Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-429/2021 13.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi və məruzəsi ilə, Hakimlər Həmidov Həmid Üzeyir oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X4, Cavabdehin və üçüncü şəxsin qanuni təmsilçisi X3 iştirakları ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdeh “X1 Turizm Gayrımenkul Ticarət Limited” şirkətinə qarşı (üçüncü şəxs “X1 Turizm Gayrımenkul Ticarət Limited” şirkətinin Azərbaycan filialı) “kredit borcunun və ona hesablanmış faizlərin tutulması” tələbinə dair kommersiya işi üzrə çıxarılmış 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28.12.2019-cu il tarixli, 2-2(81)-124/2019 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı LPO "xxxx" ASC 11.07.2018-ci il tarixində cavabdeh “X2 Turizm Gayrımenkul Ticaret Limited” şirkətinin Azərbaycan filialına qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, "xxxx" ASC ilə “X2 Turizm Gayrımenkul Ticaret Limited” şirkətinin Azərbaycan filialı arasında bağlanmış 28.03.2013-cü il tarixli, 06 saylı müqavilə üzrə borcalanın banka olan borcu 5 000 000 manat əsas borc, 687 777 manat faiz borcu, cəmi 5 687 776,32 manat, 24.12.2013-cü il tarixli, 06/2 saylı müqavilə üzrə 4 000 000 manat əsas borc, 258 223 manat faiz borcu, 248 888 manat cərimə borcu, cəmi 4 507 111 manat, 21.04.2016-cı il tarixli, 06/3 saylı müqavilə üzrə 3 000 000 manat əsas borc, 310 000 manat faiz borcu, cəmi 3 310 000 manat məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı əsl olmayan tərəfin əvəz edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə “X2 Turizm Gayrımenkul Ticaret Limited” şirkətinin əsl cavabdeh kimi əvəz edilməsini və onun Azərbaycan filialının isə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-893/2018 saylı, 13 sentyabr 2018-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə daxil olmuş 26552 nömrəli, 07.02.2019-cu il tarixli ekspert rəyinə əsasən 28.03.2013-cü il tarixli, 06 saylı kredit müqaviləsi üzrə əsas borcun 4 998 673,75 manat, faiz borcunun 489 764, 55 manat, cəmi 5 448 438,30 manat, 24.12.2013-cü il tarixli, 06/2 saylı kredit müqaviləsi üzrə əsas borcun 4 000 000 manat, faiz borcunun 70 777,89 manat, cəmi 4 070 777, 89 manat, 19 mart 2018-ci il tarixə əsas borcun 4 000 000 manat, faiz borcunun 296 333,45 manat, cəmi 4 296 333,45 manat, 21.04.2016-cı il tarixli, 06/3 saylı kredit müqaviləsi üzrə əsas borcun 3 000 000 manat, faiz borcunun 224 000 manat, cəmi 3 224 000 manat olması qeyd edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 may 2019-cu il tarixli, 2-2(81)- 124/2019 saylı qərardadı ilə iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə daxil olmuş 16280 nömrəli, 14.11.2019-cu il tarixli ekspert rəyinə əsasən 28.03.2013-cü il tarixli, 06 saylı kredit müqaviləsi üzrə əsas borcun 4 997 617,48 manat, faiz borcunun 1 097 254,68 manat, cəmi 6 094 872,16 manat, 14.05.2019-cu il tarixə əsas borcun 4 997 617,48 manat faiz borcunun 1 148 341,44 manat, cəmi 6 145 958,92 manat, 24.12.2013-cü il tarixli, 06/2 saylı kredit müqaviləsi üzrə əsas borcun 4 000 000 manat, faiz borcunun 136 111,2 manat, cəmi 4 136 111,2 manat, 14.05.2019cu il tarixə əsas borcun 4 000 000 manat, faiz borcunun 805 000,09 manat, cəmi 4 805 000,09 manat, 21.04.2016-cı il tarixli, 06/3 saylı kredit müqaviləsi üzrə əsas borcun 3 000 000 manat, faiz borcunun 506 000 manat, cəmi 3 506 000 manat, 14.05.2019-cu il tarixə əsas borcun 3 000 000 manat, faiz borcunun 517 500 manat, cəmi 3 517 500 manat olması qeyd edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehdən 28.03.2013-cü il tarixli, 06 saylı kredit müqaviləsi üzrə 5 000 000 manat əsas borcun, 1 097 254,68 manat faiz borcunun, cəmi 6 097 254,68 manat, 24.12.2013-cü il tarixli 06/2 saylı kredit müqaviləsi üzrə 4 000 000 manat əsas borcun, 258 223 manat faiz borcunun, 248 888 manat cərimə borcunun, cəmi 4 507 111 manat, 21.04.2016-cı il tarixli 06/3 saylı kredit müqaviləsi üzrə 3 000 000 manat əsas borcun, 506 000 manat faiz borcunun, cəmi 3 506 000 manat məbləğində borcun, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli, 2-2(81)- 124/2019 saylı qətnaməsi ilə (hakim S.Nuriyeva) iddia qismən təmin edilərək cavabdeh “X2 Turizm Gayrımenkul Ticaret Limited” şirkətindən 28.03.2013-cü il tarixli 06 saylı müqavilə üzrə 5 488 438,30 manat əsas və faiz borcu, 24.12.2013-cü il tarixli 06/2 saylı müqavilə üzrə 4 367 111,34 manat əsas və faiz borcu, 2000 manat cərimə borcu, 21.04.2016-cı il tarixli, 06/3 saylı müqavilə üzrə 3 224 000 manat əsas və faiz borcu məbləğində pulun tutularaq iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, dövlət rüsumu və ekspertiza xərcinin cavabdehdən tutulması qət edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən Məhkəmə Ekspertiza Mərkəzinin 07.02.2019-cu il tarixli, 2655 saylı ekspert rəyinə istinad etmişdir. Həmin rəylə iddiaçı razılaşmadığı üçün iş üzrə təkrar ekspertiza keçirilməsi barədə vəsatət vermiş, iş üzrə təkrar mühasibatlıq ekspertizası təyin edilmişdir. Həmin ekspert rəyinə əsasən cavabdehin hər üç kredit müqavilələri üzrə faiz borcu öhdəliyin icra müddətinin bitdiyi tarixə qədər hesablanmışdır. Məhkəmə qətnamə qəbul edilərkən ikinci rəyi deyil, birinci rəyi əsas götürmüşdür, birinci rəyin hansı səbəbdən daha mötəbər sübut kimi qəbul edildiyini əsaslandırmamışdır. Eyni zamanda 24.12.2013-cü il tarixli müqavilə üzrə tələb edilən cərimə borcunu tənasübsüz şəkildə azaltmışdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-207/2020 saylı 19 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər V.Baxışova, R.Qurbanov, C.Yusifov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli, 2-2(81)-124/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilərək cavabdeh “X2 Turizm Gayrımenkul Ticaret Limited” şirkətindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 28.03.2013-cü il tarixli kredit müqaviləsi üzrə 4 997 617,48 manat əsas borc, 1 097 254,68 manat faiz borcu, cəmi 6 094 872,16 manat, 24.12.2013-cü il tarixli kredit müqaviləsi üzrə 4 000 000 manat əsas borc, 136 111,2 manat faiz borcu, 2 488 manat cərimə borcu, cəmi 4 138 599,2 manat, 21.04.2016-cı il tarixli kredit müqaviləsi üzrə 3 000 000 manat əsas borc, 506 000 manat faiz borcu, 3 506 000 manat, ümumilikdə 13 739 471,36 manat borc və 30 manat dövlət rüsumunun tutulması, iddia qalan hissədə təmin edilməmiş, cavabdeh “X2 Turizm Gayrımenkul Ticaret Limited” şirkətindən ekspertiza xərcinin əvəzi olaraq 445 manat məbləğində pulun tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçının kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-68/2021 saylı, 03 fevral 2021-ci il tarixli qərarı ilə (hakimlər İ.Dadaşov, A.Hüseynov, B.Qəribov) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 19 avqust tarixli, 2-2(103)-207/2020 saylı qətnaməsi qismən, 24.12.2013-cü il tarixli 06/2 saylı kredit müqaviləsi üzrə dəbbə pulu hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmış, iddiaçının kassasiya şikayəti qismən təmin edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin və üçüncü şəxsin qanuni təmsilçisi apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini xahiş etdi. Eyni zamanda sədrlik edənin sualına cavab olaraq kommersiya qurumlarının dövlət reyestri məlumatlarından çıxarışda adının göstərilsə də, rəhbərlikdən azad olunmağı ilə bağlı dəfələrlə müraciət etdiyini, borcların ödənilmədiyini bildirdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli, 2-2(81)-124/2019 saylı qətnaməsi 24.12.2013-cü il tarixli 06/2 saylı kredit müqaviləsi üzrə dəbbə pulunun tutulması hissəsində dəyişdirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-68/2021 saylı, 03 fevral 2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 19 avqust tarixli, 2-2(103)-207/2020 saylı qətnaməsi qismən, 24.12.2013-cü il tarixli, 06/2 saylı kredit müqaviləsi üzrə dəbbə pulu hissəsində ləğv edildiyindən, işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alındığından məhkəmə kollegiyası qətnaməni yalnız o hissədə yoxlayır. İş materiallarından görünür ki, tərəflər arasında 24.12.2013-cü il tarixli, 06/2 nömrəli kredit müqaviləsi - bu müqavilə əsasında cavabdehə əmlakın alınması məqsədilə 36 ay müddətinə, illik 7 faiz dərəcəsi olmaqla, 4 000 000 manat məbləğində kredit verilmiş, qeyd edilən müqaviləyə əsasən öhdəliyin icra müddəti 24.12.2016-cı il tarixədək müəyyən edilmişdir. LPO İddiaçı ASC tərəfindən “X2 Turizm Gayrımenkul Ticaret Limited” şirkətinə göndərilmiş xəbərdarlıqlardan görünür ki, LPO İddiaçı ASC ilə "xxxx" Firması arasında bağlanmış 24.12.2013-cü il tarixli 06/2 saylı üzrə olan borcun qısa müddət ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə müvafiq hüquqi tədbirlərin görülməsi üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarından görünür ki, 24.12.2013-cü il tarixli 06/2 saylı müqavilə üzrə 24.12.2016-cı il tarixə əsas borc 4.000.000 manat müəyyən edildiyi halda, birinci instansiya məhkəməsi tərəfindən 2000 manat dəbbə borcunun tutulması qət edilmişdir. Tərəflər arasında bağlanmış 24.12.2013-cü il tarixli 06/2 saylı kredit müqaviləsinin 10.2 və 10.3-cü bəndlərinə əsasən Borc alan üzərinə düşən öhdəlikləri icra etmədikdə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilmiş gün üçün ümumi məbləğin 0.02% miqdarından Borc verənə dəbbə pulu ödəməlidir. Lakin məhkəmə kollegiyası tələb olunan (248 888 manat) cərimə (dəbbə pulunu) yüksək, məhkəmə tərəfindən tutulan cərimə (dəbbə pulunu) ( 2000 manat) isə aşağı hesab edir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, 24.12.2013-cü il tarixli 06/2 saylı müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə hesablanmış 248.888 manat cərimə (dəbbə pulu) məbləği yüksək olduğundan azaldılaraq əsas borcun 5%-i məbləğində (4 000 000 x 5 %= 200 000) 200 000 manat məbləğində müəyyən edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli, 2-2(81)-124/2019 saylı qətnaməsi 24.12.2013-cü il tarixli 06/2 saylı kredit müqaviləsi üzrə cərimə borcunun tutulması hissəsində dəyişdirilməli, cavabdeh “X2 Turizm Gayrımenkul Ticaret Limited” şirkətindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 24.12.2013-cü il tarixli kredit müqaviləsi üzrə 200 000 manat cərimə borcu tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli, 2-2(81)- 124/2019 saylı qətnaməsi 24.12.2013-cü il tarixli 06/2 saylı kredit müqaviləsi üzrə cərimə borcunun tutulması hissəsində dəyişdirilsin. Cavabdeh “X2 Turizm Gayrımenkul Ticaret Limited” şirkətindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 24.12.2013-cü il tarixli, 06/2 saylı kredit müqaviləsi üzrə 200 000 (iki yüz min) manat dəbbə pulu tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (ünvan: Bakı şəhəri, Yusif Səfərov küçəsi, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-429/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-429/2021
13.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver