Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-408/2023 11.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X7 Hüseynin sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh3, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6 və Cavabdeh4 qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi və açıq hərracdan satılması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3166/2022 saylı, 09 dekabr 2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" MMC-dən, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə 499.991,16 manat əsas, 11.337,2 manat faiz, cəmi 511.328,36 manat borc, iddiа ərizəsinə görə ödənilmiş 402 mаnаt dövlət rüsumu, mediasiya xərci olaraq ödənilmiş 400 manat, bildirişlərin ƏMDK yanında DƏDRX-nin 1 saylı Ərazi İdarəsində qeydiyyatı ilə bağlı xidmət haqqı və dövlət rüsumu kimi ödənilmiş 225 manat məbləğində pul tutulması; tutmanın ilkin satış qiyməti müəyyən edilməklə, Cavabdeh6na məxsus, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 45 saylı evin, 100 saylı mənzilinə, Cavabdeh4 məxsus, Bakı şəhəri, Suraxanı rayonu, S.Bəhlulzadə küçəsində yerləşən ümumi sahəsi 0.10 ha torpaq sahəsinə, X2 məxsus, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1026.1 kv.m olan əmlak kompleksi kimi müəssisəyə və 0.24 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetlərinin açıq hərrac vasitəsilə satılması və bankın kredit tələbinin satılmış əmlakların hesabına ödənilməsi, ipoteka predmeti olan, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 45 saylı evin, 100 saylı mənzili satıldıqdan sonra həmin evdə yaşayan Cavabdeh6 və digər şəxslər 1 ay ərzində həmin evi tərk etmədikləri halda onların məcburi qaydada çıxarılması, ipoteka predmeti olan, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1026.1 kv.m olan əmlak kompleksi kimi müəssisə satıldıqdan sonra 1 ay ərzində təhvil verilmədiyi halda məcburi qaydada boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Müştəri Xidmətləri Mərkəzi ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 01 saylı kredit müqaviləsinə əsasən borcalana əsas və dövriyyə vəsaitlərinin alınması məqsədilə 60 ay müddətinə 500.000 manat məbləğində kredit verilmişdir. Krеdit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin еtmək məqsədilə xx.xx.2021-ci il tarixli zaminlik müqavilələrinə əsasən Cavabdeh2, X1 və Cavabdeh3 "xxxx" MMC-nin bank qarşısında öhdəlikləri tam yеrinə yеtirilənədək ona zamin durmuşlar. Zaminlik müqavilələrinin 1.1.-ci bəndinə görə, bоrc alan bank qarşısında öz öhdəliklərini tam yеrinə yеtirinədək zaminlər, bоrc alan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Krеdit müqаviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə, 21 fevral 2018-ci il tarixdə bağlanmış 01 sаylı İpoteka Müqаviləsinə əsasən, "xxxx" MMC-nin 19 noyabr 2015-ci il tarixli ekspert rəyinə əsasən bazar dəyəri 90.000 likvid dəyəri isə 76.500 manat məbləğində qiymətləndirilmiş tam mülkiyyət hüququ üzrə Cavabdeh6 məxsus, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 45 saylı evin, 100 saylı mənzili ipoteka qoyulmuşdur. Krеdit müqаviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə, 21 fevral 2018-ci il tarixdə bağlanmış 03 sаylı ipoteka müqаviləsinə əsasən, "xxxx" MMC-nin 18 yanvar 2018-ci il tarixli ekspert rəyinə əsasən bazar dəyəri 120.000, likvid dəyəri isə 100.000 manat məbləğində qiymətləndirilmiş tam mülkiyyət hüququ üzrə Cavabdeh4 məxsus, Bakı şəhəri, Suraxanı rayonu, S.Bəhlulzadə küçəsində yerləşən ümumi sahəsi 0.10 ha torpaq sahəsi ipoteka qoyulmuşdur. Krеdit müqаviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə, 21 fevral 2018-ci il tarixdə bağlanmış 02 sаylı ipoteka müqаviləsinə əsasən, "xxxx" MMC-nin 18 yanvar 2018-ci il tarixli ekspert rəyinə əsasən bazar dəyəri 550.000 manat, likvid dəyəri isə 440.000 manat məbləğində qiymətləndirilmiş tam mülkiyyət hüququ üzrə X2 məxsus, ünvan 1 ünvanında 0.24 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 1026.1 kv.m olan əmlak kompleksi kimi müəssisə ipoteka qoyulmuşdur. Krеdit müqaviləsinin şərtlərinə əsasən "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixinə əsas borcu 499.991,16 manat, faiz borcu 11.337,2 manat, cəmi 511.328,36 manat təşkil edir. Bоrcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət оlunmasına, tərəfimizdən məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, Cavabdeh1 MMC götürdüyü bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Cavabdehlərə göndərilmiş pretenziya (хəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Bununlа dа cavabdehlər, Krеdit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yеrinə yеtirməmiş və еyni zаmаndа hеsаblаrа, mühаsibаt uçоtunа dəqiq və düzgün əməl еtmədiyindən Krеdit Müqaviləsi üzrə yаrаnmış bоrcun tələb еdilməsi zərurəti yаrаnmışdır. Hаl-hаzırdа cavabdehlərin, Krеdit Müqaviləsinə əsаsən “Аzər – Türk Bаnk” Аçıq Səhmdаr Cəmiyyətinə оlаn əsаs və оnа hеsаblаnmış fаiz bоrcu 511.328,36 manat təşkil еdir ki, bu bоrcun dа cavabdehlər tərəfindən ödənilməsi təmin еdilməlidir.
3. 05.11.2022-ci il tarixdə iddiaçının nümayəndəsi iddia ərizəsinin həcminin artırılması barədə ərizə verərək, cavabdehlər "xxxx" MMC-dən, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə 499.991,16 manat əsas, 29.311,79 manat faiz, cəmi 529.302,95 manat borc, iddiа ərizəsinə görə ödənilmiş 402 mаnаt dövlət rüsumu, mediasiya xərci olaraq ödənilmiş 400 manat, bildirişlərin ƏMDK yanında DƏDRXnin 1 saylı Ərazi İdarəsində qeydiyyatı ilə bağlı xidmət haqqı və dövlət rüsumu kimi ödənilmiş 225 manat pul tutulması, tutmanın ilkin satış qiyməti müəyyən edilməklə, Cavabdeh6 məxsus, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 45 saylı evin, 100 saylı mənzilinə, Cavabdeh4 məxsus, Bakı şəhəri, Suraxanı rayonu, S.Bəhlulzadə küçəsində yerləşən ümumi sahəsi 0,10 ha torpaq sahəsinə, X2 məxsus, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1026.1 kv.m olan əmlak kompleksi kimi müəssisəyə və 0.24 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetlərinin açıq hərrac vasitəsilə satılsması və bankın kredit tələbi satılmış əmlakların hesabına ödənilməsi; ipoteka predmeti olan, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 45 saylı evin, 100 saylı mənzili satıldıqdan sonra həmin evdə yaşayan Cavabdeh6 və digər şəxslərin 1 ay ərzində həmin evi tərk etmədikləri halda onlar məcburi qaydada çıxarılması, ipoteka predmeti olan, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1026.1 kv.m olan əmlak kompleksi kimi müəssisə satıldıqdan sonra 1 ay ərzində təhvil verilmədiyi halda məcburi qaydada boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3166/2022 saylı, 09 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3, X1, Cavabdeh2 müştərək qaydada 498.915,16 manat əsas borc, 24332,83 manat faiz borcu, ümumilikdə 523.247,99 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ASC-yə ödənilməsi, tələb üzrə tutmanın Cavabdeh6 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 45 saylı evin 100 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 135.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh6 qaytarılmsı, tələb üzrə tutmanın Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, S.Bəhlulzadə küçəsində yerləşən 0.10 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 130.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına "xxxx" ASC-nin borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh4 qaytarılması, tələb üzrə tutmanın Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında 0,247 ha torpaq sahəsində yerləşən sahəsi 1026,1 kv.m. olan əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 608.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh3 qaytarılması, satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3, X1, Cavabdeh2 müştərək qaydada tutulması, ipoteka predmeti olan, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 45 saylı evin, 100 saylı mənzili satıldıqdan sonra həmin evdə yaşayan Cavabdeh6 1 ay ərzində həmin evi tərk etmədiyi halda məcburi qaydada çıxarılması, ipoteka predmeti olan, ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə satıldıqdan sonra 1 ay ərzində təhvil verilmədiyi halda məcburi qaydada boşaldılması, iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 226 manat, mediasiya xərclərinin əvəzi olaraq 400 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar olan məsrəflərin əvəzi olaraq 225 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3, X1, Cavabdeh2, Cavabdeh6 və Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X3, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.
5. Həmin qətnamədən cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh3 apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)- 3166/2022 nömrəli qətnaməsini ləğv edərək, iddiaçının iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
6. Cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh3 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, iddiaçı öz mülki hüquqlarından sui istifadə edərək, həddən artıq şişirdilmiş məbləğin cavabdehlərdən ödənilməsini tələb edir. Nəzərə alınmalıdır ki, iş üzrə cavabdehlər müqavilə üzrə öhdəliklərin icrasından yayınmamışdır. Həmçinin, kredit borcu düzgün hesablanmamış, məhkəmə-mühasibatlıq ekspertizası rəyi verildikdən sonra iddiaçı tərəfindən iddia tələbinin artırılması barədə ərizə verilmiş və ekspert rəyinin isə həmin ərizədə ödənilməsi tələb edilən borcun hesablandığı dövrü əhatə etmədiyindən, məhkəmə tərəfindən iddia tələbinin artırılması hissəsində məhkəmə mühasibatlıq ekspertizası keçirilməsi barədə tərəflərindən vəsatət verilsə də, məhkəmə tərəfindən vəsatət təmin olunmamış və məhkəmə mühasibatlıq ekspertizası keçirilməsi təyin edilməmişdir. Eyni zamanda, ipoteka qoyulmuş əmlakların ilkin satış qiyməti real bazar qiymətindən aşağı müəyyən edilmişdir. Buna görə də ipoteka predmeti olan əmlakların yenidən qiymətləndirilməsinə zərurət yaranmışdır. Məhkəmə tərəfindən göstərilən qanunvericilik aktlarının tələbləri pozulmuşdur. Belə ki, iş üzrə sübutlar düzgün qiymətləndirilməmiş, işə faktlar əsasında baxılmamış, iş üzrə əhəmiyyətli bütün faktiki hallar araşdırılmamış və nəticədə cavabdehlərin hüquqlarını kobud sürətdə pozan əsassız və qanunsuz qətnamə çıxarılmışdır. Məhkəmə müvafiq mühasibatlıq ekspertizası təyin edərək, faiz borclarının düzgün hesablanmasını təmin etməmişdir. Yalnız iddiaçının verdiyi məlumatlara əsaslanmaqla əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə tərəfindən işin halları, cavabdehlərin əmlak vəziyyəti, öhdəliyinin vaxtında icra edilməməsinin obyektiv səbəbləri nəzərə alınmamışdır. Məhkəmə cavabdehlərin hüquqlarının qorunmasını təmin etməmiş, formal xarakterli və hüquqi cəhətdən əsaslandırılmamış qətnamə qəbul etmişdir. Məhkəmə obyektivliyi təmin etmədən, yalnız iddiaçının dəlillərini əsas tutaraq qətnamə qəbul etmişdir. Nəticədə tərəflərin hüquq bərabərliyini prinsipi və cavabdehlərin hüquqları pozulmuşdur. Məhkəmə yalnız iddiaçının göstərdiyi sübutları sadalamaqla kifayətlənmiş, hər bir sübutu qətnamədə şərh etməmiş, sübutlar əlaqələndirilməmiş və sübutun işə hansı aidiyyətinin olmasını müəyyən etməmişdir. Məhkəmə yalnız iddiaçının göstərdiyi hallara istinad edərək, həmin halları araşdırmadan, kreditin ödənilməməsi səbəblərinə hüquqi qiymət vermədən, zəruri mühasibatlıq ekspertizasının keçirilməsini təmin etmədən əsassız və qanunsuz olaraq, cavabdehlərin məsuliyyət daşıdığı qənaətinə gəlmişdir. Nəticədə məhkəmənin qətnaməsi işin faktiki halları ilə uyğunluq təşkil etmir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
10. Digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
12. Həmin Məcəllənin 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
13. Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
14. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
15. Həmin Məcəllənin 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.
16. Mülki Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
17. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
18. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
19. Mülki Məcəllənin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.
20. “İpoteka haqqında” Qanunun 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqısatqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur.
21. Həmin Qanunun 34.1-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.
22. Həmin Qanunun 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur.
23. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
24. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - ipoteka predmetinin satış (likvid) qiymətidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin yalnız cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh3 tərəfindən verildiyini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı kredit borcunun məbləğinə aid hissədə (təmin edilmiş hissədə) və ipoteka predmeti olan əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışı həddində iddia qismən əsaslıdır.
27. İddiaçı ASC (kreditor) ilə "xxxx" MMC (borc alan) arasında bağlanmış 21 fevral 2018-ci il tarixli, 01 saylı kredit müqaviləsi bağlanmışdır.
28. Həmin müqavilənin 1.1-ci bəndinə görə kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq, "xxxx" ASC-nin kredit öhdəliyinin təminatı olaraq 80,000.00 manat məbləğini təşkil edən verdiyi qarantiya məktubu Borcalan tərəfindən təqdim olunduğu təqdirdə, borc alana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödəmək əsasında, ödənişlərin annuitet qrafikə uyğun aparılması şərti ilə, Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına (faizlərin aylıq ödənilməsi, əsas borc üzrə ödənişlərin aparılmasına ilk 30 ay ərzində güzəşt edilməsi, növbəti 30 ay ərzində isə annuitet qaydada ödənilməsi şərti ilə) 500.000 manat məbləğində, 60 ay müddətinə kredit vermişdir.
29. Həmin müqavilənin 1.2-ci bəndinə görə borc alan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini bu müqavilədə göstərilmiş qaydada həyata keçirir.
30. Həmin müqavilənin 2.1-ci bəndinə görə kreditin istifadəsinə görə bor alan əsas borcun qalığına illik 6. % ödəyir.
31. Həmin müqavilənin 3.1.1-ci bəndinə əsasən kreditor bu müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən aşağıdakı hallarda bu müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verə və verdiyi kreditin bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını və bu müqavilənin
32. Həmin müqavilənin 4.2-ci bəndində göstərilən məbləğdə gecikdirmə faizinin ödənilməsini Borcalandan vaxtından əvvəl tələb edə bilər: Borc alan 60 gün ərzində kredit müqaviləsi üzrə öhdəliklərini (əsas borc və ya faizləri, yaxud onların bir hissəsini) tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafıkinə uyğun olaraq yerinə yetirmədikdə; Borc alan tərəfindən ödənişlər (əsas borc və ya faizlər, yaxud onların bir hissəsi) 12 ay ərzində 3 dəfədən çox gecikdirildikdə.
33. Kredit müqaviləsi hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
34. 001SKMFAZN37321 saylı kredit müqaviləsi üzrə ödəniş cədvəlinə əsasən Cavabdeh1 MMC tərəfindən kredit müqaviləsi üzrə ödəyəcək əsas məbləğ 500.000 manat, faizin məbləği 114.500,42 manat, cəmi ödəniləcək məbləğ 614.600,42 manat məbləğində müəyyən edilmişdir.
35. 16.09.2020-ci ildə İddiaçı ASC (kreditor) ilə "xxxx" MMC 21 fevral 2018-ci il tarixli, 01 saylı kredit müqaviləsinə 1 nömrəli Əlavə bağlanmışdır.
36. Həmin əlavəyə əsasən tərəflər 21 fevral 2018-ci il tarixli, 01 saylı kredit müqaviləsinin 1.1.-ci bəndini aşağıdakı redaksiyada qəbul edirlər: 1.1. Kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq, "xxxx" ASC-nin kredit öhdəliyinin təminatı olaraq 80.000 manat məbləğini təşkil edən verdiyi qarantiya məktubu borc alan tərəfindən təqdim olunduğu təqdirdə, Borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödəmək əsasında, ödənişlərin annuitet qrafıkə uyğun aparılması şərti ilə, Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına (faizlərin aylıq ödənilməsi, əsas borc üzrə ödənişlərin aparılmasına ilk 36 ay ərzində güzəşt edilməsi, növbəti 24 ay ərzində bərabər hissələrlə ödənilməsi şərti ilə, 500.000 manat məbləğində, 60 ay müddətinə kredit vermişdir.
37. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
38. 001SKMFAZN37321 saylı kredit müqaviləsinin 1 saylı Əlavəsinə uyğun təsdiq edilmiş ödəniş cədvəlinə əsasən Cavabdeh1 MMC tərəfindən kredit müqaviləsi üzrə ödəyəcək əsas məbləğ 500.000 manat, faizin məbləği 121.166,67 manat, cəmi ödəniləcək məbləğ 621.166,67 manat məbləğində müəyyən edilmişdir.
39. Ödəniş cədvəli hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
40. xx.xx.2021-ci ildə İddiaçı ASC (kreditor) ilə "xxxx" MMC arasında 21 fevral 2018ci il tarixli, 01 saylı kredit müqaviləsinə 2 nömrəli əlavə bağlanmışdır.
41. Həmin əlavəyə əsasən tərəflər 21 fevral 2018-ci il tarixli, 01 saylı kredit müqaviləsinin 1.1.-ci bəndini aşağıdakı redaksiyada qəbul edirlər: 1.1. Kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq, "xxxx" ASC-nin kredit öhdəliyinin təminatı olaraq 80.000 manat məbləğini təşkil edən verdiyi qarantiya məktubu borc alan tərəfindən təqdim olunduğu təqdirdə, borc alana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödəmək əsasında, ödənişlərin annuitet qrafikə uyğun aparılması şərti ilə, Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına (faizlərin aylıq ödənilməsi, əsas borc üzrə ödənişlərin aparılmasına ilk 42 ay ərzində güzəşt edilməsi, növbəti 30 ay ərzində bərabər hissələrlə ödənilməsi şərti ilə, 500.000 manat məbləğində, 72 ay müddətinə kredit verir.
42. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
43. İddiaçı ASC(ipoteka saxlayan) ilə Cavabdeh6 (ipoteka qoyan) və "xxxx" MMC (borc alan) arasında 21 fevral 2018-ci il tarixli 1 nömrəli ipoteka müqaviləsi bağlanmışdır.
44. Həmin müqavilənin 1.1-ci bəndinə görə ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan və irəlidə ipoteka predmeti adlandırılan Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən 45 saylı evin 100 saylı mənzilini “21” fevral 2018-ci il 01 tarixli Kredit müqaviləsinə əsasən Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun Banka açdığı limit hesabına yaranmış öhdəliyin təminatı kimi İpoteka saxlayana ipotekaya verir.
45. Həmin müqavilənin 1.2-ci bəndinə görə ipoteka qoyanın bu müqaviləyə əsasən ipoteka ilə yüklü edilən daşınmaz (daşınar) əmlak üzərində mülkiyyət hüququ Azərbaycan Respublikasının ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “21” may 2010-cı il tarixli ********** qeydiyyat nömrəli, MA ******* seriya nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə təsdiq edilir.
46. Həmin müqavilənin 1.3-cü bəndinə görə bu müqavilə ilə aşağıdakı öhdəliklər təmin edilir: 1.3.1-ci bəndinə görə Kreditin məbləği 500.000 AZN. 1.3.2-ci bəndinə görə kreditin qaytarılma tarixi - Kredit müqaviləsinə uyğun olaraq vəsaitlərin borc alana faktiki təqdim edildiyi tarixindən 5 il müddətinə “21” fevral 2023-cü il tarixinədək. ipoteka qoyanın əlavə razılığı olmadan. Kreditor ilə Borcalan arasında qarşılıqlı razılaşmaya əsasən kreditin ödənilməsi müddəti azaldıla bilər; 1.3.3-ci bəndinə görə kreditin istifadəsinə görə borc alan əsas borcun qalığına illik 6% ödəyir. 1.3.4-ci bəndinə görə kredit üzrə əsas borc və faizlər kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ödəniş qrafiki üzrə, kredit xətti üzrə isə kredit müqaviləsinə uyğun olaraq ödənilir.
47. Həmin müqavilənin 2.1-ci bəndinə görə ipoteka predmetinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ümumi sahəsi 84 kv.m, yaşayış sahəsi 42,6 kv.m təşkil edir.
48. Həmin müqavilənin 2.2-ci bəndinə görə ipoteka predmeti "xxxx" MMC tərəfindən “18” yanvar 2018-ci il tarixində tərtib edilmiş ƏK-0122/ATB nömrəli daşınmaz əmlakın qiymətləndirmə aktına (hesabatına) əsasən, 91.000 manat dəyərində qiymətləndirilir.
49. Həmin müqavilənin 4.1-ci bəndinə görə aşağıdakı hallarda ipoteka saxlayan ipoteka ilə təmin edilmiş daşınmaz əmlaka tutma yönəltmək hüququna malikdir: 4.1.1-ci bəndinə görə İpoteka qoyan (Borcalan) tərəfindən ipoteka ilə təmin olunmuş öhdəlik üzrə aylıq ödənişlər (əsas borc və ya faizlər, yaxud onların bir hissəsi) 60 (altmış) gündən çox gecikdirildikdə; 4.1.2-ci bəndinə görə ipoteka qoyan (Borcalan) tərəfindən ipoteka ilə təmin olunmuş öhdəlik üzrə aylıq ödənişlər (əsas borc və ya faizlər, yaxud onların bir hissəsi) 12 (on iki) ay ərzində 3 (üç) dəfədən çox gecikdirildikdə; 4.1.3-cü bəndinə görə İpoteka ilə təmin edilmiş öhdəliyin vaxtından əvvəl icra edilməsi haqqında İpoteka saxlayanın tələbi bu tələbin irəli sürülməsi haqqında yazılı bildiriş alındığı vaxtdan başlayaraq 30 (otuz) gün ərzində icra olunmadıqda.
50. İpoteka müqaviləsi ipoteka saxlayan, ipoteka qoyanının imzası, borc alanın imzası və möhürü ilə təsdiq edilmişdir.
51. 21 fevral 2018-ci il tarixli 1 nömrəli ipoteka müqaviləsinə 1 saylı Əlavəyə əsasən müəyyən edilir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Müştəri Xidmətləri Mərkəzi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış “21” fevral 2018-ci il tarixli №01 saylı kredit müqaviləsi üzrə tərəflər, borc alana verilmiş 500,000.00 manat məbləğində kreditin bitmə müddətini, xx.xx.2024-cü il tarixinədək uzadılması barədə razılığa gələrək, 21 fevral 2018-ci il tarixli, № 01 saylı ipoteka müqaviləsinin 1.3.2- ci bəndini aşağıdakı redaksiyada qəbul edirlər: “1.3.2. Kreditin qaytarılma tarixi - Kredit müqaviləsinə uyğun olaraq vəsaitlərin İpoteka qoyana (Borcalana) faktiki təqdim edildiyi tarixindən 6 il müddətinə “21” fevral 2024-cü il tarixinədək ipoteka qoyanın əlavə razılığı olmadan, Kreditor ilə Borcalan arasında qarşılıqlı razılaşmaya əsasən kreditin ödənilməsi müddəti azaldıla bilər.
52. İpoteka müqaviləsinə əlavə İpoteka müqaviləsi ipoteka saxlayan, ipoteka qoyanının imzası, borc alanın imzası və möhürü ilə təsdiq edilmişdir.
53. İddiaçı ASC(ipoteka saxlayan) ilə Cavabdeh3 (ipoteka qoyan) və "xxxx" MMC (borc alan) arasında 21 fevral 2018-ci il tarixli 2 nömrəli ipoteka müqaviləsi bağlanmışdır.
54. Həmin müqavilənin 1.1-ci bəndinə görə ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan və irəlidə ipoteka predmeti adlandırılan ünvan 2 ünvanında yerləşən qeyri yaşayış sahəsini “21” fevral 2018-ci il 01 tarixli Kredit müqaviləsinə (irəlidə Kredit müqaviləsi) əsasən Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun Banka açdığı limit hesabına yaranmış öhdəliyin təminatı kimi İpoteka saxlayana ipotekaya verir.
55. Həmin müqavilənin 1.2-ci bəndinə görə ipoteka qoyanın bu müqaviləyə əsasən ipoteka ilə yüklü edilən daşınmaz (daşınar) əmlak üzərində mülkiyyət hüququ Azərbaycan Respublikasının ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “18” avqust 2016- cı il tarixli ********** qeydiyyat nömrəli, RX ******* seriya nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə təsdiq edilir.
56. Həmin müqavilənin 1.3-cü bəndinə görə Bu müqavilə ilə aşağıdakı öhdəliklər təmin edilir: 1.3.1-ci bəndinə görə kreditin məbləği 500,000.00 AZN. 1.3.2-ci bəndinə görə kreditin qaytarılma tarixi - kredit müqaviləsinə uyğun olaraq vəsaitlərin borc alana faktiki təqdim edildiyi tarixindən 5 il müddətinə “21” fevral 2023-cü il tarixinədək. ipoteka qoyanın əlavə razılığı olmadan. Kreditor ilə Borcalan arasında qarşılıqlı razılaşmaya əsasən kreditin ödənilməsi müddəti azaldıla bilər; 1.3.3-cü bəndinə görə kreditin istifadəsinə görə borc alan əsas borcun qalığına illik 6% ödəyir. 1.3.4-ci bəndinə görə kredit üzrə əsas borc və faizlər Kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ödəniş qrafiki üzrə, kredit xətti üzrə isə Kredit müqaviləsinə uyğun olaraq ödənilir.
57. Həmin müqavilənin 2.1-ci bəndinə görə ipoteka predmetinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 0,24 ha torpaq sahəsində yerləşməklə ümumi sahəsi 1026,1 kv.m təşkil edir:
58. Həmin müqavilənin 2.2-ci bəndinə görə ipoteka predmeti “VETO-Consulting" MMC tərəfindən “18” yanvar 2018-ci il tarixində tərtib edilmiş ƏK- 0122/ATB nömrəli daşınmaz əmlakın qiymətləndirmə aktına (hesabatına) əsasən, 440.000 manat dəyərində qiymətləndirilir.
59. Həmin müqavilənin 4.1-ci bəndinə görə aşağıdakı hallarda ipoteka saxlayan ipoteka ilə təmin edilmiş daşınmaz əmlaka tutma yönəltmək hüququna malikdir: 4.1.1-ci bəndinə görə İpoteka qoyan (Borcalan) tərəfindən ipoteka ilə təmin olunmuş öhdəlik üzrə aylıq ödənişlər (əsas borc və ya faizlər, yaxud onların bir hissəsi) 60 (altmış) gündən çox gecikdirildikdə; 4.1.2-ci bəndinə görə ipoteka qoyan (Borcalan) tərəfindən ipoteka ilə təmin olunmuş öhdəlik üzrə aylıq ödənişlər (əsas borc və ya faizlər, yaxud onların bir hissəsi) 12 (on iki) ay ərzində 3 (üç) dəfədən çox gecikdirildikdə; 4.1.3-cü bəndinə görə İpoteka ilə təmin edilmiş öhdəliyin vaxtından əvvəl icra edilməsi haqqında İpoteka saxlayanın tələbi bu tələbin irəli sürülməsi haqqında yazılı bildiriş alındığı vaxtdan başlayaraq 30 gün ərzində icra olunmadıqda.
60. İpoteka müqaviləsi ipoteka saxlayan, ipoteka qoyanının imzası, borc alanın imzası və möhürü ilə təsdiq edilmişdir.
61. 21 fevral 2018-ci il tarixli 2 nömrəli ipoteka müqaviləsinə 1 saylı Əlavəyə əsasən müəyyən edilir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Müştəri Xidmətləri Mərkəzi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış “21” fevral 2018-ci il tarixli №01 saylı kredit müqaviləsi üzrə tərəflər, borc alana verilmiş 500,000.00 manat məbləğində kreditin bitmə müddətini, xx.xx.2024-cü il tarixinədək uzadılması barədə razılığa gələrək, 21 fevral 2018-ci il tarixli, № 02 saylı ipoteka müqaviləsinin 1.3.2- ci bəndini aşağıdakı redaksiyada qəbul edirlər: “1.3.2. Kreditin qaytarılma tarixi - kredit müqaviləsinə uyğun olaraq vəsaitlərin İpoteka qoyana (borc alana) faktiki təqdim edildiyi tarixindən 6 il müddətinə “21” fevral 2024-cü il tarixinədək ipoteka qoyanın əlavə razılığı olmadan, Kreditor ilə Borcalan arasında qarşılıqlı razılaşmaya əsasən kreditin ödənilməsi müddəti azaldıla bilər.
62. İpoteka müqaviləsinə əlavə İpoteka müqaviləsi ipoteka saxlayan, ipoteka qoyanının imzası, borc alanın imzası və möhürü ilə təsdiq edilmişdir.
63. İddiaçı ASC (ipoteka saxlayan) ilə Cavabdeh4 (ipoteka qoyan) və "xxxx" MMC (borc alan) arasında 21 fevral 2018-ci il tarixli 3 nömrəli ipoteka müqaviləsi bağlanmışdır.
64. Həmin müqavilənin 1.1-ci bəndinə görə ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan və irəlidə ipoteka predmeti adlandırılan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən 0.1 ha torpaq sahəsini “21” fevral 2018-ci il 01 tarixli Kredit müqaviləsinə (irəlidə Kredit müqaviləsi) əsasən Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun Banka açdığı limit hesabına yaranmış öhdəliyin təminatı kimi İpoteka saxlayana ipotekaya verir.
65. Həmin müqavilənin 1.2-ci bəndinə görə ipoteka qoyanın bu müqaviləyə əsasən ipoteka ilə yüklü edilən daşınmaz (daşınar) əmlak üzərində mülkiyyət hüququ Azərbaycan Respublikasının ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “27” may 2016-cu il tarixli ********** qeydiyyat nömrəli, RX ******* seriya nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə təsdiq edilir.
66. Həmin müqavilənin 1.3-cü bəndinə görə Bu müqavilə ilə aşağıdakı öhdəliklər təmin edilir: 1.3.1-ci bəndinə görə Kreditin məbləği 500,000.00 (beş yüz min) AZN. 1.3.2-ci bəndinə görə Kreditin qaytarılma tarixi - Kredit müqaviləsinə uyğun olaraq vəsaitlərin Borcalana faktiki təqdim edildiyi tarixindən 5 il müddətinə “21” fevral 2023-cü il tarixinədək. ipoteka qoyanın əlavə razılığı olmadan. Kreditor ilə Borcalan arasında qarşılıqlı razılaşmaya əsasən kreditin ödənilməsi müddəti azaldıla bilər; 1.3.3-cü bəndinə görə Kreditin istifadəsinə görə Borcalan əsas borcun qalığına illik 6% ödəyir. 1.3.4-ci bəndinə görə kredit üzrə əsas borc və faizlər kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ödəniş qrafiki üzrə, kredit xətti üzrə isə kredit müqaviləsinə uyğun olaraq ödənilir.
67. Həmin müqavilənin 2.1-ci bəndinə görə İpoteka predmetinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ümumi sahəsi 0.1 ha təşkil edir.
68. Həmin müqavilənin 2.2-ci bəndinə görə ipoteka predmeti "xxxx" MMC tərəfindən “18” yanvar 2018-ci il tarixində tərtib edilmiş T-0122-3/ATB nömrəli daşınmaz əmlakın qiymətləndirmə aktına (hesabatına) əsasən, 100,000.00 (bir yüz min) manat dəyərində qiymətləndirilir.
69. Həmin müqavilənin 4.1-ci bəndinə görə aşağıdakı hallarda ipoteka saxlayan ipoteka ilə təmin edilmiş daşınmaz əmlaka tutma yönəltmək hüququna malikdir: 4.1.1-ci bəndinə görə İpoteka qoyan (Borcalan) tərəfindən ipoteka ilə təmin olunmuş öhdəlik üzrə aylıq ödənişlər (əsas borc və ya faizlər, yaxud onların bir hissəsi) 60 (altmış) gündən çox gecikdirildikdə; 4.1.2-ci bəndinə görə ipoteka qoyan (Borcalan) tərəfindən ipoteka ilə təmin olunmuş öhdəlik üzrə aylıq ödənişlər (əsas borc və ya faizlər, yaxud onların bir hissəsi) 12 (on iki) ay ərzində 3 (üç) dəfədən çox gecikdirildikdə; 4.1.3-cü bəndinə görə İpoteka ilə təmin edilmiş öhdəliyin vaxtından əvvəl icra edilməsi haqqında İpoteka saxlayanın tələbi bu tələbin irəli sürülməsi haqqında yazılı bildiriş alındığı vaxtdan başlayaraq 30 (otuz) gün ərzində icra olunmadıqda.
70. İpoteka müqaviləsi ipoteka saxlayan, ipoteka qoyanının imzası, borc alanın imzası və möhürü ilə təsdiq edilmişdir.
71. 21 fevral 2018-ci il tarixli 3 nömrəli ipoteka müqaviləsinə 1 saylı Əlavəyə əsaəsn müəyyən edilir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Müştəri Xidmətləri Mərkəzi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış “21” fevral 2018-ci il tarixli №01 saylı kredit müqaviləsi üzrə tərəflər, borc alana verilmiş 500,000.00 manat məbləğində kreditin bitmə müddətini, xx.xx.2024-cü il tarixinədək uzadılması barədə razılığa gələrək, 21 fevral 2018-ci il tarixli, 03 saylı ipoteka müqaviləsinin 1.3.2-ci bəndini aşağıdakı redaksiyada qəbul edirlər: ”1.3.2. Kreditin qaytarılma tarixi - Kredit müqaviləsinə uyğun olaraq vəsaitlərin İpoteka qoyana (borc alana) faktiki təqdim edildiyi tarixindən 6 il müddətinə “21” fevral 2024-cü il tarixinədək. ipoteka qoyanın əlavə razılığı olmadan, Kreditor ilə Borcalan arasında qarşılıqlı razılaşmaya əsasən kreditin ödənilməsi müddəti azaldıla bilər.
72. İddiaçı ASC (bank), "xxxx" MMC (borc alan) və Cavabdeh3 (zamin) arasında 17 mart 2021-ci il tarixli, 001-KZM-105-2021 saylı zaminlik müqaviləsi bağlanmışdır.
73. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən İddiaçı ASC-nin Müştəri Xidmətləri Mərkəzi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 21 fevral 2018-ci il tarixdə bağlanmış № 01 saylı müqavilə ilə əlaqədar olaraq Borc alan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borc alan ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürür.
74. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən Bu müqavilə iizrə zaminliklə təmin edilən öhdəliyin əsası 21 fevral 2018-ci il tarixli, № 01 saylı kredit müqaviləsidir.
75. Həmin müqavilənin 2.2-ci bəndinə görə Təmin edilən müqavilənin predmeti: borc alana 500.000 manat məbləğində, 72 ay müddətinə, illik istifadə faizi 6% olmaqla, verilmiş kredit.
76. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən Bu müqavilə ilə təmin edilmiş öhdəliyin icra müddəti: Borcalanın Bank qarşısında 21 fevral 2018-ci il tarixli, № 01 saylı və bu müqaviləyə gələcəkdə ediləcək əlavələrdən irəli gələn bütün öhdəlikləri tam yerinə yetirilənədək.
77. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən zamin, borc alanın bank qarşısında 21 fevral 2018-ci il tarixli, № 01 saylı müqavilə üzrə banka olan kredit və ona hesablanmış faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borc alanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində banka dəyən digər zərərin (komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s.) əvəzinin ödənilinəsi də daxil olmaqla, yaranan və yarana biləcək hər cür zərər üçün borc alan ilə eyni həcmdə məsuliyyət daşıyır.
78. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən Bank Borcalandan 21 fevral 2018-ci il tarixli, № 01 saylı müqavilə üzrə tələbinin ödənilməsi ilə bağlı ondan ağlabatan müddətdə cavab almamışsa, bu tələbi borc alan ilə birgə məsuliyyət daşıyan zaminə qarşı irəli sürür.
79. Müqavilə zaminin imzası, bank və borc alanın imzası və möhürü ilə təsdiq edilmişdir.
80. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı xx.xx.2016-cı il tarixli Çıxarışla təsdiq edilir ki ünvan 3nında 0,24 ha torpaq sahəsində yerləşən sahəsi 1026,1 kv.m. olan əmlak kompleksi kimi müəssisə tam mülkiyyət hüququ ilə Cavabdeh3 adına qeydiyyata alınmışdır.
81. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı xx.xx.2016-cı il tarixli Çıxarışla təsdiq edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən 0,1 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə Cavabdeh4 adına qeydiyyata alınmışdır.
82. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı ******* saylı xx.xx.2010-cı il tarixli Çıxarışla təsdiq edilir ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 45 saylı evin 100 saylı mənzili tam mülkiyyət hüququ ilə Cavabdeh6 adına qeydiyyata alınmışdır.
83. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı 105387 saylı Çıxarışla təsdiq edilir ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 45 saylı evin 100 saylı mənzili üzərində Cavabdeh6 mülkiyyət hüququ "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilmişdir və xx.xx.2021-ci il tarixdə ipotekanın əlavə qeydiyyatı aparılmışdır. Çıxarışda əsas öhdəliyinn mahiyyəti və icra müddəti qrafasında 01 KM xx.xx.2018-ci il tarixli müqavilə və xx.xx.2021-ci il tarixli 1 saylı Əlavəyə istinad edilmişdir.
84. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı 1789 saylı Çıxarışla təsdiq edilir ki, ünvan 3nında 0,247 ha torpaq sahəsində yerləşən sahəsi 1026,1 kv.m. olan əmlak kompleksi kimi müəssisənin üzərində Cavabdeh3 mülkiyyət hüququ "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilmişdir və xx.xx.2021-ci il tarixdə ipotekanın əlavə qeydiyyatı aparılmışdır. Çıxarışda əsas öhdəliyinn mahiyyəti və icra müddəti qrafasında 01 KM xx.xx.2018-ci il tarixli müqavilə və xx.xx.2021ci il tarixli 1 saylı Əlavəyə istinad edilmişdir.
85. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı 9750 saylı Çıxarışla təsdiq edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən 0,1 ha torpaq sahəsi üzərində Cavabdeh4 mülkiyyət hüququ "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilmişdir və xx.xx.2021-ci il tarixdə ipotekanın əlavə qeydiyyatı aparılmışdır. Çıxarışda əsas öhdəliyinn mahiyyəti və icra müddəti qrafasında 01 KM xx.xx.2018-ci il tarixli müqavilə və xx.xx.2021-ci il tarixli 1 saylı Əlavəyə istinad edilmişdir.
86. “X10” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ipoteka qoyan X2 xx.xx.2022-ci il tarixli, 07105-1381 saylı ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş (xəbərdarlıq məktubu) ünvanlanaraq ünvan 3nında 0,247 ha torpaq sahəsində yerləşən sahəsi 1026,1 kv.m. olan əmlak kompleksi kimi müəssisənin ipoteka ilə yüklü edildiyi bildirilmiş və borc alan tərəfindən xx.xx.2018-ci il tarixli 01 kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyi təqdirdə qanunamüvafiq tədbirlər görüləcəyi barədə barədə xəbərdarlıq edilmişdir.
87. “X10” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ipoteka qoyan Cavabdeh4 xx.xx.2022ci il tarixli, 07105-1382 saylı ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş (xəbərdarlıq məktubu) ünvanlanaraq Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən 0,1 ha torpaq sahəsinin ipoteka ilə yüklü edildiyi bildirilmiş və borc alan tərəfindən xx.xx.2018-ci il tarixli 01 kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyi təqdirdə qanunamüvafiq tədbirlər görüləcəyi barədə barədə xəbərdarlıq edilmişdir.
88. “X10” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ipoteka qoyan X4 xx.xx.2022-ci il tarixli, 07105-1427 saylı ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş (xəbərdarlıq məktubu) ünvanlanaraq ünvan 5zilinin ipoteka ilə yüklü edildiyi bildirilmiş və borc alan tərəfindən xx.xx.2018-ci il tarixli 01 kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyi təqdirdə qanunamüvafiq tədbirlər görüləcəyi barədə barədə xəbərdarlıq edilmişdir.
89. İddiaçı ASC-nin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər ərazi İdarəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli müraciəti və müraciətin qəbulu barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı şəhər ərazi İdarəsinin təsdiqetmə barədə bildirişləri və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı şəhər ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubları ilə təsdiq edilir ki, tam mülkiyyət hüququ ilə X4 məxsus Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 45 saylı evin 100 saylı mənzilinə; tam mülkiyyət hüququ üzrə Cavabdeh4 Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən 0,1 ha torpaq sahəsinə və tam mülkiyyət hüququ üzrə X2 məxsus ünvan 3nında 0,247 ha torpaq sahəsində yerləşən sahəsi 1026,1 kv.m. olan əmlak kompleksi kimi müəssisəyə tutma yönəldilməsi barədə bildirişlər qeydiyyata alınmışdır.
90. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 avqust 2022-ci il tarixli 9/5448 saylı ekspert rəyi ilə müəyyən edilir ki, çıxarış məlumatları, 21 fevral 2018-ci il tarixli, 01 kredit müqaviləsi, 16 sentyabr 2020-ci il tarixli 01 saylı Əlavə və 17 mart 2021- ci il tarixli 02 saylı Əlavənin şərtlərinə əsasən Cavabdeh1 MMC-nin xx.xx.2022-ci il tarixə (maliyyə arayışının verildiyi tarixə) İddiaçı ASC-yə borcu 509.527,81 manat, o cümlədən əsas borc üzrə 498.915,16 manat və faiz borcu üzrə 10.612,65 manat təşkil edir.
91. İddiaçı ASC tərəfindən verilmiş sonuncu xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, Cavabdeh1 MMC-nin banka xx.xx.2022-ci il tarixinə əsas borcu 499.991,16 manat, faiz borcu 29.311,79 manat olmaqla cəmi borc 529.302,95 manat təşkil edir.
92. Göründüyü kimi İddiaçı ASC ilə cavabdeh "xxxx" MMC arasında 21 fevral 2018-ci il tarixli, 01 saylı kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı ASC cavabdeh "xxxx" MMC-yə illik 6% dərəcəsi ilə 72 ay müddətinə 500.000 manat məbləğində kredit verməklə, göstərilən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin cavabdeh "xxxx" MMC kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır.
93. Birinci instansiya məhkəməsi 11 avqust 2022-ci il tarixli 9/5448 saylı ekspert rəyinə uyğun olaraq kredit müqaviləsi üzrə əsas və faiz borcların tutulması hissəsində 498.915,16 manat məbləğində əsas və 24.332,83 manat məbləğində faiz borcunun tutulması nəticəsinə gəlmişdir.
94. Məhkəmə kollegiyası hesab edir ki, əsas borcun tutulması hissəsində birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir
95. Apellyasiya baxışı zamanı 18 may 2023-cü il tarixli qərardadla iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş, xx.xx.2018-ci il tarixli 01 saylı Kredit Müqaviləsi və əlavələr üzrə cavabdehlərin xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022ci il tarixə əsas, faiz və cərimə borcu nə qədər təşkil etməsi barədə ekspert qarşısına sual qoyulmuş, Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 13 oktyabr tarixli, 9/4610 saylı ekspert rəyi ilə rəyin tedqiqat hissəsində göstərilənlərə əsasən, 21 fevral 2018-ci il tarixli, 01 kredit müqaviləsi, 16 sentyabr 2020-ci il tarixli 01 No-li “Əlavə” və 17 mart 2021-ci il tarixli 02 No-li “Əlavə”nin şərtlərinə əsasən Cavabdeh1 MMC-nin İddiaçı ASC-nə olan borcu xx.xx.2022-ci il tarixə əsas borc üzrə 498.915,16 AZN, faiz borcu üzrə 4.791,97 AZN, xx.xx.2022-ci il tarixə əsas borc üzrə 498.915,16 AZN, faiz borcu üzrə 7.203,40 AZN, xx.xx.2022-ci il tarixə əsas borc üzrə 498.915,16 AZN, faiz borcu üzrə 10.612,65 AZN, xx.xx.2022-ci il tarixə əsas borc üzrə 498.915,16 AZN, faiz borcu üzrə 11.028,41 AZN, xx.xx.2022-ci il tarixə əsas borc üzrə 498.915,16 AZN, faiz borcu üzrə 11.610,48 AZN müəyyən edilmişdir.
96. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
97. Həmin məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
98. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
99. Hazırkı məhkəmə araşdırması zamanı 2023-cü il 13 oktyabr tarixli, 9/4610 saylı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə kollegiyası ekspert rəyini mötəbər sübut kimi qəbul edir.
100. Göründüyü kimi 11 avqust 2022-ci il tarixli 9/5448 saylı və 2023-cü il 13 oktyabr tarixli, 9/4610 saylı ekspert rəyləri ilə əsas borc məbləği 498.915,16 manat müəyyən edilmişdir.
101. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehlərə göndərilmiş 04 mart 2022-ci il tarixli, 07104-951 saylı pretenziya məktubundan görünür ki, 5 iş günü ərzində 102571.68 manat məbləğində gecikdirilmiş borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə Kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməklə Banka olan borcun ödənilməsinin tələb edilməsi və tələbin ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir.
102. İş materiallarında olan 08 aprel 2022-ci il tarixli bildirişdən görünür ki, “Azər- Corab MMC tərəfindən xx.xx.2018-ci il tarixli 01 saylı Kredit Müqaviləsi üzrə öhdəliklər vaxtlı-vaxtında yerinə yetirilmədiyi üçün ona xx.xx.2022-ci il tarixli pretenziya məktubu göndərilmiş və bunun heç bir nəticəsi olmamışdır. “Azər-Corab MMC-nin xx.xx.2022-ci il tarixinə əsas borcu 490991.16 (dörd yüz doxsan doqquz min doqquz yüz doxsan bir manat 16 qəpik) manat, faiz borcu 5128.09 (beş min yüz iyirmi səkkiz manat 09 qəpik) manat faiz, cəmi 505118.25 (beş yüz beş min yüz on doqquz manat 25 qəpik) manat təşkil edir. Bununla da, xx.xx.2018-ci il tarixli 01 saylı Kredit müqaviləsi üzrə kredit borcunun (əsas və faiz) ödənilməsinin tələb edilməsi zərurəti yaranmışdır.
103. Faiz borcu məbləğinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehə 08 aprel 2022-ci il tarixli məktubda kredit müqaviləsi üzrə öhdəliklərin vaxtından əvvəl icra edilməsinə və belə olan halda mübahisəli kredit müqaviləsinin ləğv edilməsinə dair iradəsini qarşı tərəfə bildirmiş, bununla da mübahisəli kredit müqaviləsinə birtərəfli qaydada xitam verilmişdir.
104. Odur ki, iddiaçı yalnız müqaviləyə xitam verildiyi tarixədək olan müqavilə üzrə faizlərin ödənilməsini tələb etmək hüququna malik olduğundan mübahisəli kredit müqaviləsi üzrə iddiaçının xeyrinə tutulmalı olan faiz borcu ekspert rəyində müəyyən edilmiş 08 aprel 2022-ci il tarixə olan faiz borcu əsas götürülməklə 7.203,40 AZN məbləğində müəyyən edilməlidir.
105. Kollegiya hesab edir ki, cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq, 17 mart 2021-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh3 digər cavabdeh "xxxx" MMC-nin 21 fevral 2018-ci il tarixli, 01 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinə zamin durduğunu, cavabdeh "xxxx" MMC-nin isə həmin müqavilə üzrə öhdəliklərini tam icra etmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, 2023-cü il 13 oktyabr tarixli, 9/4610 saylı ekspert rəyinə əsasən Cavabdeh1 MMC ilə Ləğv prosesində olan "xxxx" ASC arasında bağlanılmış xx.xx.2018-ci il tarixli 01 saylı Kredit müqaviləsinə əsasən 7.203,40 AZN məbləğində faiz borcu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.
106. Kollegiya qeyd edir ki, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Hazırda, iddiaçı belə bir tələb irəli sürməmişdir.
107. Cavabdehlərin apellyasiya şikayətlərinin digər dəlili bundan ibarət olmuşdur ki, məhkəmə araşdırması zamanı ipoteka predmetlərinin ilkin satış qiyməti real bazar dəyərindən aşağı olduğundan ilkin satış qiymətinin müəyyən edilməsi üçün təkrar olaraq qiymətləndirmənin keçirilməsi zəruri idi.
108. Məhkəmə kollegiyası apellyasiya şikayətinin göstərilən dəlili ilə razılaşmadığını qeyd edir.
109. İlkin satış qiyməti ilə bağlı tərəflər əsasında mübahisə olduğu və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3-cü maddəsinin tələbləri nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərardadı əsasında aşağıda qeyd olunan mütəxəssis rəyi təqdim edilmişdir:
110. "xxxx" MMC-nin 20 dekabr 2021-ci il tarixli, LP-222/21, LP-223/21, LP-224/21 və LP-225/21 saylı mütəxəssis rəylərinə əsasən müvafiq olaraq Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 45 saylı evin 100 saylı mənzilinin hazırkı bazar dəyəri 140.000 manat, likvid qiyməti 135.000 manat dəyərində; Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən 0,1 ha torpaq sahəsinin hazırkı bazar dəyəri 139.000 manat, likvid qiyməti 130.000 manat dəyərində və ünvan 3nında yerləşən əmlak kompleksi kimi müəssisənin hazırkı bazar dəyəri 640.000 manat, likvid qiyməti 608.000 manat dəyərində müəyyən edilmişdir.
111. İpoteka predmetlərinin ilkin satış qiyməti ilə bağlı kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi qiymətləndiricinin müəyyən etdiyi ipoteka predmetinin real bazar qiymət və likvid dəyərini, eləcə də yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq düzgün olaraq belə qənaətə gəlmişdir ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 45 saylı evin 100 saylı mənzilinin ilkin satış qiyməti 135.000 manat məbləğində; Bakı şəhəri, Suraxanı rayonu, S.Bəhlulzadə küçəsində yerləşən 0,10 ha torpaq sahəsinin hazırkı ilkin satış qiyməti 130.000 manat məbləğində; ünvan 1 ünvanında 0,247 ha torpaq sahəsində yerləşən sahəsi 1026,1 kv.m. olan əmlak kompleksi kimi müəssisənin hazırkı ilkin satış qiyməti 608.000 manat məbləğində müəyyən edilməlidir.
112. Odur ki, ipoteka predmeti olan əmlakların ilkin satış qiymətinə aid hissədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır.
113. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən Məhkəmə kollegiyası hesab edir ki, 100 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh3 müştərək qaydada Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır
114. Apellyasiya şikayətləri qismən təmin edildiyindən apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş cəmi 802 manat dövlət rüsumunun 240 manatı iddiaçıdan tutulmalı, qalan hissəsi cavabdehlərin özünə aid edilməlidir.
115. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3166/2022 saylı, 09 dekabr 2022-ci il tarixli qətnaməsi qismən cavabdehlərdən tutulmalı olan faiz borcunun, bundan asılı olaraq cəmi borcun tutulması hissəsində dəyişdirilməli, İddiaçı ASC-nin xeyrinə tutulmalı faiz borcu 7.203,40 manat, cəmi borc 506.118,56 manat müəyyən edilməli, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
116. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3166/2022 saylı, 09 dekabr 2022-ci il tarixli qətnaməsi qismən cavabdehlərdən tutulmalı olan faiz borcunun, bundan asılı olaraq cəmi borcun tutulması hissəsində dəyişdirilsin, İddiaçı ASC-nin xeyrinə tutulmalı faiz borcu 7.203,40 manat, cəmi borc 506.118,56 manat müəyyən edilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun 240 manatı iddiaçıdan tutularaq cavadehlərə ödənilsin. 100 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh3 müştərək qaydada Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova