Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-426/2021 01.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC-yə və “xxxx” MMC-yə qarşı “borcun tutulması və tutmanın ipioteka predmetinə yönəldilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-219/2021 saylı xx.xx.2021 ci il tarixli qərardadından Cavabdeh2 MMC tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı ASC cavabdehlər Cavabdeh2 MMC-yə və “xxxx” MMC-yə qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh2 MMC-nin xx.xx.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən nümayəndəsi X1 vəsatətlə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC-nin Sumqayıt şəhərində yerləşdiyindən hazırkı işin baxılması üçün ərizə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-219/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə vəsatət rədd edilmişdir. Cavabdeh (nümayəndəsi B.Zərbəliyev) həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, təqdim olunan sənədlərə əsasən Cavabdeh2 MMC-nin faktiki fəaliyyət göstərdiyi ünvan Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sülh küçəsi, 100 ünvanında faktiki yerləşir. yerləşir. Bu səbəbdən də hazırkı işə Sumqayıt Kommersiya Məhkəməsində baxılmalıdır. Lakin bu xüsusat məhkəmə tərəfindən nəzərə alınmamış və cavabdehin ərizəsi rədd edilmişdir. Ona görə də məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı əsassız və qanunsuzdur. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə cavabdehin şikayəti təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının hazırkı iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh və işdə iştirak edən digər şəxsələr (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, MPM-in 135.8, 376.2 və 397.2-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, cavabdehin şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, subyektiv tərkibinə görə tərəflər sahibkarlıq fəaliyyəti ilə məşğul olan kommersiya hüquqi şəxsləridir. MPM-in 26.1-ci maddəsinin tələbində isə nəzərdə tutulur ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən isə hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Eyni zamanda, Mülki Məcəllənin 48.1-ci maddəsinə əsasən hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatının məlumatları dövlət reyestrinə daxil edilir. «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Qanunun 14.1.8-ci maddəsinə əsasən isə dövlət reyestrində aparılan yazıda hüquq şəxsin Azərbaycan Respublikasının ərazisində olduğu yer haqqında məlumat əks etdirilir. İş materiallarına əlavə edilmiş, kommersiya qurumlarının dövlət reyestri məlumatlarından çıxarışlardan görünür ki, cavabdehlər Cavabdeh2 MMC-nin və Cavabdeh1 ASC-nin hüquqi ünvanları ünvan 3 Belə olan halda, MPM-in qeyd olunan 35.2-ci maddəsinin tələbi baxımından, mübahisəyə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Həmin Məcəllənin 40.1-ci maddəsində isə nəzərdə tutulur ki, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Beləliklə də, qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin şikayətinin işə Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olduğunu mübahisələndirən dəlilləri əsassızdır. Ona görə də məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, cavabdehin şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-219/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsində ərazi aidiyyti barədə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və MPM-in 263-264, 402, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh2 MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 219/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz və çıxarıldığı andan qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-426/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-426/2021
01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver