Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-404/2025 18.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, Ziya Allahverdi oğlu Şirinov və Elnur Məmmədsaat oğlu Həsənovdan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-473/2025 saylı qərardadından Cavabdeh3 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Qanuni nümayəndə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli L001822/0001 nömrəli kredit müqaviləsi üzrə 69244,82 manat əsas, 2337,47 manat faiz, 8098,65 manat cərimə borcu olmaqla ümumilikdə 79680,94 manat, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilən 51 manat məbləğində rüsumun və ödənilmiş 329,04 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi, həmin məbləğlərin ipoteka ilə yüklü edilmiş, Qanuni nümayəndə məxsus Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 100, mənzil 36 (yeni qaydalarla: AZ1009, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 138.9 kv.m ibarət olan 3 saylı mənzilə yönəldilərək, əmlakın açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına iddiaçıya olan borcun ödənilməsi, əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-6879/2024 nömrəli qərardadları iş üzrə məhkəmə-mühasibatlıq və məhkəmə tikinti-texniki ekspertizaları təyin edilmiş və ekspert rəyi məhkəməyə daxil olanadək iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Həmin qərardaddan xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2- 2(113)-6879/2024 nömrəli qərardadının ləğv edilməsi, iş üzrə icraatın təzələnməsi və işə mahiyyəti üzrə baxılması üçün sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi xahiş edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-473/2025 nömrəli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 6879/2024 nömrəli qərardadından Cavabdeh3 tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025ci il tarixli e-2-2(113)-473/2025 nömrəli qərardadının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması üçün sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Mülki Prosessual Məcəllənin 135.1-ci maddəsinin məzmunundan göründüyü kimi, məhkəmə aktı tərəflərə sifarişli poçt göndərişi ilə çatdırılmalıdır. Birinci instansiya məhkəməsi xx.xx.2024-cü il tarixli 2-2(113)- 6879/2024 nömrəli qərardadın xx.xx.2024-cü il tarixində tərəflərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərinə, o cümlədən şikayət verən Cavabdeh3 ekabinetinə yerləşdirilməsinə istinad etmişdir. Lakin işin hallarına əsasən Cavabdeh3 elektron kabinetə yerləşdirilən qərardaddan xx.xx.2024- cü il tarixində xəbərdar olmuş, xx.xx.2024-cü il tarixində vəkil ilə müqavilə bağlamış, elə həmin gün də xx.xx.2024-cü il tarixli 2-2(113)-6879/2024 nömrəli qərardaddan şikayət vermişdir. Əgər məhkəmənin qeyd etdiyi kimi, Cavabdeh3 qərardadın e-kabinetə yerləşdirilməsindən xx.xx.2024-cü il tarixində məlumatlı olsa idi, o zaman Cavabdeh3 prosessual müddətin hesablanmasını xx.xx.2024-cü il tarixindən hesablamaqla şikayətini məhkəməyə təqdim etmiş olardı. Belə ki, işdən görünür ki, qərardaddan şikayət cavabdehə məlum olduğu andan e-kabinetə yerləşdirilmişdir. Qanuni nümayəndə qərardaddan şikayət verilmə müddətini buraxmamışdır. Formalaşmış məhkəmə təcrübəsinə əsasən məhkəmə sənədləri tərəflərə həm e-kabinet vasitəsilə, həm də poçt ünvanlarına göndərilir. Qərardadın e-kabinetə yerləşdirilməsindən Qanuni nümayəndə məlumatı olmadığından 29 oktyabr 2024-cü il tarixli qərardad rəsmi qaydada təqdim edilmiş hesab edilə bilməz. Çünki hamıya məlumdur ki, e-kabinet elektron sistemdir və elektron sistemdə müəyyən texniki nasazlıqlar olması mümkündür. Elektron məhkəmə informasiya sistemində donmalar və sənədlərin yüklənilməsində çətinliklər yaranır. Məhkəmə sənədləri ünvan sahibinə rabitə orqanları, məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən təqdim edilməlidir. İş materialında xx.xx.2024-cü il tarixli qərardadın qanunun tələb etdiyi formada, üsulla Qanuni nümayəndə çatdırılması barədə sübut yoxdur. Məhkəmə Qanuni nümayəndə məlum olmayan səbəbdən e-kabinetdə yaranan texniki nasazlıq səbəbindən və ya hər hansı digər səbəbdən mübahisələndirilən qərardaddan məlumatlı olmamasını nəzərə almamışdır. Bakı Kommersiya Məhkəməsinin 11 fevral 2025-ci il tarixli, e-2-2(113)-473/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 268.1-ci maddəsinə görə şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. İş materiallarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-6879/2024 nömrəli qərardadı xx.xx.2024-cü il tarixdə Cavabdeh3 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilməklə və cavabdehə həmin sistem vasitəsilə bu barədə məlumat “Elektron ünvan ” elektron poçtuna göndərilməklə rəsmi qaydada verildiyi halda sonuncu tərəfindən həmin qərardadın iş üzrə icraatın dayandırılması hissəsindən şikayət xx.xx.2024-cü il tarixdə verilmiş, bununla da sözügedən qərardaddan şikayət verilməsi üçün qanunla nəzərdə tutulmuş 10 günlük prosessual müddət buraxılmış (10 günlük prosessual müddət xx.xx.2024-cü il tarixdə başlamış və xx.xx.2024-cü il tarixdə başa çatmışdır), müddətin bərpası barədə vəsatət isə şikayətə əlavə edilməmişdir. Cavabdehin “Elektron məhkəmə” informasiya sistemində texniki nasazlıqla bağlı dəlilləri isə heç bir sübuta əsaslanmayan formal mülahizələrdir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin verdiyi apellyasiya şikayətini qaytarmaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayətinin geri qaytarılması barədə birinci instansiya məhkəməsinin qərardadından cavabdeh tərəfindən verilmiş şikayət əsassız olmaqla həmin qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-473/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Hakimlər: Leyla Əliyeva Elnur Həsənov Ziya Şirinov
Məhkəmə qərarları › İş №2-2(103)-404/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-404/2025
18.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver