Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-427/2022 19.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-4946/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 28 fevral 2022-ci il tarixli qərardadından İddiaçı QSC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2-2(113)-4946/2021 saylı qətnaməsi ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 MMC və Nümayəndə qarşı borcun tutulması tələbinə dair iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Nümayəndə müştərək qaydada 57310 (əlli yeddi min üç yüz on) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 24 (iyirmi dörd) manat olmaqla, cəmi 57334 (əlli yeddi min üç yüz otuz dörd) manat məbləğində pulun İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi və iddia verilərkən ödənilmiş dövlət rüsumunun 6 (altı) manat hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı QSC həmin qətnamədən apellyasiya şikayəti vermiş və Bakı Kommersiya Məhkəməsinin 08 fevral 2022-ci il tarixli, 2-2(113)-4946/2021 saylı qərardadı ilə apellyasiya şikayəti Mülki-Prosessual Məcəlləsinin 363.1.1-1-ci maddəsinə əsasən geri qaytarılmışdır. İddiaçı QSC həmin qərardaddan şikayət vermiş və Bakı Kommersiya Məhkəməsinin 28 fevral 2022-ci il tarixli, 2-2(113)-4946/2021 saylı qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət Mülki-Prosessual Məcəlləsinin 363.1.1-1-ci maddəsinə əsasən geri qaytarılmışdır. İddiaçı QSC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin 10.03.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə və “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsinə istinad edərək, qeyd etmişdir ki, iddiaçı prosessual qanunvericiliyin qeyd olunan tələbinə zidd olaraq, şikayəti həmin formaya uyğun tərtib etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, məhkəmə həmin nəticəyə gələrkən prosessual normaların tələblərini pozmuşdur. Belə ki, Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, İddiaçı QSC-nin Bakı Kommersiya Məhkəməsinin 08 fevral 2022-ci il tarixli, 2-2(113)-4946/2021 saylı qərardadından verdiyi şikayət prosessual qanunvericiliyin qeyd olunan tələbinə uyğun forma və məzmunda tərtib edilmişdir. Göstərilən halları və Mülki Prosessual Məcəllənin 269-cu maddəsinin tələblərini nəzərə alaraq və həmin Məcəllənin 398.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı və iddiaçı tərəfindən verilmiş şikayətə baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı QSC tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-4946/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 28 fevral 2022-ci il tarixli qərardadı ləğv edilsin. Bakı Kommersiya Məhkəməsinin 08 fevral 2022-ci il tarixli 2-2(113)-4946/2021 saylı qərardadından İddiaçı QSC tərəfindən verilmiş şikayətə baxılması üçün iş materialları Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-427/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-427/2022
19.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver