Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-429/2020 11.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1652/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadından İddiaçı İstehsalat Kommersiya MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı İstehsalat Kommersiya MMC Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən əsassız hesablanmış 75856,6 manat borc məbləğinin abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı iddianın təmini tədbirinin görülməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, hazırkı iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək cavabdeh və 3-cü şəxslərə Bakı şəhəri, Nərimanov rayonu, Xətai pr 15 ünvanında yerləşən İddiaçı İstehsalat Kommersiya MMC-nin fəaliyyət göstərdiyi qeyri-yaşayış sahəsinə verilən təbii qaz təhcizatının dayandırılmasının (kəsilməsi) qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-1652/2020 saylı qərardadı ilə ərizə təmin olunmamışdır. İddiaçı İstehsalat Kommersiya MMC həmin qərardaddan şikayət vermişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 157.1 və 157.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2018-ci il tarixli qərarına istinad edərək, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə İddiaçı Cavabdeh İB-yə qarşı əvvəllər də bir neçə məhkəmə mübahisəsi olmuşdur. Belə ki, xx.xx.2018-ci il tarixdə İddiaçı Cavabdehnə qarşı cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi və borcun silinməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi ilə yanaşı iddiaçı məhkəməyə iddianı təminetmə tədbiri barədə ərizə təqdim edərək, cavabdehlə olan məhkəmə mübahisəsi yekunlaşanadək Bakı şəhəri, Xətai prospekti, 15 ünvanında yerləşən İddiaçınə qazın verilməsinin bərpa edilməsi Cavabdeh İB-yə həvalə edilməsi və qazın kəsilməsinin Cavabdeh İB-yə qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-2(82)- 1253/2018 saylı qərardadı ilə ərizə təmin edilmiş, iddiaya mahiyyəti üzrə baxılıbqurtaranadək Bakı şəhəri, Xətai prospekti, 15 ünvanda yerləşən İddiaçı İstehsalat Kommersiya MMC-yə məxsus qeyri-yaşayış sahəsi üzrə Cavabdeh İB tərəfindən qaz təchizatının bərpa edilməsi və qazın kəsilməsinin cavabdehə qadağan edilməsi qərara alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2(82)-167/2019 saylı qərardadı ilə İddiaçı İstehsalat Kommersiya MMC-nin Cavabdeh İByə qarşı qazdan istifadə üzrə əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2(82)-167/2019 saylı qərardadı ilə Bakı şəhəri, Xətai prospekti, 15 ünvanda yerləşən İddiaçı İstehsalat Kommersiya MMC-yə məxsus qeyri-yaşayış sahəsinə qaz təchizatı ilə bağlı Cavabdeh İBnin üzərinə qoyulmuş qadağa götürülmüşdür. Bundan sonra Cavabdeh İB İddiaçı İstehsalat Kommersiya MMC-yə qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə, İddiaçı İstehsalat Kommersiya MMC isə öz növbəsində Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2- 2(82)1082/2019 saylı qərardadı ilə İddiaçı İstehsalat Kommersiya MMC-nin iddianı təmin etmə tədbirinin tətbiqi barədə ərizəsi təmin edilmiş, ünvan 3 ünvanında yerləşən İddiaçı İstehsalat Kommersiya MMC-nin fəaliyyət göstərdiyi qeyr-yaşayış sahəsinə qazın verilməsinin dayandırılması Cavabdehnə qadağan olunmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2(82)- 1082/2019 saylı qərardadı ilə Cavabdeh İB-nin İddiaçı İstehsalat Kommersiya MMC-yə qarşı borcun tutulması tələbinə dair iddiası üzrə iş İddiaçı İstehsalat Kommersiya MMCnin Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə işlə bir icraatda birləşdirilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2- 2(82)1078/2019 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh” İstehsalat Birliyinin cavabdeh İddiaçınə qarşı borcun tutulması tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdeh İddiaçındən 57993,39 manat məbləğində təbii qazdan istifadəyə görə yaranmış borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş) manat məbləğində pulun tutularaq iddiaçı Cavabdehnə ödənilməsi, iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumunun 5 manat hissəsinin iddiaçıya aid edilməsi, İddiaçı Cavabdeh” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçınə 2019-cu ilin may ayı üçün hesablanmış 3563,20 manat məbləğində borcun silinməsi, həmin iddianın verilməsinə görə ödənilməli olan dövlət rüsumunun 5 manat hissəsinin Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh İB tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2020-ci il tarixli 22(103)- 197/2020 saylı qətnaməsi ilə Cavabdeh İB-nin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-2(82)1078/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hal-hazırda İddiaçı İstehsalat Kommersiya MMC Cavabdeh İB-yə qarşı oxşar əsaslarla yenidən iddia qaldıraraq 75856,6 manat borc məbləğinin abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını və eyni zamanda iddianı təmin etmə tədbiri olaraq mübahisəyə baxılanadək qazın verilişin dayandırılmasının cavabdehə qadağan edilməsini tələb edir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı dəfələrlə cavabdehə qarşı iddialar qaldırmış və hər dəfə qazın verilişin dayandırılması növündə iddianı təmini tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə mübahisəsi yekunlaşaraq iddianı təmin etmə tədbiri ləğv edildikdən sonra yeni iddia ilə məhkəməyə müraciət etmişdir. Həmçinin iddiaçının silinməsini tələb etdiyi 75856,6 manat borc məbləğində borcunun 61556,59 manat hissəsi tərəflər arasında əvvəlki məhkəmə mübahisəsinin obyekti olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “X4”nın 6.1.4-ci bəndinə istinad edərək, məhkəmə qeyd etmişdir ki, bəndin məzmunundan göründüyü kimi qazdan istifadəyə görə təqdim edilmiş hesab istehlakçı tərəfindən bir ay ərzində ödənilmədikdə qaz paylayıcıya yaranmış borcun ödənilməsini təmin etmək, eləcə də həmin borcun məbləğinin artmasının və dövlətə külli miqdarda ziyan dəyməsinin qarşısını almaq məqsədilə qazın verilməsini dayandırmaq hüququ verilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, hazırkı iş üzrə qazın verilişinin dayandırılmasının qadağan edilməsi növündə iddianı təmin etmə tədbirinin tətbiq edilməsi qaz paylayıcının xx.xx.2018-ci il tarixdən (birinci iş üzrə iddianı təmin etmə tədbiri tətbiq edildiyi vaxtdan) etibarən həyata keçirə bilmədiyi qazdan istifadəyə görə borcun ödənilməsinin təmin edilməsi məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görmək hüququnu məhdudlaşdırmaqla istehlakçının qazdan istifadəyə görə haqq ödəmədən qazdan istifadə etməkdə davam etməsinə şərait yaradacaq və nəticədə qazdan istifadəyə görə haqqların vaxtında ödənilməsində ifadə olunan dövlət maraqlarına ziyan vurulmasına səbəb olacaqdır. İşin yuxarıda göstərilən halları isə təsdiq edilir ki, hazırkı halda iddiaçının tətbiq edilməsini xahiş etdiyi iddianı təmin etmə tədbiri iddiaçı tərəfindən hüquqlarından sui-istifadəyə şərait yaradır və dövlət maraqlarına əhəmiyyətli ziyan vurulmasına səbəb olduğundan qanuni maraqlara mütənasib tədbir hesab edilə bilməz. Buna görə də iddianı təmin etmə tədbirinin tətbiq edilməsi barədə iddiaçı tərəfindən verilmiş ərizə rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmənin gəldiyi nəticə prosessual hüquq normalarına uyğun olmaqla qanuni və əsaslıdır. Bu baxımdan kollegiya hesab edir ki, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən oluxxx ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı İstehsalat Kommersiya MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1652/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-429/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-429/2020
11.08.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver