Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-410/2020 04.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, X6 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının xxxxsi X4, cavabdehin xxxxləri X7, X1 və cavabdehin vəkili və xxxxsi X5 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-1609/2020 saylı qərardadından iddiaçı "xxxx" MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X9 Dövlət Xidməti) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikası Mərkəzi Bankının yeni inzibati binasının detallı layihələndirmə işləri (o cümlədən, tikinti icazəsinin planlaşdırılması) və tikintisi” üzrə cavabdeh tərəfindən xx xxxxxx 2020-ci il tarixdə elan olunmuş tender (təkliflər sorğusu) prosedurunun və nəticələrinin qanunsuz hesab edilərək ləğv olunması və həmin tenderin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun yenidən təşkil edilməklə, iddiaçı xxxx MMC-nin qeyd olunan satınalmada hüquqi şəxslər birliyi (konsorsium) və ya birgə müəssisə formasında iştirakına şərait yaradılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı iddianın təmini tədbirinin görülməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, kommersiya mübahisəsinə baxılıb qurtaranadək, xx xxxxxx 2020-ci il tarixdə elan olunmuş “Azərbaycan Respublikası Mərkəzi Bankının yeni inzibati binasının detallı layihələndirmə işləri (o cümlədən, tikinti icazəsinin planlaşdırılması) və tikintisi” üzrə bütün zəruri tender (təkliflər sorğusu) prosedurlarının cavabdeh tərəfindən dayandırılması (tender qalibinin müəyyən olunması barədə tender komissiyasının qərarının elan olunması, tenderin qalibi ilə satınalma müqaviləsinin bağlanmasının təxirə salınması, əgər müqavilə bağlanmışsa, müqavilənin icrasının dayandırılması və s.) barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e-2-2(113)-1609/2020 saylı qərardadı ilə ərizə rədd edilmişdir. İddiaçı "xxxx" MMC həmin qərardaddan şikayət vermişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının xxxxsi X10 şikayəti müdafiə etdi, cavabdehin xxxxləri X12, X3 və cavabdehin vəkili və xxxxsi X11 isə şikayətə etiraz etdilər. Üçüncü şəxsin xxxxsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinin tələblərinə görə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Qanunun mənasına görə iş üzrə çıxarılan qətnamənin gələcəkdə real icra edilə bilməyəcəyi şübhəsi yarandıqda iddianın təmin edilməsi üçün tədbirlər görmək zərurəti yaranır. İddianı təmin etmək üçün əsas məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüz ola biləcəyi qənaətidir. İddiaçı tərəfindən irəli sürülmüş iddia tələbləri ilə iddianın təmin etmə tədbiri barədə ərizədə göstərilənləri müqayisə edərək kollegiya hesab edir ki, həmin tədbirlər qətnamənin gələcəkdə icrasını təmin etmək üsulu kimi çıxış edə bilməz. Belə ki, iddia tələblərinin təmin ediləcəyi təqdirdə qətnamənin icrasının qeyri-mümkün olması və ya icrada hər hansı çətinliyin yarana biləcəyi və bu halların iddianın təmin etmə tədbiri barədə ərizədə göstərilən tədbirlər nəticəsində aradan qaldırılacağı qənaətinə gəlmək üçün əsaslar yoxdur. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda cavabdehin publik hüquqi şəxs olduğunu, onun mübahisələndirilən hərəkətlərini və iddiaçının istinad etdiyi dəlilləri və maddi hüquq normalarını, yəni iştirak edən şəxslərin subyektiv tərkibini, mübahisənin predmetini və hüquq münasibətlərinin xarakterini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, işə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən məhkəmə aidiyyətinə xüsusi diqqət yetirilməli və hazırki işə inzibati icraat qaydasında baxılmalı olub-olmamasına qiymət verilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-1609/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-410/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-410/2020
04.08.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver