Məhkəmə qərarları › İş №2-2(103)-413/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-413/2020

04.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-413/2020 04.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, X6 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1627/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadından iddiaçı "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC cavabdeh X5 (üçüncü şəxslər X3 və X4) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin şərtlərinə əməl edilməsi, cavabdehin qanunsuz hərəkətləri nəticəsində cəmiyyətə dəymiş 110.000 manat məbləğində maddi zərərin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı iddianın təmin tədbiri barədə məhkəməyə ərizə təqdim edərək, hazırki mülki iş üzrə qəbul ediləcək məhkəmə qərarı qanuni qüvvəyə minənədək, "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC-nin rəhbərliyi və onun əməkdaşlarının tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin predmeti sayılan Bakı şəhəri, 1 nömrəli Zeytunçuluq sovxozunun ərazisində yerləşən sahəsi 6891,61 kvadrat metr ölçüdən ibarət olan quşçuluq obyektinə daxil olmasına və onların orada sərbəst hərəkətinə, habelə cəmiyyətin normal iş fəaliyyətinə yaradılan süni maneələrin aradan qaldırılması və gələcəkdə belə maneələrin yaradılması və qanunsuz hərəkətlərin edilməsinin cavabdeh və digər şəxslərə qadağan olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-1627/2020 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC həmin qərardaddan şikayət vermişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil şikayəti müdafiə etdi. Cavabdeh və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinin tələblərinə görə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 158.1-ci maddəsinə görə iddianı təmin etmək üçün aşağıdakı tədbirlər görülə bilər: müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək (158.1.2); mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək (158.1.3). Qanunun mənasına görə iş üzrə çıxarılan qətnamənin gələcəkdə real icra edilə bilməyəcəyi şübhəsi yarandıqda iddianın təmin edilməsi üçün tədbirlər görmək zərurəti yaranır. İddianı təmin etmək üçün əsas məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüz ola biləcəyi qənaətidir. Məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxılana qədər iddiaçının rəhbərliyi və əməkdaşlarının tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin predmeti olan quşçuluq obyektinə daxil olmasına və onların orada sərbəst hərəkətinə, habelə cəmiyyətin normal iş fəaliyyətinə maneələrin yaradılması cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi barədə ərizə əsaslıdır. Belə ki, iddia tələblərinin birinci hissəsi tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin şərtlərinə əməl edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Həmin müqavilə 3 il müddətinə bağlanmış və icarə müddəti xx.xx.2022-ci il tarixə qədər müəyyən edilmişdir. Lakin məhkəmə təcrübəsinə əsasən belə güman etmək olar ki, mübahisə uzun müddət davam edə və iş üzrə yekun məhkəmə qərarı həmin tarixən sonra qüvvəyə minə bilər. Bu isə həmin hissədə qətnamənin icrasının qeyri-mümkünlüyünə səbəb ola bilər. Bundan başqa iddia tələblərinin ikinci hissəsi maddi zərərin ödənilməsindən ibarətdir və iddiaya mahiyyəti üzrə baxılana qədər mübahisəli icarə obyektindəki fəaliyyətinə bu və ya digər formada maneələr yaradılması sahibkarlıq fəaliyyəti ilə məşğul olan"xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC-nin təsərrüfatının mütənasibsiz maddi zərərə uğraması ehtimalını kifayət qədər yüksəldir. Bu isə nəticədə tərəflər arasında əlavə məhkəmə mübahisələrin yaranmasına səbəb ola bilər. Belə bir nəticə isə ədalət mühakiməsinin məqsədləri baxımından arzuolunan deyildir və gələcəkdə qəbul ediləcək qətnamənin icrası zamanı yeni əngəllərin yaranma ehtimalını artırır. Qeyd olunanları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və ərizə təmin edilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1627/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilsin. Ərizə təmin edilsin. "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC-nin rəhbərliyi və əməkdaşlarının Bakı şəhəri, 1 nömrəli Zeytunçuluq sovxozunun ərazisində yerləşən sahəsi 6891,61 kvadrat metr ölçüdən ibarət olan quşçuluq obyektinə daxil olmasına və onların orada sərbəst hərəkətinə, habelə cəmiyyətin normal iş fəaliyyətinə maneələrin yaradılması cavabdeh X7, üçüncü şəxslər X3 və X2 qadağan edilsin. Qərardad dərhal icra edilsin. Qərardadın icrası Bakı şəhəri Binəqədi rayon icra şöbəsinə həvalə edilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar