Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-403/2023 17.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Hüseyn Aida Əli qızı və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi və s. tələblərə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 3489/2022 saylı qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq M ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1ndən və Cavabdeh2 107011,17 manat (bir yüz yeddi min on bir manat on yeddi qəpik) əsas borc, 26802,30 manat (iyirmi altı min səkkiz yüz iki manat otuz qəpik) əsas borca hеsablanmış faiz borcu olmaqla, cəmi 133813,47 manat (bir yüz otuz üç min səkkiz yüz on üç manat qırx yeddi qəpik) məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 (on) manat dövlət rüsumu və 120 (bir yüz iyirmi) manat xidmət haqqı olmaqla, cəmi 130 (bir yüz otuz) manat pulun və 424,21 manat (dörd yüz iyirmi dörd manat iyirmi bir qəpik) dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın bank qarşısında ipotеkaya qoyulmuş, Cavabdeh3 mülkiyyətində olan, Tovuz rayonu, Alakol kəndində yerləşən 0.0878 ha torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 625.8 kv.m-dən ibarət qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi və ipoteka predmeti hərracda satıldıqda Cavabdeh3 Tovuz rayonu, Alakol kəndində yerləşən 0.0878 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 625.8 kv.m-dən ibarət qeyri-yaşayış binasından çıxarılması və həmin qeyriyaşayış binasının boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3489/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh1 MMC apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə apelyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, apelyasiya şikayətinə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1.4.-cü maddəsinə əsasən şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi apellyasiya şikayətində göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (01 oktyabr 2021-ci ildən qüvvəyə minmiş redaksiyası) 361.1-ci maddəsində apellyasiya şikayətinin bu Məcəllə ilə müəyyən edilmiş formada verilməsi nəzərdə tutulmuş, həmin forma Məcəlləyə 2 saylı Əlavədə göstərilmişdir. Əlavənin 12-ci bəndində qeyd edilir ki, bu hissədə apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminə Cavabdeh1 MMC tərəfindən əlavə edilmiş apellyasiya şikayətindən görünür ki, apellyasiya şikayəti vermiş cavabdeh qətnamənin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmiş, yeni qətnamə qəbul edilərkən iddianın tam və ya qismən rədd edilməli olduğunu qeyd etməmiş, tələbi dəqiq göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Qeyd edilən normaya əsasən birinci instansiya məhkəməsi apelyasiya şikayətini qaytarmalı olduğu halda baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərmişdir. MPM-nin 366.2-ci maddəsinə əsasən, əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3489/2022 saylı qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş apelyasiya şikayətinə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 363, 366-cı, 400 və 405-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3489/2022 saylı qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş apelyasiya şikayətinə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Azərbaycan Respublikası Ali Məhkəməsinə elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. İş № e-2-2(103)-403/2023 Məhkəmə iclasından kənar prosessual hərəkət barədə PROTOKOL 17 mart 2023-cü il Bakı şəhəri Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Baxışova Vüsalə Ələkbər qızı (sədrlik edən və məruzəçi), Hüseyn Aida Əli qızı və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi və s. tələblərə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 3489/2022 saylı qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünü Bakı Apelyasiya Məhkəməsinin binasında yoxladı. Sədrlik edənin məruzəsindən sonra məhkəmə tərkibi müşavirə edərək apelyasiyanın qeyri-mümkün sayılması barədə qərardad qəbul edir. Sədrlik edən: Protokol 17 mart 2023-cü il tarixdə tərtib olundu.
Məhkəmə qərarları › İş №2-2(103)-403/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-403/2023
17.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver