Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-414/2023 24.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Qanuni nümayəndə və Cavabdeh3 qarşı “kredit borcun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi və s.” tələbinə dair Açar söz: kredit borcun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Qanuni nümayəndə və Səmədova (Məmmədova) Sevinc Ələddin qızına qarşı kredit borcunun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi və s. tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)-91/2023 saylı qətnaməsindən cavabdeh Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 24- MCR-1-593-21 nömrəli kredit limitinin ayrılmasına dair müqavilənin məzmunundan görünür ki, müvafiq müqaviləyə əsasən Cavabdeh2 MMC-yə bank tərəfindən 120 (yüz iyirmi) ay müddətinə, kredit limiti üzrə faiz dərəcəsi 30% olmaqla 100.000 (yüz min) manat məbləğində kredit limiti ayrılmışdır.
2. İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 24- MCR-1-593-21/1 nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, Cavabdeh2 MMC bankdan 18 (on səkkiz) ay müddətinə, illik faiz dərəcəsi 23% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10.000 (on min) manat məbləğində kredit götürmüşdür.
3. "Yelo Bank” ASC ilə Qanuni nümayəndə arasında bağlanmış xx.xx.2021- ci il tarixli, Z/00989/21 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 24-MCR-1- 593-21 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə Cavabdeh2 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Qanuni nümayəndə bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.
4. İpoteka saxlayan – "Yelo Bank” ASC ilə ipoteka qoyan – X4 və borc alan – Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, DA/00099/21 nömrəli ipoteka müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 24-MCR-1-593-21 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə Cavabdeh2 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə X4 tərəfindən onun mülkiyyətində olan olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nizami İsmayılov prospektində yerləşən 1 saylı evin 45 saylı mənzili İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsində əmlakın bazar dəyəri tərəflərin razılığı ilə 57.000 manat müəyyən edilmişdir.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən RX seriyalı, ******* nömrəli çıxarışdan müəyyən edilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nizami İsmayılov prospektində yerləşən 1 saylı evin 45 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında X1 adına xx.xx.2017-ci ildə Daşınmaz əmlakın dövlət reyestrində 104 nömrəli reyestr kitabının 8718 nömrəli vərəqində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********).
6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən 104 nömrəli reyestr kitabının 8718 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışın məzmunundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nizami İsmayılov prospektində yerləşən 1 saylı evin 45 saylı mənzilinin Cavabdeh2 MMC-nin kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır.
7. xx.xx.2022-ci il tarixli, KBD3344 ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin məzmunundan görünür ki, ipoteka saxlayan İddiaçı ASC tərəfindən cavabdeh-ipoteka qoyan X2 müvafiq bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixdə təqdim olunmuş və xx.xx.2022-ci il tarixdə, ********** nömrə ilə həmin idarədə qeydə alınmışdır. İddiaçı "Yelo Bank” Açıq Səhmdar Cəmiyyəti ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 (on beş) manat məbləğində dövlət rüsumu və 30 (otuz) manat məbləğində xidmət haqqı ödəmişdir.
8. "Yelo Bank” ASC-nin Cavabdeh2 MMC və Qanuni nümayəndə ünvanladığı xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, xəbərdarlıq məktubunun alındığı vaxtdan 5 (beş) gün müddətində müvafiq kredit müqaviləsi üzrə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış əsas, faiz və cərimə məbləğlərinin ödənilməsi xahiş edilmiş, borc ödənilmədiyi təqdirdə bank tərəfindən borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir.
9. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 MMC-nin bağlanmış xx.xx.2021-ci il tarixli, 24-MCR-1-593-21/1 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə banka əsas borcu 7500,28 manat, faiz borcu 568,11 manat, cərimə borcu 111,19 manat olmaqla, ümumilikdə 8179,58 manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Qanuni nümayəndə və Səmədova (Məmmədova) Sevinc Ələddin qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 08 may 2021-ci il tarixli kredit müqaviləsi üzrə 7500,28 manat əsas, 568,11 manat faiz və 55,60 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 8123,99 manat borcun, 200 manat mediasiya ödənişinin, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqının tutulması, tutmanın X1 mülkiyyətindəki Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nizami İsmayılov prospekti, ev 1, mənzil 45, 36.6 kv.m ümumi, 1 otaqlı mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə olan borcun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, X2 məxsus olan mülkiyyətindəki mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra X1 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nizami İsmayılov prospekti, ev 1, mənzil 45, 36.6 kv.m ümumi, 1 otaqlı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onun həmin mənzildən çıxarılması, əmlakın boşaldılması və banka təhvil verilməsi və Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 08 may 2021-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, 08 may 2021-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 İddiaçı ASC-dən illik 23% olmaqla 18 ay müddətinə 10000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq X1 mülkiyyətindəki Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nizami İsmayılov prospekti, ev 1, mənzil 45, 36.6 kv.m ümumi, 1 otaqlı mənzil 08 may 2021-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Qanuni nümayəndə ilə 08 may 2021-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 04 mart 2022-ci il tarixədək Cavabdeh2 08 may 2021-ci il tarixli kredit müqaviləsi üzrə banka 7500,28 manat əsas, 568,11 manat faiz və 111,19 manat cərimə borcu olmaqla, ümumilikdə 8179,58 manat borcu vardır. Cavabdeh2 08 may 2021-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcunun 111,19 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 55,60 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq, “Khan Group“ Məhdud Məsuliyyətli Cəmiyyəti borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Müddətin keçməsinə baxmayaraq, cavabdeh bildirişə münasibətini bildirməmişdir. İddiaçı ASC mübahisəni mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş, lakin tərəflər arasında razılıq əldə olunmamışdır.
12. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-91/2023 nömrəli qərardadı ilə iddia ərizəsi Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 08 may 2021-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi hissəsində baxılmamış saxlanılmışdır.
13. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-91/2023 nömrəli qərardadı ilə iş üzrə icraata X1 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nizami İsmayılov prospekti, ev 1, mənzil 45, 36.6 kv.m ümumi, 1 otaqlı mənzilindən çıxarılması, əmlakın boşaldılması və banka təhvil verilməsi hissəsində xitam verilmişdir.
14. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-91/2023 nömrəli qətnaməsi ilə (Zeynəb Axundova) iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Qanuni nümayəndə müştərək qaydada 7490,36 manat (yeddi min dörd yüz doxsan manat otuz altı qəpik) əsas borc, 568,11 manat (beş yüz altmış səkkiz manat on bir qəpik) faiz borcu, 55,60 manat (əlli beş manat altmış qəpik) cərimə, 200 (iki yüz) manat mediasiya xərci, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 (on beş) manat rüsum və 30 (otuz) manat xidmət haqqı olmaqla, cəmi 8359,07 manat (səkkiz min üç yüz əlli doqquz manat yeddi qəpik) məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutma Səmədova (Məmmədova) Sevinc Ələddin qızına məxsus, ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nizami İsmayılov prospekti, ev 1, mənzil 45, 36.6 kv.m ümumi, 1 otaqlı mənzilə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borc ödənilsin, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ Səmədova (Məmmədova) Sevinc Ələddin qızına qaytarılması, ipoteka predmeti olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nizami İsmayılov prospekti, ev 1, mənzil 45, 36.6 kv.m ümumi, 1 otaqlı mənzilin ilkin satış qiyməti 51000 (əlli bir min) manat müəyyən edilməsi qət edilmişdir.
15. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "Yelo Bank” ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2021-ci il tarixli, 24-MCR-1-593-21 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh2 MMC-yə bank tərəfindən 120 (yüz iyirmi) ay müddətinə, kredit limiti üzrə faiz dərəcəsi 30% olmaqla 100000 (yüz min) manat məbləğində kredit limiti ayrılmışdır. İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2021-ci il tarixli, 24-MCR-1-593-21/1 nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqqaviləyə əsasən Cavabdeh2 MMC bankdan 18 (on səkkiz) ay müddətinə, illik faiz dərəcəsi 23% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 (on min) manat məbləğində kredit götürmüşdür. İddiaçı ASC ilə Qanuni nümayəndə arasında xx.xx.2021-ci il tarixli, Z/00989/21 nömrəli nömrəli zaminlik müqaviləsi bağlanmış və həmin zaminlik müqaviləsinə əsasən İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 24-MCR-1- 593-21 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə Cavabdeh2 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə zamin – Qanuni nümayəndə bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. "Yelo Bank” ASC ilə X4 və Cavabdeh2 MMC arasında xx.xx.2021-ci il tarixli, DA/00099/21 nömrəli ipoteka müqaviləsi bağlanmış və sözügedən ipoteka müqaviləsinə əsasən İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 24- MCR-1-593-21 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə Cavabdeh2 MMCnin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə X4 tərəfindən onun mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nizami İsmayılov prospektində yerləşən 1 saylı evin 45 saylı mənzili "Yelo Bank” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kreditor kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, cavabdehlər müqavilələr üzrə öhdəliklərini lazımınca icra etməmiş, bununla da müqavilə şərtləri və mülki qanunvericiliyin normaları pozulmuşdur.
14. "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə xx.xx.2022-ci il tarixli, ƏEM/O 69-714/22 saylı qiymətləndirmə rəyindən görünür ki, X2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nizami İsmayılov prospektində yerləşən 1 saylı evin 45 saylı mənzilinin xx.xx.2022-ci il tarixə likvid dəyəri 51000 manat, bazar dəyəri 56000 manat təşkil edir.
15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 noyabr 2022-ci il tarixli, 9/5227 saylı ekspert rəyindən görünür ki, Cavabdeh2 MMC-nin İddiaçı ASC-dən alınmış kredit vəsaiti üzrə banka ödənilməli olan kredit borcu xx.xx.2022ci il tarixə əsas borc üzrə 7490,36 manat, faiz borcu üzrə 492,65 manat; xx.xx.2022-ci il tarixə əsas borc üzrə 7490,36 manat, faiz borcu üzrə 966,42 manat məbləğində müəyyən olunur.
16. Məhkəmə qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehlərin müqavilə öhdəliklərini lazımınca icra etmədiklərini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 noyabr 2022-ci il tarixli, 9/5227 saylı ekspert rəyini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi əsas borcun tutulması hissəsində qismən, faiz borcunun tutulması hissəsində tam təmin edilməli, cavabdehlər Cavabdeh2 və Qanuni nümayəndə müştərək qaydada 7490,36 manat əsas borc, 568,11 manat faiz borcu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir.
17. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab etmişdir ki, cərimə borcunun ödənilməsinə dair iddia tələbi təmin edilməli və cavabdehlər Cavabdeh2 və Qanuni nümayəndə müştərək qaydada 55,60 manat məbləğində cərimə borcu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir.
18. Məhkəmə iddiaçının borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi ilə bağlı qeyd etmişdir ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq ipoteka müqaviləsinə əsasən X2 məxsus yuxarıda qeyd edilən ünvanda yerləşən daşınmaz əmlak iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpotekaya tutma yönəldilməsi ilə bağlı “İpoteka haqqında” Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyana ipotekaya tutma yönəldilməsi barədə bildiriş göndərilmiş, həmin bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı müraciət edilmiş və bildiriş reyestrdə qeydiyyata alınmışdır. Bununla da, məhkəmə hesab etmişdir ki, “İpoteka haqqında” Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğundan və ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yarandığından iddia tələbi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində təmin edilməli, tutma xx.xx.2021-ci il tarixli, DA/00099/21 nömrəli ipoteka müqaviləsinə əsasən X2 məxsus olan (Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmış, Qeydiyyat nömrəsi **********, seriya RX № ******* olan çıxarışa əsasən) Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nizami İsmayılov prospektində yerləşən 1 saylı evin 45 saylı mənzilə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına banka olan borc ödənilməli, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ cavabdeh X2 qaytarılmalıdır.
19. Məhkəmə tərəfindən ipoteka predmetlərinin likvid dəyərlərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici rəyi alınmışdır. Həmin rəyə əsasən ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nizami İsmayılov prospektində yerləşən 1 saylı evin 45 saylı mənzilinin likvid dəyərinin 51000 manat olması müəyyən edilmişdir
20. İddianın ipoteka predmetinə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra ipoteka qoyanın ipoteka predmeti olan daşınmaz əmlaka olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, ipoteka qoyanın ipoteka qoyulmuş əmlak açıq hərracda satılanadək borcu ödəmək, eyni zamanda açıq hərracda ipoteka predmetini əldə etmək hüququ olduğundan, digər tərəfdən ipoteka predmeti olan əmlak açıq hərracdan satılaraq alqı-satqı rəsmiləşdirilənədək həmin əmlak üzrə mülkiyyət hüququ ipoteka qoyana məxsus olduğundan hazırkı mərhələdə məhkəmə qətnaməsi ilə ipoteka qoyanın istifadə hüquqlarının itirilmiş hesab edilməsi onun qanunla qorunan hüquqlarını pozur. Ona görə də iddia tələbi həmin hissədə rədd edilməlidir.
21. Eyni zamanda məhkəmə hesab etmişdir ki, iddia tələbinin ipoteka predmetinə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra X1 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nizami İsmayılov prospekti, ev 1, mənzil 45, 36.6 kv.m ümumi, 1 otaqlı mənzilindən çıxarılması, əmlakın boşaldılması və banka təhvil verilməsi hissəsinə məhkəmədə baxılmalı olmadığından, həmin hissədə iş üzrə icraata xitam verilməli, iddia tələbinin Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 08 may 2021-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi hissəsində iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət etmədiyindən, iddia tələbi həmin hissədə baxılmamış saxlanılmalıdır.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
22. Qətnamədən cavabdeh Qanuni nümayəndə apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-91/2023 nömrəli qətnaməsinin ipoteka predmetinə tutma yönəldilməsi hissəsində ləğv edilməsini və həmin hissədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə xx.xx.2022-ci il tarixli, ƏEM/O 69-714/22 saylı qiymətləndirmə rəyi ilə müəyyən olunmuşdur ki, X2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nizami İsmayılov prospektində yerləşən 1 saylı evin 45 saylı mənzilinin xx.xx.2022-ci il tarixə likvid dəyəri 51000 manat, bazar dəyəri 56000 manat təşkil edir. İpoteka predmeti ola X2 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nizami İsmayılov prospektində yerləşən 1 saylı evin 45 saylı mənzilinin xx.xx.2022-ci il tarixə yekun bazar dəyəri 65000, likvid dəyəri 62000 manatdır. Qeyd olunan qiymətlər reallığa uyğundur va həmin məbləğlər daha ağlabatan məbləğdir. "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə xx.xx.2022-ci il tarixli, ƏEM/O 69-714/22 saylı nömrəli məktubla təqdim edilən mütəxəssis rəyi reallığı əks etdirmir. Belə ki, ipoteka predmeti olan X2 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nizami İsmayılov prospektində yerləşən 1 saylı evin 45 saylı mənzil tam təmir edilmişdir. Həmin mənzil ekoloji təmiz yerdə yerləşməsi, şəhərin çıxışına yaxın yerləşmasi, ərazidə qeyri-yaşayış sahaləri üstünlük təşkil etməsi, ərazinin içtimai nəqliyyatla təmin olunması, həmçinin Bakıxanov Dəmiryol vağzalının yanında yerləşməsi, rayonun naqliyyat infrastrukturlu obyektlərinin həmin ərazida inkişaf etməsi, gediş-gəliş yolunun vəziyyətinin yaxşı olmasına baxmayaraq, "xxxx" MMC tərəfindən məhkəməyə edilmiş mütəxəssis rəyi ipoteka predmet olan mənzilin likvid qiyməti haddindan artıq aşağı qiymətləndirilmişdir. 'Qiyimətləndirmə faaliyyəti haqqında' Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, məhkəmə hökmünün va ya qərarın təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda əmlak məcburi qaydada qiymətləndirilməsi aparılır. Həmin Qanunun 7-ci maddəsinə müvafiq olaraq qiymətləndirmə nəticələriləri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyati orqam müəyyənləşdirir. Qiymətləndirmənin nəticələriləri haqqında hesabatda əmlakın bazar va ya digər dəyərlə yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müayyən edilmiş bazar va ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə ala bilər. Həmin Qanunun 8-ci maddəsinə görə, qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar va digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsin təyin etmək hüququ vardır. Göründüyii kimi Bakı Kommersiya Məhkəməsi "İpoteka haqqında” Azarbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinin həmin Qanunun Qiymətləndirmə faaliyyati haqqında Azərbaycan Respublikası Qanununun 5-ci, 7-ci və 8-ci maddələrinin tətbiqində səhvə yol vermiş, bununla da tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmiş, nəticələridə ipoteka predmeti olan mənzil dəyərindən çox aşağı qiymətə qiymətləndirilmişdir. Bu isə öz növbəsində X1 hazırki mənzil üzərində mülkiyyət hüququnun pozulması ilə nəticələnəcəkdir. Göründüyü kimi, qeyd edilən hallar ilə bağlı məhkəmə yenidən qiymətləndirmə üçün əlavə və ya təkrar ekspertiza keçirilməli və ev təkrar qiymətləndirilməlidir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
24. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişlər.
24. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə,əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.6-cı maddə- ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 34-cü maddə- əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallar ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar kimi nəzərdə tutulur. 3.1-ci maddə- ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. 10.4-cü maddə- ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. 11.1-ci maddə- daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 11.2-ci maddə- ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. 41.1-ci maddə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 39.3-ci maddə- məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 1.0.9-cu maddə- ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
25. Qətnamə cavabdeh Qanuni nümayəndə tərəfindən qismən –ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı hissədə mübahisələndirildiyindən həmin hissədə yoxlanılır.
26. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-91/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
27. İş mayeriallarından görünür ki, cavabdeh Qanuni nümayəndə xx.xx.2021- ci il tarixli, Z/00989/21 nömrəli zaminlik müqaviləsi üzrə borclu Cavabdeh2 MMC-nin xx.xx.2021-ci il tarixli, 24-MCR-1-593-21/1 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasına görə müştərək məsuliyyət daşıması barədə öhdəlik götürmüşdür. Məhkəmə hesab edir ki, ipoteka predmeti yüksək qiymətə özgəninkiləşdirildiyi təqdirdə əsas borclu və zamindən tutulacaq qalıq borc məbləği azalacağından cavabdeh Qanuni nümayəndə ipoteka qoyan olmasa da onun tutma yönəldilmiş ipoteka predmetinin məhkəmə tərəfindən müəyyən edilmiş ilkin qiymətini mübahisələndirmək hüququ var.
28. Cavabdeh apellyasiya instansiya məhkəməsinə vəsatətlə müraciət edərək ipoteka predmetinin yenidən qiymətləndirilməsi üçün təkrar ekspertiza təyin edilməsini xahiş etmiş, məhkəmə kollegiyası təkrar ekspertiza təyin edilməsi üçün qanuni əsaslar olmadığından vəsatəti təmin etməmişdir. Belə ki, MPM-nin 102.2-ci maddəsinə əsasən məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Cavabdeh tərəfindən nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsinə tutma yönəldilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nizami İsmayılov prospektində yerləşən 1 saylı evin 45 saylı mənzilinin (1 otaqlı, ümumi sahəsi 36,6 kv.m olan) likvid dəyərinin 51.000 manatdan yuxarı olması barədə sübut təqdim etmədiyindən, o cümlədən birinci instansiya məhkəməsinə təkrar ekspertiza keçirilməsi barədə vəsatət vermədiyindən məhkəmənin "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə xx.xx.2022-ci il tarixli, ƏEM/O 69-714/22 saylı qiymətləndirmə rəyi ilə razılaşmaması və apellyasiya instansiyası mərhələsində təkrar ekspertiza təyin edilməsi üçün hər hansı əsas yoxdur. Bundan əlavə işdən görünür ki, xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsi bağlanarkən qeyd edilən əmlakın bazar dəyəri ipoteka qoyanın razılığı 57.000 manat müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən verilən rəydə əmlakın bazar dəyəri bu məbləğə yaxın (56.000 manat) müəyyən edildiyindən və bir il əvvəl əmlaka qoyulmuş qiymət arasında əhəmiyyətli fərq olmadığından məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetinin ilkin satış qiyməti düzgün müəyyən edilmişdir.
29. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 91/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
30. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh Qanuni nümayəndə apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-91/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.