Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-421/2020 30.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Ağayev Valeh Məmməd oğlu, Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, cavabdehlərin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı “xxxxxxxxxxxxxx” MMC-nin cavabdehlər Cavabdeh2 MMC-yə və “Cavabdeh2P” MMC-yə qarşı «borc və əmlak tələbinə dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1569/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı “xxxxxxxxxxxxxx” MMC cavabdehlər Cavabdeh2 MMC və “Cavabdeh2P” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixli icarə müqaviləsinə əsasən yaranmış 2,079,185.95 manat məbləğində borcun Cavabdeh2 MMC-dən alınıb, «xxxxxxxxxxxxx» MMC-nin xeyrinə ödənilməsi, bundan əlavə iddiaçıya məxsus olmuş 34 ədəd «Volvo» markalı ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, 99 JA474, 99 JA477, 99 JA576, 99 JA587, ** JG ***, ** JF ***, ** JF ***, ** JF ***, ** JF ***, ** JF ***, 99 JA244. ** JF ***, 99 JA322, ** JF ***. 99 JA290, 99 JA554, 99 JA455, 99 JA586, 99 JA353, 99 JA589, 99 JA344, 99 JA553, 99 JA383. 99 JA556. ** JA ***, ** JA ***. ** JA ***, ** JA ***, ** JA ***, ** JA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin cavabdeh «Cavabdeh2P» MMC-nin adına rəsmiləşdirilməsinə dair sənədlər və qeydiyyatı ləğv edilməklə, həmin nəqliyyat vasitələrinin «xxxxxxxxxxxxx» MMC-yə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, iddiaçı iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, işin icraatı yekunlaşana qədər, cavabdeh “xxxxxxxxxxxxxx” MMC-nin qeyd edilən bank hesabı üzərinə borc tələbi həcmində həbs qoyulması, eləcə də “xxxxxxxxxxxxx” MMC-yə məxsus olmuş və hal-hazırda Cavabdeh1 MMC-nin adına rəsmiləşdirilmiş 34 ədəd «Volvo» markalı adıçəkilən dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərində istifadə və sərəncam hüquqlarına məhdudiyyət qoyulmaqla həmin nəqliyyat vasitələrinin saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçının həmin qərardaddan verdiyi şikayət həmin məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birincisi, “Cavabdeh2" MMC-yə qarşı irəli sürülən borc məbləğinin yaranma əsasları, müqavilələr, e-qaimələr, aktlar, maliyyə arayışı və s. vacib sənədlər iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim edilmiş,beləliklə, borcun yaranması barədə tam və ətraflı izah verilmişdir. Həmçinin göndərilmiş pretenziya məktubunu göstərərək, həqiqətən də cavabdehin uzun müddətdir ki, bu pulu ödəməkdən yayındığını tam sübuta yetirmişdir. Qeyd edilənlər onu deməyə kifayət qədər əsas verir ki, cavabdeh bu pulu ödəməkdən qəsdən yayınır və gələcəkdə də qətnamənin icrası mərhələsində çətinliklər yaradacaqdır. Bu səbəbdən iddianın gələcəkdə təmini üçün tədbirlər görməyə ehtiyac vardır. İkincisi, Cavabdeh1 MMC-dən avtomobillərin alınaraq iddiaçıya qaytarılması hissəsində də yenə həmin avtomobillərin qanunsuz həmin cavabdeh tərəfindən öz adına rəsmiləşdirilməsinin, yaranmış mübahisənin ətraflı izahı verilmiş, həmçinin Azərbaycan Respublikası BDYPİ ilə aparılan rəsmi yazışmalar və s. bu kimi əsas sənədlər iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim edilmişdir. Qeyd edilmiş faktlar həqiqətən də göstərir ki, qeyd edilən 34 ədəd “VOLVO” markalı nəqliyyat vasitələri iddiaçıya qaytarılmır və bundan imtina edilir. Bu səbəbdən həmin cavabdeh tərəfindən həmin nəqliyyat vasitələrinin digər üçüncü şəxslərə satılması, bağışlanması, bu və ya digər üsullar ilə adından çıxarılaraq gizlədilməsi, həmçinin məhv edilməsinin qarşısının alınması üçün mütləq olaraq vacib və təxirəsalınmaz addımlar atılmalıdır. Əks halda, gələcəkdə həmin nəqliyyat vasitələrinin yerini müəyyən etmək və ya onları saz və işlək vəziyyətdə tapıb iddiaçıya qaytarmaq qeyri-mümkün olacaqdır. Məhkəmə tərəfindən qəbul edilmiş qərardadda cavabdeh və üçüncü şəxslərin hüquqlarının vacibliyi qeyd olunaraq iddianı təmini tədbirindən imtina edilsə də, burada əsas zərərçəkən, nəqliyyat vasitələri qeyri-qanuni yolla əlindən alınan iddiaçının hüquqları kobud şəkildə tapdalanır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, MPM-in 376.2-ci və 397.2-ci maddələririnin tələblərini nəzərə alan kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil iddiaçının şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin qərardadını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iddiaçının iddianı təmini tədbiri barədə ərizəsi qismən təmin edilməli, iddia olunan 34 ədəd «Volvo» markalı nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsinə qadağa qoyulmalıdır. Belə ki, MPM-in 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsini iddiaçının iddianın təmin etmə tədbiri barədə ərizəsinin tam şəkildə rədd edilməsi iş materialları ilə müəyyən edilən hallara uyğun hesab oluna bilməz. Birincisi, 1-ci cavabdeh “xxxxxxxxxxxxxx” MMC-nin «xxxxxxx» ASC-də olan bank hesabı üzərinə borc tələbi həcmində həbs qoyulmasını zəruri edən şərtlərin mövcudluğuna dair iddiaçı tərəfindən sübutlar təqdim edilmədiyinə istinad etsə də, məhkəmənin bu əsaslandırması ilə razılaşmaq olmaz. Çünki, hər bir halda işdə iddiaçının bununla bağlı işin ilkin mərhələsində qismən də olsa, sübutetmə vasitələri mövcud olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, həmin hissədə ərizəni rədd edən birinci instansiya məhkəməsi ən azından nəzərə almalı idi ki, hamıya məlum olan hallara görə «xxxxxxx» ASC-nin Azərbaycan Respublikası Mərkəzi X1 xx.xx.2020-ci il tarixli qərarı ilə ləğv olunmuş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərarı ilə bank artıq müflis elan olunmuşdur. «Banklar haqqında» Qanunun 72.1.4-72.1.5-ci maddələrində isə nəzərədə tutulur ki, bankın aktivlərinin üzərinə qoyulmuş bütün həbslər hüquqi qüvvəyə malik olmur və həmin aktivlərə yönəldilmiş bütün icra sənədlərinin icrası dayandırılır. Belə olan halda, cavabdehin «xxxxxxx» ASC-də olan bank hesabında iddia olunan borc həcmində həbs qoyulması mümkünsüzdür. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, iddia edilən 34 ədəd nəqliyyat vasitələrinin üzərində 2-ci cavabdeh «Cavabdeh2P» MMC-nin istifadə və sərəncam hüquqlarına məhdudiyyət qoyulmaqla həmin nəqliyyat vasitələrinin saxlanılması hissəsində iddiaçının ərizəsinin tam şəkildə rədd edilməsi əsassızdır. Belə ki, iş materiallarına əsasən müəyən olunur ki, iddiaçı 1-ci cavabdehin icarəsinə verdiyini mübahisələndirdiyi həmin nəqliyyt vasitələrinin aqibəti barədə AR DİN Baş Dövlət X2 ünvanladığı müraciətinə adıçəkilən İdarə tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli cavab məktubuna və ona əlavə edilmiş kompüter çıxarışında təsbit olunan məlumatlara əsasən müəyyən olunur ki, iddiaçı mülkiyyətində oludğunu mübahisələndirdiyi həmin nəqliyyat vasitələri alqı-satqı-müqavilələri əsasında 2-ci cavabdeh «Cavabdeh2P» MMCnin adına rəsmiləşdirilərək onun adına qeydiyyata alınmışdır. Belə olan halda, hazırkı mübahisəyə baxılıb yekun məhkəmə qərarı qəbul edilənədək sözügedən nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsinə qadağa qoyulması iddia tələbinin ikinci cavabdehə qarşı yönələn hissəsi ilə tam mütənasiblik təşkil etmiş olur. Çünki, işin hazırkı mərhələsində iddiaçının mülkiyyətində olması və onun iradəsi olmadan həmin nəqliyyat vasitələrinin həmin cavabdehin adına qanunsuz özgənikiləşdirilməsini təsdiq edə bilən əsaslandırıcı sübutlar mövcud olmadan, cavabdehin onlardan istifadə hüququna məhdudlaşdırılması və onların saxlanılması zəruriliyini istisna edir. Belə olan halda, 34 ədəd həmin nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsinə qadağa qoyulması işin hallarına uyğun hesab olunmalıdır. MPM-in 158.1.1-ci maddəsinə əsasən məhkəmə cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq kimi iddianı təmin etmə tədirini görə bilər. Lakin birinci instansiya məhkəməsi tərəfindən işin qeyd olunan hallarna diqqət yetirilməməmiş, işdə olan sübutlara düzgün hüquqi qiymət verilməmiş, gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. MPM-in 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib qərardadıla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası iddiaçının şikayətinin birinci instansiya məhkəməsinin qərardadının prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə qismən razılaşır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti qismən təmin olunmalı, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1569/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, iddiçının iddianı təmini tədbiri barədə ərizəsi qismən təmin olunmalı, cavabdeh «Cavabdeh2P» MMC-nin adına qeydiyyata alınmış 34 ədəd «Volvo» markalı nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsinə «qadağa» qoyulmalı, ərizə qalan hissəsində təmin edilməməlidir. MPM-in 402-ci maddəsində iddianı təmin etmə tədbiri barədə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və MPM-in 363-364, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı “xxxxxxxxxxxxxx” MMC-nin şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1569/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. “xxxxxxxxxxxxxx” MMC-nin iddianın təmini tədbiri barədə ərizəsi qismən təmin edilsin. Cavabdeh «Cavabdeh2P» MMC-nin adına qeydiyyata alınmış - ** JA ***, ** JA ***, ** JA ***, ** JA ***, 99 JA474, 99 JA477, 99 JA576, 99 JA587, ** JG ***, ** JF ***, ** JF ***, ** JF ***, ** JF ***, ** JF ***, 99 JA244. ** JF ***, 99 JA322, ** JF ***. 99 JA290, 99 JA554, 99 JA455, 99 JA586, 99 JA353, 99 JA589, 99 JA344, 99 JA553, 99 JA383. 99 JA556. ** JA ***, ** JA ***. ** JA ***, ** JA ***, ** JA ***, ** JA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsinə «qadağa» qoyulsun. Ərizə qalan hissəsində təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Valeh Ağayev Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-421/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-421/2020
30.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver