Məhkəmə qərarları › İş №2-2(103)-414/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-414/2025

20.06.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-414/2025 20.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı “Bakı Baş Səhiyyə Mərkəzi” X4 Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-318/2025 saylı qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. Bakı Baş Səhiyyə Mərkəzi PHŞ ilə Cavabdeh İB arasında bağlanmış 22 noyabr 2022-ci il tarixli AMX-5968/22 nömrəli qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.

2. 2024-cü ilin iyul ayına aid üzləşmə aktından görünür ki, 080055 ödəyici kodu üzrə Cavabdeh İB Xətai Xidmət Sahəsi üzrə Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin 30 iyun 2024-cü il tarixə qalıq debitor borcu hər iki tərəfin hesablamalarına əsasən 11,75 manat təşkil edir.

3. 2024-cü ilin iyul ayına aid üzləşmə aktından görünür ki, 033008 ödəyici kodu üzrə Cavabdeh İB Xəzər Xidmət Sahəsi üzrə Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin 30 iyun 2024-cü il tarixə qalıq debitor borcu Xəzər Xidmət Sahəsinin hesablamalarına görə 18.230,92 manat, PHŞ-nin hesablamalarına görə 210,50 manat təşkil edir.

4. 2024-cü ilin iyul ayına aid üzləşmə aktından görünür ki, 070490 ödəyici kodu üzrə Cavabdeh İB Binəqədi Xidmət Sahəsi üzrə Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin 30 iyun 2024-cü il tarixə qalıq debitor borcu hər iki tərəfin hesablamalarına görə 2.081,74 manat təşkil edir.

5. 2024-cü ilin iyul ayına aid üzləşmə aktından görünür ki, 020101 ödəyici kodu üzrə Yasamal Xidmət Sahəsi üzrə Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin 30 iyun 2024-cü il tarixə qalıq debitor borcu hər iki tərəfin hesablamalaeına əsasən 15,5 manat təşkil edir.

6. 2024-cü ilin iyul ayına aid üzləşmə aktından görünür ki, 090101 ödəyici kodu üzrə Qaradağ Xidmət Sahəsi üzrə Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin 30 iyun 2024-cü il tarixə qalıq debitor borcu Qaradağ Xidmət Sahəsinin hesablamalarına görə 139.016,68 manat, PHŞ-nin hesablamalarına görə 7,75 manat təşkil edir.

7. 2024-cü ilin iyul ayına aid üzləşmə aktından görünür ki, 120004 ödəyici kodu üzrə Suraxanı Xidmət Sahəsi üzrə Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin 30 iyun 2024-cü il tarixə qalıq debitor borcu Suraxanı Xidmət Sahəsinin hesablamalarına görə 22.710,64 manat, PHŞ-nin hesablamalarına görə 10,55 manat təşkil edir.

8. 2024-cü ilin iyul ayına aid üzləşmə aktından görünür ki, 10/31164 ödəyici kodu üzrə Nəsimi Xidmət Sahəsi üzrə Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin xx.xx.2024-cü il tarixədək yaranmış borcu 0 manat, 30 iyun 2024-cü il tarixə qalıq debitor borcu Nəsimi Xidmət Sahəsinin hesablamalarına görə 482,25 manat, PHŞ-nin hesablamalarına görə 0 manat təşkil edir.

9. 2024-cü ilin iyul ayına aid üzləşmə aktından görünür ki, 040010 ödəyici kodu üzrə Sabunçu Xidmət Sahəsi üzrə Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin 30 iyun 2024-cü il tarixə qalıq debitor borcu 573,03 manat Sabunçu Xidmət Sahəsinin hesablamalarına görə 573,03 manat, manat, PHŞ-nin hesablamalarına görə 45,49 manat təşkil edir.

10. 2024-cü ilin iyul ayına aid üzləşmə aktından üzrə Xəzər Xidmət Sahəsi üzrə Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin 30 iyun 2024-cü il tarixə Xəzər Xidmət Sahəsinin hesablamalarına görə 72.199,40 manat, PHŞ-nin hesablamalarına görə 56,01 manat təşkil edir.

11. 30 iyun 2024-cü il üzrə qalıq borc barədə tərtib edilmiş üzləşmə aktından görünür ki, 130047 ödəyici kodu üzrə Nizami Xidmət Sahəsi üzrə Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin qalıq debitor borcu hər iki tərəfin hesablamalarına əsasən 128,68 manat təşkil edir.

12. Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin tabeliyində olan müharibə veteranları üçün xəstəxanaya aid abonentin saldosundan görünür ki, 06.2010-cu il tarixinə borc məbləği 17.660,42 manat təşkil etmişdir.

13. Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin tabeliyində olan 4 saylı tibb sanitar hissəyə aid abonentin saldosundan görünür ki, 03.2011-ci il tarixinə borc məbləği 10.014,75 manat təşkil etmişdir.

14. Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin tabeliyində olan Zirə müalicə diaqnostika mərkəzinə aid abonentin saldosundan görünür ki, 06.2010-cu il tarixinə borc məbləği 5.247,36 manat təşkil etmişdir.

15. Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin tabeliyində olan 4 saylı uşaq xəstəxanasına aid abonentin saldosundan görünür ki, 06.2010-cu il tarixinə borc məbləği 2.784,28 manat təşkil etmişdir.

16. Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin tabeliyində olan Səhiyyə Şöbəsinə aid abonentin saldosundan görünür ki, borc məbləği 137.003,37 manat təşkil etmişdir.

17. Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin tabeliyində olan Səhiyyə Şöbəsi 7 saylı vərəmli xəstəxanaya aid abonentin saldosundan görünür ki, 06.2010-cu il tarixinə borc məbləği 19.237,69 manat təşkil etmişdir.

18. Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin tabeliyində olan 1 saylı Ağciyər vərəm sanatoriyasına aid abonentin saldosundan görünür ki, borc məbləği 17.374,94 manat təşkil etmişdir.

19. Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin tabeliyində olan 36 saylı uşaq sanatoriyasına aid abonentin saldosundan görünür ki, 08.2010-cu il tarixinə borc məbləği 13.994,81 manat təşkil etmişdir.

20. Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin tabeliyində olan 31 saylı Birləşmiş Şəhər Xəstəxanasına aid abonentin saldosundan görünür ki, borc məbləği 8.686,62 manat təşkil etmişdir.

21. Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin tabeliyində olan 5 nömrəli uşaq vərəm sanatoriyasına aid abonentin saldosundan görünür ki, 04.2011-cu il tarixinə borc məbləği 8.292,25 manat təşkil etmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

22. İddiaçı “Bakı Baş Səhiyyə Mərkəzi” X6 Cavabdehnə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən hesablanmış 255.450,59 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. İddia onunla əsaslandırılmışdır ki, “Bakı Baş Səhiyyə Mərkəzi” X6n tabeliyində Bakı şəhərində yerləşən 106 tibb müəssisəsi fəaliyyət göstərir. Hal-hazırda müəssisənin Cavabdehnə cari borcu yoxdur. Lakin uzun illər ərzində varislik prinsipi ilə “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsə keçirilmiş bəzi müəssisələrin yığılıb qalmış kreditor borclarının olması tabeliyində olan tibb müəssisələri ilə Cavabdeh arasında gərginliyə səbəb olur. Cavabdeh tərəfindən hesablanmış mənbəyi məlum olmayan əvvəlki illərdə yaranmış kreditor borcu təsdiq edən sərf aktları, elektron qaimələr, üzləşmə aktları və s. təsdiqedici sənədlər olmadığı üçün ödənişlərin aparılması mümkün olmamışdır. Həmçinin bununla bağlı iddiaçı tərəfindən cavabdeh "Azəriqaz” İstehsalat Birliyinə 5 dekabr 2023-cü il tarixli 18-1-1/2-8354/2023 nömrəli məktubla müraciət edilərək yaranmış borcun silinməsi üçün tədbirlərin görülməsini təmin etmək üçün həmin borcun hansı illəri əhatə etdiyini və məbləği barədə hər iki tərəfin imzası ilə təsdiq edilmiş üzləşmə aktlarının təqdim edilməsi barədə göstəriş verilməsi xahiş edilmişdir. Lakin hal-hazıradək cavabdeh tərəfindən hər hansı məlumat verilməmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, varislik prinsipi ilə “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsə keçirilmiş 34 müəssisənin yığılıb qalmış və mənbəyi məlum olmayan kreditor borcları 260.993 manat təşkil edir. Cavabdeh tərəfindən hesablanmış mənbəyi məlum olmayan əvvəlki illərdə yaranmış kreditor borcu təsdiq edən sərf aktları, elektron qaimələr, üzləşmə aktları və s. təsdiqedici sənədlər təqdim olunmalı halda hal-hazıradək təqdim edilmədiyindən, və həmin kreditor borcların dürüstləşdirilməsi həyata keçirilmədiyindən həmin kreditor borclar əsassız olaraq bizim Mərkəzin üzərində qalmaqdadır və tabeli müəssisələrimizin qaz ilə təchizatında və tibb müəssisələrində qazanxana sistemlərinin yenidən qurulması və qazanxanaların yeni avadanlıqlarla təmin olunması ilə texniki şərtlərin hazırlanmasında ciddi çətinliklərlə üzləşirik. Qeyd olunan məsələlər barədə cavabdehə xx.xx.2024-cü il tarixində elektron məhkəmə portalı vasitəsilə pretenziya məktubu ünvanlanmışdır və tələb edilmişdir ki, cavabdeh tərəfindən hesablanmış mənbəyi məlum olmayan 260.993 manat məbləğində kreditor borcların 6 gün ərzində silinməsi məsələsinə baxılsın. Əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə məlumatlandırılmışdır. Lakin cavabdeh tərəfindən bu günədək hər hansı hərəkət olunmamışdır.

24. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18, 385.1, 386, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2, 5.5-ci bəndinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə istinadla əsaslandırmışdır.

25. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il e-2-2(113)-318/2025 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Bakı Baş Səhiyyə Mərkəzi” X2 tabeliyində olan müəssisələrə 080055 ödəyici kodu üzrə 11,75 manat, 033008 ödəyici kodu üzrə 18.230,92 manat, 070490 ödəyici kodu üzrə 2081,74 manat, 020101 ödəyici kodu üzrə 15,5 manat, 090101 ödəyici kodu üzrə 139.016,68 manat, 120004 ödəyici kodu üzrə 22.710,64 manat, 10/31164 ödəyici kodu üzrə 482,25 manat, 040010 ödəyici kodu üzrə 573,03 manat, 037001 ödəyici kodu üzrə 72.199,40 manat, 130047 ödəyici kodu üzrə 128,68 manat məbləğində borc silinmişdir.

26. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, üzləşmə aktlarında qeyd edilən məbləğlərin cəmi 255.450,59 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf, qeyd edilən borcun 2011-ci ildən əvvələ aid və mənbəyinin bəlli olmadığı bildirmişdir. Məhkəmə sualına cavab olaraq isə, məcbur qalaraq, qazın verilməsinin tibb müəssisələrinə dayandırılmasının qarşısını almaq üçün üzləşmə aktlarını təsdiq etdiklərini bildirmişdir. İş materiallarında olan Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin tabeliyində olan müharibə veteranları üçün xəstəxanaya aid abonentin saldosundan görünür ki, 06.2010-cu il tarixinə borc məbləği 17.660,42 manat təşkil etmişdir. İş materiallarında olan Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin tabeliyində olan 4 saylı tibb sanitar hissəyə aid abonentin saldosundan görünür ki, 03.2011-ci il tarixinə borc məbləği 10.014,75 manat təşkil etmişdir. İş materiallarında olan Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin tabeliyində olan Zirə müalicə diaqnostika mərkəzinə aid abonentin saldosundan görünür ki, 06.2010-cu il tarixinə borc məbləği 5.247,36 manat təşkil etmişdir. İş materiallarında olan Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin tabeliyində olan 4 saylı uşaq xəstəxanasına aid abonentin saldosundan görünür ki, 06.2010-cu il tarixinə borc məbləği 2.784,28 manat təşkil etmişdir. İş materiallarında olan Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin tabeliyində olan Səhiyyə Şöbəsinə aid abonentin saldosundan görünür ki, borc məbləği 137.003,37 manat təşkil etmişdir. İş materiallarında olan Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin tabeliyində olan Səhiyyə Şöbəsi 7 saylı vərəmli xəstəxanaya aid abonentin saldosundan görünür ki, 06.2010-cu il tarixinə borc məbləği 19.237,69 manat təşkil etmişdir. İş materiallarında olan Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin tabeliyində olan 1 saylı Ağciyər vərəm sanatoriyasına aid abonentin saldosundan görünür ki, borc məbləği 17.374,94 manat təşkil etmişdir. İş materiallarında olan Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin tabeliyində olan 36 saylı uşaq sanatoriyasına aid abonentin saldosundan görünür ki, 08.2010-cu il tarixinə borc məbləği 13.994,81 manat təşkil etmişdir. İş materiallarında olan Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin tabeliyində olan 31 saylı Birləşmiş Şəhər Xəstəxanasına aid abonentin saldosundan görünür ki, borc məbləği 8.686,62 manat təşkil etmişdir. İş materiallarında olan Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin tabeliyində olan 5 nömrəli uşaq vərəm sanatoriyasına aid abonentin saldosundan görünür ki, 04.2011-cu il tarixinə borc məbləği 8.292,25 manat təşkil etmişdir. İş materiallarında olan Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin tabeliyində olan 15 saylı birləşmiş şəhər xəstəxanasına aid abonentin saldosundan görünür ki, 06.2010-cu il tarixinə borc məbləği 9.451,9 manat təşkil etmişdir. İş materiallarında olan Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin tabeliyində olan 15 saylı birləşmiş şəhər xəstəxanasına aid abonentin saldosundan görünür ki, 06.2010-cu il tarixinə borc məbləği 9.451,9 manat təşkil etmişdir. İş materiallarında olan Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin tabeliyində olan 12 saylı şəhər xəstəxanasına aid abonentin saldosundan görünür ki, borc məbləği 4.720,99 manat təşkil etmişdir. İş materiallarında olan Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin tabeliyində olan 1 nömrəli körpələr evinə aid abonentin saldosundan görünür ki, 04.2010cu il tarixinə borc məbləği 5.414 manat təşkil etmişdir. İş materiallarında olan Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin tabeliyində olan 6 saylı tibbi sanitar hissə və 11 saylı uşaq poliklinikasına aid abonentin saldosundan görünür ki, borc məbləği 1.936,95 manat təşkil etmişdir. İş materiallarında olan Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin tabeliyində olan 1 nömrəli poliklinikasına aid abonentin saldosundan görünür ki, 04.2010-cu il tarixinə borc məbləği 1.564,11 manat təşkil etmişdir. İş materiallarında olan Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin tabeliyində olan 15 saylı birləşmiş şəhər xəstəxanasına aid abonentin saldosundan görünür ki, 06.2010-cu il tarixinə borc məbləği 9.451,9 manat təşkil etmişdir. İş materiallarında olan Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin tabeliyində olan 14 saylı birləşmiş şəhər xəstəxanasına aid abonentin saldosundan görünür ki, 06.2010-cu il tarixinə borc məbləği 2.281,89 manat təşkil etmişdir. İş materiallarında olan Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin tabeliyində olan 2 saylı vərəm sanatoriyasına aid abonentin saldosundan görünür ki, 06.2010-cu il tarixinə borc məbləği 271,4 manat təşkil etmişdir. İş materiallarında olan Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin tabeliyində olan 22 nömrəli sanatoriyasına aid abonentin saldosundan görünür ki, 06.2010-cu il tarixinə borc məbləği 4.257,92 manat təşkil etmişdir. İş materiallarında olan Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin tabeliyində olan dərizöhrəvi dispanserə aid abonentin saldosundan görünür ki, 06.2010-cu il tarixinə borc məbləği 3.139,19 manat təşkil etmişdir. İş materiallarında olan Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin tabeliyində olan 3 nömrəli uşaq vərəm sanatoriyasına aid abonentin saldosundan görünür ki, 06.2010-cu il tarixinə borc məbləği 286,25 manat təşkil etmişdir. İş materiallarında olan Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin tabeliyində olan 19 saylı xəstəxanaya aid abonentin saldosundan görünür ki, 06.2010-cu il tarixinə borc məbləği 636,15 manat təşkil etmişdir. İş materiallarında olan Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin tabeliyində olan 3 saylı uşaq dəri zöhrəvi dispanserə aid abonentin saldosundan görünür ki, 08.2010-cu il tarixinə borc məbləği 146,93 manat təşkil etmişdir. İş materiallarında olan Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin tabeliyində olan Ş.M.Həsənov adına Sağlamlıq poliklinikasına aid abonentin saldosundan görünür ki, 04.2010-cu il tarixinə borc məbləği 265,6 manat təşkil etmişdir. İş materiallarında olan Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin tabeliyində olan 9 saylı BŞX Putaya aid abonentin saldosundan görünür ki, 06.2010-cu il tarixinə borc məbləği 904,54 manat təşkil etmişdir ş materiallarında olan Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin tabeliyində olan 10 saylı birləşmiş şəhər xəstəxanasına aid abonentin saldosundan görünür ki, 06.2010-cu il tarixinə borc məbləği 67,76 manat təşkil etmişdir. Sadə riyazi hesablama ilə görünür ki, təxmini 275.642,07 manat məbləğində borc məbləği 2010 və 2011-ci illərdən əvvəlki tarixlərə aiddir və bunun hansı göstəricilərə əsasən hesablandığı, sərfiyyatın nə qədər olması və sayğac göstəricilərinə dair məlumatlar abonentin saldosunda öz əksini tapmamışdır. İddiaçının da, tələbini nəzərə alaraq Məhkəmə hesab etmişdir ki, 255.450,59 manat məbləğində borcun hər hansı bir əsası yoxdur. Belə ki, cavabdeh tərəf borcun hesablanması əsası barədə hər hansı bir sənəd təqdim edə bilməmiş, sadəcə olaraq birtərəfli qaydada tərtib edilmiş və əsası əks olunmamış abonentin saldosunu təqdim etməklə kifayətlənmişdir. Bu baxımdan Məhkəmə hesab etmişdir ki, birtərəfli qaydada tərtib edilmiş və əsası olmayan (göstəricilər əks olunmamış), sadəcə olaraq borc məbləği qeyd edilən, 2010 və 2011-ci illərdən əvvəlki dövrləri əhatə edən borcların hesablanması əsassız olmuşdur. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfin tibb müəssisələrinə aid olan qazın verilməsinin dayandırılmasının qarşısını almaq üçün üzləşmə aktının imzalanması və 2010-2011-ci ildən əvvəlki tarixlərə hesablanmış borc məbləğlərindən bir hissəsini ona görə ödəməsi barədə dəlilləri inandırıcıdır. Ona görə də, məhkəmə hesab etmişdir ki, hesablanmış 255.450,59 manat məbləğində borc silinməlidir

27. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Qazdan istifadə qaydalarının 5.2ci bəndinə istinadla əsaslandırmışdır.

28. Cavabdeh İB həmin qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

29. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ARNK-nin xx.xx.2011ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İş materiallarına əlavə edilmiş abonent saldolarından göründüyü kimi iddiaçıya bugünədək hesablanmış borc məbləği yalnız qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilərək iddiaçının qaz hesabına işlənmişdir. Həmin qaydaların 4.8- ci bəndin tələbinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi qaz sayğacına görə məsuliyyət də bütövlükdə hüquqi şəxsin üzərinə qoyulmuşdur. Lakin birinci instansiya məhkəməsi normanı nəzərə almamışdır. Birinci instansiya məhkəməsi İddiaçı tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Bildirir ki, iş materiallarından da göründüyü kimi cavabdeh tərəf iddia tələbinə dair etirazı ilə bağlı kifayət qədər sübutlar təqdim etmişdir. İş materiallarına əlavə edilmiş abonent saldosundan göründüyü kimi iddiaçının istifadəsində olan qaz sayğacı sərf edilən qaz həcmini tam qeyd etmiş və istifadə edilən qazın dəyəri mütəmadi olaraq iddiaçının qaz hesabına işlənmişdir. Lakin iddiaçı tərəfindən hesablanmış borc vaxtında və tam ödənilmədiyi üçün debitor borcu qalmışdır. Məhkəmə qətnamədə qeyd edir ki, mübahisələndirilən borcun yaranma səbəbləri barədə sübut təqdim etməmişdir. Bununla bağlı ilk olaraq qeyd etmək istəyir ki, mübahisə hüquqi şəxsə məxsus 32 abonent hesabı ilə bağlıdır. Hər bir abonent hesabı üzrə çıxarışlar birinci instansiya məhkəməsinə təqdim edilmiş lakin sonunda məhkəmə tərəfindən təqdim edilmiş sübutlar düzgün qiymətləndirilməmişdir. 1. **********00000-“Müharibə veteranları üçün xəstəxana” – iddiaçının istifadə edilmiş təbii qaza görə ödənilməmiş borcu 18020,42 manat təşkil edir. Borc istehlakçının istifadəsində olan qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilmişdir. 2. **********00000 “4 saylı tibbi sanitar hissə” – istifadə edilmiş təbii qaza görə ödənilməmiş borc 10450,20 manat təşkil edir. Borc istehlakçının istifadəsində olan qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilmişdir. 3. **********00000 “Zirə müalicə diaqnostika mərkəzi” - istifadə edilmiş təbii qaza görə ödənilməmiş borc 3359,15 manat təşkil edir. Borc istehlakçının istifadəsində olan qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilmişdir. 4. **********00000 “4 saylı uşaq xəstəxanası” - istifadə edilmiş təbii qaza görə ödənilməmiş borc 1571,50 manat təşkil edir. Borc istehlakçının istifadəsində olan qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilmişdir. 5. **********01000 – “səhiyyə şöbəsi” - istifadə edilmiş təbii qaza görə ödənilməmiş borc 137003,37 manat təşkil edir. Borc istehlakçının istifadəsində olan qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilmişdir. 6. **********10000 “Əzizbəyov rayonu səhiyyə şöbəsi 7 saylı vərəm xəstəxanası” - istifadə edilmiş təbii qaza görə ödənilməmiş borc 17968,45 manat təşkil edir. Borc istehlakçının istifadəsində olan qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilmişdir. 7. **********00000 “1 saylı ağ ciyər vərəm sanatoriyası” - istifadə edilmiş təbii qaza görə ödənilməmiş borc 17374,94 manat təşkil edir. Borc istehlakçının istifadəsində olan qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilmişdir. 8. **********00000 “36 saylı uşaq sanatoriyası” - istifadə edilmiş təbii qaza görə ödənilməmiş borc 14093,79 manat təşkil edir. Borc istehlakçının istifadəsində olan qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilmişdir. **********00000 “31 saylı birləşmiş şəhər xəstəxanası” - istifadə edilmiş təbii qaza görə ödənilməmiş borc 8686,62 manat təşkil edir. Borc istehlakçının istifadəsində olan qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilmişdir. **********00000 “5 nömrəli uşaq vərəm sanatoriyası” - istifadə edilmiş təbii qaza görə ödənilməmiş borc 8292,25 manat təşkil edir. Borc istehlakçının istifadəsində olan qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilmişdir. 11. **********00000 “15 saylı birləşmiş şəhər xəstəxanası” - istifadə edilmiş təbii qaza görə ödənilməmiş borc 7528,95 manat təşkil edir. Borc istehlakçının istifadəsində olan qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilmişdir. 12. **********00000 “12 saylı şəhər xəstəxanası” - istifadə edilmiş təbii qaza görə ödənilməmiş borc 4720,99 manat təşkil edir. Borc istehlakçının istifadəsində olan qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilmişdir. 13. **********10000 “1 saylı körpələr evi” - istifadə edilmiş təbii qaza görə ödənilməmiş borc 4442,14 manat təşkil edir. Borc istehlakçının istifadəsində olan qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilmişdir. 14. **********00000 “6 saylı tibbi sanitar hissə və 11 saylı uşaq poliklinikası” - istifadə edilmiş təbii qaza görə ödənilməmiş borc 1936,95 manat təşkil edir. Borc istehlakçının istifadəsində olan qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilmişdir. 15. **********00000 “1 saylı Poliklinika” - istifadə edilmiş təbii qaza görə ödənilməmiş borc 1468,20 manat təşkil edir. Borc istehlakçının istifadəsində olan qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilmişdir. 16. **********00000 “14 saylı Birləşmiş Şəhərxəstəxanası” - istifadə edilmiş təbii qaza görə ödənilməmiş borc 1169,66 manat təşkil edir. Borc istehlakçının istifadəsində olan qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilmişdir. 17. **********00000 “2 saylı vərəm sanatoriyası” - istifadə edilmiş təbii qaza görə ödənilməmiş borc 571,32 manat təşkil edir. Borc istehlakçının istifadəsində olan qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilmişdir.

18. **********00000 “22 saylı sanatoriya” - istifadə edilmiş təbii qaza görə ödənilməmiş borc 530,79 manat təşkil edir. Borc istehlakçının istifadəsində olan qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilmişdir. 19. **********00000 “Dəri-zöhrəvi dispanseri” istifadə edilmiş təbii qaza görə ödənilməmiş borc 500 manat təşkil edir. Borc istehlakçının istifadəsində olan qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilmişdir. 20. **********00000 “3 nömrəli uşaq vərəm sanatoriyası” - istifadə edilmiş təbii qaza görə ödənilməmiş borc 244,96 manat təşkil edir. Borc istehlakçının istifadəsində olan qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilmişdir. 21. **********22000 “39 saylı uşaq sanatoriyası” - istifadə edilmiş təbii qaza görə ödənilməmiş borc 192,41 manat təşkil edir. Borc istehlakçının istifadəsində olan qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilmişdir. 22. **********02000 “19 saylı xəstəxana” - istifadə edilmiş təbii qaza görə ödənilməmiş borc 162,23 manat təşkil edir. Borc istehlakçının istifadəsində olan qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilmişdir. 23. **********00000 “3 saylı uşaq dəri zöhrəvi dispanseri” - istifadə edilmiş təbii qaza görə ödənilməmiş borc 146,93 manat təşkil edir. Borc istehlakçının istifadəsində olan qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilmişdir. 24. **********00003 “14 saylı Birləşmiş şəhər xəstəxanası” - istifadə edilmiş təbii qaza görə ödənilməmiş borc 114,69 manat təşkil edir. Borc istehlakçının istifadəsində olan qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilmişdir. 25. **********00003 “35 saylı uşaq sanatoriyası” - istifadə edilmiş təbii qaza görə ödənilməmiş borc 92 manat təşkil edir. Borc istehlakçının istifadəsində olan qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilmişdir. 26. **********00009 “4 saylı uşaq somatik sanatoriyası” - istifadə edilmiş təbii qaza görə ödənilməmiş borc 90,60 manat təşkil edir. Borc istehlakçının istifadəsində olan qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilmişdir. 27. **********00000 “Poliklinika Ş.M.Həsənovadına “Sağlamlıq”” - istifadə edilmiş təbii qaza görə ödənilməmiş borc 87,75 manat təşkil edir. Borc istehlakçının istifadəsində olan qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilmişdir. 28. **********02500 “9 saylı BŞX Puta” -istifadə edilmiş təbii qaza görə ödənilməmiş borc 61,67 manat təşkil edir. Borc istehlakçının istifadəsində olan qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilmişdir.

29. **********00130 “10 saylı Birləşmiş Şəhər xəstəxanası” - istifadə edilmiş təbii qaza görə ödənilməmiş borc 30,40 manat təşkil edir. Borc istehlakçının istifadəsində olan qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilmişdir. 30. **********00001 “36 saylı uşaq sanatoriyası” - istifadə edilmiş təbii qaza görə ödənilməmiş borc 30,35 manat təşkil edir. Borc istehlakçının istifadəsində olan qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilmişdir. 31. **********00002 “36 saylı uşaq sanatoriyası” - istifadə edilmiş təbii qaza görə ödənilməmiş borc 29,14 manat təşkil edir. Borc istehlakçının istifadəsində olan qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilmişdir. 32. **********20029 “32 saylı poliklinika Ələt” - “36 saylı uşaq sanatoriyası” - istifadə edilmiş təbii qaza görə ödənilməmiş borc 20,50 manat təşkil edir. Borc istehlakçının istifadəsində olan qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilmişdir. Həmçinin qeyd etmək istəyir ki, iddiaçı tərəfindən aparılmış ödənişlərin təyinatı qeyri-müəyyən olduğundan məhkəmə hansı əsasla məhs ötən illərdən qalan məbləğin ödənilmədiyi qənaətinə gəlmişdir bəlli deyil. İş materiallarına əlavə edilmiş abonent saldosundan və eyni zamanda qətnamədən də göründüyü kimi mübahisələndirilən borc məbləği istehlakçı tərəfindən qeyri-yaşayış sahəsində təbii qazdan istifadəyə görə yaranmış borcdur. Yəni, hazırda mübahisələndirilən borc məbləği iddiaçı tərəfindən sərf edilən və sayğac göstəricilərinə əsasən müəyyən edilmiş qazın dəyərini təşkil edir. Mübahisələndirilən borc məbləğininyaranmasını əks etdirən bütün sübutlar birinci instansiya məhkəməsinə təqdim edilmiş lakin məhkəmə düzgün nəticəyə gəlməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

30. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilmımişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

31. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatda apellyasiya şikayətinə etiraz etdi, təmin edilməməsini xahiş etdi.

32. Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

33. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

34. “Qaz təchizatı haqqında” Qanunun: -13.8-ci maddəsinin mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

35. AR Nazirlər Kabinetinin 2 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə görə (mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiya) qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir).

36. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri:

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

39. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edildiyindən və həmin qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə cavabdeh tərəfindən silinməli olan borcun məbləği hissəsində dəyişdirilməlidir.

41. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Bakı Baş Səhiyyə Mərkəzi PHŞ ilə Cavabdeh İB arasında bağlanmış qazın alqı-satqısı müqaviləsinə əsasən Cavabdeh İB iddiaçının tabeliyində olan tibb müəssisələrini qazla təchiz edir. Hazırda iddiaçı cavabdeh tərəfindən onun tabeliyində olan tibb müəssisələrinə 2010-cu ildən əvvəlki dövrə aid əsasları məlum olmayan 255.450,59 manat məbləğində borcun hesablandığını iddia edir və həmin borcun silinməsini tələb edir. Cavabdeh isə mübahisəli borcun sayğac göstəricilərinə əsasən hesablandığını əsas göstərərək iddiaya etiraz edir.

42. Məhkəmə əvvəla qeyd edir ki, cavabdeh tərəfindən təqdim edilmiş iddiaçının tabeliyində olan tibb müəssisələrinin abonent saldolarından görünür ki, həmin müəssisələrə 2010 və 2011-ci illərdən əvvəlki dövrdə cəmi 275.642,07 manat məbləğində borc hesablanmışdır və həmin borcların hansı göstəricilərə əsasən hesablandığı, sərfiyyatın nə qədər olması və sayğac göstəricilərinə dair məlumatlar abonentin saldosunda öz əksini tapmamışdır.

43. Digər tərəfdən iddiaçı ilə cavabdeh regional xidmət sahələri arasında imzalanmış 2024-cü ilin iyul ayına aid üzləşmə aktlarından görünür ki, cavabdeh tərəfindən iddiaçı PHŞ-nin qazdan istifadəyə görə borcunun 255.450,59 manat olması təsdiq edilsə də, iddiaçı həmin borc məbləği ilə razılaşmamamış: -Xəzər rayon xidmət sahəsi (kod 033008) üzrə 18.020,42 manat məbləğində borcu (xx.xx.2024-cü il tarixə borc cavabdehin hesablamalarına görə 18.230,92 manat, iddiaçının hesablamalarına görə 210,50 manat, fərq 18.020,42 manat); -Qaradağ rayon xidmət sahəsi üzrə 139.008,93 manat məbləğində borcu (xx.xx.2024-cü il tarixə borc cavabdehin hesablamalarına görə 139.016,68 manat, iddiaçının hesablamalarına görə 7,75 manat, fərq 139.008,93 manat); -Suraxanı rayon xidmət sahəsi üzrə 22.700,14 manat məbləğində borcu (xx.xx.2024-cü il tarixə borc cavabdehin hesablamalarına görə 22.710,64 manat, iddiaçının hesablamalarına görə 10,5 manat, fərq 22.700,14 manat); -Sabunçu rayon xidmət sahəsi üzrə 527,54 manat məbləğində borcu (xx.xx.2024-cü il tarixə borc cavabdehin hesablamalarına görə 573,03 manat, iddiaçının hesablamalarına görə 45,49 manat, fərq 527,54 manat); -Xəzər rayon xidmət sahəsi (kod 037001) üzrə 72.143,39 manat məbləğində borcu (xx.xx.2024-cü il tarixə borc cavabdehin hesablamalarına görə 72.199,40 manat, iddiaçının hesablamalarına görə 56,01 manat, fərq 72.143,39 manat) olmaqla, cəmi 252.400,42 manat məbləğində borcu təsdiq etməmişdir.

44. Üzləşmə aktlarında əks olunmuş qalan borc məbləği isə, o cümlədən Xətai rayon Xidmət sahəsi (kod 033008) üzrə 11, 75 manat məbləğində, Xəzər rayon Xidmət sahəsi üzrə 210,50 manat məbləğində, Binəqədi rayon Xidmət sahəsi üzrə 2081,74 manat məbləğində, Yasamal rayon Xidmət sahəsi üzrə 15,50 manat məbləğində, Qaradağ rayon Xidmət sahəsi üzrə 7,75 manat məbləğində, Suraxanı rayon Xidmət sahəsi üzrə 10,50 manat məbləğində, Nəsimi rayon Xidmət sahəsi üzrə 482,25 manat məbləğində, Sabunçu rayon Xidmət sahəsi üzrə 45,49 manat məbləğində, Xəzər rayon Xidmət sahəsi (kod 037001) üzrə 56,01 manat məbləğində və Nizami rayon Xidmət sahəsi üzrə 128,68 manat məbləğində borc olmaqla, cəmi 3050,17 manat məbləğində borc isə iddiaçı tərəfindən təsdiqlənmişdir.

45. Beləliklə, iddiaçının tabeliyində olan tibb müəssisələrinə cavabdeh tərəfindən hesablanmış və üzləşmə aktlarında əks edilmiş cəmi 252.400,42 manat borc iddiaçı tərəfindən təsdiq edilməmiş, cavabdeh isə 2010-cu ildən əvvəlki dövrə aid həmin borcun əsaslılığına dair hər hansı sübutları məhkəməyə təqdim etməmişdir.

46. O da qeyd edilməlidir ki, mübahisəli borcların hesablanmasından keçən ən azı 15 il ərzində cavabdeh tərəfindən mübahisəli borcla bağlı iddiaçıya hesab-fakturalar göndərilməmiş, eləcə də cavabdeh mübahisəli borcun 15 il ərzində iddiaçıdan tələb edilməməsinin və borc barədə sənədləşdirmə aparılmamasının səbəblərini məntiqli şəkildə əsaslandıra və izah edə bilməmişdir.

47. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizədə 2024-cü ilin iyul ayına aid üzləşmə aktlarında əks olunmuş borcun tam şəkildə silinməsini tələb etmiş, birinci instansiya məhkəməsi isə həmin iddianı təmin edərkən üzləşmə aktlarında əks olunmuş borcun 3050,17 manat hissəsinin iddiaçı tərəfindən təsdiqlənmiş borc olmasını nəzərə almamışdır. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilərək silinməli olan borc məbləği iddiaçı tərəfindən üzləşmə aktlarında təsdiq edilməmiş məbləğdə, yəni 252.400,42 manat məbləğində müəyyən edilməlidir.

48. Apellyasiya şikayətinin cüzi hissəsi (iddia qiymətinin 1% yaxın hissəsi) təmin edildiyindən kollegiya hesab edir ki, MPM-in 119.5-ci maddəsinin tələblərinə əsasən apellyasiya şikayəti verilməsinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.

49. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-966/2025 saylı qətnaməsi silinməli olan borcun məbləği hissəsində dəyişdirilsin. Cavabdeh İB tərəfindən silinməli olan borc 033008 ödəyici kodu üzrə 18.020,42 manat, 090101 ödəyici kodu üzrə 139.008,93 manat, 120004 ödəyici kodu üzrə 22.700,14 manat, 040010 ödəyici kodu üzrə 527,54 manat, 037001 ödəyici kodu üzrə 72.143,39 manat, olmaqla cəmi 252.400,42 manat məbləğində müəyyən edilsin. Qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Cavabdeh İB tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar