Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-405/2020 04.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-486/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdeh «X9 X5 X8 ve X7»-nin Azərbaycan Respublikasındakı filialına qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda iddiaçı iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, hazırki iddiaya mahiyyəti üzrə baxılıb həll edilənədək iddianın təmin tədbiri kimi, «X9 X5 X8 ve X7»-nin Azərbaycan Respublikasındakı Filialına məxsus və xx.xx.2017-ci il tarixli 003EQUİ17000036 nömrəli və xx.xx.2017-ci il tarixli 003EQUİ17000036 nömrəli girov müqavilələri ilə İddiaçı ASC-nin xeyrinə yüklü edilən əmlakların üzərinə həbs qoyularaq, həmin əmlakların mülkiyyətçi və başqa şəxslər tərəfindən istifadəsinin qadağan edilməsi və saxlandıqları yer üzrə siyahıya alınmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, e-2- 2(82)1237/2019 saylı qərardadı ilə ərizə rədd edilmişdir. İddiaçı ASC həmin qərardaddan şikayət vermişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e-2-2(113)-486/2020 saylı qərardadı ilə şikayət geri qaytarılmışdır. İddiaçı ASC həmin qərardaddan da şikayət vermişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 şikayəti müdafiə etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.8-ci maddəsində isə təsbit olunmuşdur ki, iqtisadi mübahisələr üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Hazırki işdə isə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli e- 2-2(82)1237/2019 saylı qərardadı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə xx.xx.2019-cu il tarixdə yerləşdirilsə də, iddiaçıya bu barədə məlumatın həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılması barədə hər hansı bir sənəd iş materiallarında mövcud deyildir. Bu baxımdan kollegiya hesab edir ki, xx.xx.2019-cu il tarixli qərardad həmin tarixdə rəsmi qaydada verilmiş hesab edilə bilməz. Eyni zamanda iş materiallarına əsasən müəyyən olunur ki, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli e-2-2(82)1237/2019 saylı qərardadı xx xxxx 2020-ci il tarixdə iddiaçının nümayəndəsinə rəsmi qaydada təqdim edilmişdir (i/v 221). İddiaçı isə xx xxxx 2020-ci il tarixdə, yəni Mülki Prosessual Məcəllənin 268.1-ci maddəsində göstərilən 10 günlük müddətdə həmin qərardaddan şikayət vermişdir. Ona görə də, həmin şikayətin müddətin ötürülməsi əsası ilə geri qaytarılması üçün hər hansı bir əsas yoxdur. Göstərilən halları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı və iddiaçı tərəfindən verilmiş şikayətə baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı ASC tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-486/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli e-2- 2(82)1237/2019 saylı qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayətə baxılması üçün iş materialları Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-405/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-405/2020
04.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver