Məhkəmə qərarları › İş №2-2(103)-403/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-403/2020

04.08.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-403/2020 04.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X3 və cavabdeh Mənzil İnşaat Dövlət Agentliyinin nümayəndəsi X2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1471/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxx 2020-ci il tarixli qərardadından Cavabdeh2 İB tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdehlər Cavabdeh2 İB və Mənzil İnşaat Dövlət Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadəçi hüquqlarının pozulmasını nəzərə almaqla, İddiaçı MMC olaraq istifadə edilən qaz sərfiyyatına dair yaranmış 27891,40 manat borc məbləğinin cəmiyyətə aid edilməməsi, cəmiyyətin inzibati ərazisindən 4 km kənarda yerləşən yeraltı qaz borusunun kəsilməsi ilə dəymiş ziyan və zərərin əvəzi olaraq 6065,80 manatın cəmiyyətə ödənilməsi, kəsilmiş qaz borusunun tapılması, yenidən bərpa olunması istiqamətində “xxxxxxxxx” QSC-yə ödənilmiş olan 1298 manat və zədələnmiş borunun bərpasına dair fiziki şəxs X1 ödənilmiş 450 manat, cəmi 7813.80 manat xərclərin əvəzinin cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda iddiaçı iddianın təmini tədbiri barədə ərizə ilə müraciət edərək, İddiaçı MMC-yə verilən qazın yenidən bərpa edilməsi (qazla təmin olunma) barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli e-2-2(113)-1471/2020 saylı qərardadı ilə ərizə təmin edilmişdir. Cavabdeh2 İB həmin qərardaddan şikayət vermişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən Qaz təchizatı haqqında qanunun tələbləri kobud şəkildə pozulmuş və debitor borcunu ödəməyərək Birliyə maliyyə dayanıqlığına ziyan vurmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011ci il tarixli, 80 saylı qərarı ilə təsdiq olunmuş “Qazdan istifadə Qaydaları”nın 6.1.4-cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə qaz paylayıcısı tərəfindən istehlakçının qaz təchizatı dayandırıla bilər. Lakin məhkəmə bu məsələləri araşdırmadan iddianın təmin tədbiri barədə qərar çıxarmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 şikayətə etiraz etdi, cavabdeh Mənzil İnşaat Dövlət Agentliyinin nümayəndəsi X4 isə mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Cavabdeh2 İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsaslanaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinin tələblərinə görə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 158.1-ci maddəsinə görə iddianı təmin etmək üçün aşağıdakı tədbirlər görülə bilər: müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək (158.1.2); mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək (158.1.3). Qanunun mənasına görə iş üzrə çıxarılan qətnamənin gələcəkdə real icra edilə bilməyəcəyi şübhəsi yarandıqda iddianın təmin edilməsi üçün tədbirlər görmək zərurəti yaranır. İddianı təmin etmək üçün əsas məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüz ola biləcəyi qənaətidir. Hazırkı mübahisənin predmetini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq mülki işə mahiyyəti üzrə baxılana kimi iddiaçıya təbii qazın verilməsinin dayandırılmasının cavabdehə qadağan edilməsi barədə iddianın təmini tədbirini seçmişdir. Belə ki, hazırkı məhkəmə icraatı iddiaçının əsassız hesablandığını iddia etdiyi borcun silinməsi tələbi əsasında başlanmış və iddiaya mahiyyəti üzrə baxılana qədər həmin borca görə onun bu sahədə inhisarçı olan Cavabdeh2 İB tərəfindən təbii qazın istehlakından məhrum edilməsi sahibkarlıq fəaliyyəti ilə məşğul olanİddiaçı MMC-nin mütənasibsiz maddi zərərə uğraması ehtimalını kifayət qədər yüksəldir. Bu isə nəticədə tərəflər arasında əlavə məhkəmə mübahisələrin yaranmasına səbəb ola bilər. Belə bir nəticə isə ədalət mühakiməsinin məqsədləri baxımından arzuolunan deyildir və gələcəkdə qəbul ediləcək qətnamənin icrası zamanı yeni əngəllərin yaranma ehtimalını artırır. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh2 İB tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1471/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar