Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-408/2024 23.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İlkin iddia üzrə İddiaçı, İlk iddia üzrə cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı cavabdehə məxsus malların satışından əldə edilmiş ümumi vəsaitin iki faiz hissəsi – 60.000 manat pulun və mənəvi zərərə görə 2000 manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə ilkin, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizələrinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2251/2023 nömrəli qətnaməsindən ilkin iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı cavabdehdən 7992 (yeddi min doqquz yüz doxsan iki) manat əmək haqqının hər gecikdirilmiş gün üçün bir faizi hesablanmaqla, ödənilməmiş əmək məzuniyyətinin əvəzinin hesablanaraq və son haqq-hesabın hesablanaraq ona ödənilməsinə, maddi zərərə görə 20.000 (iyirmi min) manat mələğində pulun və cavabdehə məxsus malların satışından əldə edilmiş ümumi vəsaitin iki faiz hissəsi – 60.000 (altmış min) manat pulun və mənəvi zərərə görə 2000 (iki min) manat pulun alınaraq ona ödənilməsi barədə iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir.
2. "xxxx" MMC İddiaçı qarşı 25024.93 AZN ödənilməmiş pulun, 500 AZN hüquq xidməti üçün çəkilmiş xərcin, 166 AZN dövlət rüsumunun, ümumilikdə 25690.93 AZN pulun qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq qarşılıqlı iddia üzrə iddiaçının hesabına ödənilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir.
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1067/2023 saylı 28 fevral 2023cü il tarixli qərardadı ilə tərəflər arasında əmək münasibətlərindən irəli gələn mübahisə ilə mülki münasibətlərdən irəli gələn mübahisəyə eyni icraatda baxılması məqsədəmüvafiq olmadığından, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh "xxxx" MMC-yə qarşı «ödənilməmiş əmək haqqı və s.» tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı 2(006)-1067/2023 saylı mülki iş üzrə ilkin iddia ərizəsinin “cavabdehə məxsus malların satışından əldə edilmiş ümumi vəsaitin iki faiz hissəsi – 60.000 (altmış min) manat pul” tələbinə dair hissəsi və qarşılıqlı iddia tələbi ayrılaraq, ayrıca icraatda baxılması, işə yeni nömrə verilməsinin məhkəmənin kargüzarlıq xidmətinə həvalə edilməsi qərara alınmışdır.
4. İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə 2(006)-1704/2023 nömrəsi verilmişdir.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1704/2023 saylı 09 mart 2023-cü il tarixli qərardadı ilə ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə 2(006)-1704/2023 saylı mülki işin Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2251/2023 nömrəli qətnaməsi ilə ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 25024.93 AZN ödənilməmiş pul, 500 AZN hüquq xidməti üçün çəkilmiş xərc, 166 AZN dövlət rüsumu, ümumilikdə 25690.93 AZN pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir.
7. Cavabdeh İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-62/2024 nömrəli qətnaməsinin ləğv edilib qarşılıqlı iddianın rədd, ilkin iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır: Göründüyü kimi mən Bakı Tekstil Fabriki” MMC-yə məxsus 3.000.000 manat dəyərində olan malların satışını həyata keçirmişəm və "xxxx" MMC ilə şifahi razılaşmaya görə hər satış məbləğinin 2% hissəsi zəhmət haqqı alaraq mənə yəni İddiaçı verilməli idi, lakin "xxxx" MMC bu vədi yerinə yetirməmişdir. 3.000.000 manat məbləğində vəsaitin 2% hissəsi 60.000 manat edir və bu məbləğ "xxxx" MMC-dən alınaraq İddiaçı verilməlidir. 25000 manat borc mənim borcum deyil, Samir və (Orxan qeyri) rəsmi işcidir. Avariya olub. Samirin işcisinin ayağı qırılıb, qarşı tərəf ölüb. Həmin vaxt anbardan 16300 manat götürülmüş mal olub. Avtoqəza vaxtında mallar yola tökülüb, maşın oradan cərimə meydancasına aparılıb, mallardan xəbər olmayıb. Mən, Orxanın, Samirinqohumu olaraq, Bakıda Səkinə xanımın işlərini edirdik. Zəng gəldi mən də getdim. Həmin vaxt həmin xəstəxanada, cərimə meydancasında idim. Həkiminbaşı xəstələrə qarışdı, sonra mən Səkinənin yanına gəldim, xahiş etdim vəziyyəti başa saldım. Səkinə xanım mənə dedi ki, hər şeyi yoluna qoyacaq mən narahat olmayım. Səkinənin kartını Səkinənin oğlu Elçin Babayev gətirdi ki, sən burada faizə işləyirsən.Bankdan pul götürülüb qarşı tərəfin zərərini ödədik. Səkinə demişdi ki, sizedin mən ödənişə sizə ödəyəcəyik. Lakin Samirin heç köməklik olmur, onun əksini mən Bankdan pul götürüb ödədik. Mən pulu tələb edən zaman mənimlə ədavət çəkilib, il yarım pulumun vermədi, işləyirdik Elçin, Elnarə, İradə, Xəyalə xanım şahid qismində də cağırılmayıblar və əsassız qətnamə qəbul edildi. Bakı Kommersiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu, 83-cü, 172.5-ci maddələrinin tələblərinə əməl edilməyərək mənim cavabdeh "xxxx" MMC-yə qarşı cavabdehdən 7992 (yeddi min doqquz yüz doxsan iki) manat əmək haqqının hər gecikdirilmiş gün üçün bir faizi hesablanmaqla, ödənilməmiş əmək məzuniyyətinin əvəzinin hesablanaraq və son haqq-hesabın hesablanaraq mənə ödənilməsi barədə iddia tələbləri araşdırılmamışdır və onlara hüquqi qiymət verilməmişdir. Məhkəmə ilkin iddiaçının dəlillərini araşdırmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.
11. Məhkəmə iclasında ilk iddia üzrə cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
14. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
15. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
16. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
17. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
18. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
22. Apellyator ilkin iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı uzun müddət ərzində "xxxx" MMC-yə məxsus 3.000.000 manat dəyərində olan malların satışını həyata keçirmiş və "xxxx" MMC ilə şifahi razılaşmaya görə hər satış məbləğinin 2% hissəsi zəhmət haqqı alaraq İddiaçı verilməli idi, lakin "xxxx" MMC bu vədi yerinə yetirməmişdir. 3.000.000 manat məbləğində vəsaitin 2% hissəsi 60.000 manat edir və bu məbləğ "xxxx" MMC-dən alınaraq İddiaçı verilməlidir.
23. İlkin iddia üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş, bununla da Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir.
24. Apellyasiya şikayətində isə ayrıca icraata ayrılmış əmək mübahisəsi ilə bağlı dəlillər gətirilmiş və məhkəmənin həmin tələbə baxmadığı prosessual pozuntu kimi təqdim edilmişdir.
25. Halbuki Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1067/2023 saylı 28 fevral 2023cü il tarixli qərardadı ilə tərəflər arasında əmək münasibətlərindən irəli gələn mübahisə ilə mülki münasibətlərdən irəli gələn mübahisəyə eyni icraatda baxılması məqsədəmüvafiq olmadığından, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh "xxxx" MMC-yə qarşı «ödənilməmiş əmək haqqı və s.» tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı 2(006)-1067/2023 saylı mülki iş üzrə ilkin iddia ərizəsinin “cavabdehə məxsus malların satışından əldə edilmiş ümumi vəsaitin iki faiz hissəsi – 60.000 (altmış min) manat pul” tələbinə dair hissəsi və qarşılıqlı iddia tələbi ayrılaraq, ayrıca icraatda baxılması, işə yeni nömrə verilməsinin məhkəmənin kargüzarlıq xidmətinə həvalə edilməsi qərara alınmışdır.
26. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır.
27. Hazırki işin qarşılıqlı iddia üzrə müəyyən edilmiş halları ondan ibarətdir ki, tərəflər arasında alqı-satqı münasibətləri olmuş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı ümumilikdə 195871,81 manat məbləğində müxtəlif adda və müxtəlif çeşiddə mal satılmaqla təhvil verilmiş və İddiaçı tərəfindən mallar təhvil alınmışdır. İlk iddiaçı alqı-satqı müqaviləsinin bağlanmasını mübahisələndirməmişdir.
28. İş materiallarında olan qaimələrdən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ümumilikdə 195871,81 manat dəyərində malların İddiaçı təhvil verilməsi, sonuncu tərəfindən həmin malların təhvil alınması imza qoyulmaqla təsdiq olunmuşdur.
29. Həmin qaimələrdəki imzanın İddiaçı məxsus olması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 4/1046 saylı ekspert rəyi ilə təsdiq olunmuşdur.
30. Belə olan halda, yəni nə qədər ki, İddiaçı qaimələri imzası ilə təsdiq etmişdir, o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə aralarında malların alqı-satqısı barədə şifahi razılaşmanın olmadığını, bununla da qaimələri mübahisələndirmək hüququnu itirmiş olur.
31. Apellyasiya icraatı zamanı İddiaçı anbardan ona verilən qaimələrlə qarşı tərəfin təqdim etdiyi qaimələrin eynilik təşkil etmədyini bildirmişdir. Lakin bu günə qədər qeyd etdiyi qaimələri məhkəməyə təqdim etməmişdir.
32. Cavabdeh apellyasiya şikayətində istinad etdiyi halları, yəni qəza nəticəsində malların məhv olması və sair halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, işdə olan sübutlar əksinə ona qarşı yönələn qarşılıqlı iddianı təsdiq etmişdir.
33. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
34. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
35. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2251/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.