Məhkəmə qərarları › İş №2-2(103)-420/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-420/2021

07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-420/2021 07.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankının Cavabdehnə qarşı qeyri-yaşayış sahəsinin cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçıya təhvil verilməsi və s. tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1124/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından (hakim Z.Pirverdiyev) Cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışa əsasən iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 21 ünvanında yerləşən, ümumi sahəsi 594.7 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçıya təhvil verilməsi, cavabdehin iddiaçı qarşısında xx xxxxxx 2021-ci il tarixinə mövcud olan 519200 manat məbləğində icarə haqqı üzrə borcun və müqavilənin ləğv edildiyi xx xxxx 2020-ci il tarixinə qədər hesablanmış 9912 manat məbləğində penya borcunun, ümumilikdə 529112 manat məbləğində pul vəsaitinin, iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 20 manat məbləğində çəkilmiş xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı, iddianı təmin etmək üçün tədbir görülməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin icarəyə götürdüyü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 21 ünvanında yerləşən, ümumi sahəsi 594.7 kv.metr təşkil edən qeyri-yaşayış sahəsində mövcud olan cavabdehə məxsus bütün avadanlıqların (mətbəx əşyaları, monitor, mebel əşyaları, soyuducu, elektrotexnika və s.) üzərinə siyahıya alınmaqla və qeyri-yaşayış sahəsindən çıxarılmamaqla (hər-hansı yerdəyişmə etməməklə, zərər vurmamaqla) həbs (qadağa) qoyulmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehin icarəyə götürdüyü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 21 ünvanında yerləşən, ümumi sahəsi 594.7 kv.metr təşkil edən qeyri-yaşayış sahəsində cavabdehə məxsus bir çox qiymətli avadanlıq (mətbəx əşyaları, monitor, mebel əşyaları, soyuducu, elektrotexnika və s.) mövcuddur. Cavabdehin xx.xx.2019-cu il tarixli “Qeyri-yaşayış sahəsinin icarəsi haqqında” Müqavilə üzrə üzərinə düşən öhdəlikləri kobud şəkildə pozmasını, iddiaçı qarşısında xx xxxxxx 2021-ci il tarixinə 519200 manat məbləğində icarə haqqı üzrə, müqavilənin ləğv edildiyi xx xxxx 2020-ci il tarixinə qədər hesablanmış 9912 manat məbləğində penya borcunun, ümumilikdə 529.112 manat məbləğində borcunun olduğunu, qeyd edilən borcun uzun müddət ödənilməməsini, qeyd edilənlərin məhkəmə tərəfindən çıxarılacaq qətnamənin gələcəkdə icrasının təmin edilməsi prosesində çətinliklər yaradacağını nəzərə alaraq ərizə təmin edilməlidir. Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-1124/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Cavabdeh icarəyə götürdüyü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankına mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 21 ünvanında yerləşən, ümumi sahəsi 594.7 kv.metr təşkil edən qeyri-yaşayış sahəsində mövcud olan Cavabdehnə məxsus bütün avadanlıqların (mətbəx əşyaları, monitor, mebel əşyaları, soyuducu, elektrotexnika və s.) üzərinə siyahıya alınmaqla və qeyri-yaşayış sahəsindən çıxarılmamaqla (hər-hansı yerdəyişmə etməməklə, zərər vurmamaqla) həbs (qadağa) qoyulması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan cavabdeh şikayət verərək Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-1124/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadının ləğv edilməsini və iddianı təmin etmə tədbiri barədə ərizənin rədd edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2( 113)- 1124/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı tamamilə qanunsuzdur. Ona görə ki, məhkəmə iddianın təmin tədbiri barədə ərizəni təmin edərkən iddia tələbinin əsaslı olubolmamasına hüquqi qiymət verməmiş, cavabdehə məxsus bütün avadanlıqların (mətbəx əşyaları, monitor, mebel əşyaları, soyuducu, elektrotexnika və s.) üzərinə siyahıya alınmaqla və qeyri-yaşayış sahəsindən çıxarılmamaqla (hər-hansı yerdəyişmə etməməklə, zərər vurmamaqla) həbs (qadağa) qoyulması qənaətinə gələrkən bu şəkildə görülən iddianın təmin tədbirinin cavabdehin mülkiyyət hüquqlarının kobud şəkildə pozacağını nəzərə almamışdır. İddia tələbi tam olaraq əsassızdır. Bundan başqa, xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 21 ünvanında yerləşən, ümumi sahəsi 594.7 kv.metr təşkil edən qeyri-yaşayış sahəsində mövcud olan bütün avadanlıqlar iddiaçıya məxsus deyildir. Məhkəmə sözügedən qərardadda guya xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 21 ünvanında yerləşən, ümumi sahəsi 594.7 kv.metr təşkil edən qeyri-yaşayış sahəsində mövcud olan bütün avadanlıqların satılmasının qarşısını almaq və bununla da gələcəkdə qəbul ediləcək məhkəmə qətnaməsinin icrasını təmin etmək məqsədi güddüyü qeyd etsə də, həmin məqsədə obyektdə olan və yalnız iddiaçıya məxsus olan əmlakların alqı-satqısına qadağa qoymaqla da mümkündür. Birinci instansiya Məhkəməsi e-2-2(113)- 1124/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadında Azərbaycan Rəspublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” xx xxxx 2018-ci il tarixli qərarına istinad edərək mütənasiblik prinsipinə əməl olunmasının zəruriliyini vurğulasa da, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin qərardakı mövqeyinə ziddinə qərardad qəbul etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-1124/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayəti təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşə apelyasiya qaydasında baxılması xx.xx.2021-ci il tarixə təyin edilmiş, cavabdehə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmənin iclasında iştirak etməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə şikayətlə razı olmadığını bildirərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, obyekt hazırda cavabdehin istifadəsindədir və fəaliyyət göstərir, həbsin qoyulması obyektin fəaliyyətinə maneçilik törətmir. Qərardad icra olunub, əmlaklar siyahıya alınaraq üzərinə həbs qoyulub. Məhkəmə izahatı dinləyərək, şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-1124/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilməli, icarəyə götürülmüş obyektdə mövcud olan avadanlıqların təyinatına uyğun istifadəsi cavabdehə qadağan olunmadan siyahıya alınmaqla və qeyri-yaşayış sahəsindən çıxarılmamaqla üzərinə həbs qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Göründüyü kimi, iddianın təmin edilməsi tədbiri məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədi ilə görülən və qətnamənin icrasını çətinləşdirən və ya qeyrimümkün edə bilən halların aradan qaldırılmasına yönəlmiş prosessual tədbir olmaqla, müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2018-ci il tarixli qərarına əsasən iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: 1) bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; 2) bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; 3) tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.1.1-ci maddəsinə əsasən məhkəmə cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər. Həmin Məcəllənin 158.3.1-ci maddəsinə əsasən, birinci növbədə-cavabdehin bilavasitə istehsalda iştirak etməyən əmlakı: qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə üzərinə həbs qoyulur. Məhkəmə kollegiyası hesab edir ki, icarəyə verilmiş obyektdə mövcud olan cavabdehə məxsus əmlakların üzərinə həbs qoyulmaqla siyahıya alınması iddia tələbinə mütənasib olan və iddia təmin ediləcəyi təqdirdə gələcəkdə qətnamənin icrasının təmin edilməsi məqsədi daşıyan tədbirdir. Cavabdeh şikayət ərizəsində üzərinə həbs qoyulmuş əmlakların bir hissəsinin başqa şəxsin mülkiyyətində olduğunu bildirsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Əmlak üzərinə həbs qoyulması eyni zamanda əmlakdan istifadənin qadağan edilməsini də ehtiva etdiyindən məhkəmə tərəfindən qətnamənin gələcəkdə icrasının təmin edilməsi üçün üzərinə həbs qoyulmuş əmlakların istifadəsinin cavabdehə qadağan edilməsinə ehtiyac olub-olmaması məsələsinə də hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası bununla bağlı hesab edir ki, cavabdehə icarəyə verilmiş Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 21 ünvanında yerləşən, ümumi sahəsi 594.7 kv.m təşkil edən qeyri-yaşayış sahəsində mövcud olan əmlakların istifadəsinin işə mahiyyəti üzrə baxılanadək cavabdehə qadağan edilməsi qətnamənin gələcəkdə icrasının təmin edilməsi üçün zəruri olmadığından mübahisələndirilən qərardad dəyişdirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-1124/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilməli, icarəyə götürülmüş obyektdə mövcud olan avadanlıqların təyinatına uyğun istifadəsi cavabdehə qadağan olunmadan siyahıya alınmaqla və qeyriyaşayış sahəsindən çıxarılmamaqla üzərinə həbs qoyulmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 263-264, 398.0.3, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-1124/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilsin. Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 21 ünvanında yerləşən, ümumi sahəsi 594.7 kv.metr təşkil edən qeyri-yaşayış sahəsində icarəyə götürülmüş obyektdə mövcud olan avadanlıqların təyinatına uyğun istifadəsi cavabdehə qadağan olunmadan siyahıya alınmaqla və qeyri-yaşayış sahəsindən çıxarılmamaqla üzərinə həbs qoyulsun. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar