Məhkəmə qərarları › İş №2-2(103)-428/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-428/2020

11.08.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-428/2020 11.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə və üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-395/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh MMC-yə (üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli, ƏEM/N 97-1349/17 saylı dövlət əmlakının qiymətləndirilməsi barədə rəyin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-395/2020 saylı qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. İddiaçı MMC həmin qərardaddan şikayət vermişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə şikayəti müdafiə etdi, üçüncü şəxsin nümayəndəsi X2 isə şikayətə etiraz etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı MMC-nin həyata keçirmək istədiyi başlıca məqsəd MMC-nin icarəsində olmuş və dövlət mülkiyyətində olan qeyri-yaşayış sahəsinin “Özəlləşdirilən dövlət müəssisələrinin (obyektlərinin) ilkin qiymətinə tətbiq edilən əmsalların təsdiq edilməsi barədə” xx xxxxxx 2001-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarında müəyyən edilmiş özəlləşdirilən dövlət müəssisələrinin (obyektlərinin) ilkin qiymətinə tətbiq edilən əmsallara əsasən müəyyən edilmiş qiymətlə MMC-yə təklif edilməsinə və Dövlət Əmlak Komitəsi ilə həmin qeyri-yaşayış obyektinə dair alqı-satqı müqaviləsinin bağlanmasına nail olmaqdan ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydaları”nın 4.2.1-ci maddəsinə və Dövlət əmlakının özəlləşdirilməsi haqqında xx xxx 2000-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə istinad edərək, məhkəmə qeyd etmişdir ki, qanunvericilik aktlarında özəlləşdirilən qeyriyaşayış sahəsi icarəçiyə təklif edilərkən sahənin qiymətinin məhz Əmlak Məsələləri Dövlət Komitəsinin sifarişi ilə keçirilmiş ilkin qiymətləndirmənin nəticələrinə əsasən müəyyən edilməli olması ilə bağlı hər hansı imperativ norma nəzərdə tutulmamışdır. Qanunvericilik normaları icarəçi narazı olduğu halda Əmlak Məsələləri Dövlət Komitəsinin sifarişi ilə yenidən özəlləşdirilən dövlət əmlakının qiymətləndirməsi ilə bağlı yenidən rəy alınmasını istisna etmir. Belə olan halda isə məhkəmə hesab etmişdir ki, Cavabdeh MMC tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli, ƏEM/N97-1349/17 nömrəli rəy özü-özlüyündə iddiaçı ilə bağlı hər hansı yeni status yaratmağına, dəyişdirmədiyinə və xitam vermədiyinə görə onun qəbul edilməsi nəticəsində iddiaçının hər hansı hüququna müdaxilənin baş verdiyi nəticəsinə də gəlmək mümkün deyil. Digər tərəfdən “Qiymətləndirmə fəaliyyəti haqqında” xx xxxx 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 5 və 24-cü maddələrinə istinad edərək, məhkəmə qeyd etmişdir ki, göstərilən normaların məzmunundan göründüyü kimi dövlət əmlakının dəyəri özəlləşdirmə məqsədilə müəyyən edildikdə əmlakın Dövlət Əmlak Komitəsinin sifarişi əsasında məcburi qaydada qiymətləndirilməsi həyata keçirilir. Belə olan halda isə dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin icarəçisinin ona həmin sahənin özəlləşdirilməsi barədə edilmiş təklifdə nəzərdə tutulmuş qiymətlə razılaşmamasından irəli gələn münasibətlər icarəçi ilə qiymətləndirməni aparan şirkət arasında deyil, icarəçi ilə dövlət əmlakının satıcısı qismində çıxış edən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi arasında yaranmış inzibati xarakterli münasibətlərdir. Bu baxımdan qiymətlə bağlı icarəçi ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi arasında belə mübahisə yarandığı təqdirdə icarəçi “İnzibati icraat” haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun şəkildə inzibati qaydada şikayət vermək və ya inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüququna malikdir. Qeyd olunanları nəzərə alaraq və Mülki Prosessual Məcəlləsinin 261.0.1, 262.1 və 262.4-cü maddələrinə istinad edərək, məhkəmə hesab etmişdir ki, hazırkı işə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmənin gəldiyi nəticə prosessual hüquq normalarına uyğun olmaqla qanuni və əsaslıdır. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-395/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar