddiaçı ASC xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonuncu dəfə xx.xx.2021-ci il tarixdə iddia tələbini dəyişərək cavabdehlər Cavabdeh9 MMC-dən, Cavabdeh4 MMC-dən, "xxxx" MMC-dən, Cavabdeh1 MMC-dən, Cavabdeh10, Cavabdeh6, Cavabdeh8, Cavabdeh2 və Cavabdeh7 xx.xx.2021-ci il tarixədək hesablanmış K2019-547LGm01 saylı kreditə çevrilmiş bank qarantiyasına əsasən 23.379,89 manat əsas borc, 194,83 manat faiz borcu, 7.111,38 manat cərimə borcu olmaqla, cəmi 30.686,10 manat borcun, K2019-547LG_02 saylı kreditə çevrilmiş bank qarantiyasına əsasən 4.035,60 manat əsas borc, 10,43 manat faiz borcu, 889,94 manat cərimə borcu olmaqla, cəmi 4.935,97 manat borcun, 2019-549LG saylı bank qarantiyasına əsasən faiz borcu üzrə 393,31 manat borcun, K2019-549LG_01 saylı kreditə çevrilmiş bank qarantiyasına əsasən 300.000 manat əsas borc, 2.500 manat faiz borcu, 116.458,33 manat cərimə borcu olmaqla, cəmi 418.958,33 manat borcun, K2912/01 saylı kredit müqaviləsinə əsasən 693.436,24 manat əsas borc, 110.391,55 manat faiz borcu, 53.076,33 manat cəıimə borcu olmaqla, cəmi 856,904.12 (səkkiz yüz əlli altı min doqquz yüz dörd manat on iki qəpik) manat borcun, K2912/02 saylı kredit müqaviləsinə əsasən 3.000.000 manat əsas borc, 379.978,13 manat faiz borcu, 176.674,21 manat cərimə borcu olmaqla, cəmi 3.556.652,34 manat borcun, 2019-1051LG saylı bank qarantiyasına əsasən faiz borcu üzrə 1.100 manat borcun İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın "xxxx" MMC-nin mülkiyyətində olan ünvan 2/ saylı əmlak kompleksi kimi müəssisəyə və Əliyeva (Lahıczadə) Günel Elçin qızının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 253 saylı fərdi yaşayış evinə yönəldilməsi, ünvan 2/ saylı əmlak kompleksi kimi müəssisənin hərracdan ilkin satış qiymətinin 4.400.000 manat məbləğində, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 253 saylı fərdi yaşayış evinə hərracdan ilkin satış qiymətinin 250.000 manat məbləğində müəyyən edilərək açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehlərin İddiaçı ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilməsi, əmlaklar satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi, ipoteka predmetlərinin satışından əldə olunan pul vəsaitlərinin cavabdehlərin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun Cavabdeh9MMC-dən, Cavabdeh4 MMC-dən, "xxxx" MMCdən, Cavabdeh1 MMC-dən, Cavabdeh10, Cavabdeh6, Cavabdeh8, Cavabdeh2 və Cavabdeh7 birgə qaydada tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) AZN dövlət rüsumunun və ipoteka predmetmə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 (iyinni) manat dövlət rüsumunun və 40 (qırx) manat məbləğində xidmət haqqının cavabdehləıdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə cavabdeh "MƏTBƏX ALƏMİ” MMC və Cavabdeh1 MMC arasında xx.xx.2018-ci il tarixli, GTC-549LE/2018 saylı və xx.xx.2018-ci il tarixli, GTC-993LE/2018 saylı Bank Xidmətlərinin Göstərilməsinə dair X5 (bundan sonra “Müqavilə”) imzalanmışdır. Həmçinin bankla cavabdehlər Cavabdeh9 MMC, Cavabdeh4 MMC, "xxxx" MMC və Cavabdeh1 MMC arasında xx.xx.2018-ci il tarixli, GL2912 nömrəli Kredit Limiti Müqaviləsi imzalanmış və bank tərəfindən borcalanlara xx.xx.2021-ci il tarixinədək illik faiz dərəcəsi 25% (gecikdirilmiş əsas məbləğə tətbiq olunan faiz 40%-dək, gündəlik faiz dərəcəsi 0.1111%) olmaqla, 10.000.000 manat məbləğində krеdit limiti açılmışdır. GL2912 nömrəli kredit limiti müqaviləsi çərçivəsində Bankla Borcalanlar Cavabdeh9 MMC, Cavabdeh4 MMC, "xxxx" MMC və Cavabdeh1 MMC arasında xx.xx.2018-ci il tarixli, K2912 nömrəli Kredit Xətti (maksimal borclanma limiti) Müqaviləsi imzalanmış və Borcalanlara xx.xx.2021-ci il tarixinədək illik faiz dərəcəsi 25% (gecikdirilmiş əsas məbləğə tətbiq olunan faiz 40%-dək, gündəlik faiz dərəcəsi 0.1111%) olmaqla, 4.000.000 manat məbləğində maksimal borclanma limiti xətti açılmışdır. Daha sonra tərəflər arasında K2912 nömrəli Kredit Xətti (maksimal borclanma limiti) müqaviləsinə xx.xx.2020-ci il tarixli, №01 nömrəli əlavə imzalanaraq kreditin məbləği 5.000.000 manat məbləğinədək artırılmışdır. K2912 nömrəli Kredit Xətti (maksimal borclanma limiti) müqaviləsi çərçivəsində Cavabdeh9 MMC ilə bank arasında xx.xx.2019-cu il tarixli 01 №-li kredit razılaşması imzalanmış, razılaşmaya əsasən Bank tərəfindən Borcalana xx.xx.2021-ci il tarixədək Kareliya şəhərində yerləşən DSP zavodunun əsas vəsaitlərinin artırılması məqsədi ilə illik faiz dərəcəsi 13% (illik cərimə faizi 15% ) olmaqla, 1.000.000 (bir milyon) manat məbləğində krеdit verilmişdir. K2912 nömrəli Kredit Xətti (maksimal borclanma limiti) Müqaviləsi çərçivəsində Cavabdeh9 MMC ilə Bank arasında xx.xx.2020-ci il tarixli 02 №-li Kredit Razılaşması imzalanmış, razılaşmaya əsasən bank tərəfindən Borcalana xx.xx.2021-ci il tarixədək dövriyyə vəsaitlərinin artırılması məqsədi ilə illik faiz dərəcəsi 13% (illik cərimə faizi 15% ) olmaqla, 3.000.000 (üç milyon) manat məbləğində krеdit verilmişdir. K2912 nömrəli Kredit Xətti (maksimal borclanma limiti) Müqaviləsi çərçivəsində Cavabdeh9 MMC ilə “Bank” arasında imzalanmış xx.xx.2019-cu il tarixli 2019-1051LG saylı Maliyyələşdirmə üçün ərizə formasına əsasən bank borcalana ticarətin maliyyələşdirilməsi əməliyyatının müddəti xx.xx.2020-ci ilədək illik faiz dərəcəsi 3%, (ticarətin maliyyələşdirilməsi əməliyyatı üzrə kreditin illik faiz dərəcəsi 18%, illik cərimə faizi 33%, gündəlik dəbbə pulu 0.0917%) olmaqla 50.000 (əlli min) manat məbləğində bank qarantiyası vermişdir. İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış, K2912 nömrəli Kredit Xətti (maksimal borclanma limiti) müqaviləsi çərçivəsində Cavabdeh1 MMC-yə aşağıdakı Bank qarantiyaları verilmişdir: - xx.xx.2019-cu il tarixli 2019-547LG saylı Maliyyələşdirmə üçün ərizə formasına əsasən bank borcalana ticarətin maliyyələşdirilməsi əməliyyatının müddəti xx.xx.2020-ci ilədək illik faiz dərəcəsi 2%, (ticarətin maliyyələşdirilməsi əməliyyatı üzrə kreditin illik faiz dərəcəsi 3%, illik cərimə faizi 18%) olmaqla 200.000 manat məbləğində bank qarantiyası, - xx.xx.2019-cu il tarixli 2019-548LG saylı Maliyyələşdirmə üçün ərizə formasına əsasən ticarətin maliyyələşdirilməsi əməliyyatının müddəti xx.xx.2020-ci ilədək illik faiz dərəcəsi 2%, ticarətin maliyyələşdirilməsi əməliyyatı üzrə kreditin illik faiz dərəcəsi 3% (ticarətin maliyyələşdirilməsi əməliyyatı üzrə kreditin illik cərimə faizi 18%) olmaqla 200,000 (iki yüz min) manat məbləğində bank qarantiyası, - xx.xx.2019-cu il tarixli 2019- 549LG saylı Maliyyələşdirmə üçün ərizə formasına əsasən ticarətin maliyyələşdirilməsi əməliyyatının müddəti xx.xx.2019-cu ilədək illik faiz dərəcəsi 2 % (ticarətin maliyyələşdirilməsi əməliyyatı üzrə kreditin illik faiz dərəcəsi 3% kreditin illik cərimə faizi 18%) olmaqla 300,000 (üç yüz min) manat məbləğində bank qarantiyası vermiş, sonradan 2019-549LG saylı Maliyyələşdirmə üçün ərizə formasına xx.xx.2019-cu il tarixli 1 saylı əlavə imzalanaraq, ticarətin maliyyələşdirilməsi əməliyyatının müddəti isə xx.xx.2020-ci il tarixədək uzadılmışdır. İddiaçı ASC ilə birgə borcalanlar Cavabdeh9 MMC, Cavabdeh4 MMC, "xxxx" MMC və Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, GL2912 nömrəli Kredit Limiti Müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə: - "xxxx" MMC-nin mülkiyyətində olan ünvan 2/ saylı əmlak kompleksi kimi müəssisə İddiaçı ASC-nin xeyrinə 03 dekabr 2018-ci il tarixli İ2657 saylı ipoteka müqaviləsi ilə yüklü edilmiş, ipoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda xx.xx.2018-ci il tarixli RX seriyalı, ******* saylı (Reyestr nömrəsi: **********14-12301; Qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir. - Əliyeva (Lahıczadə) Günel Elçin qızının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3cü yaşayış massivi, 253 saylı fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə 24 iyun 2019-cu il tarixli İ2917 saylı ipoteka müqaviləsi ilə yüklü edilmiş, ipoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda xx.xx.2019-cu il tarixli (Reyestr nömrəsi: **********86-10301; Qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir. Bundan başqa İddiaçı ASC ilə Borcalanlar Cavabdeh9 MMC, Cavabdeh4 MMC, "xxxx" MMC və Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, GL2912 nömrəli Kredit Limiti Müqaviləsi üzrə Borcalanların Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh10 (bundan sonra “Zamin”) arasında xx.xx.2018-ci il tarixli, Z3011 saylı, Cavabdeh6 (bundan sonra “Zamin”) arasında xx.xx.2018-ci il tarixli Z3012 saylı, Cavabdeh8 (bundan sonra “Zamin”) arasında xx.xx.2018-ci il tarixli Z3013 saylı, Cavabdeh2 (bundan sonra “Zamin”) arasında xx.xx.2018-ci il tarixli Z3022 saylı və Cavabdeh7 (bundan sonra “Zamin”) arasında xx.xx.2020-ci il tarixli Z3946 saylı zaminlik müqavilələri bağlanmışdır. X1 üzrə öhdəliklərini icra etməyərək, kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Buna görə də Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək Borcalanlar Cavabdeh9 MMC-nə, Cavabdeh1 MMC-nə "xxxx" MMC-nə və Cavabdeh4 MMC-nə, PBCOS- 772, 776, 1107, 1108 saylı xəbərdarlıq məktubları, Zaminlərə isə PBCOS- 767, 768, 769, 770, 771, 773, 774, 775, 776, 777 saylı bildiriş məktubları göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. İpoteka saxlayan İddiaçı ASC İpoteka qoyanlar "xxxx" MMC-nə və Cavabdeh3 ipoteka haqqında Azərbaycan Respublikasının Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetlərinə tutmanın yönəldiləcəyinə dair ipoteka qoyanların Banka məlum olan qeydiyyat ünvanına bildiriş göndərmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizələr Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim olunmuş və həmin idarədə qeydə alınmışdırlar. Birgə Borcalanlar tərəfindən öhdəliklər lazımı qaydada icra edilməmişdir. Bu səbəbdən Bankın öhdəliklərin vaxtından əvvəl icra olunmasını tələb etmək hüququ yaranmışdır.

18. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-33/2022 nömrəli qətnaməsi ilə (hakim Aytən Əliyeva) iddia qismən təmin edilərək Mətbəx Aləmi” MMC, Cavabdeh4 MMC, "xxxx" MMC, Cavabdeh1 MMC, Cavabdeh10, Cavabdeh6, Cavabdeh7 Əziz oğlu, Cavabdeh2, Cavabdeh8 K2019-547LGm01 saylı kreditə çevrilmiş bank qarantiyasına əsasən 23.379,89 manat əsas borc, 194,83 manat faiz borcu, K2019-547LG_02 saylı kreditə çevrilmiş bank qarantiyasına əsasən 4.035,60 manat əsas borc, 10.43 manat faiz borcu, 2019-549LG saylı bank qarantiyasına əsasən faiz borcu üzrə 393,31 manat, K2019-549LG_01 saylı kreditə çevrilmiş bank qarantiyasına əsasən 300.000 manat əsas borc, 2.500 manat faiz borcu, K2912/01 saylı kredit müqaviləsinə əsasən 693.436,24 manat əsas borc, 110.391,55 manat faiz borcu, K2912/02 saylı kredit müqaviləsinə əsasən 3.000,000 manat əsas borc, 379.978,13 manat faiz borcu, 2019-1051LG saylı bank qarantiyasına əsasən faiz borcu üzrə 1100 manat, K2019-547LGm01 saylı kreditə çevrilmiş bank qarantiyasına əsasən 2.337,90 manat cərimə borcu, K2019-547LG_02 saylı kreditə çevrilmiş bank qarantiyasına əsasən 889,94 manat cərimə borcu, K2019-549LG_01 saylı kreditə çevrilmiş bank qarantiyasına əsasən 30.000 manat cərimə borcu, K2912/01 saylı kredit müqaviləsinə əsasən 53,076,33 manat cərimə borcu, K2912/02 saylı kredit müqaviləsinə əsasən, 176.674,21 manat cərimə borcunun İddiaçı ASC-nin xeyrinə tutulması, "Sfera-96” MMC-yə məxsus ünvan 4/ Əmlak kompleksi, Cavabdeh3 məxsus ünvan 1 ünvanında fərdi yaşayış evi açıq hərrac vasitəsilə satılması və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməsi, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılsın, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakı boşaldılması, "Sfera-96” MMC-yə məxsus ünvan 4/ Əmlak kompleksinin ilkin satış qiyməti 4.400.000 (dörd milyon dörd yüz min) manat, Cavabdeh3 məxsus ünvan 3 ünvanında fərdi yaşayış evinin ilkin satış qiyməti isə 250.000 (iki yüz əlli min manat) manat məbləğində müəyyən edilməsi, Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 MMC, "xxxx" MMC, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 MMC, Cavabdeh10 iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar ödənilmiş 30 manat rüsum, ipoteka predmetmə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu və 40 (qırx) manat məbləğində xidmət haqqı müştərək qaydada İddiaçı ASC-nin, iş üzrə keçirilmiş 26 aprel 9/5222 saylı məhkəmə mühasibatlıq ekspertizası ilə bağlı ödənilməli olan 200 (iki yüz) manat Məhkəmə Ekspertiza Mərkəzinin, 25 avqust 2021-ci il tarixli əmlakın qiymətləndirilməsi ilə bağlı ödənilməli olan 150 (bir yüz əlli) manat və 27 yanvar 2021-ci il tarixli əmlakın qiymətləndirilməsi ilə bağlı ödənilməli olan 600 (altı yüz) manat "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir.

19. İş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilsə də ekspert qarşısında kredit borclarının xx.xx.2020-ci il tarixədək hesablanması barədə sual qoyulduğundan, bundan sonra bank tərəfindən iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə verildiyindən məhkəmə tərəfindən nəzərə alınmamışdır.

20. İş üzrə əmlakların qiymətləndirilməsi keçirilmiş "xxxx" MMC tərəfindən verilmiş 27 yanvar 2021-ci il tarixli rəydə "xxxx" MMC-yə məxsus ünvan 4/ Əmlak kompleksi kimi müəssisənin bazar dəyəri 4.550.000 manat, likvid dəyəri 4.400.000 manat, Cavabdeh3 məxsus ünvan 1 ünvanında fərdi yaşayış evinin bazar dəyəri 380.000 manat, likvid dəyəri 338.000 manat qeyd olunmuşdur.

21. İş üzrə əmlakın təkrar qiymətləndirilməsi keçirilmiş, "xxxx" MMC tərəfindən verilmiş 25 avqust 2021-ci il tarixli rəydə Cavabdeh3 məxsus ünvan 1 ünvanında fərdi yaşayış evinin bazar dəyəri 280.000 manat, likvid dəyəri 250.000 manat qeyd olunmuşdur.

22. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh9 MMC, Cavabdeh4 MMC, "xxxx" MMC, Cavabdeh1 MMC arasında kredit müqavilələri və bank qarantiyası müqavilələri imzalanmış həmin müqavilələr üzrə Cavabdeh10, Cavabdeh6, Cavabdeh7 Əziz oğlu, Cavabdeh2, Cavabdeh8 zamin olmuşdur. İddiaçı müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklərini icra etsə də cavabdehlər bağlanmış müqavilə üzrə öhdəliklərini tam və vaxtında yerinə yetirməmiş nəticədə iddiaçının cavabdehlərə olan borcu tələb etmə hüququ yaranmışdır.

23. Məhkəmə Cavabdeh9 MMC, Cavabdeh4 MMC, "xxxx" MMC, Cavabdeh1 MMC, Cavabdeh10, Cavabdeh6, Cavabdeh7 Əziz oğlu, Cavabdeh2, Cavabdeh8 kredit və zaminlik müqavilələri üzrə İddiaçı ASC-nə borcunun yarandığını, eləcə də iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyini nəzərə alaraq hesab etmişdir ki, müqavilələr üzrə yaranmış əsas və faiz borcunun cavabdehlərdən tutulması tələbinə dair İddiaçı ASC-nin iddiası əsaslı olmaqla təmin edilməlidir.

24. Məhkəmə iddianın müqavilələr üzrə cərimə borcunun tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi həmin hissədə də qismən təmin edilməlidir.

25. Məhkəmə hesab etmişdir ki, iddia tələbi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu cavabdehlər tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş "xxxx" MMC-yə məxsus ünvan 4/ Əmlak kompleksi, Cavabdeh3 məxsus ünvan 1 ünvanında fərdi yaşayış evi açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılmalı, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlak boşaldılmalı, ipoteka predmetlərinə tutma yönəldildikdə "xxxx" MMCyə məxsus ünvan 4/ Əmlak kompleksi kimi müəssisənin ilkin satış qiyməti əmlakın qiymətləndirilməsi zamanı müəyyən olunmuş məbləğdə yəni, 4.400.000 (dörd milyon dörd yüz min) manat, Cavabdeh3 məxsus ünvan 1 ünvanında fərdi yaşayış evinin dəyəri isə 250.000 (iki yüz əlli min manat) manat məbləğində müəyyən edilməlidir. Qeyd olunan əmlaklar açıq hərrac vasitəsilə satılmalı, satışdan artıq qalan məbləğ cavabdehlərə qaytarılmalı, əmlaklar satıldıqdan 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməlidir.

26. Məhkəmə qeyd etmişdir ki, iddia tələbinin ipoteka predmetlərinin satışından əldə olunan pul vəsaitləri cavabdehlərin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun Cavabdeh9MMC-dən, Cavabdeh4 MMC-dən, "xxxx" MMC-dən, Cavabdeh1 MMC-dən, Cavabdeh10, Cavabdeh6, Cavabdeh8, Cavabdeh2 və Cavabdeh7 birgə qaydada tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi hissəsində məhkəmə qeyd edir ki, iddia təlbi həmin hissədə təmin edilməməlidir. Belə ki, borcun tutulmasının cavabdehin əmlakına yönəldilməsi yalnız məhkəmə qətnaməsinin icrası mərhələsində "İcra haqqında" qanunun tələblərinə uyğun olaraq həyata keçirilə bilər.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

27. Cavabdeh10 qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-33/2022 nömrəli qətnaməsinin ləğv edilməsini, kredit müqavilələri üzrə öhdəliklərin icrasının təmini üsulu olan ipoteka predmətlərinin ilkin satış qiymətini müəyyən etmək məqsədilə təkrar məhkəməəmtəəşünaslıq ekspertizasının keçirilməsini və onunla bağlı zaminliyə xitam verilməsini, həmçinin cavabdehlər siyahısından çıxarılmağı ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir.

28. Cavabdeh6 qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-33/2022 nömrəli qətnaməsinin ləğv edilməsini, kredit müqavilələri üzrə öhdəliklərin icrasının təmini üsulu olan ipoteka predmətlərinin ilkin satış qiymətini müəyyən etmək məqsədilə təkrar məhkəməəmtəəşünaslıq ekspertizasının keçirilməsini və faizlərin yenidən hesablanması ilə yanaşı cərimə məbləğlərinin ləğvi ilə əlaqədar qərar qəbul edilməsini xahiş etmişdir.

29. Cavabdeh "xxxx" MMC qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-33/2022 nömrəli qətnaməsinin qismən – yalnız "Sfera-96” MMC-yə məxsus ünvan 4/ Əmlak kompleksi və Cavabdeh3 məxsus ünvan 1 ünvanında fərdi yaşayış evinə tutma yönəldilməsi hissəsində ləğv edilməsini, iddianın həmin hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

30. Cavabdeh10 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə heç bir fakta və dəlilə söykənmədən, qət etdiyi qətnaməsində heç bir əsaslandırma gətirmədən cavabdeh (zamin) olaraq üzərinə düşən öhdəliyi icra etmədiyini bildirir. Halbuki, zamin olaraq sadəcə ümumi məfhumu ifadə edən, heç bir konkret şərtlərlə əhatə olunmayan GL2912 saylı xx.xx.2018-ci il tarixli kredit limiti müqaviləsini imzalamışdır. Həmin müqavilənin 2.1-ci bəndində də qeyd olunur ki, adı çəkilən müqavilə ümumi şərtləri müəyyən edir, cavabdehlərə hər hansı məbləğdə kredit verilməsini ehtiva etmir. Kreditin verilməsini, ayrılan kredit xətti üzrə maksimal borclanma limitini əhatə edən – nə K2912 saylı xx.xx.2018-ci il tarixli müqaviləyə, nə də xx.xx.2019-cu il tarixli xx.xx.2018-ci il tarixli K2912 №-li Kredit xətti müqaviləsi üzrə Kredit Razılaşması№ 1, xx.xx.2020-ci il tarixli xx.xx.2018-ci il tarixli K2912 №-li Kredit xətti müqaviləsi üzrə Kredit Razılaşması№ 2 sənədlərə imza atmamış, eyni zamanda iddiaçı bankla bağladığı Z3011 saylı xx.xx.2018-ci il tarixli Zaminlik müqaviləsinə heç bir əlavə və dəyişiklik olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsində açıq-aşkar qeyd olunur ki, zaminin razılığı olmadan öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Kredit müqavilələri üzrə öhdəliklərin icrasının təmini üsulu kimi bank tərəfindən girov götürülmüş ipoteka predmetlərinin ilkin satış qiymətini müəyyən etmək məqsədilə məhkəmə tərəfindən iki dəfə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş, hər iki ekspertiza zamanı ekspert (mütəxəssis) rəyləri özəl məhkəmə eksperti qismində çıxış edən “məhdud məsuliyyətli cəmiyyət” təşkilati-hüquqi formasında fəaliyyət göstərən təşkilatlar tərəfindən verilmişdir. Halbuki, Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2021-ci il tarixdə birinci instansiya və apelyasiya məhkəmələrinin sədrlərinə ünvanlanmış müraciətdə özəl məhkəmə ekspertizası institutunun hələlik təşəkkül tapmadığı, bu səbəbdən də həmin təşkilatların tərtib etdiyi sənədlərin özəl məhkəmə ekspertizası rəyi kimi qəbul olunmasının qanuna zidd olması və onlardan məhkəmə icraatı çərçivəsində istifadə olunmasına yol verilməməsi qəti şəkildə bildirilmişdir. Məhz buna görə də, kommersiya mübahisəsi üzrə ipoteka predmetlərinin ilkin satış qiymətini müəyyən edən ekspert (mütəxəssis) rəylərinin mötəbər olmaması, həmin işlər üzrə təkrar olaraq tam səlahiyyətli qurumlar tərəfindən ekspertiza keçirilməsi məsələsini gündəmə gətirərək qaçılmaz edir.

31. Cavabdeh6 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birincisi, məhkəmə qətnamə qəbul edən zaman, heç bir hüquqi əsas gətirmədən sadəcə olaraq qanunun maddəsini sadalamaqla qərar qəbul etmişdir. Bu hal özlüyündə qanuna zidd olmaqla məhkəmə qərarlarının qanuni və əsaslandırılmalı olması kimi konstitusion prinsipə ziddir. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Üçüncüsü, məhkəmə heç bir fakta və dəlilə söykənmədən, pandemiya dövrü şirkətimizin fəaliyyətini dayandırılmasını nəzərə almadan, iddiaçının tələb etdiyi şişirdilmiş faiz və cərimələri əsas məbləğə əlavə edilməsini əsassızdır və faizlər yenidən hesablanılması ilə yanaşı, cərimə məbləğləri ləğv edilməlidir. Yuxarıda qeyd etdiyi xüsusatlar apelyasiya şikayətimin kifayət qədər əsaslı olduğunu göstərir. Məhz bu səbəbdən apelyasiya şikayətim təmin olunaraq kommersiya mübahisəsi üzrə ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən olunması məqsədilə təkrar məhkəməəmtəəşünaslıq ekspertizası keçirilməli, borc məbləğlə bağlı faizlərin yenidən hesablanması ilə yanaşı, cərimə məbləğləri ləğv edilməlidir. Kredit müqavilələri üzrə öhdəliklərin icrasının təmini üsulu kimi bank tərəfindən girov götürülmüş ipoteka predmetlərinin ilkin satış qiymətini müəyyən etmək məqsədilə məhkəmə tərəfindən iki dəfə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş, hər iki ekspertiza zamanı ekspert (mütəxəssis) rəyləri özəl məhkəmə eksperti qismində çıxış edən “məhdud məsuliyyətli cəmiyyət” təşkilati-hüquqi formasında fəaliyyət göstərən təşkilatlar tərəfindən verilmişdir. Halbuki, Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2021-ci il tarixdə birinci instansiya və apelyasiya məhkəmələrinin sədrlərinə ünvanlanmış müraciətdə özəl məhkəmə ekspertizası institutunun hələlik təşəkkül tapmadığı, bu səbəbdən də həmin təşkilatların tərtib etdiyi sənədlərin özəl məhkəmə ekspertizası rəyi kimi qəbul olunmasının qanunazidd olması və onlardan məhkəmə icraatı çərçivəsində istifadə olunmasına yol verilməməsi qəti şəkildə bildirilmişdir. Məhz buna görə də, kommersiya mübahisəsi üzrə ipoteka predmetlərinin ilkin satış qiymətini müəyyən edən ekspert (mütəxəssis) rəylərinin mötəbər olmaması, bundan savay; faizlərin və cərimələrin şişirdilməsi və pandemiya dövründə sirkətin fəaliyyətini dayandırılması nəzərə alınmaması həmin işlər üzrə təkrar olaraq tam səlahiyyətli qurumlar tərəfindən ekspertiza keçirilməsi məsələsini gündəmə gətirərək qaçılmaz edir.

32. Cavabdeh "xxxx" MMC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, bank tərəfindən kreditin ayrılmasının təyinatı dövriyyənin artırılması məqsədilə olmuşdur. Lakin kredit müqaviləsi təyinatı üzrə verilməmişdir. Bununla bağlı olaraq Baş Prokurorluğa müraciət olunmuş, müraciətə baxıldıqdan sonra araşdırılması üçün materiallar Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. Belə ki, ayrılmış kreditlər Rusiyada yerləşən zavodun dövriyyəsinin artrılması ilə bağlı verilsə də, heç bir dövriyyə artımı olmamış, nəticədə zavod iflas etmiş, bağlanmış müqavilələr ləğv edilmişdir. Hazırda bununla bağlı Rusiya Federasiyasında da məhkəmə çəkişmələri davam etməkdədir. Korrupsiya Qarşı Mübarizə Baş İdarəsində araşdırılma aparılır. Belə ki, araşdırma zamanı məlum olmuşdur ki, ayrılan kredit məbləği bank tərəfindən başqa bank hesblarına yox, elə birbaşa kredit alan şəxslərin İddiaçı ASC-də olan hesablarına köçürülmüşdür. Əlavə olaraq ayrılan kredit məbləğləri ofşor şirkətlərə göndərilən zaman Türkiyədən həmin şirkətlərin ofşor şirkətlər olması və heç bir fəaliyyət göstərməmələri barədə məlmat verilsə də, pulların köçürülməsi davam etmişdir. Kredit xətti üzrə nəzərdə tutulmuş pul vəsaiti təyinatı üzrə istifadə olunmamış, yəni Rusiyada yerləşən zavodun dövriyyəsinin artrılması məqsədilə ayrılsa da, həmin pul vəsaiti Türkiyə və digər Respublikalarda yerləşən ofşor hesablara vurulmaqla çıxarılmış, 422.2.3-cü maddənin tələbindən göründüyü kimi bağlanmış müqavilənin hər hansı bir bəndinin dəyişdirmədən icrası zamanı zamin duran şəxsə, yəni müqavilənin tərəflərindən birinə “əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı.” –olması Mülki Məcəllənin tələbinə əsasən tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin ləğvinə əsas verir. Kredit vəsaiti təyinatı üzrə istifadə edilməməsi nəticəsində zamini əlverişsiz nəticələrə səbəb vəziyyətə gətirib çıxarmaqla, onun əmlakına külli miqdarda ziyan vurma təhlükəsi yaratmışdır. Tərəfimizdən sübut kimi maliyyə arayışı, bank çıxarışlar, ekspertiza rəyləri təqdim edilmiş, həmin sənədlərdə Rusiya Federasiyasında yerləşən zavodun dövriyyəsinin artırılması üçün nəzərdə tutulan kredit vəsaitləri təyinatı üzrə istifadə olunmaması açıq aşkar görünməsi ilə yanaşı, digər Respublikalıarda (Türkiyə, və s.) olan ofşor hesablara vəsaitin vurulmaqla nağdlaşdırılmasına məhkəmə tərəfindən ümumiyyətlə qiymət verilməmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

33. Cavabdeh10 və cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etmişdirlər.

34. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında apellyasiya şikayətinlərə etiraz edərək təmin edilməsini xahiş etmişdir.

35. Digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər.

36. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddə- öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-cı maddə- öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

425.1-ci maddə- öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinəvə bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 421.1-ci maddə- müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddə- tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-ci maddə- müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 422.1-ci maddə- tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 470.1-ci maddə- zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddə- əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 500.1-ci maddə-əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. 500.2-ci maddə-birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir.

739-cu maddə- borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 462.1-ci maddə- dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddə- məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddə- ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317.1-ci maddə- borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddə- əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 477-ci maddə-Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 97.5-ci maddə-tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

37. Qətnamə cavabdehlər tərəfindən qismən – iddianın faiz, cərimə borcunun tutulması, ipoteka predmetlərinə tutma yönəldilməsi, ipoteka predmetlərinin ilkin satış qiyməti, borcun zamin Cavabdeh10 müştərək qaydada tutulması hissəsində mübahisələndirdiyindən həmin hissələrdə yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

38. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-33/2022 nömrəli qətnaməsi dəyişdirilərək "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Kənar dairəvi küçəsi 46 B əmlak kompleksinin ilkin satış qiyməti 4.830.000 manat müəyyən edilməlidir.

39. İşə apellyasiya qaydasında baxılarkən cavabdehlərin apellyasiya şikayətinin dəlillərinin yoxlanılması üçün iş üzrə əlavə məhkəmə mühasibatlıq və təkrar əmtəəşünaslıq ekspertizaları təyin edilmişdir.

40. Məhkəmə mühasibatlıq ekspertizası qarşısında kredit xətti müqavilələri əsasında bağlanmış kredit razılaşmaları üzrə borcların öhdəliklərin icra müddəti bitdiyi tarixədək hesablanması barədə sual qoyulmuş, Azərbaycan Respublikası Məhkəmə Eksperizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/6992 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixli 01 saylı müqavilə üzrə qalıq əsas borcun 693.436,24 manat, faiz üzə borcun 110.391,55 manat olduğu, xx.xx.2020-ci il tarixli kredit razılaşması üzrə əsas borcun 3.000.000 manat, qalıq faiz borcunun 379.978,13 manat olduğu müəyyən edilmişdir. Göründüyü kimi, qeyd edilən müqavilələr üzrə öhdəliyin icra müddəti bitdiyi tarixə mübahisələndirilən faiz məbləğləri düzgün müəyyən edildiyindən faiz borcu ilə bağlı hissədə qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar müəyyən edilmir.

41. "xxxx" MMC-yə məxsus ünvan 4/ əmlak kompleksi və Cavabdeh3 məxsus ünvan 1 ünvanında fərdi yaşayış evinin ilkin satış qiyməti cavabdehlər tərəfindən mübahisələndirildiyindən işə apellyasiya qaydasında baxılarkən təkrar məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Məhkəmə Eksperizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/2938-9/3138 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, bazar qiymətlərinə uyğun təqribi dəyəri 6.040.650 manat, likvid dəyəri isə 4.830.000 manat təşkil edir. Cavabdeh3 məxsus ünvan 1 ünvanında fərdi yaşayış evinə baxış keçirməsi mümkün olmadığından həmin hissə ilə bağlı tədqiqat aparılmamışdır. Məhkəmə Cavabdeh3 məhkəmə qətnaməsinin ona aid hissəsindən apellyasiya şikayəti vermədiyini, o cümlədən MPM-nin 97.5-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, ünvan 1 ünvanında fərdi yaşayış evinin ilkin satış qiyməti ilə bağlı hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

42. Məhkəmə xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsində ünvan 4/ Əmlak kompleksinin dəyərinin 4.458.890 manat qiymətləndirildiyini, daşınmaz əmlak bazarında qiymətlərin hər il yüksəldiyini nəzərə alaraq hesab edir ki, həmin obyektin bazar dəyərinin 2021-ci il tarixdə 4.550.000 manat olduğuna dair "xxxx" MMC-nin rəyi mötəbər sübut kimi qəbul edilə bilməz.

43. Məhkəmə eyni zamanda hesab edir ki, cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2014-cü il tarixli ünvan 4 ünvanında yerləşən əmlak kompleksinin dəyərinin 18.522.500 manat olması barədə rəyi həmin rəydəki qiymətin əmlakın 2018-ci ildə ipoteka müqaviləsi bağlanarkən müəyyən edilmiş dəyərindən 4 dəfə artıq olduğundan mötəbər hesab edilə bilməz. Bundan əlavə rəydən görünür ki, qiymətləndirmə aparılarkən eyni zamanda əmlak kompleksində olan əsas vəsaitlərin (maşın, mexanizm və avadanlıqların qiyməti də nəzərə alınmışdır. Halbuki əsas vəsaitlər ipoteka ilə yüklü edilmədiyindən onlara tutma yönəldilməmişdir.

44. Cavabdeh10 apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, məhkəmə tərəfindən onun zaminliyinə xitam verilməli və iddia ona qarşı hissədə rədd olunmalıdır. Əsas kimi MM-nin 477.0.1-ci maddəsinə istinad edilərək göstərilir ki, 2018-ci ilin dekabr ayında kredit müqavilələri bağlanarkən onunla xx.xx.2018-ci il tarixdə bağlanmış zaminlik müqaviləsinə hər hansı dəyişiklik edilməmiş, onun zamin kimi razılığı alınmamışdır.

45. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır.

46. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarında qeyd edilmişdir ki, zaminlik müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsinin əsas şərtləri aydın müəyyən olunmalı, zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən onlar kredit xətti müqaviləsində dəqiq göstərilməlidir. Göründüyü kimi, kredit müqaviləsinin mühüm şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edilə bilər. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. Yekunda Kpnstitusiya Məhkəməsi qərara alımışdır ki, Mülki Məcəllənin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur;

47. Məhkəmə hesab edir ki, Cavabdeh10 zamin olduğu kredit xətti müqaviləsində həm kredit məbləğinin son həddi (10.000.000 manat) , həm faiz (ilik 25 faiz) nəzərdə tutulduğundan, həmin kredit xətti çərçivəsində bağlanmış sazişlərdə faiz dərəcəsi artmadığından, o cümlədən valyuta dəyişmədiyindən zaminin məsuliyyətinin artması müəyyən edilmir. Zaminliyə xitam verilməsi üçün qanuni əsaslar olmadığından apellyasiya şikayəti bu hissədə də əsassız hesab edilir.

48. "xxxx" MMC-nin dəlillərindən biri də bundan ibarətdir ki, bank kredit vəsaitindən təyinatı üzrə istifadə edilməsinə nəzarət etməli idi. Məhkəmə bununla bağlı qeyd edir ki, işdə bu barədə hər hansı sübut mövcud deyil. Əgər sübut olsaydı belə, kredit vəsaitindən təyinatı üzrə istifadə etmək müqavilə şərtlərinə əsasən borcalanın vəzifəsi, buna nəzarəti həyata keçirmək isə bankın hüququ olduğundan borcalan bu əsasa istinad edərək öhdəliyin icrasından imtina edə və ya ipotekaya xitam verilməsini tələb edə bilməz.

49. İşdən görünür ki, məhkəmə tərəfindən işə baxılarkən cavabdehinlərin ünvanlarına məhkəmə bildirişləri göndərilmiş, Cavabdeh6 Məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarının tələblərinə uyğun əsaslandırıldığı, işə baxılarkən hər hansı pozuntuya yol verilmədiyi müəyyən edilir.

50. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)- 33/2022 nömrəli qətnaməsi dəyişdirilərək "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Kənar dairəvi küçəsi 46 B əmlak kompleksinin ilkin satış qiyməti 4.830.000 manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

51. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdehlər "xxxx" MMC, Cavabdeh10 və Cavabdeh6 apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-33/2022 nömrəli qətnaməsi dəyişdirilsin. "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Kənar dairəvi küçəsi 46 B əmlak kompleksinin ilkin satış qiyməti 4.830.000 manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. 150 manat ekspertiza xərci cavabdehlər "xxxx" MMC, Cavabdeh10 və Cavabdeh6 Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar