Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-418/2024 23.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin "xxxx" Sanatoriyasının və müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı icarə obyektinin boşaldılması, icarə sahəsindən çıxarılma və s. tələbi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin "xxxx" Sanatoriyasına qarşı qanuni sahibkarlıq fəaliyyətinə maneə ola biləcək hərəkətlərin edilməsinin qadağan edilməsi tələbinə dair tələbi üzrə kommersiya mübahisəsi Açar söz: icarə müqaviləsinə xitam, obyektin geri qaytarılması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, ilk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, ilk iddia üzrə iddiaçı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin "xxxx" Sanatoriyasının və müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı icarə obyektinin boşaldılması, icarə sahəsindən çıxarılma və s. iddiaları və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin "xxxx" Sanatoriyasına qarşı qanuni sahibkarlıq fəaliyyətinə maneə ola biləcək hərəkətlərin edilməsinin qadağan edilməsi tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-168/2023 nömrəli qətnaməsindən ilkin iddia üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İşin mübahisəsiz hallarından görünür ki, "xxxx" SC-nin Şıx sanatoriyası (icarəyə verən) ilə Cavabdeh (icarəçi) arasında xx.xx.2021-ci il tarixli, 01 nömrəli icarə müqaviləsi bağlanmış, müqaviləyə əsasən Bakı şəhəri, Səbaiİ rayonu, Bibi-Heybət qəsəbəsi, Namiq Quliyev, 45 ünvanda yerləşən qeyri-yaşayış sahəsi icarəyə verilmişdir. Müqavilə 1 il müddətinə bağlanmış, nəzərdə tutulmuşdur ki, müqavilənin müddətinin başa çatmasına 1 ay qalmış tərəflər müqaviləyə əlavə və dəyişiklik etməzlərsə, müqavilə hər 2 tərəfin qarşılıqlı razılığı ilə həmin müddətə, həmin şərtlərlə uzadıla bilər. Müqavilə müddəti bitdikdən sonra (xx.xx.2022-ci il) "xxxx" Sanatoriyası tərəfindən yazılı qaydada Cavabdeh icarə müqaviləsinə xitam verilməsi və icarə obyektinin boşaldılması barədə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, Cavabdeh tərəfindən icarə obyekti boşaldılmamışdır.
2. xx.xx.1984-cü il tarixli 4/212 nömrəli aktdan görünür ki, (akta əlavə olunmuş cizgidə əks etdirilən) 26 Bakı komissarı rayonu, Xanlar qəsəbəsində yerləşən palçıq müalicəsi nəzdində müalicə-kurort çimərliyinin təşkili üçün Azərbaycan Respublikası kurort həmkarlar ittifaqının idarə edilməsi üzrə sovetliyinin hüzurunda 1,67 ha sahə təriqi ilə ölçülüb, ayrılmış, bütün sərhəd dönüşlərində naturada qeyd olunmuş daimi nişanlar qoyulmuşdur.
3. Bakı şəhər X3 İcraiyyə Komitəsinin tikintinin layihələndirilməsinə görə icazə barədə və torpaq sahəsinin ayrılması barədə xx.xx.1985-ci il tarixli qərarı ilə Azərbaycan Həmkarlar İttifaqları Kurortlarını İdarəetmə üzrə Azərbaycan Respublika Şurasına 26 Bakı komissarı rayonu, Xanlar qəsəbəsi, Kurort küçəsində “Şıxov” sanatoriyasına bitişik ərazidə yerləşən bulvar-istirahət zonasının təşkilinə icazə verilmişdir.
4. Bakı şəhər zəhmətkeş deputatları sovetinin icraiyyə komitəsi Baş Memarlıq Planlaşdırma idarəsi tərəfindən 1985-ci il tarixdə təsdiq edilmiş 6041 nömrəli inşaat pasportundan görünür ki, 26 Bakı komissarı rayonu, Xanlar qəsəbəsi, Kurort küçəsində “Şıxov” sanatoriyasına bitişik ərazidə yerləşən bulvar-istirahət zonasının təşkili üçün Azərbaycan Respublikası kurort həmkarlar ittifaqının idarə edilməsi üzrə şurasına 1,67 ha torpaq sahəsi ayrılmışdır.
5. “Kurortlar” Səhmdar Cəmiyyətinin nizamnaməsindən görünür ki, “Kurortlar” Səhmdar Cəmiyyəti Azərbaycan Respublika Şurası Rəyasət Heyətinin qərarı əsasında Azərbaycan Həmkarlar İttifaqları Kurortlarını İdarəetmə üzrə Azərbaycan Respublika Şurasının müəssisələrinin bazasında yaradılmışdır. Həmkarlar İttifaqlarının 20 oktyabr 1992-ci il tarixli 20 nömrəli protokolu, q.4.
6. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nizamnaməsindən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti xx.xx.1992-ci il tarixdə dövlət qeydiyyatına alınmış və dövlət qeydiyyat nömrəsi (VÖEN) ********* olan "xxxx" Səhmdar Cəmiyyətinin bazasında yaradılmış və onun hüquqi varisidir.
7. Azərbaycan Respublika Həmkarlar X4 Heyətinin xx.xx.1992-ci il tarixli iclasının 20 nömrəli protokolundan görünür ki, Azərbaycan Respublika Həmkarlar X4 Heyətinin xx.xx.1992-ci il tarixdə (20-4q) qəbul etdiyi qərarı ilə X1 idarə edilməsi üzrə Azərbaycan Respublika Şurasının sanatoriya-kurort idarələri və təşkilatları zəmnində "xxxx" Səhmdar Cəmiyyəti təsis edilmiş, cəmiyyətin nizamnaməsi təsdiq edilmiş və "xxxx" Səhmdar Cəmiyyəti Həmkarlar İttifaqlarının Kurortlarının idarə edilməsi üzrə Azərbaycan Respublika Şurasının hüquqi varisi sayılmışdır.
8. "xxxx" Səhmdar Cəmiyyəti "xxxx" sanatoriyasının nizamnaməsindən görünür ki, "xxxx" sanatoriyası "xxxx" Səhmdar Cəmiyyətinin nizamnaməsinə müvafiq olaraq müstəqil stuktur bölməsidir, onun tabeliyində fəaliyyət göstərən hüquqi şəxs statuslu tərkib hissəsidir.
9. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, "xxxx" Səhmdar Cəmiyyətinin "xxxx" sanatoriyası xx.xx.1998-ci ildə dövlət qeydiyyatına (VÖEN **********) alınmaqla hüquqi ünvanı ünvan 2amentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin xx.xx.2012-ci il tarixli çıxarışı ilə müəyyən edilir ki, xx.xx.1992-ci il tarixdə qeydiyyata alınmış "xxxx" Səhmdar Cəmiyyətinin (SC) (VÖEN: **********) hazırkı adı "xxxx" Qapalı Səhmdar Cəmiyyətidir. Cəmiyyətin təsisçisi və nizamnamə kapitalındakı mayaların miqdarı (100%) Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyalarına məxsusdur.
11. "xxxx" QSC-nin Müşahidə Şurasının xx.xx.2012-ci il tarixli 2 nömrəli qərarı ilə "Kurort” Səhmdar Cəmiyyəti "Kurort” Qapalı Səhmdar Cəmiyyəti adlandırılmış və "Şıx” sanatoriyası QSC-nin tərkib hissəsi kimi təsdiq edilmişdir.
12. "Kurort” QSC-nin Müşahidə Şurasının xx.xx.2012-ci il tarixli 3 nömrəli qərarı ilə Azərbaycan Respublikası Kurortlar Şurası (indiki "Kurort” QSC) tərəfindən 04-50/11 saylı, xx.xx.1985-ci il tarixli "Şıxov” sanatoriyasına bitişik ərazidə yerləşən bulvar-istirahət zonasının təşkili ilə əlaqədar müraciətə əsasən Bakı şəhəri XDS İcraiyyə Komitəsi tərəfindən 22 mart 1985-ci il 1/12 saylı qərarı ilə ayrılmış 1,67 ha torpaq sahəsi "Şıx” sanatoriyasının istifadəsinə verilmişdir.
13. "Kurort” QSC-nin Müşahidə Şurasının xx.xx.2013-cü il tarixli 7 nömrəli qərarı ilə müəyyən olunur ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin Bakı şəhəri, Bibi-heybət qəsəbəsi Namiq Quliyev küçəsi 57-də inşa edilmiş 279 və 415 m2 sahəsi olan iaşə obyektlərinin dəyəri ödənilmədən "Kurort” QSC-nin tabeliyində olan "Şıx” sanatoriyasının balansına qəbuleidlməsi, "Kurort” QSC-nin Bakı şəhəri, Bibi-heybət qəsəbəsi, Namiq Quliyev 57-də inşa edilmiş iaşə obyektlərinə mülkiyyət hüquqlarının qeydə alınmasına dair dövlət reyestrindən çıxarışları nəzərə alınaraq "Kurort” QSC-nin mülkiyyət hüquqları qeydə alınmış hər iki iaşə obyekti əvəzsiz olaraq Cəmiyyətin tabeliyində olan "xxxx" sanatoriyasının sərəncamına və istifadəsinə verilmiş, qeyd edilən iaşə obyektlərinə aid istənilən hüquqi əqdləri bağlamaq, o cümlədən icarə müqavilələri bağlamaq, icarə haqqı ödənişlərini toplamaq, toplanmış icarə haqqı ödənişlərini sanatoriyanın zəruri xərclərinə yönəltmək, həmin iaşə obyektləri ilə bağlı bütün dövlət və qeyri-dövlət müəssisələri ilə danışıqlar aparmaq, hüquqi sənədləri hazırlamaq və təqdim etmək, zəruri sənədləşmələri aparmaq səlahiyyətləri "Şıx” sanatoriyasına həvalə edilmişdir.
14. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən RX seriyalı, ******* nömrəli çıxarışdan müəyyən edilir ki, ünvan 3 ünvanında, 0,03258 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 265.6 kv.m, tikinti altı sahəsi 736,2 kv.m olan qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" QSC-nin adına xx.xx.2013-cü ildə Daşınmaz əmlakın dövlət reyestrində 49 nömrəli reyestr kitabının 4624 nömrəli vərəqində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********).
15. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli qeyri-yaşayış binasının Texniki Pasportundan müəyyən edilir ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasının hüquq subyekti Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" Qapalı Səhmdar Cəmiyyətidir (reyestr nömrəsi: **********28-06301).
16. Bakı şəhər X3 İcraiyyə Komitəsinin tikintinin layihələndirilməsinə görə icazə və torpaq sahəsinin ayrılması barədə xx.xx.1985- ci il tarixli 1/12 saylı qərarı ilə Azərbaycan Həmkarlar İttifaqları Kurortlarını İdarəetmə üzrə Azərbaycan Respublika Şurasına 26 Bakı komissarı rayonu, Xanlar qəsəbəsi, Kurort küçəsində "Şıxov” sanatoriyasına bitişik ərazidə 1,67 ha torpaq sahəsi ayrılmış və həmin sahədə bulvar-istirahət zonasının təşkilinə icazə verilmişdir. Bundan sonra Azərbaycan Həmkarlar İttifaqları Kurortlarını İdarəetmə üzrə Azərbaycan Respublika Şurasının hüquqi varisi olan "Kurort” QSC-nin Müşahidə Şurasının xx.xx.2012-ci il tarixli 3 nömrəli qərarı ilə həmin torpaq sahəsi "Şıx” sanatoriyasının istifadəsinə verilmişdir.
Birinci instansiya məhkəməsində icraat
17. İddiaçı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin "xxxx" Sanatoriyası Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, fiziki şəxs olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan restoran sahibi olan sahibkar, Cavabdeh icarə obyekti olan qeyri-yaşayış binasının və torpağının yerləşdiyi ünvandan, yəni mülkiyyətçi "xxxx" QSC-nin mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən icarə obyekti olan qeyri-yaşayış binalarından və ərazidən, habelə "xxxx" QSC tərəfindən "xxxx" Sanatoriyasına istifadəyə verilmiş 1,67 ha torpaq sahəsindən çıxarılması, cavabdehin icarə obyektini və "xxxx" Sanatoriyasının istifadəsinə verilmiş torpağı işçiləri ilə birlikdə boşaltması, onun tərəfindən icarə obyektində və qeyd edilən 1,67 ha torpaqda inşa edilmiş və qurulmuş qanunsuz tikililərin və qurğuların cavabdehin vəsaiti hesabına sökülməsi, iddiaçı tərəf olaraq istifadəsində və sərəncamında olan cavabdeh tərəfindən zəbt edilmiş icarə obyektinə və torpağa köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Ərizə onunla əsaslandırılmışdır ki, 01 yanvar 2021-ci il tarixdə cavabdehlə "xxxx" Sanatoriyası arasında 01 saylı icarə müqaviləsi 1 (bir) il müddətinə bağlanmış və ümumi sahəsi qış aylarında 413,19 kv.m, yay aylarında 813,19 kv.m olan qeyri-yaşayış sahəsi cavabdehə 01 yanvar 2022-ci il tarixə kimi icarəyə verilmişdir. Müqavilə müddəti bitdikdən sonra sanatoriya tərəfindən icarə müqaviləsinə xitam vermək və icarə obyektini boşaltmaq barədə dəfələrlə yazılı bildiriş və xəbərdarlıqlarına baxmayaraq, cavabdeh tərəfindən icarə obyekti boşaldılmamışdır. Belə ki, 10 fevral 2022-ci il tarixli, 15/2 saylı, 27 aprel 2022-ci il tarixli, 34/2 saylı və 25 oktyabr 2021-ci il tarixli 99/2 saylı məktublarla yazılı qaydada cavabdehə müraciət edilmiş, müraciətlər cavabsız qalmışdır. Halbuki, məcburi köçkünlər sanatoriyanın digər korpusunu boşaltdıqdan sonra sanatoriyada təmir və yenidən qurma işlərinə başlanılmalı olması, lakin cavabdehin iaşə obyektinə gələnlərin maşın səsi, səsküylərinin sanatoriyaya gələnlərin istirahət və müalicəsinə mane olmasını, eləcə də müqavilə müddətinin bitməsini nəzərə alaraq icarə münasibətlərinə xitam verilməsini xahiş etmişlər. Cavabdehə müqaviləyə xitam vermək barədə bildirişi müqavilə müddəti bitdikdən 1 ay əvvəl və dəfələrlə sonradan da yazılı qaydada bildirmişlər. Daha sonra mediasiya təklifi, mediasiya prosesi gedişində iddiaçının mülkiyyətində olan icarə obyektini, eləcə də icarəyə verdikləri icarə torpağının boşaldılması, habelə dəymiş ziyan məbləği olaraq xx.xx.2022-ci ildən icra edilənədək hər ay icarə obyektindən qanunsuz istifadə nəticəsində dəymiş ziyan məbləğinin ödənilməsini tələb etmişlər.
19. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanuni sahibkarlıq fəaliyyətinə mane ola biləcək hərəkətlərin edilməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" QSC-nin "xxxx" sanatoriyası ilə Cavabdeh arasında 01 yanvar 2021-ci il tarixdə bağlanmış, 01 nömrəli icarə müqaviləsinə əsasən icarəyə verən Bakı şəhəri, Səbail rayonu, N.Quliyev 57 ünvanında yerləşən, ümumi sahəsi qış ayları 413.19 kv.m, yay ayları 813.19 kv.m. olan, o cümlədən qeyri-yaşayış sahəsini icarəçinin icarəsinə verməyi, icarəçi isə müqavilənin 3.1ci bəndində nəzərdə tutulan icarə haqqını (müvafiq olaraq 400 və 900 manat) ödəməyi öhdəsinə götürür. Müqavilənin 4.1-ci maddəsinə əsasən “bu müqavilə 1 (bir) il müddətinə bağlanılır və imzalandığı gündən qüvvəyə minir. Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 yanvar 2021-ci il tarixli 01 nömrəli icarə müqaviləsinin müddətinin bitdiyini göstərərək iddiaçının icarə obyektini boşaltması, iddia tələbi üzrə məhkəmə qətnaməsi icra edilənə kimi cavabdeh tərəfindən icarə obyektindən istifadə müddəti üzrə dəymiş ziyan məbləğinin (aylıq icarə haqqı məbləğində) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd olunur ki, iddiaçının həmin sahəyə heç vaxt heç bir hüququ olmamışdır. Təxminən 2000-ci illərin sonunda faktiki iddiaçı bütün dənizkənarı sahələrini zəbt etməyə başlamış, bir sıra sahibkarların əlindən restoranları alınmış və ya onlar diktə edilən şərtlərlə işləməyə məcbur edilmişdir. Aşağıdakılara əsasən cavabdehin iddiası əsassızdır: Belə ki, cavabdeh öz iddiasını onunla əsaslandırmışdır ki, icarə müqaviləsinin müddəti bitdiyinə görə icarəçi icarə obyektini boşaltmalı və obyektdən çıxmalıdır. İddiaçının iddia etdiyi 413.19 və 813.19 kv.m-lik sahə hansı sahədən ibarətdir. Bu sahənin sərhədləri hansı sahəni əhatə edir? Nəzərə alınmalıdır ki, icarə müqaviləsi bağlananda artıq çıxarılması istənilən restoran var idi və işləyirdi. Bu icarə müqaviləsinin ləğv edilməsi Cavabdeh oradan çıxması üçün əsas ola bilməz. Əgər Cavabdeh icarəyə verilmiş sahədən çıxarılmağı istənilirsə, əvvəla icarəyə verilmiş (413.19 və 813.19 kv.m-kil) sahənin hara olması göstərilməlidir. Oradakı bütün sahə və tikililər cavabdehin illərdir ki, istifadəsindədir. O da nəzərə alınmalıdır ki, sanatoriya balıq restoranını tikəsi bir müəssisə deyildir. Sanatoriyada aparılacaq təmir və yenidən qurma işlərini, restorana gələn maşın səslərinin sanatoriyada dincəlməyə gələn insanların müalicəsinə mane olması kimi cavabdehin müqavilənin müddətinin uzadılmasından imtina edilməsinə dair göstərdiyi əsassız səbəblər müqavilənin xitam olunmasının əsas halları kimi qəbul edilməməlidir. Çünki həmin sahədə çoxsaylı restoranlar var və bir restoranın bağlanması orada hansısa nəqliyyat vasitəsinin gəlişini azaldası deyildir. Odur ki, iddia ərizəsində tələb dəqiq ifadə edilmişdir. Restoranın ərazisi icarə müqaviləsində müəyyən edilmiş, müvafiq olaraq qış (413.19 kv.m) və yay ayları (813.19 kv.m) üçün qeyd edilən sahədən dəfələrlə böyükdür. Oradakı tikililərə gəldikdə hamısı cavabdeh tərəfindən tikilmişdir. İddiaçının icarəyə verdiyi sahə müəyyən edilə bilmədiyinə görə cavabdehin tələbinin icra etməsi mümkünsüzdür. İddianın əsası kimi istinad edilən icarə müqaviləsində hansısa bir qeyri-yaşayış sahəsinin icarəyə verilməsi də bildirilmir. O da nəzərə alınmalıdır ki, çıxarılması istənilən yer restorandır və sırf restoran fəaliyyəti üçün tikilmiş sahədir. Hər halda iddiaçı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin "xxxx" sanatoriyası restoran tikintisi ilə məşğul olan subyekt deyildir. Əgər yüz minlərlə dəyəri olan belə bir restoran tikintisi ilə məşğul olmuşdursa, bunun hansı səbəbdən etməsinin, sanatoriya üçün ayrılmış pulları nə üçün və hansı əsasla balıq restoranının tikintisinə xərcləməsinin də hesabatını verməlidir. Cavabdeh tərəfindən müqaviləyə xitam verilməsi və icarə obyektindən çıxarılması sadəcə iddiaçının sahibkarlıq fəaliyyətinə maneələr yaratmaqdan, onun fəaliyyətdə olduğu sahəni zəbt etməkdən başqa bir məqsəd daşımır. Qarşılıqlı iddia üzrə iddiaçı yüz minlərlə pul vəsaiti xərcləyərək Bakı şəhərində sayılıb seçilən restoranı qurmuş, ora xüsusi avtomobil dayanacağı, uşaqlar üçün əyləncə mərkəzi, restorana gələn müştərilərə açıq və qapalı məkanda xidmət göstərmək üçün hər cür şərait yaratmışdır. Eyni zamanda restoranda onlarla sayda işçi daimi olaraq çalışmaqdadır. Yuxanda sadalananlara əsasən hesab edir ki, cavabdehin ilkin iddiası rədd edilməli, müqavilə münasibətlərinin uzadılması və iddiaçının qanuni sahibkarlıq fəaliyyətinə mane olan hallar aradan qaldırılmalıdır. İddiaçının qanuni sahibkarlıq fəaliyyətinə mane ola biləcək hərəkətlərin edilməsi cavabdehə qadağan edilməlidir.
21. Müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, fiziki şəxs olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan restoran sahibi olan sahibkar, Cavabdeh icarə obyekti olan qeyri-yaşayış binasının və torpağının yerləşdiyi ünvandan, yəni mülkiyyətçi "xxxx" QSC-nin mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən icarə obyekti olan qeyri-yaşayış binalarından və ərazidən, habelə "xxxx" QSC tərəfindən "xxxx" Sanatoriyasına istifadəyə verilmiş 1,67 ha torpaq sahəsindən çıxarılması, cavabdehin icarə obyektini və "xxxx" Sanatoriyasının istifadəsinə verilmiş torpağı işçiləri ilə birlikdə boşaltması, onun tərəfindən icarə obyektində və qeyd edilən 1,67 ha torpaqda inşa edilmiş və qurulmuş qanunsuz tikililərin və qurğuların cavabdehin vəsaiti hesabına sökülməsi, iddiaçı tərəf olaraq istifadəsində və sərəncamında olan cavabdeh tərəfindən zəbt edilmiş icarə obyektinə və torpağa köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-168/2023 nömrəli qətnaməsi ilə (hakim Zeynəb Axundova) ilk iddia və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası təmin edilərək Cavabdeh icarə obyekti olan qeyri-yaşayış binası və torpağın yerləşdiyi ünvandan - mülkiyyətçi "xxxx" QSC-nin mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən icarə obyekti olan qeyri-yaşayış binaları və ərazidən, habelə "xxxx" QSC tərəfindən "xxxx" Sanatoriyasına istifadəyə verilmiş 1,67 ha torpaq sahəsindən çıxarılması, cavabdehin icarə obyektini və "xxxx" Sanatoriyasının istifadəsinə verilmiş torpağı işçiləri ilə birlikdə boşaltması, Cavabdeh tərəfindən icarə obyektində və qeyd edilən 1,67 ha torpaq sahəsində inşa edilmiş və qurulmuş qanunsuz tikililər və qurğular cavabdehin vəsaiti hesabına sökülməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir.
23. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, birinci sual üzrə: Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" QSC-nin adına vurilmiş (reyestr nömrəsi **********28-06301) texniki pasportda ümumi torpaq sahəsi 0.7580 ha göstərilsə də, faktiki olaraq 0.9175 ha təşkil edir. Texniki pasportda göstərilən “A” literli tikilidə 1 saylı sahə (17.9 kv.m) sökülmüşdür. “A” literli tikiliyə bitişik tikintialtı sahəsi 151.9 kv.m metal konstruksiyaiı materialdan qeyri-yaşayış sahəsi quraşdırılıb. Bundan başqa ərazidə tikintialtı sahəsi 16.5 kv.m sanitar qovşağı inşa edilib. Həmçinin tikintialtı sahəsi 194.1 kv.m yüngül konstruksiyalı materialdan (taxta və dəmir) qeyri-yaşayış sahəsi, tikintialtı sahəsi 171.0 kv.m talvar və tikintialtı sahəsi 12.3 kv.m taxtadan köməkçi sahələr quraşdırılıb (faktiki torpaq sahəsində olan bütün tikililər cavabdeh tərəfindən istifadə olunur). X2 faktiki istifadəsində olan torpaq sahəsi və üzərindəki qeyri-yaşayış tikililəri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının "xxxx" QSCnin adına dövlət reyestrində qeydiyyatı aparılmış **********28-06301 reyestr nömrəli qeyri-yaşayış binasının texniki pasport üzrə “A” və “B” literli tikililəri (əlavə inşa olunan tikililər) daxil olmaqla Bakı şəhəri X3 İcraiyyə Komitəsinin 1/12 saylı xx.xx.1985-ci il tarixli qərarı, həmin qərara əlavə edilmiş cizgiyə (akta) əsasən "xxxx" QSC-yə ayrılmış 1.67 ha torpaq sahəsinin bir hissəsidir (tam üst-üstə düşür). İkinci sual üzrə: yuxanda qeyd olunduğu kimi Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi və üzərindəki qeyri-yaşayış tikililəri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının "xxxx" QSC-nin adına dövlət reyestrində qeydiyyatı aparılmış **********28-06301 reyestr nömrəli qeyri-yaşayış binasının texniki pasport üzrə “A” və “B” literli tikililər: (əlavə inşa olunan tikililər) daxil olmaqla Bakı şəhəri X3 İcraiyyə Komitəsinin 1/12 saylı, xx.xx.1985-ci il tarixli qərarı, həmin qərara əlavə edilmiş cizgiyə (akta) əsasən "xxxx" QSC-yə ayrılmış 1.67 ha torpaq sahəsinin bir hissəsidir (tam üst-üstə düşür).
24. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyul 2023-cü il tarixli, 10/2111 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, qərardadın birinci sualı üzrə: Cavabdeh faktiki istifadəsində olan 9411 kv.m torpaq sahəsinin 6377 kv.m hissəsinin Bakı şəhəri X3 İcraiyyə Komitəsinin 1/12 saylı, xx.xx.1985ci il tarixli qərarı, həmin qərara əlavə edilmiş cizgi və akta əsasən "xxxx" QSC-yə ayrılmış 1,67 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü, həmin üst-üstə düşən hissədə xx.xx.2013-cü il tarixdə tərtib olunmuş Texniki Pasportda öz əksini tapmış “A” və “B” literli xidmət binaları, “İ” literli mövsümi xidmət sahəsi, “İİ” literli yarımçıq tikili, “İV” literli talvar tikililərinin, texniki pasportda qeyd olunmayan bir ədəd gözətçi binasının və “A” literli tikili ilə “İİ” literli tikili arasında inşa edilmiş əlavə tikilinin yerləşdiyi müəyyən edilmişdir. Cavabdeh faktiki istifadəsində olan 9411 kv.m torpaq sahəsinin 3034 kv.m hissəsinin isə 1/12 saylı, xx.xx.1985-ci il tarixli qərarı, həmin qərara əlavə edilmiş cizgi və akta əsasən "xxxx" QSCyə ayrılmış 1,67 ha torpaq sahəsi ilə üstüstə düşmədiyi müəyyən edilmişdir. “Google Earth” internet proqramında mövcud olan illər üzrə görüntülərdə relyefdə əmələ gəlmiş dəyişikliklərdən görünür ki, üst-üstə düşməyən 3034 kv.m sahə 2012-ci və 2017-ci illərdən sonra dənizin doldurulması nəticəsində yaranmışdır. Qərardadın ikinci sualı üzrə: ünvan 6 ünvanda (əvvəlki adı Namiq Quliyev 45) yerləşən, daşınmaz əmlakın Dövlət reyestrindən (Reyestr nömrəsi **********28-06301) xx.xx.2023-cü il tarixli çıxarışa və çıxarışa əlavə edilmiş texniki pasporta əsasən "xxxx" QSC-nin mülkiyyətində olan qeyri-yaşayış sahəsi və qeyri-yaşayış sahəsinə aid 7580 kv.m torpaq sahəsinin bütövlüklə Cavabdeh faktiki istifadəsində olan 9411,0 kv.m torpaq sahəsi ilə hissədə üst-üstə düşdüyü müəyyən edilmişdir. Üst-üstə düşən hissədə “A” literli tikili ilə “İİ” literli tikili arasında əlavə tikili, bir ədəd gözətçi binası, bir ədəd sanitar qovşağı və bir ədəd 32 metr uzunluqda, 5,5 metr enində mövsümi xidmət sahəsi tikilisi (qeyd olunan tikililər çıxarış və texniki pasportda göstərilməmişdir) inşa edilmişdir. Eyni zamanda Texniki pasportda qeyd olunan 7580 kv.m sahədən əlavə 1831 kv.m sahənin Cavabdeh faktiki istifadəsində olduğu müəyyən edilmişdir. Texniki pasportda qeyd olunan 7580 kv.m sahədən əlavə Cavabdeh faktiki istifadəsində olan 1831 kv.m ərazidə bir ədəd 29,5 metr uzunluqda, 5,5 metr enində talvar (mövsümi xidmət sahəsi) tikilisi inşa edilmişdir. Google Earth” internet proqramında mövcud olan illər üzrə görüntülərdə relyefdə əmələ gəlmiş dəyişikliklərdən görünür ki, Cavabdeh faktiki istifadəsində olan Texniki pasportda qeyd olunan 7580 kv.m sahədən əlavə 1831 kv.m sahə 2017-ci ildən sonra dənizin doldurulması nəticəsində yaranmışdır.
25. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16 noyabr 2023-cü il tarixli, 3-16-16/2-10/7201 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, qərardadın birinci sualı üzrə: Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" QSC-nin adına verilmiş (reyestr nömrəsi **********28-06301) texniki pasportda ümumi torpaq sahəsi 0.7580 ha göstərilsə də, faktiki olaraq 0.9175 ha təşkil edir. Texniki pasportda göstərilən “A” literli tikilidə 1 saylı sahə (17.9 kv.metr) sökülmüşdür. “A” literli tikiliyə bitişik tikintialtı sahəsi 151.9 kv.m metal konstruksiyalı materialdan qeyriyaşayış sahəsi quraşdırılıb. Bundan başqa ərazidə tikintialtı sahəsi 16.5 kv.metr sanitar qovşağı inşa edilib. Həmçinin tikintialtı sahəsi 194.1 kv.metr yüngül konstruksiyalı materialdan (taxta və dəmir) qeyri-yaşayış sahəsi, tikintialtı sahəsi 171 kv.metr talvar və tikintialtı sahəsi 12.3 kv.metr taxtadan köməkçi sahələr quraşdırılıb (faktiki torpaq sahəsində olan bütün tikililər cavabdeh tərəfindən istifadə olunur). Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi və üzərindəki qeyri-yaşayış tikililəri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" QSC-nin adına dövlət reyestrində qeydiyyatı aparılmış **********28-06301 reyestr nömrəli qeyri-yaşayış binasının texniki pasport üzrə “A” və "B” literli tikililəri (əlavə inşa olunan tikililər) daxil olmaqla Bakı şəhəri X3 İcraiyyə Komitəsinin 1/12 saylı xx.xx.1985-ci il tarixli qərarı, həmin qərara əlavə edilmiş cizgiyə (akta) əsasən "xxxx" QSC-yə ayrılmış 1.67 ha torpaq sahəsinin bir hissəsidir (tam üst-üstə düşür). Qərardadın ikinci sualı üzrə: Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi və üzərindəki qeyri-yaşayış tikililəri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" QSC-nin adına dövlət reyestrində qeydiyyatı aparılmış **********28-06301 reyestr nömrəli qeyri-yaşayış binasının texniki pasport üzrə “A” və ”B” literli tikililəri (əlavə inşa olunan tikililər) daxil olmaqla Bakı şəhəri X3 İcraiyyə Komitəsinin 1/12 saylı xx.xx.1985-ci il tarixli qərarı, həmin qərara əlavə edilmiş cizgiyə (akta) əsasən "xxxx" QSC-yə ayrılmış 1.67 ha torpaq sahəsinin bir hissəsidir (tam üst-üstə düşür).
26. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Namiq Quliyev, 62F (əvvəlki ünvan N.Quliyev 57) ünvanında 0,02022 ha torpaq sahəsində yerləşən əmlak kompleksi kimi müəssisə daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2012-ci il tarixli çıxarışa əsasən (reyestr nömrəsi **********56- 12301) Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Kurort” QSC-nin xüsusi mülkiyyətindədir. "xxxx" QSC-nin Müşahidə Şurasının xx.xx.2013-cü il tarixli 7 nömrəli qərarı ilə həmin qeyri-yaşayış binası (iaşə obyekti) əvəzsiz olaraq Cəmiyyətin tabeliyində olan "xxxx" sanatoriyasının sərəncamına və istifadəsinə verilmiş və qeyd edilən iaşə obyektinə aid istənilən hüquqi əqdləri bağlamaq, o cümlədən icarə müqavilələri bağlamaq, icarə haqqı ödənişlərini toplamaq, toplanmış icarə haqqı ödənişlərini sanatoriyanın zəruri xərclərinə yönəltmək, həmin iaşə obyektləri ilə bağlı bütün dövlət və qeyri-dövlət müəssisələri ilə danışıqlar aparmaq, hüquqi sənədləri hazırlamaq və təqdim etmək, zəruri sənədləşmələri aparmaq səlahiyyətləri "Şıx” sanatoriyasına həvalə edilmişdir. İddiaçı "Şıx” Sanatoriyası ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, 01 nömrəli carə müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Bakı şəhəri, Səbaiİ rayonu, Bibi-Heybət qəsəbəsi, Namiq Quliyev, 45 yerləşən ümumi sahəsi qış ayları 413.19 kv.m, yay ayları 813.19 kv.m olan qeyri- yaşayış sahəsi 01 yanvar 2022-ci il tarixədək cavabdehə icarəyə verilmişdir. Müqavilə müddəti bitdikdən sonra "xxxx" Sanatoriyası tərəfindən Cavabdeh icarə müqaviləsinə xitam verilməsi və icarə obyektinin boşaldılması barədə dəfələrlə yazılı bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, Cavabdeh tərəfindən icarə obyekti boşaldılmamışdır.
27. Məhkəmə ekspert rəyləri ilə bağlı qeyd etmişdir ki, məhkəmənin təkrar ekspertiza üzrə ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir. Cavabdehin istinad etdiyi təkrar ekspertizanın rəyi ilə ilkin ekspertiza rəyi arasında (cavabdehin istifadəsində olan torpaq sahəsinin 1985ci ildə "Kurort” QSC-yə ayrılmış 1,67 ha torpaq sahəsinin daxil olması hissəsində) ziddiyyətlərin olması barədə dəlillərinə münasibətdə qeyd edilməlidir ki, ilkin ekspertiza keçirilərkən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin mütəxəssisləri ekspertiza tədqiqatına cəlb edilməmiş, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi ilə "Kurort” QSC-yə ayrılmış torpaq sahəsinin koordinatları müqayisə edilməmişdir. Göstərilən halları nəzərə alaraq məhkəmə ekspert rəyinin sözügedən hissəsi ilə razılaşmamış və mübahisəli halların aydınlaşdırılması üçün təkrar ekspertizanın təyin edilməsini zəruri hesab etmişdir. Odur ki, ilkin ekpertiza rəyinin yuxarıda göstərilən hissəsi mötəbər sübut kimi qəbul edilə bilməz.
28. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, mübahisəli əmlak kompleksinə dair "xxxx" Sanatoriyası ilə Cavabdeh arasında bağlanmış 01 yanvar 2021-ci il tarixli, 01 nömrəli icarə müqaviləsinin müddəti 01 yanvar 2022-ci ildə bitmiş və "Şıx” Sanatoriyası tərəfindən Cavabdeh icarə obyektinin boşaldılmasına dair xəbərdarlıqlar edilmişdir. Göründüyü kimi tərəflər arasında bağlanmış icarə müqaviləsinə xitam verilməklə Cavabdeh mübahisəli daşınmaz əmlakdan (qeyri-yaşayış sahələri və torpaq sahəsi) istifadə və sahiblik etməsi üçün mövcud olmuş müqavilə əsası aradan qalxmışdır. Digər tərəfdən Cavabdeh faktiki istifadəsində olan daşınmaz əmlak (qeyri-yaşayış sahələri və torpaq sahəsi) üzərində qanunla qorunan əşya hüququna malik olmasını, yəni həmin əmlak üzərində sahibliyinin qanuni olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə, işin yuxarıda göstərilən halları ilə öz təsdiqini tapır ki, icarə müqaviləsi üzrə icarə verən olan "xxxx" sanatoriyası Mülki Məcəllənin 697.1-ci maddəsinin tələblərinə əsaslanaraq icarə obyekti olmuş, lakin icarə münasibətlərinə xitam verilməsinə baxmayaraq icarə verənə qaytarılmamış əmlakın (qeyri-yaşayış sahələri və ona aid torpaq sahəsinin) qaytarılmasını, müstəqil tələb irəli sürən üçüncü şəxs "Kurort” QSC isə həmin qeyri-yaşayış sahəsinin mülkiyyətçisi və torpaq sahəsinin qanuni sahibi qismində Cavabdeh qanunsuz sahiblik və istifadəsində olan daşınmaz əmlakın (qeyriyaşayış sahələri və torpaq sahəsinin) qaytarılmasını, eynilə iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs 1985-ci ildə "xxxx" QSC-yə ayrılmış və QSC tərəfindən "xxxx" sanatoriyasının istifadəsinə verilmiş 1,67 ha torpaq sahəsinin qanuni sahibləri qismində həmin torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmiş hissəsinin qaytarılmasını tələb etməklə haqlıdırlar.Ona görə də, Cavabdeh icarə obyekti olan qeyriyaşayış binası və torpağın yerləşdiyi ünvandan - mülkiyyətçi "xxxx" QSC-nin mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən icarə obyekti olan qeyri-yaşayış binaları və ərazidən, habelə "xxxx" QSC tərəfindən "xxxx" Sanatoriyasına istifadəyə verilmiş 1,67 ha torpaq sahəsindən çıxarılmalı, cavabdeh icarə obyekti və "xxxx" Sanatoriyasının istifadəsinə verilmiş torpağı işçiləri ilə birlikdə boşaltmalıdır.
29. Məhkəmə ilkin iddianın və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının cavabdeh tərəfindən özbaşına inşa edilmiş və qurulmuş qanunsuz tikililər və qurğuların sökülməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, sözügedən tikililərin Cavabdeh tərəfindən inşa edilibedilməməsi məsələsinə gəldikdə qeyd edilməlidir ki, cavabdeh mübahisəli ərazidə tikililərin onun tərəfindən inşa edilməsi faktını mübahisələndirməmişdir. Bundan əlavə qeyd edilməlidir ki, Cavabdeh mübahisəli tikililərin inşa edilməsinin lazımi icazələr alınmaqla (məlumatlandırma icraatı tətbiq edilən tikililərə münasibətdə isə həmin icraat tətbiq edilməklə), eləcə də icarəyə verən "Şıx” Sanatoriyasının razılığı alınmaqla aparılmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, “Kurort" QSCnin mülkiyyətində olan əmlak kompeksinin və "xxxx" QSC-yə ayrılmış 1,67 ha torpaq sahəsinin daxilində yerləşən, Cavabdeh tərəfindən icarə obyektində və qeyd edilən 1,67 ha torpaq sahəsində inşa edilmiş və qurulmuş qanunsuz tikililər və qurğular cavabdehin vəsaiti hesabına sökülməlidir.
30. Məhkəmə ilkin iddiaçının və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının istifadələrində və sərəncamlarında olan, cavabdeh tərəfindən zəbt edilmiş icarə obyektinə və torpaq sahəsinə köçürülmələri hissəsinə münasibətdə qeyd etmişdir ki, hazırkı qətnamə ilə Cavabdeh icarə obyekti olan qeyri-yaşayış binası və torpağın yerləşdiyi ünvandan - mülkiyyətçi "xxxx" QSC-nin mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən icarə obyekti olan qeyri-yaşayış binaları və ərazidən, habelə "xxxx" QSC tərəfindən "xxxx" Sanatoriyasına istifadəyə verilmiş 1,67 ha torpaq sahəsindən çıxarılması, cavabdeh icarə obyekti və "xxxx" Sanatoriyasının istifadəsinə verilmiş torpağı işçiləri ilə birlikdə boşaltması qət edilmişdir. İlkin İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxsin mülkiyyətində olan olan daşınmaz əmlak boşaldıldıqdan sonra icarə obyekti və torpaq sahəsinə tələb irəli sürən şəxslərin köçməsi üçün hər hansı maneə qalmır (cavabdehə münasibətdə). O baxımdan məhkəmə həmin hissəyə ayrıca münasibət bildirməyə lüzum görməmişdir.
31. Qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə ilk növbədə qeyd etmişdir ki, ilk iddia üzrə iddiaçının və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiaları təmin edildiyindən Cavabdeh mübahisəli ərazidə sahibkarlıq fəaliyyətini həyata keçirməsinin heç bir hüquqi əsası mövcud deyildir. Eləcə də, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən onun sahibkarlıq fəaliyyətinə mane olacaq hər hansı bir hərəkətin cavabdeh tərəfindən edilməsini təsdiqləyəcək mötəbər sübut məhkəməyə təqdim edilməmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
32. İlk iddia üzrə cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-168/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, qarşılıqlı iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
33. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Cavabdeh çıxarılması istənilən torpaq sahə, balıq restoranın ərazisi olmaqla daima fiziki şəxslərin istifadə və sahibliyində olmuşdur. Hazırda mübahisələndirilən torpaq sahəsi sonradan həmin sahəyə sahiblik etmiş fiziki şəxslərin vəsaiti hesabına (dənizin doldurulmasıilə) artırılmış və indiki vəziyyətə gətirilmişdir. Bu hal iş üzrə ekspertiza rəylərindən də görünür (rəy barədə daha ətraflı aşağıda qeyd edəcəyik). Həmin sahə heç vaxt "xxxx" Sanatoriyasına məxsus olmamışdır. Oradakı bütün tikililər, görülmüş bütün işlər faktiki sahibliyi həyata keçirmiş fiziki şəxslər tərəfindən həyata keçirilmişdir. Oradakı bütün tikililər restoran məqsədilə qurulmuş obyektlərdir. "xxxx" sanatoriyası həmin sahədə tikinti işləri aparmadığı kimi heç bir maliyyə vəsaiti də sərf etməmişdir. "xxxx" sanatoriyası həmin sahənin və tikililərin ona məxsus olduğunu bildirsə də, bu tikintini nə vaxt necə tikməsinə dair heç bir mötəbər sübutu yoxdur. Qeyd edildiyi kimi oradakı dənizin doldurulması ilə yeni (torpaq) sahəsi meydana gəlmişdir ki, bu artırılan sahələrə görə fiziki şəxslər külli miqdarda pul vəsaiti xərcləmişlər. Lakin məhkəmə sonradan artırılan sahələrə münasibət də də maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Görünən odur ki, ərazi bütünlüklə restoran fəaliyyətinə uyğun qurulmuşdur. Məhkəmənin istinad etdiyi icarə müqaviləsi üzrə hansı sahənin icarəyə verilməsi müqavilədə öz əksini tapmamışdır. İcarə müqaviləsində qeyd edilən qış ayları üçün 413.19 kv.m və yay ayları üçün 813.19 kv.m-lik sahənin hansı sahə (və obyekt) olması qeyri-müəyyəndir (sahənin təhvil verilməsinə dair təhvil-təslim aktı da olmamışdır). Çünki tərəflər arasında icarə müqaviləsi bağlanılsa da bu müqavilə formal xarakter daşımışdır. Cavabdeh oradan çıxarılması əsassızdır. Məhkəmə həmin sahələri ilkin iddiaçıya aid edərkən bir sıra halları nəzərə almamışdır. Məhkəmənin qətnamə çıxararkən istinad etdiyi (Texniki pasport, X3 İcraiyyə Komitəsinin 1/12 saylı xx.xx.1985-ci il tarixli qərarı və.s) sənədlərin mötəbərliyi yoxdur (Çünki, xx.xx.1985-ci il tarixli qərarda qeyd edilən sahə üzrə kordinatlar sürüşdürülərək mənim ərazimə otuzdurulmuşdur). Həqiqətdə X3 İcraiyyə Komitəsinin 1/12 saylı xx.xx.1985-ci il tarixli qərarı ilə ayrılmış torpaq sahəsi demək olar ki, bütünlüklə “Nar Şarab” restoranın altında olan sahəni əhatə etməlidir. İlkin iddiaçı (və müstəqil tələb irəli sürən üçünçü şəxsə) torpaq sahəsi ilə bağlı təqdim etdiyi sənədlərdə ziddiyyətlər var. Belə ki, iş materiallarında olan **********28-06301 reyestr nömrəli çıxarışda istifadədə olan torpaq sahəsinin ölçüsü 0,03258 ha olsada texniki pasportda bu ölçü 7580 kv.m-dir. Məhkəmə sənədlər arasındakı bu uyğunsuzluğu araşdırmamış, həqiqətdə kimin istifadəsində nə qədər torpaq sahəsi olmalıdır buna hüquqi qiymət verməlidir (Texniki pasport da reallığı əks etdirmir. Ekspert rəyinə baxdıqda onu da görmək olar ki, ilkin iddiaçının təqdim etdiyi texniki pasport tərtib edildiyi il dəniz doldurulmamış olsa belə doldurulmamış hissə texniki pasportda əksini tapmışdır). Məhkəmə öz mövqeyini tekniki pasport və digər əvvəlki qərarlara istinadən əsaslandırması qanunsuzdur. Texniki pasport (texniki göstərici olmaqla) mülkiyyət kimi tələb hüququnu verməməlidir. Məhkəmə qətnamə çıxararkən maddi hüquq normalarını tətbiq edərkən bu halları araşdırmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
34. İlk iddia üzrə Cavabdeh, vəkili və nümayəndəsi Vəkil2 məhkəmə iclaslarında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmiş, cavabdehin vəkilinin sonuncu məhkəmə iclasının təxirə salınması barədə verdiyi vəsatət (vəkilin xarici ölkəyə səfər etməsi əsası ilə) məhkəmə tərəfindən əsassız hesab edilərək təmin edilməmişdir.
35. İlk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil3 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
36. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi: 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 697.1-ci maddəsinə görə kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. “İcarə haqqında” Azərbaycan Respublikası haqqında Qanun 9-cu maddənin 3-cü hissəsi- icarəyə götürülmüş ərazidə icarəyəverənin razılığı olmadan icarəçinin vəsaiti hesabına tikilmiş, aparılması mümkün olmayan binalar və qurğular icarəyəverənə məxsusdur. İcarəyəverən bunların sökülməsini tələb etdikdə icarəçi onları öz hesabına sökməyə və ya sökülmə xərclərini ödəməyə borcludur. 12-ci maddə-icarənin müddətləri müqavilə ilə müəyyənləşdirilir. Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
37. Qətnamə ilk iddia üzrə cavabdeh tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
38. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-168/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, "xxxx" SC-nin Şıx sanatoriyası (icarəyə verən) ilə Cavabdeh (icarəçi) arasında xx.xx.2021-ci il tarixli, 01 nömrəli icarə müqaviləsinin qüvvədə olma müddəti xx.xx.2022-ci il tarixdə bitmiş, icarəyəverən müqavilə münasibətlərini davam etdirmək niyyətində olmadığını icarəçiyə yazılı bildiriş göndərməklə bildirdiyi halda icarəçi sahəni boşaltmamış və təhvil verməmişdir.
40. İşə birinci instansiya qaydasında baxılarkən iş üzrə ekspertizalar təyin edilmiş, müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən icarəyə götürülmüş sahədə Şıx sanatoriyasının texniki pasportunda öz əksini tapmamış, icarəyəverənin razılığı olmadan özbaşına tikililər (gözətçi binası və s) inşa edilmişdir. Həmçinin ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, Cavabdeh faktiki istifadəsində olan 9411 kv.m torpaq sahəsinin 3034 kv.m hissəsi 1/12 saylı, xx.xx.1985-ci il tarixli qərar və həmin qərara əlavə edilmiş cizgi və akta əsasən "xxxx" QSC-yə ayrılmış 1,67 ha torpaq sahəsi ilə üst-üstə düşmür. “Google Earth” internet proqramında mövcud olan illər üzrə görüntülərdə relyefdə əmələ gəlmiş dəyişikliklərdən görünür ki, üst-üstə düşməyən 3034 kv.m sahə 2012-ci və 2017-ci illərdən sonra dənizin doldurulması nəticəsində yaranmışdır. Ekspert rəylərinə həm iddiaçıya ayrıc aktı ilə ayrılmış torpaq sahəsinin, həm də E.Məmmədovun faktiki istifadəsində olan sahənin peyk görüntüləri əlavə edilmişdir.
41. Ekspert rəyinə əsasən eyni zamanda müəyyən edilmişdir ki, Şıx sanatoriyasının texniki pasportunda qeyd olunan 7580 kv.m sahədən əlavə Cavabdeh faktiki istifadəsində olan 1831 kv.m ərazidə bir ədəd 29,5 metr uzunluqda, 5,5 metr enində talvar (mövsümi xidmət sahəsi) tikilisi inşa edilmişdir.
42. İşə apellyasiya qaydasında baxılarkən Şıx sanatoriyası tərəfindən Cavabdeh icarəyə verilmiş qeyri-yaşayış sahəsinə apellyatorun vəsatəti əsasında məhkəmə tərəfindən ekspertlərin, mütəxəssislərin və tərəflərin iştirakı ilə yerində müaiyinə keçirilmiş və iş materiallarına əlavə edilmiş rəylərdə qeyd edilən hallar yerində araşdırılmışdır. Yerli baxış zamanı müəyyən edilmişdir ki, ayrıc aktında iddiaçının qanuni istifadəsində və balansında olan torpaq sahəsinin dəqiq koordinatları öz əksini tapmadığından mütəxəssislər və ekspertlər tərəfindən sahənin hüdudları və yeri miqyas, döngə nöqtələri, yoldan olan məsafə və digər texniki göstəricilər əsasında müəyyənləşdirilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, Cavabdeh faktiki istifadəsində olan 9411 kv.m torpaq sahəsinin Şıx sanatoriyasının ayrıc aktınım sərhədlərindən kənarda olan hissəsində icarəçi tərəfindən müvafiq icazələr alınmadan inşa edilmiş və hazırda restoran kimi fəaliyyət göstərən tikililər mövcuddur.
43. Məhkəmə kollegiyası apellyasiya şikayətini əsassız hesab edərək qeyd edir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin qüvvədə olma müddəti başa çatdığından və icarəyəverənin icarə münasibətlərini davam etdirmək niyyətində olmadığından Mülki Məcəllənin 697.1-ci maddəsinə və “İcarə haqqında” Azərbaycan Respublikası haqqında Qanunun 9-cu maddəsinin 3-cü hissəsinə əsasən sahənin icarəçi tərəfindən boşaldılmasını, o cümlədən icarəçi tərəfindən sahədə özbaşına inşa edilmiş tikililərin sökülməsini tələb etmək hüququ vardır. Buna görə də ilk iddianın təmin edildiyi hissədə qətnamə qanuni və əsaslı hesab edilir.
44. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, mübahisələndirilən qətnamə ilə ilk iddia üzrə cavabdehin iddiaçının ayrıc aktı ilə ona ayrılmış torpaq sahəsindən və üzərində yerləşən tikililərdən çıxarılması və yalnız həmin sahədə özbaşına inşa edilmiş tikililərin sökülməsi qət edildiyindən iddiaçının qanuni istifadəsinə ayrılmış sahədən kənarda yerləşən, dənizin qurudulması hesabına yaranmış torpaq sahəsi və üzərindəki tikililər məhkəmə baxışının predmeti deyil. Buna görə də dənizin qurudulması hesabına yaranmış torpaq sahəsinin sərhədlərinin dəqiqləşdirilməsi üçün apellyasiya instansiyası mərhələsində təkrar ekspertiza keçirilməsi barədə ilk iddia üzrə cavabdehin vəsatəti əsassız hesab edilərək təmin edilməmişdir. İlk iddia üzrə tələb qanuni və əsaslı olduğundan Cavabdeh sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilə edildiyi təsdiq edilmədiyi üçün qarşılıqlı iddia tələbinin rədd edildiyi hissədə də qətnamə qanuni və əsaslı hesab edilir.
45. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 168/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,
QƏT ETDİ:
İlk iddia üzrə Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-168/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.