Məhkəmə qərarları › İş №2-2(103)-42/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-42/2025

02.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-42/2025 02.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Şirinovun sədrliyi və məruzəsi ilə, X19 və X5 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, iddiaçı “X28 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-610/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İşin Halları

1. “X28 Azərbaycan” QSC ilə "xxxx" MMC-nin direktoru Cavabdeh2 arasında bağlanmış 31 iyul 2013-cü il tarixli 072013 saylı kredit müqaviləsinə əsasən bank borcalana 24 ay müddətinə, xx.xx.2015-ci il tarixədək 350000 manat məbləğində kredit xətti açmışdır.

2. 21 may 2014-cü il tarixli 4 nömrəli kredit sazişinə əsasən, “X28 Azərbaycan” QSC ilə "xxxx" MMC-nin direktoru Cavabdeh2 3 ay müddətinə illik 14%-lə 180000 manat məbləğində kredit ayırmışdır.

3. 22 may 2014-cü il tarixli 5 nömrəli kredit sazişinə əsasən, “X28 Azərbaycan” QSC ilə "xxxx" MMC-nin direktoru Cavabdeh2 3 ay müddətinə illik 14%-lə 170000 manat məbləğində kredit ayırmışdır.

4. 31 iyul 2013-cü il tarixli zaminlik müqaviləsinə əsasən, zamin Cavabdeh2 borcalan "xxxx" MMC-yə zamin durmuş və qanunvericiliyə müvafiq olaraq zamin kimi Bоrcalanın öhdəliklərinin lazımınca icra еdilməsinə görə оnunla tam birgə məsuliyyət daşımağına dair öhdəlik götürmüşdür. Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı “X28 Azərbaycan” QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 (birgə) müştərək qaydada 349591,67 manatın ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 46165,26 manat, 267991,67 manatın ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 5910,50 manat, 197866,67 manatın ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 1788,93 manat, 140509,67 manatın ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 7487,43 manat, 140491,67 manatın ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 2040,02 manat, 60649,47 manatın ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 4079,30 manat, ümumilikdə 67471,44 manat və mediasıya xərci əvəzi 410 manat tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-42/2024 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.

7. İddiaçı “X28 Azərbaycan” QSC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, İddiaçı "xxxx" QSC ilə Cavabdeh1 MMC arasında 31 iyul 2013-cü il tarixdə kredit müqaviləsi (kredit xəttinin açılması barədə müqavilə) bağlanılmışdır. Müqavilənin şərtlərinə görə Cavabdeh1 MMC-yə 31 iyul 2015-ci il tarixinədək, 24 ay müddətinə 350.000 (üç yüz əlli min) manat məbləğində kredit xətti (limiti) ayrılmışdır. 21 may 2014-cü il tarixdə "xxxx" QSC ilə Cavabdeh1 MMC arasında 4 №-li Kredit sazişi bağlanılmışdır. Kredit sazişinin şərtlərinə görə Cavabdeh1 MMC-yə 3 (üç) ay müddətinə, illik 14% (on dörd) faiz olmaqla 180.000 (bir yüz səksən min) manat məbləğində kredit verilmişdir. 22 may 2014-cü il tarixdə "xxxx" QSC ilə Cavabdeh1 MMC arasında 5 №-li Kredit sazişi bağlanılmışdır. Kredit sazişinin şərtlərinə görə Cavabdeh1 MMC-yə 3 (üç) ay müddətinə, illik 14% (on dörd) faiz olmaqla 170.000 (bir yüz yetmiş min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin еdilməsiməqsədilə həmçinin Cavabdeh2 ilə Bank arasında 31iyul 2013-cü il tarixində zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə görə zamin borc alana zamin durmuş və qanunvericiliyə müvafiq olaraq zamin kimi Bоrcalanın öhdəliklərinin lazımınca icra еdilməsinə görə оnunla tam birgə məsuliyyət daşımağına dair öhdəlik götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri tam, vaxtında və lazımı qaydada icra etmədiyi ilə əlaqədar Bank məhkəməyə müraciət etmişdir. İşə baxan Bakı şəhəri Səbail rayon Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli, 2(009)-225/2017 saylı qətnaməsi ilə cavabdehlərdən cəmi 414.802.47 (dörd yüz on dörd min səkkiz yüz iki manat qırx yeddi qəpik) manat tutulması qət etmişdir. Göründüyü kimi, Cavabdehin 30 noyabr 2017-ci il tarixə əsas borc üzrə 349.591.67 (üç yüz qırx doqquz min beş yüz doxsan bir manat altmış yeddi qəpik) manat ödənilməmiş borcun qalması qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə də təsdiq edilmişdir. Cavabdeh 30 noyabr 2017-ci ildən sonra bu günə kimi qətnaməni vaxtında icra etməmiş və hal-hazıradək də, kredit müqaviləsindən irəli gələn öhdəliklər icra edilmədiyi səbəbindən iddiaçının gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etmək hüququ yaranmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəfimizdən cavabdehə yazılı xəbərdarlıq edilmiş, lakin bundan sonrada öhdəliklər onun tərəfindən icra edilməmişdir. Hazırda cavabdehlərin kredit müqaviləsi üzrə ödənilməli olan əsas borc məbləğindən 60.649.47 (altmış min altı yüz qırx doqquz manat qırx yeddi qəpik) manat hissəsi ödənilməmiş qalmaqdadır. 30 noyabr 2017-ci ildən 16 noyabr 2023-cü ilə tarixdə qədər müəyyən dövürlər nəzərə alınararaq Bank qarşısında icra edilməmiş pul öhdəliyi üzrə hesablanmış gecikdirilmiş (ümumilikdə 2177 gecikmə günü olamaqla) vaxt üçün illik 5 % (beş faiz) olmaqla, ümulikdə 67.471.44 (altmış yedi min dörd yüz yetmiş bir manat qırx dörd qəpik) manat məbləğində təşkil edir. Birinci instansiya məhkəməsi heç bir hüquqi əsaslandırma aparmadan, banka dəymiş zərərin hüquqi əsaslarını nəzərə almadan, bank tərəfindən təqdim olunan subutlara hüqiqi qiymət vermədən xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Bankın iddia tələbini təmin etməmişdir. Cavabdelərin 30 noyabr 2017-ci iltarixli qətnamənin bu günə kimi vatında icra edilməsini nəzərə almamışdır. Baxmayaq ki, bank tərəfində bunu subut edən sənədlər məhkəməyə təqdim edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü iltarixli,e-2-2(113)- 610/2024 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etdi.

9. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəməyə gəlməmiş, iddiaçı gəlməməyinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

11. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

12. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

13. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

14. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.

15. 17.Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

16. 18.Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

17. 19.Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

18. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

19. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. (2024-cü ilin aprel ayına qədər qüvvədə olan redaksiya)

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

21. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. .Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir.

23. İşin müəyyən edilmiş mübahisəsiz hallarına əsasən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-225/2017 saylı 30 noyabr 2017-ci il tarixi qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, "xxxx" MMC və Cavabdeh2 “X28 Azərbaycan” QSC-nin xeyrinə 21 may 2014-cü İl tarixli, 4 saylı kredit sazişi üzrə 179.790 manat əsas, 31.457,88 manat faiz və 2.000 manat cərimə olmaqla, cəmi 213.247,88 manat məbləğində borc, 22 may 2014-cü il tarixli, 5 saylı kredit sazişi üzrə 169.801,67 manat əsas, 29.752,92 manat faiz və 2.000 manat cərimə olmaqla, cəmi 201.554,59 manat məbləğində borc, 30 manat məbləğində dövlət rüsumu və 19 manat poçt xərcinin müştərək qaydada tutulması, ipoteka predmetləri Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, 131 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 90.000 manat, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 253 saylı evin 117 saylı mənzilinin ilkin satış qiyməti 95.000 manat, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 253 saylı evin 116 saylı mənzilinin ilkin satış qiyməti 110.000 manat və Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 3-cü yaşayış massivi, 8 saylı fərdi yaşayış evinin isə ilkin satış qiyməti 128.000 manat müəyyən edilməklə tutmanın həmin daşınmaz əşyalara yönəldilməsi, qeyd edilən əşyalar açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına “X28 Azərbaycan” QSC-nin təmin edilmiş tələblərinin ödənilməsi qət edilmişdir.

24. Hazırki işin halları da ondan ibarətdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla ilk olaraq həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, sonradan iddiaçı həmin kredit müqaviləsi üzrə müəyyən edilən borcun tutulması tələbi ilə məhkəməyə müraciət etmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetlərinə yönəldilməsi qət edilmiş və qətnamə icraya yönəldilmişdir.

25. Hazırkı iddia tələbinin qanuni əsasını təşkil edən MM-in 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

26. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsinin qarşısının alınmasına yönəlmişdir. 38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

27. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında göstərilmişdir ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. ...Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər.

28. Borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tələbkar - borclu müqavilə münasibətlərinin xitamının məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqeyini bir daha qeyd etməyi vacib bilir. “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, Mülki Məcəllənin 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Qərar).

29. Məhkəmə kollegiyası yuxarıda istinad olunan normaları və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərini qarşılıqlı təhlil edərək belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti (borc və faizləri) tam həcmdə kreditora qaytarılanadək və ya ipoteka predmeti kreditora təhvil verilənədək borclu kreditor qarşısında məsuliyyət daşıyır və kreditor hər hansı əlavə sübut təqdim etmədən həmin dövr üzrə MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik 5 % məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər.

30. Nəzərə alınmalıdır ki, bankların əsas fəaliyyəti məhz ayrı-ayrı şəxslərə kredit verməklə gəlir əldə etməkdən ibarət olduğundan hər hansı kredit müqaviləsi üzrə borclu kredit öhdəliklərini vaxtında icra etməyərək nəzərdə tutulan pul vəsaitlərini banka ödəmədikcə, eləcə də bankla həmin borclu arasında yaranan kredit mübahisəsi üzrə məhkəmə və icra icraatı uzun müddət ərzində davam etdikcə, bank həmin vəsaitləri dövriyyəyə yönəltməklə gəlir götürmək imkanından məhrum olur ki, bu da nəticə etibarilə banka əldən çıxmış fayda formasında zərərin dəyməsi ilə nəticələnir.

31. Bu baxımdan, tərəflər arasında yaranmış kredit borcunun tutulması və tələbin ipoteka predmetlərinə yönəldilməsi barədə əvvəlki mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcud olması, kreditorun yenidən iddia qaldıraraq eyni kredit müqaviləsi üzrə həmin qətnamədən sonrakı dövr üçün əldən çıxmış fayda formasında ona dəyən zərərin əvəzinin, ən azından gecikdirilmiş vaxt üçün illik 5 % məbləğin ödənilməsini MM-in 21.2, 443.1, 443.2 və 445.7-ci maddələrinə uyğun olaraq tələb etməsi üçün maneə deyildir.

32. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin 2023-cü il 29 mart tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə istinadən (bax § 34) onu da qeyd etməyi zəruri hesab edir ki, bu kateqoriya tələblərin həllində vacib məqamlardan biri qanuni qüvvədə olan əvvəlki mübahisə üzrə qəbul edilmiş qətnamənin qanunla müəyyən edilmiş qaydada icrasına cavabdeh tərəfindən ipoteka və girov predmetlərini (təminatlı kreditlər üzrə) aidiyyəti icra qurumuna təhvil verməməklə maneələrin törədilib-törədilməməsinin müəyyən edilməsidir.

33. Təminatlı kreditlər üzrə ipoteka və girov predmetlərini aidiyyəti icra qurumuna təhvil verilməsindən imtina olunub-olunmaması barədə yekun qənaətə isə məhkəmə, yalnız həmin qətnamə üzrə icra işinin materiallarının tam tədqiqindən və qiymətləndirilməsindən sonra gələ bilər.

34. İş materiallarına əlavə edilmiş 16 noyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 MMCnin 31 iyul 2013-cü il tarixli kredit müqaviləsi (kredit xəttinin açılması barədə) üzrə əsas borcdan qalan 349.591.67 manat ödənilməsinin 964 gün gecikdirilməsinə görə dəymiş zərər məbləği 46165,26 manat, 267.991.67 manat ödənilməsinin 161 gün gecikdirilməsinə görə dəymiş zərər məbləği 5910,50 manat, 197866,67 manat ödənilməsinin 66 gün gecikdirilməsinə görə dəymiş zərər məbləği 1788,93 manat, 140509,67 manat ödənilməsinin 389 gün gecikdirilməsinə görə dəymiş zərər məbləği 7487,43 manat, 140.491.67 manat ödənilməsinin 106 gün gecikdirilməsinə görə dəymiş zərər məbləği 2040,02 manat, 60.649.47 manat ödənilməsinin 491 gün gecikdirilməsinə görə dəymiş zərər məbləği 4079,30 manat məbləğində təşkil edir.

35. xx.xx.2024-cü il tarixli “X28 Azərbaycan” QSC-nin təqdim etdiyi arayışdan görünür ki, xx.xx.2019-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 3-cü yaşayış massivi, ev 8, ilkin satış 128.000 azn, 15% 108.800 azn, 25% 81.600 azn məbləğində bank tərəfindən əldə olunmuşdur. xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küç., ev 253, mən. 116, ilkin satış 110.000 azn, 15% 93.500 azn, 25% 70.125 azn məbləğində bank tərəfindən əldə olunmuşdur. xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küç., ev 253, mən. 117, ilkin satış 95.000 azn, 15% 80.750 azn, 25% 60.562.50 azn məbləğində bank tərəfindən əldə olunmuşdur. xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küç., ev 131 nömrəli fərdi yaşayış evi, ilkin satış 90.000 azn, 15% 76.500 azn, 25% 57.375 azn məbləğində bank tərəfindən əldə olunmuşdur. Cəmi borcdan (414.802.47) 81.600 azn satış qiyməti əsas borca silinmiş, cəmi borc olaraq 333802,47 azn qalmışdır. Cəmi borcdan (333.802.47) 70.125 azn satış qiyməti əsas borca silinmiş, cəmi borc olaraq 263077,47 azn qalmışdır. Cəmi borcdan (263.077.47) 57.375 azn satış qiyməti əsas borca silinmiş, cəmi borc olaraq 205702,47 azn qalmışdır. İş üzrə zamin, həmçinin təsisçi xx.xx.2021-ci il tarixdə 205.000 azn məbləğində ödəniş etmişdir. Həmin ödənişdən xx.xx.2022-ci il tarixdə Cavabdeh2 59.947 azn hesabdan çəkmişdir. Həmin tarixdə Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında olan əmlak 100.000 azn məbləğində X1. Hesabda qalan 145.053 azn kredit borcundan xx.xx.2022-ci il tarixdə silinmişdir. Məhkəmə qərarı üzrə kredit borcundan cəmi 60.649.47 azn məbləğində ödənilməmiş borc qalmışdır.

36. Məhkəmə kollegiyası iddiaçının zərərin məbləği ilə bağlı təqdim etdiyi sübutla kifayətlənməyərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuş,

37. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən xx.xx.2025-ci il tarixli ekspertizanın aparılmasından imtina edilməsi barədə məlumat daxil olmuşdur.

38. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən xx.xx.2025-ci il tarixli ekspertizanın aparılmasından imtina edilməsi barədə məlumat daxil olmuşdur.

39. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Auditorlar Palatasının auditorlarına həvalə edilməsi qərara alınmışdır. Ekspert (auditor) qarşısında aşağıdakı sualların cavablandırılması xahiş edilmişdir. 1.Səbail Rayon Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli, 2(009)-225/2017 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 (birgə) müştərək qaydada iddiaçı “X28 Azərbaycan” QSC-nin xeyrinə tutulmuş əsas borc məbləğlərinə həmin tarixdən əsas borc üzrə ödənişlər nəzərə alınmaqla xx.xx.2023-cü il tarixə qədər illik 5 faizlə faiz hesablanarsa nə qədər təşkil edər? 2.Bu hesablama xx.xx.2019-cu il tarixdən (icra vərəqəsi verildiyi tarix) aparılarsa xx.xx.2023-cü il tarixədək bütün əsas borc üzrə ödənişlər nəzərə alınmaqla nə qədər təşkil edər?

40. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, SDO xx/xx/2025 saylı mütəxəsis rəyi və hesbatına əsasən, xx.xx.2017-xx.xx.2023 dövrü üzrə illik 5% dərəcə ilə hesablanmış faiz məbləği, əsas borc üzrə edilmiş ödənişlər nəzərə alınmaqla 53,865.89 AZN təşkil edir (Cədvəl 2 Auditorun hesablama cədvəli (5% illik faizlə) Qiymətləndirmə zamanı təqdim olunmuş sənədlər - o cümlədən 31 iyul 2013-cü il tarixli kredit xəttinin açılması barədə müqavilə, 21 may 2014-cü il tarixli 180,000 AZN məbləğində kredit müqaviləsi, 22 may 2014-cü il tarixli 170,000 AZN məbləğində kredit müqaviləsi, eləcə də xx.xx.2017-ci il tarixində qəbul edilmiş qətnamə təhlil edilmişdir.Bankın təqdim etdiyi 5 faiz hesablama ilə bağlı sənədə əsasən, xx.xx.2024 tarixinə gecikmiş öhdəlik üzrə 5% illik faizlə ümumilikdə 69,030.91 AZN məbləğində faiz hesablanmışdır. Təqdim edilən sənədlərə, xüsusilə aşağıdakı hərrac protokollarına əsasən məlum olmuşdur ki, borcun icrası çərçivəsində ipoteka ilə yüklü daşınmaz əmlaklar hərrac yolu ilə satılmışdır:xx.xx.2019-cu il tarixli, №Y-233/1 nömrəli hərrac protokolu; xx.xx.2020-ci il tarixli, №YP-009 nömrəli hərrac protokolu; xx.xx.2020-ci il tarixli, №YP-010 nömrəli hərrac protokolu; xx.xx.2020-ci il tarixli, №48/09 nömrəli hərrac protokolu.Hərrac protokollarına əsasən satışlar həyata keçirildiyi tarixdən etibarən, əldə olunan vəsaitlər əsas borcdan çıxılmalı idi.. Auditor tərəfindən aparılmış hesablama zamanı bu hallar nəzərə alınmış və satış tarixindən sonra həmin məbləğlərin borcdan silindiyi qəbul edilərək, gecikmə faizi qalıq borclar üzrə yenidən hesablanmışdır.Digər suala münasibətdə, xx.xx.2019-cu il tarixindən (icra vərəqəsinin verildiyi tarix) 16.11,2023-cü il tarixədək olan dövr üzrə faiz hesablaması aşağıdakı kimidir: xx.xx.2019-xx.xx.2019 (221 gecikmə günü) dövrü üzrə illik 5% dərəcə ilə hesablanmış faiz məbləği: 10,730.52 AZN xx.xx.2019-xx.xx.2023 dövrü üzrə illik 5% dərəcə ilə hesablanmış faiz məbləği: 22,014.20 AZN yekun olaraq, xx.xx.2019-xx.xx.2023 dövrü üzrə ümumi hesablanmış faiz məbləği: 32,744.72 AZN təşkil edir.

41. Belə ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-225/2017 saylı 12 fevral 2019-cu il tarixli icra sənədi əsasında başlanmış 47485/2019-16-12 nömrəli Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin icra işindən görünür ki, icra sənədi xx.xx.2019-cu il tarixdə şöbənin icraatına daxil olmuş və müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar və tələbin könüllü icrası ilə bağlı bildiriş borcluya, məlumat üçün isə tərəflərə göndərilmişdir. Tələbin könüllü icrası ilə bağlı qərar bildiriş xx.xx.2019-cu ildə X2 rəsmi qaydada təqdim edilmişdir. X2 məxsus Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi 131 saylı fərdi yaşayış evinin açıq hərrac yolu ilə satışını təşkil etmək üçün xx.xx.2019-cu il tarixdə hərrac təşkilatına göndərilmişdir. Borclunun həyat yoldaşı X4 tərəfindən tələbkar “X28 Azərbaycan” QSC-yə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia qaldırdığını, həmin iddianın Nəsimi rayon Məhkəməsinin icraatına qəbul edildiyini və icra sənədinin icrasını İcra haqqında qanunun 17.1.4-cü maddəsinə əsasən dayandırılması ilə bağlı xx.xx.2019-cu il tarixdə ərizə ilə şöbəyə müraciət etmişdir. İcra məmuru tərəfindən icraatın dayandırılması ilə bağlı xx.xx.2019-cu il tarixdə qərar qəbul edilmiş və bununla bağlı hərrac təşkilatına, tələbkara məlumat verilmişdir. Tələbkar tərəfindən şöbəyə ünvanlanmış məktubda X4 tərəfindən qaldırılmış iddianın məhkəmə tərəfindən təmin edilmədiyi bildirilmiş, sözügedən əmlakın satışının təşkil edilməsi üçün hərrac təşkilatına sifarişlə müraciət olunması xahiş edilmişdir. İcra məmuru tərəfindən icraatın təzələnməsi ilə bağlı xx.xx.2020-ci il tarixdə qərar qəbul edilmiş, eyni zamanda hərracın davam etdirilməsi ilə bağlı hərrac təşkilatına məktubla müraciət olunmuşdur. Hərrac təşkilatından şöbəyə daxil olmuş məktubda sözügedən əmlakın satışı ilə bağlı hərracın keçirilməsi xx.xx.2020-ci il tarixdə saat 11:00, xx.xx.2020-ci il saat 11:00 tarixlərə təyin edildiyi və 48/09 saylı hərracın yekun protokoluna əsasən 57375 manata xx.xx.2020-ci il tarixdə sözügedən əmlak tələbkar tərəfindən əldə edilmişdir . Sözügedən əmlakın tələbkar bankın adına rəsmiləşdirilməsi ilə bağlı xx.xx.2021-ci il tarixdə tələbkar tərəfindən şöbəyə məktub ünvanlanmışdır və əmlakın rəsmiləşdirilməsi ilə bağlı icra məmuru tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət olunmuşdur. ünvan 2ldılması ilə bağlı xx.xx.2021-ci il tarixdə tələbkar tərəfindən şöbəyə məktub ünvanlanmışdır. ünvan 2ldılması ilə bağlı icra məmuru tərəfindən xx.xx.2021-ci il tarixə saat 11:00-a icra prosesi təyin edilmişdir. İcra yerində olarkən borclu X6 xx.xx.2021-ci il tarixdə vəfat etdiyi, ailə üzvlərinin evdə olmadığı, bu səbəbdən icra sənədinin icrasının təxirə salınması ilə bağlı icra məmuru tərəfindən xx.xx.2021-ci il tarixdə qərar qəbul edilmişdir. Bundan sonra borclunun qohumlarından əldə edilmiş xx.xx.2021-ci il tarixli ödəniş qəbzinə əsasən digər borclu Cavabdeh2 tərəfindən “X28 Azərbaycan” QSC-yə 205000 manat pulun ödənildiyi məlum olmuşdur. Səbail rayon məhkəməsinin 2(009)-225/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə kredit borcun bağlanması ilə bağlı müxtəlif tarixlərdə tələbkar “X28 Azərbaycan” QSC-yə müraciət olunsa da bank tərəfindən heç bir məlumat verilməmişdir.

42. 74248/2019-34-11 nömrəli Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya Şöbəsinin icra işinə əsasən, icra sənədi xx.xx.2019-cu il tarixdə şöbənin icraatına daxil olmuş və müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar və tələbin könüllü icrası ilə bağlı bildiriş borcluya, məlumat üçün isə tərəflərə göndərilmişdir. Borclu Cavabdeh2 məxsus Bakı şəhəri, Qaradağ rayonu, 3-cü yaşayış massivi 8 saylı fərdi yaşayış evinin açıq hərrac yolu ilə satışını təşkil etmək üçün xx.xx.2019-cu il tarixdə hərrac təşkilatına məktub göndərilmişdir. Borclunun həyat yoldaşı X12 tərəfindən tələbkar “X28 Azərbaycan” QSC-yə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia qaldırdığını, həmin iddianın Nəsimi Rayon Məhkəməsinin icraatına qəbul edildiyini və icra sənədinin icrasını İcra haqqında qanunun 17.1.4-cü maddəsinə əsasən dayandırılması ilə bağlı xx.xx.2019- cu il tarixdə ərizə ilə şöbəyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)-3632/2019 nömrəli qətnaməsindən görünür ki, X12 tərəfindən tələbkar “X28 Azərbaycan” QSC-yə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair iddiası təmin edilməmişdir. Hərrac təşkilatından şöbəyə daxil olmuş məktubda sözügedən əmlakın satışı ilə bağlı hərracın keçirilməsi xx.xx.2019-cu il tarixdə saat 11:00, xx.xx.2019-cu il saat 11:00 tarixlərə təyin edildiyi və Y-233/1 saylı hərracın nəticələri haqqında protokola əsasən 81600 manata xx.xx.2019-cu il tarixdə sözügedən əmlak tələbkar tərəfindən əldə edilmişdir. Bakı şəhəri, Qaradağ rayonu, 3cü yaşayış massivi 8 saylı fərdi yaşayış evinin boşaldılması ilə bağlı tələbkarın xx.xx.2020-ci il tarixli məktubu şöbəyə daxi olmuşdur. xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, Cavabdeh2 keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi ilə bağlı Bakı şəhər Nəsimi Rayon Məhkəməsində iddia qaldırdığını və evin boşaldılması barədə icra hərəkətlərinin dayandırılmasını şöbədən xahiş etmişdir. xx.xx.2021-ci il tarixli icraatın dayandırılması haqqında qərarla Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-225/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraat dayandırılmışdır. Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)- 1710/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh2 “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi barədə” iddiası təmin edilməmişdir. xx.xx.2021-ci il tarixli qərarla Bakı şəhəri Səbail rayon məhkəməsinin 2(009)-225/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraat təzələnmişdir. 17 noyabr 2021-ci il tarixli ərizədən görünür ki, “X28 Azərbaycan” QSC-nin nümayəndəsi X3 rayon İcra Şöbəsinin rəisi Azər Paşayevdən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 225/2017 saylı 30 noyabr 2017-ci il tarixli icra sənədinin icrasının qeyri-müəyyən vaxta təxirə salınmasını xahiş etmişdir.

43. 36214/2019-5-1 nömrəli Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsinin icra işinə əsasən, icra sənədi şöbənin icraatına daxil olmuş və müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar və tələbin könüllü icrası ilə bağlı bildiriş borcluya, məlumat üçün isə tərəflərə göndərilmişdir. Hərracın dayandırılmasına dair ərizədən görünür ki, X14 ünvan 3 ünvanlarda yerləşən mənzillərin müvafiq olaraq 110000 və 95000 manat ilkin qiymətləndirmə dəyəri ilə hərraca çıxarıldığını, hərracın xx.xx.2019-cu il tarixə təyin olunduğunu, həmin qiymətləndirmənin nəticəsi ilə cavabdehin razı olmadığından ləğv edilməsinə dair Bakı şəhəri Nərimanov rayon məhkəməsinə müvafiq iddia ərizəsi ilə müraciət olunduğunu bildirmiş, odur ki, hərracın təxirə salınmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2019cu il tarixli məktubu ilə məhkəmə qətnaməsində mənzilin qiymətləndirilməsi əks olunduğu üçün qiymətləndirmənin ləğv edilməsinə dair iddianın icra işinin dayandırılmasına əsas olmadığı bildirilmişdir. xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, X22 ipoteka predmetinə dair Nəsimi rayon məhkəməsində iddia qaldırdığını bildirmiş və Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-225/2017 saylı 30 noyabr 2017-ci il tarixli qətnamə üzrə icra hərəkətlərinin dayandırılmasını Nəsimi rayon İcra və Probasiya şöbəsindən xahiş etmişdir. 14 06.2019-cu il tarixli qərarla Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)- 225/2017 saylı 30 noyabr 2017-ci il tarixli icra sənədi üzrə icraat dayandırılmışdır. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)-3685/2019 nömrəli qətnaməsindən görünür ki, X10 “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddiası təmin edilməmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)-3728/2019 nömrəli qətnaməsindən görünür ki, X15 31 iyul 2013-cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Açıq hərracın keçirilməsi barədə bildirişlərdən görünür ki, açıq hərrac 02 sentyabr 2020-ci il tarixə saat 11:00, 17 sentyabr 2020-ci il tarixə saat 11:00 təyin olunmuş, 17 sentyabr 2020-ci il tarixə saat 11:00 təyin olunmuş açıq hərrac 30 sentyabr 2020-ci il tarixə saat 11:00 təxirə salınmışdır. 06 oktyabr 2020-ci il tarixli YP-010 nömrəli satış protolundan görünür ki, Bakı şəhəri Dilarə Əliyeva küçəsi ev 253 mənzil 117 tələbkar tərəfindən 60563 manata alınmışdır. 06 oktyabr 2020-ci il tarixli YP-009 nömrəli satış protolundan görünür ki, Bakı şəhəri Dilarə Əliyeva küçəsi ev 253 mənzil 116 tələbkar tərəfindən 70125 manata alınmışdır. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)- 327/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı X15 “əmlakın qiymətləndirilməsi barədə ekspert rəyinin etibarsız hesab edilməsi və yeni qiymətləndirmənin təyin edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.

44. Məhkəmə kollegiyası qeyd edir ki, 17 noyabr 2021-ci il tarixli ərizədən görünür ki, “X28 Azərbaycan” QSC-nin nümayəndəsi X3 rayon İcra Şöbəsinin rəisi Azər Paşayevdən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-225/2017 saylı 30 noyabr 2017-ci il tarixli icra sənədinin icrasının qeyri-müəyyən vaxta təxirə salınmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında sədrlik edənin sualına cavab olaraq iddiaçının nümayəndəsi icra sənədinin icrasının deyil, əmlaklarının boşaldılması hissəsində dayandırılmasını xahiş etdiklərini bildirmişdir. İş materiallarının araşdırılması zamanı müəyyən olunur ki, əmlaklar tələbkar X28 Azərbaycan” QSC tərəfindən xx.xx.2019-cu il, xx.xx.2020-ci il,xx.xx.2020-ci il, xx.xx.2020 tarixlərdə əldə edilmişdir. Göründüyü kimi əmlaklar əldə edildikdən sonra iddiaçının nümayəndəsi 17 noyabr 2021-ci il tarixli ərizədə icra sənədinin icrasının qeyri-müəyyən vaxta təxirə salınmasını xahiş etdiyini bildirsə də, burada əmlakların boşladılmasın qeyri-müəyyən vaxta təxirə salınmasını xahiş etdiyidi müəyyən olunur.

45. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-225/2017 saylı 12 fevral 2019-cü il tarixli icra sənədinin xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək icrasının sona çatdırılmaması iddiaçının hərəkətləri nəticəsində deyil, məhz cavabdehlərin müxtəlif iddialar verərək icra hərəkətlərini uzatması nəticəsində baş vermişdir. İcra üzrə icraat dayandırılana qədər cavabdehləriin pul öhdəliyini yerinə yetirməsinə hüquqi və ya faktiki maneə aşkar edilməmişdir.

46. Məhkəmə yuxarıdakılara əsasən işin faktiki hallarını düzgün müəyyən etməmiş və nəticədə əsassız qətnamə qəbul etmişdir.

47. Göstərilənləri nəzərə alaraq kollegiya hesab edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbləri baxımından iddiaçı tərəfindən zərərin əvəzinin ödənilməsini tələb əsaslıdır.

48. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən xx.xx.2017-xx.xx.2023 (tələb etdiyi) dövrü üzrə illik 5% dərəcə ilə hesablanmış faiz məbləği, əsas borc üzrə edilmiş ödənişlər nəzərə alınmaqla 53,865.89 AZN hissəsində təmin edilməlidir.

49. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı “X28 Azərbaycan” QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-220/2023 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. xx.xx.2017-xx.xx.2023-cü il tarixədək (tələb etdiyi) dövrü üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 53,865.89 AZN manat pul cavabdehlər Cavabdeh1nə və Cavabdeh2dan müştərək qaydada tutularaq iddiaçı “X28 Azərbaycan” QSC-yə ödənilsin. Mediasiya xərci 410 manat pul, 328 manatı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2dan müştərək qaydada tutularaq iddiaçı “X28 Azərbaycan” QSC -yə ödənilsin, 82 manat iddiaçının özünə aid edilsin. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu 73.11 manat pulun 59 (əlli doqquz) manatı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2dan müştərək qaydada tutularaq iddiaçı “X28 Azərbaycan” QSC -yə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 2000 (iki min) manat pulun 400 manatı iddiaçı "xxxx" ASC-dən, 1600(min altı yüz) manat pul cavabdehlər Cavabdeh1nə və Cavabdeh2dan müştərək qaydada tutularaq "xxxx" hesabına (X17 X26 SWİFTBİK İBAZAZ2X Hasab AZ08İBAZ4C**********00555207 M/HAZ03NABZ: **********00002944 Kod805314VÖEN **********) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar