Məhkəmə qərarları › İş №2-2(103)-426/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-426/2025

17.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-426/2025 17.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi (direktoru) X3 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-830/2025 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 32.144,46 manat həcmində əsas borc, 980,41 manat həcmində faiz borcu, 250 manat həcmində ödənişli hüquqi xidmət xərcləri, 191 manat dövlət rüsumu olmaqla, ümumilikdə 33.565,87 manat həcmində pul məbləğinin tutularaq İddiaçıə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-830/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 32.144 (otuz iki min yüz qırx dörd) manat 46 (qırx altı) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçıə ödənilməsi, əsas borca illik 5% hesablanmaqla 355 (üç yüz əlli beş) manat 87 (səksən yeddi) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçıə ödənilməsi, dövlət rüsumunun əvəzi olaraq 187 (yüz səksən yeddi) manat, 50 (əlli) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçıə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

3. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apelyasiya şikayətinin dəlilləri

4. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, icarəyə verən İddiaçı ilə İcarəçi Cavabdeh arasında bağlanmış 02 Oktyabr 2023-cü il tarixli, № 23/18 saylı İcarə Müqaviləsinə əsasən İcarəyə verən İddiaçı İcarəçi Cavabdeh icarəsinə verməyi, İcarəçi Cavabdeh isə bunun qarşılığında razılaşdırılmış icarə haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin İddiaçı tərəflər arasında bağlanmış Müqavilənin tələblərini kobud şəkildə pozmuş və Müqavilənin qüvvədə olmasına baxmayaraq, Cavabdehnə hər hansı məlumat (yazılı bildiriş) vermədən icarə predmeti olan texnikaları xidmətə razisindən çıxarmışdır. İddiaçıin Müqavilə üzrə öhdəliklərini kobud şəkildə pozması nəticəsində Cavabdeh digər hüquqi şəxs qarşısında olan öhdəlikləri pozulmuş, İddiaçıin təqsiri ucbatından işlərin vaxtında təhvil verilməsi mümkün olmamış və bunun nəticəsində Cavabdehnə xeyli maddi ziyan dəymişdir və bununla bağlı Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə İddiaçıə yazılı qaydada xəbərdarlıq (pretenziya) göndərilmişdir. Bundan əlavə, İddiaçı guya Cavabdeh onlara 32 144 (otuz iki min yüz qırx dörd) manat 46 (qırxaltı) qəpik məbləğində borcu olmasını iddia etsə də, lakin nə pretenziya məktubunda, nə iddia ərizəsində, nə də məhkəmə baxışı zamanı qeyd edilən borcun ödənilmə səbəblərinin öz qanunsuz hərəkətləri və Müqavilə şərtlərini pozması nəticəsində Cavabdehnə maddi ziyan vurması səbəbindən mümkün olmamasını qeyd etməmişdir. İddiaçıin Müqavilə şərtlərini kobud şəkildə pozması və Müqavilənin qüvvədə olduğu müddətdə texnikaların Müqavilə şərtlərinə zidd olaraq ərazidən çıxarılması nəticəsində öhdəliklərini pozmasına görə Müqavilənin 8-ci və digər bəndlərinə və mülki qanunvericiliyin tələblərinə uyğun olaraq Cavabdeh tərəfindən hesablanmış və İddiaçı tərəfindən ödənilməli olan cərimə məbləğinə çıxılmışdır və bu səbəbdən də, hal-hazırda Cavabdeh İddiaçıə heç bir borcu qalmamışdır. Eyni zamanda, birinci instansiya məhkəməsinin qətnaməsində də tərəflər arasında imzalanmış müqaviləyə, müqavilənin tərkib hissəsi olan əlavəyə, pretenziya məktubuna və elektron qaimələrə və aktlara formal şəkildə istinad edilsə də, lakin İddiaçı tərəfindən Müqavilə şərtlərini kobud şəkildə pozması və Müqavilənin icrasından birtərəfli imtina etməsi səbəbindən iddia olunan məbləğin Müqavilənin 8-ci bəndinə uyğun olaraq İddiaçıdən Cavabdeh xeyrinə tutulmalı olan cərimə məbləği ilə əvəzləşdirilməsi qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamışdır. Müqavilə üzrə İcarəçi Cavabdeh tərəfindən tərəflər arasında bağlanmış müqavilənin şərtləri pozulmamış, qeyd olunan səbəblərə görə Cavabdeh İcarəyəverən İddiaçıə heç bir borcu qalmamış, iş üzrə İddiaçıin iddia tələbində qeyd olunan 32 144 (otuz iki min yüz qırx dörd) manat 46 (qırx altı) qəpik məbləğində pulun tələb olunması barədə iddia tələbi tamamilə qanunsuz və əsassızdır.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

5. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.

7. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

9. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

10. Həmin Məcəllənin 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir.

11. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

12. Həmin Məcəllənin 783.2-ci maddəsinin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.

13. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər (yeni redaksiya). (borclu pul məbləğinin tutulmasını gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz tutulması yolverilməzdir.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

15. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

17. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

APELYASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı yalnız iddianın təmin edilən hissəsində yoxlanılır.

APELYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

20. Hazırki işin müəyyən olunmuş halları ondan ibarətdir ki, tərəflər arasında xidmət göstərilməsi ilə bağlı (icarə adlansa da) xx.xx.2023-cü il tarixli müqavilə bağlanmışdır. İddiaçı cavabdehə 32.144, 46 manat dəyərində xidmət göstərmişdir. Cavabdeh isə həmin xidmətin müqabilində ödəniş etməmişdir.

21. İşin halları müqavilə, müqaviləyə əlavələr, təhvil-təslim aktları ilə təsdiqlənmişdir.

22. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə icarə müqaviləsi adlansa da, onun əsl mahiyyətinə nəzər yetirdikdə aydın olur ki, qeyd edilmiş müqaviləsi xidmət müqaviləsidir.

23. Belə ki, Cavabdeh MMC özünə məxsus olan nəqliyyat vasitələri (texnika) ilə, Cavabdeh MMC-yə müvafiq xidmətlər göstərmişdir.

24. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin məzmununa və tərəflər arasında formalaşmış olan işgüzar münasibətlərə nəzər yetirildiyində aydın olur ki, tərəflər arasında bağlanmış müqaviləyə Xidmət müqaviləsi kimi qiymət verilməlidir. Lakin mülki qanunvericilikdə məhz xidmət müqaviləsi münasibətlərini tənzimləyən konkret hər hansı müddəa mövcud deyildir.

25. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

26. Qeyd olunanlara əsaslanaraq və işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə qeyd etmişdir ki, hazırkı mübahisə Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.

27. İş materiallarına əlavə edilmiş hər iki tərəfin imza və möhürü ilə təsdiqlənmiş KC/DY- 252 saylı görülmüş işlərin təhvil təslim aktından görünür ki, iddiaçı tərəfindən cavabdehə 2024-cü ilin iyun ayı ərzində 15.856,25 manat dəyərində xidmət göstərilmişdir.

28. İş materiallarına əlavə edilmiş hər iki tərəfin imza və möhürü ilə təsdiqlənmiş KC/DY- 257 saylı görülmüş işlərin təhvil təslim aktından görünür ki, iddiaçı tərəfindən cavabdehə 2024-cü ilin iyun ayı ərzində 16.288,21 manat dəyərində xidmət göstərilmişdir.

29. Sadə riyazi hesablama ilə görünür ki, cavabdeh tərəf qeyd edilmiş aktları imza etməklə, iddiaçı tərəfindən cəmi 32.144,46 manat dəyərində xidmət göstərildiyini qəbul etmişdir.

30. Cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş və iddiaya etirazını bildirməmiş və pulun ödənilməsi ilə bağlı hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir.

31. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia əsaslıdır və 32.144,46 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

32. Məhkəmə əsas borca illik 5 % hesablanmaqla 980,41 manat məbləğində pulun tələb edilməsi ilə bağlı qeyd etmişdir ki, iş materiallarından görünür ki, iddiaçı tərəf borcun ödənilməsi ilə bağlı pretenziya məktubunu xx.xx.2024-cü il tarixdə, iddia ərizəsi ilə Məhkəməyə isə təxmini 2 ay, 20 gün sonra müraciət etmişdir. Buna görə də, əsas borca illik 5 % hesablanmaqla 355,87 (267,87+88) manat məbləğində pul (32.144,46x5/100=1.607,22 (bir il üçün), 1.607,22/12=133,93 (1 ay üçün), 133,93x2=267,87 (2 ay üçün), 1.607,22/365=4,403 (1 gün üçün), 4,403x20=88 (20 gün üçün)) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

33. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı müqavilə üzrə öhdəliyini pozmuşdur. Belə ki, iddiaçı texnikaları bildiriş göndərmədən xidmət ərazisindən çıxarmışdır. Bu səbəbdən işlər vaxtında yerinə yetirilməmiş və nəticədə cavabdehə ziyan dəymişdir. Bununla bağlı cavabdeh iddiaçıya pretenziya göndərmişdir.

34. Kollegiya cavabdehin bu dəlillərini ona görə əsassız hesab edir ki, texnikaların vaxtından əvvəl çıxarılması barədə pretenziya göndərilməsini təsdiq edən sübutlar təqdim etməmişdir. Deməli iddiaçının müqavilə üzrə öhdəliyi pozması təsdiq olunmamışdır. Ona görə kollegiya qeyd edir ki, cavabdehin mövqeyi əsassızdır və formal xarakterli mülahizələrdən ibarətdir.

35. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə tam əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

36. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

37. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-830/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyatorun ödədiyi dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar