Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-414/2020 13.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı “xxxx” MMC-nin Cavabdeh ASC-yə qarşı (üçüncü şəxs İsmayıllı rayon İcra və Probasiya şöbəsi) inkasso sərəncamının icra olunmamasının səbəbləri barədə məlumatın verilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-206/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən iş materiallarını Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında nəzərdən keçirib) m ü ə y y ə n e t d i: İddiaçı “xxxx” MMC Cavabdeh ASC-nin İsmayıllı rayon filialına qarşı İsmayıllı Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Nikitin adına kolxozun Cavabdeh ASC-nin İsmayıllı rayon filialında olan bank hesabına qoyulmuş inkasso sərəncamının icra olunmaması səbəbləri barədə məlumatın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və 10 manat dövlət rüsumunun cavabdehdən tutulması tələbinə dair iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddianın əsaslarına görə Şəki İnzibati-İqtisadi məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərardadına əsasən iddiaçı “xxxx” MMC ilə cavabdeh “Nikitin” adına kolxoz arasında bağlanmış xx xxxx 2016-cı il tarixli barışıq sazişinin şərtləri təsdiq edilmiş və borclu 309.347,32 manat məbləğində pul vəsaitinin tələbkarın hesabına ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmənin həmmn qərardadı icraya yönəldildikdən sonra icra sənədinin icrası ilə bağlı İsmayıllı Rayon İcra və Probasiya Şöbəsi x xxxxxxx 2016-cı il tarixli qərarına əsasən icra hərəkətləri başlanmış, icra məmuru tərəfindən verilmiş borclunun manatla və xarici valyuta ilə, o cümlədən, banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilməsi ilə bağlı təqdimat Şəki İnzibati-İqtisadi Məhkəməsinin x xxxxxx 2018-ci il tarixli qərardadı ilə təmin edilməmiş, həmin qərardadan tələbkarı tərəfindən verilmiş şikayət Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qərardadı ilə təmin edilmiş, birinci instansiya məhkəməsinin x xxxxxx 2018-ci il tarixli qərardadı ləğv edilmiş, təqdimat təmin edilərək, borclunun aktiv bank hesablarının üzərinə həbs qoyulmuşdur. Bundan sonra 2018-ci ilin oktyabr ayında borclu “Nikitin” adına kolxozun hesabından 53.500 manat məbləğində pul vəsaiti tutularaq “xxxx” MMC-nin hesabına keçirilmişdir. “Nikitin” adına kolxozdan qalıq borcun tutulması ilə bağlı şöbəyə növbəti müraciətdən sonra İcra şöbəsi xx xxxxxx 2019-cu il tarixdə borclunun “xxxx” ASCnın İsmayıllı rayon filialındakı hesabına inkasso sərəncamı qoymuşdur. Lakin xx xxxxxx 2019-cu il tarixdə iddiaçıya məlum olmuşdur ki, İcra şöbəsinin xx xxxxxx 2019-cu il tarixli inkasso sərəncamı cavabdehin İsmayıllı rayon filialı tərəfindən icra edilmədən geri götürülmüşdür. Məsələni aydınlaşdırmaq məqsədilə iddiaçı tərəfindən“xxxx” ASC-nin İsmayıllı rayon filialına xx xxxxxx 2019-cu il tarixli, 962 saylı məktubla müraciət olunaraq inkasso sərəncamının icra olunmamasının səbəbləri barədə məlumat verilməsi xahiş olunmuş, lakin filial rəhbərliyi tərəfindən iddiaçının nümayəndəsinə bildirilmişdir ki, inkasso sərəncamı İcra şöbəsinin rəsmi müraciəti əsasında götürülmüşdür. Daha sonra cavabdeh xx xxxxxx 2019-cu il tarixli, 233 saylı cavab məktubunda “Banklar haqqında” Qanununun 41.2.-ci ci maddəsinə istinadən, inkasso sərancamının icra olunmama səbəbləri barədə məlumat verməkdən imtina etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-206/2020 saylı xx xxxx 2020-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və İsmayıllı rayon İcra və Probasiya şöbəsi tərəfindən «Nikitin» adına kolxozun «xxxx» ASC-nin İsmayıllı filialında olan bank hesabına qoyulmuş inkasso sərəncamının icra olunmaması səbəbləri barədə məlumat verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin əsaslarına görə qətnamə qanunsuz və əsassızdır. Belə ki, məhkəmə hüququn tətbiq edilməsində səhv buraxmış, qanunu səhv tətbiq etmiş, cavabdehin təqdim etdiyi etiraza istinad edərək iddianı rədd etmişdir. Məhkəmə gəldiyi nəticəni əsaslandırmamışdır. Çünki, iddia borclunun filialda olan bank hesabına qoyulmuş inkasso sərəncamının icra olunmamasının səbəbləri barədə məlumatın verilməsinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. İcra qürumunun xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixinədək inkasso sərəncamı cavabdehin İsmayıllı filialı tərəfindən icra edilməmiş, məsələni aydınlaşdırmaq üçün filiala müraciət olunmuşdur. Filial isə xx.xx.2019-cu il tarixli məktubunda «Banklar haqqında» Qanunun 41.2-ci maddəsinə istinadən məlumatın bank sirri olmasını qeyd edərək, məlumatın verilməsindən imtina etmişdir. Məhkəmə Mülki Məcəllənin öhdəliklə bağlı müddalarına istinadən qeyd etmiş və tərəflər arasında öhdəliyin yaranmasına əsas olan müqavilə münasibətlərinin mövcud olmadığı, eyni zamanda, idiaçının tələb etdiyi öhdəliyin zərər vurmadan və əsassız varlanmadan və digər öhdəliklərdən yaranma səbəblərindən irəli gəlmədiyi qənaətinə gəlmişdir. Məhkəmənin istinad etdiyi maddələri tərəflər arasında olan hüquqi münasibətdən irəli gələn münasibətlərə aid edilir. Əslində isə «Banklar haqqında» Qanunun 38.1, Azərbaycan irespublikasının Mərkəzi Bankının 19/1 saylı xx.xx.2013-cü il tarixli qərarı ilə təsdiq olunmuş «Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında» Təlimat»ın 3, 3.2, 7.1-7.3, 7.7 - 7.8-ci bəndlərinə istinad etməli idi. Təlimatdan həmin bəndəlirndən isə görünür ki, borclunun bank hesabına xidmət göstərən bank məcburi icra orqanları tərəfindən inkasso sərəncamlarına əlavə edilən sənədlərinə əsasən ödənişi ödəyicinin bank hesabından mübahisəsiz qaydada həyata keçirməli idi. Lakin icra şöbəsi tərəfindən qoyuliuş inkasso filial tərəfindən icra olunmamış, icra şöbəsi loyallıq göstərmiş və hər hansı bir icra hərəkəti həyata keçirməmişdir (Mülki Məcəllənin 985.3-cü maddəsinə istinad olunur) Məhkəmə qətnamədə «Banklar haqqında» Qanunun 41.2-ci maddəsinə istinad edir. Cavabdeh də müraciətlə bağlı qeyd edilən Qanuna istinad edirək bu məlumatı vermir. Tələbkar bu məlumatın əldə olunması üçün məhkəməyə müraciət edir. Lakin məhkəmə Şəki rayon İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadının icrası ilə bağlı Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə borclu «Nikitğin» adına kolxozun 16 bank hesablarının üzərinə həbs qoyulduğu halda daxil olmuş vəsaitin tələbkarın xeyrinə silinməsi üçün icra məmurunun inkasso sərəncamını icra etmir. Bunun səbəbini isə məhkəmə aydınlaşdırmaq istəmir ki, niyə məhkəmə qərarının icrası bank tərəfindən icra olunmur. Daha sonra İcra haqqında» Qanunun 26, 84.4, Mülki Məcəllənin 83, və MPM-in normalarına istinadən şikayətin təmin olunması xahiş olunur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Y.Hüseynov dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Ü.Nəbizadə şkayətin dəlilləri ilə razılaşmamış, «Banklar haqqında» Qanunun 41.2-ci maddəsinə istnadən birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış üçüncü şəxs İsmayıllı rayon İcra və Probasiya şöbəsi (nümayəndəsi) məhkəməyə gəlməmiş, MPM-in 376.2-ci maddəsinin tələbini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddia ərizəsində və apellyasiya şikayətində mübahisləndirilən hallardan göründüyü kimi, Şəki İnzibati-İqtisadi məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərardadı qərardadı ilə təsdiq olunmuş “xxxx” MMC ilə cavabdeh “Nikitin” adına kolxoz arasında bağlanmış xx xxxx 2016-cı il tarixli barışıq sazişinin şərtlərinə görə sonuncu (borclu), ümumilikdə, 309.347,32 manat məbləğində pul vəsaitinin tələbkar “xxxx” MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüş, barışıq sazişi icraya yönəldildikdən sonra üçüncü şəxs İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinin x xxxxxxx 2016-cı il tarixli qərarı ilə icra hərəkətləri başlanmışdır. İcra şöbəsi tərəfindən həyata keçirilən məcburi icra hərəkətlərindən biri də xx xxxxxx 2019-cu il tarixdə borclunun “xxxx” ASC-nın İsmayıllı rayon filialındakı borcluya məxsus hesabına inkasso sərəncamının qoyulması olmuş, lakin inkasso sərəncamı filialı tərəfindən icra edilməmişdir. İddiaçı məsələyə aydınlıq gəğirilməsi üçün xx xxxxxx 2019-cu il tarixli, 962 saylı məktubla filiala müraciət edərək inkasso sərəncamının icra olunmamasının səbəbləri barədə məlumat verilməsini xahiş etmiş, lakin filial rəhbərliyi tərəfindən ona inkasso sərəncamını icra qürumu tərəfindən geri götürüldüyü bildirilmiş, daha sonra xx xxxxxx 2019-cu il tarixli, 233 saylı cavab məktubunda isə “Banklar haqqında” Qanununun 41.2.-ci ci maddəsinə istinadən inkasso sərancamının icra olunmaması səbəbləri barədə məlumat verilməsindən imtina olunmuş və həmin imtinadan narazı qalan iddiaçı məhəkəməyə hazırkı iddianı qaldırmış və məhkəmə tərəfindən «Banklar haqqında» Qanunun qeyd olunan 41.2-ci maddəsinə istinadən iddia tələbi rədd edilmişdir. İddiaçı mübazhisəlndirir ki, həm cavabdehin, həm də məhkəmənin qeyd olunan əsasla onun tələbinin rədd olunmasını əsassız hesab edərək bildirir ki, mübahisəli hüquq münasibətlərinə Qanunun 41.2-ci maddəsi deyil, 38.1-ci və Azərbaycan Respublikasının Mərkəzi Bankının 19/1 saylı xx.xx.2013-cü il tarixli qərarı ilə təsdiq olunmuş «Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında» Təlimat»ın 3, 3.2, 7.1-7.3, 7.7-7.8-ci bəndləri tətbiq olunmaqla iddia tələbi təmin olunmalı idi. Məhkəmə kollegiyası iddiaçının qeyd olunan dəliləri ilə aşağıdakı əsaslara görə razılaşmır. Birincisi, mübahisənin əsasını məhkəmənin verdiyi icra vərəqisi əsasında icraya yönəldilən şərtlərinə görə borclu “Nikitin” adına kolxozdan tələbkar “xxxx” MMC-nin xeyrinə 309.347,32 manat məbləğində pul vəsaitinin tutlması öhdəliyini ehtiva edən icra sənədi məhkəmə qərarardadı ilə təsdiq olunmuş xx xxxx 2016-cı il tarixli barışıq sazişi təşkil edir. İcra sənədinin icra olunmasının isə qanunvericiliklə müəyyən edilən qaydaları aşağıdaklardan ibarətdir. «İcra haqqında»Qanunun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən bankda və ya digər kredit təşkilatlarında borclunun hesablarının və həmin hesablarda pul vəsaitlərinin olması barədə məlumatı olan icra məmuru, məhkəmə və digər orqanların qərarlarının pul vəsaitlərinin tutulmasına dair tələblərinin göstərildiyi icra sənədinin icra qürumunun rəhbəri tərəfindən təsdiq olunmuş surətini bilavasitə banka və ya digər kredit təşkilatına göndərir. Həmin Qanunun 5.2-ci bəndinə əsasən borclunun hesablarına xidmət edən bank icra sənədini aldığı vaxtdan 7 gün müddətində icra sənədinin pul vəsaitlərinin tutulmasına dair tələblərini icra, yaxud borclunun hesablarında tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli vəsait olmadıqda tamamilə və ya qismən icra edilməsi haqqında icra sənədində qeyd yazır. Həmin Qanunun 45.3-cü maddəsinə əsasən borclunun banklarda və digər kredit təşkilatlarında hesablarda və digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitlərini və başqa sərəvətlərinin olması barədə məlumat olduqda, onların üzərinə həbs qoyulur. İcra qanunvericiliyinin qeyd olunan normalarından göründüyü kimi, icra məmuru tərəfindən icra sənədinin icrası İcra haqqında qanunvericiyliyin tələbəlri qaydasında həyata keçirilir. O cümlədən, tələbkarın pul tələbinə dair icra sənədinin icrasının təmin olunması ilə bağlı icra orqanı tərəfindən borclunun bank hesabına qoyulmuş inkasso sərəncamlarının icrasına nəzarət etmək səlahiyyəti də məhz onun özünə məxsusdur («İcra haqqında» Qanunun 26-cı maddəsinin tələbinə görə icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.) Başqa sözlə, tələbkarın iddiaçının məhkəmənin icra sənədi üzrə borclunun cavabdehin filialında olan bank hesabına inkasso sərəncamı qoymaq və akseptsiz qaydada həmin hesab daxil olan pul vəsaitlərinin silinməsini bankdan tələb etmək kimi hüquqları mövcud deyil. Çünki, İcra qanunvericilyinin qeyd olunan normalarının mənası baxımından pul tələbinə dair icra sənədinin icrası zamanı, icra məmru ilə borclunun bank hesabının olduğu bank arasında qarşılıqlı münasibətlər mövcud olur və bu halda bu sonuncular arasında yarana biləcək hər hansı mübahisə, yenə də, icra qanunvericiliyinə müvafiq qaydada öz həllini tapmalıdır. Yəni konkret halda, icra sənədi üzrə iddiaçı (icra sənədi üzrə tələbkar) - üçüncü şəxs icra şöbəsi tərəfindən cavabdeh bankın İsmayıllı filialınadakı borcluya məxsus hesabına qoyulmuş inkasso sərəncamının icra edilməsini bankdan tələb etmək və ya ondan inkasso sərəncamın icra edilməməsi ilə bağlı ondan izahat və ya hər hansı məlumat tələb etmək üçün subyektiv hüquqa malik deyil. Ən azından, “Banklar haqqında” Qanunun 41.2-ci maddəsininin imperativ tələbində nəzərədə tutulur ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bank sirrini təşkil edən məlumatlar yalnız müştərilərin özlərinə və onların nümayəndələrinə, həmçinin kənar auditorlara, maliyyə monitorinqi orqanına və maliyyə bazarlarına nəzarət orqanına verilir. Dövlət orqanlarına və onların vəzifəli şəxslərinə bu cür məlumatlar yalnız cinayət işinin istintaqı, müştərinin pul vəsaitinə və bankın saxlancında olan əmlakına həbs qoyulması, tələb yönəldilməsi və bunların müsadirə edilməsi ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında verilir. İcra sənədlərinin məcburi icraya yönəldilməsi ilə əlaqədar müştərilərin hesab qalıqları barədə məlumatlar qanunvericiliklə müəyyən olunmuş mənbələrdən əldə edilmiş məlumat əsasında icra məmurlarına verilir. Göründüyü kimi, icra qanunvericiliyi ilə dəqiqliyi ilə müəyyən edilmişdir ki, borclunun bank hesabı və orada olan pulun miqdarı bank sirri olduğu halda, iddiaçının (tələbkarın) cavabdehdən borclunun bank hesabı barədə məlumat verməsini tələb etməsi və sonuncu tərəfindən belə məlumatın verilməsi yolverilməzdir. Qanunun qeyd olunan tələbindən götründüyü kimi, belə məlumatlar yalnız qanuni qüvvəsini almış məhkəmə qərarına əasən verilə bilər. Qeyd olunan normanın 3-cü cümləsində icra sənədlərinin məcburi icraya yönəldilməsi ilə əlaqədar müştərilərin hesab qalıqları ilə əlaqədar qanunverici qəti şəkildə müəyyən etmişdir ki, bu barədə qanunvericiliklə müəyyən olunmuş mənbələrdən əldə edilmiş məlumat bank tərəfindən məhz icra məmurlarına verilir. Bu halda, yalnız icra sənədi üzrə icraatda işitiak edən tərəflər icra qürumunun (məmurunun) qanunsuz və hərəkət və hərəktsizliyinə qarşı öz etiraz və şikayətlərini irəli sürmək və s tcra qanunvericiliyi ilə təsit olunan hüquqlarından istifadə etmək imkanlarına malik olurlar. Belə ki, «İcra haqqında» Qanunun 28.1-ci maddəsinə əsasən icra sənədi üzrə icraatda tərəflər tələbkar və borcludur. Həmin Qanunun 29-cu maddəsinə əsasən isə tərəflər - icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. İddiaçı isə iddia tələbinin qanuni əsası kimi, «Banklar haqqında» Qanunun 38.1-ci irəli sürür. Həmin maddədən isə görünür ki, banklar hesablaşmaları və pul köçürmələrini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, maliyyə bazarlarına nəzarət orqanının və Mərkəzi Bankın həmin Məcəlləyə müvafiq olaraq qəbul etdiyi normativ xarakterli aktlara, bank praktikasında tətbiq oluan işgüzar dövriyə adətlərinə və müvafiq müqavilələrə uyğun olaraq həyata keçirirlər. Qanunun qeyd olunan normasının məzmunundan göründüyü kimi, burada mülki qanunvericilyin və normativ xarakterli aktların (o cümlədən, iddiaçının istinad etğdiyi bank «Təlimat»ının) müddəaları banklar tərəfindən aparılan müştərilərlə bağlı hesablaşmalar və pul köçürmələrininin həyata keçirilməsi ilə əlaqədar hüquqi tənzimləməni nəzərdə tutuduğu halda, Qanunun qeyd olunan 41.2-ci, eləcə də, «İcra haqqında» qanunun qeyd olunan 5.1, 5.2, 45.3-cü maddələri- icra orqanı tərəfindən pul tələbləri ilə bağlı icra sənədinin icrası zamanı tətbiq edilməli olan xüsusi münasibətləri tənzimləyən normalarını təşkil edir. Bu mənada, iddiaçının istinad etdiyi, Mülki Məcəllənin 985.1-ci maddəsinin tətbiqindən də söhbət gedə bilməz. Çünki, həmin normanın tələbi bank tapşırığını verən müştərinin yalnız özü tərəfindən qoyulmuş inkasso tapşırığının mövcud olduğu hallarına şamil oluna bilər (Məcəllənin qeyd olunan normanın tələbinə görə əgər sənədələr təqdim olunduqda, ödəniolməlidirsə, icrası bank inkasso tapşırığını aldıqdan dərhal sonra sənədləri ödənişə təqdim etməlidir. Əgər sənədlər başqa müddətdə ödənilməlidirsə, icraçı bank ödəyicinin akseptini almaq üçün sənədləri inkasso tapşırığını aldıqdan sonra dərhal akseptə təqdim edilməlidir., ödəniş isə sənəddə göstərilmiş ödəniş müddətinin çatdığı gündən gec olmayaraq tələb olunmalıdır.) Beləliklə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən hüququn tətbiq edilməsində səhv buraxıldığını, qanunu səhv tətbiq etdiyini və cavabdehin təqdim etdiyi etiraza istinadən qətnamə qəbul etdiyini, bununla da qanunsuz və əsassız qətnamə qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-206/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 402- 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı “xxxx” MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-206/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən, rəsmi qaydada verildiyi gündən iki ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-414/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-414/2020
13.08.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver