Məhkəmə qərarları › İş №2-2(103)-423/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-423/2023

28.03.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-423/2023 28.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-5662/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib olunmuş 463 saylı, xx.xx.2022-ci il tarixli hesab-fakturaya əsasən xx.xx.2022-ci il tarixinə hesablanmış 434939,88 manat qalıq borc məbləğindən artıq hesablanmış 200000 manat borcun silinməsi və iddiaçı tərəfindən ödənilmiş 90 manat dövlət rüsumu, 400 manat mediasiya xərcinin, ümumilikdə 490 manat məbləğin cavabdehdən qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, iddiaçı tərəfindən borc üçün ödənilən məbləğ 200000 manat miqdarında məbləği əsassız hesablanmış borc məbləği olduğuna görə iddiaçının depozit hesabına köçürülməsi, qalan məbləğin isə pul məbləğinin cari borcun ödənilməsi üçün hesablanması, iddiaçı tərəfindən ödənilmiş 90 manat dövlət rüsumu, 400 manat mediasiya xərci, ümumilikdə 490 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, e-2-2(113)-5662/2022 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş, eyni zamanda şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət verərək, apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, həmin qətnamənin Elektron ünvan adresinə və eyni zamanda şəxsi kabinetinə hansı tarixdə yüklənilməsi barədə məlumatı olmamışdır. Belə ki, 10 dekabrdən başlanılaraq məhkəmə sistemində sənədlərin kabinetə əlavə edilməsi ilə bağlı nasazlıqlar olmuşdur. Qoşmaya əlavə edilmiş texniki dəstəyə müraciətdən də göründüyü kimi tərəfindən dəfələrlə elektron məhkəmə sistemində nasazlığın olmasına və şəxsi kabinetə məhkəmə tərəfindən əlavə edilən sənədlərin hansı tarixdə göndərilməsinə dair məlumatların daxil olması barədə, bildirişlərin vaxtında sistem tərəfindən qeydə alınmaması və qeyd olunan səbəblərdən şəxsi kabinetə əlavə edilən sənədlərin müddətlərinin keçməsinə dair xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə texniki dəstək xidmətinə yazılı və şifahi müraciətlər edilmişdir. Bundan başqa texniki qüsurların bir çox vəkillərin kabinetinə vaxtında bildirişlərin və sms-in daxil olmadığına dair faktlar iş materiallarına əlavə edilir. Bu səbəbdən hazırda qətnamədən narazı qalaraq tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prossesual müddət tərəfindən üzürlü səbəbdən, elektron məhkəmə sistemində nasazlığın, işlərin vaxtında şəxsi kabinetinə hansı tarixdə əlavə olunması tarixinin məlum olmaması səbəbindən ötürülmüşdür. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(113)-5662/2022 saylı qərardadı ilə prosessual müddətin bərpası barədə ərizə təmin edilməmişdir. İddiaçı MMC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-5662/2022 saylı qətnaməsi Mülki Prosessual Məcəllənin 135.5 və 135.6-cı maddələrinin tələblərinə uyğun olaraq xx.xx.2022-ci il tarixdə İddiaçı MMC-nin, iddiaçının qanuni təmsilçisi Qanuni nümayəndə və iddiaçının nümayəndəsi və vəkili Vəkil “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilmiş və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada çatdırılmışdır. İddiaçının şikayəti isə xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi apellyasiya şikayətinin verilməsi müddəti xx.xx.2023-cü il tarixdə bitdiyi halda, şikayət qanunla müəyyən edilmiş prosessual müddət ötürülərək, xx.xx.2023cü il tarixdə verilmişdir. Bununla yanaşı Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsində təsbit olunmuşdur ki, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Lakin kollegiya hesab edir ki, hazırkı işdə həmin maddənin tətbiq edilməsi və prosessual müddətin bərpası üçün əsaslar mövcud deyildir. Belə ki, ərizədə prosessual müddətin buraxılmasının üzrlü səbəbi kimi iddiaçının nümayəndəsi və vəkili olan Vəkil elektron kabinetində yaranmış texniki problemlərin olması göstərilmişdir. Şikayətə əlavə edilmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən Elektron Məhkəmə Sisteminin texniki dəstək üçün müraciətinin ekran təsvirindən isə görünür ki, elektron məhkəmə sisteminin şəxsi kabinetində olan texniki problemlərin həll edilməsi ilə bağlı xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixdə müraciətlər göndərilmişdir. Lakin, yuxarıda qeyd olunduğu kimi Bakı Kommersiya Məhkəməsinin 26 dekabr 2023-ci il tarixli e-2-2(113)-5662/2022 saylı qətnaməsi iddiaçının nümayəndəsi və vəkili Vəkil elekton kabinetinə xx.xx.2022-ci il tarixdə yerləşdirilmişdir. Həmin tarixdən sonra iddiaçının nümayəndə və vəkili olan Vəkil elektron kabinetində texniki problemlərin yaranmasını təsdiq edən sübut isə məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, Bakı Kommersiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli, e-2- 2(113)-5662/2022 saylı qətnaməsi xx.xx.2022-ci il tarixdə İddiaçı MMC-nin özünün və iddiaçının qanuni təmsilçisi Qanuni nümayəndə elektron kabinetlərinə də yerləşdirilmişdir. Göründüyü kimi İddiaçı MMC-nin qətnamədən 1 ay müddətində apellyasiya şikayəti vermək imkanı olduğu halda, göstərilən müddət ərzində iddiaçının özünün və ya qanuni təmsilçinin elektron kabineti vasitəsilə apellyasiya şikayəti verilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməsini üzrlü hesab edilməsi və ötürülmüş müddət ərzində apellyasiya şikayətinin vaxtında verilməməsinin səbəblərinin iddiaçının iradəsindən asılı olmadığı hallardan irəli gəldiyi müəyyən edilmir. Ona görə də, ərizə rədd edilməlidir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayət isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-5662/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar