Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-4/2025 10.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Şirinovun sədrliyi və məruzəsi ilə, X6 və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 qarşı pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, boşaldılması və s. tələbinə dair ilkin, iddiaçı Cavabdeh3 qarşılıqlı cavabdeh İddiaçı ASC-yə qarşı kredit müqaviləsinin müddətinin uzaldılması və faizlərin hesablanmasının dayandırılmasına dair qarşılıqlı iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 17 fevral 2023-cü il tarixli, e-22(113)-50/2023 saylı qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə xx.xx.2017-ci il tarixli, NM/SKMF-003 saylı kredit müqaviləsi üzrə kreditə görə 555.997,62 manat, faiz borcuna görə 52.922,11 manat, cərimə borcuna görə 18.342,84 manat olmaqla, cəmi 627.262,57 manat məbləğində borcun, xx.xx.2018-ci il tarixli, NM/SKMF004 saylı kredit müqaviləsi üzrə isə kreditə görə 97.999,15 manat, faiz borcuna görə 9.568,99 manat, cərimə borcuna görə 4.665,53 manat olmaqla, cəmi 112.233,67 manat məbləğində borcun, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə və Bakı Şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 200 manat rüsumun və ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 400 manat və dövlət rüsumu kimi ödənilmiş 629,50 manat məbləğində pulun tutulması, tutmanın Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə, Quba rayonu, Aşağı Xuc kəndində yerləşən 1,8964 ha torpaq sahəsinə, Quba rayonu, Aşağı Xuc kəndində yerləşən 4,8936 ha torpaq sahəsinə, Quba rayonu, Aşağı Xuc kəndində yerləşən 2,9531 ha torpaq sahəsinə, Quba rayonu, Aşağı Xuc kəndində yerləşən 8,004759 ha torpaq sahəsinə və Quba rayonu, Aşağı Xuc kəndində yerləşən 2,533266 ha torpaq sahəsinə yönəldilməsi, bu əmlakların hərracda satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh3 xx.xx.2017-ci il tarixli, NM/SKMF003 saylı kredit müqaviləsi üzrə cəmi 627.262,57 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi və tutmanın Cavabdeh3 məxsus olan Quba rayonu, Aşağı Xuc kəndində yerləşən 1,8964 ha torpaq sahəsinə, Quba rayonu, Aşağı Xuc kəndində yerləşən 4,8936 ha torpaq sahəsinə, Quba rayonu, Aşağı Xuc kəndində yerləşən 2,9531 ha torpaq sahəsinə, Quba rayonu, Aşağı Xuc kəndində yerləşən 8,004759 ha torpaq sahəsinə və Quba rayonu, Aşağı Xuc kəndində yerləşən 2,533266 ha torpaq sahəsinə yönəldilməsi, bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh3 xx.xx.2018-ci il tarixli, NM/SKMF004 saylı kredit müqaviləsi üzrə cəmi 112.233,67 manat məbləğində borcunun və dövlət rüsumu kimi ödənilmiş cəmi 1.229,50 manat məbləğində pulun İddiaçı ASCyə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə tutma yönəldikdən və əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və yetkinlik yaşına çatmayan X4 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, əmlakın boşaldılması və istifadə hüquqları itirilmiş hesab olunması, ipoteka predmetləri olan Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin, Quba rayonu, Aşağı Xuc kəndində yerləşən 1,8964 ha torpaq sahəsinin, Quba rayonu, Aşağı Xuc kəndində yerləşən 4,8936 ha torpaq sahəsinin, Quba rayonu, Aşağı Xuc kəndində yerləşən 2,9531 ha torpaq sahəsinin, Quba rayonu, Aşağı Xuc kəndində yerləşən 8,004759 ha torpaq sahəsinin və Quba rayonu, Aşağı Xuc kəndində yerləşən 2,533266 ha torpaq sahəsinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsaitin qeyd olunan xx.xx.2017-ci il tarixli, NM/SKMF003 saylı və xx.xx.2018-ci il tarixli, NM/SKMF-004 saylı kredit müqavilələri üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh3 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə cavabdehlərdən Cavabdeh3 “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, onunla bağlanmış xx.xx.2017-ci il tarixli, NM/SKMF-003 saylı və xx.xx.2018-ci il tarixli, NM/SKMF-004 saylı kredit müqavilələrinin müddətinin artırılması və faizlərin dayanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 17 fevral 2023-cü il tarixli, 2-2(113)-50/2023 saylı qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, ilkin Cavabdeh3 xx.xx.2017-ci il tarixli, NM/SKMF-003 saylı kredit müqaviləsi üzrə 555.997,62 manat məbləğində əsas borc, 69.917,76 manat faiz borcu, 25.000 (iyirmi beş min) manat məbləğində dəbbə pulu, cəmi 650.915,38 manat məbləğində pul vəsaiti, xx.xx.2018-ci il tarixli, NM/SKMF-004 saylı kredit müqaviləsi üzrə manat məbləğində 97.999,15 əsas borc, 10.159,27 manat faiz borcu, 4500 (dörd min beş yüz) manat məbləğində dəbbə pulu, cəmi 102499,15 manat məbləğində pul vəsaiti, ümumilikdə 753.414,53 manat məbləğində pul vəsaiti, dövlət rüsumunun əvəzi olaraq 500 manat, mediasiya xərclərinin əvəzi olaraq 300 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar olan məsrəflərin əvəzi olaraq 170 manat məbləğində pul vəsaitinin tutularaq ilkin İddiaçı ASC-yə ödənilməsi, tələb üzrə tutmanın ilkin Cavabdeh3 mülkiyyətində olan Quba rayonu Aşağı Xuc kəndində yerləşən 1,8964 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 79.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin ilkin Cavabdeh3 qaytarılması, tələb üzrə tutmanın ilkin Cavabdeh3 mülkiyyətində olan Quba rayonu Aşağı Xuc kəndində yerləşən 4,8936 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 172.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin ilkin Cavabdeh3 qaytarılması, tələb üzrə tutmanın ilkin Cavabdeh3 mülkiyyətində olan Quba rayonu Aşağı Xuc kəndində yerləşən 2,9531 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 98.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASCnin tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin ilkin Cavabdeh3 qaytarılması, tələb üzrə tutmanın ilkin Cavabdeh3 mülkiyyətində olan Quba rayonu Aşağı Xuc kəndində yerləşən 8,004759 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 258.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASCnin tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin ilkin Cavabdeh3 qaytarılması, tələb üzrə tutmanın ilkin Cavabdeh3 mülkiyyətində olan Quba rayonu Aşağı Xuc kəndində yerləşən 2,533266 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 81.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASCnin tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin ilkin Cavabdeh3 qaytarılması, xx.xx.2017-ci il tarixli, NM/SKMF-003 saylı kredit müqaviləsindən irəli gələn tələb üzrə tutmanın ilkin Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 961.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına xx.xx.2017-ci il tarixli, NM/SKMF-003 saylı kredit müqaviləsi üzrə 555.997,62 manat məbləğində əsas borc, 69.917,76 manat faiz borcu, 25.000 (iyirmi beş min) manat məbləğində dəbbə pulu, cəmi 650.915,38 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin ilkin Cavabdeh3 qaytarılması, satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin ilkin Cavabdeh3 tutulması, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində ilkin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 həmin yaşayış evindən çıxarılması, əmlakın boşaldılması, qalan hissədə ilkin iddianın rədd edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manat pul vəsaitinin 140 manat hissəsinin ilkin cavabdehlərdən, 60 manat hissəsinin isə ilkin iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməsi, dövlət rüsumunun kəsiri olaraq 170 manat məbləğində pul vəsaitinin ilkin cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməsi, qarşılıqlı iddiaçı Cavabdeh3 qarşılıqlı cavabdeh İddiaçı ASCyə qarşı kredit müqaviləsinin müddətinin uzaldılması və faizlərin hesablanmasının dayandırılmasına dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 31 iyul 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 07 dekabr 2023-cü il tarixli ekspert rəyi verilmişdir. Lakin Cavabdeh3 ekspert rəyi ilə razılaşmamış, əmlakın həddindən artıq aşağı məbləğdə qiymətləndirildiyini bildirərək, təkrar məhkəmə əmtəəşünaslıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Qeyd olunanlar nəzərə alınaraq Bakı Apellyasiya Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli qərardadı ilə iş üzrə əlavə-komisyon məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ekspertizanın aparılmasından imtina edilməsi barədə 20 iyun 2024-cü il tarixli məlumat daxil olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə əlavəkomisyon məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2025-ci il tarixli ekspert rəyi verilmişdir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, ev 16b ünvanında 0,02565 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 467,2 kvadrat metr olan fərdi yaşayış sahəsinə, Quba rayonu Aşağı Xuc kəndində yerləşən 1,8964 ha torpaq sahəsinə, Quba rayonu Aşağı Xuc kəndində yerləşən 4,8936 ha torpaq sahəsinə, Quba rayonu Aşağı Xuc kəndində yerləşən 2,9531 ha torpaq sahəsinə, Quba rayonu Aşağı Xuc kəndində yerləşən 8,004759 ha torpaq sahəsinə, Quba rayonu Aşağı Xuc kəndində yerləşən 2,533266 ha torpaq sahəsinə uyğun analoji məlumatlar, yəni satışına və qiymətinə dair qiymətlər olmadığından həmin daşınmaz əmlakların bazar dəyərini müəyyən etmək mümkün olmamışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə icraatın dayandırılması, əlavə-komisyon məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməsi və ekspertizanın aparılması müstəqil Əmlak Ekspert Mərkəzinə həvalə olunması qərara alınmışdır. xx.xx.2025-ci il tarixdə Cavabdeh3 tərəfindən elektron məhkəmə vasitəsilə apellyasiya şikayətindən imtina edilməsi barədə ərizə daxil olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə icraatın təzələnməsi və məhkəmə iclasının 10 iyul 2025-ci il tarixə, saat 14:20-yə təyin olunması qərara alınmışdır. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin Əmlak Ekspert Mərkəzinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubu ilə qərardadın icra olunmadan geri qayatarılması xahiş edilmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfin ərizəsinə baxaraq hesab edir ki, ərizə cavabdeh tərəfin apellyasiya şikayətindən imtina edilməsi kimi qiymətləndirilməli və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxsə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh3 tərəfin şikayətdən imtinası qəbul edilməli və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrааldı: Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətindən imtina barədə ərizə qəbul edilsin. Apellyasiya icraatına ona münasibətdə xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(103)-4/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-4/2025
10.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver