Məhkəmə qərarları › İş №2-2(103)-404/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-404/2021

13.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-404/2021 13.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), hakimlər Həmidov Həmid Üzeyir oğlu və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə, Rüstəmova Vüsalə Dadaş qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" bank olmayan kredit təşkilatı (BOKT) ASC-nin Cavabdeh (VÖEN:**********) qarşı “borcun tutulması və tutmanın girov qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 676/2020 saylı 18.03.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-676/20 saylı 18.03.2020-cu il tarixli qətnaməsi ilə İddia qismən təmin edilmiş, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 09 aprel 2019-cu il tarixli, 2019/00088-01 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 09 aprel 2019-cu il tarixli, 2019/00088-01 nömrəli kredit müqaviləsi üzrə 73.000 ABŞ dolları məbləğində əsas borc, 12.216,17 ABŞ dolları məbləğində faiz borcunun, 33,83 ABŞ dolları məbləğində dəbbə olmaqla, cəmi 85.250 ABŞ dolları məbləğində borcun ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25,16 manat məbləğində pulun tutularaq İddiaçı BOKT ASC-yə ödənilməsi; tutma dəyəri 280000 manat olan Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında 0,02314 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 4 otaqlı, 96,60 m2 yaşayış, 201 m2 köməkçi, 142 m2 zirzəmisi və 147,80 m2 mansard sahəsindən ibarət olan 10c nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracda satılması, evin satıldıqdan sonra Cavabdeh bir ay ərzində əşyaları ilə birlikdə evdən çıxarılması; evin satılmasından əldə edilmiş vəsaitdən Cavabdeh 09 aprel 2019-cu il tarixli, 2019/00088-01 nömrəli kredit müqaviləsi üzrə olan 85250 ABŞ dolları məbləğində borcun və dövlət rüsumu kimi ödənilmiş 25,16 manat məbləğində pulun ödənilməsi, satışdan artıq qalan məbləğin Cavabdeh qaytarılması qət edilmişdir (hakim E.Əliyev). Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və qətnamənin ləğv edilməsi və iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 06.08.2020-ci il tarixli 2- 2(103)-385/2020 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-676/20 saylı 18.03.2020-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)- 18/2021 saylı 02.02.2021-ci il tarixli qətnaməsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 06.08.2020-ci il tarixli 2-2(103)-385/2020 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşin halları: İddiaçı Finiko» BOKT ASC Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, İddiaçı BOKT ASC və Cavabdeh arasında bağlanmış 09 aprel 2019-cu il tarixli, 2019/00088-01 nömrəli kredit müqaviləsinin ləğv edilməsi; cavabdehdən iddiaçının xeyrinə 20.12.2019-cu il tarixə yaranmış 73.000 ABŞ dolları məbləğində əsas borc, ona hesablanmış 12.216,17 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 16425 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi, 101.641,17 ABŞ dolları məbləğində borcun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun tutulması; tutmanın cavabdehin mülkiyyətində olan (sonrakı ipoteka predmeti) - ünvan 1 ünvanında 0,02314 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 4 otaqlı, 96,60 m2 yaşayış, 201 m2 köməkçi, 142 m2 zirzəmisi və 147,80 m2 mansard sahəsindən ibarət olan 10c nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracda satılması; satışından əldə olunmuş pul vəsait hesabına yaranmış 73.000 ABŞ dolları məbləğində əsas borc, ona hesablanmış 12216,17 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 16425 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi, 101641,17 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun iddiaçıya ödənilməsi; ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehin ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakdan istifadə hüququ itirilməklə əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 09 aprel 2019cu il tarixli, 2019/00088-01 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə dövriyyə vəsaitinin artırılması məqsədilə 60 ay müddətinə illik 24% hesablamaqla 73.000 ABŞ dollar məbləğində kredit verilmiş və həmin kreditin təminatı olaraq cavabdehin mülkiyyətində olan - ünvan 1 ünvanında 0.02314 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 4 otaqlı, 96,60 kv.m yaşayış, 201 m2 köməkçi, 142 m2 zirzəmisi və 147,80 m2 mansard sahəsindən ibarət olan 10c nömrəli fərdi yaşayış evi - aralarında bağlanmış 09 aprel 2019-cu il tarixli, 2019/00088-01 №-li ipoteka müqaviləsi ilə iddiaçının xeyrinə yüklü edilmişdir. Cavabdeh heç bir ödəniş aparmamış, kredit üzrə öhdəliklərini yerinə yetirməmiş, 20 dekabr 2019-cu il tarixinə onun 73.000 ABŞ dolları məbləğində əsas, 12.216,17 ABŞ dolları məbləğində faiz, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 16.425 ABŞ dolları dəbbə pulu, ümumilikdə, 101.641,17 ABŞ dolları məbləğində borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət və xəbərdarlıq edilsə də, borc bu günə kimi ödənilməmişdir. İş üzrə məhkəmələr yuxarıda göstərilən qətnamələri qəbul etmişdirlər. Apellyasiya şikayətinin dəlilləri və cavabdehin izahatı: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, iddiaçı tərəfindən ona borcu barədə hər hansı bildiriş məktubu göndərilməmişdir. Bu barədə sübut yoxdur. Borcun qaytarılmaması isə bilərəkdən deyil, keçirdiyi ağır xəstəliklə bağlı olmuşdur. Bu baxımdan borcun qaytarılmasında çətinlik yaranmışdır. Halhazırda isə borcun qaytarılması üçün zəmin yaranmış, iddiaçı tərəfindən möhlət verildiyi halda, ödəməni apara bilər. Kredit götürülməzdən 9 ay əvvəl, 09.04.2019-cu il tarixdən 20.12.2019-cu il tarixədək 12.216,17 ABŞ dolları faiz borcu ödənişlərinin gecikdirilməsinə görə 16.425 ABŞ dolları məbləğində dəbbə pulunun hansı meyarlara əsasən hesablanması əsaslandırılmamışdır. Kredit müqaviləsinin müddəti 60 aydır və bu müddət ərzində borcun ödənilməsi həyata keçirilə bilər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin («MPM») 149.2.4 və 152.1.4-cü maddələrinə əsasən iddia ərizəsinin geri qaytarılması haqqında qərardad çıxarmalı idi. Lakin iddia ərizəsini qanunsuz icraata qəbul etdiyinə görə MPM-in 259.0.1-ci madəsinin tələbinə görə iddia ərizəsini baxılmamış saxlamalı idi. Bu isə prosessual hüquq normalarının kobud şəkildə pozulması deməkdir. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında apelyasiya şikayətinin dəlillərini qəbul etməmiş və apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən iddiaçının nümayəndəsi, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin qismən təmin edilməsi nəticəsinə gəlmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 09 aprel 2019-cu il tarixli, 2019/00088-01 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı BOKT ASC tərəfindən fiziki şəxs sahibkar (VÖEN: **********) Cavabdeh 60 ay müddətində illik 24 faiz dərəcəsi ilə 73 000 ABŞ dolları məbləğində kredit verilməsi barədə aralarında müqavilə bağlanmışdır. 09.04.2019-cu il tarixli, 2019/00088-01İP nömrəli sonrakı ipoteka müqaviləsindən görünür ki, 09 aprel 2019-cu il tarixli, 2019/00088-01 nömrəli kredit müqaviləsinin təminatı kimi Cavabdeh ona məxsus olan müstəqil qymətləndirici FM Consulting tərəfindən 07.02.2017-ci tarixində likvid dəyəri 280 000 (iki yüz səksən min) manat məbləğində qiymətləndirilmiş ünvan 1 ünvanında 0,02314 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 4 otaqlı, 96,60 m2 yaşayış, 201 m2 köməkçi, 142 m2 zirzəmisi və 147,80 m2 mansard sahəsindən ibarət olan 10 c nömrəli fərdi yaşayış evi İddiaçı BOKT ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. 20.12.2019-cu il tarixli arayışdan və hesabdan çıxarışdan görünür ki, Cavabdeh ilə İddiaçı BOKT ASC arasında bağlanmış 09 aprel 2019-cu il tarixli, 2019/00088-01 nömrəli kredit müqaviləsinə əsasən illik 24 faiz dərəcəsi ilə 60 ay müddətində 73 000 ABŞ dolları məbləğində kredit verilmiş, verilmiş kredit üzrə heç bir ödəniş aparılmamış və 20.12.2019cu il tarixinə Cavabdeh BOKT-a olan borcu 73000 ABŞ dolları əsas borc, 12216,17 ABŞ dolları faiz borcu, 16425 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 101641,17 ABŞ dolları təşkil edir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmçinin borclu öhdəliyin lazımınca müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə (dəbbə pulu, penya) ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1 465.2, 467 və 567-ci maddələri). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; Birinci instansiya məhkəməsi hesab etmişdir ki, kreditor və borclu arasında qanunvericiliyə uyğun olaraq kredit və ipoteka müqavilələri bağlanmış, kreditor tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin borclu öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, borclu öhdəliklərini yerinə yetirməmiş, əsas, faiz borcu və cərimə ödənilməmiş qalmışdır. Birinci instnsiya məhkəməsi iddia tələbinin dəbbə pulu hissəsi ilə əlaqədar qeyd etmişdir ki, dəbbə pulu tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 33,83 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 83,87%-nin təmin olunduğunu nəzərə alan birinci instansiya məhkəməsi hesab etmişdir ki, ödənilmiş dövlət rüsumunun 83,87%-i, yəni 25,16 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. 0,40 manat faktiki bank xərci olduğuna görə həmin tələb təmin edilə bilməz, belə ki, iddiaçı həmin vəsaiti dövlət rüsumu kimi tələb etmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində iddiaçının ona borcu barədə bildirişin göndərilməməsi və bu barədə sübutun olmaması dəlillərini qəbul etmir. Belə ki, iş materiallarından görünür ki, cavabdehə bildiriş «azəri express» məktub və bağlama daşıma xidmətinin 162005 №-li qaimə sənədi ilə 12.12.2019-cu il tarixdə göndərilmiş, 19.12.2019-cu ildə cavabdeh onu almış, iddia ərizəsi isə həmin daşıma xidməti ilə 177052 №-li qaimə sənədi ilə 24.01.2020-ci il tarixdə ona göndərilmiş, 28.01.2010-ci il tarixdə isə çatdırılmışdır. Belə olan halda, işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsi MPM-in 152.1.4-ci maddəsinə əsasən geri qaytarıla və icraata qəbul olunduğu halda isə həmin Məcəllənin 159.0.1-ci maddəsinə əsasən baxılmamış saxlanıla bilməzdi. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsaslar mövcud olmamışdır. Ona görə də məhkəmə kollegiyası cavabdehin iddia ərizəsinin baxılmamış saxlanılmalı olduğunu mübahisələndirən dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası cavabdehin digər – iddiaçının borcun qaytarılmaması bilərəkdən deyil, keçirdiyi ağır xəstəliklə bağlı olduğunu, hal-hazırda isə borcun qaytarılması üçün zəmin yarandığını, iddiaçı tərəfindən möhlət verildiyi halda, ödəməni apara bilmədiyi dəlillərini də qəbul etmir. Cavabdehin apelyasiya şikayətindən göründüyü kimi, borcunu etiraf edir və hissəhissə ödəmək imkanın olduğunu bildirir. Kredit müqaviləsi üzrə ödəniş cədvəlindən, hesabından çıxarışdan və borc haqqında arayışdan görünür ki, cavabdeh tərəfindən illik 24% ilə 09.04.2019-cu il tarixdə 60 ay müdətinə aldığı 73.000 USD məbləğində kredit məbləğini ona azalan qrafiklə hesablanmış faizləri, artan qrafiklə isə əsas borcu hər ay ödəniş etməklə, hissə-hissə kreditora qaytarmalı olduğu halda, 2020-ci ilə qədər (20 dekabr 2019-cu il tarixinə kimi, yəni, ötən 8 ay ərzində onun heç bir ödənişi olmamışdır. Cavabdehin ödəniş qrafiki üzrə 12.216,17 USD faiz, 5.493,60 USD isə əsas borcu olduğunun müəyyən edilir. Beləliklə, cavabdehin kredit müqaviləsi üzrə öhdəliyinin 8 ay ərzində ardıcıl şəkildə yerinə yetirmədiyi məyyən edilir. Kredit müqaviləsinin 2.3.2-ci bəncinə əsasən borc alan bu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi halda, borcverən borcun ödənilməsini vaxtından əvvəl tələb edə bilər. Kredit müqaviləsinin 3.1-ci bəndində isə nəzərdə tutulur ki, ödəniş qrafikinə əsasən ödənişi gecikdirərsə, hər gecikdirilmiş günə görə müqavilə məbləğinin 0,1 faizi qədər dəbbə pulu ödəyir. İddiaçı tərəfindən 8 aya görə iddiaçıya 16.425,00 manat dəbbə pulu hesablanmışdır. Cavabdeh aldığı kredit məbləğini faizləri ilə birlikdə öz seçiminə görə istədiyi zaman çərçivəsində deyil, kredit müqaviləsinin şərtlərinə və ödəniş qrafikinə uyğun olaraq iddiaçıya ödəməyə borclu idi. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Cavabdehin apellyasiya şikayətində ödənişin gecikdirilməsinə görə iddiaçı tərəfindən ona hesablanmış 16.425 ABŞ dolları məbləğində dəbbə pulunu mübahisələndirməsinə gəldikdə isə, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 467-ci maddəsini tətbiq etməklə həmin məbləği 33,83 ABŞ dolları məbləğinə qədər azaltdığı halda, cavabdehin qeyd olunan dəlili də əsassızdır. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Qanunun 39.3.3-cü maddəsinin tələblərinə baxmayaraq birinci instansiya məhkəməsi qətnaməsində ipoteka predmetinin ilkin satış qiymətini göstərməmişdir. Kassasiya instansiya məhkəməsi qərarında cavabdehin ipoteka əmlakı olan yaşayış evinin məhkəmə qətnaməsi ilə açıq hərraca çıxarılan ilkin dəyərinin mübahisələndirdiyini və bunun üçün müvafiq ekspertizanın həyata keçirilməsi barədə onun vəsatətlərinə baxılmamasını göstərmişdir. Məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 30.04.2021-ci il tarixli 2-2(103)-385/2020 saylı qərardadı ilə iş üzrə məhkəmə qiymətləndirmə ekpertizası təyin etmişdir. “X1 Company” MMC-nin 26.07.2021-ci il tarixli ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qiymətləndirilməsinə dair mütəxəssis rəyin nəticəsinə görə evin mövcüd orta bazar qiyməti – 650000 manat, likvid dəyəri isə - 580000 manat məbləgində müəyyən edilir. Məhkəmə kollegiyası qiymətləndirilməsinə dair mütəxəssis rəyini nəzərə alaraq hesab edir ki, 09.04.2019-cu il tarixli, 2019/00088-01İP nömrəli sonrakı ipoteka müqaviləsinin ipoteka predmeti olan ünvan 1 ünvanında 0,02314 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 4 otaqlı, 96,60 m2 yaşayış, 201 m2 köməkçi, 142 m2 zirzəmisi və 147,80 m2 mansard sahəsindən ibarət olan 10 c nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 580000 ( beş yüz səksən min) manat məbləgində müəyyən edilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-676/2020 saylı 18.03.2020-ci il tarixli qətnaməsi kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən kredit müqaviləsi üzrə əsas borcun, faiz borcunun, dəbbə pulunun, cəmi 85.250 ABŞ dolları məbləğində borcun ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25,16 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi; tutma dəyəri 280000 manat olan cavabdehin mülkiyyətində olan fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracda satılması, evin satıldıqdan sonra cavabdehin bir ay ərzində əşyaları ilə birlikdə evdən çıxarılması; evin satılmasından əldə edilmiş vəsaitdən cavabdehin kredit müqaviləsi üzrə olan 85250 ABŞ dolları məbləğində borcun və dövlət rüsumu kimi ödənilmiş 25,16 manat məbləğində pulun ödənilməsi, satışdan artıq qalan məbləğin cavabdehə qaytarılması hissələrində dəyşdirilmədən saxlanılmalı, ipoteka predmetinin ilkin satış qiyməti 580000 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, iş üzrə 26.07.2021-ci il tarixli qiymətləndirmə rəyi üzrə mütəxəssis tərəfindən həyata keçirilən 500 manat məbləğində olan xidmətin dəyəri cavabdehdən tutulmalı və “X2 Company MMC-nin bank hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-676/2020 saylı 18.03.2020-ci il tarixli qətnaməsi dəyişdirilsin. 09.04.2019-cu il tarixli, 2019/00088-01İP nömrəli sonrakı ipoteka müqaviləsinin ipoteka predmeti olan ünvan 1 ünvanında 0,02314 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 4 otaqlı, 96,60 m2 yaşayış, 201 m2 köməkçi, 142 m2 zirzəmisi və 147,80 m2 mansard sahəsindən ibarət olan 10 c nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 580000 (beş yüz səksən min) manat məbləgində müəyyən edilsin. Qiymətləndirmə rəyi üzrə mütəxəssis tərəfindən həyata keçirilən 500 ( beş yüz) manat məbləğində xidmətin dəyəri cavabdeh – Cavabdeh tutulsun və “X2 Company MMCnin (VÖEN: **********) bank hesabına köçürülməlidir. hesab nömrəsi:AZ61İBAZ********************; bank: ABB Şərifzadə filialı (VÖEN **********); M/H AZ03NABZ**********000000294; kod: 805142; SWİFT: İBAZAZ2X köçürülsün. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Həmid Həmidov Səadət Bəktaşi . İş № 2-2(103)-404/2021 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Nuriyeva Afaq Bayram qızı, hakimlər Mərdanova Xumar Afət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X6 oğlunun katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı BOKT-nın Cavabdeh qarşı borcun tutulması və tutmanın girov qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 18.03.2020-ci il tarixli, e-2-2(113)-676/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında 30 aprel 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxdı. Məhkəmə iclası başlandı saat 11:15-də. Sədrlik edən məhkəmə iclasını açdı, baxılacaq şikayəti elan edir. Məhkəmə iclasının katibi iş üzrə tərəflərin məhkəmə iclasına gəlmədikləri barədə məruzə etdi. Sədrlik edən bildirdi ki, tərəflər məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası yerində müşavirə edərək, qərara aldı: Hazırki işə tərəflərin iştirakları olmadan baxılması mümkün hesab edilsin. Məruzəçi-hakim bildirdi ki, İddiaçı BOKT ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı BOKT ASC və Cavabdeh arasında bağlanmış 09 aprel 2019-cu il tarixli, 2019/00088-01 nömrəli kredit müqaviləsinin ləğv edilməsini, Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə 20.12.2019-cu il tarixə yaranmış 73000 ABŞ dolları məbləğində əsas borc, ona hesablanmış 12216,17 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 16425 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 101641,17 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun tutulmasını, tutmanın Cavabdehnın mülkiyyətində olan ünvan 1 ünvanında 0,02314 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 4 otaqlı, 96,60 m2 yaşayış, 201 m2 köməkçi, 142 m2 zirzəmisi və 147,80 m2 mansard sahəsindən ibarət olan 10c nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsait hesabına yaranmış 73000 ABŞ dolları məbləğində əsas borc, ona hesablanmış 12216,17 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 16425 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 101641,17 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi və ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehin ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakdan istifadə hüququ itirilməklə əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 18.03.2020-ci il tarixli, e-2-2(113)-676/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 09 aprel 2019-cu il tarixli, 2019/00088-01 nömrəli kredit müqaviləsi ləğv edilmiş, Cavabdeh 09 aprel 2019-cu il tarixli, 2019/00088-01 nömrəli kredit müqaviləsi üzrə 73000 ABŞ dolları məbləğində əsas borc, 12216,17 ABŞ dolları məbləğində faiz borcu, 33,83 ABŞ dolları məbləğində dəbbə olmaqla, cəmi 85250 ABŞ dolları məbləğində borc ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25,16 manat məbləğində pul tutularaq İddiaçı BOKT ASC-yə ödənilməsi, tutma dəyəri 280000 manat olan Cavabdehnın mülkiyyətində olan ünvan 1 ünvanında 0,02314 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 4 otaqlı, 96,60 m2 yaşayış, 201 m2 köməkçi, 142 m2 zirzəmisi və 147,80 m2 mansard sahəsindən ibarət olan 10c nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracda satılması, ev satıldıqdan sonra Cavabdeh bir ay ərzində əşyaları ilə birlikdə evdən çıxarılması, evin satılmasından əldə edilmiş vəsaitdən Cavabdeh 09 aprel 2019-cu il tarixli, 2019/00088-01 nömrəli kredit müqaviləsi üzrə olan 85250 ABŞ dolları məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 25,16 manat məbləğində pulun ödənilməsi, satışdan artıq qalan məbləğin Cavabdeh qaytarılması qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin KK-nın 06.08.2020-ci il tarixli 2-2(103)-385/2020 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməyərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-676/20 saylı 18.03.2020-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin KK-nın 02.02.2021-ci il tarixli 2-2(102)-18/2021 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin KK-nın 06.08.2020-ci il tarixli 2-2(103)-385/2020 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyası müşavirə otağına getdi, qayıtdıqdan sədrlik edən qərardadları elan etdi. Sədrlik edən şifahi məhkəmə iclasını bağlı elan etdi. Məhkəmə iclası qurtardı saat 11:20-də. Protokol 30.04.2021-ci il tarixdə tərtib edilib. Sədrlik edən: Afaq Nuriyeva Məhkəmə iclasının katibi: Ruslan Nəcəfquliyev İş № 2-2(103)-404/2021 QƏRARDAD 30 aprel 2021-ci il Bakı şəhəri Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Nuriyeva Afaq Bayram qızı, hakimlər Mərdanova Xumar Afət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X6 oğlunun katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı BOKT-nın Cavabdeh qarşı borcun tutulması və tutmanın girov qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 18.03.2020-ci il tarixli, e-2-2(113)-676/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş vəsatətə Bakı Apellyasiya Məhkəməsinin (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı BOKT ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı BOKT ASC və Cavabdeh arasında bağlanmış 09 aprel 2019-cu il tarixli, 2019/00088-01 nömrəli kredit müqaviləsinin ləğv edilməsini, Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə 20.12.2019-cu il tarixə yaranmış 73000 ABŞ dolları məbləğində əsas borc, ona hesablanmış 12216,17 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 16425 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 101641,17 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun tutulmasını, tutmanın Cavabdehnın mülkiyyətində olan ünvan 1 ünvanında 0,02314 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 4 otaqlı, 96,60 m2 yaşayış, 201 m2 köməkçi, 142 m2 zirzəmisi və 147,80 m2 mansard sahəsindən ibarət olan 10c nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsait hesabına yaranmış 73000 ABŞ dolları məbləğində əsas borc, ona hesablanmış 12216,17 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 16425 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 101641,17 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi və ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehin ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakdan istifadə hüququ itirilməklə əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 18.03.2020-ci il tarixli, e-2-2(113)-676/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 09 aprel 2019-cu il tarixli, 2019/00088-01 nömrəli kredit müqaviləsi ləğv edilmiş, Cavabdeh 09 aprel 2019-cu il tarixli, 2019/00088-01 nömrəli kredit müqaviləsi üzrə 73000 ABŞ dolları məbləğində əsas borc, 12216,17 ABŞ dolları məbləğində faiz borcu, 33,83 ABŞ dolları məbləğində dəbbə olmaqla, cəmi 85250 ABŞ dolları məbləğində borc ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25,16 manat məbləğində pul tutularaq İddiaçı BOKT ASC-yə ödənilməsi, tutma dəyəri 280000 manat olan Cavabdehnın mülkiyyətində olan ünvan 1 ünvanında 0,02314 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 4 otaqlı, 96,60 m2 yaşayış, 201 m2 köməkçi, 142 m2 zirzəmisi və 147,80 m2 mansard sahəsindən ibarət olan 10c nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracda satılması, ev satıldıqdan sonra Cavabdeh bir ay ərzində əşyaları ilə birlikdə evdən çıxarılması, evin satılmasından əldə edilmiş vəsaitdən Cavabdeh 09 aprel 2019-cu il tarixli, 2019/00088-01 nömrəli kredit müqaviləsi üzrə olan 85250 ABŞ dolları məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 25,16 manat məbləğində pulun ödənilməsi, satışdan artıq qalan məbləğin Cavabdeh qaytarılması qət edilmişdir (hakim E.Əliyev). Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin KK-nın 06.08.2020-ci il tarixli 2-2(103)-385/2020 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməyərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-676/20 saylı 18.03.2020-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən və məruzəçi C.Yusifov, hakimlər V.Baxışova və R.Qurbanov). Həmin qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin KK-nın 02.02.2021-ci il tarixli 2-2(102)- 18/2021 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin KK-nın 06.08.2020-ci il tarixli 2-2(103)-385/2020 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. Kassasiya instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, cavabdeh apelyasiya şikayətində ona borcun necə hesablanmasını mübahisələndirsə də, bununla yanaşı ipoteka əmlakı olan yaşayış evinin məhkəmə qətnaməsi ilıə açıq hərraca çıxarılan ilkin dəyərinin də mübahisələndirmiş və bunun üçün müvafiq ekspertizanın həyata keeçiirilməsi barədə apelyasiya instansiya məhkəməsinə ayrı-ayrı tarixlərdə iki vəsatətlə müraciət etmişdir.Lakin apelyasiya instansiya məhkəməsi tərəfindən həmin vəsatətlərə baxılmamışdır. Cavabdeh vəsatətində göstərmişdir ki, ipoteka ilə yüklü edilmiş əmlak müstəqil qiymətləndirici FM consaltinq tərəfindən 07.02.2017-ci il tarixində qiymətləndirilmiş və likvid dəyəri 280.000 manat məbləğində müəyyən olunmuşdur. İpoteka predmetinin qiymətləndirilməsi tarixindən uzun müddət keçmişdir. Həmin vaxtda olan qiymətlərlə hazırki vaxtda olan qiymətlər üst-üstə düşmür. Eyni zamanda qiymətləndirici FF consaltinqə "xxxx" ASC arasında xidmətlərin göstərilməsi barədə müqavilə mövcuddur. Bu baxımdan ipoteka predmetinin qiyməti Finoko BOKT” ASC-nin xeyrinə aşağı göstərilmişdir. Hal-hazırda ipoteka predmetinin bazar qiyməti 400.000 manatdan aşağı deyil. Göstərilənlərə əsasən cavabdeh ünvan 3 ünvanında, 0,02314 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı, 96,60 kvm yaşayış, 201 kvm köməkçi, 142 kvm zirzəmi və 147,80 kvm mansard sahəsindən ibarət olan fərdi yaşayış evinin real bazar qiymətinin müəyyən edilməsi üçün məhkəmə əmtəəşünaslıq ekspertizasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı BOKT və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının nümayəndəsi və cavabdehin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, tərəflər arasında mübahisənin obyektiv həlli üçün xüsusi biliklər tələb olunduğundan, hesab edir ki, iş üzrə məhkəmə qiymətləndirmə ekspertizası təyin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən ekspertiza təyin edilməsi haqqında məhkəmə qərardad qəbul edir. Həmin Məcəllənin 255.0.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən ekspertiza təyin olunduqda hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə iş üzrə icraatı dayandıra bilər. Həmin Məcəllənin 256.0.2-ci maddəsinə əsasən Mülki Prosessual Məcəllənin 254.1.3-cü və 255-ci maddələri ilə nəzərdə tutulmuş hallarda ekspertin rəyi və ya qəyyumluq və himayəçilik orqanının rəyi məhkəməyə təqdim edilənədək iş üzrə icraat dayandırılır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 97 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İş üzrə məhkəmə qiymətləndirmə ekspertizası təyin edilsin. Ekspertizanın keçirilməsi "xxxx" MMC-nin ekspertlərinə həvalə edilsin. Ekspert qarşısında aşağıdakı suallar qoyulsun: ünvan 3 ünvanında, 0,02314 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı, 96,60 kvm yaşayış, 201 kvm köməkçi, 142 kvm zirzəmi və 147,80 kvm mansard sahəsindən ibarət olan fərdi yaşayış evinin real bazar qiyməti nə qədər təşkil edir? Ekspertə Azərbaycan Respublikasının MPM-nin 63-cü maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilsin, bilə-bilə yalan rəy verməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297-ci maddəsinə əsasən cinayət məsuliyyəti daşıması barədə xəbərdar edilsin. Ekspertizanın keçirilməsi üçün 1 ay müddət müəyyən edilsin. Ekspertlərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297-ci (bilə-bilə yalan ifadə vermə, yalan rəy vermə və ya yanlış tərcümə etmə) maddəsi ilə xəbərdarlıq elan edilsin. Qərardaddan şikayət verilmir. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Aida Hüseyn Xumar Mərdanova İş № 2-2(103)-404/2021 QƏRARDAD 30 aprel 2021-ci il Bakı şəhəri Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Nuriyeva Afaq Bayram qızı, hakimlər Mərdanova Xumar Afət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X6 oğlunun katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı BOKT-nın Cavabdeh qarşı borcun tutulması və tutmanın girov qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 18.03.2020-ci il tarixli, e-2-2(113)-676/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş vəsatətə Bakı Apellyasiya Məhkəməsinin (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Bakı Apellyasiya Məhkəməsi tərəfindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə iclasında baxılarkən, hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 30.04.2021-ci il tarixli qərardadı ilə məhkəmə qiymətləndirmə ekspertizası təyin edilmişdir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə icraat ekspertin rəyi məhkəməyə təqdim edilənədək dayandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 255.0.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən ekspertiza təyin olunduqda hakim iş üzrə icraatı dayandıra bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 256.0.2-ci maddəsinə əsasən bu Məcəllənin 254.1.3-cü və 255-ci maddələri ilə nəzərdə tutulmuş hallarda tərəfin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, digər qoşunların və qoşun birləşmələrinin tərkibində olub dövlət vəzifəsini yerinə yetirməsi qurtaranadək, qulluq ezamiyyətindən qayıdanadək, tərəfin müalicə müəssisəsindən buraxılmasınadək, cavabdehin axtarışının nəticələri məlum olanadək, ekspertin rəyi və ya qəyyumluq və himayəçilik orqanının rəyi məhkəməyə təqdim edilənədək, məhkəmə tapşırıgına cavab alınanadək iş üzrə icraat dayandırılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 255.0.5, 256.0.2-ci, 263-264-cü maddələrinin tələblərini rəhbər tutub, məhkəmə kollegiyası qərara alır: Hazırki iş üzrə icraat ekspertin rəyi təqdim edilənədək dayandırılsın. Qərardaddan şikayət verilmir. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Aida Hüseyn Xumar Mərdanova BAKİ APELLYASİYA MƏHKƏMƏSİ AZ 1073, Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə. Tel: (99412) 498-09-68; 498-77-82; 439- 75-99. Faks: (994 12) ***-**-** http:// www.bakuappelcourt.gov.az. Е-mail: contact@ bakuappealcourt.gov.az. Bizim nömrəyə istinad edin İş № e-2-2(103)-404/2021 05 may 2021-ci il İddiaçı: "xxxx" BOKT-nın Ünvan: Bakı ş., C.Cabbarlı k, 609, Globus Center, 9-cu mərtəbə Cavabdeh: Cavabdeh Ünvan: Bakı ş., Nərimanov r., Ş.Mustafayev k., ev 27, m. 139 Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının e-2-2(103)-404/2021 saylı 30.04.2021-ci il tarixli qərardadının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərardadın surəti. Hakim Afaq Nuriyeva BAKİ APELLYASİYA MƏHKƏMƏSİ AZ 1073, Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə. Tel: (99412) 498-09-68; 498-77-82; 439- 75-99. Faks: (994 12) ***-**-** http:// www.bakuappelcourt.gov.az. Е-mail: contact@ bakuappealcourt.gov.az. Bizim nömrəyə istinad edin İş № e-2-2(103)-404/2021 15 mart 2021-ci il Apellyasiya şikayətinə baxılması haqqında MƏHKƏMƏ BİLDİRİŞİ İddiaçı: "xxxx" BOKT-nın Ünvan: Bakı ş., C.Cabbarlı k, 609, Globus Center, 9-cu mərtəbə Cavabdeh: Cavabdeh Ünvan: Bakı ş., Nərimanov r., Ş.Mustafayev k., ev 27, m. 139 İddiaçı "xxxx" BOKT-nın Cavabdeh qarşı borcun tutulması və tutmanın girov qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 18.03.2020-ci il tarixli, e-2-2(113)-676/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə dair işin təkrar apelyasiya qaydasında baxılması 28 aprel 2021-ci il tarixə, saat 16:15-ə təyin edilmişdir. Göstərilən tarixdə məhkəmə iclasında iştira etməyiniz və yaxud səlahiyyətli nümayəndənizin iştirakını təmin etməyiniz, eyni zamanda məhkəməyə gələrkən şəxsiyyətinizi təsdiq edən sənədi gətirməyiniz vacibdir. Məhkəmə iclası Bakı Apellyasiya Məhkəməsinin 12 saylı iclas zalında keçiriləcəkdir. Qeyd: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Hakim Afaq Nuriyeva İş № e-2-2(103)-404/2021 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyası Hakimlər Nuriyeva Afaq Bayram qızının sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Hüseyn Aida Əli qızından ibаrət tərkibdə, məhkəmə iclasının katibi X6 oğlunun iştirakı ilə, 28 aprel 2021-ci il Bakı şəhərində İddiaçı "xxxx" BOKT-nın Cavabdeh qarşı borcun tutulması və tutmanın girov qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 18.03.2020-ci il tarixli, e-2-2(113)-676/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Məhkəmə iclası saat 16:15-də başlanır. Sədrlik edən məhkəmə iclasını açdı, baxılacaq iş üzrə şikayəti elan edir. Məhkəmə iclasının katibi iş üzrə tərəflərin məhkəmə iclasına gəlmədiyini məruzə etdi. Məhkəmə kollegiyası yerində müşavirə edərək qərara aldı: Tərəflər məhkəmə iclasına gəlmədiyinə görə məhkəmə iclası 30.04.2021-ci il tarixə saat 11:15-ə təxirə salınsın. Sədrlik edən məhkəmə iclasını bağlı elan edir. Məhkəmə iclası bağlandı saat 16:20-də. Protokol 28.04.2021-ci il tarixdə tərtib edildi. Sədrlik edən: Afaq Nuriyeva Məhkəmə iclasının katibi: Ruslan Nəcəfquliyev İş № 2-2(103)-404/2021 Məhkəmə iclasının protokolu Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Nuriyeva Afaq Bayram qızı, hakimlər Bəktaşi Səadət İnayət qızı və X4 ibarət tərkibdə, Həsənova Səriyyə Hüseyn qızının katibliyi ilə, İddiaçı "xxxx" BOKT-nın Cavabdeh qarşı borcun tutulması və tutmanın girov qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 18.03.2020-ci il tarixli, e-2-2(113)-676/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 03.08.2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) binasında açıq məhkəmə iclasında baxdı. Məhkəmə iclası başlandı: 10:00-da Hakim məhkəmə iclasını açdı və məhkəmədə baxılmalı olduğu işi elan etdi. Məhkəmə iclasının katibi iş üzrə tərəflərin məhkəmə iclasına dəvət edilmədiklərini məruzə etdi. Sədrlik edən bildirdi ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılarkən Bakı Apellyasiya Məhkəməsinin 30.04.2021-ci il tarixli qərardadı ilə məhkəmə qiymətləndirmə ekspertizası təyin edilmiş və iş üzrə icraat ekspertin rəyi məhkəməyə təqdim edilənədək dayandırılmışdır. Ekspert rəyi məhkəməyə 27.07.2021-ci il tarixdə təqdim edilmişdir. Məhkəmə kollegiyası müşavirə otağına getdi, qayıdarkən sədrlik edən iş üzrə icraatın təzələnməsi barədə qərardadı elan etdi. Məhkəmə iclası bağlı elan edildi. Məhkəmə iclası qurtardı: 10:05 Protokol tərtib edilib 03.08.2021-ci il tarixdə. Sədrlik edən: Afaq Nuriyeva Məhkəmə iclasının katibi: Səriyyə Həsənova İş № 2-2(103)-404/2021 QƏRARDAD 03 avqust 2021-ci il Bakı şəhəri Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Nuriyeva Afaq Bayram qızı, hakimlər Bəktaşi Səadət İnayət qızı və X4 ibarət tərkibdə, Həsənova Səriyyə Hüseyn qızının katibliyi ilə, İddiaçı "xxxx" BOKT-nın Cavabdeh qarşı borcun tutulması və tutmanın girov qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 18.03.2020-ci il tarixli, e-2-2(113)-676/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılarkən Bakı Apellyasiya Məhkəməsinin 30.04.2021-ci il tarixli qərardadı ilə məhkəmə qiymətləndirmə ekspertizası təyin edilmiş və iş üzrə icraat ekspertin rəyi məhkəməyə təqdim edilənədək dayandırılmışdır. Ekspert rəyi məhkəməyə 27.07.2021-ci il tarixdə təqdim edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmış və iş üzrə icraat təzələnməlidir. Azərbaycan Respublikası MPM-nin 257-ci maddəsinə əsasən işin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra, işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya məhkəmənin təşəbbüsü ilə iş üzrə icraat təzələnir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 257-ci, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Hazırki iş üzrə icraat təzələnsin və məhkəmə baxışı 11 avqust 2021-ci il tarixə saat 10:30-a təyin edilsin. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilsin. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Səadət Bəktaşi Rəşad Abdulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar