Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-425/2022 25.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Vidadi Məmməd oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, İddiaçı1, iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı1 cavabdehlər Cavabdeh1 MTK, Cavabdeh2 və Bakı şəhəri 38 saylı Notariat Kontoruna qarşı ərizələrin, etibarnamənin, hüquqi şəxsin ümumi yığıncağının qərarının, nizamnaməsinin etibarsız hesab edilməsinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-138/2022 saylı 18.01.2022-ci il tarixli qətnaməsindən (hakim Zeynəb Axundova) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-138/2022 saylı 18.01.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı1 cavabdehlər Cavabdeh1 MTK, Cavabdeh2 və Bakı şəhəri 38 saylı Notariat Kontoruna qarşı 04.12.2010-cu il tarixli “XəzriMTK üzvlüyünə qəbul edilmə və pay haqqının ödənilməsinə təminat məqsədi ilə hazırlanmış və Bakı şəhəri 38 saylı notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş, 7E-38 saylı reyestr jurnalında 14243 saylı reyestrdə qeydə alınan ərizə, 10 dekabr 2010-cu il Cavabdeh1 MTK-nın üzvlərinin ümumi yığıncağının protokolu, Cavabdeh1MTK-nın 2-ci redaksiyadakı nizamnaməsi, “10 dekabr 2010-cu il tarixli Cavabdeh1 MTK-nın dövlət qeydiyyatı məlumatlarnda baş vermiş dəyişiklərin qeydə alınması ilə bağlı bütün lazımı sənədlərin hazırlanması, imzalanması, müvafiq dövlət orqanına təqdim ediləsi və bununla bağlı digər hərəkətlərin edilməsi məqsədi ilə X1 verilmiş etibarnamə, 10.12.2010-cu il tarixli dövlət reyestrində məlumat dəyişikliyinin qeydə alınması məqsədi ilə tərtib edilmiş Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında ərizənin etibarsız sayılması barədə iddia tələbləri rədd edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılması 25.05.2022-ci il tarixə təyin edilmiş, cavabdehlər lazımı qaydada xəbərdar edilsələr də məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı1, iddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Məhkəmə izahatı dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-138/2022 saylı 18.01.2022-ci il tarixli qətnaməsi qismən ləğv edilməli, iddiaçının cavabdehlərə qarşı 04.12.2010-cu il tarixli “XəzriMTK üzvlüyünə qəbul edilmə və pay haqqının ödənilməsinə təminat məqsədi ilə hazırlanmış və Bakı şəhəri 38 saylı notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş, 7E-38 saylı reyestr jurnalında 14243 saylı reyestrdə qeydə alınan ərizənin və 10.12.2010-cu il tarixli dövlət reyestrində məlumat dəyişikliyinin qeydə alınması məqsədi ilə tərtib edilmiş Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında ərizənin etibarsız sayılması barədə iddia tələbləri üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələriüzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələbi baxımından iddia icraatı qaydasında məhkəməyə verilən elə iddia tələbləri üzrə məhkəmə icraatı başlana bilər ki, həmin tələb şəxsin qanunvericilikdən irəli gələn hüquqlarının və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün verilmiş olsun və iddia təmin edildiyi halda pozulmuş hüququn bərpası mümkün olsun. Məhkəmə kollegiyası hesab edir ki, fiziki şəxslərin adından hər hansı bir məqsədlə müxtəlif orqanlara təqdim edilmiş ərizələr özü-özlüyündə hər hansı bir hüquq münasibəti və ya hüquqi nəticə yaratmadığı üçün ayrıca iddia icraatı qaydasında mübahisələndirilə bilməz. Adından təqdim edilmiş ərizə əsasında baş vermiş hüquqi nəticələr mənafeyinə uyğun olmadığı halda hüququ pozulmuş şəxs həmin hüquqi nəticənin etibarsız hesab edilməsi barədə iddia qaldırmaqla bu iddiaya baxılarkən ərizədəki imzanın ona məxsus olub-olmamasının məhkəmə tərəfindən araşdırılmasını tələb edə bilərdi. Yəni hazırkı halda iddiaçının adından verilmiş ərizələrin etibarsız hesab edilməsi barədə iddia tələbinə məhkəmə tərəfindən baxılması və həmin iddianın təmin edilməsi həmin ərizələr əsasında baş vermiş hüquqi nəticələrin etibarsız hesab edilməsinə əsas olmadığından bu tələblərə məhkəmələr tərəfindən baxılması ilə mülki məhkəmə icraatının qanunla müəyyən edilmiş məqsədinə və prinsiplərinə uyğun deyil. İş materiallarından görünür ki, iddiaçı Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı inzibati icraat qaydasında iddia qaldıraraq hazırda mübahisələndirilən ərizələr əsasında baş vermiş hüquqi nəticələrin- 29.12.2010-cu il tarixdə Azərbaycan Respublikası Kommersiya X2 Qeydiyyatı İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmış Cavabdeh1 MTK-nın 2-ci redaksiyada nizamnaməsinin, iddiaçının Cavabdeh1 MTK-nın payçısı və sədri kimi kommersiya hüquqi şəxslərin dövlət reyestrində qeydiyyatının etibarsız hesab edilməsini xahiş etmiş, həmin iddia 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 11.12.2019-cu il tarixli 2-1(81)-4178/2019 saylı qərarı ilə rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının ərizələrin etibarsızlığı ilə bağlı tələblərinə məhkəmədə baxılmalı olmadığından apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-138/2022 saylı 18.01.2022-ci il tarixli qətnaməsi qismən ləğv edilməli, iddiaçının cavabdehlərə qarşı 04.12.2010-cu il tarixli “XəzriMTK üzvlüyünə qəbul edilmə və pay haqqının ödənilməsinə təminat məqsədi ilə hazırlanmış və Bakı şəhəri 38 saylı notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş, 7E-38 saylı reyestr jurnalında 14243 saylı reyestrdə qeydə alınan ərizənin və 10.12.2010-cu il tarixli dövlət reyestrində məlumat dəyişikliyinin qeydə alınması məqsədi ilə tərtib edilmiş Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında ərizənin etibarsız sayılması barədə iddia tələbləri üzrə icraata xitam verilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 384, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-138/2022 saylı 18.01.2022-ci il tarixli qətnaməsi qismən ləğv edilsin. İddiaçı1 cavabdehlər Cavabdeh1 MTK-ya, Cavabdeh2 və Bakı şəhəri 38 saylı Notariat Kontoruna qarşı 04.12.2010-cu il tarixli “XəzriMTK üzvlüyünə qəbul edilmə və pay haqqının ödənilməsinə təminat məqsədi ilə hazırlanmış və Bakı şəhəri 38 saylı notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş, 7E-38 saylı reyestr jurnalında 14243 saylı reyestrdə qeydə alınan ərizənin və 10.12.2010-cu il tarixli dövlət reyestrində məlumat dəyişikliyinin qeydə alınması məqsədi ilə tərtib edilmiş Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında ərizənin etibarsız sayılması barədə iddia tələbləri üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-425/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-425/2022
25.05.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver