Məhkəmə qərarları › İş №2-2(103)-425/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-425/2020

13.08.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-425/2020 13.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi ilə İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MTK-ya qarşı «siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair» kommersiya mübahisəsi üzrə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin e-2-2(82)-1109/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2019-cu il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 260.041,00 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 420.000,00 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına vergi ödəyicisi Cavabdeh MTK vergi öhdəliklərini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirməmiş, dövlət büdcəsinə borcu yaranmışdır. Borcun 5 gün ərzində büdcəyə ödənilməsi məqsədi ilə ona bildiriş verilmiş, lakin borc yenə də ödənilməmiş, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cavabdehin əmlakının siyahıya alınması barədə xx.xx.2019-cu il tarixli qərar qəbul olunmuş və həmin qərar əsasında onun xx.xx.2019-cu il tarixə yaranan 260.041,00 manat borcuna görə 429.000,00 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2019-cu il tarixli ********** saylı protokol tərtib edilmiş və əmlakın siyahısı həmin protokola əlavə edilmişdir. Bundan sonra, cavabdehə 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda, siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə xx.xx.2019-cu il tarixli xəbərdarlıq məktubu göndərilmiş, lakin borc ödənilməmiş qalmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-1109/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh MTK-nın xx.xx.2019-cu il tarixə dövlət büdcəsinə olan 260.041,00 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış 420.000 manat dəyərində olan əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması və əldə edilmiş məbləğdən 260.041,00 manat məbləğində vergi borcunun və 10 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, satışdan artıq qalan məbləğin CavabdehMTK-ya qaytarılması - qət olunmuşdur. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qismən ləğv edilməsini və iddia tələbinin qismən təmin olunmasına dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə çıxarılarkən bir sıra maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Belə ki, iddiaçı tərəfindən MTKnın dövlət büdcəsinə ödənilməmiş 260.041,00 manat məbləğində borcunun olmasının qeyd edilməsinə baxmayaraq, cavabdehin borcdan qat-qat artıq məbləğdə olan əmlakının, öaşqa sözlə 420.000,00 dəyərində əmlakının açıq hərracdan satılması tələbi ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmə isə qanunvericilyin tələblərini araşdırmadan iddia tələbini tam təmin etmiş, beləliklə də iddiaçı tərəfindən pozulmuş vergi qanunvericiliyinin tələbini görməməzlikdən gəlmişdir. İşin faktiki hallarından və qanunvericilyin tələblərindən də aydın olur ki, məhkəmə mülki iş üzrə tərəflər arasında olan münasibətlərə lazımi hüquqi qiymət verməmiş, tətbiq etməli olduğu hüquq normalarını tətbiq etməmiş və bununla da səhv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər (səlahiyyətli nümayəndələri) məhkəməyə gəlməmiş, Azərbyacan Respublikasının Mülki Prosessual Məcəlləsinin («MPM») 135.8, 146, 376.2-ci maddələrinin tələbini nəzərə alan məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Vergi Məcəlləsinin: 23.1.15-1-ci maddəsinə əsasən vergi orqanı hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması, yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə məhkəmədə iddia qaldırmaq hüququ vardır; 24.0.1-ci maddəsinə əsasən vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənil-məsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludur; 65.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir; 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər; Həmin Məcələnin 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir; Həmin Məcəllənin 89.10-cu maddəsinə əsasən maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir.Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir; Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə vergi orqanı vergi öhdəliyinin icrasının təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəməyə müraciət edə bilər; Məcəllənin qeyd olunan tələblərindən göründüyü kimi, qanunverici vergi orqanının məhkəməyə müraciət etməmişdən əvvəl, vergi ödəyicisindən onun yerinə yetirilməmiş vergi öhdəliyinə görə yaranmış vergi borcunu tələb etmək kimi səlahiyyətlərini (hüququnu) müəyyən etmiş, bu səlahiyyətlərin realizə edilməsi mümkün olmadıqda isə, qanunla sadalanmış üsul və vasitələrdən istifadə etməklə, onun əmlakını siyahıya almaq və siyahıya alınmış əmlakını zəruri həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəməyə müraciət etmək hüququnu müəyyən etmişdir. İş materiallarından (elektron sistemə yerləşdirilmiş şəxsi hesab vərəqindən, bildirişdən və s. sənədlərdən) görünür ki, cavabdehin xx.xx.2019-cu il tarixinə dövlət büdcəsinə 251.682,81 manat (170.241,09 manat vergilər üzrə, 45.499,58 manat m/sank, 35.942,14 manat faizlər üzrə) manat borcu mövcud olmuş, bununla bağlı iddiaçı tərəfindən vergi qanunvericiliyinin yuxarıda qeyd olunan tələbləri qaydasında ona elektron qaydada cavabdehə : -xx.xx.2019-cu il tarixdə borcuna görə bildiriş (№**********2) göndərilmiş; -xx.xx.2019-cu il tarixdə cavabdehin «xxxxxxxx» ASC-də olan hesabına 255.663,08 manat məbləğində sərəncam qoyulmuş; -xx.xx.2019-cu il tarixdə əmlakının siyahıya alınması barədə qərar qəbul olunmuş; -xx xxxx 2019-cu il tarixdə borcunu ödmədiyinə görə iddiaçı vergi orqanının vəziəfli şəxsləri Mehdi Novruzov, Arzu İsmayılov, cavabdeh MTK-nın sədr müavini Vasif Atakişiyevin, müşahidəçilər Qabil Həsənov və Salman İsayevin iştirakı ilə - MTK-ya məxsus Abşeron r., Masazır qəs., Ağaxan Abdullayev 3 ünvanında yerləşən, 210 kv.m qeyri-yaşayış sahəsi 420.000,00 manat dəyərində siyahıya alınmış; - xx xxxx 2019-cu il tarixdə bu barədə protokol tərtib olunaraq həmin prtokol və siyahı bütün iştirakçılar (o cümlədən MTK-nın sədr müavini V.Atakişiyev) imzalanmış; - xx xxxx 2019-cu il tarixdə, eyni zamanda, akt əsasında siyahıya alınmış həmin əmlak MTK-nın sədr müavini V.Atakişiyevin saxlancına verilmiş və ona məsuliyyəti barədə xəbərdarılıq verilmiş; -xx.xx.2019-cu il tarixdə isə MTK-ya xəbərdarlıq məktubu (№**********883300) ünvanlanaraq əmlakın siyahıya alındığı vaxtdan 30 gün müddətində vergilər, faizlər və maliyyə sanksiayaları üzrə borclar dövlət büdcəsinə tam ödənilmədikdə siyahıya alınmış əmlakların satılması üçün məhkəmədə iddia şaldırılacağı barədə xəbəardarlıq verilmişdir. Lakin cavabdehin şəxsi hesab vərəqindən görünür ki, mübahisələndirilən borc məbləğini ödəməmiş, nəticədə iddiaçı xx.xx.2019-cu il tarixdə 260.041,00 manat məbəlğində borcun ödənilməsinin təmin edilməsi üçün elektron kabinet vasitəsilə siyahıya alınmış əmlakının açıq hərracda satılması tələbinə dair hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilərindən aydın olur ki, MTK-nın qeyd olunan tarixə dövlət büdcəsinə 260.041,00 manat məbləğində borcnun olmasını mübahisələndirmir. Onun mübahisələndirdiyi hal ondan ibarətdir ki, həmin borcuna görə hərracda satılması üçün, borcundan qat-qat artıq məbləğdə, MTK-ya məxsus 420.000 manat dəyərində qeyri-yaşayış sahəsinin siyahıya alınması vergi qanunvericiliyinə ziddir. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmır. Belə ki, Vergi Məcəlləsinin 89.6-cı maddəsinə əsasən əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: -nağd pul vəsaitləri; -bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); -hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; -istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; -inventarizasiya aparılmaqla digər əmlak. İş materiaları üzrə tədqiq olunan sənədlərdən görünür ki, vergi orqanı tərəfindən cavabdehin vergi borcunun dövlət büdcəsinin nəfinə tutulmasının təmin edilməsi üçün onun bank hesabına sərəncam qoyulması müsbət nəticə verməmiş, istesalda iştirak etməyən digər əmlakı və hazır məhsullar və ya xammal da aşkar olunduğu da görünmür. Ən azından, əmlakın siyahıya alınmasında iştirak edən cavabdehin nümayəndəsi (sədr müavini V.Atakişiyev) MTK-nın digər əmlakının mövcudluğu barədə məlumat verməmiş, borcun miqdarına müvafiq olan digər əmlakını vergi orqanını əməkdaşlarına təqdim etməmiş, siyahıya alınmış qeyri-yaşayış sahəsi ilə razılaşmış, həm həmin siyahını, həm də protokolu imzalamış və MTK-nın dairəvi möhürü ilə təsdiqləmişdir. Qeyd olunanlar birmənalı olaraq onu deməyə əsas verir ki, cavabdehin apellyasiya şikayətinin qeyri-yaşaış sahəsinin siyahıya alınmasını vergi qanunvericiliyinə zidd hesab edən dəlilləri əsassızdır və həmin dəlillər qətnamənin ləğv üçün əsas ola bilməz. Odur ki, cavabdehin qeyd olunan dəlili formal xarakterli, işin mahiyyətinə təsir göstərməyən dəlil kimi qiymətləndirilməlidir. MPM-in 385.2-ci maddəsi isə nəzərdə tutur ki, məhkəmənin fakitlar nöqteyi nəzərindən qanuni və əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin - məhkəmə tərəfindən tərəflər arasında olan münasibətlərə lazımi hüquqi qiymət verilmədyini, işə baxılarkən maddi və prosessual hüquq normalarının pozulduğunu, gəldiyi nəticənin səhv olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2- 2(82)-1109/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərəəsasən vəMPM-in 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh MTK-nın apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-1109/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2(iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasma (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiygündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar