Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-410/2021 18.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə iddiaçının nümayəndəsi Nümayəndə3, cavabdeh Borclu2, cavabdeh “xxxx” şirkətinin nümayəndəsi Nümayəndə4 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1857/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 10.11.2020-ci il tarixli qətnaməsindən cavabdeh Borclu2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdehlər Borclu1, Borclu2, Borclu3 MMC-yə, “xxxx” şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Borclu2 ilə İddiaçı ASC arasında bağlanmış 04 mart 2019-cu il tarixli 19032-4808/702697/KL saylı kredit limiti müqaviləsinin və həmin müqaviləyə əsasən bağlanmış 04 mart 2019-cu il tarixli Razılaşmanın, 12 mart 2019-cu il tarixli Razılaşmanın, 14 mart 2019-cu il tarixli Razılaşmanın, 01 aprel 2019-cu il tarixli Razılaşmanın və 06 may 2019-cu il tarixli Razılaşmanın ləğv edilməsi; cavabdehlər Borclu2, Borclu1, “xxxx” Şirkətindən və “xxxx” MMC-dən müştərək qaydada 04 mart 2019cu il tarixli Razılaşma üzrə 11180,85 manat məbləğində əsas kredit borcu, 833,74 manat məbləğində faiz borcu, 79,04 manat məbləğində cərimə borcu olmaqla, cəmi 12093,63 manat məbləğində borcun, 12 mart 2019-cu il tarixli Razılaşma üzrə 11437,42 manat məbləğində əsas kredit borcu, 847,71 manat məbləğində faiz borcu, 91,49 manat məbləğində cərimə borcu olmaqla, cəmi 12376,62 manat məbləğində borcun, 14 mart 2019-cu il tarixli Razılaşma üzrə 11179,69 manat məbləğində əsas kredit borcu, 838,52 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 80,28 manat məbləğində cərimə borcu olmaqla, cəmi 12098,49 manat məbləğində borcun, 01 aprel 2019-cu il tarixli Razılaşma üzrə 19736,04 manat məbləğində əsas kredit borcu, 1477,85 manat məbləğində faiz borcu, 129,75 manat məbləğində cərimə borcu olmaqla, cəmi 21343,64 manat məbləğində borcun və 06 may 2019-cu il tarixli Razılaşma üzrə 26266,35 manat məbləğində əsas kredit borcu, 2305,19 manat məbləğində faiz borcu, 220,91 manat məbləğində cərimə borcu olmaqla, cəmi 28792,45 manat məbləğində (ümumilikdəcəmi 86704,83 manat) pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması haqqında barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Borclu2 ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdeh İddiaçı ASC-yə qarşı qarşılıqlı iddia qaldıraraq, öhdəliyinin icra edilməsi və əldən çıxmış faydanın əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə 150.000 manat məbləğində vəsait tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 10.11.2020-ci il tarixli e-2-2(113)-1857/2020 saylı qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, cavabdeh Borclu2 ilə İddiaçı ASC arasında bağlanmış 04 mart 2019-cu il tarixli 19032-4808/702697/KL saylı kredit limiti müqaviləsi və həmin müqaviləyə bağlanmış 04 mart 2019-cu il tarixli, 12 mart 2019-cu il tarixli, 14 mart 2019-cu il tarixli, 01 aprel 2019-cu il tarixli və 06 may 2019-cu il tarixli Razılaşmaların ləğv edilməsi, cavabdehlər Borclu2, Borclu1, “xxxx” Şirkətindən və “xxxx” MMC-dən müştərək qaydada 04 mart 2019-cu il tarixli Razılaşma üzrə 6066,53 manat məbləğində əsas kredit borcu, 833,74 manat məbləğində faiz borcu, 6,77 manat məbləğində cərimə borcu olmaqla, cəmi 6907,04 manat məbləğində borc; 12 mart 2019cu il tarixli Razılaşma üzrə 11437,42 manat məbləğində əsas kredit borcu, 847,71 manat məbləğində faiz borcu, 91,49 manat məbləğində cərimə borcu olmaqla, cəmi 12376,62 manat məbləğində borc; 14 mart 2019-cu il tarixli Razılaşma üzrə 1177,69 manat məbləğində əsas kredit borcu, 838,52 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 80,28 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2096,49 manat məbləğində borc; 01 aprel 2019-cu il tarixli Razılaşma üzrə 19736,04 manat məbləğində əsas kredit borcu, 1477,85 manat məbləğində faiz borcu, 129,75 manat məbləğində cərimə borcu olmaqla, cəmi 21343,64 manat məbləğində borc və 06 may 2019-cu il tarixli Razılaşma üzrə 16269,35 manat məbləğində əsas kredit borcu, 2305,19 manat məbləğində faiz borcu, 67,57 manat məbləğində cərimə borcu olmaqla, cəmi 18642,11 manat məbləğində borc, ümumilikdə 61365,9 manat məbləğində pul vəsaiti, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ASC-yə ödənilməsi, qalan hissədə ilkin iddianın rədd edilməsi, ilkin iddia verilərkən ödənilmiş dövlət rüsumunun 5 manat hissəsinin ilkin iddia üzrə iddiaçıya aid edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Borclu2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-yə qarşı öhdəliyin icra edilməsi və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi, qarşılıqlı iddia verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi qət edilmişdir. Cavabdeh Borclu2 apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini, ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında cavabdeh Borclu2 apellyasiya şikayətini müdafiə etdi, cavabdeh Borclu4 nümayəndəsi Nümayəndə4 apellyasiya şikayəti ilə razı olduğunu bildirdi, iddiaçının nümayəndəsi Nümayəndə3 isə apellyasiya şikayətinə etiraz etdi. Cavabdehlər Borclu1 və Borclu3 MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının mövqeyi aşağıdakılardan ibarətdir. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, İddiaçı ASC ilə Borclu2 arasında 04 mart 2019-cu il tarixli 19032-4808/702697/KL saylı kredit limiti müqaviləsi bağlanmış və müqaviləyə əsasən cavabdeh Borclu2 120 ay müddətində illik 30%-dən çox olmamaq şərti ilə 500.000 manat məbləğində kredit limiti ayrılmışdır. Kredit limiti müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə Borclu1, “xxxx” Şirkəti və Borclu3 MMC ilə 04 mart 2019-cu il tarixli müvafiq olaraq 19032-4808/304318 Z saylı, 19032-4808/702812 Z saylı və 19032- 4808/702802 Z saylı 04 mart 2019-cu il tarixli zaminlik müqavilələri bağlanmış və müqavilələrə əsasən zaminlər Borclu1, “xxxx” Şirkəti və Borclu3 MMC Borclu1 bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyırlar. 04 mart 2019-cu il tarixli Razılaşmaya əsasən 24 ay müddətinə illik 18% dərəcəsi ilə 15.000 manat məbləğində, 12 mart 2019-cu il tarixli Razılaşmaya əsasən 24 ay müddətinə illik 18% dərəcəsi ilə 15.000 manat məbləğində, 14 mart 2019-cu il tarixli Razılaşmaya əsasən 24 ay müddətinə illik 18% dərəcəsi ilə 15.000 manat məbləğində, 01 aprel 2019-cu il tarixli Razılaşmaya əsasən 24 ay müddətinə illik 18% dərəcəsi ilə 25.000 manat məbləğində və 06 may 2019-cu il tarixli Razılaşmaya əsasən isə 24 ay müddətinə illik 18% dərəcəsi ilə 30.000 manat məbləğində kreditlər verilmişdir. Həmçinin kredit limiti müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə Borclu2 arasında 04 mart 2019-cu il tarixli 19032-4808/702697İ saylı ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən Borclu2 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 113,3 kv.m yaşayış, 170,8 kv.m köməkçi sahədən ibarət 212 nömrəli fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İddiaçı kredit limiti müqaviləsinin və həmin müqaviləyə əsasən bağlanmış razılaşmaların ləğv edilməsi tələbini irəli sürmüşdür. Cavabdeh Borclu2 iddiaya etiraz edir və qarşılıqlı iddia irəli sürərək bildirir ki, 2019-cu ilin fevral ayında kredit götürmək üçün cavabdeh banka müraciət etmiş və Şəki şəhərində hotel və restoran kompleksinin başa çatdırılması üçün cəmi 200.000-300.000 manat məbləğində vəsait lazım olduğunu bildirmişdir. O, 200.000-300.000 manat vəsaitin ona bir dəfəyə, otel və restoran kompleksinin işə salmaq üçün qalan işlərini tamamlayıb yay mövsümünə çatdırmaq üçün lazım olduğunu dəfələrlə qeyd etməsinə baxmayaraq, bank tərəfindən ona 04.03.2019-cu il tarixdə 15.000, 12.03.2019-cu il tarixdə 15.000 manat, 14.03.2019-cu il tarixdə 15.000 manat, 01.04.2019-cu il tarixdə 25.000 manat, cəmi 70.000 manat məbləğində pul vəsaiti verilmişdir. Bundan sonra 06.05.2019-cu il tarixdə ona 30.000 manat məbləğində pul vəsaiti verilmişdir. Beləliklə, cavabdehin təqsiri nəticəsində yay mövsümünə qədər işlərini tamamlaya, fəaliyyətə başlaya və gəlir əldə edə bilməmişdir. İddiaçı ASC öz öhdəliyini tam yerinə yetirmədiyindən onun fəaliyyətinin vaxtında başlamamış, lakin buna baxmayaraq 2019-cu ilin dekabr ayına kimi ona verilmiş 5 ödəniş əsasında o banka əsas kredit məbləğindən 20199,65 manat, faiz borcundan 11040,23 manat, cəmi 31239,88 manat qaytarmışdır. Buna görə hesab edir ki, İddiaçı ASC-nin öhdəliyi vaxtında icra etməməsi səbəbindən 300.000 manat məbləğində fayda əldən çıxmışdır. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddiada irəli sürülmüş kredit limiti müqaviləsinin və həmin müqaviləyə əsasən bağlanmış razılaşmaların ləğv edilməsi hissəsində və qarşılıqlı iddianın rədd edilməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Mülki Məcəllənin 421.2-ci maddəsinin tələblərinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Hazırki işdə də qeyd olunan əsaslar mövcuddur. Belə ki, tərəflər arasında bağlanmış kredit limiti müqaviləsinin 3.1-ci bəndində də borc alan 30 təqvim günü ərzində ona verilmiş kredit hissəsini və/və ya onun faizini tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafiki üzrə ödəmək iqtidarında olmadıqda kredit verənin birtərəfli qaydada vaxtından əvvəl xitam vermək və bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən razılaşmalara əsasən verilmiş krediti bu müddətə qədər hesablanmış faizlərlə birlikdə qaytarılmasını tələb etmək hüququ nəzərdə tutulmuşdur. İş materiallarından da görünür ki, cavabdeh Borclu2 müqavilə və onun əsasında bağlanmış razılaşmalar üzrə əsas kredit borcunu və faizləri ödəniş qrafikinə uyğun olaraq ödəməmiş və İddiaçı ASC-nin müraciəti əsasında həmin kredit müqavilələri üzrə tutmanın ipoteka predmetinə yönəldilməsinə dair Bakı şəhəri 4 saylı Notariat Ofisinin notariusu tərəfindən 18.06.2020-ci il tarixli 8i-542 saylı icra qeydi verilmiş və Bakı şəhəri Səbail rayon İcra və probasiya şöbəsi tərəfindən həmin icra qeydi əsasında icra icraatına başlanılmışdır. Göründüyü kimi Borclu2 kredit limiti müqaviləsi və həmin müqaviləyə əsasən bağlanmış razılaşmalar üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozmuşdur. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı kredit limiti müqaviləsinin və həmin müqaviləyə əsasən bağlanmış razılaşmaların ləğv edilməsinin tələb etməkdə haqlıdır. Ona görə də, ilk iddiada irəli sürülmüş həmin tələblər tam təmin edilməlidir. Bununla yanaşı kollegiya hesab edir ki, qarşılıqlı iddia tələbləri rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 21.2-ci maddəsindən göründüyü kimi əldən çıxmış fayda zərərin tərkib hissəsidir. Zərərin ödənilməsi məsələlərini tənzimləyən və ümumi norma kimi çıxış edən Mülki Məcəllənin 21.2-ci maddəsinin, həmçinin hazırkı mübahisə üzrə xüsusi norma kimi çıxış edən Mülki Məcəllənin 443-cü maddəsinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin öhdəliyi pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Lakin hazırki işdə qeyd olunan maddənin dispozisiya şərtləri mövcud deyildir. Belə ki, Borclu2 qarşılıqlı iddia tələbini əsaslandırarkən yalnız bir əsasa, yəni iddiaçının öhdəliklərini tam icra etməməsi və 200000-300000 manat məbləğində kreditin ona birdəfəyə deyil, hissə-hissə verilməsinə istinad etmişdir. Lakin iş materiallarında olan və Borclu2 tərəfindən İddiaçı ASC-yə ünvanlanmış ərizələrdən görünür ki, o, bankdan məhz kredit razılaşmalarında nəzərdə tutulmuş məbləğlərdə kreditlərin verilməsini xahiş etmişdir (cild 1, i/v 152, 159, 168, 175, 182). Göründüyü kimi Borclu2 həmin dəlilləri əsassızdır. Ona görə də kollegiya hesab edir ki, əldən çıxmış faydanın tutulması barədə iddia tələbləri təmin edilə bilməz. Eyni zamanda iddiaçı bank tərəfindən öhdəliklər tam icra olunduğuna görə Mülki Məcəllənin 385.1-ci maddəsi baxımından ona qarşı irəli sürülmüş öhdəliyinin icra edilməsi tələbləri də əsassızdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1857/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 10.11.2020-ci il tarixli qətnaməsi ilk iddiada irəli sürülmüş kredit limiti müqaviləsinin və həmin müqaviləyə əsasən bağlanmış razılaşmaların ləğv edilməsi hissəsində və qarşılıqlı iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-410/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-410/2021
18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver