Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-409/2020 04.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-iqt(81)-1619/2013 saylı qərardadından cavabdeh “xxxxxxx” MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: 1 saylı Bakı İnzibati - İqtisadi Məhkəməsinin xx xxx 2013-cü il tarixli, 2-iqt (81)- 1619/2013 saylı qiyabi qətnaməsi ilə iddiaçı Bakı şəhəri Vergilər Departamentinin cavabdeh “xxxxxxx” MMC-yə qarşı vergi borcunun tutulması tələbinə dair iddia təmin edilərək, “xxxxxxx” MMC-dən 76633,25 manat məbləğində vergi borcunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh “xxxxxxx” MMC ərizə ilə məhkəməyə müraciət edərək, həmin qətnamənin ləğv edilməsi və işin təzələnərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2iq(82)-2017/2012 saylı qərardadı ilə ərizə geri qaytarılmışdır. Cavabdeh “xxxxxxx” MMC həmin qərardaddan şikayət vermişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 şikayəti müdafiə etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsaslanaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin 57-ci vərəqəsində olan xəbərnamədən və cavabdehin nümayəndəsinin izahatından müəyyən olunur ki, 1 saylı Bakı İnzibati - İqtisadi Məhkəməsinin xx xxx 2013cü il tarixli 2-iqt(81)-1619/2013 saylı qiyabi qətnaməsinin surəti xx xxxx 2013-cü il tarixdə “xxxxxxx” MMC-nin ünvanına çatdırılmışdır. Cavabdeh isə xx.xx.2019-cu il tarixdə həmin qiyabi qətnamənin ləğv edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bu baxımdan kollegiya hesab edir ki, cavabdehin həmin qiyabi qətnamənin ləğv edilməsinə dair ərizəsi Mülki Prosessual Məcəllənin 244-cü maddəsində göstərilən 10 günlük müddətdə verilməmişdir. Həmin Məcəllənin 130.3-cü maddəsində isə təsbit olunmuşdur ki, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmçinin kollegiya qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən uzun müddət, yəni 7 il keçdikdən sonra şikayət (ərizə) verilməsi hüquqi müəyyənlik prinsipinə də ziddir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də məhkəmələrdə işlərə baxılarkən hüquqi müəyyənlik prinsipinə riayət edilməsinin “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində ifadəsini tapan ədalətli məhkəmə baxışının tərkib hissəsinin olmasını qeyd etmişdir. Məhkəmə göstərmişdir ki, artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə müddətindən asılı olmayaraq istənilən vaxt yenidən baxılması hüquqi müəyyənlik prinsipini və deməli, ədalətli məhkəmə baxışına olan hüququ pozur. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə prosessual hüquq normalarına uyğun olmaqla qanuni və əsaslıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh “xxxxxxx” MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-iqt (81)-1619/2013 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-409/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-409/2020
04.08.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver