Məhkəmə qərarları › İş №2-2(103)-418/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-418/2025

18.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-418/2025 18.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, Ziya Allahverdi oğlu Şirinov və Elnur Məmmədsaat oğlu Həsənovdan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-2793/2025 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 noyabr 2021-ci il tarixli, 530 saylı icarə müqaviləsi üzrə 97654.42 manat və ona hesablanmış 17577.79 ƏDV borcunun, xx.xx.2021-ci il tarixli, 541 saylı “Xidmətlərin göstərilməsi” haqqında müqavilə üzrə 21585.33 manat və ona hesablanmış 3885.35 ƏDV borcunun, xx.xx.2021-ci il tarixli, VD-047 saylı “yüklərin daşınması” haqqında müqavilə üzrə 1700 manat və ona hesablanmış 306 ƏDV borcunun, 1000 manat cərimə borcunun, ümumi dəyəri 33839 manat, hüquqi yardım üçün vəkilə ödənilən 640 (320 manat iddia tələbi və 320 manat Müvəqqəti təminat tədbiri üçün) manat pulun və 516 manat dövlət rüsumunun (469 manat iddia tələbi və 47 manat Müvəqqəti təminat tədbiri üçün) cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 25 fevral 2025-ci il tarixli, e-2-2(113)-2793/2025 nömrəli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Həmin tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə şikayət ünvanlayaraq, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 2793/2025 nömrəli qərardadının ləğv edilməsi və iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixində iddiaçının nümayəndəsi və vəkili Vəkil birinci instansiya məhkəməsinə apellyasiya şikayətindən imtina barədə ərizə təqdim etmişdir. Məhkəmə iddiaçının ərizəsinə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. 397.3-cü maddəsinə əsasən şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. 398.0.4-cü maddəsinə əsasən qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək apellyasiya instansiyası məhkəməsinin hüququdur. 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apelyasiya qaydasında baxa bilər. 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apelyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apelyasiya icraatına xitam verir. Belə olan halda məhkəmə kollegiyası şikayətdən imtinanın qanuna zidd olmadığını və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığını nəzərə alaraq hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətdən imtina qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.4, 400 və 402-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: İddiaçı şikayətdən imtinası qəbul edilsin. Apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Leyla Əliyeva Hakimlər: Elnur Həsənov Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar