Məhkəmə qərarları › İş №2-2(103)-419/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-419/2024

23.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-419/2024 23.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Şirinovun sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İlkin iddiaçının nümayəndəsi və vəkili Vəkil2, İlkin iddia üzrə cavabdehin nümayəndələri Nümayəndə1, (həm də vəkili) Nümayəndə2 və (direktor) Qanuni nümayəndə iştirakları ilə, İddiaçı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" QSC-nin "xxxx" Sanatoriyasının Cavabdeh MMC-yə qarşı icarə obyektinin boşaldılması, tikilmiş əlavə tikili və qurğuların cavabdehin hesabına sökülməsi, dəymiş ziyanın ödənilməsi və müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh MMC-yə qarşı icarə obyektinin boşaldılması, cavabdehin işçiləri ilə birlikdə icarə sahəsindən çıxarılması, icarə sahəsində quraşdırılmış avadanlıqların, eləcə də tikilmiş tikililərin cavabdehin hesabına sökülməsi tələblərinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-169/2023 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" QSC-nin "xxxx" Sanatoriyası Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin icarə obyektini boşaltması, cavabdeh tərəfindən tikilmiş (qurulmuş) əlavə tikili və qurğuların cavabdehin hesabına sökülməsi, iddia tələbi üzrə məhkəmə qətnaməsi icra edilənə kimi cavabdeh tərəfindən icarə obyektindən istifadə müddəti üzrə dəymiş ziyan məbləğinin (aylıq icarə haqqı məbləğində) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Daha sonra müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" QSC Cavabdeh MMC-yə qarşı restoran kimi fəaliyyət göstərən Cavabdeh icarə obyektini işçiləri ilə birlikdə boşaltması, onun tərəfindən inşa edilmiş və qurulmuş qanunsuz tikililərin və qurğuların cavabdehin vəsaiti hesabına sökülməsi və icarə obyektindən çıxarılması, iddiaçı tərəf olaraq istifadələrində və sərəncamlarında olan icarə obyektinə köçürülmələri, iddia tələbi üzrə məhkəmə qətnaməsi icra edilənə kimi cavabdeh tərəfindən icarə obyektindən istifadə müddəti üzrə aylıq icarə haqlarının toplam olaraq cavabdehdən tutularaq xeyrlərinə ödənilməsi barədə iddia ərizəsi ərizə ilə məhkəməyə müraciət etmişdir.

3. 12.01.2023-cü il tarixdə ilkin iddiaçı "xxxx" sanatoriyası ilkin iddia tələbinin dəqiqləşdirilməsi barədə sonuncu ərizə ilə məhkəməyə müraciət edərək, restoran kimi fəaliyyət göstərən Cavabdeh rəhbərliyi və işçi heyəti ilə birlikdə icarə obyekti olan qeyriyaşayış binasının və torpağının yerləşdiyi ünvandan, yəni mülkiyyətçi "xxxx" QSC-nin mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Namiq Quliyev küəsi 62 F ünvanda (əvvəlki ünvan Namiq Quliyev 45) yerləşən icarə obyekti olan qeyri-yaşayış binalarından və ərazidən, habelə "xxxx" SC tərəfindən Şıx sanatoriyasına istifadəyə verilmiş 1,67 ha torpaq sahəsindən çıxarılması, cavabdehin icarə obyektini və "xxxx" sanatoriyasının istifadəsinə verilmiş torpağı işçiləri ilə birlikdə boşaltması, onun tərəfindən icarə obyektində və qeyd edilən 1,67 ha torpaqda inşa edilmiş və qurulmuş qanunsuz tikililərin və qurğuların cavabdehin vəsaiti hesabına sökülməsi, iddiaçı tərəf olaraq istifadələrində və sərəncamlarında olan cavabdeh tərəfindən zəbt edilmiş icarə obyektinə və torpaqlarına köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. 12.01.2023-cü il tarixdə müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" QSC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək restoran kimi fəaliyyət göstərən Cavabdeh rəhbərliyi və işçi heyəti ilə birlikdə icarə obyekti olan qeyri-yaşayış binasının və torpağının yerləşdiyi ünvandan, yəni mülkiyyətçi "xxxx" QSCnin mülkiyyətində olan ünvan 3 ünvanda (əvvəlki ünvan Namiq Quliyev 45) yerləşən icarə obyekti olan qeyri-yaşayış binalarından və ərazidən, habelə "xxxx" SC tərəfindən "xxxx" sanatoriyasına istifadəyə verilmiş 1,67 ha torpaq sahəsindən çıxarılması, cavabdehin icarə obyektini və "xxxx" sanatoriyasının istifadəsinə verilmiş torpağı işçiləri ilə birlikdə boşaltması, onun tərəfindən icarə obyektində və qeyd edilən 1,67 ha torpaqda inşa edilmiş və qurulmuş qanunsuz tikililərin və qurğuların cavabdehin vəsaiti hesabına sökülməsi, iddiaçı tərəf olaraq mülkiyyətlərində olan cavabdeh tərəfindən zəbt edilmiş icarə obyektinə və istifadələrində olan torpaqlarına köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-169/2023 nömrəli qətnaməsi ilə iddiaçı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" QSC-nin "xxxx" Sanatoriyasının və müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" QSC-nin iddialarının təmin edilməsi, Cavabdeh "xxxx" QSC-nin mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahələri və həmin sahələrə aid olan torpaq sahəsindən, habelə 1985-ci ildə "xxxx" QSC-yə ayrılmış və "xxxx" QSC tərəfindən "xxxx" sanatoriyasına istifadəyə verilmiş 1,67 ha torpaq sahəsinin faktiki sahibliyində və istifadəsində olan hissəsindən çıxarılması, cavabdeh tərəfindən "xxxx" QSC-nin mülkiyyətində olan qeyri-yaşayış sahələri və həmin sahələrə aid torpaq sahəsi, eləcə də 1,67 ha torpaq sahəsinin cavabdehin faktiki sahibliyində və istifadəsində olan hissəsinin boşaldılması, Cavabdeh tərəfindən sözügedən qeyri-yaşayış sahəsi və həmin qeyri-yaşayış sahələrinə aid olan torpaq sahəsində, eləcə də 1,67 ha torpaq sahəsinin cavabdehin faktiki sahibliyində və istifadəsində olan hissəsində inşa edilmiş və qurulmuş qanunsuz tikililər və qurğuların cavabdehin hesabına sökülməsi, iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs cavabdeh tərəfindən zəbt edilmiş qeyri-yaşayış sahələri və torpaq sahələrinə köçürülmələri, iddiaçı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" QSC-nin "xxxx" Sanatoriyası tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq ilkin iddiaçı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" QSC-nin "xxxx" Sanatoriyasına, müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" QSC tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" QSC-yə ödənilməsi, iş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan 150 manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X4, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməsi qət edilmişdir.------------- --------------------

5. Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-169/2023 nömrəli qətnaməsinin ləğv olunması, iddia tələblərinin təmin olunmaması barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qanuni nümayəndə X8 Cəmiyyətini 2020-ci ildə təsis etmiş və xx.xx.2020-ci ildə Cəmiyyət dövlət qeydiyyatına alınmışdır. Cavabdeh qanuni təmsilçisi və direktoru Qanuni nümayəndədır. Mərhum həyat yoldaşı X11 2003-cü ildən ünvan 5 ünvanında səyyari ticarət xidmətlərin aparılması ilə məşğul olmuşdur. xx.xx.2007-ci ildə Bibiheybət bələdiyyəsi ilə mərhum həyat yoldaşı X11 arasında X2 ticarət xidmətlərin aparılması ilə məşğul olduğu Bibiheybət qəsəbəsi, N.Quliyev küçəsi 45 ünvanında dənizin kənarında yerləşən 360 kv.m. torpaq sahəsi barəsində torpaq icarəsi müqaviləsi bağlanılmışdır, müqavilənin müddəti 10 il müəyyən edilmışdır. Bakı şəhər İcra Hakimiyyəti Bakı şəhər Ticarət və Xidmət Departamenti X6 icarəyə götürdüyü Bibiheybət qəsəbəsi, N.Quliyev küçəsi 45 ünvanında dənizin kənarında yerləşən 360 kvm torpaq sahəsində tikərək yaratdığı Bül-Bül kafesinin qarşısındakı 100 kv.m. torpaq sahəsində ictimai iaşə xidmətinin aparılmasına 01 iyun 2008-ci ildə icazə vermişdir. İddiaçı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Kurort Qapalı Səhmdar Cəmiyyətinin Şıx Sanatoriyası cavabdehlər Bibiheybət bələdiyyəsinə və X7 qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi, qanunsuz inşa edilmış tikilinin sökülməsi və sahənin boşaldılması barədə 2009-cu ildə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsində iddia qaldırmışdır. 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 17 sentyabr 2009-cu il tarixli 2-(81) 1436/2009 saylı qətnaməsi ilə iddia təmin edilmış, cavabdehlər Bibiheybət bələdiyyəsi ilə X11 arasında bağlanılmış xx.xx.2007-ci il tarixlı müqaviləsinin etibarsız hesab edilməsi, X11 tərəfindən inşa olunmuş tikilinin sökülməsi və sahənin boşaldılması qət edilmışdır. Həmin ərəfədə X11 vəfat etdiyindən onun hüquqi varisi Qanuni nümayəndə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 17 sentyabr 2009-cu il tarixli 2(81)-1436/2009-saylı qətnaməsindən apellyasiya şikayəti vermiş və ötürülmüş müddətin bərpa edilməsi barədə ərizə vermişdir. 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin qərardadı ilə şikayətin verilməsi üçün buraxılmış müddət bərpa edilməmişdir. 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin qərardadından Bakı Apellyasiya Məhkəməsinə şikayət verilsə də, Bakı Apellyasiya Məhkəməsinin 21 oktyabr 2010-cu il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 21 oktyabr 2010-cu il tarixli qərardadından Qanuni nümayəndə tərəfindən kassasiya şikayəti verildikdən sonra iddiaçı tərəfin nümayəndələri onunla danışaraq müəyyən təkliflər etdilər, bu təklifləri qəbul edəcəyi təqdirdə onunla qeyrimüəyyən müddət müəyyən edilməklə hər il icarə müqaviləsi bağlanacağını və fəaliyyətini davam etdirəcəyini bildirdilər. İddiaçı tərəflə aralarında 20 dekabr 2010-cu ildə barışıq sazişi bağlanıldı. Həmin barışıq sazişinə əsasən Bibiheybət bələdiyyəsi ilə X11 arasında bağlanılmış xx.xx.2007-ci il tarixli icarə müqaviləsi etibarsız hesab edilmiş, hüquqi varisi olduğu mərhum həyat yoldaşı X6 şəxsi vəsaiti hesabına inşa etdirdiyi, sahibliklərində olan, tərəfindən işlədilən təxminən 250 kv.m.-ə yaxın sahəsi olan bir mərtəbəli iaşə obyekti sökülmür, dəyəri ödənilmədən Şıx sanatoriyasının balansına verilir, şıx sanatoriyası iaşə obyektini dəyəri ödənilmədən sanatoriyanın balansına götürür. Tərəflər gələcəkdə birbirinə qarşı hazırki mübahisə ilə bağlı yarana biləcək bütün iddia və tələblərdən imtina edirlər. Barışıq sazişi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndəsi, Kurort QSC-nin nümayəndəsi, Şıx sanatoriyasının nümayəndəsi, Bibiheybət bələdiyyəsinin nümayəndəsi və Qanuni nümayəndə tərəfindən imzalandı. Bundan sonra o ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İİK-ya müraciət edərək iddiaçılarla barışdığını və Bakı Apellyasiya Məhkəməsinin 21 oktyabr 2010-cu il tarixli qərardadından verdiyi kassasiya şikayətini geri götürdüyünü və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İİK-nın xx.xx.2010-cu il tarixli 2-1-529/2010 saylı qərarı ilə kassasiya şikayəti üzrə kassasiya icraatına xitam verildi. 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin qərardadı ilə iddiaçı tərəflə aralarında bağlanılmış 20 dekabır 2010cu il tarixli barışıq sazişi təsdiq edilmiş, 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2012ci il tarixli 8-(81)-726/2011 saylı qərardadı ilə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 17 sentyabr 2009-cu il tarixli 2-(81)-1436/2009 saylı qətnaməsi üzrə verilmiş xx.xx.2009-cu il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. 01 iyun 2012-ci ildə Şıx sanatoriyasının nümayəndələri ilə aralarında akt imzalandı və 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2012-ci il tarixli 8-(81)-726/2011 saylı qərardadının nəticəsi olaraq sanatoriyanın istifadəsində olan torpaq sahəsində inşa etdikləri 279 kv.m sahəsi olan iaşə obyekti onlara təhvil verildi, həmin iaşə obyektinin qarşısında Şıx sanatoriyasının istifadəsində olan torpaq sahəsində tərəflərindən metal konstruksiyadan quraşdırılmış iaşə sahələri isə onların sahibliyində qaldı. xx.xx.2012-ci ildə Şıx sanatoriyasının rəhbərliyi ilə Qanuni nümayəndə arasında icarə müqaviləsi bağlanıldı və tərtib olunmuş akta əsasən Şıx sanatoriyasına təhvil verdikləri, 279 kv.m sahəsi olan qeyriyaşayış sahəsi onlara icarəyə verildi, icarə müqaviləsində müqavilənin vaxtı bir il, aylıq icarə haqqı isə qış ayları üçün 150 manat, qalan aylar üçün isə 200 manat göstərildi, o müqavilədə göstərilən müddətə etiraz etdikdə isə ona bildirdilər ki, müqavilə qeyrimüəyyən müddətə hər il yenilənəcəkdir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Kurort QSC onların onlara təhvil verdikləri qeyri-yaşayış sahəsinə 2012-ci ildə çıxarış alaraq mülkiyyət hüququ əldə etdilər, həmin çıxarışda da torpaq sahəsinin dövlətə məxsus olması və Kurort QSC-nin istifadəsində olması göstərilir. 2005-ci ildən Xəzər dənizində suyun səviyyəsi enməyə başladığından dəniz geri çəkilməyə başlamış və Şıx sanatoriyasının istifadəsində olan torpaq sahəsi ilə dəniz arasında bataqlıq ərazi yaranmışdı, hələ mərhum həyat yoldaşı X1 Bakı şəhər İH-nin və Səbail RİH-nin razılığı ilə yanlarında fəaliyyət göstərən digər obyektlər kimi onlar da istifadələrində olan iaşə obyektinin qarşısında yaranmış həmin bataqlıq əraziyə qaya parçaları tökərək üstünə çınqıl və torpaq əlavə etdilər və həmin sahəni öz vəsaitləri hesabına tam olaraq abadlaşdırdılar, ərazidə fəaliyyət göstərən 10dan çox iaşə obyekləri kimi onlar da abadlaşdırdıqları həmin sahədə yaşıllaşdırma işləri apardılar, ağac, gül, kollar əkdilər və yüngül konstruksiyalı materiallardan iaşə köşkləri quraşdırdılar, dənizin kənarına kimi stul və stollar qoydular. Şıx sanatoriyasının istifadəsində olan torpaq sahəsi ilə Xəzər dəniz arasında dənizdə suyun səviyyəsi enməyə başladıqdan sonra yaranmış bataqlığın tərəflərindən qurudulması, abadlıq işlərinin aparıldığı, gül və yaşıl kolların əkildiyi, yüngül kosturuksiyalı materiallardan iaşə köşklərinin quraşdırıldığı ərazinin iddiaçının istifadəsində olan torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Tərəflərindən bu illər ərzində ərazidə apardıqları abadlaşdırma işləri, abadlaşdırdıqları ərazidə gördükləri işlər bilavasitə müvafiq icra hakimiyyəti orqanlarının və "xxxx" QSC-nin razılığı ilə öz vəsaitləri hesabına aparılmışdır və bu vaxta kimi bu işlərin görülməsinə hissə-hissə olmaqla bir milyon manatdan çox vəsait xərclənmişdir. 2022-ci ilə kimi "xxxx" QSC "xxxx" sanatoriyası ilə aralarında hər hansı problem yaşanmamışdır, aralarında bağlanılmış icarə müqaviləsi hər il yenilənmiş və tərəflərindən icarə müqaviləsinin şərtlərinə əməl edilmişdir. "xxxx" QSC "xxxx" sanatoriyası ilə aralarında sonuncu müqavilə 01 yanvar 2021-ci il tarixdə bağlanılmış, həmin icarə müqaviləsi onun təsisçisi və qanuni təmsilçisi olduğu Bül-Bül MMC ilə bağlanılmışdır, müqavilənin müddəti kimi əvvəlki illərdə olduğu kimi bir illik müddət göstərilmiş, icarə haqqı isə ilin yanvar, fevral, mart, oktyabr, noyabr, dekabr ayları üçün 400 manat, ilin qalan ayları üçün isə 900 manat müəyyən olunmuşdur. 06 sentyabr 2022-ci ildə X16 Cəmiyyəti tərəfindən onlara məktub ünvanlanmış və məktubda fəaliyyət göstərdikləri sahənin boşaldılması göstərilmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti "xxxx" sanatoriyası ilə aralarında icarə müqaviləsinin bağlanmasından imtina edilməsinin səbəbləri kimi məktubda göstərmişdir ki, “sanatoriyaya istirahətə və müalicəyə gələnlərin açıq havada, dəniz kənarında istirahətini, gəzintisini təşkil və təmin etmək üçün sanatoriyanın daimi istifadəsində olan torpaq sahəsində abadlaşdırma, yaşıllaşdırma işlərinin aparılması, həyətdə oturacaqlar, müxtəlif əyləncə yerləri təşkil etmək nəzərdə tutulmasıdır, iaşə obyektlərinin tüstüsü ekologiyanı çirkləndirir, ora gələn maşınların səsküyü müalicəyə gələnlərin haqlı narazılıqlarına səbəb olur, onların istirahətinə, gəzintisinə mane olur. Əslində isə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti "xxxx" sanatoriyasının icarə müqaviləsinin davam etdirilməsindən imtina edilməsi üçün göstərdiyi əsaslar tamamilə əsassızdır, belə ki, "xxxx" sanatoriyası X8 Cəmiyyətinin icarəsində və istifadəsində olan iaşə obyektindən 200-250 metr aralıda təpənin yuxarı hissəsindədir və iaşə obyektinin iyisinin, tüstüsünün sanatoriyaya tərəf getməsi mümkün deyildir və buna nəzarət edən orqan tərəfindən onlara heç bir etiraz bildirilməmişdir. İaşə obyektinə gələn avtomaşınlar sanatoriyanın daimi istifadəsinə verilmiş torpaq sahəsindən istifadə etmir, sanatoriyaya istirahətə və müalicəyə gələnlərin açıq havada, dəniz kənarında gəzintisinə sanatoriyanın həyətində oturacaqların qurulması, abadlıq işlərinin aparılmasına, əyləncə yerlərinin təşkil edilməsinə iaşə obyekti tərəfindən heç bir maneə yaradılmamış, tam əksinə X8 Cəmiyyəti icarəsində və istifadəsində olan ərazini tam olaraq abadlaşırmış, yaşıllaşdırmış və onlarla stol-stullar qoyulmuşdur. Şıx Sanatoriyası onun köməksiz vəziyyətindən istifadə edərək, bir milyon manatdan çox vəsait qoyaraq yaratdığı, on ildən çoxdur ki, sahibliyində, istifadəndə olan iaşə obyektini əlindən almaq istəyir və onunla icarə müqaviləsi bağlamır.İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin "xxxx" Sanatoriyası eyni tələblərlə bağlı 2009-cu ildə onlara qarşı iddia qaldırmış və razılaşdıqları müəyyən şərtlər daxilində aralarında barışıq sazişi bağlanılmış və həmin barışıq sazişi məhkəmə qərardadı ilə təsdiq edilmiş, tərəflər bu mübahisə ilə bağlı yarana biləcək bütün iddia və tələblərdən imtina etmişlər, indi yenidən iddiaçı iddia tələbinə qismən əlavələr etməklə eyni tələblərlə, eyni əsaslar üzrə yenidən məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası MPM-nin 153.2.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa məhkəmə ərizəni qəbul etməkdən imtina edilməsi barədə qərardad çıxarır. Əgər icarə müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, icarəyə götürülmüş ərazidə icarəyəverənin razılığı ilə icarəçinin vəsaiti hesabına tikilmiş, aparılması mümkün olmayan binalar və qurğular icarəçiyə məxsusdur. Müqavilənin müddəti qurtardıqda və ya müqavilə pozulduqda icarəyəverən həmin binaların və qurğuların bazar dəyərini icarəçiyə ödəməlidir. Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla, digər dövlət və bələdiyyə torpaqlarının bilavasitə icarəyə verilməsi barədə qərar torpağı icarəyə götürmək istəyənin ərizəsi, icarəyə verilən torpaq sahəsi qanuni istifadədə olduqda isə torpaq istifadəçisinin razılığı və müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin rəyi əsasında hakimiyyəti orqanının və ya bələdiyyənin rəyi əsasında qəbul olunur və icarəyəverənlə icarəçi arasında icarə müqaviləsi bağlanılır. Torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və "xxxx" Sanatoriyası dövlət torpaqlarının icarəyə verilməsi ilə bağlı heç bir qaydaya əməl etməmiş, lazımi icazə və rəylər alınmadan öz istəklərinə uyğun olaraq torpaq sahəsini icarəyə vermişlər. Məhkəmə qətnaməsində iş üçün əhəmiyyətli olan sübutlara tam və ətraflı qiymət verilməmişdir. İş üzrə ekspert və mütəxəssiz rəyləri alınmış, müvafiq sənədlər işə əlavə edilmişdir. Fərqli ekspert rəyləri olmasına baxmayaraq Məhkəmə iddiaçı tərəfin xeyrinə olan rəyi əsas götürmüş və mötəbər sübut olaraq qiymətləndirmişdir. Halbuki, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən Cavabdeh MMC-nin faktiki istifadəsində olan torpaq sahəsi ilə Bakı şəhəri X10 İcraiyyə Komitəsinin 1/12 saylı xx.xx.1985-ci il tarixli qərarı, həmin qərara əlavə edilmiş cizgi və akt əsasən "xxxx" QSC-yə ayrılmış 1,67 ha torpaq sahəsinin üst-üstə düşmədiyi, Cavabdeh MMC-nin faktiki istifadəsində olan torpaq sahəsinin "xxxx" QSC-yə ayrılmış 1,67 ha torpaq sahəsinin şərq tərəfində yerləşdiyi müəyyən edilmişdir. Ekspert rəyləri arasında olan ziddiyətləri məhkəmə əsaslı və qanuni formada aydınlaşdırmadan, rəyləri vermiş ekspertləri məhkəməyə dəvət etmədən, onların izahatı dinlənilmədən şəxsi yanaşmasına əsasən bu və ya digər rəyə üstünlük vermişdir. Bu isə ədalətli məhkəmə qərarının çıxarılmasına gətirib çıxarmamışdır. Tərəflər arasındakı Barışıq sazişinə əsasən BibiHeybət Bələdiyyəsi ilə X11 arasında bağlanmış 08 fevral 2007-ci il il tarixli icarə müqaviləsi etibarsız hesab edilmiş, X11 tərəfindən Bibi-Heybət qəsəbəsi Namiq Quliyev küçəsi 57-də inşa edilmiş bir mərtəbəli iaşə obyektinin sökülməməsini, dəyəri ödənilmədən "xxxx" sanatoriyasının balansına verilməsini öhdəsinə götürmüş, "xxxx" sanatoriyası isə iaşə obyektinin dəyəri ödənilmədən sanatoriyanın balansına götürülməsini öhdəsinə götürmüş və tərəflər gələcəkdə bir-birinə qarşı hazırkı mübahisə ilə bağlı yarana biləcək bütün iddia və tələblərindən imtina etmişlər. Göründüyü kimi bu barışıq sazişi ilə bütün məsələlərə nöqtə qoyulmuşdur. Barışıq sazişini X6 varisi Qanuni nümayəndə imzalamışdır. Hər iki iş üzrə nə tərəflər, nə də ki mübahisə predmeti dəyişməmişdir. Məhkəmənin bununla bağlı mövqeyi tam əsassızdır. Məhkəmə hesab etmişdir ki, hazırkı işdə cavabdeh qismində Qanuni nümayəndə deyil, mülki hüququn müstəqil subyekti olan Cavabdeh MMC çıxış edir və sözügedən barışıq sazişinin məzmunundan görünür ki, həmin sazişə tərəflərin mübahisəli qeyri yaşayış sahəsinin "xxxx" sanatoriyasının balansına verildikdən sonra Qanuni nümayəndə icarəsinə və ya istifadəsinə verilməli olması barədə razılığa gəlmələrinə dəlalət edən hər hansı şərt daxil edilməmişdir. Bu barədə qeyd etmək lazımdır ki, sözügedən obyektlə bağlı ilk icarə müqaviləsi xx.xx.2012ci il tarixdə bağlanılmış və həmin icarə müqaviləsinin subyektləri Qanuni nümayəndə və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin "xxxx" Sanatoriyası olmuşdur. Həmin icarə müqaviləsinə əsasən ödəniş müəyyən edilmiş və aylıq olaraq icarə haqqı ödənilmişdir. Bu proses tam olaraq 10 il davam etmişdir. O vaxta qədər ki, qəfildən "xxxx" Sanatoriyasının rəhbərliyinin könlünə Qanuni nümayəndə həmin ərazidən çıxartmaq düşmüşdür. X6 varisi Qanuni nümayəndə elə mərhum yoldaşı ilə birlikdə 30 ilə yaxındır ki həmin ərazidə min bir əziyyətlə abad şərait yaratmışlar.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdehin nümayəndələri Nümayəndə1, (həm də vəkili) Nümayəndə2 və (direktor) Qanuni nümayəndə apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdilər.

9. Məhkəmə iclasında ilkin iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

Azərbaycan Respublikası Mülki Məcəlləsi

10. 700.1-ci maddə- icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

11. 700.2-ci maddə- icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 12.700.3-cü maddə-əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

13. 697.1-ci maddəsinə görə kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur.

14. 180.4-cü maddə- tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

“İcarə haqqında” AR Qanunun

15. 9-cu maddəsinin 3-cü hissəsi- icarəyə götürülmüş ərazidə icarəyəverənin razılığı olmadan icarəçinin vəsaiti hesabına tikilmiş, aparılması mümkün olmayan binalar və qurğular icarəyəverənə məxsusdur. İcarəyəverən bunların sökülməsini tələb etdikdə icarəçi onları öz hesabına sökməyə və ya sökülmə xərclərini ödəməyə borcludur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

16. 88-ci maddə-məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

17. 77.1-ci maddə- hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. 119.1-ci maddə- məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

17. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Namiq Quliyev, 62F (əvvəlki ünvan N.Quliyev 57) ünvanında 0,02022 ha torpaq sahəsində yerləşən əmlak kompleksi kimi müəssisə daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2012-ci il tarixli çıxarışa əsasən (reyestr nömrəsi **********56-12301) Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" QSCnin xüsusi mülkiyyətindədir. "xxxx" QSC-nin Müşahidə Şurasının xx.xx.2013-cü il tarixli 7 nömrəli qərarı ilə həmin qeyri-yaşayış binası (iaşə obyekti) əvəzsiz olaraq Cəmiyyətin tabeliyində olan "xxxx" sanatoriyasının sərəncamına və istifadəsinə verilmiş və qeyd edilən iaşə obyektinə aid istənilən hüquqi əqdləri bağlamaq, o cümlədən icarə müqavilələri bağlamaq, icarə haqqı ödənişlərini toplamaq, toplanmış icarə haqqı ödənişlərini sanatoriyanın zəruri xərclərinə yönəltmək, həmin iaşə obyektləri ilə bağlı bütün dövlət və qeyri-dövlət müəssisələri ilə danışıqlar aparmaq, hüquqi sənədləri hazırlamaq və təqdim etmək, zəruri sənədləşmələri aparmaq səlahiyyətləri "xxxx" sanatoriyasına həvalə edilmişdir. İddiaçı "xxxx" Sanatoriyası ilə Cavabdeh MMC arasında 01 yanvar 2021-ci il tarixli 02 saylı icarə müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Səbail rayonu, Bibi-heybət qəsəbəsi, Namiq Quliyev 45 ünvanında küçəsində yerləşən qeyriyaşayış sahəsi 01 yanvar 2022-ci il tarixədək cavabdehə icarəyə verilmişdir. Müqavilə müddəti bitdikdən sonra "xxxx" Sanatoriyası tərəfindən Cavabdeh MMC-yə icarə müqaviləsinə xitam verilməsi və icarə obyektinin boşaldılması barədə dəfələrlə yazılı bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq Cavabdeh MMC tərəfindən icarə obyekti boşaldılmamışdır.

18. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, Bakı şəhər X10 İcraiyyə Komitəsinin tikintinin layihələndirilməsinə görə icazə və torpaq sahəsinin ayrılması barədə xx.xx.1985-ci il tarixli 1/12 saylı qərarı ilə Azərbaycan Həmkarlar İttifaqları Kurortlarını İdarəetmə üzrə Azərbaycan Respublika Şurasına 26 Bakı komissarı rayonu, Xanlar qəsəbəsi, Kurort küçəsində “Şıxov” sanatoriyasına bitişik ərazidə 1,67 ha torpaq sahəsi ayrılmış və həmin sahədə bulvar-istirahət zonasının təşkilinə icazə verilmişdir. Bundan sonra Azərbaycan Həmkarlar İttifaqları Kurortlarını İdarəetmə üzrə Azərbaycan Respublika Şurasının hüquqi varisi olan "xxxx" QSC-nin Müşahidə Şurasının xx.xx.2012-ci il tarixli 3 nömrəli qərarı ilə həmin torpaq sahəsi "xxxx" sanatoriyasının istifadəsinə verilmişdir.

19. İddiaçı "xxxx" Sanatoriyası 01 yanvar 2021-ci il tarixli 02 saylı icarə müqaviləsinə icarə müddətinin bitməsi ilə əlaqədar xitam verilməsinə baxmayaraq Cavabdeh MMC-nin icarə obyektini boşaltmadığını, eləcə də icarə obyekti ilə yanaşı həmin ərazidə 1985-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Kurortlarını İdarəetmə üzrə Azərbaycan Respublika Şurasına ("xxxx" QSC-nin hüquqi sələfi) ayrılmış 1,67 ha torpaq sahəsinin bir hissəsinin də cavabdehin qanunsuz sahibliyində və istifadəsində olduğunu, bununla yanaşı cavabdehin həm icarə obyektinə daxil olan torpaq sahəsində, həm də "xxxx" QSC-nin hüquqi sələfi Azərbaycan Həmkarlar İttifaqları Kurortlarını İdarəetmə üzrə Azərbaycan Respublika Şurasına ayrılmış 1,67 ha torpaq sahəsində qanunsuz tikililər inşa etdiyini əsas göstərərək Cavabdeh MMC-nin rəhbərliyi və işçi heyəti ilə birlikdə icarə obyekti olan qeyri-yaşayış obyekti və torpaqdan, yəni mülkiyyətçi "xxxx" QSC-nin mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən icarə obyekti olan qeyri-yaşayış binalarından və ərazidən, habelə "xxxx" QSC tərəfindən Şıx sanatoriyasına istifadəyə verilmiş 1,67 ha torpaq sahəsindən çıxarılması, cavabdehin icarə obyektini və "xxxx" sanatoriyasının istifadəsinə verilmiş torpağı işçiləri ilə birlikdə boşaltması, onun tərəfindən icarə obyektində və qeyd edilən 1,67 ha torpaqda inşa edilmiş və qurulmuş qanunsuz tikililərin və qurğuların cavabdehin vəsaiti hesabına sökülməsi, iddiaçı tərəf olaraq istifadələrində və sərəncamlarında olan cavabdeh tərəfindən zəbt edilmiş icarə obyektinə və torpaqlarına köçürülmələrini tələb edir.

20. Bununla yanaşı müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" QSC də iddia qaldıraraq Cavabdeh MMC-nin rəhbərliyi və işçi heyəti ilə birlikdə icarə obyekti olan qeyri yaşayış obyektindən və torpaqdan, yəni mülkiyyətçi "xxxx" QSC-nin mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən icarə obyekti olan qeyri-yaşayış binalarından və ərazidən, habelə "xxxx" SC tərəfindən "xxxx" sanatoriyasına istifadəyə verilmiş 1,67 ha torpaq sahəsindən çıxarılması, cavabdehin icarə obyektini və "xxxx" sanatoriyasının istifadəsinə verilmiş torpağı işçiləri ilə birlikdə boşaltması, onun tərəfindən icarə obyektində və qeyd edilən 1,67 ha torpaqda inşa edilmiş və qurulmuş qanunsuz tikililərin və qurğuların cavabdehin vəsaiti hesabına sökülməsi, iddiaçı tərəf olaraq mülkiyyətlərində olan cavabdeh tərəfindən zəbt edilmiş icarə obyektinə və istifadələrində olan torpağa köçürülmələrini tələb edir.

21. Sözügedən tələblərlə bağlı məhkəmə qeyd etmişdir ki, Cavabdeh MMC hazırda mübahisəli ərazidə yerləşən qeyri-yaşayış sahələri və torpaq sahəsinin faktiki istifadəsində olmasını inkar etməsə də, sözügedən qeyri-yaşayış sahələrinin "xxxx" QSC-nin mülkiyyətində olan və "xxxx" sanatoriyasından icarəyə götürdüyü əmlak kompeksi olması, eləcə də istifadəsində olan torpaq sahəsinin "xxxx" QSC-yə ayrılmış 1,67 ha torpaq sahəsinin bir hissəsi olması faktlarını mübahisələndirmişdir. Göstərilən hal, eləcə də "xxxx" QSC-nin mülkiyyətində olan əmlak kompleksinin ünvanı ilə (Namiq Quliyev 62 F) icarə obyektinin ünvanının (Namiq Quliyev 45) fərqli olması nəzərə alınaraq mübahisəli halın aydınlaşdırılması üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası və sonradan təkrar məhkəmə tikinti-texniki ekspertizası keçirilmişdir. Təkrar ekspertizanın nəticəsi olaraq tərtib edilmiş 25 oktyabr 2023-cü il tarixli ekspert rəyi ilə “Bül-bül MMC-nin faktiki istifadəsində olan qeyri-yaşayış sahələri və onlara aid torpaq sahəsinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının "xxxx" QSC-nin adına dövlət reyestrində qeydiyyatı aparılmış **********56-12301 reyestr nömrəli əmlak kompleksi (texniki pasport üzrə “A”, “B”, “C” literli tikililəri (əlavə mövsümü tikililəri) daxil olmaqla) ilə üst-üstə düşməsi, eləcə də Bakı şəhəri X10 İcraiyyə Komitəsinin 1/12 saylı xx.xx.1985-ci il tarixli qərarı, həmin qərara əlavə edilmiş cizgiyə (akta) əsasən "xxxx" QSC-yə ayrılmış 1.67 ha torpaq sahəsinin bir hissəsi olması müəyyən edilmişdir.

22. Cavabdeh şikayətdə “ekspert rəyləri arasında olan ziddiyətləri məhkəmə əsaslı və qanuni formada aydınlaşdırmadan, rəyləri vermiş ekspertləri məhkəməyə dəvət etmədən, onların izahatı dinlənilmədən şəxsi yanaşmasına əsasən bu və ya digər rəyə üstünlük vermişdir. Bu isə ədalətli məhkəmə qərarının çıxarılmasına gətirib çıxarmamışdır” dəlilini qeyd etsə də, məhkəmə qətnaməsində göstərmişdir ki, cavabdehin istinad etdiyi təkrar ekspertizanın rəyi ilə ilkin ekspertiza rəyi arasında (cavabdehin istifadəsində olan torpaq sahəsinin 1985-ci ildə "xxxx" QSC-yə ayrılmış 1,67 ha torpaq sahəsinin daxil olması hissəsində) ziddiyyətlərin olması barədə dəlillərinə münasibətdə qeyd edilməlidir ki, ilkin ekspertiza keçirilərkən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin mütəxəssisləri ekspertiza tədqiqatına cəlb edilməmiş, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi ilə "xxxx" QSC-yə ayrılmış torpaq sahəsinin koordinatları müqayisə edilməmişdir. Göstərilən halları nəzərə alaraq məhkəmə ekspert rəyinin sözügedən hissəsi ilə razılaşmamış və mübahisəli halların aydınlaşdırılması üçün təkrar ekspertizanın təyin edilməsini zəruri hesab etmişdir. Qeyd edilən əsasla məhkəmə hesab etmişdir ki, ilkin ekpertiza rəyinin yuxarıda göstərilən hissəsi mötəbər sübut kimi qəbul edilə bilməz. Göründüyü kimi məhkəmə ikinci ekspert rəyinə üstünlük verməsini qanunun tələbinə uyğun olaraq əsaslandırmışdır.

23. İş materiallarından görünür ki, mübahisəli əmlak kompleksinə dair "xxxx" Sanatoriyası ilə Cavabdeh MMC arasında bağlanmış 01 yanvar 2021-ci il tarixli 02 saylı icarə müqaviləsinin müddəti 01 yanvar 2022-ci ildə bitmiş və "xxxx" Sanatoriyası tərəfindən Cavabdeh MMC-yə icarə obyektinin boşaldılmasına dair xəbərdarlıqlar edilmişdir. Göründüyü kimi tərəflər arasında bağlanmış icarə müqaviləsinə xitam verilməklə Cavabdeh MMC-nin mübahisəli daşınmaz əmlakdan (qeyri-yaşayış sahələri və torpaq sahəsi) istifadə və sahiblik etməsi üçün mövcud olmuş müqavilə əsası aradan qalxmışdır. Digər tərəfdən Cavabdeh MMC faktiki istifadəsində olan daşınmaz əmlak (qeyri-yaşayış sahələri və torpaq sahəsi) üzərində qanunla qorunan əşya hüququna malik olmasını, yəni həmin əmlak üzərində sahibliyinin qanuni olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

24. İş materiallarında olan Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2iqt(81)-1436/2011 saylı qərardadı ilə tələbkarlar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, "xxxx" Səhmdar Cəmiyyəti və "xxxx" sanatoriyası ilə borclular Qanuni nümayəndə və Bibi-Heybət Bələdiyyəsi arasında bağlanmış barışıq sazişinə əsasən mübahisəli qeyri-yaşayış sahəsinin qeyri-müəyyən müddətə Qanuni nümayəndə icarəsinə verilməli olması barədə cavabdehin istinad etdiyi dəlillərə gəldikdə məhkəmə qeyd edir ki, birincisi, hazırkı işdə cavabdeh qismində Qanuni nümayəndə deyil, mülki hüququn müstəqil subyekti olan Cavabdeh MMC çıxış edir. İkincisi, sözügedən barışıq sazişinin məzmunundan görünür ki, həmin sazişə tərəflərin mübahisəli qeyri-yaşayış sahəsinin "xxxx" sanatoriyasının balansına verildikdən sonra Qanuni nümayəndə icarəsinə və ya istifadəsinə verilməli olması barədə razılığa gəlmələrinə dəlalət edən hər hansı şərt daxil edilməmişdir.

25. Beləliklə, işin yuxarıda göstərilən halları ilə öz təsdiqini tapmışdır ki, icarə müqaviləsi üzrə icarə verən olan "xxxx" sanatoriyası Mülki Məcəllənin 697.1-ci maddəsinin tələblərinə əsaslanaraq icarə obyekti olmuş, lakin icarə münasibətlərinə xitam verilməsinə baxmayaraq icarə verənə qaytarılmamış əmlakın (qeyri-yaşayış sahələri və ona aid torpaq sahəsinin) qaytarılmasını, müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" QSC isə həmin qeyri-yaşayış sahəsinin mülkiyyətçisi və torpaq sahəsinin qanuni sahibi qismində Mülki Məcəllənin 157.2-ci və 157.8-ci maddələrinə əsaslanaraq Cavabdeh MMC-nin qanunsuz sahiblik və istifadəsində olan daşınmaz əmlakın (qeyri-yaşayış sahələri və torpaq sahəsinin) qaytarılmasını, eynilə iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs 1985-ci ildə "xxxx" QSC-yə ayrılmış və QSC tərəfindən “Şıx“ sanatoriyasının istifadəsinə verilmiş 1,67 ha torpaq sahəsinin qanuni sahibləri qismində Mülki Məcəllənin 157.2-ci ə 157.8-ci maddələrinə əsaslanaraq həmin torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmiş hissəsinin qaytarılmasını tələb etməklə haqlıdırlar.

26. Odur ki, məhkəmə hesab etmişdir ki, əmlak kompleksindən (qeyri-yaşayış sahbələri və onlara aid torpaq sahəsindən), eləcə də 1985-ci ildə "xxxx" QSC-yə ayrılmış və "xxxx" sanatoriyasının istifadəsində olan torpaq sahəsindən Cavabdeh MMC-nin çıxarılması və həmin əmlak kompleksinə və torpaq sahəsinə köçürülmə hissəsində hər iki iddia əsaslı olduğundan təmin edilməlidir.

27. İddiaların ikinci tələbi mübahisəli torpaq sahəsində cavabdeh tərəfindən özbaşına inşa edilmiş tikililərin sökülməsi ilə bağlı olmuşdur.

28. Həmin tələblə bağlı qeyd edilməlidir ki, iş üzrə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 12 may 2023-cü il tarixli, 10/1373 saylı ekspert rəyi ilə "xxxx" QSC– nin adına verilmiş texniki pasportla əhatə edilən ərazidə (yəni icarədə olmuş obyektin daxilində) həmin pasportda öz əksini tapmayan sanitar qovşağı tikilisinin inşa edilməsi, eyni zamanda pasportla əhatə edilməyən ərazidə 5 ədəd taxtadan inşa edilmiş otaqlar, bir ədəd talvar tikilisinin (mövsümi xidmət sahəsi) inşa edilməsi, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 25 oktyabr 2023-cü il tarixli ekspert rəyi ilə isə Cavabdeh MMC-nin faktiki istifadəsində olan torpaq sahəsinin tam şəkildə "xxxx" QSC-yə ayrılmış 1,67 ha torpaq sahəsində daxilində yerləşməsi müəyyən edilmişdir.

29. Beləliklə, işin yuxarıda göstərilən halları ilə öz təsdiqini tapmışdır ki, Cavabdeh MMC-nin inşa etdiyi, texniki pasportda əks olunmayan sanitar qovşağı, 5 ədəd taxtadan inşa edilmiş otaqlar, bir ədəd talvar tikilisi "xxxx" QSC-nin mülkiyyətində olan, icarə obyekti olmuş əmlak kompleksinin və "xxxx" QSC-yə ayrılmış 1,67 ha torpaq sahəsinin daxilində yerləşir. Sözügedən tikililərin Cavabdeh MMC tərəfindən inşa edilib-edilməməsi məsələsinə gəldikdə qeyd edilməlidir ki, cavabdeh mübahisəli ərazidə tikililərin onun tərəfindən inşa edilməsi faktını mübahisələndirməmişdir. Bundan əlavə qeyd edilməlidir ki, Cavabdeh MMC mübahisəli tikililərin inşa edilməsinin lazımi icazələr alınmaqla (məlumatlandırma icraatı tətbiq edilən tikililərə münasibətdə isə həmin icraat tətbiq edilməklə), eləcə də icarəyə verən "xxxx" Sanatoriyasının razılığı alınmaqla aparılması təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

30. “İcarə haqqında” AR Qanununun 9-cu maddəsinin 3-cü hissəsinə görə icarəyə götürülmüş ərazidə icarəyəverənin razılığı olmadan icarəçinin vəsaiti hesabına tikilmiş, aparılması mümkün olmayan binalar və qurğular icarəyəverənə məxsusdur. İcarəyəverən bunların sökülməsini tələb etdikdə icarəçi onları öz hesabına sökməyə və ya sökülmə xərclərini ödəməyə borcludur.

31. Odur ki, qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, "xxxx" QSC-nin mülkiyyətində olan əmlak kompeksinin və "xxxx" QSC-yə ayrılmış 1,67 ha torpaq sahəsinin daxilində yerləşən, Cavabdeh MMC tərəfindən inşa edilmiş və "xxxx" QSC-nin adına verilmiş texniki pasportda öz əksini tapmayan tikililər Mülki Məcəllənin 180-ci maddəsinin tələbləri baxımından şəhərsalma və tikinti qaydalarını pozmaqla inşa edilmiş özbaşına tikililər olduğundan maraqlı şəxslərin (hazırkı halda müvafiq torpaq sahəsinin qanuni sahiblərinin) iddiasına əsasən Cavabdeh MMC-nin vəsaiti hesabına sökülməlidir.

32. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə eyni zamanda qeyd edir ki, mübahisələndirilən qətnamə ilə ilk iddia üzrə cavabdehin iddiaçının ayrıc aktı ilə ona ayrılmış torpaq sahəsindən və üzərində yerləşən tikililərdən çıxarılması və yalnız həmin sahədə özbaşına inşa edilmiş tikililərin sökülməsi qət edildiyindən iddiaçının qanuni istifadəsinə ayrılmış sahədən kənarda yerləşən torpaq sahəsi və üzərindəki tikililər məhkəmə baxışının predmeti deyil. Buna görə də ayrıc aktından kənarda yerləşən, hazırda ilk iddia üzrə cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin sərhədlərinin dəqiqləşdirilməsi üçün apellyasiya instansiyası mərhələsində təkrar ekspertiza keçirilməsi barədə ilk iddia üzrə cavabdehin vəsatəti əsassız hesab edilərək təmin edilməmişdir.

33. Cavabdeh apellyasiya şikayətində hüquqi əsas kimi İcarə haqqında qanunun 9cu maddəsinin 3-cü hissəsinə istinad edərək icarəyə verilmiş torpaqda aparılması mümkün olmayan binalar və qurğuların icarəçiyə məxsus olmasını bildirmişdir.

34. Həmin maddədə qeyd edilmişdir ki, əgər icarə müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, icarəyə götürülmüş ərazidə icarəyəverənin razılığı ilə icarəçinin vəsaiti hesabına tikilmiş, aparılması mümkün olmayan binalar və qurğular icarəçiyə məxsusdur. Müqavilənin müddəti qurtardıqda və ya müqavilə pozulduqda icarəyəverən həmin binaların və qurğuların bazar dəyərini icarəçiyə ödəməlidir.

35. Kollegiya bu dəlili ona görə əsassız hesab edir ki, iddiaçı razılığının verilməsini qəbul etməmiş, cavabdeh isə razılığın verilməsini sübuta yetirə bilməmişdir. Bundan əlavə cavabdehin binaların və qurğuların bazar dəyərini ödənilməsinə dair iddia tələbi yoxdur. Bu səbəbdən İcarə haqqında qanunun 9-cu maddəsinin 3-cü hissəsi hazırkı mübahisəyə tətbiq edilə bilməz.

36. Cavabdeh apellyator şikayətində qeyd edir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və "xxxx" Sanatoriyası dövlət torpaqlarının icarəyə verilməsi ilə bağlı heç bir qaydaya əməl etməmiş, lazımi icazə və rəylər alınmadan öz istəklərinə uyğun olaraq torpaq sahəsini icarəyə vermişlər, Torpaq icarəsi haqqında qanunun 10 və 12-ci maddələrinin tələblərinə riayət etməmişlər. (Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla, digər dövlət və bələdiyyə torpaqlarının bilavasitə icarəyə verilməsi barədə qərar torpağı icarəyə götürmək istəyənin ərizəsi, icarəyə verilən torpaq sahəsi qanuni istifadədə olduqda isə torpaq istifadəçisinin razılığı və müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin rəyi əsasında qəbul olunur və icarəyəverənlə icarəçi arasında icarə müqaviləsi bağlanılır.)

37. İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX seriyalı ******* saylı çıxarışına (reyestr nömrəsi **********28- 06301) əsasən Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Namiq Quliyev, 62F ünvanında 0,03258 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 265,6 m2 olan qeyriyaşayış binası (qeyriyaşayış binasının tərkibinin (həyətyanı tikili və qurğuların) tikintialtı sahəsi ümumilikdə 736,2 m2-dir) Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" QSC-nin xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır.

38. İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX seriyalı ******* saylı çıxarışına (reyestr nömrəsi **********56- 12301) və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məktubuna əsasən müəyyən edilir ki, Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Namiq Quliyev, 62F ünvanında 0,02022 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 234,3 m2 olan əmlak kompleksi kimi müəssisə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "xxxx" QSC-nin hazırda xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır.

39. Cavabdehin istinad etdiyi torpaq icarəsi haqqında qanunun müvafiq maddələri hazırkı işə tətbiq edilə bilməz. Belə ki, həmin maddələr torpağın icarəsi ilə bağlı münasibətləri tənzimləyir, halbuki tərəflər arasında müqavilənin predmeti torpaq sahəsi deyil, qeyri-yaşayış sahəsi olan əmlak kompleksidir.

40. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 oktyabr 2023-cü il tarixli, 3-3-16/2-10/5461 saylı ekspert rəyindən görünür ki: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi X14 tərəfindən 04 oktyabr 2023-cü il tarixli, 3-21-3-30/2-35731/2023-**********31 saylı mütəxəssis əsasən müəyyən edilmişdir ki: - Qərardadın birinci sualı üzrə: “Bül-bül MMC-nin faktiki istifadəsində olan torpaq sahəsi və üzərindəki qeyri-yaşayış sahələri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının "xxxx" QSC-nin adına dövlət reyestrində qeydiyyatı aparılmış **********56-12301 reyestr nömrəli əmlak kompleksinin texniki pasport üzrə “A”, “B”, “C” literli tikililəri (əlavə mövsümü tikililəri) daxil olmaqla Bakı şəhəri X10 İcraiyyə Komitəsinin 1/12 saylı xx.xx.1985ci il tarixli qərarı, həmin qərara əlavə edilmiş cizgiyə (akta) əsasən "xxxx" QSC-yə ayrılmış 1.67 ha torpaq sahəsinin bir hissəsidir (tam üst-üstə düşür). Faktiki olaraq göstərilən 1.67 ha torpaq sahəsinin koordinatları əlavə olunur. - Qərardadın ikinci sualı üzrə: “Bül-bül MMC-nin faktiki istifadəsində olan torpaq sahəsi və üzərindəki qeyri-yaşayış sahələri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının "xxxx" QSC-nin adına dövlət reyestrində qeydiyyatı aparılmış **********56-12301 reyestr nömrəli əmlak kompleksinin texniki pasport üzrə “A”, “B”, “C” literli tikililəri (əlavə mövsümi tikililəri) daxil olmaqla Bakı şəhəri X10 İcraiyyə Komitəsinin 1/12 saylı xx.xx.1985ci il tarixli qərarı, həmin qərara əlavə edilmiş cizgiyə (akta) əsasən "xxxx" QSC-yə ayrılmış 1.67 ha torpaq sahəsinin bir hissəsidir (tam üst-üstə düşür).

41. Apellyasiya icraatı zamanı mübahisə predmeti olan qeyri-yaşayış sahəsində ekspertlərin, mütəxəssislərin və tərəflərin iştirakı ilə yerində müaiyinə keçirilmiş və iş materiallarına əlavə edilmiş rəylərdə qeyd edilən hallar yerində araşdırılmışdır. Yerli baxış zamanı müəyyən edilmişdir ki, ayrıc aktında iddiaçının qanuni istifadəsində və balansında olan torpaq sahəsinin dəqiq koordinatları öz əksini tapmadığından mütəxəssislər və ekspertlər tərəfindən sahənin hüdudları və yeri miqyas, döngə nöqtələri, yoldan olan məsafə və digər texniki göstəricilər əsasında dəqiq koordinatlar müəyyənləşdirilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, Cavabdeh MMC-nin faktiki istifadəsində olan torpaq sahəsinin Şıx sanatoriyasının ayrıc aktının sərhədlərindən kənarda olan hissəsində icarəçi tərəfindən müvafiq icazələr alınmadan inşa edilmiş və hazırda restoran kimi fəaliyyət göstərən tikililər mövcuddur.

42. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012ci il tarixli 2iqt(81)-1436/2011 saylı qərardadı ilə tələbkarlar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, "xxxx" Səhmdar Cəmiyyəti və "xxxx" sanatoriyası ilə borclular Qanuni nümayəndə və Bibi-Heybət Bələdiyyəsi arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq olunmuşdur: 1. Bibi-Heybət Bələdiyyəsi ilə X11 arasında bağlanmış 08 fevral 2007-ci il il tarixli icarə müqaviləsi etibarsız hesab edilir. 2. X3-Heybət qəsəbəsi Namiq Quliyev küçəsi 57-də X11 tərəfindən inşa edilmiş bir mərtəbəli iaşə obyektinin sökülməməsini, dəyəri ödənilmədən "xxxx" sanatoriyasının balansına verilməsini öhdəsinə götürür. 3. "xxxx" sanatoriyası isə iaşə obyektinin dəyəri ödənilmədən sanatoriyanın balansına götürülməsini öhdəsinə götürür. 4. Tərəflər gələcəkdə bir-birinə qarşı hazırkı mübahisə ilə bağlı yarana biləcək bütün iddia və tələblərindən imtina edirlər.

43. Apellyasiya şikayətinin növbəti dəlili ondan ibarətdir ki, qeyd edilən barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsini əsas götürməklə MPM-in 153.2.2-ci maddəsinə əsasən hazırkı iş üzrə icraata xitam verilməli və ya iddia ərizələrinin icraata qəbul edilməkdən imtina olunmalı idi. (Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini icraata qəbul etməkdən imtina edir. MPM-in 153.2.2-ci maddəsi)

44. İş materiallarında olan sənədlərə əsasən barışıq sazişi bağlanmış iddianın predmeti Bibi-Heybət Bələdiyyəsi ilə X11 arasında bağlanmış 08 fevral 2007-ci il il tarixli icarə müqaviləsi etibarsız hesab edilməsi olmuşdur. Hazırkı iddiaların predmeti isə icarə obyektinin qanuni sahibliyə qaytarılması, tikililərin sökülməsi və sair tələblərdir. Bu tələblərin hüquqi əsası müddəti bitmiş fərqli tarixdə bağlanmış müqavilədir. Predmet və əsaslar fərqli olduğuna görə şikayətin müvafiq dəlili əsassızdır. Bu məsələ mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması kimi qiymətləndirilə bilməz.

45. "xxxx" SC-nin Şıx sanatoriyası (icarəyə verən) ilə Cavabdeh MMC (təsisçi Qanuni nümayəndə şəxsində) (icarəçi) arasında bağlanmış 01 yanvar 2021-ci il tarixli 02 nömrəli icarə müqaviləsindən görünür ki, icarəyə verən Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Namiq Quliyev, 62F ünvanında yerləşən ümumi sahəsi 736,2 kv.m olan, o cümlədən qeyri-yaşayış sahəsini icarəçinin icarəsinə verməyi, icarəçi isə müqavilədə nəzərdə tutulan icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür.

46. Həmin müqavilənin 2.2.6-cı maddəsinə əsasən müqavilənin müddəti bitdikdən sonra icarəyə götürdüyü qeyri-yaşayış sahəsini təyinatı üzrə lazımi istifadədən sonra qaytarılma məqamında uyğun gəlməli olduğu vəziyyətdə icarəyə verənə qaytarmaq icarəçinin vəzifələrindən biri kimi təsbit edilmişdir.

47. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə 1 il müddətinə imzalanır və imzalandığı gündən qüvvəyə minir.

48. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən müqavilənin müddətinin başa çatmasına 1 ay qalmış tərəflər müqaviləyə əlavə və dəyişiklik etməzlərsə, müqavilə hər 2 tərəfin qarşılıqlı razılığı ilə həmin müddətə, həmin şərtlərlə uzadıla bilər.

49. Barışıq sazişinə əsasən bir mərtəbəli iaşə obyekti dəyəri ödənilmədən "xxxx" sanatoriyasının balansına verilmişdir. Barışıq sazişində icarə müqaviləsinin daimi bağlanması nəzərdə tutulmamışdır. İcarə müqaviləsinin 2.2.6-cı maddəsinə əsasən icarəçi müqavilənin müddəti bitdikdən sonra icarə obyektini qaytarılma məqamında uyğun gəlməli olduğu vəziyyətdə qaytarmaq vəzifəsini üzərinə götürmüşdür. Qeyd edilənlər göstərir ki, məhkəmə əsaslı və qanuni olaraq iddia tələblərini təmin etmişdir.

50. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

51. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

52. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-169/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar