Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-429/2024 04.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilməsi, icarə haqqı üzrə borcun ödənilməsi və qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 14 fevral 2024-cü il tarixli, e-2- 2(113)-367/2024 nömrəli qərardadından iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında bağlanmış ünvan 1 ünvanında yerləşən 205.9 qeyriyaşayış sahəsinin icarəyə verilməsi barədə xx.xx.2021-ci il tarixli, 1077 nömrəli icarə müqaviləsinin ləğv edilməsi, qeyri-yaşayış sahəsinin boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi, cavabdehdən xx.xx.2021-ci il tarixli, 1077 nömrəli icarə müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə yaranmış 2219.72 (iki min iki yüz on doqquz manat, yetmiş iki qəpik) manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq Xidmətin (VÖEN **********) Azərbaycan Respublikası Mərkəzi Bankının Əməliyyat İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi” barədə qətnamə qəbul edilmsəini xahiş etmişdir Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-367/2024 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının icraatında olan iddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 205.9 kv.m. olan sahəsinə bağlanmış müqavilənin tam binaya, yəni 361,2 kv.m. olan sahəsinə icarə müqaviləsinin bağlanmasına dair sərəncamın verilməsi tələbinə dair 2-1(103)-3437/2022 saylı iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilməsi, icarə haqqı üzrə borcun ödənilməsi və qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair e-2-2(113)-367/2024 saylı kommersiya işi üzrə icraatın dayandırılması qərara alınmışdır. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qərardaddan şikayət verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2-2(113)-367/2024 saylı qərardadının ləğv edilməsini və iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə hazırkı iş üzrə iddiaçı qurumun cavabdehlə aralarında bağlanmış ünvan 1 ünvanında yerləşən 205.9 kv.m qeyri-yaşayış binasının icarəyə verilməsi barədə xx.xx.2021-ci il tarixli, 1077 nömrəli icarə müqaviləsinin ləğv edilməsini və qeyri-yaşayış sahəsinin boşaldılmasını tələb etdiyi halda, cavabdeh tərəfin də qeyd edilən ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 205.9 kv.m sahəsinə bağlanılmış müqavilənin tam binaya, yəni 361.2 kv.m olan sahəyə bağlanılmasına dair sərəncam verilməsi vəzifəsinin iddiaçı quruma həvalə edilməsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etdiyini, həmin məhkəmə tərəfindən iddianın təmin edildiyini, qərardan Xidmət tərəfindən verilmiş apellyasiya şikayətinin hazırda Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının icraatında olduğunu qeyd etmişdir. Bu səbəbdən, Bakı Kommersiya Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin icraatında olan işə baxılıb qurtarana qədər öz icraatında olan hazırkı iş üzrə icraatı dayandırmışdır. Bakı Kommersiya Məhkəməsinin qeyd etdiyi səbəbdən iş üzrə icraatı dayandırması əsassızdır. Belə ki, Bakı Kommersiya Məhkəməsinin icraatında olan hazırkı iş üzrə Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı tələbi qeyri-yaşayış sahəsinə dair bağlanılmış icarə müqaviləsi üzrə yaranmış icarə haqqı borcunun ödənilməsi, müqavilənin icarə haqqı borcunun ödənilməsinə dair şərti icarəçi tərəfindən pozulduğundan müqavilənin ləğv edilməsi və icarəyə verilmiş əmlakın boşaldılaraq icarəyəverənə (iddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinə) təhvil verilməsi barədədir. Bakı Apellyasiya Məhkəməsinin icraatında olan iş üzrə isə iddiaçı Cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətindən onun icarəsinə verilmiş 205.9 kv.m qeyri-yaşayış sahəsindən başqa 155.3 kv.m sahə də əlavə edilməklə cəmi 361.2 kv.m qeyri-yaşayış sahəsinə icarə müqaviləsinin bağlanılması vəzifəsinin Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulmasını xahiş edir. Göründüyü kimi, qeyd edilən iddia tələbləri biri-birindən asılı deyildir və Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddianın təmin və ya rədd edilməsi Əmlak Məsələləri Dövlət Xidmətinin tələbinin təmin və ya rədd edilməsi barədə qərar qəbul edilməsində hər hansı rol oynamayacaqdır. Belə ki, Əmlak Məsələləri Dövlət Xidmətinin iddiası ilə tərəflər arasında bağlanılmış və qüvvədə olan icarə müqaviləsi üzrə borcun ödənilməsi və bununla bağlı digər tələblər barədədir. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı əlavə sahəyə dair də onunla icarə müqaviləsinin bağlanılması tələbi təmin edildiyi təqdirdə belə, həmin məhkəmə qərarı onun hazırda qüvvə olan icarə müqaviləsi üzrə yaranmış icarə haqqı borcunun ödənilməsi vəzifəsindən və icarə müqaviləsinin şərti icarəçi tərəfindən pozulduğundan müqavilənin ləğv edilməsi və sahənin əmlakın icarəyəverənə qaytarılması öhdəliyindən azad edilməsi üçün əsas olmayacaqdır. Eyni zamanda məhkəmə onu da qeyd etmişdir ki, iş üzrə icraatın dayandırılması tərəflərin məhkəmə müdafiəsi hüququnun qorunmasına, ədalət mühakiməsinin obyektivliyi və hüquqi müəyyənlik prinsipinə xələl gətirməməlidir. Göründüyü kimi Bakı Kommersiya Məhkəməsi Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı iddiası ilə onun Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddiasının birbirindən asılı olub-olmamasını düzgün araşdırmamış və kifayət qədər əsas və zərurət olmadan Xidmətin iddiası üzrə məhkəmə icraatını T.Temurun Xidmətə qarşı olan iddiasına görə dayandırmışdır. Bakı Kommersiya Məhkəməsinin 26 fevral 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə görə Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa iş üzrə icraat dayandırılmalıdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli 2(005)- 2503/18 nömrəli iş üzrə qətnaməsi ilə iddiaçı Cavabdehlər Həbibov Rac Tofiq oğluna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təəşkili üzrə Auksion Mərkəzinə qarşı “hərracın nəticələrinin, onun nəticəsində bağlanmış protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilərək Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən İstehslat və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansındakı 1 mərtəbəli ümumi faydalı sahəsi 361,2 kv.m olan ayrı tikilinin alınmasına dair Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən 10 aprel 2018-ci il tarixli, 13/01 saylı protokol və xx.xx.2018-ci il tarixli 3440 saylı keçirilmiş hərracın, onun nəticəsində bağlanmış hərrac protokolunun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 fevral 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh Həbibov Rac Tofiq oğlunun apellyasiya şikayəti təmin edilməyərək, Nərimanov Rayon Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-5361/2019 nömrəli qərarı ilə cavabdeh Həbibov Rac Tofiq oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 28 fevral 2019-cu il tarixli, 2(103)-2774/19 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-(112)-2030/2022 saylı qərarından həmçinin görünür ki, Cavabdeh iddia ərizəsi ilə inzibati məhkəməyə müraciət edərək onunla cavabdeh (hazırkı iş üzrə iddiaçı qurum) arasında xx.xx.2021-ci il tarixdə ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 205.9 kv.m. olan sahəsinə bağlanılmış müqavilənin tam binaya, yəni 361.2 kv.m. olan sahəsinə icarə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və iddia təmin edilərək “Cavabdeh ünvan 5 ünvanda yerləşən, ümumi faydalı sahəsi 361.2 kv.m. olan qeyri-yaşayış sahəsinə dair üstünlük hüquqlarının mövcudluğu barədə formalaşdırılış mövqeyi Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2019-ci il tarixli 2(102)-5361/2019 nömrəli qərarında aydın şəkildə göstərilməsi” əsası ilə iddia tələbi təmin edərək Cavabdeh ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə ünvan 4 ünvanında yerləşən yaşayış sahəsinin 205,9 kv.m olan sahəsinə bağlanılmış müqavilənin tam binaya 361,2 kv.m olan sahəsinə icarə müqaviləsinin bağlanmasına dair sərəncamın verilməsi vəzifəsinin AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-(112)-2030/2022 saylı qərarından Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti apellyasiya şikayəti vermiş, hazırda iş Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının icraatındadır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırki iş üzrə iddiaçı digər tələblərlə yanaşı adı keçən qeyri-yaşayış sahəsinin 205,9 kv.m hissəsindən (xx.xx.2021 tarixində icarə müqaviləsi bağlanmış) cavabdehin çıxarılmasını (boşaldılmasını və iddiaçıya təhvil verilməsini) tələb edir, Bakı İnzibati Məhkəmənin qərarına əsasən isə Cavabdeh həmin qeyri-yaşayış sahəsinin nəinki 205,9 kv.m sahəsinə, hətta tam sahəsi olan 361.2 kv.m –nə hüququ (Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-ci il tarixli 2(102)-5361/2019 nömrəli qərarına istinadən) tanınaraq onunla tam sahəyə 361,2 kv.mnə icarə müqaviləsinin bağlanması vəzifəsi Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulmuşdur. İnzibati məhkəmə icraatında olan iş hazırkı iddia tələbi ilə birbaşa əlaqəli olduğundan və iş üzrə hər iki tərəfin hüquqlarını nəzərə alaraq ədalətli və obyektiv araşdırma aparılaraq yekun qərar qəbul edilməsinin təmin edilməsi məqsədi ilə hazırki iş üzrə icraatın dayandırılması qanunauyğundur. Bu mənada, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq inzibati məhkəmə icraatında olan işin hazırkı iddia tələbi ilə birbaşa əlaqəli olduğundan iş üzrə icraatın dayandırılması nəticəsinə gəlmişdir. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 14 fevral 2024-cü il tarixli, e-2- 2(113)-367/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov
Məhkəmə qərarları › İş №2-2(103)-429/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-429/2024
04.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver