Məhkəmə qərarları › İş №2-2(103)-411/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-411/2021

16.03.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-411/2021 16.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi ilə, İddiaçı firmasının cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı “borcun girov qoyulmuş pul vəsaitinə yönəldilməsi tələbinə dair” iş üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3359/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi vəkil Rəfiyev Hamlet oğlu tərəfindən verilmiş şikayətin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "İddiaçı" Firması cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Cavabdeh" ASC ilə aralarında bağlanmış xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsi üzrə yaranmış ******* ABŞ dolları məbləğində borcu həmin tarixli girov müqaviləsi üzrə girov qoyulmuş pul vəsaitinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-3359/2020 nömrəli qərardadı ilə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmiş, ona əlavə edilmiş sənədlər və 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli ********* nömrəli qəbzlə birlikdə, geri qaytarılmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil şikayət verərək, həmin qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (“MPM”) 153.2-ci maddəsində sadalanan əsaslar mövcud olmadığı halda, birinci instansiya məhkəməsi qanunvericiliyin həmin tələblərini pozaraq, əsassız olaraq iddia ərizəsini icraata qəbul etməkdən imtina etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının e-2-2(103)-206/21 saylı xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə şikayət onu imzalamağa hüquq olmayan şəxs tərəfindən imzalandığından MPM-in 363.1.1-ci maddəsinə əsasən şikayət üxrə apellyasiya qeyri-mümkün hesab edilmişdir. İddiaçının nümayəndəsi Ş.Rəfiev yenidənKommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından şikayətini elektron kabinet vasitəsilə Bakı məhkəməyə təqdim etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə onun həmin şikayəti də təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin («MPM») 366.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan tələbləri nəzərə alınmaqla iş materiallarını araşıdırıb belə hesab edir ki, iddiaçının şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Belə ki, MPM-in 396.1-ci maddəsinə əsasən şikayət birinci instansiya məhkəməsinin qərarddı rəsmi qaydada verildikdən 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il il tarixli qərardadı, elə həmin tarixdə də iddiaçının nümayəndəsi Vəkil tərəfindən elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetində yerləşdirilmiş, nümayəndə həmin qərardaddan birinci dəfə şikayətini həmin kabinet vasitəsilə məhkəməyə xx.xx.2020-ci il tarixində təqdim etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi tərəfindən xx.xx.2020-ci il tarixində təqdim edilmiş həmin şikayəti üzrə apellyasiya isə qeyri-mümkün hesab edilmişdir. İş birinci instansiya məhkəməsinə qaytarıldıqdan sonra iddiaçının nümayəndəsi Vəkil xx.xx.2021-ci il tarixli qərardaddan şikayətini elektron kabinet vasitəsilə yenidən (məhkəmə aktından şikayət vermə səlahiyyəti təsbit olunmuş etibarnamə də əlavə olunmaqla) məhkəməyə xx.xx.2021-ci il tarixində təqdim etmişdir. Göründüyü kimi, nəinki məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı iddiaçının elektron məhkəmə sistemində yaradılmış elektron kabinetində yerləşdirildiyi gündən hesablandıqda, hətta onun birinci dəfə həmin qərardaddan şikayətini xx.xx.2020-ci il tarixdə təqdim etdiyi vaxtdan (öz sözləri ilə desək gördüyü vaxtdan) götürüldükdə belə MPM-in 396.1-ci maddəsi ilə müəyyən olunan 10 günlük qrardaddan şikayət vermə müddəti buraxılmış olur. Belə olan halda isə MPM-in 130.3-cü maddəsinin tələbinə görə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddət keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır, onu vermiş şəxsə qaytarılır. Birinci instansiya məhkəməsi tərəfindən isə yuxarıda qeyd olunanlara diqqət yetirməmiş, iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayətə müddətin bərpası barədə müvafiq vəsatət əlavə olunmadığından, MPM-in 130.3-cü və 363.1.3-cü maddələrinin tələbləri nəzərə alınmaqla, onun şikayəti geri qaytarılmalı olduğu halda, şikayət birbaşa baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qeyd olunanlar onu deməyə əsas verir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından prosessual müddət keçdiyi və həmin müddət bərpa olunmadığı halda, həmin qərardaddan iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyü və onun icraata qəbul edilməsi istisna edilir. MPM-in 366.2-ci maddəsiə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə də göstərilən prosessual pozuntuları nəzərə alan məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3359/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi vəkil Vəkil tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməsi barədə qərardad çıxarılmalıdır. Qeyd edilənlərə əsasən və MPM-in 263-264, 402 və 405-cı maddələrini rəhbər tutaraq kollegiyası q ə r a r a a l d ı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3359/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi vəkil Rəfiyev Hamlet oğlu tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar