Məhkəmə qərarları › İş №2-2(103)-418/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-418/2020

02.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-418/2020 02.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdeh “xxxxxxx” MMC-yə qarşı kredit borcunun ödənilməsinə dair iddiası üzrə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2 (81)370-/2019 saylı xx.xx.2019-cu il tarixli qiyabi qətnaməsindən cavabdeh “xxxxxxx” MMC-nin apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında yoxlayaraq M ü ə y y ə n e t d i: 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2 (81)370-/2019 saylı xx.xx.2019-cu il tarixli qiyabi qətnaməsi ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin iddiası təmin edilərək cavabdeh “xxxxxxx” MMC-dən 01.06.206-cı il tarixli 18 E saylı kredit müqaviləsi üzrə borc və əldən çıxmış faydaya görə cəmi 744504,94 ABŞ dolları pulun tutulması qət edilmişdir. Həmin qətnamədən xx.xx.2020-ci il tarixdə “xxxxxxx” MMC-nin adından vəkili Əlizadə Kazımov apellyasiya şikayəti vermişdir. Məhkəmə apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Hazırkı halda apellyasiya şikayətini imzalamış cavabdehin vəkili X2 nümayəndə kimi səlahiyyətləri lazmı qaydada rəsmiləşdirilmədiyindən və onun cavabdehin nümayəndəsi olması barədə etibarnamə şikayətə əlavə edilmədiyindən şikayətin səlahiyyətsiz şəxs tərəfindən imzalandığı müəyyən olunur. Mülki Prosessual Məcəllənin 363.1.1.-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa apellyasiya şikayəti qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2 (81)370-/2019 saylı xx.xx.2019-cu il tarixli qiyabi qətnaməsindən cavabdeh “xxxxxxx” MMC-nin apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 363, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qər а r а а ldı : 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2 (81)370-/2019 saylı xx.xx.2019-cu il tarixli qiyabi qətnaməsindən cavabdeh “xxxxxxx” MMC-nin apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti və əlavə edilmiş sənədlər qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar